AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

LƏTİFƏLƏR

LƏTİFƏLƏR

 

               Axısqa türklərinin ən böyük xoşbəxtliyi ondadır ki, taleyin acıları onların gülüşünü həyat eşqini əridə bilməmişdir. Xalqının faciəsini öz faciəsi kimi duyan hər bir türkün dərdinə dərman, ruhuna təpər müdrik xalq gülüşü, duzlu şakalar, yerennük olmuşdur. Xalq gülə-gülə heç öz dərdini unutmamışdır. Xeyr! – Gülüş milli ruhu, xalq ruhunu sınmağa, qırılmağa qoymamış, düşmənlərə cavab olmuşdur. Xalq öz gülüşü ilə sanki böyük oğlu Ömər Faiq Nemanzadənin dediklərini bir daha söyləmişdir: «Xeyr, əzizim, xeyr! İşıq dairəmiz sönməyə mail olsa da, arxayın olunuz, sönməyəcəkdir. Bəlkə getdikcə böyüyəcək, o qədər böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini keçəcəkdir» (Ö. F. Nemanzadə. Əsərləri. Bakı, 1983, s. 95).

            Türklərin mifoloji əsərləri, əfsanə, dastan, mani, türküləri ilə bərabər, Nəsrəddin, Qaya əmi, Beç, Kudyan haqqında çoxlu məzəli rəvayətləri var. Onlardan bəzilirini sizə təqdim edirik.

            Axısqada ayrı-ayrı kəndlər haqqında məzəli sözlər var ki, bunların bəzisini Axısqanın coğrafiyasına aid bölmədə vermişik.

 

 

 

1. NƏSRƏDDİNİN TƏLƏBƏLİYİ

 Keçmişdə bir molla oliyer, özi çox aqilmişdür. Onun bir koçi oliyer. Molla hər gün koçi kəsib üç dəfə çorba bişüriyer, tələbələriynən yiyer. Sora onun gəmüklərini yığıb dua oxiyer, koç diriliyer.

Bir gün molla nerəyəsə gediyer. Tələbələrinə tapşıriyer ki, koçi kəsmiyasız. Siz oxuyamasız. Koç nadan olur.

Ancak mollanın tələbəsi Nəsrəddin tələbələrə diyer ki, koçi kəsib yiyax, bən oxumay biliyerim. Gəmükləri yığıb okurum, koç dirilur. Molla bilacax ki, biz koçi yedux.

Koçi kəsib yiyerlər. Sora gəmükləri yığiyerlər. Amma düz yığmiyerlər. Nəsrəddin oxuyer, koç ayağa kaxiyer, ancax nadan oliyer.

Molla misəfirluxdan gəlib görüyer ki, koç nadandur. Camahat da baxıb güliyer. Biliyer ki, bu, Nəsrəddinin işidur. Diyer ki, bən deməmişdimmi ki, koça bögün dəgməyin! Səni görüm bu koç kimi ellərə gülünci olasın.  

Mollanın karğışi Nəsrəddini tutiyer. O gündən Nəsrəddinin bütün sözləri ellərə gülüncidür.

 

2. MOLLA VƏ  EŞƏGLƏR

 

Adamın birinin eşəgi itiyer, kövüni ariyer, bulamiyer. O biri kövə gediyer. Aramaya ərindüğina səhəb, gediyer camiyə. Mollaya diyer ki, cumadan sonra cəməhətdən bir soruşax, belki eşegimi görən olur.

Cuma namazından sonra Molla cəməhətə soruşiyer:

- Ey cəməhət, bu dünyada kimin nəyə həvəsi var?

Biri qaxiyer diyer ki, paraya, o biri diyer ki, yemege, başxalari diyer toya, bayrama. Hərə bir şey diyer.

Axırda üç-dörd nəfər qaliyer. Bunnar diyerlər ki, bizim heç bir şeyə həvəsimiz yoxdur.

Molla, eşək ariyani səsliyer, diyer:

- Ay eşək, sahibi, a bunda üç-dörd eşeg var. Gəl bax gör, hangisi sənindur?

 

3. İKİ ƏRİNGƏN

 

İki tənə əringən oliyer , bunlar üzümun altında yatiyerlər . Üzüm salxumi sallanur ağızldarına dəyir. Ama ərindüklərindən yemiyerlər. Biri diyer ki, olan, ey vax, bəni vax, bir adam olsa da, bana bir gilə üzüm versə da yesəm.

O biri lap əringən diyer ki, olan, bənim yerimə de ki, versinlər.

 

4. BACANAQLAR

 

Yeddi bacanaq yol gediyermiş. biri diyer ki, olan, bir adam oleydi da, konuşaydıx.

 

5. KÜSƏYƏN ENİŞDƏ

 

Aclıx dövri toyda eşitənin cadi (çörək növü) payıni yiyerlər. Güvəgiyə eniştəyi götürəndə ayağını eşigə diriyer, diyer ki, cadiyi ki kim yedi, gəlinin yanına o girsin, bən girməm.

 

6. ÜFÜR DAĞİ

 

Biri misəfirluxda sicax çorbayi yiyer, ağzıni yaxiyer (yandırır). Yandığından başıni dik göyə qaldirur, amma utandiğundan üfürə bilmiyer. Tavana baxiyer əv sahibindən soruşiyer:

- Dada-dada-dada, bu koşatlari (tirləri) nerdən gətirdüz?

Əv sahibi arif adam imiş , diyer:

- Üfür dağından gətirdux, dadamcan.

 

7. ENİŞTƏLUX

 

Biri eniştaluğa gediyer, buna yemaya xingal gətirüyerlər. Xingal ufax (xırda) oliyer, eniştə fikirləşiyer ki, şimdi bir-bir yesəm, ağızda bir şey yox. Başliyer iki-iki, üç-üç yemaya. Qaynatasi diyer:

- Eniştəcan, sizdə türbəyə ölüyi qaç-qaç qoyiyerlər?

Eniştə məsələni duyub diyer ki, ölüsünə baxiyer, əgər böyük isə bir-bir, ufax isə iki-iki, üç-üç qoymax oliyer.

 

8. MÜRTƏZ DƏDƏ KÖŞƏLİ

 

Saatlıda M.F.Axundov adına kolxozda orta məktəb müəllimi işləyən Məhəmməd Dursunov söyləyir:

- Bir dəfə maşında ot gətirəndə maşına ataş alışdı, ot yanmaya başladı, bizimsə xəbərimiz yoxdur. Arxadan "Jiquli" gəliyer, çatammiyerlər ki, desinlər ot yaniyer. O gəliyer, biz yol vermirux, qaçıyerux. Bir təvür "Jiquli" irəlilədi saxladi. Bizə işmar etdi ki, ot yaniyer. Biz çıxdux ki, maşın üsti tütünə qatlanmuş, yaniyer. Sürən Zedibanlı oğlandur, adi Köşəlidür. Bir təvür otun ataşını söndirdux. Maşın alovlana-alovlana Gümüş kanala gəldux çatdux. Su səpdux, söndirdux. Bu xəbər Mürtəz dədəyə (məşhur el şairi Arzneli Mürtəz Türən oğlu) ulaşdi, aldi görək, Mürtəz dədə nasıl vəsf etdi buni:

 

Zediban qariyəli (kövlu) Təməlin oğli,

Bəsmələsiz döşəkdən çıxan Köşəli,

Onunçun gəlmiyer işlərin toğri,

Sol ayağın şalvara taxan Köşəli.

 

Nasıl edax kötülərin məthini,

Bilirüm aslıni, tanrı zatıni,

Sən ki yakdın Məhəmmədin otuni,

Qomşi ocağıni yıxan Köşəli.

 

O ki bənziyersin ağacların zortuna,

Canım qurban olsun yigitlərin qartına,

Yüz manat xərclatdın maşın bortuna,

Paraya da panço taxan Köşəli.

 

Siz kimi cəhillər maşın qədrin bilməz,

Dövran sürüb əsla səfa da qılmaz,

Zəhmət çəkər, zəhmət haqqın alamaz,

Hökmət maşının yaxan Köşəli.

 

Usta Mürtəzdi sözlərini qanduran,

Tapulmadi maşinayi söndürən,

Od salıban maşinayi yaxdıran

İdaradan da yüziağ  çıxan Köşəli.

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol