ASİF HACILI

 

Asif Abbas oğlu Hacılı
(Hacıyev)


 == Həyatı ==


 

 

Asif Abbas oğlu Hacılı 3 aprel 1960-cı ildə
Gürcüstanın Borçalı mahalının
Sarvan kəndində anadan olub.

Tiflis, Borçalı və Ahıska ədəbi-mədəni mühitinin tədqiqatçısı görkəmli alim professor Abbas Hacıyevin oğludur. 

1977-ci ildə Bakı şəhər 246 saylı məktəbi,
1982-ci ildə Bakı Dövlət Universitetinin
filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon
gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent, professor işləyib. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbyyatı tarixi,poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr
və xüsusi seminarlar aparır.
1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq
dissertasiyalarını müdafiə edib. 
Bakı Slavyan Universitetinin
tədris işləri üzrə prorektoru (2000-2014) və rektoru (2014-2016) vəzifələrində çalışıb.

 == Elmi fəaliyyəti ==

Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun
poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya
və folklorşünaslıq üzrə tədqiqatlar aparır,
tərcüməçiliklə məşğul olur, mətbuatda
ədəbi-tənqidi məqalələrlə çıxış edir.
Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatına, mifologizm və folklorizm probleminə, Qurani-Kərimin rus ədəbiyyatında bədii-fəlsəfi dərkinə aid monoqrafiyaların müəllifidir. Türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, avrasiyaçılığa dair məqalələri dərc olunmuşdur. Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini tərcümə etmişdir.

Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin tarixi və mədəniyyətinin tədqiqi xüsusi yer tutur. 
1980-ci illərinin ortalarından Ahıska türklərinin tarixi, mədəniyyəti və folklorunun öyrənlməsi, etnoqrafik və folklor materiallarının toplanması, tədqiqi və nəşri ilə məşğuldur. 1980-ci illərin axırlarından Ahıska türklərinə dair məqalə və kitabları dərc olunmağa başlayıb. "Gəl dönəlm o yerlərə, arkadaş" (1989) adlı məqaləsi və "Qəribəm bu vətəndə: Axısqa türklərinin etnik mədəniyyəti" (1992) adlı kitabı Ahıska türklərinin etnik mədəniyyətinə və tarixinə dair ümumən türkologiya elmində  çap olunmuş ilk əsərlərdir. 



Saatlı, Şirinbek kəndi, 1980-ci illərin ortaları, 
folklor ekspedisiyasında, soldan:
Faiq Mamaxov, Cabir Xalidov, Asif Hacılı
və ahıskalı gənclər


Axısqa türklərinin mifologiyasına,
folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş
kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı
əsərlər kimi yüksək qiymətləndirilmişdir.




Asif Hacılı və ahıskalıların öndər
ziyalılarından Seyfəddin Buntürk


Bu sahədə tədqiqatlarından və topladığı
folklor-etnoqrafik materiallarından ibarət məqalələri və
kitabları Azərbaycanda, Türkiyədə və başqa ölkələrdə dərc olunub.


Asif Hacılı Borçalı türk folklorunun toplanması,
tədqiqi və təbliğindəki xidmətlərinə görə
Borçalı  İctimai Cəmiyyətinin
Fəxri diplomu ilə təltif olunub.



Asif Hacılı, İbrahim Burxanov və Kamal Beridze,
Bakı, 1990-cı illər

Əsərləri Rusiya, Türkiyə, Ukrayna,
Bolqarıstan, Özbəkistan, Tacikistan,
Gürcüstan və b. yerlərdə çap edilib.
200-ə qədər elmi əsərin, o cümlədən
monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir.
50-dən çox monoqrafiya, elmi məcmuə,
dərslik və s. elmi redaktoru,
məsləhətçisi, rəyçisidir.
30-a qədər dissertasiya işinə opponentlik
edib, bir-neçə doktorantın elmi rəhbəridir.



Türkiyə, Antalya, Türk dövlət və
topluluqları qurultayında


Moskva, Kiyev, Ankara, İstanbul, Astana,
Daşkənd, Drezden, Aşqabad, Düşənbə,
Tbilisi, Minsk, Sankt-Peterburq,
Varna
və b. şəhərlərdə beynəlxalq
elmi konfranslarda iştirak edib.



Poshov əsilli görkəmli alim Yunis Zeyrek, Asif Hacılı
və gözəl şair, dəyərli dost mərhum Güləhməd Şahin
(Saatlı, Adıgün kəndi)



Miko teatrı və istedadlı müğənni
Mövlud Nurioğlu Bakıda qastrolda


Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı, XI Qurultayın "Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları" komissiyasının katibi olmuşdur.


Görkəmli şair Azərbaycan Yazarlar Birliyinin üzvü,
Əməkdar mədəniyyət işçisi Cabir Xalid və Asif Hacılı 
BSU-da görüş zamanı


Ahıska Yazarlar birliyinin sədri Fəzli Əşrəfov və
Asif Hacılı 
BSU-da görüş zamanı



Ahıskalı müəllim, şair, Azərbaycan Yazarlar
Birliyinin üzvü Həmdi Eyvazov və Asif Hacılı
BSU-da görüş zamanı


Həmin qurultaylarda Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə
məruzələr etmiş, məruzələrin müddəaları
qurultayların qərarlarında əks olunmuşdur.


Borçalı türkləri professor Şurəddin Məmmədli,
professor Asif  Hacılı və Ahıska türkü
professor Seyfəddin Buntürk
Bursada konfransda

Azərbaycanda Ahıska türklərinin Yazarlar Birliyi ilə sıx əməkdaşlıq edir. Asif Hacılının təşəbbüsü və görkəmli yazıçı Anarın dəstəyi ilə 2016-cı ildə Ahıska türklərinin yazıçı və şairlərindən Cabir Xalid, Nurəddin Sasıyev, Sabircan Cəlilov, Həmdi Eyvazov, Təzəgül Cövdətova, Şimşək Şimşəkov Azərbaycan Yazarlar Birliyinə üzv seçilmişlər. 


Azərbaycan Yazarlar Birliyinin sədri Anar, Birliyin
katibi, mərhum Arif Əmrahoğlu və Asif Hacılı 
Ahıska türklərinin mədəniyyətinə
həsr olunmuş televiziyza verilişində



Ahıskalı ziyalılarla, Bursa, konfrans, 2014, noyabr

      "Borçalı" və "Qaraçöp" cəmiyyətlərinin idarə heyətinin üzvü,       I Uluslararası Ahıska türkləri qurultayının, Ahısqa türkləri "Vətən" cəmiyyəti qurultaylarının iştirakçısı olub. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan
işçi qrupunun üzvü olub.



Türkiyə, Gürsu, Ahıska sürgününə
abidənin açılışında 2014

Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün "Ədəbiyyat" fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5-11-ci sinifləri üçün "Ədəbiyyat" fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun
rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudur.



Ahıska ziyalıları ilə BSU-da görüş, Bakı, 2016
Soldan: Fəzli Əşrəfov, Mirzə Misliyev,
Nürəddin Sasıyev, Asif Hacılı, Təzəgül Cəvdətova,
Cabir Xalid, Həmdi Eyvazov,
Kamal Beridze.



  Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin, Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Elmi-Koordinasiya Şurasının üzvüdür.


Adıgün Türk Kolxoz-Sovxoz Teatrının 
afişasının bu günə gəlib çatmış  yeganə nüsxəsi
Prof.Dr. Abbas Hacıyevin arxivindən




"Adıgün kolxozçusu" qəzetinin
nadir nüsxəsi (1937-ci il 30 yanvar buraxılışı)
Prof.Dr.Abbas Hacıyevin arxivindən


"Sovet Gürcüstanı" qəzetinin 1944-cü il 7 iyun buraxılışı,
Ahıska sürgününə beş ay qalıb
Prof.Dr.Abbas Hacıyevin arxivindən



 

Respublikanın umumtəhsil məktəblərinin V-IX sinifləri ucun "Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi" və "Umumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili muəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dovlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn muəllimləri uçun muvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun "Ədəbiyyat" fənni üzrə işçi qrupunun sədridir.


Sağdan: Gürcüstanda türk mədəniyyətinin görkəmli
tədqiqatçısı prof.Şurəddin Məmmədli,
Ahıska Dövlət Universitetinin rektoru
prof. Merab Beridze və Asif Hacılı Bursada
Ahıskalıların 1944-cü il sürgününün 70 illiyinə dair 
konfransda, 2014, noyabr

Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biridir. Bu cəmiyyətin Koordinasiya və Ekspert-konsultativ şuralarının üzvüdür
(2004-cü ildən). 2006-cı ildən Moskva
Humanitar Pedaqoji İnstitututnun fəxri professorudur.


Ahıska türklərinin sürgününə aid tədqiqat müəllifi,
Rusiyanın həqiqi dövlət müşaviri
Nikolay Fyodoroviç Buqay
(Николай Федорович Бугай) və prof.Asif Hacılı


 AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-2011) olub. Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071
Dissertasiya Şurasının sədri olub
(2011-2016). AMEA Folklor İnstitutu
nəzdində Folklorşünaslıq üzrə 
problem şuranın üzvüdür.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron
Kitabxanasının Redaksiya Şurasının üzvüdür.

Qafqaz Universitetləri Birliyinin Bilim
Kurulunun üzvüdür (Türkiyə).

"Литературный Азербайджан", "Qarapapaqlar" (Gürcüstan),
"Rus dili və ədəbiyyatı Azərbaycanda",
"Вестник МГЛУ" (Москва) jurnallarının,
"Filoloqun kitabxanası" seriyasının,
"Humanitar elmlərin öyrənilməsinin
aktual problemləri",
"Elm və cəmiyyət" məcmuələrinin
redaksiya heyətlərinin,
Yakov Qoqebaşvili adına
Milli Pedaqoji Elmlər İnstitutunun
"SAZRİSİ" ("Fikir") Elmi əsərlərinin
(Tbilisi) Elmi-konsultativ Şurasının,  
"Научный диалог"
(Rusiya, Yekaterinburq)
jurnalının redaksiya şurasının
üzvü olub və ya üzvüdür,
Avrasya Uluslar Arasi Araştirmalar
Dergisinin (Türkiyə) Dış Temsilçisidir.

 Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


QEYD: ahiskavatan.tr.gg sitesi Prof.Dr.Asif Hacılının (Asif Abbas oğlu Hacıyev) 2009-cu ildə İstanbulda nəşr olunmuş "Ahıska türkləri: Vətən bilgisi" adlı 584 səhifəlik kitabı əsasında yaradılmışdır. Bu kitab Ahıska türklərinin tarixini, etnik mədəniyyətini, tarixi coğrafyasını və coğrafi təsəvvürlərini, xalq sənətinə, folklor və ədəbiyyatına aid müəllifin və digər toplayıcıların topladığı materialları əhatə edən zəngin və yeganə mənbədir. Asif Hacılının hələ 1980-ci illərin ortalarından topladığı materiallar, arxiv sənədləri, digər qaynaqlar əsasında yazdığı bu kitab Ahıska türklərinin etnik kimliyi, tarixi, mədəniyyəti, vətən mücadiləsi haqqında geniş təsəvvür yaradır. Sitede Asif Hacılının Ahıska türklərinə aid digər kitabları və məqalələri, onun əsərləri haqqında dərc olunmuş rəylər, fotolar, eləcə də professor Abbas Hacıyevin Adıgün türk teatrı haqqında məqaləsi və digər materiallar daxil edilmişdir.





== Asif Hacılının kitabları ==

 

 

Epik ənənə və müasir bədii nəsr. Bakı: 1984


Qəribəm bu vətəndə. Axısqa türklərinin etnik mədəniyyəti. Bakı: 1992



Мифологизм и фольклоризм современной прозы. Б., 1993



Поэтика современной прозы. Вопросы мифологического и
фольклорного генезиса. Б., 1997


Axısqa türk folkloru. B., 1998


Bayatı poetikası. B., 2000


Ahıska türk folkloru. Ankara, 2001


Mifopoetik təfəkkür fəlsəfəsi. B., 2002


Русская проза. Вторая половина XX века.
Опыт мифопоэтического толкования. Б. , 2003


Литература. Учебник для 8 класса
азербайджанских школ с русским
языком обучения. Б., 2006



Литература. Учебник для 9 класса
азербайджанских школ с русским
языком обучения. Б., 2007


Qurani Kərim rus ədəbiyyatında. B., 2009


Axısqa türkləri: Vətən bilgisi. İstanbul, 2009


Kamal Abdulla: seçimin morfologiyası. B., 2010


Ədəbiyyatşünaslığın tarixi və metodologiyası. B., 2011


История и методология литерптуроведения. Б., 2011


Rus Edebiyatında Kur'an-ı Kerim. İstanbul, Doğu Kütüphanesi, 2012



Сетература: история, типология и поэтика русской
сетевой литературы. Баку, 2012


Типология русской прозы рубежа ХХ  и ХХI веков.
Баку, 2012


Ahıskalı Aşıq Molla Məhəmməd Səfili. 
Bakı2014


Ahıska türkləri: inanc dünyası. Bakı, Mutərcim, 
Bakı2014


Ahıska türklərinin sürgün folkloru. Bakı, Mütərcim,
Bakı2014


Urumlar: tarix və folklor. 
Bakı, 2014


Ahıskalı Şair Usta Mürtəz. Bakı, 2015



== Tərcümələri ==


İ.Erenburq. İnsanlar, illər, həyat // "Ruh", 03-05.2003, № 1-10

Futurizm manifestləri // "Ruh", 05-06.2003, № 11-12

                     Dadaizm manifestləri // " Ruh", 06,2003, № 13

N.Trubetskoy. Rus mədəniyyətində Turan elementi haqqında // "Mütərcim", 1-2, 2004

Sürrealizm manifestləri // "Səhifələr", №1, 15-22.05.2004

Ekspressionizm manifestləri // "Səhifələr", №3, 1-07.06.2004

Akmeizm manifestləri // "Səhifələr", №4, 08-15-06.2004

Ədəbiyyatın ilahi mahiyyəti // "Səhifələr", №5, 05-22.06.2004

Bu da bir həyatdı oynadıq onu // Səhifələr, № 7, 29-06.07.2004

Modernizm manifestləri // Səhifələr, № 8, 6-13.07.2004

Postmodernizm manifestləri // Səhifələr№ 10, 20-27.07.2004

Avrasiyaçılar və Turan psixoloji siması // Səhifələr, № 11 , 27iyul-3 avqust, 2004

N.S.Trubetskoy. Rus mədəniyyətində Turan elementi haqqında // "Səhifələr", №№ 12, 13, 14, 2004

Ədəbiyyatda sosiallıq // "Səhifələr", 24-31 avqust, 2004

Simvolizm // "Səhifələr", 31 avqust-sentyabr, 2004

Məşriqdən məğribə // "Səhifələr", 7-14 sentyabr, 2004

O sizə ansızın gələcəkdir // Səhifələr, 14-21 sentyabr, 2004

Dahilik və dəlilik // "Səhifələr", 21-28 sentyabr, 2004

Ernst Kreçmer. Demoniklik // "Səhifələr", 24 noyabr, 2004

U.Eko. Postmodernizm, kinayə, həzz // "Tənqid.net" 2007, 7

 

 
== Redaktə və tərtib ==


М.К.Коджаев. Методическая разработка темы "История и теория литературного характера" – Б., 1991


С.Ш.Нуриев. Творчество Ф.М.Достоевского 1940-х годов (системно структурный анализ). – Б., 1991

 

"Деде-Коркут" – 1300. Материалы научной конференции, посвященной   1300-летию эпоса "Деде -Коркут" – Б., 1999

 

Пушкин – 200. Сб. статей – Б., 1999

 

A.Piriyev, S.Piriyeva. Ata yurdum – Ahıska. – B., 2001

 

M. Восток и Запад: Типология и диалог культур. Материалы научной конференции "Восток – Запад" – Б., 2001

"Bədii tərcümə: nəzəriyyə, təcrübə, tədris". Elmi-metodik konfransın tezisləri. – B., 2002

M.Qocayev. Bədii ədəbiyyatda insan fəlsəfəsi. – B., 2001

 

Живая душа русского мира. - Москва,
Издательский дом "Этносфера", 2004
(консультант сборника).

 

H.Cavid.  Əsərləri. 3 cilddə. – B., AMF, 2003 (redaksiya heyətinin üzvü)

 

Б.Мусаев. Азербайджанская литература XIX вв. Б., Мутарджим, 2004

 

А.Кязимова. Архетипы в поэтике прозы (па материале творчества А.П.Чехова). Б., 2005

 

Гулиев Г.М. Азербайджанская литература. Учебники для 9, 10, 11 классов общеобразовательных школ с русским языком обучения. Б., 2005

 

И.Агаева. Публицистика. В.Гоголя и Ф.М. Достоевского  (Выбранные места из переписки с друзями" и "Дневник писателя")  Б., 2006

 

С. Таривердиева. Трагическое в современной прозе (на материале русской и азербайджанской прозы 1970-1980-х годов хх века) Б., 2005

 

S.Piriyeva. Ahıska türkləri Azərbaycanda. B, 2005

 

Литература. 5 – 11  классы. Учебники для общеобразовательных школ с  русским языком обучения. Рекомендованы МО АР. Б., ХХI. УНЕ, 2006 – 2008

 

Н.Мамедханова. Зарубежная проза II половины XX века. Б., 2006

 

Fərəh Cəlil. Türk və skandinav folklorunda şamanizm. B., 2006

 

З.Велиева. Поэтической феномен русской и азербайджанской прозы 60-80-х годов ХХ века. Б., 2006

 

Э.Магеррамов. Поэзия Гусейна Арифа в русских переводах. Б., 2006

 

S.Qafarova. Azərbaycan xalq şeirində bədii üslub. B., 2006

 

Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. B., 2007

 

Ф.С.Наджиева. Писательская критика XIX века (Пушкин – критик). Б., 2007

L.Şimşəkov. Sürgün xatirələri. B., 2008

Axısqa türk folkloru. B., 2008

R.Əliyev. Riyazi mifologiya. B., 2008

T.Şevçenko. Seçilmiş əsərləri. B., 2008

S.Sayq. Seçlmiş əsərləri. B., 2010

Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. B., 2010 – 2011 (tərtibçi və redaksiya heyətiin üzvü)

 

Məhərrəm Cəfərli. Azərbaycan dastanlarının struktur poetikası. Bakı, 2010

 

A.Soljenitsin. Seçilmiş əsərləri. B. “Şərq-Qərb”, 2010

 

L.Feyxtvanger. Seçilmiş əsərləri. - Bakı : "Şərq_Qərb", 2010

 

Aqata Kritsi. Seçilmiş əsərləri - Bakı : Şərq-Qərb, 2010

Toni Morrison. Seçilmiş əsərləri. Bakı, 2010.

 

Литература: 6 класс: учебник для общеобразовательных школ с русским языком обучения. Б., 2010.

 

К.Касумова. Женская тема в современной русской и азербайджанской литературе. Б., 2011

 

Лейла Мирзоева. Искупительный путь адамов (к проблеме конфликта и эволюционно-мировоззренческих модификаций личности и общества в истории). Монография. – Баку, 2011

 

К.Гаджиев. Национальное своебразие прозы и перевод. Б., 2011

 

Литература 10 учебник для общеобразовательных школ с русским языком обучения. Баку: 2011.

 

С.А.Гафарова. Поэтика литературного произведения (жанровый аспект). Б., 2011

 

С.А.Гафарова. Поэтика литературных направлений и течений. Б.,2011

 

N. F. Qısakürək. Seçilmiş əsərləri - Bakı : Şərq-Qərb, 2011

 

Флора Наджи. Современность в истории и история в современности. Б., 2012

 

X.Niyazov. Qılınc, yoxsa qələm?! B., 2012

 

Ə.Xəlilov. Dünya ədəbiyyatı. 4-cü cild. B., 2012

 

Ə.Xəlilov. Dünya ədəbiyyatı. 5-ci cild. B., 2012

 

Литература 6 класс: учебник для общеобразовательных школ с русским языком обучения. Б., 2012.

 

M.Allahmanlı. Çağdaş ədəbi proses. B., 2013

 

T.Əlişanoğlu. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. B., 2013

 

Andre Morua. Seçilmiş əsərləri.Bakı, Şərq-Qərb,2013.


“Azərbaycan multikulturalizmi” fənni üzrə proqram
(magistratura səviyyəsi üçün). B., 2015 


“Multikulturalizmə giriş” fənni üzrə proqram
(bakalavr səviyyəsi üçün). B., 2015 


“Avrasiyaçılıq nəzəriyyəsi” fənninin
proqramı. B., 2015 


Флора Наджи. Русская литература сегодня.
Очерки о новейшей русской
литературе. Б., 2015

Vladimir Varavva. İyul işığı. Hekayələr. B., 2016
(Tərcümə edən N.Əbdülrəhmanlı)




MƏLUMAT VƏ ƏSƏRLƏRİ:


akademia.edu
KAYNAKÇA.İNFO. Asif HACILI
WIKIPEDIA Asif HACILI
NAYVELİLER.TR.GG. Asif HACILI
ВикипедиЯ Асиф Гаджиев





VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5502 ziyaretçi (20815 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=