AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

BSU-da görüş - 1

BSU-da Ahıska türkləri ilə görüş
2 may 2015



Manera: Ahıska türklərinin yazıçıları BSU-da - GÖRÜŞ

2 may 2015-ci il tarixdə Bakı Slavyan Universitetində Azərbaycanda fəaliyyət göstərən Ahıska türklərinin Yazarlar Birliyinin şairləri ilə görüş keçirilib.

Öncə qonaqları salamlayanBSU-nun rektoru Asif Hacıyev Ahıska türkləri haqda tələbələrə geniş məlumat verib.

Rektor xatırladıb ki, 1944-ci ildə Qazaxstana və Özbəkistana sürgün olunub, hazırda dünyanın 9 ölkəsində yaşayan (red.70 min əhalisi Azərbaycanda yaşayır) Ahıska türkləri, yeganə xalqdır ki, milli hüquqları bərpa olunmayıb. Yəni, onların vətənlərinə dönüşü baş tutmayıb. Amma, Ahıska türkləri hazırda da mübarizələrini davam etdirirlər. Klassik şairləri olan Ahıska türklərinin zəngin adət-ənənələri, böyük mədəniyyəti, ədəbiyyatı, kitabxanaları olub.

Onlar dünyanın müxtəlif dövlətlərində yerləşdirilsələr də məhz Azərbaycanda daha münasib şəraitlə təmin olunublar.

Tədbirdə Ahıska türklərinin Yazarlar Birliyininin sədri Fərzi Əşrəfov çıxış edərək bildirib ki, Ahıska türkləri sürgündən sonra 60-cı ilin ortalarından Vətən Cəmiyyəti yaradaraq vətən mücadiləsinə başlayıblar. 2007-ci ildə sentyabrın 11-də Gürcüstanın həm parlamentində, həm də prezidentin öz imzası ilə Ahıska türklərinin öz ata-baba torpaqlarına qayıtması haqqında qanun qəbul olunub. Qeyd edim ki, bu qərar qəbul olunan vaxt bizim qonşu kənddə böyük tədbir də keçirildi. O vaxt millət vəkili Qənirə Paşayeva orada bizi təbrik edərək bildirdi ki, “qardaş Ahıska türklərinin sağ əli Qarabağ türklərinin başına”. Yəni, heç bir itki vermədən belə bir qanun qəbul olundu. Ümid edirik ki, tezliklə torpağımıza dönəcəyik. 1969-ci ildə Azərbaycan rəhbərliyinin dəstəyi ilə ilk dəfə olaraq Ahıska türklərinin konkursdan kənar ali məktəbə daxil olunmasına qərar verildi. Mən yaşadığımız Saatlı rayonunda bizə yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirəm. Biz özümüzü azərbaycanlı hesab edirik.

Daha sonra görüşdə qeyd olunub ki, Ahıska türklərinin kifayət qədər aktiv ədəbi prosesləri mövcuddur. Və yaxın günlərdə onların yazarlarının mətnlərindən ibarət antologiya işıq üzü görəcək.

Ahıska türklərinin zəngin folklorunda mənilər (bizdə bayatılar adlanır) geniş yer tutur. Həmçinin özlərinə məxsus nəğmələri, mahnıları vardır.

Tədbirin sonunda tələbələrlə xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, yaxın günlərdən başlayaraq layihə qismində Ahıska türklərinin yazarlarının bədii mətn nümunələri saytımızda dərc olunacaq.

manera.az

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol