AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

BAĞÇILIQ

BAĞÇILIQ

 

Axısqanın dağ ətəkləri, aşağı kəndlər göz işlədikcə uzanan bərəkətli meyvə bağları ilə məşhur olub (Cavaxet zonasında bağlar nisbətən az imiş). Bu bağlarda yetişən alma, armud, ərik (zərdəli), zoğal (qızılcuq), cancur (gavalı növü), qoz, fındıq, gilas (kirəz), şabalıd (kəsdənə), alça, tut, böyürtkən (makuval), heyva sairə xüsusilə şöhrətlənibmiş (Qars - Çıldır bölgəsində bağçılıq, buranın sərt təbii şəraitində meyvələrin yetişdirilməsi haqqında bax: V.İ. Devitski. Qars vilayətində bağçılıq haqqında qısa oçerklər // SMOMPK, 1908, 38-ci buraxılış, s. 1-30).

Bir çox alma növləri (şəkər, şəkərnabad, qərənfil, degirman, səbə, şah, şəfrən, yağ, paşa, əcərə, əhmədiyyə, sirap, bəyaz), armud sortları (nənə, dedirza, beg, sasela, tavrucul, nanəzir, güz, gügüm, qızıl, fasela, bağriqara, incir, bəyaz, bibi, ağırca, ağırşah) Axısqa bağlarına hər yerdə şöhrət gətiribmiş. Panta adlanan armuda oxşar dağ meyvəsinin bir çox növü varmış: sari, şərbət, soltanli, qara, mexrik, kut, barcuc...

Barlı-bərəkətli meyvə bağlarının bahardakı şux, payızdakı həzin mənzərəsi türk folklorunda tərənnüm olunur:

 

 


Kiraz dalın əgməli,

Meyvəsindən yeməli,

Komşi kizı var ikən,

Kimə boyun əgməli?

 

Armud dalda, dal yerdə,

Bülbül ötməz hər yerdə,

Fələgin qaydasidür,

Hər birimiz bir yerdə.


...Budaq qarışıq yerə düşmüş armud, hər yerdə ötməz bülbül fələyin hökmüylə vətəndən dərbədər olmuş yurddaşların taleyi arasında poetik-xəyali ilgi qədər 'sirlidir!

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol