AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

MALDARLIQ

MALDARLIQ

 

Bir çox türk bölgələrində olduğu kimi, Axısqada da baharın axırlarında naxırlar, sürülər yaylaqlara çıxarılar, payızda qaytarılarmış. Qışlalarda mal-heyvan ümumi kənd naxırına qatılarmış. Kənd naxırını otaran daimi naxırçı (naxırci) ilə haqq-hesabı pul, buğda, meyvə, mal-qoyun, başqa məhsulla çürüdərlərmiş.

Müasir dövrdə elin naxırını kənd camaatı növbə ilə (nobat) otarır.

Axısqa türklərinin istehsal etdikləri süd məhsulları türk dünyasının hər yerində rast gəlinən ağartılarla eynidir – yağ, yoğurt, qaymaq, pendir, ayran, qurud, dələmə... Yerli əlamətdar cəhətlər əsasən müxtəlif pendir növləri, xüsusən çeçil pendiridir. Saçaq-saçaq olan bu pendirin ən yaxşısı Saxan kəndində kəsilərmiş. Bundan başqa təpmə, çuma, atma, davar pendirləri də məşhurmuş. Əksər evlərdə “yayuk (nehrə)” olarmış.


Bu web sitesi Bedava-Sitem.com ile ücretsiz oluşturuldu. Siz de kendi web sitenizi ister misiniz?
Ücretsiz kayıt ol