BOSTANÇILIQ
BOSTANÇILIQ
Axısqa türkləri öz ana yurdlarında bostan işləri ilə də məşğul olublar. Saf çeşmələrin, şəffaf çayların suları ilə suvarılan bostanlarda kartof (kartopi), soğan, sarımsaq, bibər (pimpila), pomidor (patlican), badımcan (qara patlican), xiyar, kələm (laxana), çuğundur (carğala), yerkökü (pörçükli, zərdə), turp (şalğam), nanə (gözüm), kəvər (pırasa) və başqa bitkilər yetişdirilərmiş.
Bostançılıqda çapa, toxa, tırmıx, kazma, bel kimi alətlər işlədilərmiş.