AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

İlim Səfil (Şahzadayev)

        Bir şairimiz var idi – İlim Səfil

Əslən Ahıskanın Adıgün bölgəsinin Pulate kəndindən olan istedadlı şair, mədəniyyət xadimi İlim Səfil (Şahzadayev) 1951-ci ildə Özbəkistanda anadan olmuşdu. 1959-cu ildə ailəsi ilə Azərbaycana köçmüş, Saatlı rayonunda Fətəlikənddə məskunlaşmışdı.
Daşkənd Politexnik İnstitutunda təhsil almış, 1972-ci ildə əmək fəaliyyətinə başlamışdı. 1978-ci ildən Fətəlikənd mədəniyyət evinin direktoru işləmişdi. Ahıska türklərinin Vətən mücadiləsinin fəallarından olmuş, bu mövzuda bir sıra məqalə və oçerklər yazmışdı. Ahıska türkləri “Vətən” cəmiyyətinin mətbu orqanı olan “Vətən eşqi” qəzetinin nəşrində iştirak etmişdi. Ahıskanın klassik aşığı və şairi Molla Məhəmməd Səfilinin nəvəsi olan İlim Şahzadayev həm də gözəl şeirlər müəllifi idi.
Onunla 1980-ci illərin ortalarında folklor ekspedisiyalarımda tanış olmuşdum. Fətəlikənddə folklor toplamalarım zamanı məni müşayiət edir, ağsaqqal və ağbirçəklərlə görüşümə yardımçı olurdu. Səmimi, saf, zəhmətkeş insan idi. Görkəmində, davranışında bir sanbal vardı. Xalqının folklor və mədəniyyəti, eləcə də babası böyük ustad Molla Məhəmməd Səfilinin yaradıcılığı ilə fəxr edirdi. Babası haqqında eşitdiklərini, öyrəndiklərini xatirə şəklində yazıya almışdı.
İlim kövrək duyğularla yaşayan gözəl insan, istedadlı şair idi, çox əsər yaza bilərdi, ancaq əlacsız xəstəlik onu tez yaxaladı, əcəl aman vermədi, 2006-cı ildə vətən həsrəti ilə dünyadan getdi.
Vətənpərvər ziyalı, dəyərli şair və unudulmaz dost İlim Səfilini rəhmətlə xatırlayaraq onun “Haxlıma gəldi” şeirini və babası Molla Məhəmməd Səfili haqqında söylədiklərini təqdim edirəm.

Asif Hacılı


 
İlim Səfil (Şahzadayev)
Haxlıma Gəldi


Həsrətini çekduğum gözəl vətənin
Abu-havası da haxlıma gəldi.
Ağladuxca axar gözlərim yaşi,
Dupduri puvari haxlıma gəldi.

Uzaxdan baxarsın - yeşil təpəli,
Yaxına gedərsin, gülli-çiçəkli,
Qarşında dururdi gəlin ləçəkli.
Qarli-buzli dağlar haxlıma gəldi.

Dərənin ədrəfi yem-yeşil xali,
Çıxanda gəzməyə görükməz ardi,
Gəzərdi içində avisi, kurdi,
Çamli-namudli meşə haxlıma gəldi.

Yazın ortasında xarmanlar dolar,
Küsənlər barışur, toy-bayram olar,
Güzə yaxın meyvələrin döşrular,
Pantasi, furuci haxlıma gəldi.


Aşıq Molla Məhəmməd Səfili
(Pulateli Kuşolardan Yusifzadə) haqqında nəvəsi,
şair, mədəniyyət işçisi İlim Şahzadayevin söylədikləri


 
Dəyərli oxuyucularım, Sizin hüzurunuza elə bir tarixi şəxsiyyətin həyat və yaradıcılığı haqqında məlumat vermax istiyerim ki, hansı ki, o şəxsiyyətin sağ vaxtında biz Axısxa türkləri onun saz çalıb dastanlar söyləməsindən, bağlamalar demasından, toy və şənliklərimizi yola vermasında, koşmalarıni və s. eşidarax istifadə etmişux. Biz elə zənn etmişux ki, onun hər hanqi bir məclisindən alduğumuz zövq, mənəvi qida bizim üçün əbədi bir zövq, mənəvi qida oliyer. Və kiyamatacan da davam edacax. Onun uçün babalarımız demişlər ya «san sayduğun say, gör fələk nə sayiyer». Gerçekdən də bu fani dünya öz sözüni dedi və bizlərə dünyanın kaç bucax olduğuni göstərdi. Biz Axısxa türkləri nəyinki görkəmli şəxsiyyətlərimizi, eyni zamanda tüm Axısxay əlimizdən çıxartmaqla əbədi də olmasa (Allah etməsin) hələ ki altmiş yildur həsrətini çeka-çeka gəliyerux. Vətənsizlux nə demax olduğunu düşü¬nür¬sax bu heç də sadəcə toprax yitürmax yox, eyni zamanda bir millətə – millət olarax hava-su kimi lazım olan bütün atributlari yitürmax demaxdur ki, bu da nə demax olduğuni bu həyati yaşiyanlardan və fər¬kinə yetenlərdən soruşmax, öqrənmax yetərlidur, çünki «yükün ağırluğuni çekan bülür».
Rus şovinizmi öz bədxah siyasətini həyata keçürtmax üçün bütün kanallardan istsfadə etmişdur. İllah da özünə sadik olan erməniləri məharətlə, ustaluxla kullanmışdur və ya kullanmaxdadur. Sovetlər birluği kurulandan sonra demişlər ki, bu kuruluşun əqrar sektoruni inkişaf etdürmax üçün kolxozsuz-sovxozsuz yaşiyamaz, mütlax lazımdur. Əbilə baxanda qoy ey yani. Bütün Gürcüstanda olduği kimi Axısxa vilayətində də kolxozlar-sovxozlar kurulmaya başladi. Bu kuruluşun tərkibində zoraklux, kəsd etmax, kəsb etmax, sürgün, həbs, kulak, pantürkizm, panislamizm və s. kimi bəhanələr, şərləmələr var idi ki, bunlari irəli sürərək irəldə gələnləri, varliləri, söz sahablari, aydınlari, xocalari və s. aradan götürmax və savadsız və ya muti bir kütlə ilə kolxozlar-sovxozlar kurmax və istəduği məcraya düzəltmax kimi yollardan faydalanarax xalki, milləti hər zaman korxi, baski altında saxlamaynan millətimizi firavan yaşatmax yox da, əksinə hökümətin avucuna baxmax, eyni zamanda əllərindən alınduği topraxların, öküzlərin, malların, deqirmanların, toxumların və s. həsrətini çeka-çeka gün görmaxdan (gün görmax, yaşamax saysax) başka bişe dəqülidi. O zamanki (1936) Adiqön rayonunun birinci katibi Radixan idi. (Türkiyədən gəlmiş Radikyan familyali bir erməni). O, KQB-nin cəsusu idi. Ona görə də KQB-nin cəsusları tərəfindən kurulmiş bəzi tələlərdən xəbəri olmiyan savadsız millət, tez-tez Türkiyənin sınırında atışmalara məruz kalurdilər. Geri kaçanlari da təqib edərək sudsuz-məhkəməsiz Axısxada olan Altun kalaya doldururdilər. Nəticədə ruslar, Axısxa türkləri Türkiyəyə keçərkən sınırda güllələnmişlər deyə hər yerə car çəkərdilər.
1936-1937-ci yillərdə kolxozlar-sovxozlar kuriyerux deyə hər bəhanəylə bu kuruluşun öqünə çıxmax istiyənləri məhv ediyerdilər. Əllərindən şəxsi mülklərinin alınması hər halda bu kimi hərəkətləri normal kabul edəmiyendilər. Ona görə də Vətənlərini tərk etmax məcburiyyətində kaliyerdilər. Bu millət bir Türkiyəyə yox, eyni zamanda Azərbaycana, Bakiya da köç ediyerdilər. Əbilə baxanda bu millət salt köç etmiş. 1813-1828-1829-1900-və s.
Dəyərli oxuyucular. Bən sizə bir el aşıği haqqında məlumat vermax istiyerim. Göriyersiz ki, bir başa onun həyati və şəxsiyyəti şaqqında söylamaxdan isə daha çox siyasi həyatdan, siyasi kuruluşdan və siyasi yönətmədən söz açiyerux. Ona görə də bu mövzu çox geniş bir mövzu olmasına rəğmən bizi daha çox maraxlanduran bir mövzuya müraciət etmax ey olmazmi? Yaradanın, toprağının, millətinin fədaisi olan bu el aşıği kimdir? Çox təssüflər olsun ki, onun haqqında özünə məxsus əlimizdə tam məlumat olmamasına rəğmən az da olsa məlumat var. Ona görə çox təssüflər olsun diyerim ki, bu el aşığini tam öqrənə biləcəvuxmi? Əgər öqrənə bilsax var ya bu insanın bütün xüsusiyyətləri yüzə çıxduxca, görəcəvux ki, nəyinki sırada bir insan, aşıx, xoca və s. o, eyni zamanda Axısxa türklərinin Yunus İmrəsidur. Hakkın camalına aşiq olanidur.
Gürcüstan cümhürriyyəti, Axısxa vilayəti Adiqön r-nun Pulate kövündə (bəzi deyilənlərə görə 1872-ci yildə, ya da 1882-ci yildə) dünyaya göz açan el aşıği Aşıx Məmməd Səfili (Kuşolardan Yusüfzadə) yaşaduği Axısxa vilayətində böyümüş və bir xocanın yanında tam oxumamış, çocuxlux yaşlarından şerlər yazmaya başlamişdur. Onun babasi Yüsüf dədəy: «niya mədrəsəyə getmiyen, oxusana» diyanda kiçik Məmməd demişdi ki: «Bənim bilduxlarımi oxudiyerlər». Aşıx Məmməd Səfilinin şerləri yüz yildən çoxdur ki, könüllərdə və dillərdə yaşiyer. Boqünə kimi də onun şerlərini əzbər bilən və söyliyan neçə-neçə insanlar var. Ama gəl ki, neçə binlərlə insanlarımız isə bilduxlarıni gendiynan barabar toprax altında gömülmüşdür. Bu el aşığının taleyinə bax ki, bilib də gömlənənlərin məzarlari bəlli olmadığı kimi onun da məzari bəlli deyil.
Yunus İmrənin məzarı bəllimidur? Burasi nasılda bir-birlərinə oxşadi, elə dəqülmi? El aşıği Səfilinin məzarının gah Buxarada, gah Dərbənddə, gah da Sibirdə söyliyerlər. Buxarada öz oğli Şahzədəyə bənziyan tacik bir oğlanın deduxlarına inansax o diyermiş ki, «bənim babam türkdür, aşıxdur, adi də Məmməd. Yüz yaşınacan yaşamış, son on yilini də kor oturmuşdur» deyə iddiada bulunmuşdur. Ona da Buxarada xəstəxanada rast gəlmişlər. 1955-ci yildə Özbəkistan SSR, Sır-Dərya r-nun Leninizm kolxozunda yaşiyan oğli Şahzadənin kapısına Dağıstanli Hüseyin adında (ləzgimi, orada yaşiyan azəri türkimi) gəlmiş və demiş ki bən, aşıx Məmməd (Səfili) tanıyerim. Oğli sorar ki, sən buni nəyinən isbat edərsin? O da aşığın yazduği «Oyna sazım» rədifli koşmasıni söylər və biz tərəflərdədür də sözüni eklar. Oğli Şahzadə bu müjdəyə alti ədəd gümüş kaşuxlarıni verür və diyar ki, bu kaşuxların biri onun kaşuğidur.
Məlumunuz olsun ki, bizim millət 1944-1956-yillər ərzində komendant saati altında yaşamişdur. Sibirdə sürgündə olmuş birisi demiş ki: «bən öz əlimlə Molla Məmmədi (Aşıx Məmməd Səfili) Maqadanda türbəyə koydum».
El aşıği Aşıx Məmməd (Səfili) 1937-ci yildə bəzi mənbələrə görə əlli beş yaşında, bəzilərinə görə altmış beş yaşında ikən mollalarinan barabar dutulmuşdur. Oninan barabar kövlüsi olan Pulateli Molla Şəmşət də dutulmuşdur. O da Hemidlərdən idi, yəni kayınli-eniştali bir yerdə sürülmişlər.
Dəyərli oxuyucularım. Aşıx Məmməd (Səfili) hələ kurbətlux nədür, onun ağrılarıni bilmədən, insanın mənluğunun nasıl tapdalana bülur deyə bunlari üç kuplet «Kürbət» şerində belə diyer:

Dedim könül sənə getma
Çətin olur yolun, kürbət
Xısım-əğrəbə bulunmaz
Yüzdə kalur ölün, kürbət.

Ataşa yandurma özün,
Ah çekar kan ağlar gözün,
Kərib yerdə keçmaz sözün,
Kısa eylar dilin, kürbət.

Səfili oda yandurur,
Kim su səpər, kim söndürür?
Bin günün birə endürür
Axır bükər belin, kürbət.

 
Bu mübarek insan, əlli beş yaşından sonra gerçekdən də kur¬bət¬lux həyatıni yaşamış, bütün zorluxlarini görmiş və nəhayət nəmsiz-nişan¬sız yitmişdur. Siz təsəvvür ediyermisiz ki, insanın ahıl yaşından sonrasıni bilmiyasın. Əgər o, həyatda ömrünün axırına kimi normal yaşasaydi (Axısxalıların həyatıni normal saysax) kim bülür ortaluğa nələr çıxarda bülürdi. Hələ əlimizdə olanlara baxsax, göriyerux ki, Allah fə¬da¬i¬si, insan fədaisi, millət fədaisi, toprax fədaisi olan el aşıği Aşıx Məmməd (Səfili) hələ yazduği «İlahi» doxxuz kıtali bir şerində belə diyer.

Səhərdən oğradım məzəristana,
Dünyadan əlini çekmiş yatarlar,
Nə bağa baxarlar, nə də bostana,
Əcəl vədəsini içmiş yatarlar.

Məhv olub içmişlər zəhərdən bada,
Bir kimsə gülmədi fani dünyada,
Gözləri arşdadur, yüzlər kıblada,
Hər keş əkduğuni biçmiş yatarlar.

Nə oldi bizdən kalan ərənlər,
Topraxda yatiyer neçə bin canlar,
Dünya bənim diyan sahib kuranlar,
O taxti tacından keçmiş yatarlar.

Cümlə möminlərə hakkın rəhməti,
İki cahan sərvərinin hörməti,
Dilərlər sağlardan xeyir-xeyrəti,
Koluni duaya açmiş yatarlar.

Çalışıb-çalışıb boş kalmiyanlar,
Mərhum kalmaz Allah diyanlar,
Neçə beqzədə təzə cavanlar,
Dünya muradından keçmiş yatarlar.

Məvlənin əmridür düşdux bizlər,
Tarixdən yadigar kalsın bu sözlər.
Al duvaxli gəlinlər, köççək kızlar,
Zülfüni toprağa tökmiş yatarlar.

Neçə əvliyalar, neçə nəbilər,
İlimə əməl edən, hakka tabelər,
Kendini bilmiyan cavan səbilər,
Müğri kuşi kimi uçmiş yatarlar.

Bu sözləri dinliyanlara oldi güci,
Getdi dünyanın ləzzəti, kaldı puçi,
O səvgilli ana-baba nec oldi?
Korxuli köprilərdən keçmiş yatarlar.

Səfili zikr edər, şahların şahi,
Gündən-günə artiyer bu mərəq dəxi.
Əvliya-ənbiya mömin ərvahan,
Cənnətdən pəncərə açmiş yatarlar.

 
İnsan kiçik tanridır demişlər. Gerçek mənada bu kiçik tanri Böyük Tanrıyi biliyer, anliyer və o biri həyatda özüni əvliya-ənbiya, möminlərin sıralarında görmax istiyer. Dərk etmax yollarında irəliləmədə Allahi bilməyin yolidur. İştə bu mənada Aşıx Məmməd (Səfili) ilk öncə özüni dərk etmiş, sonra sahib olduğu ilimlə dərki yollarına kədəm basmiş və uğurla başa vurmaya hər vaxıt can atmişdur. Gənə bir neçə şerlər misali:

Fələk
Ey yalançi çərxu-qəddar,
Məni neylədin, fələk?
Kabilki Habili vurdi,
Kani neylədin, fələk?

Günbəgün saçımi ağartdın,
Kendimi pir eylədin.
Gəncluğumda məhv etduğun,
Günümi neylədin, fələk?

Şadluxda təxsimin yoxdur,
Çekilmaz dərdin sənin.
Bini gəlür, bini gedar,
Boş kalmaz yurdun, fələk.

Adam peyğəmbərdən bəri,
Nec oldi ordun sənin?
Qoymasın zürüh kılak,
Cani neylədin, fələk?

Dünyadan təşrif buyurdi,
Əmbiyalar sərvəri.
Çox şeyə illac kılan,
Loğmani neylədin, fələk?

Der Səfili, bu dünyaya
Ətmənəm etibari,
Bekir, Ömər, Osman, Ali
Neylədin dörd çariyari?

Bəni
Hikmətindən sual olmaz
Sənsin kərəmlər kani.
Aldi toprax, yapdi kandan
Səbəb bir katra bəni.

İki mələk təyin etdi,
Müəyyən etdi bəni.
Çar anasira ilişdim
Müntəzirəm cana bən.

İkidən üçə ilişdim,
Təyin oldum beş yola.
Alti üçün ataşa yandım,
Səkkizdə kızıl gülə bən.

Üç yüz altmiş alti dalda,
Bax iki bülbülə.
Boş buraxmam yildə iki
Verürdüm abudənə bən.

Səfili, yürəqə düşdi
Daha sönməz ataşım,
Yiqirmi səkkizdə aldım
Ottuza erdi yaşım.
6666-ya bağli başım
Bin biri ilə girdim yola
Kəbirdə Kur'ana bən.

Cami
Oxiyanlar olsun aqah,
Münafika cəfadur bu.
Buyurub camiya gələn,
İstiyənə cəfadur bu.

Təfəkkür ol, dəli könül,
Zikr et səni yaradani.
Gərək dünya, gərək uxra
Hər gələnə səfədur bu.

Der Səfili, bax camiya
Dünyay gəzdim gəldim gənə.
Əzən verür ə'zən bizə
Hax yoluna köpridur bu.

 
Aşıx Məmməd (Səfili) Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin düzənləduği şer məclislərində dəfələrinan iştirak etmişdür. Eyni zamanda Hacı Zeynalabdin Tağıyevlə şəxsi dostluğu da olmuşdur. Azərbaycan xalqı və öndəri sayılan Hacı Zeynalabdin Tağıyev Axısxa Türklərini qardaşlıq duyğuları ilə qucaxlamişlərdür. Doxsan üç hərbi (1887-1888) fəlakətimizdən sonraki əsarət dönəmi başladi. 1887-1915. Ərdahan və ədrəflərinin qətil, vəhşət, soy kırımi günlərində Moskva əsərəti kırx yil kara günlər millətimizə yaşatdığı yillərdə İslam Cəmiyyəti Xeyriyyəsini, başda Zeynalabdin Tağıyev olmaqla şükranla yada salmanın yeridur. Cəmiyyətin hamiyyələr varluği o zamanın xalq şairlərinin dastan və şerlərində dərin izlər buraxmışdır. Adiqönün Pulate kəndindən Kuşo oğli Aşıx Məmməd (Səfili), 1915-ci il Ardahan-Axısxa-Kars kırğınından sonra öz yazduği şerində belə diyer:

Mərhəmət kanidur Tağiyev Həzrəti,
Namiylə dutmişdur cihani zati.
Hak birə bin vermiş vari dövləti,
Buldi haxdan şöhrət şana yetişdi.

Şan dutdi Bakiyi etdilər əmək,
Kimi nan gətürdi kimi də yemək.
Cümlə xozeyinlər etdilər kömək,
Gəldi nimət ianə yetişdi.

Düşkünlər aldilər niməti nani,
Mərhəmət eylədi kərəmlər kani.
Sağ olsun Cəmiyyət vilayət xani,
Çox dərd çekdux ol dərmanə yetişdi.

Ey Səfili, ataş aldi tən viran,
Aç gözün, biçarə, ğəflətdən oyan.
Sancağım Axısxa, yerim Kobliyan,
Kəzamızda Adiqönə yetişdi.







Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol