AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

SƏNAYE VƏ TİCARƏT

SƏNAYE TİCARƏT

 

Axısqada inkişaf etmiş sənaye olmuşdur. İ.Toradzenin 1881-ci ildə dərc olunmuş «Tiflis quberniyasının Axısqa qəzasında sənayenin vəziyyəti haqqında qeydlər» (SMOMPK, 1881-ci il, 1-ci buraxılış, s. 69-80) Axısqada iki tütün fabriki, bir sabun 8 kərpic zavodu işlədiyi, əhalinin əsasən dülgərlik, bənnalıq, toxuculuq, qızıl gümüşdən bəzək şeyləri, xəncər qılınc düzəltmək, zərgərlik, ticarətlə məşğul olduğu, buradakı mineral bulaqlar haqqında məlumat verilir (əlavə olaraq bax: V.İvanov. Tiflis quberniyasının Axısqa şəhəri // SMOMPK, 1889, 7-ci buraxılış, s. 164-217; S.Qulişambarov. Axısqa şəhəri // SMOMPK, 1891, 11-ci buraxılış, s. 210-216 – bu materialların bəzilərində erməni gürcü meyli açıq hiss olunur, lakin həmin yazılarda şəhərin təsərrüfatı, sənayesi s. haqqında məlumat var).

XX əsrin 30-cu illərində Axısqada nişasta zavodu, Valedə toxuculuq sexi açılıbmış.

Axısqa Qafqazın həm əhəmiyyətli ticarət mərkəzlərindən biri olub. «Əkinçi» qəzetinin 1875-ci ildə verdiyi məlumatdan bəlli olur ki, Rusiyanın o dövrdəki ticarət qaydalarına uyğun olaraq, Axısqa şəhəri Gümrü, Qori, Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum İrəvanla birlikdə ticarət rüsumları üzrə dördüncü hissədə olub. Ticarət şəhadətnaməsi, xırda alış-veriş şəhadətnaməsi digər növ şəhadət­na­mələr üçün rüsumlar haqqında bu məlumat Azərbaycan Gürcüstan ticarət mərkəzlərinin, o cümlədən Axısqanın ticarətdə mövqeyi haqqında təsəvvür yaratdığı üçün təqdim edirik:

«Əvvəlinci nömrədə dadistəd edən kəslərin ixtiyarlarından danışdıq. Şimdi onların xərcindən danışaq. Əvvəlinci qism tacir Rusiyanın hər bir yeirndə bir qədər şəhadətnamə xərci verər, amma ikinci üçüncü qism tacir verdiyi xərcin  qədəri bir deyil. Rusiya beş yerə hissə olur hər bir hissə öz təvanasına görə ikinci üçüncü qism tacirlik xərcin verir. Bizim Qafqaz vilayətini cənab sərdar xəzanə vəziri ilə məşvərət edib belə hissə edib. Tiflis ikinci hissə, Badkubə Poti şəhərləri üçüncü hissə, Aleksandropol, yəni Gömrü, Axalsix, Qori, Yelizavetpol, yəni Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum İrəvan  şəhərləri dördüncü hissə məzkur olanlardan savayı yerlər beşinci hissə hesab olunsun. Əvvəlinci qism ticarət şəhadətnaməsinin qiyməti Rusiyanın əvvəlinci hissəsində 65, ikincisində 55, üçüncüsündə 45, dördüncüsündə 35, beşincisində 25 manatdır, yəni bizim Qafqazın Tiflis şəhərində 55, Badkubə Poti şəhərlərində 45, Gömrü, Axalsix, Qori, Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum İrəvan  şəhərlərində 35. Məzkur yerlərdən savayı yerlərdə 25 manatdır. Xırda alış-veriş şəhadətnaməsinin qiyməti əvvəlinci hissədə 20, ikinci hissədə, yəni bizim Tiflisdə 18, üçüncü hissədə, yəni bizim Badkubə Potidə 15, dördüncü hissədə, yəni bizim Gömrüdə, Axalsixdə, Qoridə, Gəncədə, Kutaisdə, Qubada, Naxçıvanda, Suxumda İrəvanda 10 beşinci hissədə, yəni bizim yuxarıda zikr olmayan yerlərdə 8 manatdır. Şəhərdən kənar malı yük ilə gəzdirib satmağın şahadətnaməsinin qiyməti 15, o yerlərdə malı çiyində gəzdirib satmağın şəhadətnaməsinin qiyməti 6 manatdır. Sənətkarlıq şəhadətnaməsinin qiyməti 2 manat 50 qəpikdir. Amillik şəhadətnaməsinin qiyməti əvvəlinci qism amil üçün 20, ikinci qism  amil üçün 5 manatdır. Məzkur şəhadətnamə xərcindən savayı dadistəd edən kəslər hər bir dadistəd olunan yer üçün əlahiddə bilet xərci versinlər. Bilet xərci həmçinin Rusiyanın hər bir hissəsində başqa olur.

 

Biletlərin qiyməti

        Əvvəlinci qism

         tacirlik üçün

İkinci qism

tacirlik üçün

Xırda alış-veriş üçün

Rusiyanın əvvəlinci hissəsində …..30

İkinci hissəsində ………………….25

Üçüncü hissəsində ………………..20

Dördüncü hissəsində ……………..15

Beşinci hissəsində ………………..10

20

17

15

10

5

10

8

6

4

2

 

Yəni bizim Tiflisdə əvvəlinci qism tacir üçün 25, ikinci qism üçün 17, üçüncü qism üçün 8 manatdır. Badkubə Poti şəhərində əvvəlinci qism tacir üçün 20, ikinci qism üçün 15, üçüncü qism üçün 6 manatdır. Gəncə, Quba sair məzkur olan şəhərlərdə əvvəlinci qism tacir üçün 15, ikinci qism üçün 10, üçüncü qism üçün 4 manatdır Qafqazın savayı yerlərində əvvəlinci qism üçün 10, ikinci qism üçün 5, üçüncü qism üçün 2 manatdır. Xərcsiz olunan dadistədlərdən gələn səfər danışıq olacaq» («Əkinçi», 1875, 5 avqust, s.30-31).

Axılkələk şəhəri 1910-cu ildə 4.303 nəfərlik əhalidən, 534 evdən ibarət olub. Şəhərdə 280 köşk, 3 karvan-saray, 5 dükan (duxan) varmış, qəzada taxılçılıq, maldarlıq, gil qab istehsalı inkişaf edibmiş (Brokqauz-Efron, SPb., 1890, t. II, s. 526).

«Qranat» Ensiklopedik lüğətində isə (Moskva, II nəşr, 4- cild, s.334-336) Axılkələk qəzasında 1908-ci ilin əvvəlinə 87.600 əhali (6,8 min şəhər əhalisi), 1897- isə 86.400 əhali (6,6 min şəhər əhalisi), sa­vad­lılığın kənd yerlərində 8,3 %,  şəhərdə 42,2 % olduğu, 67,1 % əha­li­nin kənd təsərrüfatı, 7,8 % emal sənayesi, 3,3 % ticarətdə çalışdığı (tikinti dərzilikdən başqa metal işinin böyük əhəmiyyət daşıdığı) göstərilir.

Həmin Ensiklopediyada Axısqa qəzasında 1908-in əvvəlinə 79.000, 1897- 77.700 nəfər, o cümlədən 17,1 min şəhərli yaşadığı bildirilir. Əhalinin 35,1 % türk, 17,7 % gürcü olduğu, savadlılığın kənd yerlərində 13,3 %, şəhərdə 39,7 % olduğu, kənd təsərrüfatında 45,5 %, emal sənayesində 12,1 %, ticarətdə 6,5 % çalışdığı göstərilir. Axısqa şəhərində 18.836 nəfər yaşadığı, ayaqqabı istehsalı, dəmirçilik, gümüş məmulatı istehsalı yayıldığı, Axısqanın Zaqafqaziyanın ən iri bağçılıq rayonlarından olduğu qeyd edilir. «Russkaya ensiklopediya»da 1908-ci ildə Azqurda 3.570 nəfər, Aspindzada 1.803 nəfər, Axısqa şəhərində 20.780 nəfər yaşadığı  buranın mühüm sənaye-ticarət mərkəzi olduğu bildirilir

Təbii sərvətlərlə çox zəngin olan Axısqada müasir dövrdə inkişaf etmiş sənaye var. Vale yaxınlığında 1946- ildən istifadəyə verilmiş, hazırda 5 şaxta işləyən zəngin boz kömür yatağı, Axısqadan 10 km. aralı, 1400-1700 m. yüksəklikdə isə elektrotexnika, kimya, neft yeyinti sənayesində istifadə olunan Kisatib diatomit (infuzor torpaq) yataqları var. Şurdo kəndi yaxınlığında isə Avropada ən nəhəng yataqlardan olan əqiq yatağı yerləşir (1953- ildən istismar olunur). Axısqadakı müalicəvi süfrə mineral suları bütün dünyada məşhurdur. Xüsusən, ecazkar iqlimi olan Abastumanın isti mineral (sulfat-xlorlu) suları bir çox xəstəliklərin (dayaq-hərəkət sistemi, dəri, ginekoloji b.) dərmanıdır. Buranın üç əsas qaynağının debiti 1 mln. litrə yaxındır. Rəvayətə görə, bu qaynar sularda İsgəndər Zülqərneynin əsgərləri müalicə olunublar


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol