MƏNƏVİ ALƏM
MƏNƏVİYYAT
Bən bir türküm,
Bənim içim həsrətinən dolidur,
Bənim yolum zəhmətlərin yolidür.
Axısqa el türkülərindən
Mənəvi aləmin nə dərəcədə fərdi, bənzərsiz və məhrəm olduğu bəllidir. Böyük ədibin dediyi kimi, bir insan qəlbinin taleyini yazmaq – bir xalqın tarixini yazmaqdan çətindir. Lakin hər bir insan mə'nəviyyatı fərdi olmaqla bərabər, həm də yurddaşları ilə nədəsə ortaqdır, yə'ni milli-etnik səciyyəlidir, toplum mə'nəviyyatı ilə ümumidir – xalqın tarixi inkişafı, özunüdərki boyu insan psixologiyasının milli çalarları, etnik etiket və mənəvi dəyərlər formalaşır, bunlar milli xarakteri təşkil edir.
Tarixin əzablı dolaylarından keçmiş, taleyin hər acısını görmüş Axısqa turklərinin milli özünüdərki bu elin soy-kökü və çağdaş etnik siması barədə suallara qəti cavab vermişdir: bən bir türküm...
Türk mə'nəviyyatı haqqında düşmən və ya dost mülahizələri çoxdur. Bunları sərf nəzər etməyərək yalnız onu deyək ki, bütün şərhçiləri türk ruhunun bir cəhəti – onun yaşarılığı heyrətləndirir. Tarix nə qədər dövr etsə də, türk xarakterinin əbədi təməl daşları sarsılmazdır: mərdlik, cəsarət, qonaqsevərlik, vətənpərvərlik, ailəyə və nəslə bağlılıq, gözütoxluq, böyüyə və ziyalıya hörmət, namus, ləyaqət, təvazökarlıq, əliaçıqlıq, genişürəklilik və sülhsevərlik...
BU FƏSLİN BÖLMƏLƏRİ:
Mənəvi dəyərlər və əxlaq
Etiket
Tapınclar
İnanışlar
Xalq təbabəti
Təqvim və ölçülər