AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

ÖN SÖZ

 

AHISKA TÜRKLƏRİ

ÖN SÖZ


      İnsanlar kimi, xalqların da öz taleyi, öz qisməti var. Sonsuz türk dünyasının ulu boylarından olan Axısqa türklərinin taleyi türk tarixinin ən faciəli həm şanlı səhifələrindən biridir

     Dünyanın cənnət guşələrindən sayılan Axısqa-Çıldır torpaqları ən əski çağlardan zəhmətkeş əməkçilərin ustad sənətkarların yurdu olmuşdur.
     Türk ellərinin qovşağında, köç yollarının üstündə yerləşən bu obada müxtəlif türk bölgələrinin bir çox zənginlikləri cəmləşmişdir. Axısqa ma­halında qədimlərdən Anadolu Qafqaz, Rumeli Turan mədəniy­yət­ləri çulğaşaraq orijinal etnoqrafik fenomen yaradıb. Bu obada həm uzaq İstanbul civarlarının, həm ulu Gəncə yörəsinin nəfəsi duyulur, həm Ana­dolu halayları, həm Borçalı gözəlləmələri səslə­nir­şa­hi­­­rimiz bizi bu qənaətə gətirib ki, Axısqa türkləri Türkiyə Azərbaycan türk­ləri arasında keçid mövqeyində duran özünəməxsus etnoqrafik qrupdur.
      Şərti olaraq desək, əgər Borçalının qarapapaq elatı tarix meydanına os­manlılığa meylli azəri türkləri kimi çıxmışlarsa, Axısqa eliazərbay­can­lılığa meylli osmanlı türkləri hesab oluna bilər.
      Qədim çağlardan qoca Qafqazın cənub-qərb torpaqlarında məskun­laşmış Axısqa türkləri 1944- ilin noyabrında amansız imperiya siya­­tinin qurbanı olmuş, doğma vətənindən uzaqlara sürülmüş bütün insani hüquqlardan məhrum edilmişdi.
      Qədim yurdundanulu dağlardan, yaşıl meşələrdən, dibsiz dərə­lər­dən dəhşətli dərəcədə qəfil vəhşicəsinə qoparılmış, yalquzaq səhra­lara atılmış Axısqa türklərini azğın şovinistlər əzablı məhvə düçar etmiş­di. Axısqa, eləcə Göyçə, Zəngəzur, Ağbaba, Borçalı, Qaraçay, Balkar, Krım türklərinin başına gətirilən faciələrin bütün dəhşətlərini təsvir etmək mümkün deyil.Əzablı yollarda, sürgün ağrılarından, xəstəlikdən, məhrumiyyətlərdən minlərlə türk həlak olur. Acı sürgün illərində türklər mənəvi əzablara məruz qalır. Bir qədər sonra isə türklərin soy-kökünə qəsd edilirtürk olduqları üçün sürülən bu insanların indi türk adı dəyişdirilir, sənədlərdə türk sözü yazılması yasaq edilir! Türk dünyasının mənhus düşmənlərinin 1989-cu ildə Axısqa elinə qarşı törətdikləri ikinci cinayət bəlkə əvvəlkindən dəhşətli olduçünki bu, iki qardaş xalqın faciəsi idi. – Aldadılmış, uydurulmuş bir qardaşın kor qəzəbi o biri qarda­şa qarşı yönəldildi. Bütün türk aləmi bu ağrıdan sarsıldı, amma yenə sınmadı, parçalanmadı.
     Axısqa türkləri taleyin bu amansız sınaqlarından ləyaqətlə çıxmışlar. Bu zəhmətsevər, müdrik qəhrəman xalq əzablara sinə gərmiş, sınmamış, əzilməmiş, yad torpaqlara səpələnib əriməmişdir. Ən əsası, od-alovdan keçən türklər yalnız cismani varlıqlarının hayına qalmamış, həm milli ruhu, mənəvi sərvətləri, türklüklərini qoruya bilmişlər.
     Qəriblikdə nurani dədələr, nənələr yaddaşlarını sanki daha da itiləşdirdilər, zamanın acığına ömürlərini bir az da uzatdılar xalqın mənəviyyatını, mədəniyyətini yaşadan müdriklik xəzinəsiniəski sözləri, türkü şarkıları, rəqs adətləri, məişət düşüncə tərzini, əxlaq vərdişləri qorudular, yeni nəsillərə ötürdülər.
      Dünyanın ən böyük dərdi olan vətənsizlik dərdindən, azman Vətən həsrətindən yeni sözlər, türkülər, şarkılar doğdu. Qara həsrətin dərinliyilə adamın içini göynədən bu əsərlər müxtəlif ölkələrə səpələnmiş xalqı birləşdirdi, müqəddəs mənəvi çırağı sönməyə qoymadı! Həsrət Hiddət İnam Məhəbbəti əzə bilmədi!
     Hələ 30-cu illərdə teatrlar yaratmış, məktəblər açmış, Ömər Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Əhməd bəy Pepinov, Məhəmməd Zəki kimi şəxsiyyətlər yetirmiş bir xalq öz varlığını qoruya bildi.
      Son vaxtlar ağsaqqalların səsinə yeni nəsildən olan cəfakeş ziyalılar səs verir. Axısqa türklərini birləşdirən «Vətən» cəmiyyəti fəaliyyət göstərir. Həyatlarını doğma xalqının haqq işinə həsr etmiş vətən fədailərinin narahat, yanğılı həm inamlı söhbətlərini dinlədikcə, bu qorxmaz vətənpərvərlərin müdrik gücünə, dönməzliyinə şücaətinə daldıqca, böyük türk oğlunun ölməz sətirləri yada düşür:

                                     Bayraqları bayraq yapan üstündəki qandır,
                                     Torpaq, əgər uğrunda ölən varsa vatandır!..

      Axısqa türklərinin qəriblik ovqatını, dərdini, ümid arzularını el sənəti gözəl ifadə edir. Nadir istedadlı müğənni Müdirin türkülərindən birində belə deyilir

            Nerdə kaldi o Zediban dərəsi?
        Eşidilməz suların şərşərəsi,
                Yeşil, gözəl Azqurumun meşəsi,
                 Gəl dönəlim o yerlərə, arkadaş!..

     «Gövlüm göyərçin oldi, durmiyer yad vətəndə» - deyən Axısqa türklərinin ən böyük arzusu bir xalq kimi doğma yurdlarına qayıtmaq, mədəniyyətlərini inkişaf etdirmək, milli maarif yaratmaq, folklor, dil, etnoqrafiyanı qorumaq öyrənməkdir.
Müasir dövrdə Axısqa türklərinin etnik-mədəni özünəməxsusluğu bir çox örnəklərdə qorunub yaşayır: məişət, dil, əxlaq, etiket, mərasim, folklor
Bu örnəklərin bu vaxta qədər yetərincə öyrənilməməsi bu elin milli si­ması haqqında qərəzli uydurmaların ortaya atılmasına zəmin yaratmışdır.
      Sürgün olunarkən sayı yüz mindən çox olan, indi yarım milyona çat­mış Axısqa türkləri hazırda Azərbaycan, Türkiyə, Orta Asiya, Qazaxıstan, Şimali Qafqaz, Rusiya Ukraynanın müxtəlif yerlərində yığcam top­lum­lar halında yaşayır. Axısqa türklərinin bir çox nümayəndələri respub­likamızın Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Şamaxı, Şəmkir, Gəncə bölgələrində məskən salıb. Lakin Azərbaycan Türkiyə türk­lərinin hər ikisinə eyni dərəcədə yaxın olan bu elin tarixi, özünəməxsus maddi-mənəvi mədəniyyəti hələ dərindən araşdırılmayıb.
       Bütün bunlar Axısqa türklərinin tarixinin, orijinal etnik mədəniy­yətinin folklorunun tədqiqini son dərəcə vacibləşdirir.
     1986-1990- illərdəki ekspedisiyaların axtarışların nəticəsi olaraq, 1992-ci ildə çap olunmuş haqqında bir çox məktublar, rəylər aldığım «Qəribəm bu vətəndə. Axısqa türklərinin etnik mədəniyyəti» adlı kitab bu sahədə ilk təşəbbüs oldu.
  Sonrakı illərdə toplamalar araşdırmalar davam etdi, bu işə tələbələrim Sevil Piriyeva Aydın Poladoğlu da qoşuldu. Məncə, ən böyük nailiyyət belə gənclərin fəaliyyətə başlamasıdır. Oxuculara təqdim etdiyim bu kitaba yeni folklor materialları tarixi-etnoqrafik sənədlər əlavə edilmiş, bəzi dəqiqləşdirmələr aparılmış, son on iki ildə Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Rusiyada dərc olunmuş əsərlər bu dövrdəki hadisələr nəzərə alınmış, gənc nəsli maarifləndirmək məqsədilə ümumtürk tarixinə aid xülasə genişləndirilmişdir.
      Kədər doğuran isə budur ki, 1992-ci ildən keçən bu illər ərzində Axısqa türklərinin vətən məsələsi həll olunmadı, yeni milli faciə baş verdiQarabağ türkləri yurdundan çıxarıldı, burada yerləşmiş axısqalılar da soydaşları ilə birlikdə yeni sürgün yaşadı, insanlarımız qətl edildi, əsir düşdü. Yurdlarımız hələ bizləri gözləyir, mücadilə davam edir


 

 

 

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol