AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

TOPLAYICILAR HAQDA

Toplayıcılar   haqqında   məlumaT

 

Asif Hacılı - 1960- ildə Borçalının Sarvan kəndində (indiki Marneuli şəhəri) anadan olmuş, orta təhsilini Bakıda almışdır. 1982-ci ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1987-ci ildə namizədlik, 1997-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Filologiya üzrə elmlər doktoru, professordur.  İyirmidən çox kitabı, onlarla məqaləsi dərc olunmuşdur. 1980-ci illərin ortalarından Ahıska türklərinin tarixi, mədəniyyəti və folklorunun öyrənilməsi, etnoqrafik və folklor materiallarının toplanması ilə məşğuldur. 1980-ci illərin axırlarından Ahıska türklərinə dair məqalə və kitabları dərc olunmağa başlayıb. "Gəl dönəlim o yerlərə, arkadaş" (1989) adlı məqaləsi və "Qəribəm bu vətəndə. Axısqa türklərinin etnik mədəniyyəti" (1992) adlı kitabı Ahıska türklərinin etnik mədəniyyətinə və folkloruna dair ümumiyyətlə türkologiya elmində ilk dərc olunmuş əsərlərdir. Bu mövzuda kitab və məqalələri Azərbaycanda və xarici ölkələrdə çap olunub. Azərbaycan Yazarlar Birliyinin üzvüdür.

 

CABİR XALİD OĞLU XALİDOV1951-ci ildə Səmərqənddə anadan olmuş, 1959-ci ildə ailəsiylə Azərbaycana köçmüşdür. 1964-74- illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. 1974-1985-ci illərdə Saatlı rayon Oktyabrabad (Şirinbek) kənd orta məktəbində Azərbaycan dili ədəbiyyatından dərs demişdir. 1985-ci ildən kənd mədəniyyət evinin rəhbəri olmuşdur. İstedadlı şair, vətənpərvər ziyalı olan Cabir müəllim vətən mücadiləsinin fəal iştirakçısı, gözəl folklor bilicisidir.

 

HƏCƏR DƏDƏYEVATürk xalqının fədakar ziyalısı olan Həcər xanım bütün həyatını vətən eşqi, ulu türk sözünə sonsuz məhəbbətlə yaşamış türk folklorunun qorunması üçün cəfakeşcəsinə əlindən gələni etmişdir.

 

TAHİRCAN KUKULOV – 1960- ildə Özbəkistanda anadan olmuş, ailəsiylə Azərbaycana köçmüş, Saatlının Smada kəndinə yerləşmişlər. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Smada kənd orta məktəbində tarix müəllimi işləyir, «Axısqa türklərinin tarixinə bir nəzər» (B.1999) adlı kitabın müəllifidir.

 

Aydın Poladoğlu - 1975-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Orta məktəbi Özbəkistanın Buxara vilayətində bitirmiş 1992-ci Buxara Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1993-1998-ci illərdə M.F.Axundov adına APRDƏİ- təhsil almışdır. Axıska türk folklorunun toplanması ilə məşğuldur.



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol