İNANIŞLAR

İNANIŞLAR

 

Türklər haqq adamlarıdır ilahi həqiqətlərə, həyatın əbədi qanunlarına dərindən inanırlar. Onları yaşadan da əslində məhz bu inamdır. Türk 'nəviyyatının təməl daşları olan əski inanışlar əsasən insanın doğuluşu, uğur uğursuzluq, yuxular fallarla bağlıdır.

 

*  *  *

Doğuluşla bağlı inanışlar.

Boş beşiyi yelləməzlər, yelləsən, o evdə uşaq olmaz.                                                                                               

Uşağı olmayan qadınlar uşaqlı yeddi evdən götürülmüş dəmir əşyalardan əridilib hörülmüş bilərzik taxar. Uşaq qalmayanda isə yumurtanın sarısını unla qarışdırıb qadının belinə bağlarlar. Bundan başqa uşaq çox durmayanda körpəlikdə başını qırxıb, kəkil qoyar, əhd eləyərlər ki, bir neçə il kəkili qırxmayacağam, ta ki, uşağın ömrü uzun olsun. Oğul olması üçün güvəgiyə girən gəlinin taxtına körpə oğlan uşağı qoyarlar.

Uşaq ana bətnində tərpənəndə ana zəndlə kimə baxsa, uşaq ona oxşayar. Uşaq qismətli olsun deyə beşiyə çörək, qənd, pul qoyarlar. Südün kəsilməməsi üçün çocuğu xəlvət əmizdirərlər. Uşağı ilk dəfə duzlu su ilə yuyarlar. Təzə doğulmuş körpənin üzünə un sürtərlər ki, çox yaşasın, saçı-saqqalı ağarsın.

Qırxlı uşağı bəd nəzərdən, xətadan qoruyarlar. Qırxlı körpəyə «ərüşik» dəyməsin deyə beşiyinə Qur'an, dəmir əşya, bıçaq, çörək qoyarlar. Uşağı ilk qırx gün çölə çıxaranda da bələyinə həmin şeyləri qoyarlar. Qırxlı uşaq üstündən başqa bir qırxlı uşaq ötürüb verməzlər – xata-balası o birinə keçər. Qırxlı çocuq olan evin qapısına, əvvəl dediyimiz kimi, zəncir, dəmir əşya atarlar, al xoruz bağlarlar, evdə üzərlik yandırarlar, həyətdə ocaq qalarlar.

 

 

*  *  *

Uğur və uğursuzluqla bağlı inanışlar

İlk tarla əkininə («yer qoşmaya») çıxanda öküzün alnına yumurta çırpıb sındırarlar. Taxılı sol əllə səpməzlər, sol əllə yemək də yeməzlər – bərəkət gedər.

Evin təməli qoyulanda qurban kəsər, qanını təmələ axıdarlar. Ev hazır olanda isə əvvəlcə Qur'an oxutdurar, sonra evə girərlər.

Qab sınanda sınıqları üç dəfə başa fırladıb atırlar ki, qada-bala o qabla getsin. Matrax (qamçı) adamı şərdən qoruyur, bəyquşsa uğursuzluq gətirir.

İldırımda dua oxuyurlar, ildırım vuran cənnətlik olmaz.

Yerə qaynar su töksən «ərüşik» olarsan, tökməzdən əvvəl «bismillah» demək lazımdır.

Bir evdən o biri evə şər qarışandan sonra süd, yoğurt, atəş verməzlər – evin ruzusu qaçar. Südün içinə kömür atıb vermək olar.

Axşam vaxtı həyət süpürməzlər, yerə çamaşır suyu tökməzlər, üz yumazlar (yusan, naxırçı qızı alarsan). Şər qarışanda («axşam darında») yuxulamaq da məsləhət deyil, çörək də yeyilməz.

Təzə ay çıxanda örtülməmiş təzə kəlağayi (foşi) örtünürlər aya qarşı ki, bəxt açılsın.

İsitmə zamanı yeddi qat teli qırx düyün edib qola bağlar və üç dəfə isitmə duası oxuyarlar.

Oçaq üstdəki qazanı, sacı dağıtmaq bədbəxtlikdir.

Mal satanda ipini verməzlər.

Öz tarlanı əkməmiş, başqasına borc toxum vermək olmaz...

 

*  *  *

Yuxular, yozumlar, fallar...

Rəvayətə görə, bir qadın yuxuda görur ki, oğlunu öldürüb, dərisini ip kimi cızıb şəhərin yörəsinə sərmişlər. Səhəri qonşusunu görən arvad oğlunu qəzadan qurtarmaqçun ona yalandan deyir ki, sənin oğlunu yuxuda görmüşəm, dərisini çızıb şəhər ətrafına gəriblər.

Qanşu deyir:

– Allah, sana şükür, oğlum padşah olacaq.

Bir neçə gün sonra doğrudan da həmin arvadın  oğlu yox, qonşunun oğlu padşah olur – yuxu ona keçir...

Saatlının Varxan kəndində yaşayan Laşeli Gülxanım Binəli qızının söylədiyi bu rəvayət yuxuya olan əski inamların qalığıdır.

Yuxular dünyası türklər üçün gerçək aləm qədər realdır,   yozumlar – insan   taleyinin   bələdçiləridir.

Yuxuda qızıl görən qadının qızı olacaq; balıq, bıçaq, qurbağa görəninsə oğlu.

Qapısında meyvəli ağac görsən, subay qız ərə gedəcək, gəlininsə uşağı olaçaq.

Yuxuda ətmək yemək xeyirdir, ətmək vermək – ziyan.

İlandava, düşmən bəlirtisidir, 'zi adama isə ilan düşür.

Hamamsıxıntı, xislətdir.

Xalırahat güzərandır.

Soğan görəni göz yaşları gözləyir.

Sabunacıdır, kədərdir.

Bulanıq sugöz yaşlarıdır; duru suaydınlıq.

Qucaqda qız uşağı görməkkədər, bəd xəbər deməkdir.

Yuxuda qapı-bacanı süpürən kədərdən qurtulur.

Xoşlamadığın adam yuxuna girsə, işin rast gətirməz.

Açıq bıçaq görsəndeməli düşmən sənə güc gələcək.

Uzun saçlaryoldan, səyahətdən xəbər verir.

Xəstə görməkbədbəxtlik, ölümdür.

Ölü görənin ömrü uzun olacaq.

Tərəzi görən xərcə düşəcək, ət görənin sözü çəp gələcək, çəkişəcək.

Ağlamaqgülməkdir, gülməkağlamaqdır.

Yuxulardan başqa, taleqismət öz hökmünü, inayətini ya qəzəbini ayrı yollarla da göstərir. Taleyin dolaşıq yollarını çözələyib anlamaq üçün fal qaydalarını bilmək lazımdır.

Bəxtini bilmək üçün təzə ay çıxanda hələ baxılmamış təzə güzgünü aya tərəf tutur, güzgüdə qismətini, qəza-qədərini görürsən. Amma güzgüyə çox baxsan çalınarsan, şikəst, kor olarsan... Təzə aya qarşı örtülməmiş poşi (kəlağayı) örtəndə bəxt açılır.

Qurban bayramında da yatarkən yanına güzgüynən su qoyur və rüvədə (röyada, yuxuda) bəxtini görürsən.

Ramazana üç gün qalmış, Ərəfə günü, iynə-sap işlətməzlər, qibləyə tərəf yeddi ulduz sayıb bir niyyətlə yatarlar, yuxuda qismətin görünər.

Mövludda şərbət üstə dua oxunur, sonra şərbət içilir.

 

 

*  *  *   

Axısqa elində ən məşhur falçı-cindar artıq haqqında danışdığımız aşıq – Molla Məhəmməd olmuşdur. Aşıqlıqla bərabər Molla Məhəmməd falçılıq, təbiblik, mollalıq da edərmiş. Saatlının Əzizbəyov kolxozunda yaşayan Celalı Səddi Əşrəfov  xatırlayır ki, Molla Məhəmməd ağ nəlbəkiyə su tökər, səkkiz xırda pul atar, baxardı, gözünə xəstəyə bənzər şəkil gələrdi, sonra suya bıçaq vurar, dua oxuyardı. Xəstə bundan bayılar, sağalıb ayılardı...

Lakin qeyd edək ki, Axısqanın maarifpərvər ziyalıları hələ keçən əsrin əvvəllərindən cindarlığı tənqid etmiş, xalqı elmə, savada çağırmışlar. Yalnız yerli əhaliyə deyil, hətta qonşu obaların əhalisinə, gürcü qadınlarına da «xidmət» göstərən Axısqa cindarlarının fəaliyyəti haqqında satirik məktub «Molla Nəsrəddin» jurnalında  dərc olunub: «Axısqa uyezdində Azqur kəndindən yazırlar: «Bu il həmd olsun cindarlarımızın bazarı rövnəqlidir. Çünki Gürcüstanda kazakların vəhşi rəftarlarından qorxub meşələrə qaçan və dəli olan arvad-uşaqların sanı xeyli ziyadədir. Bunlardan bizim xoşbəxt məmləkətimizə hər həftə müalicə üçün dəstə-dəstə gəlirlər. Bizim başımızı uca edən cindar mollalarımızın allah ömürlərini qiyamətə qədər uzatsın.

İdarədən: kim deyir ki, Axısqa və Acara müsəlmanları gürcülərə kömək etmirlər?» («Molla Nəsrəddin», 23 iyun 1906, № 12, s. 3.).

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19786 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=