AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

TAPINCLAR

TAPINCLAR

Öncə onu deyək ki, Axısqa türklərində magik-mifoloji dünya duyumu çox güclüdür. Söylədikləri mifik rəvayətlərin gerçəkliyinə, baş vermiş əhvalat olmasına sadə kənd qocaları tam səmimiliyi ilə inanırlar. Əski duyum tərzi tapınclar və inanışlar sistemində qabarıq aşkarlanır.

                                         *  *  *  

Qurd tapıncı. Son dərəcə qədim olan qurd kultu türklərin etnik yaddaşında dərin izlər qoyub.

İnama görə, yuxuda və ya gerçəkdə qurd görmək uğurlu əlamətdir.  

Uşağın ömrünü uzatmaq üçün Axısqanın bə'zi kəndlərində bir çox əlaclarla yanaşı, qurdla bağlı çox qədim və maraqlı bir adətdən də istifadə edilirmiş. Canavarın çənə ətrafındakı dərisini soyub qurudar və təzəcə doğulmuş uşağı bu dəridən («qurd ağzı»ndan) keçirərlərmiş.

Uşağı bəd nəzərdən, xətərdən qorumaq üçün nəzər muncuğu (nazar boncuğu), dua (nuxsa), mavi parçadan tikilmiş yelək (zubon), zümrüd daşıyla yanaşı, qurd dişi də kara gəlirmiş.

Kim isə çöldə, dağda-kəsəkdə qalanda, heyvan itəndə qız xeylağı telini düyünləyib xüsusi qurd duası oxuyar və qurd ağzı «bağlayarmış».

Bağ-bostanı pis gözdən qorumaq üçün də ağaça qurd kəlləsi  asılarmış…

*  *  *

Ağac tapıncı. Elin yaddaşında aqac kultu ilə bağlı inamlar da çox yaxşı qalıb. Türk ellərinin hər yerində olduğu kimi Axısqada da uşaq olması, xəstəliklərdən qurtulmaq üçün ağaclara rəngbərəng parçalar  bağlayarmışlar. Məsələn, isitmə zamanı qırmızı, sarılıqda sarı rəngli ip bağlanarmış ağaclara.

Meyvəsi qıt olan ocağı bəhrələndirməkdən ötrü bəzən gənc qızlar qəfildən ağacı qucarmış. Və ya baltayla  ağacı cızıb kəsmək cəhdi təqlid edilərmiş.

Müqəddəs ağaclar yanında çeşidli niyyətlərlə qurbanlar da kəsilərmiş.

Xalqın etiqad etdiyi müqəddəs ağaclardan ən məşhurları Zediban istiqamətində Qıldıqara qalası yanında bitən şam, Kikinetdəki İsitmə qayasındakı qarağaç, Axaşen çərmüyündəki Lek ağacı imiş.

Ağac kultu ilə ilgili inamlardan biri də evin təməlinə qurban kəsməkdir. Bu adət çox qədim dövrlərdən gələn ağac qurbanı, tikinti üçün kəsilmiş ağaclara qurban mərasimindən nəşət edir.

*  *  *

Su tapınçı. Türk mifologiyasında ağac tapıncı su kultu ilə ortaqdır. Ağac da, axar su da müxtəlif aləmləri – yeri və üst dünyanı birləşdirən yol, ilgi sayılır.

Su – aydınlıqdır, bulaq müqəddəs əhd-peyman yeridir. «Puvar» – bulaq türk folklorunda ən çox süslənən ülvi obrazlardandır.

Hər türlü niyyətlərinin həyata keçməsi üçün türklər həmişə suya pənah gətirmişlər. Axısqa – Axılkələk civarlarında Cazi gölü, Dibsiz göl, Xançala gölü, Hundun gölü, Pərvanə gölü,  çayqaralar, çərmüklər, çubuq hamamları, Quruçay deyilən  tapınç yerləri, şəfalı bulaqlar diləkliləri diləyinə çatdırır, xəstələri sağaldırmış.

Cazi gölü – Pulate yaxınlığındadır. Quraqlıq olanda gedib qablarla bu gölün suyundan götürər, kəndlərə doğru qayıdanda suyu çöllərə, zəmilərə, çaylara çiləyərlərmiş. Bundan sonra yağmur yağarmış.

Dibsiz göl – bü e'cazkar göl Arznenin üstündə yerləşir, içində camışlar batıb yox olub və heç kim çimməzmiş.

Xançala, Madatana, Tuman gölləri – Axılkələkdə, Pərvanə göli – Boqdanovka (Ninosminda) rayonlarındadır. Bu göllər öz şəffaf suyu, gözəlliyi ilə məşhurdur.

Çərmük – yerdən çıxan qaynar mineral çeşməyə deyilir, Ətrafında çala qazılar, çalaya dağ otları tökülər, xəstələr bir neçə saat üstündə oturarmış. Ən məşhurları – Abastuman, Axaşen, Pulate, Arazinda, Küknəlli dərə çərmüyü, Sabiyet dərənin çərmüyü hesab olunur. Çərmüklər sonsuzluğa, dəri xəstəliklərinə, yelə qarşı xüsusilə xeyirli imiş. Məsələn, Pulate çərmüyü mə'də, qaşıntı xəstəliklərinə, Küknəlli dərə çərmüyü qotura, Sabiyet dərə çərmüyü qaşınmaya, Abastuman – sonsuzluğa əlaç edirmiş.

Çubuq hamamı da çərmük kimi qaynar təbii çeşmə üstündə qurularmış. Çeşmə ustdə çubuqdan koma düzəldilər, içinə xüsusi otlar döşənər, uşağı olmayan qadın bir neçə gün bu komada qalarmış.

Çayqara – şəfalı soyuq bulaqlara deyilərmiş.

Quruçay adlı səcdəgah qurumuş çay məcrası imiş.

Su kultu ilə ilgili mərasimlərdən biri də yağış yağdırmaq üçün həyata keçirilən Kəpçəxatun mərəkəsidir. Hava quraq keçəndə 10-12 yaşa qədər bir dəstə oğlan, qız uşaqları əllərində gəlin kimi bəzədilmiş çömçə (kəpçə – çömçə xatun) tutar, kəndi qapı-qapı gəzib yağmur duası oxuyardılar. Yol boyu camaat duanın hər bəndindən sonra «amin» deyər, uşaqların ustunə su çilər və şirni hədiyyə verərdi.

Yağmur duası

Kəpçəxatun nə iştər?

Allahdan yağmur iştər,

Yağsun-yağsun sel olsun,

Ədrəfimiz göl olsun!

Qod bacadan gələndə,

Qoda salam verəndə,

Yağmur yüzi görəndə,

Yağsun-yağsun sel olsun,

Ədrəfimiz göl olsun!

Qara tavuğun qanadi,

Kim vurdi, kim sınadi,

Xanım nənə çıxsana,

Yağ güvəcinə baxsana,

Bizi yola salsana.

Yağsun-yağsun sel olsun,

Ədrəfimiz göl olsun!

Bundan əlavə Kəpçəxatunu gəzdirən uşaqlar çeşmədən ağızlarında qaça-qaça su gətirər, ocağa püfləyərdilər ki, yağış yağsın.

Yağış yağdırmaq ya kəsmək üçün 'zən səcdəgahlara qurban da kəsilərmiş. Çox yağmur olanda tavanın dalına duz töküb çölə qoyurlar. Təzə ay qarnı aşağı olsa, yağuntusuz keçəcək, çünki ay göydən suyu tökülməyə qoymur.

Hədik qaynatdıqda da bol yağmur yağar.

*  *  *

Məzar tapıncı. Axısqa elində bəlli məzarlar, türbələr çox imiş. Bəlli məzarlar arasında eyilər (müqəddəslər) məzarları, şəhid, qərib, ərən, övliya məzarları xüsusi sayqılanırmış. Bəlli məzarları ziyarət edənlər onların üstündə dua oxutdurur, qurban kəsir, ətmək, şirni qoyur, əhd eləyirmiş.

Eyilər (müqəddəslər) məzarlarına demək olar hər kənddə rast gəlinirmiş. Rəvayətə görə müqəddəs məzarlardan, ərən, övliya türbələrindən gecələr işıq gələr, mum yanarmış. Azqurda, Həppənə məhləsindən yuxarıda Haçı Əhmədin türbəsi, Xarcamda Beglər məzarluği, Naçar Xoca, Varxanda Hasan Xoca, Nəsrəddin Xoca, Çeçlada İlyas Xoca, Cami məhlə, Mollagilli Sadıq Əfəndi türbələri, Derseldə Həzəm türbəsi, İskəndərin türbəsi, Celada Molla Əşrəf, Moxedə Şəhri Əfəndi türbəsi, Pulatedə Əhmədağa türbəsi, Sukuletlər türbəliyi, Lazistanlı Xocanın türbəsi, Molla Mahmüd türbəsi, Saxanda Şaban dədə türbəsi, Qorzedə Abdul dədə türbəsi, Abastumanda Yarux qayadakı İbrahim dədə türbəsi el arasında xüsusilə sayqılanırmış. Rəvayətə görə gecələr bu türbələr nurlanar, üstlərində mum yanarmış.

Türklər xalq qəhrəmanlarını, el yolunda ölmüş igidləri, şəhidləri eyilərdənmüqəddəslərdən sayır onların məzarlarına səcdə edirlər; şəhid məzarlarına qurban verilir, niyyət dilənir, xəstələr, sevgililər, sonsüzlar, yol gözləyənlər pənah gətirirmiş. Uşağı olmayan qadınlar bəlli məzara şal qoyur, bir-iki gün sonra onü götürüb belinə bağlayırmış.

Şəhid məzarı ustdə bitən ağaclar da müqəddəsləşdirilir, 'zən əski məzar itir, yerində ağac qalır, onlar da ziyarətgah kimi dəyərləndirilirmiş. Rəvayətə görə, belə ağaca balta vüranda, yerindən qan çıxarmış.

Axısqa türklərinin mənəviyyatında qəriblik anlayışı əzəldən mühum yer tutmuş, sürgün illərində isə qərib sözü xüsusi ülvilik qazanmışdır. – Qərib məzarı, yurdu əlindən alınmış elin dərd simvollarından biri kimi 'nalandırılır. Türkülərdən birində belə deyilir:

Aşıq Qərib gözlərindən yaş tökə,

Anam yox ki, dizlərinə saş tökə,

Nişanlım yox, məzarıma taş tökə,

Bir çalidür məzar taşi qəribin.

Axısqanın kəndlərində qəbiristanlıqlarda şəhidlərlə yanaşı, qəriblərin ayrı məzarlıqları olub. Qərib məzarları da eyilər məzarlarından sayılıb, müqəddəsləşdirilib. Pulatedə, Kikinetdə, Qaratubanda, Enteldə, Varxanda yerləşən qərib şəhid məzarlıqları bütün mahalda məşhur imiş.

'zi türbələr müəyyən dərdlərə əlac etməsilə ad çıxarıbmış. Enteldəki ziyarətgaha südü qıt olan analar gələr, Xerxemdəki qərib məzarlığına yağmuru kəsməkdən ötrü qurban verilər, Qaratüban pirinə ruhi xəstələr üçün nəzir deyilər, Posxovdakı Zazolanın türbəsinə gec ayaq açan uşaqları gətirirmişlər...

Müqəddəs məzarlara qarşı hörmətsizlik edən çəzalanırmış. Saatlının Axundov kolxozunda yaşayan Pulateli Almas bibi  söyləyir ki, bir dəfə babası Əhməd bir qəbir yanındakı armud dibində yuxulayır. Yuxuda ikən mübarək onu sillə ilə vurub deyir: «Qax, mum yaxacağıq, yatiyersən burda!»   – Bundan 'lum olur ki, bura övliya qəbri imiş, üstdə yatmaq olmazmış.

Saatlının Varxan kəndində yaşayan Kikinetli Qafur Hüseynovun  söylədiyi rəvayət maraqlıdırSaxan kəndində Yetimgillərdən Şaban adında bir subay kişi olur. Bir dəfə meşəyə gedir, namaz vaxtı çatır, namaza durur. Bu vaxt çox güclü qar yağır, kişi elə namaz üstdə keçinir. Cəsəd altı ay qar altda qalır, altı aydan sonra onu tapırlarcəsəd əli qatlanmış halda, namaz vəziyyətində imiş, qədər çalışırlar, meyit düzəlmir. Qoca deyir ki, bu kəramətli adamdır, eyilərdəndir kişini o vəziyyətdə elə oradaca dəfn edirlər. Sonradan bu məzar Şaban dədə türbəsi kimi məşhurlaşır.

Saatlıda yaşayan Çeçlalı Balcioğullarigildən Mühiddin Məhəmməd oğlu belə bir əfsanələşmiş rəvayət söyləyir: «Qörcom kəndindən İsgəndər Əfəndini tutmaq istəyiblər. Dalınca gəlmək istəyəndə atlar gedəmiyib. Çıxer diyer, sabah kəndim gəliyerim. Sabahdan çıxer, özü gediyer Qula rayonuna (Acarıstanda), təslim olur. Əfəndini 7 kilitlə kilitliyerlər. Sabah namazında soldat görer ki, baxçada bir adam namaz qıler. Görer, yeddi kilit açılmayıb. Əfəndi namazıni qıler, qayıder. Əfəndiyi geriyə götürerlər. Stalin çağıriyer bunu, diyer, Əfəndi, bilirim, sən əvliyasan, nemesnən davada kim qələbə çalacaq? Diyer, Soso, çox əzyət çəkəcəksən, amma qələbə sənindür».

*  *  *   

Xarabalıq  tapıncı peglərMəzar   kultu  xarabalıqlara sitayişlə daxilən bağlıdır. Xarabalıqlara türklər «peg» deyir onları «saabli» (sahibli) yer, qorxunc məkan hesab edirlər.

Ən məşhur peglərdən biri Azqurdakı Ulu came xarabalığı imiş, Ulu came xarabalığı da «saabli» yer sayılırmış, 'ni bura cin-şeytan yiyələnibmiş gecələr ora getmək olmazmış. Ulu came yanından şər qarışan vaxtı keçən adamı cin vurar o «ərüşərmiş». Əruşmüş (xəstələnmiş, cinlənmiş) adamı sağaltmaq üçün ona iki «nuxsa» (dua) yazılar, duanın biri yerə basırılar, digəri xəstənin boynundan asılarmış. Ərüşik dəymiş yerə isə şərbət çilənər, mum yandırılarmış.

Utkusuban pegləri, Çeçladakı Zurgenul pegləri çox  qorxunc yer  kimi tanınıb. Rəvayətə  görə, axşamlar gecə səhərəcən bu peglərdən çalğı, davul-zurna səsi gələr, işıqlar yanarmış...

*  *  *

Xıdırəlləz kultu. Türk mifoloji panteonunun ən ulu üzvlərindən biri Xıdırəlləzdir. Axısqa türklərinin inamınca Xıdır ikidirXıdır İlyas Xıdırəlləz. Xıdır İlyas suda batanları xilas edir, Xıdırəlləz isə adamları hər qəzadan qurtarır, Xıdırəlləz dara düşənə köməkçi, yolçuya həyan, qəribə yoldaş, məzluma dayaqdır.

Xıdırəlləz yol su ilə bağlıdır; başında, yolda daha çox görünür. Bir kəs yola çıxanda türklər dalınca «Xıdırəlləz sana olsun» deyərlər.

Xıdırəlləzin baş barmağında sümük yoxdur nabələd  yolçuyla  ehtiyatla   görüşmək lazımdırçünki  o, Xıdır ola bilər.

Su başında Xıdır görünəndə gərək dua oxuyasan, onda su gələr, oxumasan quruyar.

Ümumiyyətlə, Xıdırı  görmək  böyuk  səadətdir.

Orucluğun 15-ci günündən sonra ta oruc ayının axırına  qədər tək günlərdən  biri Leyla-qədr gecəsinə düşür; bu gecə Xıdırəlləz evləri gəzir. Leyla-qədr gecəsinin hansı günə düşəcəyi məlum deyil. Buna görə orucluğun ikinci yarısının hər tək günündə axşamdan un torbasını açıb üstunü hamarlayar, Xıdırdan qismət dilərlər. Xıdırəlləz kimin evinə gəlsə, un üstdə əlininatının ayağının, qamçısının izi düşər.

Xıdırın qoyduğu izin şəkli gələcək qismətdən xəbər verər... Qismət-qədəri bilmək üçün Xıdırəlləz zamanı kiçik qız uşağının qabağına un, duz qoyarlar, «una duz al» deyərlər. Körpə qız qədər ağlı kəssə, una duz qatar. Sonra gənc qızlar bu undan xırda çörəklər bişirib, oğlanlarla birlikdə yeyərlər, gecə hərə yanına bir piyalə su qoyar, Xıdırəlləzi anıb yatar. Yuxuda yanğılı cavana kim su versə, odur qisməti...

Xıdırəlləzi görmək üçün 'zən qadınlar oruc tutmaqla bərabər, Xıdırəlləzi niyyət edib bütün orucluq dövrü evdən bayıra çıxmazdılar, – bu qadınlara xıdırəlləzlər deyərdilər

Leyla-qədr gecəsi Xıdırəlləz gələndə «göy  açılır», doğudan batıya doğru göydə işıq qurşağı şəklində zolaq yaranır. Xıdır yolunu görən adam allahdan nə diləsə, diləyi qəbul olunur…

Leyla-qədr gecəsi  «göy açılanda» cənnət, cəhənnəm görunür…

Xıdırəlləz yolunu görənlər haqqında maraqlı əhvalatlar danışılır. El arasında belə söyləyirlər ki, intizarla Xıdır yolunun açılmasını gözləyən bir çoban Leyla-qədr gecəsi göy qəfildən işıqlananda çaşır və dilinə «yun-yun» sözlərindən başqa bir kəlmə gəlmir... Çoban kor-peşman yatır. Səhər evdə bir çuval yun görür. Qanı daha da qaralır, deyir: «yun istəmədim, var istədim». Amma sonra çuvaldan nə qədər yun götürsələr də yun qurtarmır və çoban varlanır.

Başqa bir adam da pəncərədən baxıb Xıdırəlləzin yolunu gözləyir. Baxmaqdan başı ağrıyır. Qəfildən göy işıqlanır, kişi başını pəncərədən çölə çıxarıb «Allah, bir pud qızıl ver» əvəzinə, çaşıb «Allah, bir pud baş ver» deyir, başı şişir, pəncərədən geri, otağa girmir...

*  *  * 

Al arvadı kultu. Al – uzaq Altaydan Bosfora qədər bütün türk dünyasında dərin vahiməylə anılan qorxunc varlıqdır. Alın basdığı adam çox çətin qurtulur. Ondan hamilə qadınları, qırxlı uşaqları və anaları xususi səylə qoruyurlar. Uşağı olmuş qadın qırx gün evdən çölə çıxmır. Qırxlı uşaq olan evdə üzərlik yandırılır, həyətdə ocağ qalanır, astanaya zəncir qoyur, qapıya qırmızı xoruz bağlayırlar. Uşağın beşiyinə dəmir, bıçaq qoyurlar, qadınlar üstlərinə iynə, sancaq taxır.

Deyilənə görə, Al pişik kimidir, müxtəlif cildlərə girir, adamın belinə qonur, ciyərini aparır. Al basanın dili düşür, rəngi qaralır, titrəyir, yəni «ərüşik» olur və axırda ölür.

Al basmış ananın ətəyinə arpa tökər, al rəngli at gətirərdilər, əgər at ətəkdən arpanı yesə, at ölər, yeməsə arvad ölər.

Alın vurduğu arvadı al atın altından da keçirərdilər – ya at, ya qadın ölərdi.

Alın basdığı və ərüşmüş adamı xilas etmək üçün «al gəmüyü» və «al boncuğu»ndan da istifadə edilirmiş.

«Al boncuğu» sarı-qəhvəyi rəngdə olur, bir il uşaq onu üstündə gəzdirir, suya salıb suyunu içirdirlər.

«Al gəmüyü»nü xəstənin üstə gətirər, boynundan asardılar. Al gəmüyü balıqqulağına oxşar, yumruq boyda olarmış.

Al gəmüyünün mənşəyi haqqında Gülcan nənənin danışdığı rəvayət maraqlıdır. Fərqanə faciəsindən sonra Özbəkistandan Saatlı rayonunun Axundov kolxozuna köçmüş Pulateli Gülcan nənə Süleyman qızı (Kuşogillərdən) bu hadisənin onun öz nənəsinin başına gəldiyini söyləyir. Gülcan nənənin dediyinə görə, nənələri cavanlıqda hamilə vaxtı dağda imiş. Köç vaxtı hamı gedir, qardaşları nənələrini dağda yalqız qoyub deyirlər ki, bu gecə dur, şeyləri aparaq, səhər gəlib səni də götürərik. Nənəyə xəncər (qama) verirlər ki, lazım olsa, özünü qorusun. Gecə ikən nənə doğur. Sonra başını qatmaq üçün oturub corab toxuyur. Bu vaxt Al gözəl qız şəklində yuxarıdan enib gəlib oturur, odunları götürüb nənənin corab toxumağını yamsılayır. Nənə  bu qızın Al olduğunu anlayır, qamanı götürüb Al qızın boynunu vurur. Alın leşindən atəş açılır. Bu külün içindən «al gəmüyü» toplayırlar.

Saatlının Şirinbəy kəndində yaşayan Qortubanlı Mollaosmangillərdən Səfiya Abbas qızı (1904) danışardı ki, deyilənə görə, Al gəlib dayımın bağçasından meyvələri yeyirmiş.

 Başqa bir rəvayətə görə, evə girmiş alı torla tutmaq olur.

                                         *  *  *

      Cəməcürə. Pişik kimidir, gözə adam kimi, at kimi görünür,ağır olur, adamı basır, xüsusən adam yatanda. Bundan qorunmaq üçün çöldə yatdığın yerin ətrafına dairəvi cız çəkib 3 dəfə «Qulhvallah» oxuyar, «Allah xayırlı sabahlar versin» deyərlər, onda gəlməz.

                                         *  *  * 

Nazar kultu. Nəzəri türklər çox böyük bəla sayır və nəzər dəyməsi haqqında belə deyirlər:

– Nazar dəymiş malı qazana qoyarım, adamı məzara qoyarım.

Nəzər dəyməsin deyə adamlar ustlərində «nazar boncuğu», zümrüd muncuq, qurd dişi gəzdirər, mavi parçadan köynək, yelək geyər. Uşağın başı altına bıçaq, toyuq lələyi, kömür, üzərlik qoyarlar.

Nəzər dəymiş adamın peysərindən qan alar, suya qatıb nəzər dəymişə içirərlərmiş. Bundan əlavə – nəzər dəymiş adamın paltarından bir parça kəsər, duz və üzərliyə qatıb yandırar, tüstüsünü nəzər dəyənə verərlər. Qarğıdalının qırmızı dənini, duz, üzərlik, qara toyuq lələyi və ya qara it tükünü də qarışdırıb yandırar, nəzərli adamı tüstülədərlər. Nəzər dəymişə yeddi yol ayrıcından götürülmüş çöplərin və uzərliyin tüstüsü də xeyirlidir.

Nəzər adamı əsnədir, halsızlaşdırır, başını ağrıdır. Nəzərdən baş ağrıyanda piyaləyə ocaq külü, duz, qırmızı qarğıdalı (lazut) dəni atar, piyaləni şalla örtər və tüstünü başa tutarlar.

Nəzər mala-heyvana, evə, bağa-bostana da dəyə bilər. Bunları da muxtəlif üsullarla, ən çox «nəzər duası» ilə qoruyar, nəzərdən çıxararlar.

Nəzər haqqında belə bir rəvayət var. Bir dəfə bir karvan keçirmiş. Güclü nəzəri olan bir kişinin gözü dəvələrdən birini tutur, bilir ki, dəvə çatlayacaq. Oğlunu çağırıb karvanın dalınca göndərir ki, dəvə kəsiləcək, get, ət al. Oğlan karvana çatır, görür dəvələrdən birini kəsirlər, ət almaq istədiyini söyləyir. Karvanbaşı əhvalatı bilib, köks ötürür deyir: allah, sən adamda gözə-nəzərə bax! Elə bunu deyən kimi həmin kişinin gözü partlayırdemə, karvanbaşının nəzəri onunkundan da güclü imiş.

*  *  *

Mataur. Hamilə vaxtı ana xəstə olsa, onu cin çalıb ərüşik etsə, uşağa mataur keçər. Mataur qırmızı böcək şəklində varlıqdır, uşağın qundağını açanda dabanından, başqa bir yerindən deşib bədənindən çıxar qaçar. 'zən 4-5 yaşına qədər uşaqda qalar. Uşağı mataurun 'sirindən qurtarmaq üçün, mataur bədəndən çıxanda tutmaq, əzib suya qatmaq uşağa içirmək lazımdır. Onda çocuğa heç olmaz.

Uşağı mataurdan qorumaq uçün boynuna xüsusi göy rəngli cızıq-cızıq munçuq taxarlar, qapıya qırmızı xoruz bağlarlar. Anaya xəmir mayası, ilan külü, simsara adlı acı ot kökünü qarışdırıb su ilə içirərlər. «Xuto daşı» adlı daşı da əzib süya qatar uşağa, anaya içirərlər ki, mataurdan qurtulsun...

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol