AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

EL ŞAİRLƏRİ

EL ŞAİRLƏRİ

 

Axısqa eli sözün əsl mənasında şer yurdudur. Demək olar, hər bir türk vaxtsa şer yazıb yazır; hər bir türk ulu ustadların ölməz sətirlərindən əzbər bilir. Bir çox türkün gizli saxladığı, məhrəm «könül dəftəri», şer toplusu var.

Axısqa tükrlərinin bədii zövqünün yüksəkliyinə dəlalət edən əsas faktlardan biri budur ki, bu ulusda Yunis İmrə, Dadaloğlu, Qaracaoğlan, Pir Sultan Abdal, Öməri, Sümmani, Ələsgər, Veysəl kimi bütün türk aləmində məşhur ulu ustadlar indiyədək çox sevilir, yaddaşlarda yaşanır qavranılır (qeyd edək ki, axısqalılıar Osmanlıdan olan ustad aşıqlara əflatunlar demişlər).

Çildır-Axısqa elinin doğma şairlərindən, klassik aşıqlarından şairlərindən sayılan Xasta Hasan, Şenlik, Sümmani, Əmrahi, Öməri, Ülfəni, Talibi, Şivğa, Məhəmməd Səfili, Usta Mürtəz, Zarzimalı Aslan kimi ustadlar xalq arasında xüsusilə məşhurdur.

Axısqanın çağdaş şairləri çoxdur. Cabir Xalidov, Fəhlül, Zeynül Yektay, Şimşək, Sürgün, Mehyar Əhmədoğlu, Şahismayıl Adıgünlü, İlim Şahzadayev, İlyas İdrisov, Güləhməd Şahin, Müsəddin kimi istedadlı sənətkarlar soydaşlarının çağdaş hisslərini, istək arzularını, həsrət ümidlərini gözəl ifadə edə bilirlər.

Axısqanın klassik, müasir el şairlərinin əsərləri geniş şəkildə çap olunub. İmrə, Dadoğlu, Qaracaoğlan, Pir Sultan Abdal, Şenlik, Sümmani, Qəssab Məmməd, Qul Hümmət, Öməri, Hüzuri,Talibi kimi məşhur klassiklərin axısqalılardan topladığımız bəzi əsərlərində isə məlum nəşrlərlə müəyyən variant fərqləri nəzərə çarpır. Axısqalılardan canlı ifada topladığımız bəzi ümumtürk poeziyası nümnələrinin, eləcə Axısqaya coğrafi-mədəni baxımdan yaxın aşıq mühitlərinə xas əsərlərin kitabda yer almasının əsas məqsədi bu elin amansız təqiblər, sürgün əziyytətlərinə baxmayaraq, etnik mənliklərinin tərkib hissələrindən olan ulu türk sözünü, şerini hafizələrində yaşatmasını, yəni türklüklərini qorumasını bir daha təsbitləmək onların poetik dünyasını anlatmaqdır.   

Böyük əksəriyyəti ilk dəfə çap olunan bütün bu gözəl şer nümunələri Axısqa türklərinin poetik dühasını açıqlayır, eyni zamanda ümumtürk poeziyasını yeni boyalar, imzalarla zənginləşdirir.

 

 

1986-1990-CI İLLƏRDƏ AXISQALILARDAN TOPLANMIŞ

ÜMUMTÜRK POEZİYASI NÜMUNƏLƏRİ

 

 

YUNUS İMRƏ

 

1. SALAM OLSUN

 


Bu dünyadan gedar oldux,

Qalanlara çalam olsun,

Bizim üçün xeyir-dua

Qılannara salam olsun.

 

Əcəl bükə belimizi,

Söylətmiya dilimizi,

Xəstaikan halımizi

Sorannara salam olsun.

 

Tənnim ortaya açıla,

Yaxasız gömlək biçilə,

Bizi asan bir vəchilə

Yuyannara salam olsun.

 

Kimsə dürmaz qəsdimizə,

Gedər oldux dasdumuza,

Namaz üçün üstümuza

Turannara salam olsun.

 

Bir qaydadur gələn gedər,

Əcəl ki var bizi güdər,

Bizim halımızdan xəbər

Sorannara salam olsun.

 

Dərviş Yunus söylər sözi,

Yaş dolur iki gözi,

Bilmiyan bilsin bizi ,

Bilənnərə salam olsun.


 

           

 

2. ÖMRÜM SƏNİ

 


Günüm keçdi ahu vaynən,

Ah neyləyim ömrüm səni,

Gəldin keçdin biləmədim,

Ah neyləyim ömrüm səni.

 

Səni bahaynan almadım,

Odur qeydinə qalmadım,

Sənə vəfadar olmadım,

Ah neyləyim ömrüm səni.

 

Ömrüm ipi düzüləsi,

Sürət keçmiş pozulasi.

Xeyrim-şərim yazılasi,

Ah neyləyim ömrüm səni.

 

Birdə geri gəlmiyasın,

Gəlib bəni bulmiyasın,

Bu dövrani surmiyasın,

Ah neyləyim ömrüm səni.

 

Hani səninən qalduğum,

Şad olub da gülduğum,

Axır güni yad olduğum,

Ah neyləyim ömrüm səni.

 

Miskin Yunus, gedəsisin,

Əcəb səfər edəsisin,

Sən bir əcəl badəsisin,

Ah neyləyim ömrüm səni.


 

3. AŞK NEYLƏDİ?

 


Yüyürürəm yana-yana,

Aşk boyadi bəni qana,

aliməm, divanə,

Gəl gör bənə aşk neylədi?!

 

Gah əsərim yellər kimi,

Gah coşarım sellər kimi,

Gah tozarım yollar kimi,

Gəl gör bənə aşk neylədi?

 

Ya əlim al, qaldur bəni,

Ya vəslinə daldur bəni,

Çox ağlatdun, güldür bəni,

Gəl gör bənə aşk neylədi?

 

Bən Yunusi biçarəyəm,

Başdan ayağa yarayəm,

Dost əlindən avarəyəm,

Gəl gör bənə aşk neylədi?


 

4. BİZİMDÜR  DADAOĞLU     

 


Qalxdi köç eylədi Afşar elləri,

Ağır -ağır gedən ellər bizimdür,

Ərəb atlar yaxın eylər iraği,

Yuca dağdan aşan yollar bizimdür.

 

Savax birimizi beşə sayarlar,

Dəmür libas, polad çarux geyarlar

Qavğayi görəndə fəğan deyərlər,

Əlləri mizrafli ağlar bizimdür.

 

Belimizdə qılıncımız kirmani,

Daşi dələr mızrağımın təmrəni,

Haqqımızda dövlət vermiş fərmani,

Fərman padşahın, dağlar bizimdür.

 

Dadaloğli, savax dava kurulur,

Ötər tütək, davlumbazlar vurulur,

Neçə qoç yigidlər yerə sərilür,

Ölən ölür, qalan sağlar bizimdür.


     QARACAOĞLAN

 

     5. DEMƏDİMMİ

 


Ala gözli, nazli dilbər,

Vaxtın keçər demədimmi?

Hərami olmiş gözlərin,

Qanım içər demədimmi?

 

Bax bu qaşa, bax bu gözə,

Cigər kabab oldi közə,

Yaxasız gömləklər bizə

Fələk biçər demədimmi?

 

Qaracaoğlan, gəz mərd ilə,

Ülfət qılma namərd ilə,

Fələk bizi bu dərd ilə

Qoyar naçar demədimmi?


 

 

     6. ÖGÜNSÜN

 

Əzəl bahar yaz aylari gələndə,

İftidə açılan güllər ögünsün,

Başi yeşil, köksi siyah durnalar

Dolanub qonduği göllər ögünsün.

 

Ötməsin bülbüllər, gəlməsin yazlar,

Yigid olan silasıni arzular,

Xanzada gəlinlər, begzadə qızlar,

Onlara sarılan qollar ögünsün.

 

Qarac oğlan da der, yaylam yaz olsun,

Yaylaya çıxmazdan ömrüm az olsun,

Bir yar ki, sənnən söyləməz olsun.

O yari söylədən dillər ögünsün.

 

 

     7. ÜÇ DƏRD

 

Vara-vara vardım o qara daşa,

Həsrət qoydun bəni qohum-qardaşa

Səbəb gözdən axan qanni yaşa,

Bir ayrulux, bir yoxsullux, bir ölüm.

 

Neçə sultanlari taxtdan endürdi,

Neçəsinin çırağını söndürdi,

Neçəsini gəlməz yola göndərdi,

Bir ayrulux, bir yoxsullux, bir ölüm.

 

Qaraca oğlan da der dərdim keçilməz,

Əcəlin şərbəti öddür, içilməz,

Üç dərdim var bir-birindən seçilməz,

Bir ayrulux, bir yoxsullux, bir ölüm.

 

 

     8. DƏRMANIMMİ VAR?

 

Üryan gəldim, genə üryan gedərim

Ölməyə əldə fərmanımmi var,

Əzrail gəlib can tələb edər,

Can vermaxdan özgə dərmanımmi var?

 

Bir gün yazılıb da sorğu sorulur,

Məhşərin günündə divan qurulur,

Harami var deyə qorxi verulur,

Benim ipək yükli karvanımmi var?

 

Ər ikən ərluğun meydana gətür,

Qədir Mövlam, nöqsanımi sən yetür,

Bənə diyerlər ki, qəm yüküni al götür,

Bənim yük qalduran imkanımmi var?

 

Qaracaoğlan der, adımi çəkərlər,

Əğü oldi yeduğumuz şəkərlər,

Göz var deya isnan edərlər

Bənim haqdan başqa imanımmi var?

 

     9. BAHAR

 

Bülbül, yatarsın, bahar yetişdi,

Ulu sular göl olduği zamandur ,

Qat-qat oldi gül yaprağa qarişdi

Bülbül gülə gül olduği zamandur.

 

Genə bahar oldi açıldi güllər,

Fəqana başladi şeyda bülbüllər,

Burum-burum yırğalandi sünbüllər

Aşıqların dəl olduği zamandur.

 

Bülbül nələr bilür gülün halından,

Yetər Məcnunluğum yarın əlindən,

Aşıb-aşıb gəlür yayla belindən,

Yardan bizə gəl olduği zamandur.

 

Genə gəldi barlı bəhrəli bağlar,

Bülbülün fəqani qəlbimi dağlar,

Dürli çiçəklərlə bəzənmiş dağlar,

Uli dağlar yol olduği zamandur.

 

Qaracaoğlan der-keçdi çağlarım

Meyva verməz oldi könül bağlarım,

Haxlıma gəlduxca ağlar-ağlarım,

Gözüm yaşi sel olduği zamandur.

 

 

     10. ÖLÜRÜM

 

Baxçasında seyr edən gördüm yari,

Daramış zülfüni, vermiş tumari,

köksün arasi zəmzəm puvari,

İçsəm öldürürlər, içməsəm ölürüm!

 

Başına çəkidbür qədifə fəsi,

Bu gizli çəkduğum yarımin yasi,

Çəkmişlər bacaya dəmür qəfəsi,

Baxsam öldürürlər, baxmasam ölürüm!

 

Qaracaoğlan der, kəndim ögmiyem,

Coşğun sular kimi bəndi dögmiyem,

Gözəl sevmə derlər, nasıl sevmiyem,

Səvsəm öldürürlər, səvməsəm ölürüm!

 

 

AŞIQ SÜMMANİ

11. OLMAZ

 

Tövbəkar ol, könül, tarixdən çıxma,

Şeytannan şəfaət-şifadar olma,

Tərki sələbindən ötürüb qalxma,

Konuşma puştina, namus-ar olmaz.

 

Nəsihət al bu kamilin sözündən,

Gəl kamali qazan özü-özündən,

Bir övlad ki, düşsə ana gözündən,

Dgül allah razi, bərxudar olmaz,

 

Kamali olurmi hər bir gədanın,

Xoş lisani olur şirin sədanın.

Axari xərabdır hərəmzadanın,

Çalıb çırtmaq ilə kizbi-kar olmaz.

 

Seyr eylədim  dünya qalma-qaluni,

Gözüm gözlər kamil pir-kəmalini.

Saxın, alma bir zənənin duşuni,

Könül havalidur, vəfadar olmaz.

 

Ah edib, Sümmani, saralıb solma,

Gələn məvlədəndir, kimsədən bilmə,

Səvilən bir yerə çox gedib-gəlmə,

Kesilüb məhəbbət, ehtibar olmaz.

 

 

12. OLMAZ

 

Dəli könül, gəl töbəkar ol,

Şeytandan bir fayda şafaət olmaz,

Gendin bilməzinən qalxıb oturma,

Oninən söyləsən namus-ar olmaz.

 

Nəsli xarab olan nəslinə çəkər,

Dəmurdən tuç olur, olurmi şəkər,

Nalet kor şeytana, yolundan çıxar,

Çalıb çırpmağınan kəspu kar olmaz.

 

Summəni der, ğəmlərə sən batma,

Geçər ömrün gendi gendin qocaltma,

Səvilən yerlərə heç tez-tez getmə,

Qalxar məhübbətin, rəğbətin olmaz.

 

 

     13. GÖZƏL UYMİŞ

 

Çıxdım bu dağlara, duman bürümüş,

Duman bu dağlara gözəl uymiş,

Razi oldum haxdan gəldən qəzaya,

Sabır "minlərə gözəl uymiş,

 

Dügündə - bayramda edərlər zinət,

İslama buyurmiş farz ilə sünnət,

Yezidə cəhənnəm, möminə cənnət,

Nalet kor şeytana gözəl uymiş.

 

Sümmani der, İncil endi İsaya

Dil verildi əlindəki əsaya,

Zabur-Davuda, Tövrat - Musaya,

Qur"an Məhəmmədə gözəl uymiş.

 

14. ETMƏZ

 

Bir xalqın təməli xalis olmasa,

Oni qaynatmaynan zar qabul olmaz.

Kamil sıfatına heç qonarmi pas?

Möminin aynasi kir qabul etməz.

 

Bir yigidin asli olsa kamali

Canan əllərindən alur xəbəri.

Səmaya sar çəksə qavax ağaci,

Yaprax açar, amma bar qabul etməz.

 

Sümmanı, sözlərin sürmə yaşidür,

Bir köhnə pirimin hədiyyəsidir,

Könül, yara varmax, can bahasidür,

İraqdan-irağa yar qabul etməz.

 

 

15. КИТАБЛАМА

 

Ustasından dərsin almış xocalar,

Diyari-əxrətdən gələn kimidi?

O məvləm ki, yeri-göyi yaratdi,

Yer üstünə bina quran kimidi?

 

O kim idi beş yaşında ömri sökildi,

Altmış bin şəhərə qani tökildi,

Həzrəti İsa ki, gögə çəkildi,

Merdivan başında duran kimidi?

 

Der Sümmani, bu sözümdə yoxdur qələt,

Əzəl bu dünyaya kim qurdi ələt,

Cəbrayil ki, göydən endürdi ayat,

Yetmiş iki dildən bilən kim idi?

 

16. КЮНЦЛ

 

Dəli könülinən duşdum bir cənqqə,

Xekməti sorulmaz boşdur bu könül,

Gündən-günə qirər hər turli cənddə,

Bəzi sölar, bəzi gunəşdur bu könül.

 

Bəzi gəm tolar, bəzi beloya,

Bəzi məcnun taki dönər sönoya,

Bəzi nərvon toki çixar hovoya,

Bəzədi təprənməz, taşdur bu könül.

 

Suməni der, bu dünyada çekirim yaş,

Silinməs qovlumun, kəlbimin pasi,

Köksumə könonda əcəl pəncəsi,

O zaman diyarim boşdur bu könül.

 

 

 

 

17. NERDƏDİR?

                       

Aşıx bögün bizə meydan iştədi,

Cahanın dört kitab yeri nerdədür?

İndiyacan həddimi bildirem sənə,

Aşıx olanların piri nerdədür?

 

Zümrüd quşi ki, bidad silayan,

Süleyman Nəbinin dərdin söyləyan,

Hak ilə bin bir kəlam söyləyan,

Musa kələmullah turi nerdədür?

 

Dərdi yox sirini pünhan edacax,

O Məxbul quların seyran edacax,

Siri yazdan bir gün divan edacax,

Söylə, aşıx, söylə, ulu məhşər nerdədür?

 

 

18. DASTANİ CƏNNƏT

 

Qəl gəlur koç yelə dari fənədən,

Açılmış nəkali duri cənnətin,

Çünki vəfa yoxdur dahi dünyadan,

Zinnətlənmiş hər əsrəri cənnətin.

Tubadan talu edər huri qulman,

Havuzlar kəsələr, gözəl divan,

Oraya cəm olacax cümlə əhli iman,

Heç bulumaz bir yeri cənnətin.

Tam yetişmiş bin hürünün müi var,

Durlu zəfərdən nazum mui var,

Muhəmmədi onda bi çift tui var,

Məryam ana yadiqari cənnətin.

Muhəmməd haxdur hakkin dənəsi,

Kuruldi şəmlərə aşx pərvanəsi,

İki kərpicdəndur onun binasi,

Məvhərdur bəhdiyar cənnətin.

Bizi yaratmışdur yaradan tanri,

Əhli islamlara nəsib et bari,

Altundan, ğumuşdan burçi hisari,

Tabağa-tabağa yeri cənnətin.

qətən vəsf etsəm o qətən uca,

Bilmiyan cəhilə gəlur nəticə,

Şavqundan bulunumaz həm gündüz,

Gecə, şavqi verur hər yana  nuri cənnətin.

Bir muminə yetmiş hüri azında,

Toymax olmaz heç birinin sözündən,

Pallar axar bismilləhmin gözündən,

Zulmanımi göqlər səni cənnətin.

İsmiçalal sadik çəkər dilləri,

Havadadur çağırur hək bülbulləri,

Heç rənqindən solmaz xoş gülləri,

Əskuk olmaz qaza bari cənnətin.

Yarab verdə etmə sən nəçar,

Cənnətin qəpisını camallar açır,

 İdris Nəbi o yerdən beyçar,

Vardur o hüllə dahi cənnətin.

Summani, yanarsın xisri kamali,

Kamalsız neynarsin dünyalux mali,

Orada görünür qüdrət bari,

Titraşur binasi yeri cənnətin.

 

 

PİR SULTAN ABDAL

  19. GƏL-GƏL

 

Ağlatmayın bəni, dərdim böyükdür,

Aşıqlar meydani coşmamiş gəl-gəl,

Yar, bənim cigərim dəlük-dəlükdür,

Qaynayıb-kükrəyib daşmamış gəl-gəl.

 

Fələk bir bilərzük taxdi koluma,

Hayıf, yarım agah dəgül halıma,

Əcəl şərbətini vərdi əlimə,

Saqiyə, bu cami içməmiş gəl-gəl.

 

Gəl bizim bayçaya edəlim seyran,

Bülbül aşiq olmuş bir gülə heyran,

Səni bir gün bəndən ayırar dövran

Ayrıluq ortaya düşməmiş gəl-gəl.

 

Burda beş-on günlük rüzgarım qaldi,

Əmanət sahibi gəldi aldi,

Yüklənmiş qəflədi, qaçılmaz yoldi,

Ömrümün karvani köçməmiş gəl-gəl.

 

Pir Sultan Abdalam, bələymiş yazi,

Daha çəkməz oldum cevr ilə nazi

Havalandi uçdi könlümün bazi,

Doyunca qucuşaq, uçmamış gəl-gəl.

 

 

BEYTAL QASIM

 

 

     20. GÖRÜNSÜN

 

Başi yüksək, köski dumanli tağlar,

Alçax turun, o canalım görünsün,

Yürəgim tolubdur, çeşmim qan ağlar,

Bir yan turun, o canalım görünsün,

 

Bu fələk bənimlə eylədi dava,

Çəkilsin bulutlar, açılsın hava,

Of, çeşməli tağlar, səndə nələr var,

Ayam olsun, o canalım görünsün.

 

Fələk bənə bu vaxtımda sataşdi,

Bənim ahım arsımana yetişdi,

Beytal Qasım zülmat tağıni aşdi,

Dövran dönsün, axır zaman görünsün.

 

 

     QUL  HÜMMƏT

 

     21. AXŞAM OLDİ

 

Səyyah oldum bu aləmi dolandım,

Bir dost bulamadım, gün axşam oldi,

Bir yürəgə, bin kövülə boylandım,

Bir dost bulamadım, gün axşam oldu.

 

İki əlim düşməz oldi yüzümdən,

Ah etdikcə qanlar axdi gözümdən,

Nöqsanimi gördüm özüm-özümdən,

Bir dost bulamadım, gün axşam oldi.

 

Pozukdur dünyanın təməli, pozuk,

Tükəndi dənələr, qalmadi azux,

Yazuxlar bu keçən ömrümə, yazuk,

Bir dost bulamadım, gün axşam oldi.

 

Ustad Qul Hümmətəm, ümmana dalam,

Gedənlər gəlmədi, bir xəbər alam,

Ədalət soraqli doğri abdalam,

Bir dost bulamadım, gün axşam oldi.

 

 

QƏSSAB MƏMMƏD

22. SƏNİN ƏLİNDƏN

 

Məmmədim-Məmmədim, otur dizimə,

Sürmələr çəkəyim ala gözünə,

Uyma, Məmməd, uyma düşmən sözünə,

Yandım, Qəssab Məmməd, sənin əlindən.

 

Sarayın ögündən gəlib keçərsin,

Bənaım dönüb nisbət-nisbət baxarsın,

alıb qaçarsın, vaz keçərsin,

Yandım, Qəssab Məmməd, sənin əlindən.

 

Qaşların ögündə bir yeşil çadır,

Çadırın içində Məmmədim yatır,

İndiki əhbəblər saymiyer xətir,

Yandım, Qəssab Məmməd, sənin əlindən.

 

Qışlanın ögündə üç ağac incir,

Qolunda bilərzük, boynunda zəncir,

İxtiyar fədərim, anam pek acur,

Yandım, Qəssab Məmməd, sənin əlindən.

 

 

     MOLLA CÜMƏ

23. YA BİR OLUR, YA İKİ

 

İsmi pənhan, niyə bəndən küsmişsin?-

Dost-mehriban ya bir olur, ya iki.

Bögün ölsəm hər kəs diyar yazuxdur,

Cani yanan ya bir olur, ya iki.

 

Sən şö"ləsən, bən yanında fənərim,

Bülbülünəm gülşənindən kənərəm,

Ataş olub hər məclisdə yanaram,

Dərdim bilən ya bir olur, ya iki.

 

Hilal qaşa layiqdir o sürmə,

Meylin qurub, üzün bəndən çəvürmə;

Cüma diyar, hər yetənə sirr vermə, -

Sirrin bilən ya bir olur, ya iki.

 

 

     24. DÜNYADUR

 

Təki bənə məth eyləmə dunyani,

Ya bu dünya bir bekara dünyadür,

Hələ Adam peyğandardan irəli,

Bir yüzi , bir yüzi qara dünyadur.

 

Dünyaya gələnlər qismətin yiyar,

Cəhillər ağaydur şeytana uyar,

Seyrəkdur işin, bilənlər tuyar,

Şahan şankar bir bekərə dünyadur.

 

Dərin suya girmə gecə bilməzsin,

Yıxar səni, çıxıb göçə bilməzsin,

Qırar qol-qanadin, uça bilməzsin,

Tatli aşa zəhər qatan dünyadur.

 

 

 

 

AHISKANIN SÜQUTUNA DAİR TARİXİ  ŞERLƏR

 

 

ŞAİR GÜLALİ

25. AHISKA GÜL İDİ GİTTİ

 

Ey kardaşlar, size tarif eyliyem

Kanlı yaş tökerek derdim söyliyem

Dağıldı yuvamız yâdi boyliyem

Vay ki harab oldu gözel Ahıska.

Bozuldu bağları gazel Ahıska

Özüne çare bul düzel Ahıska.

 

Bahtı karalıdı, bir gün gülemez

Kâfir Moskof baskın etti alamaz

Erzurum uzak , imdat gelemez

Vay ki harab oldu gözel Ahıska.

 

Azğur Boğozu'nda kavga kuruldu

Çok hayın beylere altın verildi

Şeher talan oldu, evler yarıldı

Vay ki harab oldu gözel Ahıska.

 

Yediden yetmişe andı içtiler

Yurt, namus uğruna candan geçtiler

Dönmeler cepheden hama kaçtiler

Vay ki harab oldu gözel Ahıska.

 

Burç üstünde bayrakları kurdular

Yedi gün, rûz-ü şeb kılıç vurdular

Çol çocuk demeden cümley kırdılar

Ahıska düzünde çadır kurdular

Vay ki harab oldu gözel Ahıska.

 

Kâfir ikndide kurdu savaşı

Mel'un fırsat buldu verdi ataşı

Bozuldu kal'ası dağıldı taşı

Vay ki harab oldu gözel Ahıska.

 

Şeherin yarısı odlara yandı

Ah u figan asumana dayandı

Şehitler kaniylen yerler boyandı

Vay ki harab oldu gözel Ahıska.

 

Ahıska'dan çıktı bir ulu duman

Zulüm arşa yetti, vermiyor aman

Mevlâm ahirette nasib et iman

Vay ki harab oldu gözel Ahıska.

 

Paşalar teslimen çıktı kaladan

Niçe evlât ayrı düştü anadan

Göstermesin böyle günü Yaradan

Vay ki harab oldu gözel Ahıska.

 

Seraskerin ömrü günü keçilsin

Köse paşa sakkalından asılsın

Mustafa Beg kara yere basılsın

Vay ki harab oldu gözel Ahıska.

 

Ahıskalı düştü derde feryada

Seraskeri yetişmesin murada

Askeri hayindir gelmez imdada

Vay ki harab oldu gözel Ahıska.

 

Seraskeri dönsün tezden türaba

Ahıska' sattı yatğın aşaraba

Mescit medreseler günü haraba

Vay ki harab oldu gözel Ahıska.

 

Baltalı analar cenge katıldı

Al belekten çay'ın yüzü tutuldu

Sabi sübyan ataşlara atıldı

Vay ki harab oldu gözel Ahıska.

 

Topların sesinden duman bürüdü

Niçe canlar türab oldu çürüdü

Urus girdi, ireliye yörüdü

Vay ki harab oldu gözel Ahıska.

 

Yıkıldı saraylar kalmadı hâşa

Dağıldı şenliği dağ ile taşa

Lâyık mıdır size bey ile paşa

Vay ki harab oldu gözel Ahıska.

 

Ahıska'nın ögü bir gözel yazı

Perperişan oldu gelini kızı

Takdir Hak'tan idi bu kara yazı

Vay ki harab oldu gözel Ahıska.

 

Ahıska etrafi çevrüli dağdır

İçinde yetişen mor sümbül bağdır

Aman Allah bögün ne yaman çağdır

Vay ki harab oldu gözel Ahıska.

 

Mescit mihrabına zenkler asıldı

Câmisine küfr ayağı basıldı

Bin bereket bu yerlerden kesildi

Vay ki harab oldu gözel Ahıska.

 

Günde okunurdu beş vakit ezan

Binden ziyadeydi okuyup yazan

Merhamet mürüvvet Yaradan Yezdan

Vay ki harab oldu gözel Ahıska.

 

Açıldı bağları al yeşil sarı

Kırıldı kalmadı talandı varı

Böyle imiş bize Takdîr-i Bâri

Vay ki harab oldu gözel Ahıska.

 

Bize haram Ahıska'nın ovası

Dağılsın Urus'un yurdu yuvası

Yetişsin Arşta melekler duvası

Vay ki harab oldu gözel Ahıska.

 

Kazaklar oturmuş kılıc yağlıyor

Ahıska içinde al kan çağıyor

Yerde insan, gögde melek ağlıyor

Vay ki harab oldu gözel Ahıska.

 

Cennet misli göz önünden gitmiyor

Viran oldu bağlar, bülbül ötmüyor

Elimiz ulaşmaz kuvvet yetmiyor

Vay ki harab oldu gözel Ahıska.

 

Vefat-i Meryem'in ertesi günü

Kuruldu Ahıska kara dügünü

Yuhudaydı fukarası zengini

Vay ki harab oldu gözel Ahıska.

 

Bunu böyle söyler Gülalî Hoca

Top gülle yağdırdı her gün her gece

İki yüz kırk dört, kırk beşinci gece

Vay ki harab oldu gözel Ahıska.

 

Bayatısı:

Ahıska gül idi gitti

Bir ehli dil idi gitti

Söyleyin Sultan Mahmud'a

İstanbul kilidi gitti.

 

 

26. KALDI MOSKOF'A AHISKA

                (anonim)

 


Ahıska'nın hâli yaman

Dil varmaz ki ede beyan

O ki oda yaktı düşman

Kaldı Moskof'a Ahıska.

 

Paşalar el bir olmadı

Hayini çok hâl bilmedi

Bir yerden imdat gelmedi

Kaldı Moskof'a Ahıska.

 

Kâfir yangın verdi gece

İşimizi saldı lece

Şeher elden gitti nice

Kaldı Moskof'a Ahıska.

 

Üç gün üç gece od yağdı

Ne gün gördük ne ay doğdu

Sağ kalanı duman boğdu

Kaldı Moskof'a Ahıska.

 

Üç gün ataşlara yandı

Od alav arşa dayandı

Her yeri kana boyandı

Kaldı Moskof'a Ahıska.

 

Yavrusun attı anası

Oldu külli gam-hanesi

Bozulmaz sağlam binası

Kaldı Moskof'a Ahıska.

 

Ahıska'nın önü yazı

Şehittir gelini kızı

Çekticeği kara yazı

Kaldı Moskof'a Ahıska.

 

Viran kaldı bağ bahçesi

Şakımaz bülbülün sesi

Oldu baygular yuvası

Kaldı Moskof'a Ahıska.

 

Viranesi melul bakar

Taş toprağı şehit kokar

Artık kim seyrana çıkar

Kaldı Moskof'a Ahıska.

 

Akan sular bulanık

Mescit medresesi yanık

Müminlerin kalbi sınık

Kaldı Moskof'a Ahıska.

 

Câmiler kandili yanmaz

Minberde hutbe okunmaz

Sanman ki Çark'a dokunmaz

Kaldı Moskof'a Ahıska.

 

Tekepatlatan kan çağlar

Gökte melâikeler ağlar

Ehli İslâm kara bağlar

Kaldı Moskof'a Ahıska.

 

Ala karlı yaylakları

Kan akıyor bulakları

'a döndü duvakları

Kaldı Moskof'a Ahıska.

 

Ahıska düştü âha

İşi kalmış bir Allah'a

Gözler görür bir daha

Kaldı Moskof'a Ahıska.

 

Zağ'a kalmaz şahin yurdu

Gelir şol AL'OSMAN kurdu

Kem talihtir aldı verdi

Kaldı Moskof'a Ahıska.

 

Padişah'tan ferman olur

Şanlı ordu gine gelir

Bu yerleri tamam alır

Kalmaz Moskof'a Ahıska

Varmaz bu çoğa Ahıska


 

 

POSXOVLU AŞIQ ÜZEYİR FƏQİRİ

                 (1830)

 

27. АХЫСГА АЬЫТЫ

 

Hey kardaşlar yanak yanak ağlıyak

Ülkemiz sultanı elden gidiyor

Al yeşili töküp kara bağlıyak

Al'osman'ın şanı elden gidiyor.

 

Ahıska'ydı burda ellerin hası

Yakıldı ataşa şennigi nâ

Kurtuluncaya dek çekecek yası

Esir olmuş canı elden gidiyor.

 

Kâfir Moskof'a baş ülke verilir

Kesilir sinorlar korqan kurulur

Yedi yerden Fakîr beli kırılır

İslâm'ın vatanı elden gidiyor.

 

28.       AXISQANIN SÜQUTUNA

 

İndim ovasına bir göz gezdirdim

Gördüm el'in bahça bağı bozulmuş

Yüregim tutmadı bir dahi bakım

Taş toprağı ağlar bendi çözülmüş.

 

Meğer tezmiş bağda bülbüller ötmez

Hanümanlar sönmüş bir ocak tütmez

Hicret eder yâda ayağı gitmez

Turna gibi katar göçü düzülmüş.

 

Maralı bend etmiş ifrit tuzağı

Artık yavru tezmiş yoktur durağı

Ala gözler şimdi bir kan çanağı

Bîgafil yârinden eli üzülmüş.

 

Bu Fakîr âh eder kanlı yaş töker

Esirdir AHISKA boynunu büker

Tezden çare kıla ol Şah-ı hünkâr

Nice diyem bahtın kara yazılmış.

 

29. AHMEDİYE AĞITI

 


Kudretten yapılmış cismin

Belirsiz olacak ismin

Tiflis'ten gelmiştir hasmın

Ağlasana güzel câmi!

 

Taşların hepsi beyazı

Senden çevirdiler yüzü

Duvadan unutma bizi

Ağlasana güzel câmi!

 

Dahi okunmaz ezanı

Nida etmiyor mezzini

Görecek miyiz yüzünü

Ağlasana güzel câmi!

 

Câmimiz kalıyor burada

Aramıza girdi perde

Bizi saldı gama derde

Ağlasana güzel câmi!

 

Cumamız kılınmaz durdu

Anınçun çekeriz derdi

Terkederiz yeri yurdu

Ağlasana güzel câmi!

 

Cemaat çekeriz â

Okunmaz hutben dahi

Urus'a kaldın sahi

Ağlasana güzel câmi!

 

Hazreti Mehdi dirilse

Buraları gelip alsa

Seni ederler kilise

Ağlasana güzel câmi!

 

Hicret etti niçe kullar

Hep Kur'an okurdu diller

Hani seni yapan eller

Ağlasana güzel câmi!

 

Mağfiret evisin zati

Sevabın çok katı katı

Padişah vermez beratı

Ağlasana güzel câmi!

 

Müminler kılar namazı

Ederler Hakka niyaz

Tarih dolar kalır azı

Ağlasana güzel câmi!

 

Ben giderim döne döne

Sen kalırsın yana yana

Haçperestler dolar sana

Ağlasana güzel câmi!

 

Bir kurtaran etse zuhur

Cümle kâfir olur makhur

Sevinirsin sen de Fakîr

Umut kesme güzel câmi

Bizden küsme güzel câmi!


 

30. AHISKANIN SÜQUTUNA

 

 

Kavqalar kuruldu günler farıdı

Ahıska üstünü duman bürüdü

Dini İslâm olan bütün kırıldı

Toz duman içinde kalan Ahıska.

 

Meleşir kuzular bulmaz anayı

Feryadımız düştü arşı alayı

Gidi kâfir zapteyledi Kala'

Kalası da esir giden Ahıska.

 

Gidi kâfir putun verir elime

Canım kaynamıyor almam dilime

Günde üç yol teklif eder dinine

Yigitleri esir giden Ahıska.

 

Evimizin önü bütün dağıdı

Babam paşa kardaşlarım bey idi

Böyle olmaktan ölmek yeğ idi

Düşman ellerine geçti Ahıska.

 

31. AHISKA SAVAŞINA KOÇAKLAMA

 


Ahıska'nın başı duman

Gelmiş yine zâlim düşman

Koçaklar aldı şöhret şan

Kırdı Moskofu Ahıska.

 

Vardı Boğaz'da oturdu

Düşmanı yara yetirdi

Dört yanı al kan götürdü

Sardı Moskofu Ahıska.

 

Qaziler bakmaz geriye

Sanki kurt girmiş sürüye

Aldı Moskofu arıya

Vurdu Moskofu Ahıska.

 

Moskofun beli büküldü

Hileye şere döküldü

Şenlik Boğaz'dan çekildi

Çardı Moskofu Ahıska.

 

Hamşoğlu hiyanet oldu

Çol-çocuğa talan saldı

Asker de geriye geldi

Gördü Moskofu Ahıska.

 

Seherde savaş kuruldu

Düşmanın safı yarıldı

Altı bin saldat kırıldı

Girdi Moskofa Ahıska.

 

Sokakta alır kan leşi

Koptu kıyametin eşi

Eğer hatun eğer kişi

Yerdi Moskofu Ahıska.


 

 

AŞIQ QƏRİB

 

32. AHISKA AĞLATMASI

              (1828)

 

Ahıskaya geldi üç tane paşa

Paşalar gitmedi ettiler haşa!

Oğl'uşak döküldü dağ ile taşa

Bilir misin o tufanın Ahıska?

 

Ahmediye minaresi söküldü

Arabaynan Uruset'e çekildi

Hangi şah vaktinde binan döküldü

Acep kaçındadır sinin Ahıska?

 

Ustaların kama kılıç yapardı

Müşteriler elden ele kapardı

Cuma günü bir velvelen kopardı

Unuttun mu er meydanın Ahıska?

 

Adlım idi Ahıska'nın koçağı

Müzeyyen çarşılar ayvan konağı

Yaktı Moskof bastı Saldat, Kazağı

Taladı malların han'ın Ahıska

 

Bu kadarca öğüdümü alasın

Ben Garip söyledim eyce bilesin

Gönül göç eylemiş hoşça kalasın

Çok yedik nimetin nanın Ahıska.

 

Bayatısı:

Âşık der ki ne çâre

Gündür geçer ne çare

Bu kapıyı kapadan

Bir gün açar ne çâre.

 

 

DAŞDƏMİR

33. AHILKELEK ÜZERİNE AĞIT

(1828)

 

Kanlı yaş dökerek söyleyim hâlın

Nic'oldu ulus'un haniya élin

Bozulmuş gülşenin néttin bülbülün

Bundan böyle oda yan Ahılkelek,

Geçiptir çırağın sön Ahılkelek

 

Yardan ayırmışlar kalıp şivan'a

Gülü solmuş bülbül düşüp hicrana

Viranında baykuş kuruyor bina

Şimdi oldun tam viran Ahılkelek,

Ne zaman olursun şen Ahılkelek

 

Çektiğin zulümler arşa dayandı

Yaradan'a müşkül hâlın ayandı(r)

TAŞDEMİR eriyip odlara yandı

Sen idin ellere han Ahılkelek,

Çıktın elden gittin can Ahılkelek

 

 

 KLASSİK AŞIQLAR EL ŞAİRLƏRİ

(XVIIIXIX ƏSRLƏR)

 

Əsərləri təqdim olunan sənətkarlardan başqa, XVIII-XIX əsrlərdə XX əsrin əvvəllərində Axısqada Üzeyir Fəqiri, Vanlı Oruc, Mahmud Çirkini, Molla Xəlis, İsmayıl Əfqan, Seyfi, Heydər bəy, Dəli Tamı, Qul Əhməd, Gülali Xoca, Ömər Əfəndi, Pir Məhdi, Xırtızlı Sevdayi, Axılkələkli Daşdəmir, Pərtəv Bəy Qorxan, İsgəndər Nihani, Şəhri Əfəndi, Azqurli İsmayıl, Aşıq Nuru, Aşıq Balakişi, Aşıq Məftuni, Aşıq Balabəy, Çanaq Aşıq Əhməd, Dərviş Ələmi, Firaqi, Topçioğlu, Səfil Kamil, Aşıq Murad, Aşıq Şavqi, Aşıq Bayram, Aşıq Əvəz, Mirsis, Aşıq Qəhrəman, Aşıq Pirverdi, Müştaqi, Çərkəzoğlu, Usta Polad, Aşıq Ruhani, Dəli Yusif, Aşıq Aslan, Aşıq Qaragöz, Aşıq Zeyin, Aşıq Pəktayi, Səfil Lado, Aşıq Eto, Urbani, Rəqibi, Şükrü kimi ustad aşıqlar şairlər yaşayıb yaratmışlar.

 

 

XASTA HASAN

 

Axılkələk sancağının Lebis kəndindəndir, qarapapaq türklərinin Cavax tərəkəmələri boyundandır, sonradan Dersel kəndinə köçüb. XVIII əsrin sonuXIX əsrdə yaşayıb. Qız nəvəsi 1982-ci ildə Qazaxıstanın Talqar şəhərində 90 yaşında vəfat edib. Qız nəvələri Məhərrəm, Kazım Müzəffərovlar Talqarda, başqa qohumları Azərbaycanda yaşayır. Bu ustad aşığın son dərəcə kamil lirik şerləri xalqın hafizəsində indiyədək qorunub. Deyilənə görə, orijinal bir dastanın da yaradıcısı olub. Aşıq Şenliyin Lebisli Aşıq Nurunun ustadı olub.

 

34. KİMDƏ VAR?

 

Ey fələk, sənin əlindən bu sitarə kimdə var,

Bənim kimi sinə dağli, baxti kara kimdə var,

İki sərvəl, bir Məhəmməd Mustafanın eşkinə,

Varem dolanem başina, dərdə çarə kimdə var?

 

Hər keşin bir dərdi var bənimki ondan betər,

Birisi sinəmdə yanar, birisi yanub tütər,

Təbib gəlməz, məlhəm olmaz, yürək qani axıb gedər,

Bizdə olan belə yarə, belə həsrət kimdə var?

 

Der biçara Xasta Hasan, konuşma namərd ilən,

Çox çalış ki, dost olasın bir əhli comərd ilən,

Çox aşıxlar gəldi keçdi, Kərəm dərdiynən,

Belə çarə, belə yarə, belə həsrət kimdə var?

Beylə səvdə, beylə atəş bəndən sora kimdə var?

 

     35. VƏDƏSİNDƏ

 

Yetər bu qədər zülm etdin bənə,

Kolların boynuma sal vədəsində,

Sən olasın kari, bən olem koca,

Bu qırıx kövlümi al vədəsində.

 

Fələk bir can vermiş, bir gün alacax,

Üstümüzdən karvan yollar salacax,

Yeyib-içib bir gəzmax qalacax,

Sür dövran ömrünün bol vədəsində.

 

Xasta Hasan xocaların xocası.

İrandan görünür əlvan baxçası,

Bögün şadluq gündür, bayram gecəsi

Hər şeyin qaydına qal vədəsində.

 

 

     36. GİZLƏNİR

 

Ey ağalar, sizə "rif eyləyim,

Üç əcəm gədəsi yolda gizlənib,

Bir uğri, bir türi, bir bir harami,

Uçi bir olsa, yolda gizlənür.

 

O necə kuşdur ki, anasın əmər,

Yar bizə yollamış şəmsidən kəmər,

Bir şal, bir çərkəz, bir bir kəmər

Uçi bir olsa, beldə gizlənür.

 

O necə kuşdur ki, havada səkər,

Nəştərdür kiprigi, kanımi tökər?

Bir noxud, bir badam, bir bir şəkər,

Uçi bir olsa, dildə gizlənür.

 

Xasta Hasan da der yüzi xalli kız,

Dudaxlari kaymax, dili balli kız,

Bir divid, bir kələm, bir bir kağız,

Uçi bir olsa, əldə gizlənür.

 

     37. PƏRİŞAN

 

Çıxdım bu dağlara seyran eylədim,

Gördüm yar gəzdüği yerlər pərişan,

Durdum öz-özümə fikir eylədim,

Bir bən dəgüləm aləm pərişan.

 

Ahu-zar çəkərim bursali dağlar,

Yarından ayrılan of çəkər ağlar,

Saralmiş tələnglər, verandır bağlar

Bülbülün qonduği dallar zərişan.

 

Xasta Hasan der, öldüğimi duysalar

Yığılsalar bir araya gəlsələr

Məzərimi yol üstündə kursalar.

Bəlkə-bəlkə yoli düşə kızlarin.

 

 

            38.YAXŞİDÜR

 

Dəli könül, bəndən sənə nəsihət,

Demə bu dünyada qalem, yaxşidür.

Məhşər güni qohum-qardaş bulunmaz,

Demə ulusum var, elim yaxşidür.

 

Bir məclisə varsan kəndini ögmə,

Şeytana buç verib kimsəyə sögmə,

Küvətli olsan da, uxuliy dögmə,

Demə küvətim var, kolum yaxşidür.

 

Xasta Hasan kimə kılsin dadini,

Cani çıxsin özi çəksin adini,

Yaxşı yigit yaman etməz adini,

Çünki yaman addan ölüm yaxşidür.

 

     39. SƏVDÜGÜM

 

Könül quşi arz eylədi silahi,

Şimdi yada düşdi sinə səvdüğüm,

Həsrətindən yana-yana kül oldum,

Yandım döndüm gülə, səvdügüm.

 

Həsrətindən üç gün qalsam arali,

Geniş dünya bu başima tarali,

müddət diyersin qəlbi  qarali,

Gəl səninən vədə kəsax, səvdügüm,

 

Xan babamdur bu dizimin dirəgi,

Cəsətdə titrəyib cismin yürəgi,

Bu yerlərin tuzi, ətməg  çörəgi,

Haram olsun bundan belə, səvdügüm.

 

Ehtibarsız zanman Xasta Hasani,

Uğrunda qoymişim bu şirin çani.

Yeddi ixlim şahlara vermərəm səni,

Təkdirə bir qələm xuda, səvdügüm

 

 

     40. İFTİDƏ

 

Kim bülür ki, kim gəlibdür dünyaya iftidə,

Tapdi insan, tapdi cahan kim öpüpdür iftidə,

Adam ki oldi Havva ilə verdi nişanına,

Beş vaxt namaz farz olübdür, kim qırıbdur iftidə?

 

Gecə gündüz əzbərimdə xəyala talmışim,

Oxudum Qur"ani heçasi dali-sin idi,

Əglən ustad, xəbər alem, əvvəl dinə gələn kimidi,

Dörd kitabın gəlməsini kim yazıbdur iftidə?

 

Xasta Hasan təhfil etdi ahli sünnətə,

Əhti var-yox dünyada inanmayın dövlətə,

O kimdi yalaninən getdi girdi cənnətə,

Cənnətin türli libasına kim giribdür iftidə?

 

 

     41. EYLƏMƏ

 

Ya ilani, sən bəni nana möhtac eyləmə,

Bülbülü güldən ayırıb xara möhtac eyləmə,

Yüz yıgirmi bin peyğəmbər eşginə,

Sən bəni xasta düşürüb tərə möhtac eyləmə.

 

Tağlar al geyinmiş, dəryalar hap qaradur

İpdə təki cismim başdan-başa yaradur.

Qulaği gizli sirrim, yarab, sənə həp aşkardur,

Dərdə dərman verən sənsin, təbibə möhtac eyləmə.

 

Xasta Hasan, bu fanidən çəkilür qolum bənim,

Haq ilə turab içində tökülür saçım bənim.

Sən bir ədalətli padişahsın, bağışla suçumi bənim,

Öldürürsün özün öldür, qula möhtac eyləmə.

 

     42. QAL İNDİ

 

Köç-köç oldi köçdi ellər obalar,

Daşi yaşli, gözi qarli tağlar, qal indi,

Daha içmax olmaz abu Züləl sulardan,

Axar çaylar, boz bulaxlar, qal indi.

 

Beyvəfasın yoxdur zərrə fəfin,

Canım çıxdi, çəkdim cavru cafayi,

Bəndən sora kimlər sürər səfayi,

Abad olmaz ətəklər, qal indi.

 

Yerə düşməz Xasta Hasan sözləri,

Qara bağrımi kəbab etdi gözləri,

Qürbət eldə yad ölkədə sizləri,

Həsrətində yana-yana qal indi.

 

 

43. QIZLARIN

 

Əzəl bahar, yaz ayları gələndə,

Açılır qönçədən gülü qızların,

Burcak-burcak olar tökülü qabağından,

Axar nəvlərindən balı qızların.

 

Mən bilirəm, hürülərin, pərilərin eşisən.

Əlli qızın, yüz gəlinin başısan,

Bu qəmli könlümün yoldaşısan,

Köyümün, elimin ballı qızları.

 

Dərya kənarında əlində altından tası,

Silindi, könlümün qalmadı pası,

sinən üstünə ilqar yaylası,

O sinən bu sinəmə düz rast gəldi.

 

Gəzdin-gəzdin, nazar eylədin,

Xastanı canından bezar eylədin,

Doxsan doqquz şaftalıynan bazar eylədin,

Yanıldı sayısına yüz rast gəldi.

 

 

44.  XƏYALDASAN?

 

 

Qadir mövlam sən bilirsən halımı?

Dünya qaranlıqdı, görə bilməm yolumu.

Bizim üçün yaxın eylədin ölümü.

Axırı ölümdü, xəyaldasan?

 

Bu dünya deyən bəllidi-bəlli,

bəlli qaldı, üzü xallı.

İstər yüz yaşa, istər yüz əlli,

Axırı ölümdü, xəyaldasan?

 

Hey ağalar, Xastaya eyləyin ibadət yarın günü.

Xasta Hasan deyir, dəryalara dolanda.

İmanım nuruyla, eyləyin ayat,

Oxunar dəftərlər, axırı ölümdü, xəyaldasan?

 

 

45. МЮЩТАЪ ЕЙЛЯМЯ

 

İlahi, səndən bir imdad, yara möhtac eyləmə.

Bülbülü güldən ayırıb, xara möhtac eyləmə.

124 Peyğəmbər hörmətinə, xasta salıb yara möhtac eyləmə.

Bir gün olub bu fənidən, sürələr köçümü mənim.

Bəy oldu turab içində, töküldü saçım mənim.

Sən adil padşahsan, əfv eylə suçumu mənim, qula möhtac eyləmə.

Xasta deyir, nax divanda üzüm qaradı,

Eyiftəki sinəm, boydan-boya yaradı.

Qula gizli sirrim sənə aşkardı,

Öldürsən özün öldür, loğmanlara möhtac eyləmə.

 

 

* * *

46.

Bir zamanda var idi şahımız,

Qoynumuzda bulunmayır şahımız.

Bir zamanda var idi padşahımız,

Bu əski Gürcüstan Erekle xana da qalmadı.

Qalx yuxudan! Oyan, Rustavi Şota,

Əlimizdən gedir Aspinza, Ota.

Bir qram dərdimiz çıxdı puta,

Dönüb əsir bir zamanədə qalmadı.

Bu yalan dünya nəyin nəsidür,

Gələn-gedən müsafir odasıdür.

İnsan ölür fələyin qaydasıdür,

Bu əski aşıqlıq Xasta Hasana da qalmadı.

 

 

47.

Mən xastayam, oxuyardım, yazardım.

Qəvvas olub dəryalarda gəzərdim,

Çox misallı bu dünyanı gəzərdim,

Neyləyim, tutmayır bu dizim mənim.

 

48. ÜSTÜNDƏDİR

                                                                                                         

Yer altında qızıl öküz, yel-yüzgər üstündədür,

Bu dünyanın çarx köşəsi şah maral üstündədür.

Abu Bəkir, Ömər, Osman, Şəfətçi ya Rəsul,

Haq talanın bir isi qəmbər üstündədür.

 

Haq tala çox mal vermiş dəliya,

Çox malın çox cəfasi var, verməz Valiya,

Haq Aslanım buyurmuşdur Aliya,

Kufara boyun əgməz, Zülfiqar üstündədür.

 

Xasta Hasan da der, bənim sözüm nəsihət,

Yatanda haqqa şükür eylə, qaxanda ibadət,

İnsandan getdi məhəbbət, havandan xasiyat,

Getdi, canım, toldi, ixtifar üstündədür.

 

49. BİRDÜR-BİR

 


Bizi yoxdan var eyləyən,

Aləmi yaradan birdür, bir.

Şəkki nəziri yoxdur

Vallahi, billahi, birdür, bir.

 

Ən əvvəlki Həzrəti Adəm,

Ol Məhəmməd Mustafa.

Axır Zaman peyğəmbər

Rəsulullah birdür, bir.

 

Çox şükür olsun Xudaya,

Haqq yetürdi zəhməti.

Haqqın əmrini bilənlər

Daxil olur cənnətə.

Dörd kitabı təsnif etmiş

Yetmiş iki millətə.

Kitab dörddür, talax üçdür,

Kəlamullah birdür, bir.

 

Der biçarə Xəstə Hasan.

Bir can vermiş, alacax.

Əgər məğrib, əgər məşriq

Bir araya gələcax.

 

Qurulub tərəzi-mizan

Qıli-qıldan böləcax.

Padişahlar padişahı,

Hökmü-sultan birdür, bir.


 

 

 

50. НАЗЛЫ  ДИЛБЯР

                                                                                                                     

Ölkəmizdə səvdim bir nazlı dilbər,

Aradım, izlədim, getmiş hayana?

Bən onun şamına oldum pərvanə,

Məxmər açan, ətir saçan, hayana?

 

Vətənimdə bitmiş bir ulu ağac,

Bir qaydadur bir məmləkət, bir ana.

Fələk bir yetimə vursa bir ağac,

Ağıranda deməzmi ki, vay ona!

 

Xəstə Hasan, divanızda üç açar,

Yüz qapidür, yüz kitabdür, yüz açar.

Bəzi gözəl niqab içrə üz açar,

Heç deməz ki, namus nədür, həya .

 

 

AŞIQ ÖMƏRİ

 

    Xəstə Hasanın müasiridir.

 

 

51. KISQANİYERİM

 


Gəl dilbərim, kan eyləmə,

Səni kandan kıskaniyerim,

Doğan aydan, əsən yeldən,

Çıxan gündən kıskaniyerim.

 

Gəl belə kıyğaci baxma,

Kəlbim yandurub-yaxma,

Yanağına güllər taxma,

Səni güldən kıskaniyerim.

 

Halım bilən haldaşım var,

Yola gedər yoldaşım var,

Üç yaşında kardaşım var,

Səni ondan kıskaniyerim.

 

Səni istər Ömər hər dəm,

Sən olmasan, veran yurdam,

Sən bir quzi, bən bir qurdam,

Səni bəndən kıskaniyerim.

 


 

 52. GÖRDÜNMİ?

 

Dəli könül, çox dərd qılıb  ağlama

Bu fani dünyada qalan gördünmi?

Şimdi bən özümdən suval sorayım -

Dünyanın sirrindən bilən gördünmi?

 

Neçələri haxli yatdi dünya yüzündə,

"Dünya bənim" derdi hər bir sözündə,

Çoxusunun yaş qurumaz gözündə,

Bu çarx bir qararda dönər, gördünmi?

 

Der Öməri, çox aldanma faniya,

İskəndər, Süleyman, Luxman hani ya?

Arif lazım bu qədəri taniya,

Dünyada xoş dövranlar sürən gördünmi?

 

            53.VER XƏBƏR

 

Çox şükür olsun xudama, insani xalq eylədi,

Keçdi sol qaburğasından Adam, Hava söylədi.

Götürdi cənnətə, girdi xətri nişan eylədi,

Kim yolladi, kim yaldatdi - ol divandan ver xəbər.

 

Çox şükür olsun xudama, ləm oxur, mim var,

Bu dünyanın ustisi var, şagirdi var, xani var.

Alti sudur, üsti sudur, içində cami var,

Daş əzəni kim oxudi, ol əzəndən ver xəbər.

 

Der Öməri, biz yetişdux təzə,

Usta girmə qarğışıma yetişəysin  mürtəzə.

Bir gün olur hesab düşər çan alıni şahbaza,

Yüzi gülməz, rəşvət almaz, ol divandan ver xəbər.

 

54. İÇƏRİ

 


Ey ağalar sizə tərif eyliyem, -

Cami gördüm taşi mehrabından içəri

Əcəl gəldi pərvanələr tolandi,

Dəfin etdilər qara yerdən içəri.

Qurban olem bin bir adli subhana,

Başımız bağlidur əziz Qur"ana,

Biz gedər oldux axur zamana,

Haram girdi, halal ğərdən içəri,

Aşıx Ömər degmə sözi söyləməz,

Nəsihət eyləsə, kimsə dinləməz,

 

Axır bu dərt bizə eylux verəməz,

Əcəl oxi girdi sərdən içəri.

 


 

     55. NƏDƏNDUR?

 

Bu camiya təməl tökən ustalar,

Axıl etməz, göz qəməşur, nədəndür,

Pəncərələr tutux, yani nurdur,

Molla minaradan enməz, nədəndur?

 

Nədən dünki xax ötürür xaninən

Kirpici yoğrulmuş insan qanınnən,

Qırx dəgirman dönər bir tək bəninən,

Taş-taşi yüküdür, kimsə bilməz nədəndür?

 

Bu dünyada səmək tutanlar,

Var Öməri saği-soli bilənlər,

Mollalar mollasi, namaz qılanlar,

Buni bilmiyan kamil nədəndur?

 

 

                 56. KEÇƏR

 

Oğralım gülşən bağdan, müxtəsər başdan keçər,

Bu səvdə bazaridur taxti rəvandan keçər,

Padişahlar padişahkən görsə o səlvi boyun,

Taxdini əldən buraxur, örtuği tacdan keçər.

 

Bunca yildur çəkər idim daim qəm biçağini,

Şindidən sonra gəl quralım o gülşən bağıni,

Bin sənəlux Ruhban görsə o köskün ağıni,

İnciri əldən buraxur, tanduği xaçdan keçər.

 

Der Öməri, vəsv edərim əhli dillərdə səni,

Versələr dünya malıni, önə verməm bən səni,

Hacilər hacdan gəlürkən çöllərdə görsə

Mehrabi əldən buraxur, etduği hacdan keçər.

 

57. YATARLAR

 


Sabağinən oğradım qəbristana

Tənini toprağa qoymiş yatarlar.

Sələm verdim sələmimi almadi

Əhli dünyasından küsmüş yatarlar.

 

Məzarında vardur mərmər taşlari,

Üstündə yuva salmış səlvi quşlari.

Yürəkdən axıtmış qanli yaşlari,

Hərkeş etduğuni çəkmiş yatarlar.

 

Döqmə Öməri çün ki bela bulursun,

Niyə bu dünyaya yalan deyirsun?

Etduğun varisə səndə görürsün

Hər kim etduğuni çəkmiş, yatarlar.


                                                                                                         

 

 

58. ДИЛБЯРЛЯРИН

 

Sərini nişanə tutdum daşına dilbərlərin,

Dəli könül gəzmax istər peşinə dilbərlərin.

Nərdə bir xoyrat, var isə gözəli, ol yan alur,

Qorxarım incilər qona döşünə dilbərlərin.

 

Əmsəm qaymax dodağını, zanarım batmış pala,

Bu gözəllux səndəykən bəni çöllərə sala.

Çirkinin həddi vardur gözəlin yerin ala,

Qüdrətdən qələm çəkilmiş qaşına dilbərlərin.

 

Öməri der, halın iştə gözlərin xumar,

O gözəllux sənə verilmiş haqdan tumar.

Aşıqların adətidür gözəldən zəkat umar,

Bu gözəllux bir beladur başına dilbərlərin.

 

59. BAX

 

Ey fələk, oyan qəflətdən bu dəm dəvrana bax,

Hər səhərdən asumana çəkilən kərvana bax,

Dəryada nuh, gögdə mürqi həp onun əmrindəykən,

Baqi qalmadi bu dünyada, Həzrəti Süleymana bax.

 

İbrahim ki, İsmayıli götürdi arafata,

Dedi, baba, bağlama qollarımi, qoymam sizi zəhmətə.

Kim gətürdi, kim götürdi, o qoçi qurbana bax.

 

Ottuz iki farz içində oxunani bilməli,

Səvülüni ədə edib həm namazi qılmali,

Der Öməri, bin yaşasa, aqibət məhf olmali,

Bizi yoxdan var edənin yazduği fərmana bax.

 

 

 

60. BƏNİM

 

Ey fələk, sənin əlindən bir divanım var bənim,

Arşa dirək-dirək olmiş ahuzarım var bənim,

Kəndi halımcaz gəzərkən, ağradim səvdəsinə,

Gənə bəndən yüz çəvürür, ol cayil yarım

 

Üç-beşlər məclisində girdim mərdü-davaya,

Dün-gecə düşümdə gördüm sərin vermiş yağmaya,

Topla eşqin düzgününi, tolmasın dəryalara,

Yeddi dərya coşmayıncaz, söndürməz narım bənim.

 

Girdim yarın baxçasına, güllərin xəyali yox,

Əcəb imiş olacax, dini yox, imani yox,

Beyçərə Aşıx Ömərin yani yox, yərəni yox,

Gizli düşdüm səvdəsinə, nəyimiş kərim bənim.

 

61. ЩАМАМЧИ

 

Ey hamamçi bu hamama gözəllərdən kim gəlür,

bilem ki, sinam üstdə gündə beş yüz can gəlür.

Bu hamam ellər hamami, gələnə gəlmə deməz,

Ərəb, əcəm, türli-türkmən, gündə beş yüz can gəlür.

 

Bu hamamın ədrəfindən gəldi-keçdi adular,

İnsan oğli ədnə quldur yer üzündə dedilər,

O cananın sözlərindən toymiş yüz bin dudilər,

Bu ölkənin padişahi bir ulu sultan gəlür.

 

Yigit odur toğri söylər, xilaf qatmaz sözünə,

Gündə yüz bin nur yağiyer o gözəlin yüzünə,

Der Öməriy, bən mayiləm qaşına, həm gözünə,

Həzrəti Yaqubun oğli Yusifi-Gənğan gəlür.

 

 

62. КЕЧЯР

 

Oğradım gülşan bağından müxtəsər-başdan keçər,

Bu səvdə bazaridür taxdu rəvadan keçər,

Padişahlar-padişahikən görsə o səlvi boyun

Taxdini əldən buraxur, örtduği tacdan keçər.

 

Bunca yildür çəkər idim dahi ğəm biçağini,

Şindan geyin, gəl quralım o gülşanın bağini,

Bin sənəlux ruhban görsə o kösgünün ağıni,

İnciri əldən buraxur, taxduği xaçdan keçər.

 

Der Öməriy, vəsv edəyim əhli dillərdə səni,

Versələr dünya malıni gənə verməm bən səni,

Hacilər hacdan gəlürkən çöllərdə görsə,

Mehrabi əldən buraxur, etduği Hacdan keçər.

 

 

63. XƏSTƏ HASANLA ÖMƏRİNİN DEYİŞMƏSİ

 

Öməri:

Əylən, ustam, əylən, səndən bir xəbər sorem,

Adət nədür, ərkan nədür, yol nədür?

Ol səni bənə adətən cərrah dedilər,

Yürəgimdə yara nədür, sevda nədür?

 

Xəstə Hasan:

Bir uşaq ki, xocasından dərs alır,

Adət budur, ərkan budur, yol budur.

Niyatım haca getmax, sitkum cənnət,

Yürəgimdə yara budur, sevda budur.

 

Öməri:

Hangi peyğəmbərdən qaldi bu yapi?

Cannı-cannı içini tutdi həpisi.

On iki baxçadur, qırx səkkiz qapi,

Oni bəkliyan iki yol nədür?

 

Xəstə Hasan:

Nuh reyğəmbərdən qaldi bir yapi,

Canni-canni içinə toldi həpisi,

On iki aydur, qırx səkkiz hafta,

Onların içində bir doğuş, bir ölüm, iki yol budur.

 

Öməri:

Bir cami yapdurdumdaşdan minarəsi,

Mehrabi minbər, içi dolu müşk ilə ənbər.

Səksən bin əvlim, yüz bin peyğəmbər,

Onların içində iki gül nədür?

 

Xəst Hasan:

Cənnəti-əladur bizim xanamız,

Kəbəyi-şərifdə bir nişanamız.

Adəm atamız, Həvva anamız,

Onların içində iki gül budur.

 

Öməri:

Bilirsənmi neçədir sıratın yoli?

Sırati kim keçdi, yanında Ali?

Üç yüz altmış altı səlvinin tali,

Talında açılan iki gül nədür?

 

Xəstə Hasan:

Otuz iki sıratın yoli, Məhəmməd keçdi,

Sıratın yoluni, yanunda Ali.

Üç yüz altmış altı bir yılın güni,

Yılda iki bayram, iki gül budur.

 

Öməri:

Aşıq Öməri der, cahanı gəzdim,

Oxudum əlifi, mim ilə yazdım.

Xuda ki əmr etdi, bir gəmi düzdüm,

Gəmi nədür, dərya nədür, sel nədür?

 

Xəstə Hasan:

Xəstə Hasan da der, cahanı gəzdim,

Fitfa duasıni əzbərə yazdım.

Xuda ki əmr etdi bir gəmi düzdüm,

Gəmicəsət, könüldərya, göz yaşısel budur.

 

 

QUL QƏRƏNİ

 

Xəstə Hasanın müasiridir, əsli Bəylər kəndindəndir.

 

64. GÜLGƏZ

 

Deyir cavahir gözünün qurbanı mən oldum,

Örtünübdü başına libası Gülgəz,

Ölürəm, a Gülgəz, ölürəm, a Gülgəz.

 

Bəzənibsən, düzənibsən gedirsən toya.

Gözəlliyin yaraşıbdı o uca boya,

Geyinibdi havası Gülgəz,

Ölürəm, a Gülgəz, ölürəm, a Gülgəz.

 

Qərəniyəm, oxumuşam hecəni,

Yuxu gəlmir ötürəm gecəni,

Dolandım Urumu, Kırımı, Azərbaycanı,

Ölürəm, a Gülgəz, ölürəm, a Gülgəz.

 

 

65. ХАСТА ЩАСАНЫН АШЫГ ГЯРЯНИ ИЛЯ ДЕЙИШМЯСИ

 

Гяряни:

Əvvələ dörd kitabdan hər-bir hesab tap,

Siftə qələm çaldı bax birisinə,

Kəlmeyi şərifdə, canlı mehrəcdə,

Qatarlanıb gedər bax birisinə.

Mən əzizinəm, yarasul dedilər,

Eyib dərdə düşdü yarasul dedilər,

Yığıldı cümlə yarasul dedilər,

səbəbdən nəylət endi, bax birisinə.

 

Хаста Щасан:

Xasta Hasan deyir, bir budaq üstə,

Məcnunun mahalı bir budaq üstə,

İki alma bitib bir budaq üstə,

Biri şövlə verər bax birisinə.

Yer altında qızıl bir rüzgar üstündədi,

Bu dünyanın çay ətrafı bir şahmar üstündədi,

Bərxudamın malı çoxdu, çox mal verər Vəliyə,

Çox malın çox əzabı var, onunçün verməz dəliyə,

Əgər mübarək əlin qalsa Astanım Alıya,

Heç kimsəyə başın əyməz Zülfüqar üstündədi.

 

Xasta Hasan deyir bu sözləri anlayana nəsiyyət,

İnsan oğlundan qalxdı möhübbət, heyvandan xasiyyət,

Hər yatanda zikr eylə, hər qalxanda vəsiyyət,

Keçdi günüm, doldu sinəm,

Heyif ki, o da ixtiyar üstündədi.

 

Гяряни:

yatırsan, dəli könül, bu dövrana bax,

Hər səhərdən, hər arzumana çəkilən karvana bax,

Göydə şah, yerdə muğru halının əmrindeykən,

Bu dünyada kimsə qalmadı, hanı Süleymana bax.

 

Хаста Щасан:

Bizi yoldan var eyləyən qanı suvan bir de bir,

Abu ataş xaqibəttən yaratdı insan bir de bir,

Adamı sakin eylədi cənnətin yur divanına,

Onların kəstə kərəzi layıp şeytan bir de bir.

 

Гяряни:

İbrahim ki, İsmayılı götürdü Arasata,

Dedi: - «Baba, bağla qolum, səni verməm zəhmətə»,

O hazarıynan bıçağı necə vurdu lisbətə,

Kim gətirdi, kim götürdü o quzu-qoçu qurbana bax!

 

Хаста Щасан:

Haqq buyurdu Cabrayıla, İncil endi Musaya,

Zəbur Davuda verildi, Tövrat Musaya,

Məhəmməd durdu qibləyə, Məryəm girdi kilsəyə,

Məhəmməd hümmətindi, oxuyan furğana bax.

 

Гяряни:

Otuz iki fariz içində oxunanı bilməli,

Fəhminizaya yetiribən salatını qılmalı.

Qul Qərəni deyir: Yüz yaşasan da axır məhtə olmalı,

Bizi yoxdan var eyləyən hanı sübhanın yazdığı fərmanı.

 

Хаста Щасан:

 

Xasta Hasan deyir, yarın mənşər günü kim qalar?

Əzrayıl ki, canlar alır, bəs onun canını kim alar?

Gəlibdi canım barata, tarix var tamam olar,

Məvlam qismət eyləsə, bir arşın qurana bax.

Bu dünya belə qurulub dövlət-var üstündədi,

Harur-kərur mal qazanır, tarımar üstündədi.

Adam ataHava ana atdılar o cənnətə,

Hər kim budar şeytan yallada, o da şər üstündədi.

Bir atadan olmuşuq, başqa-başqadır dilimiz,

Yarın mənşər günü olar halımız,

Göz görməz, qulaq eşitməz, əcəb necə olar halımız?

Altı od, üstü qazan o da nar üstündədi,

Xasta Hasan, bir gün üzərinə gələr Əzrayıl,

Dörd kitabı, dörd köyşədə təftil eylər Cəbrayıl,

Haqq taladan əmr enər, oyanar İsrafil.

Əli-əlində, əli döşündə o da sür üstündədi.

Bəyzadələr məclisində olanda,

Əsli kamil olan ayağı gözlər.

Ustasından dərs alan kimsələr,

Əsli kamil olan ayağı gözlər.

Dəli könül deyir, öz yerində paşasan,

Qanlı fələk kimi istərdin başa sən.

Ayaqlamaz, gəzirsən başa sən,

Əsli kamil olan ayağı gözlər.

 

 

 

 

AŞIQ ZÜLƏLİ

 

Borçalı Axısqada Qara Züləli adıyla tanınan XIX əsr aşığı.

 

66. YAMAN DƏRD

 

Gündüz xəyalımda, gecə döşümdə,

Bir çəbəl var pusi duman sarğundur,

Subha qədər təhvilimdə zikrimdə,

Sələm olmaz o yar bəndən dargündür.

 

Təbib xəyalımi bildurə bilməz,

Yaman dərdə düşdüm, çarə qıldura bilməz,

Yüz bin dərya axsa, söndürə bilməz,

Çünki yürəgimin hər köşəsi yanğundur.

 

Züləli dərdindən yürəklər sözlər,

Mükəmməl yazıldi beylə yazılar,

Sakin incitməyin, beglər qazilər,

Çünki gövlüm güssə-ğəmə tolğundur.

 

 

67.ДЕДИЛЯР

 

 

Əzəli-ərvahda, lövhi qələmdə,

Bu bənim bəxtimi qara dedilər.

Yar eşqinə içirdilər badəni,

Bu olsun sinəndə yara, dedilər.

 

Sənə qurban olem, əziz pədərim,

İzin kərəm eylə, durmam, gedərim.

Artdı kəsəbətim, dərdi-kədərim,

Baxmam dövlətinə, vara, dedilər.

 

Zülali eşqin oduna yanar,

Əhli-kamil olan, sözümdən qanar.

Əcəm Şahin qızi, ismi Dalçinar,

Təbriz şəhərində ara dedilər.


 

   

AŞIQ ŞENLİK

 

     68. DEDİM

 


Dedim: - Dilbər, naz eyləmə,

Dedi: - Cilvə sataram bən.

Dedim: - Kaşın tayarlanmış,

Dedi: - Özgəy atarım bən.

 

Dedim: - Ay qız, ədəlisin,

Dedi: - Oğlan, dəlisin,

Dedim: - Bülbül sədəlisin,

Dedi: - Bağda ötərim bən.

 

Dedim: - Kaşların karali,

Dedi: - Cismimdir parali

Dedim: - Yürəgim yarali

Dedi: - Səndən betarım bən.

 

Aşıx Şenlik sənə yardur

Dedi: - Vəfadarım vardur

Dedim: - Yüzün şəmsi-nurdur

Dedi: - Maha katarım bən.


 

 

     69. QALMADI

 


Uyma bu cahana olsan eyvana,

Fani dünya bir kimsəya qalmadi,

Sədi İskəndərə, Rüstəmə qalmaz,

Ali kimi ac aslana qalmadi.

 

Bu dünyada ədalətin varmiydi,

Dəryada paluxdan xərac alurdi,

Cümlə quşlar divanına gəlürdi.

Davud oğli Süleymana qalmadi.

 

Aşix Şenlik düşmüş bir ahu zara,

Ehtibar eyləmə dünyada vara,

Üzüldi bəndədən, çəkildi tara,

Cəsətdə mülk olub cana qalmadi.


 

 

70. OLMUŞAM

 

İçdim eşqin badəsini, vücudi-naz olmuşam,

Dəli dəvrüm misafir, yadu-zar olmuşam,

Şeydayi-bülbül  misali qan ağlar halımdan,

Könül xəstə, dil şikəstə, cani-tarimar olmuşam.

 

Bin yıl verdim Adəmə, saldım afu,

Dörd yüz əlli Şitə, doqquz yüz qırx Nuxa,

Onlara qalmadi dünya, bizəmi qalur daha,

Düşünüb dünya xəyalın, seyri-aşkar olmuşam.

 

Şennik der, qılmişim daim mühüm tadqiqat,

Uydum iblis iğvasına, çox etdim cürmi-xəta,

Şəfaat Səndən, ya Rəsul, uyarız maxfiratı

Cürmi isyan başdan aşdı, bən günahkar olmuşam.

                                                                                       

 

 

AŞIQ MUŞKULİ

 

Axılkələk sancağının Prtena kəndindəndir, Aşıq Şivğanın ustadı olmuşdur.

 

71. MƏSKƏNİDÜR

 

Bir gecə ğəflət içində vardım xublar seyrinə,

Baxdım Məhşər qulidur arasat divanidur,

Huri qılman məclisində meil saldım meylinə,

Səvduğum canani gördüm məskənidür.

 

Gövlüm eşk atin binmiş, çəsətim piyadadur,

Çismim vərandur, şəfk əsərim ziyadadur,

Səvgülüm bəhristan mülkündə gendi şahzadədür,

Əgər əslini suval etsəm, yasamən sultanidur.

 

Müşküləm, səvdə ucundan  tərk eylədim vətəni

Oğradım minkürşərinə, götürdi yelkənimi,

Götürdi dərya yüzündə qərq eylədi gəmimi,

Ehtibar yox bel bağliyem, muxənət divanidur.

 

 

AŞIQ ŞİVĞA

 

Axılkələk sancağının Prtena kəndindəndir. 1838-1906- illərdə yaşamış Aşıq Şivğa Aşıq Muşkulinin şagirdi olub, Aşıq Şenliklə təmasları bəllidir.

 

72XIRTIZIN

 

 

Ey ərənlər, sizi tərif eyləyim,

Dürdü, cavahirdi mali Xırtızın.

Bir toy olur, başdan başa bəzənir,

Geyilir yaşılı, alı Xırtızın.

 

Xırtızın tarpları qoşa-qoşadır,

Ərdahançay coşar üç gün, boşalır,

Torçular tor atır, lurca boşaldır,

Bölüşür parası, pulu Xırtızın.

 

Sivğanın sözləri düzəlir gəlir,

Tuşlardan ökəci tökülür gəlir,

Ağbabadan yağı tapılır gəlir,

Miraşxandan gəlir balı Xırtızın.


 

 

73. SAZLA DEYİŞMƏ

 

Sivğa

Belim tutmaz səni yerə endirim,

Hanı, sazım, hanı sənin tellərin?

Qolum tutmaz sinəm üstə mindirim,

Hanı, sazım, hanı sənin tellərin?

 

Saz

Daldan-dala gəzdirirdin sən məni,

Hanı, Sivğam, hanı sənin əllərin.

Uzun qışı bezdirirdin sən məni,

Hanı, Sivğam, hanı sənin əllərin.

 

Sivğa

Hayıf olmuş pərdələrin sökülmüş,

Əl dəyməmiş, qulaqların bükülmüş,

sinəndən qamışların tökülmüş,

Hanı, sazım, hanı sənin tellərin?

 

Saz

Qış olanda yel, uruzgar əsərdi,

Barmaqların pərdələrim basardı,

Dostlar söyünərdi, düşmən küsərdi,

Hanı, Sivğam, hanı sənin əllərin.

 

Sivğa

Sənsiz bir görə bilməm məclisi,

Çala bilməm «Divani»yi, «Təcnis»i,

Elin yaraşığı, Sivğanın gözü,

Hanı, sazım, hanı sənin tellərin?

 

Saz

Mən Bursayam, sən dərdimi yüz etdin,

Rəndə vurdun, qol-qanadım düz etdin,

Mən bir odun idim, sən bir saz etdin,

Hanı, Sivğam, hanı sənin əllərin.

 

 

 

CÖVHƏRİ 

 

74.  AĞLAR

 


Sözün bilməz bazi nadan əlindən,

Ərkan ağlar, üsul ağlar, yol ağlar,

Bülbülün fəryadi qönçə - gülündən,

Gülşən ağlar, sünbül ağlar, gül ağlar.

 

Haçan ki cuş edib çağlasa sellər,

Açılar lalələr, sünbüllər  güllər,

Davulbaz çalınur, çalxanar göllər,

Şahin ağlar, durna ağlar, tel ağlar.

 

Yey adamla danış, olasın yeyi,

Ötür bülbül kimi sinəmin neyi,

Bu çərxin əlindən əl-aman deyi,

Gəda ağlar, sultan ağlar, qul ağlar.

 

Cövhəri der: dərdli kövlumuz xasta,

Sözüni bəyəndür ellərə, dosta,

Kimi abdal olub girmişdür posta,

Abdal ağlar, dəri ağlar, çul ağlar.


 

RÜHSƏTİ

 

     75. ALLAHDAN DİLƏK

 


Ya ilahi, yox yerindən dövlət ver,

Zəkatıni verməzisəm geri al.

Halalından dörd öküz ver, ya rəbbi,

Qoşub cütə sürməz isəm, geri al.

 

Elə et ki, dövlətinnən pullanem,

Paşalartək harınlaşem hallanem,

Bir az altun ver haca yollanem,

Yol ərkanda durmaz isəm, geri al.

 

Çox veriyen beynamaza, xayına,

Saldın bəni yoxsulluğun yayına

Körpilər yapduram təğər suyuna,

İmarətlər qurmaz isəm, geri al.

 

Göstər kərəmini, gözlərim indi,

Yoxsullux əlindən cigərim yandi,

Çiplağa bir kömlək, yetimə hindi,

Verduğun görməz isəm, geri al.

 

mümkün, ya rabbım, yolundan sapem,

Rühsətiyəm, yeni bir dünya tapem

Sənin şövkətindən bir saray yapem,

İki minbər gərməz isəm, geri al,


    

 

     76. BƏLLİ  DƏGÜL

 


Rüzgarım elə döndü, degişdi:

Yigid bəlli dəgül, mərd bəlli dəgül.

Hər keş yarasına dərman axtarır,

Dava bəlli dəgül, dərd bəlli dəgül.

 

Yaqin bildux məhşər günün bitduğun

Mərhəmət çəkilib göyə getduğun

Gücü yetən soyar cüğü yetduğun,

Papax bəlli dəgül, kürk bəlli dəgül.

 

Ədalət qalmayıb, zülmümüz boldu.

Keçdi bu baharın gülləri soldu.

Dunyanın gərdişi əcayib oldu.

Qoyun bəlli dəgül, qurd bəlli dəgül.

 

Başım ayux dəgul  kədərdən, yasdan,

Ah etdikcə duman yüksələr fəsdən.

Nərəyə yüz tutdi bəzmi-gülistan?!

Yayla bəlli dəgül, yurd bəlli dəgül.

 

Çərx pozulub, dünya islah olmiyer,

Əhli-füqaranın yüzi gülmiyer.

Rühsəti dediyini bilmiyer

Yezi bəlli dəgül, xətt bəlli dəgül.


 

 

            HÜZURİ

 

     77. QARA BƏXDİM

 

Nədür çəkdiğün cövrü cəfalar,

Etdin bir dərdimi yüz, qara baxdım.

Xəyal oldi getdi zövgi səfalar,

Gətürdün bağıma güz, qara bəxdim.

 

Kədərlər yağdurdum kərəm işdərkən,

Rəqib göndərürsün həmdən işdərkən,

Yalvarıb yarama məlhəm işdərkən,

Xışıminən səpiyersin duz, qara bəxdim.

 

Birdur Hüzuriyə zövqinən mehnət,

Hicran xastasına olurmi sahhət,

Bir gün üçün sənə eyləməm minnət,

İstəsən canımi üz, qara bəxdim.

 

       78. Bilən bilmiyana qul oldi getdi

 

Əlimizdə bir dutalğa qalmadi

Yandi vucudumuz kül oldi, getdi

Hər kimə verdisax atdi, almadi

Kövhərimiz qara pul oldi getdi.

 

Fələgin əlindən dedux əl-aman

Boş xarmandur buğda var, saman

Bir yandan qocalux, bir yandan zaman

Atlasımız qara çul oldi getdi.

 

Hüzuri aynanın yüzi tozdur-toz

Ağızlar qapali, gözlər əski göz.

Rezin tək uzanıb can sıxar hər söz

Bilən bilmiyana qul oldi, getdi.

 

 

79. ЗАМАНА УЙЬУН ДАСТАН

 

Bir dastanım var, zamana uyğun,

Yatduxca yat, qardaş, qalxıb oyanma.

Bir məşhur məsəldür, sən qazan, sən ye,

Yaxşulux eyləyib düşmən qazanma.

 

Ananın yerinə çağırma pədər,

Görürsün ki, sənə bir pislux edər.

Pislux et, əlindən gəlduği qədər

Yaxşilux eyləyib düşmən qazanma.

 

Kimə yaxşi desən, daralıb sökər,

Mərhəmət göglərə çəkildi məgər.

Yanında birini kəssələr əgər

Bir xançar da sən vur, qorxma, utanma.

 

Nerəki üz dutdun eylə talani

Çalış ağlat, bir azca şad olani,

Bir saatda söylə yüz bir yalani

Hər doğri söz söyliyana inanma.

 

Bihudə mövlana istəmə dilək

Yorub da zehnini çəkmə boş əmək.

Lap baban iştiya qıyma bir çörək,

Ac qalıb da qapi-qapi dilənmə.

 

Bir yetim gördünmi, vur tök dişini,

Çalış ki, pozasın xalqın işini.

Gündə yüz adamın üyüd başini,

Bir yarayi sarımağa dolanma

 

Hüziri neyləsin dünya ülfətin,

Kəsmə doğriluxdan sən mərhəmətin,

Halalından işdə sən izzətin,

Hər çaşğunun kölgəsinə güvənmə.

 

80. ПАРА ДАСТАНИ

 

Bir dastanım var, zamana uyğun,

Bus etməyə dəstü damən paradur.

Məhzuni şad edər, şadlari məhzun,

Məmurlari viran edən paradur.

 

Parasız kimsənin baxma yüzünə,

İşdərsin şah olsun özü özünə.

Çəkin, başqa şey alma gözünə

Mərdə rövnəc verən ünvan paradur.

 

Lüt üryan dolanur parasız dərviş,

Səndə dəgül, hər keşdə var bu təşviş,

Diyerlər paraynan görülür hər ,

Taxtü-rüfat, kəşkü -eyvan paradur.

 

Fağır olan hər dəm gedər ənginə,

Parasız bəllidür baxsan yüzünə,

Hər məclisdə «buyur» diyerlər zənginə,

Şani, şöhrət, lütfü-ehsan paradur.

 

Fağır suya düşsə çıxmaz kirdən,

Zəngin arabasini geçürür pisdən,

Topal zəngin yaxşi sağlam fağırdan,

Hər şeydən əvvəla nöxsan paradur.

 

Fağır isə bakirə qız dul kimi,

Dövlətsizsin bir qaraca qul kimi,

Pullisənsə şeytan qaçar yel kimi,

İbarə, dubarə, şeytan paradur.

 

Zəngin məxmər ölçər bir topa bezdən,

Üç kərə yox desən düşərsin gözdən,

Bir müə üstündür bir doğri sözdən,

Mərhəmət, mürəvvət, vicdan paradur.

 

Yoxsul məktəbində oxu, yaz,

Olmax istər isən yar eylə dəmsaz,

Dükançi dua alur, ki namaz

Ticarətdə qazanc, ziyan paradur.

 

Vəfasız dünyaya yaldanma zinhar,

Padişah da olsan, axır ölüm var,

Hüzuri, yox yerə olma günahkar,

Sənə eldən əvvəl düşmən paradur.

 

 

ÜLFƏNİ

ХЫХ яср ел шаири

 

81. QOCALUR

 

Abu ataş haqiqətdən xəlq oldi,

Neçə-neçə şirin çanlar qocaldi,

Ğəm yeyib, ğəm içmə, divana könül,

Hökümət sahibi xanlar qocalur.

 

Yaxşi adam bu dünyada ölməsin,

Yaman adam uzun ömür sürməsin,

Oğulsuz adamın vari olmasın,

Hər səhər malini sanar qocalur.

 

Ülfəni der  muxənət yerişməz dada,

Əşnənin sir sözün tez verur yada,

Bir adam ki yoxsul düşsə dünyada,

Hər yetən üzüni danlar qocalur.

 

82. BU DƏRT BƏNİ ÖLDÜRÜR

 

Ay ağalar, bu dərt bəni öldürür,

Arayıb dərməni bulana qədər,

Könül vaz keçmiyer əski yarından,

Çəkərim həsrətin ölənə qədər.

 

Çeşmi-yaşdan namə yazdım gəlündi,

Əgər loğmanisən, dərdim bilündi,

Dəmür çarux geydim, o da dəlündi,

Könül səvduğini bulana qədər.

 

Ülfəni der, bu bağımız talansun,

Xasta kolum yar boynuna tolansun,

Sən aşıxsın, yar qədrüni bilənsün,

Yari canım getdi gülənə qədər.

 

 

 

MOLLA MƏHƏMMƏD SƏFİLİ

 

Səfili təxəllüslü Aşıq Məhəmməd Yusif oğlu (Matos xoca) Adıgün rayonunun Pulate kəndindəndir. Kuşogillər nəslindən olan (aşığın nəvəsi şair İlim Şahzadayev hal-hazırda Saatlı rayonunda yaşayır) Molla Məhəmməd 1870-ci ildə anadan olmuş, 1937-ci ildə siyasi repressiya qurbanı olmuşdur. Vəfat tarixi yeri məlum deyildir.

«Koroğlu»nun ustad ifaçısı olmuş Molla Məhəmmədin, Vəli Xuluflunun 1929-cu ildə buraxdığı «Koroğlu»dakı iki qoldan birinin söyləyicisi olması, Hacı Zeynalabdin Tağıyevin yanında aşıqlıq etməsi məlumdur.

Aşığın həyatı haqqında nəvəsi İlim Şahzadayevin təqdim etdiyi məlumatı topladığımız əsərləri təqdim edirik.

Molla Məhəmməd Səfili (Matos xoca) 1920-ci illərdə (ehtimala görə, 1926-da) yazdığı 41 bəndlik qoşmasında MesxetCavaxetin türk kəndlərinin böyük bir hissəsini (91 kəndi) yumorlu mədh etmişdir. Pulate kəndindən, Kuşogillər uruğundan (nəslindən) olan Aşıq Məhəmməd Yusifzadə 1870-ci ildə anadan olmuş, 1937-ci ildə repressiyaya məruz qalmış, naməlum yerə sürülmüşdür. Bu ildən sonra ondan heç bir xəbər gəlməmişdir. Molla Məhəmməd «Koroğlu»nun mahir ifaçılarından olub. 1929-cu ildə V. Xuluflunun nəşr etdirdiyi «Koroğlu»nun qollarından biri Molla Məhəmməddən toplanıb. Aşıq Məhəmmədin Bakıya səfər etməsi, Hacı Zeynalabdinin yanında aşıqlıq etməsi haqqında da el arasında söz gəzir.

 


АШЫГ  МОЛЛА МЯЩЯММЯД  СЯФИЛИ

(Pulateli Kuşolardan Yusifzadə) haqqında nəvəsi,

şair, mədəniyyət işçisi İlim Şahzadayevin söylədikləri

 

            Dəyərli oxuyucularım, Sizin hüzurunuza elə bir tarixi şəxsiyyətin həyat yaradıcılığı haqqında məlumat vermax istiyerim ki, hansı ki, o şəxsiyyətin sağ vaxtında biz Axısxa türkləri onun saz çalıb dastanlar söyləməsindən, bağlamalar demasından, toy şənliklərimizi yola vermasında, koşmalarıni s. eşidarax istifadə etmişux. Biz elə zənn etmişux ki, onun hər hanqi bir məclisindən alduğumuz zövq, mənəvi qida bizim üçün əbədi bir zövq, mənəvi qida oliyer. kiyamatacan da davam edacax. Onun uçün babalarımız demişlər ya «san sayduğun say, gör fələk sayiyer». Gerçekdən bu fani dünya öz sözüni dedi bizlərə dünyanın kaç bucax olduğuni göstərdi. Biz Axısxa türkləri nəyinki görkəmli şəxsiyyətlərimizi, eyni zamanda tüm Axısxay əlimizdən çıxartmaqla əbədi olmasa (Allah etməsin) hələ ki altmiş yildur həsrətini çeka-çeka gəliyerux. Vətənsizlux demax olduğunu düşü­nür­sax bu heç sadəcə toprax yitürmax yox, eyni zamanda bir millətəmillət olarax hava-su kimi lazım olan bütün atributlari yitürmax demaxdur ki, bu da demax olduğuni bu həyati yaşiyanlardan fər­kinə yetenlərdən soruşmax, öqrənmax yetərlidur, çünki «yükün ağırluğuni çekan bülür».

            Rus şovinizmi öz bədxah siyasətini həyata keçürtmax üçün bütün kanallardan istsfadə etmişdur. İllah da özünə sadik olan erməniləri məharətlə, ustaluxla kullanmışdur ya kullanmaxdadur. Sovetlər birluği kurulandan sonra demişlər ki, bu kuruluşun əqrar sektoruni inkişaf etdürmax üçün kolxozsuz-sovxozsuz yaşiyamaz, mütlax lazımdur. Əbilə baxanda qoy ey yani. Bütün Gürcüstanda  olduği kimi Axısxa vilayətində kolxozlar-sovxozlar kurulmaya başladi. Bu kuruluşun tərkibində zoraklux, kəsd etmax, kəsb etmax, sürgün, həbs, kulak, pantürkizm, panislamizm s. kimi bəhanələr, şərləmələr var idi ki, bunlari irəli sürərək irəldə gələnləri, varliləri, söz sahablari, aydınlari, xocalari s. aradan götürmax savadsız ya muti bir kütlə ilə kolxozlar-sovxozlar kurmax istəduği məcraya düzəltmax kimi yollardan faydalanarax xalki, milləti hər zaman korxi, baski altında saxlamaynan millətimizi firavan yaşatmax yox da, əksinə hökümətin avucuna baxmax, eyni zamanda əllərindən alınduği topraxların, öküzlərin, malların, deqirmanların, toxumların s. həsrətini çeka-çeka gün görmaxdan (gün görmax, yaşamax saysax) başka bişe dəqülidi. O zamanki (1936) Adiqön rayonunun birinci katibi Radixan idi. (Türkiyədən gəlmiş Radikyan familyali bir erməni). O, KQB-nin cəsusu idi. Ona görə KQB-nin cəsusları tərəfindən kurulmiş bəzi tələlərdən xəbəri olmiyan savadsız  millət, tez-tez Türkiyənin sınırında atışmalara məruz kalurdilər. Geri kaçanlari da təqib edərək sudsuz-məhkəməsiz Axısxada olan Altun kalaya doldururdilər. Nəticədə ruslar, Axısxa türkləri Türkiyəyə keçərkən sınırda güllələnmişlər deyə hər yerə car çəkərdilər.

            1936-1937-ci yillərdə kolxozlar-sovxozlar kuriyerux deyə hər bəhanəylə bu kuruluşun öqünə çıxmax istiyənləri məhv ediyerdilər. Əllərindən şəxsi mülklərinin alınması hər halda bu kimi hərəkətləri normal kabul edəmiyendilər. Ona görə Vətənlərini tərk etmax məcburiyyətində kaliyerdilər. Bu millət bir Türkiyəyə yox, eyni zamanda Azərbaycana, Bakiya da köç ediyerdilər. Əbilə baxanda bu millət salt  köç etmiş. 1813-1828-1829-1900- s.

            Dəyərli oxuyucular. Bən sizə bir el aşıği haqqında məlumat vermax istiyerim. Göriyersiz ki, bir başa onun həyati şəxsiyyəti şaqqında söylamaxdan isə daha çox siyasi həyatdan, siyasi kuruluşdan siyasi yönətmədən söz açiyerux. Ona görə bu mövzu çox geniş bir mövzu olmasına rəğmən bizi daha çox maraxlanduran bir mövzuya müraciət etmax ey olmazmi? Yaradanın, toprağının, millətinin fədaisi olan bu el aşıği kimdir? Çox təssüflər olsun ki, onun haqqında özünə məxsus əlimizdə tam məlumat olmamasına rəğmən az da olsa məlumat var. Ona görə çox təssüflər olsun diyerim ki, bu el aşığini tam öqrənə biləcəvuxmi? Əgər öqrənə bilsax var ya bu insanın bütün xüsusiyyətləri yüzə çıxduxca, görəcəvux ki, nəyinki sırada bir insan, aşıx, xoca s. o, eyni zamanda Axısxa türklərinin Yunus İmrəsidur. Hakkın camalına aşiq olanidur.

            Gürcüstan cümhürriyyəti, Axısxa vilayəti Adiqön r-nun Pulate kövündə (bəzi deyilənlərə görə 1872-ci yildə, ya da 1882-ci yildə) dünyaya göz açan el aşıği Aşıx Məmməd Səfili (Kuşolardan Yusüfzadə) yaşaduği Axısxa vilayətində böyümüş bir xocanın yanında tam oxumamış, çocuxlux yaşlarından şerlər yazmaya başlamişdur. Onun babasi Yüsüf dədəy: «niya mədrəsəyə getmiyen, oxusana» diyanda kiçik Məmməd demişdi ki: «Bənim bilduxlarımi oxudiyerlər». Aşıx Məmməd Səfilinin şerləri yüz yildən çoxdur ki, könüllərdə dillərdə yaşiyer. Boqünə kimi onun şerlərini əzbər bilən söyliyan neçə-neçə insanlar var. Ama gəl ki, neçə binlərlə insanlarımız isə bilduxlarıni gendiynan barabar toprax altında gömülmüşdür. Bu el aşığının taleyinə bax ki, bilib gömlənənlərin məzarlari bəlli olmadığı kimi onun da məzari bəlli deyil.

            Yunus İmrənin məzarı bəllimidur? Burasi nasılda bir-birlərinə oxşadi, elə dəqülmi? El aşıği Səfilinin məzarının gah Buxarada, gah Dərbənddə, gah da Sibirdə söyliyerlər. Buxarada öz oğli Şahzədəyə bənziyan tacik bir oğlanın deduxlarına inansax o diyermiş ki, «bənim babam türkdür, aşıxdur, adi Məmməd. Yüz yaşınacan yaşamış, son on yilini kor oturmuşdur» deyə iddiada bulunmuşdur. Ona da Buxarada xəstəxanada rast gəlmişlər. 1955-ci yildə Özbəkistan SSR, Sır-Dərya  r-nun Leninizm kolxozunda yaşiyan oğli Şahzadənin kapısına Dağıstanli Hüseyin adında (ləzgimi, orada yaşiyan azəri türkimi) gəlmiş demiş ki bən, aşıx Məmməd (Səfili) tanıyerim. Oğli sorar ki, sən buni nəyinən isbat edərsin? O da aşığın yazduği «Oyna sazım» rədifli koşmasıni söylər biz tərəflərdədür sözüni eklar. Oğli Şahzadə bu müjdəyə alti ədəd gümüş kaşuxlarıni verür diyar ki, bu kaşuxların biri onun kaşuğidur.

            Məlumunuz olsun ki, bizim millət 1944-1956-yillər ərzində komendant saati altında yaşamişdur. Sibirdə sürgündə olmuş birisi demiş ki: «bən öz əlimlə Molla Məmmədi (Aşıx Məmməd Səfili) Maqadanda türbəyə koydum».

            El aşıği Aşıx Məmməd (Səfili) 1937-ci yildə bəzi mənbələrə görə əlli beş yaşında, bəzilərinə görə altmış beş yaşında ikən mollalarinan barabar dutulmuşdur. Oninan barabar kövlüsi olan Pulateli Molla Şəmşət dutulmuşdur. O da Hemidlərdən idi, yəni kayınli-eniştali bir yerdə sürülmişlər.

            Dəyərli oxuyucularım. Aşıx Məmməd (Səfili) hələ kurbətlux nədür, onun ağrılarıni bilmədən, insanın mənluğunun nasıl tapdalana bülur deyə bunlari üç kuplet «Kürbət» şerində belə diyer:

 


Dedim könül sənə getma

Çətin olur yolun, kürbət

Xısım-əğrəbə bulunmaz

Yüzdə kalur ölün, kürbət.

 

Ataşa yandurma özün,

Ah çekar kan ağlar gözün,

Kərib yerdə keçmaz sözün,

Kısa eylar dilin, kürbət.

 

Səfili oda yandurur,

Kim su səpər, kim söndürür?

Bin günün birə endürür

Axır bükər belin, kürbət.


 

            Bu mübarek insan, əlli beş yaşından sonra gerçekdən kur­bət­lux həyatıni yaşamış, bütün zorluxlarini görmiş nəhayət nəmsiz-nişan­sız yitmişdur. Siz təsəvvür ediyermisiz ki, insanın ahıl yaşından sonrasıni bilmiyasın. Əgər o, həyatda ömrünün axırına kimi normal yaşasaydi (Axısxalıların həyatıni normal saysax) kim bülür ortaluğa nələr çıxarda bülürdi. Hələ əlimizdə olanlara baxsax, göriyerux ki, Allah ­da­i­si, insan fədaisi, millət fədaisi, toprax fədaisi olan el aşıği Aşıx Məmməd (Səfili) hələ yazduği «İlahi» doxxuz kıtali bir şerində belə diyer.

 

Səhərdən oğradım məzəristana,

Dünyadan əlini çekmiş yatarlar,

bağa baxarlar, bostana,

Əcəl vədəsini içmiş yatarlar.

 

Məhv olub içmişlər zəhərdən bada,

Bir kimsə gülmədi fani dünyada,

Gözləri arşdadur, yüzlər kıblada,

Hər keş əkduğuni biçmiş yatarlar.

 

oldi bizdən kalan ərənlər,

Topraxda yatiyer neçə bin canlar,

Dünya bənim diyan sahib kuranlar,

O taxti tacından keçmiş yatarlar.

 

Cümlə möminlərə hakkın rəhməti,

İki cahan sərvərinin hörməti,

Dilərlər sağlardan xeyir-xeyrəti,

Koluni duaya açmiş yatarlar.

 

Çalışıb-çalışıb boş kalmiyanlar,

Mərhum kalmaz Allah diyanlar,

Neçə beqzədə təzə cavanlar,

Dünya muradından keçmiş yatarlar.

 

Məvlənin əmridür düşdux bizlər,

Tarixdən yadigar kalsın bu sözlər.

Al duvaxli gəlinlər, köççək kızlar,

Zülfüni toprağa tökmiş yatarlar.

 

Neçə əvliyalar, neçə nəbilər,

İlimə əməl edən, hakka tabelər,

Kendini bilmiyan cavan səbilər,

Müğri kuşi kimi uçmiş yatarlar.

 

Bu sözləri dinliyanlara oldi güci,

Getdi dünyanın ləzzəti, kaldı puçi,

O səvgilli ana-baba nec oldi?

Korxuli köprilərdən keçmiş yatarlar.

 

Səfili zikr edər, şahların şahi,

Gündən-günə artiyer bu mərəq dəxi.

Əvliya-ənbiya mömin ərvahan,

Cənnətdən pəncərə açmiş yatarlar.

 

            İnsan kiçik tanridır demişlər. Gerçek mənada bu kiçik tanri Böyük Tanrıyi biliyer, anliyer o biri həyatda özüni əvliya-ənbiya, möminlərin sıralarında görmax istiyer. Dərk etmax yollarında irəliləmədə Allahi bilməyin yolidur. İştə bu mənada Aşıx Məmməd (Səfili) ilk öncə özüni dərk etmiş, sonra sahib olduğu ilimlə dərki yollarına kədəm basmiş uğurla başa vurmaya hər vaxıt can atmişdur. Gənə bir neçə şerlər misali:

 

Fələk

 


Ey yalançi çərxu-qəddar,

Məni neylədin, fələk?

Kabilki Habili vurdi,

Kani neylədin, fələk?

 

Günbəgün saçımi ağartdın,

Kendimi pir eylədin.

Gəncluğumda məhv etduğun,

Günümi neylədin, fələk?

 

Şadluxda təxsimin yoxdur,

Çekilmaz dərdin sənin.

Bini gəlür, bini gedar,

Boş kalmaz yurdun, fələk.

 

Adam peyğəmbərdən bəri,

Nec oldi ordun sənin?

Qoymasın zürüh kılak,

Cani neylədin, fələk?

 

Dünyadan təşrif buyurdi,

Əmbiyalar sərvəri.

Çox şeyə illac kılan,

Loğmani neylədin, fələk?

 

Der Səfili, bu dünyaya

Ətmənəm etibari,

Bekir, Ömər, Osman, Ali

Neylədin dörd çariyari?


 

Bəni

 


Hikmətindən sual olmaz

Sənsin kərəmlər kani.

Aldi toprax, yapdi kandan

Səbəb bir katra bəni.

 

İki mələk təyin etdi,

Müəyyən etdi bəni.

Çar anasira ilişdim

Müntəzirəm cana bən.

 

İkidən üçə ilişdim,

Təyin oldum beş yola.

Alti üçün ataşa yandım,

Səkkizdə kızıl gülə bən.

 

Üç yüz altmiş alti dalda,

Bax iki bülbülə.

Boş buraxmam yildə iki

Verürdüm abudənə bən.

 

Səfili, yürəqə düşdi

Daha sönməz ataşım,

Yiqirmi səkkizdə aldım

Ottuza erdi yaşım.

6666-ya bağli başım

Bin biri ilə girdim yola

Kəbirdə kur'ana bən.


 

 

Cami

 


Oxiyanlar olsun aqah,

Münafika cəfadur bu.

Buyurub camiya gələn,

İstiyənə cəfadur  bu.

 

Təfəkkür ol, dəli könül,

Zikr et səni yaradani.

Gərək dünya, gərək uxra

Hər gələnə səfədur bu.

 

Der Səfili, bax camiya

Dünyay gəzdim gəldim gənə.

Əzən verür ə'zən bizə

Hax yoluna köpridur bu.


 

            Aşıx Məmməd (Səfili) Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin düzənləduği şer məclislərində dəfələrinan iştirak etmişdür. Eyni zamanda Hacı Zeynalabdin Tağıyevlə şəxsi dostluğu da olmuşdur. Azərbaycan xalqı öndəri sayılan Hacı Zeynalabdin Tağıyev Axısxa Türklərini qardaşlıq duyğuları ilə qucaxlamişlərdür. Doxsan üç hərbi (1887-1888) fəlakətimizdən sonraki əsarət dönəmi başladi. 1887-1915. Ərdahan ədrəflərinin qətil, vəhşət, soy kırımi günlərində Moskva əsərəti kırx yil kara günlər millətimizə yaşatdığı yillərdə İslam Cəmiyyəti Xeyriyyəsini, başda  Zeynalabdin Tağıyev olmaqla şükranla yada salmanın yeridur. Cəmiyyətin hamiyyələr varluği o zamanın xalq şairlərinin dastan şerlərində dərin izlər buraxmışdır. Adiqönün Pulate kəndindən Kuşo oğli Aşıx Məmməd (Səfili), 1915-ci il Ardahan-Axısxa-Kars kırğınından sonra öz yazduği şerində belə diyer:

                                       

Mərhəmət kanidur Tağiyev Həzrəti,

Namiylə dutmişdur cihani zati.

Hak birə bin vermiş vari dövləti,

Buldi haxdan şöhrət şana yetişdi.

 

Şan dutdi Bakiyi etdilər əmək,

Kimi nan gətürdi kimi yemək.

Cümlə xozeyinlər etdilər kömək,

Gəldi nimət ianə yetişdi.

 

Düşkünlər aldilər niməti nani,

Mərhəmət eylədi kərəmlər kani.

Sağ olsun Cəmiyyət vilayət xani,

Çox dərd çekdux ol dərmanə yetişdi.

 

 

Ey Səfili, ataş aldi tən viran,

gözün, biçarə, ğəflətdən oyan.

Sancağım Axısxa, yerim Kobliyan,

Kəzamızda Adiqönə yetişdi.

 

***

 

     83. CAMİCAN

 

Xerolilar Osmannıya qaçarlar,

Ermanilər sədirlərə keçarlar,

Cami havlisində şarab içarlar

gündən günlərə qaldın, camican.

 

Ermanilər gəlür bunda tururlar,

İstikani bir-birinə vururlar,

Əzənin yerinə zəngi vururlar,

Oxunmaz əzənlər, qaldın, camican.

 

Ermanilər kəndi dinin taparlar,

İstikani bir-birindən qaparlar,

Mehrabın yerinə bir xaç tikarlar.

gündən günlərə qaldın, camican,

 

Mərəqimdən bənim başım ağarur,

Bozulur mehrabın, cami tağılur,

Keşiş gəlib bico-bico bağırur,

gündən günlərə qaldın, camican.

Səfili bekar durub gəzməsin,

Ermənilər camiləri bozmasın,

Allah sənin işin hillə bəzəsin,

Xeyir olsun sənin işin, camican.

 

 

84. YATARLAR

 

Səhərdən oğradım məzərisdana,

Əlini dünyadan çəkmiş yatarlar.

Qan içən böcüklər taramiş tənə.

Əzrayil belini bükmiş yatarlar.

 

Məst olub içmişlər zəhərdən badə,

Kimsə murad almaz fani dünyada.

Gözləri arşdadur, yüzi qıblada.

Qara toprax üzrə çəkmiş yatarlar.

 

Der Səfili söyləniyer bu sözlər,

Çəkilmiş fərdələr, kor olmiş gözlər.

Al tuvax gəlinlər, keçəcax qızlar

Zilifi turaba tökmiş yatarlar.

 

 

     85. FƏLƏK

 

Bir hüçüdüm başdan başa varmadi,

Bir məlhəm yarama qoymadın, fələk,

insaf etdin, mərhəmət,

Vurdun tələhimi qaraya, fələk.

 

Sən söz arturdun sözün üstünə,

Qara yazi yazdin yazım üstünə,

Qaldurdun vurdun yüzün üstünə,

O zaman gəturdün siraya, fələk.

 

Der Səfili, bunca işlər qayırdun,

Həsrət qoyub can cigərdən ayırdun,

Bu ayriluğu bizə haqdan buyurdun,

Yandurdun gülümi soldurdun, fələk.

 

     86. TƏK-TƏK

 

Bu gecə ruvəmdə oldum pərişan,

Yatışdı bir yerinə odasi tək-tək,

Salam verdi gəldi üç bək,

Rövşan lisanları  xoş sədası tək-tək,

 

Səlamın eşitdim etdim niyazi,

Olarda mövçütdür əhli ülfazi,

Xəbər etdilər, gəlin qılax namazi,

Yığıldi aldilər abdasi tək-tək.

 

Abdasi alınca oyandım xabdan,

Dad ilə əhalimin haqqi tərpətdi.

Bəni oxutdular yeşil yarpaxda,

Oxudum hərfini nuğdasi tək-tək.

 

Vidasıni saydım, sızladi, yaram,

Adami öldürür  dört yilə vərəm,

Dedilər qafisət qovuş, Səfilin,

Yarabbım, təbib ələmin, tək-tək.

 

 

     87. DƏRDİMİ

 

Ey ağalar, gəlin sizə tərif eyliyem,

Elə bir kimsəm yox, bilə dərdimi,

Arturur-arturur bu qani fələk,

Qərq edər ümmana selə dərdimi.

 

Hey ağalar, bu dərt bir gün belim bükər,

Atar hicran oxi ömrümi sökər,

kor qədən deməz, naməyə çəkər,

Yükləsən götürməz filə dərdimi.

 

Beyçarə Səfili, fani dünyada,

Artar oldi dərdim hədən ziyada,

Sənki bənə verdin ol bari xuda,

Vermə bəndən özgə qula dərdimi.

 

     88. BƏNZƏR

 

Ey ağalar sizə tərif eyliyim,

Çəkduğum zəhməti sizə söyliyem,

Bu fəni dünyada cani neyliyem,

Bir yari aldım ceyrana bənzər.

 

Ağrıya gəlmisin, egməsə olmas,

Bu cahanda böylə kimsəyə qalmaz.

Qüsura qalmayın, bu fənəsiz olmaz,

Bir qız aldım huri mələgə bənzər.

 

Səfili, talıb yari sevməgin  gərək.

Qaşlari qara, kiprikləridur dirək,

Zeyn sevmişdir canani bu ürək,

Çənnətu ridvanına o gözəl bənzər.

 

 

     89. YAXŞİDÜR

 

Gör nədən yaratdı yaradan bəni,

Şöhrət üçün ay günəşi yaxşidur.

Ələmdə söylənur gözəlin şani,

Geymax üçün al qumaşi yaxşidür.

 

Ölüm eydur aci kəlmə demədən,

Axıl ögrənilməz dəli səmədən,

Namərdlərin yağlısıni yemədən,

Mərd yigidin quri aşi yaxşidür.

 

Der Səfili, bir yadigər səndən,

Toymax olmaz paldan tatli lisandan,

Beyvəfa arvatdan, pinti insandan,

Sarılmaya bayır tosun yaxşidür.

 

     90. YAXŞİDÜR

 

Qadir məvləm qələmində buyurmiş

Pis dünyayi gözdən atsan yaxşidur.

Namərdin əlinə keçib qalmadan,

Dəryalara düşüb batsan yaxşidür.

 

Hürmətsiz məclisdə qurub qalmadan,

Xeyirsiz qazanci satıb almadan,

Beyxəbər dünyada xor geçinmədən,

Qara torpax içrə yatmax yaxşidür.

 

Der Səfili necə oldi bu halım,

Güni-gündən artar bu qalmaqalım.

Qiymətsiz yerlərdə qahr etmə malın,

Malın var, zərrəfə satsan yaxşidür.

 

 

     91. OĞUL

 

Övlədə yükün tütüldi.

Hayıf ki, belim büküldi.

Didalın yoli tokuldi,

Dəryalara gedən oğul.

Bəni candan edən oğul.

 

Yollara furcun düzüldi,

Vay edəm bağrım əzildi,

Ayrilux haqdan yazıldi,

Dəryalara gedən oğul,

Bəni candan edən oğul.

 

Gediyer qaç neçə tənəsi,

"lül məxsuldur anası,

Dört qardaşın bir tənəsi,

Dəryalara gedən oğul,

Bəni candan edən oğul,

 

Kurban olem gözəl saçli,

Yurəgimə çəkdurmə cəhri,

Kafir əlindən içmiş zəhri,

Dəryalara gedən oğul,

Bəni candan edən oğul.

 

 

92. MOLLA MƏHƏMMƏD SƏFİLİ DASTANİ

 

Səfili:

Bir sual sorayım, miras dəyirman,

Aşıxların sadıx yari nec olmiş?

Çərə yox ölümə, bulunmaz dərman,

Çift gezən durnanın biri nec olmiş?

 

Dəyirman:

Kəş ver cavabına, aşıxlar piri,

Sanki İbrahimin getdi-gəlmədi,

Bilinməz məkəni, nerdədur yeri,

Fələk kəməndinən tutdi gəlmədi.

 

Səfili:

Bundan belə əhbab olan nedərlər,

Həlbət bu dünyaya gələn gedərlər,

Fələginən alış-veriş edərlər,

Dünyayi parasız satdi gəlmədi.

 

Dəyirman:

Bundan belə gəzem qərib elləri,

Əhbəblərin həp bükülmüş belləri,

Hani İbrahimin şirin dilləri,

Boş qalmış otaği, yeri nec olmiş?

 

Səfili:

Diyar hani simasi, ey fələk,

Rəhmət eylə, yarabbi, budur bir dilək,

Gözün çıxsın sənin, ey çarxi fələk,

Dəgirmançilərin piri nec olmiş?

 

Dəyirman:

Bu fağır dəgirman eylədi anda,

Qohum-qardaş həm ağladi, yandi,

Qurudi sulari, yıxildi bəndi,

Dünyayi parasiz satdi gəlmədi.

 

Səfili türbəluğa  diyar:

Bayğuş təki çölü veran dutanlar,

Ey məzərlux, İbrahimi gördüzmi?

Əcəl şərbətini içib yatanlar,

Ey məzərlux, İbrahimi gördüzmi?

 

Məzərlux:

Al xəbəri, aşıx, qəbiristandan,

Sənin İbrahimin gəldi, bundadur,

Kurumuş çəsədi, üzülmüş çani,

Əcəl şərbətini içdi, bundadur.

 

Səfili:

Fələk qəsd eylədi o şirin cana,

Aşqindan olmuşim dəli divana,

Nerdədür məkəni, göstərin bənə,

Ey məzərlüx, İbrahim gördüzmi?

 

Məzərlux:

Gəldi salam verdi, soruşdu bizə,

Mərhabə eylədi, görüşdi bizə,

Əl çaldi dünyadan, qarışdi bizə,

Çıxdi çan bəndəndən, öldi, bundadur.

 

Səfili:

Diyar Səfili, söylədi güldi,

Veran qaldi bağda gülləri soldi,

Tutduzmi dərdini, oldi, öldi,

Ey məzərlüx, İbrahimi gördüzmi?

 

Məzərlux:

Məzəristanda der, tügənmiş güni,

yaşasa da, ölümdür soni,

Atdi fələk, vurdi əcəl oxuni,

Bizlərə arxataş oldi, bundadur.

 

Səfili  türbəya  diyar:

Qəbiristanda yatar səvgülli qardaş,

Əcəb yatarsın, qax, molla İbrahim,

Toldi didalar, axar qanli yaş,

Nəzər eylə bənə  bax, molla İbrahim!

 

İbrahim:

Dinlə əziz qardaş, dinlə sözümi,

Bən ölmişim, bən bundayim, qalxamam,

Çarxu fələk kor eylədi gözümi,

Görün qardaş gündəyim, baxamam.

 

Səfili:

Diyar gözi yaşli gördün burada bəni,

Ağlar qohum-qardaş, yad edər səni,

Kimlərə buraxdın sən dəgirmani,

Növbətçi çağırur, çıx, molla İbrahim.

 

İbrahim:

Amanat yerinə taşurdum cani,

Faniya buraxdım bən dəgirmani,

Gələndə növbətçi yoxlarsa bəni,

Bu qaranlux məkəndəyim, çıxamam.

 

Səfili:

Der Səfili, məcəl yoxmi qıçında,

Yoruldunmi dəqirmanda, biçində,

yatarsın qara torpağ içində,

Burax bu məkəni, çıx, molla İbrahim.

 

İbrahim:

Molla İbrahim der, əlim bağlidur,

Dutuldum kəməndə, qolum bağlidür,

Çökdi qara torpax, yolum bağlidür

Doxxuz mərtək altındayım, çıxamam.

 

Səfili  fələyə diyar:

Fələk, səni haqqın qılem şikayət,

Aldın əldən qardaşımı, ey fələk,

Nuhun tufanında çox verdin ziyan,

Çərx etdin dəryada gəmiləri, fələk.

 

Fələk:

Bən yüzümi çəvürmişim mövləyə,

sorarsan dəli-divana, qardaş,

Neçəsini qərq eylədim dəryaya,

Nuhuninən girmişim tufana, qardaş,

 

Səfili:

Yıxdın gönül şəhrini, xarab eylədin,

Qaraltdın yüzümi arab eylədin,

Neçə çavanlari turab eylədin,

Söylənməz dunyada nəmin, ey fələk.

 

Fələk:

Turabdan xalq olan torpağa gedər,

Can çıxar qəfəsdən turaba gedər,

Axırı bu dünya xaraba gedər,

Güman olmaz fani-cahana, qardaş.

 

Səfili:

Nəsil pəhlivansın qarşı çıxmazsın,

Güləş dutub əllərinə çıxmazsın,

Ərizə yazsan, oxumazsın, baxmazsın,

Dinləməzsin, bu "məni, ey fələk.

 

Fələk:

Diyar, bən bir pəhlivanım kimsə çıxamaz,

Sağ dunya bir olsa bəni yıxamaz,

Vurub pəncə gərün açıb baxamaz,

 Bir sərçə neydəçəx şahana, qardaş.

 

Səfili:

Yürütdün insani, mali neylədin,

Rüstəm pəhlivani zali neylədin,

Xeybəri qoparan Ali neylədin?

İçirdun zihirdən cami, ey fələk.

 

Fələk:

Yıxdım Rüstəmi-Zali, Əsvəndi-yari,

Bənə qüvvət verdi cənabi varin,

Sahibi Zülfiqar, Ali Heydari,

Genə varmi gələ gümənə, qardaş.

 

Səfili:

Yıxdın qafdan-qafa nasi dəvürdün,

Say eylədin saman kimi davurdun,

Getmədin, gələni geri çəvurdun,

Dutdun Misir-Hələbi, Şami, ey fələk.

 

Fələk:

Heç bir cam qurtulmaz əlimdən,

Bən çileyin adam geçməz, olmaz yolundan,

Pəncə vurub yola verməzəm əlimdən,

Əl etmişəm Hində-Yəma, qardaş.

 

Səfili:

Atlimi gəlürsün, yoxsami yaya,

Mərhəmətin yoxmi, taşmisin, qaya,

Kimini baxarsan, atarsan çaya,

olacax bu əncəmi, ey fələk.

 

Fələk:

At görünməz, xırdalanur tey olur,

Kiminin gövdədə qani zay olur,

Kimin səbəbi axan çay olur,

Bunları bu oldi bahana, qardaş.

 

Səfili:

kimsəyə sorar, danişur-diyarsın

Mərhəmətsiz, nəsil cana qiyarsın,

Bir gün sıra gəlür bəni yiyarsin,

Yürəgimə vurdun ğəmi, ey fələk.

 

Fələk:

Dur danışma, yoxdur mərhəmət bəndə,

Güç ilə öldür məni, qəsdim yox səndə,

Saralıb yarpağı düşər hər yanda,

Bir ataş salarım çahana, qardaş.

 

Səfili:

Cavan ikən ölüm ulaşdur tezdən,

Vedən getdi yüz çəvürdi bizdən,

Gülməbi qardaşdan, oğuldan-qızdan,

Sən verursun sərəncəmi, ey fələk.

 

Fələk:

Həni qələm-qaşlı, gözəl nərgizlər,

Ağlar qohum qardaş, analar sızlar,

Nişanlı gəlinlər, köçəcəx qızlar,

Ölüm baxmaz təzə cavana qardaş.

 

Səfili:

Səfili sözləri kimlər bəgzədə,

Bayğuş təki gün köçürür bəzədə

Zediban, Axısa qalmış qazadə,

Netdin molla İbrahimi, ey fələk.

 

Fələk:

Çarxu fələk diyar, gedən gəlmədi,

Fani dünya Suleymana qalmadi,

Bir kəfin gətürdi, daha almadi,

Qarışdilər toza-dumana, qardaş.

 

 

93. 1915  ARDAHAN-KARS  KIRGINI  AĞITI

 

Merhametkânıdır Tağyev Hazreti

Namiyle tutmuştur cihanı zati

Hak bire bin vermiş varı devleti

Buldu Haktan şöhret şana yetişti.

 

Şan tuttu Bakü' ettiler emek

Kimi nân getirdi kimisi yemek

Cümle hezayinler ettiler kömek

Geldi nimet hem iâne yetişdi.

 

Düşkünler aldılar nimeti nanı

Merhamet eyledi Keremlerkâ

Sağolsun cemiyet vilâyet hanı

Çok dert çektik ol dermana yetişti.

 

 

    94. YAXŞİDUR

                                                                                                   

Eşk Səfili, dəli könül, qayna soğulma,

Maç urud dəryaya taşmax yaxşidur,

Qədirsiz ölkədə turma, boğulma,

Aşıb qarli taği getmax yaxşidur.

 

Aşıxluxdan düşmişim bən bu amana,

Millət pic törədi, döndi zamana,

Sağın, ağza sögmə, dinə-imana,

Tövbə et günahın pişman yaxşidur.

 

Der Səfili, namus ari bilmiyan,

Ətmək tanımiyan, tuzi bilmiyan,

İlim ögrənmiyan, yazi bilmiyan,

Ağnamiyan dostdan düşman yaxşidur.

 

 

95

Bir məclisə varanda özüni öqmə

Şeytana can verib yoxsuli döqmə,

Haxsıza haqq deyib düzləri əqmə,

Deməki dünyada zülüm yaxşidur.

 

Deli qönül bəndən sənə nəsihət,

Deməki dünyada varım yaxşıdır.

Bir qün olur qohum qardaş yad olur,

Demə ki, zənginim param yaxşıdur.

 

96

Yaşılbaş sonalar ötər göllərdə,

Qırıldı qanadım qaldım çöllərdə,

Anasız, babasız gezdim ellərdə,

Bən ağlamiyem, kimlər ağlasın.

 

Bir yandan ğəm gəldi, bir yandan farağ,

Qaldım qürbət eldə, Vətənim irağ.

Qürbət eldə nasıl yaşiyağ, durax,

Bən ağlamiyem, kimlər ağlasın.

 

 

 

 

 

97. PUlateli Molla MəHƏmmədin Kobliyan kövlərinə olan qoşmasİ

 

Ağalar,Derseldən başladım mətə,

Qavği gördüm dilindən çıxmaz xətə,

Namniyavur, Ququnaur, yapi qat-qata,

Cani oğli Kortsox qalsin bir yana,

 

Kortsoxtda kəndimi qılmişəm zahir,

Bir şahzadə gördüm elimdə mahir,

Ağzi şəkər, qafa toli çavahir,

Molla Yusif degər Sixisubana.

 

Moxe zinnətlidür, elim turaği,

Dövlət buldi yaxın ilə iraği,

Əfəndi həzrətim  dinin çiraği,

Dəstəni bus edem varem Kexvana.

 

Keçdim Kexvana, çəkməm talaşi,

Süngəri halvasi, əmtəqi aşi,

Daimə mət edem molla Kələşi,

Dəliğanliləri bərzər hüri ğılmana.

 

Çaxsal ağay  gördüm dövlət sahibi.

İşarət eylədi açdilər babi,

Döşəklərdə gördüm atlası, zərbabi,

Nəzər etdim, döndüm oyan bu yana.

 

Endim Çelaya, çesladur bəndi,

Gendiləri düzənli, olmuşlər fəndi,

Düşkünlər pənahi Said Əfəndi,

Paşa qədər hükmi vardur sayana.

 

Səvirmiya xoş məkən, sudların yeri,

Apiyet yaxşidur, qalmazlar geri.

Ğortubanda Rəşid xoça ərənlər piri,

Zediban da ziya verir o yana.

 

Pulatelilər namaz qılandur,

Laşelilər şəriyatdan biləndur,

Zarzmalilər göz yaşıni siləndur,

Onlar da məxsusdur əlli ülfənə.

 

Qodersdə söylənur odunun hali,

Şeytan bazarında  var qalma-qali,

Utqusubanda Mövlud ağa yedurdi pali

Daima şen olsun demişlər ona.

 

Adigündə oturur paşazədələr,

Çalğilər çalunur, turli sədələr,

Xizmətdə tolanur, verur badələr,

Haxlızı aldurub olman divana.

 

Rabat şəhər olmiş, cərgə binasi,

Hər gün nardi oynar Sire ağasi,

Zanav şöhrət buldi starşinası,

Binar yorğa qırat, bənzər ceyrana.

 

Baxşi beg əfəndinin öpərim əlin

Allah bağışlasin dövlətin malin,

Kərəm et, görəyim, Qorqulun halın,

Nəzər etdim, çox xor baxiyersin bənə.

 

Qaratübanda saqilar olmişlər haci,

Lelvanli Nuri xoca başının taci,

Xeyrat camilərərinə  verur xərəci,

Sarayi dövlətdur, sahib zamana.

 

Sanqureda Şakir  xoca sözümdən qana,

Əgər icazə verərsə bənə,

İcaret, Amxera buraxem sənə,

İstər sunnət et, burax ümmənə.

 

Ğorzelilər qaldi, incünür səndən,

Zazolada Bəşət əfəndi incimə bəndən,

Öpərim əllərin, sevərim candan,

Zanmasin ki, gəlmədimi gümənə.

 

Könül, Kaxaretdə et pərtəvi,

Gendiləri düzəldib şəhəri-evi,

Oturmuş çəkərlər, var pristavi,

Kafir hər qorxudan ölür amana

 

Nude qəsabxana, çıxarır canlar

Əlli tütünə enmiş həp mislimanlar.

Hayıf çona getdi xristianlar

Onların qətlinə yaz bir fərmana

 

Görməmişim Siseynən Mareli,

Xanada etmədim kəti-zərəli,

Onlara banzatma, burax Arali,

Yoxari nəzər et Sarbastubana,

 

Orçoşan şennigi gəlməz gözümə,

Badelada cilvə verdim özümə,

Papolada sahab oldum sözümə,

Oxumaq üçün şöhrətlidür Cilvana.

 

Posxovi eyli gördüm, get Ardahana.

Minarada oxünür xütbə-xətimi,

Cax suyunun naçalniki-katibi,

Düzəltmiş nalbəndlar, yoxdur bahana,

 

Könül, əzmurax et əski yerlərə,

Qomora yetməz fitnə-fellərə,

Böyük Smadada bax tatli dillərə,

Begzadələr xizmət edər dəhənə.

 

Küçük Smadada farzi-sünnəti,

Entellilər yaxşıdur, etmə minnəti,

Bolacurun artux gəldi zinnəti,

Əgər üç tütün gəlsə imana.

 

Şolaverlilər yerdən qalxmazlar,

Unsalilər degmə kimsay yaxmazlar,

Bennarada misəfirə baxmazlar,

Bir içim su verməzlər dərdə-dərmana.

 

Şoqay yaxşi gördüm gözəl əhbabi,

Xeroda heç kimsə açmadi babi,

Xeveşendə nuş etdim bir stakan abi,

Orasi qalma-qal, tez get Varxana.

 

Varxani yaxşı gördüm çarşi bazari,

Sabzara ağalarına eylə nazari,

Xarcam cəmisinin oxunur əzəni,

Yuxari nəzər et-Abastubana.

 

Çərmux xoş məkəndur yoxdur əmsəli,

Çürük ayda olan cənnət misali,

İncə qızlar, yanaxlari çisali,

Görən göz qəməşur, qaşi kəmanə.

 

Hər niyəni getsən siğin Allaha,

Xayrinən zərər bağlidur tənə,

Tuccərluxdə kimsə yetməz molla Sələhə,

Görür Gürcistana, gəlür Saxana.

 

Saxni-sora yaxşı dövləti vari,

Unutmiyax orada Tutacuari,

Kikinet camisi, kirpic divari,

Halal olsun demişlər yapan ustaya,

 

Nəzər etdimm bütün millət bərabər,

Nida edər müəzzin, çatdurur xəbər,

Namaz qılmayan olmuşdur kafər,

Enib bir vəl-vələ edem bən ona.

 

Anın cəmisini gördüm gözinən,

Zirdə gözəl söhbət endim sazinan,

İliya-Simindaya etdim düzinən,

Sorem bir adamdan Quratubani.

 

Sordum bir  adamnan getdim Çüntəyə,

Misafir oldum Mustafa ağaya,

Sürliləri gördüm namazda yaya,

Şərəətdən heç qalmamiş nişana.

 

Şurdalilər şərəti bilməzlər,

Boqalilər bir vaxtını qılmazlar,

Kıldelilır oroc nədür bilməzlər.

Kəsib-kəri alver edər Borcomda.

 

Çixelinən-Çurçuto bir-birini ötər,

Faxir Parexay həp toli dögər,

Şərəfi minara, Sulisa degər,

Yarabbi, sən nəsib et Ali Osmana.

 

Axısqa yıxılmiş, olmişdur əsir,

kilim qalmişdur, əski xasır,

Əhmədiya camisi olmuşdur yesir,

Guliyer gözlərim, dönmişdür qana.

 

Sakunet arxasını vermiş yamaca,

Yütürmiş məzhəbi, dönmiş Pamaca,

Temlala-Kopezdə baxmazlar aca,

Yıxılsın Suriyex yüzəlli xana

 

Yazux sənə Sinis-Qorqisiminda,

Namazda görmədim birini bəndə,

Gürcicə deyərlər "sixaliminda".

Türkcə eşitmədim yüzdə birində.

 

Soxtevlə - Qugel, el gəl-get diyerlər,

Persaynan-Muqaret oroci yiyerlər,

Zigiləynən-Aqara onlara uyiyerlər,

Toldurur istakan, baxır ramazana.

 

Azqur ağalari palto geyinmiş,

Əgdurmiş papağı faytona binmiş,

Eşitdim ramazan üç günə enmiş,

Ömər əfəndi  qoymuş əhdi peymana.

 

Səfili, et ibadət, gəndini qürtar,

Aldanma dünyaya, günahin yetər,

Mizam-tərəzidə daha çox artar,

Yarabbi, sığındım əl-əman sana.

 

 

CAHİLİ

 

98.AĞLİYER

 

Ey fələk, sənin əlindən bu sitara ğəm ağliyer,

Ataş almiş hər tərəfi dərdi biyan yağmiyer,

Gömədim bir ğəmsiz kimsə, hər kimsənin dərdi var.

Dərdi içində günah olmiş, cümlə cahan ağliyer.

 

Qəri məvləm yaratmişdür ölümiçün insani,

İnsan oğli çox qafildur düşünməz dünya fani,

Qara torpax çürütmişdür neçə bin çavan cani,

Aqibəti veran olur, taxtda sultan ağliyer.

 

Der Çahili, biz düşdüx ahlara,

Bir ataş var çismimizdə, yanar odlara,

Bu fani dünya derlər qalmaz padişahlara,

Neçə şahi taxtdan salmiş, taxt bir yana, ağliyer.

 

 

            MƏHTÜMİ

 

     99. FƏLƏK

 

Çoğusuni vətənindən atar qürbətə fələk,

Çoğusuni nazli yardan ayırur ğida fələk,

Çoğusi diyar bən gülərim, həm onun binasi yox,

Beyğafildən məraq verib yandurur oda fələk.

 

Kəfdan kəfa höküm edən, neylədin Süleymani,

Ol taşi sıxıb un edən zal oğli Rüstəm hani,

Qeybənin qapisini qoparan ol Ali Aslan hani?

Vəlisiz etdin qəbrini, buraxdin yada, fələk.

 

Yüz yigirmi dört bin nəbi çəkirə,

Otuz alti bin sahiba dört çəriyapar hani,

Der Məhtümi, qəflətdən seyir etsin faniya,

Neçə adil padişahi yeturməz şada fələk.

 

 

     100. BÜLÜR

 

Əzəl çənnət mubah derlər altundadur yapısi,

Dörd saatlux yerdən gəlür müşki ənbər qoxusu,

On səkkiz bin ələm derlər bu dünyanın həppisi

Bu dünya fani dünyadur dəvr edib gəzən bülür.

 

Ustasına xizmət edən ölərkən izzət bülür,

İblisə tabi olan ataşin süzən bülür,

İnçir, Tavrat, Zabur, Qur"an-dört kitabdur,

Oda haqdur haqqüçün oxuyub yazan bülür.

 

Der Məhtümi dərt bənim, möhlət bənim,

Şükür olsun ol xudaya söz bənim, söhbət bənim,

Yetmiş iki millət həppisi diyar cənnət bənim,

Varmayın, bəlli olmaz, oni bir subay bülür.

 

 

     101. QOMŞİLƏR

 

Bir adam ki düşsə dərdin gölünə,

Daha aci kəlam gəlməz onun dilinə,

Bən öləndə kimlər qonar gölümə,

Gülüm amanatdur sizə, qomşilər.

 

Şükür olsün qəmdən qaxmaz başımız,

Bən öləndə qərib qalur eşimiz,

Üsul vur, Əzrayil zafyıf leşimiz,

Yavrilərim amanatdur  sizə, qomşilər.

 

Der Məhtümi Ömər heçilər,

Yüpəgimdən çıxmaz qəmdən acilər,

Həsrət qaldux həm anadan-bacidən,

Malım amanatidur sizə, qomşilər.

 

 

 

            AŞIQ  HÜSEYN

 

     102. YAXŞİDÜR

 

Bir adamki sənlə ülfət eyləsə,

Yaxın onun əsli zati yaxşidur,

Namərd sənə quzi palov yedursə,

Mərdin quri məhəbbəti ondan yaxşidur.

 

Dad həzrət çəkərim pərçarsiz zaddan,

Var qurtar əlindən nəzir niyazdan,

Söyləgən qarıdan gəzağan qızdan,

Güləgən gəlindən tuli yaxşidur.

 

Aşıx olan sözün söylər başından,

Salabaş adamdan, yurəgi taşdan,

Bednazar qomşidan, köti qardaşdan,

Qədir bilənlərin iti yaxşidur.

 

Aşıx Huseyn söylər kəlməni təndən,

Dərsimi almişim əlifdən dandən,

Ətməksiz otaxdan meyvasız bağdan,

Çolün biyabana oti yaxşidür.

 

MUSTAFA

            XIX-XX əsrlərdə Axısqa, Qars Borçalıda tanınmış aşıq.

 

     103. QANLI GÖLLƏR

 

Qurumuş göllərin, otlier naxır

Səndə su qalmamiş, bəndədə axıl

İkimiz cahanda olmişux faxır

Qanli göllər, sən yarımi neylədin?

 

Bəndən əvvəl geçərdin sufra başına

Çərçəfli döşəklər gəlürdi xoşuna

Şimdi qarğa-quzğun qonmuş leşinə

Qanli göllər, sən yarımi neylədin?

 

Mustafa söylədi belə sözləri,

Daimə yoldadur onun gözləri

Uçmiş ördəklərin, gəlməz qazların

Qanli göllər, sən yarımi neylədin?

 

DƏRTLİ

 

     104. DEDİM

 

Ərvahi əzəldən əvvəlkü savdada,

Ərustun kitabında bən belə dedim,

Qoyma bəni ənəçründə xitafda,

Kafirlər "la" dedi, bən "ila" dedim.

 

Nəçarə gül əmri zühürə gəldi.

Atasi məxpuqat həp zakir oldi,

Hər əvrah gendini bir oldi buldi,

İmami iqrami bən səndə dedim.

 

Dərtli bu işlərdən işpad olmadi,

Sənsiz məhşər yeri gülşən olmadi,

Çox Nəbiya vardım, imdad olmadi,

Şəfəat kamili Mustafa dedim.

 

105. OLSAX   DA, OLMASAX   DA...

 

Xaraba qul oldux bəzmi-ələmdə,

Bünyad olsax da bir, olmasax da bir

Düşdüx çarə nədür, tora aləmdə,

Azad olsax da  bir, olmasax da bir.

 

Aşq oduna yanmiş cigər-kababsız,

Hicr ilə ağlamiş didə pür-abız,

Yıxılmış, dağılmış xanəxarabız,

Abad olsax da bir, olmasax da bir.

 

Biz Şirin əlindən eşq meyin içdux,

Haqq ilə nahaqqı yoxladux, seçdux

Varlıq dağlarını dəldux keçdux,

Fərhad olsax da bir, olmasax da bir.

 

Ey Dərdli, aləmdə biz şahi-diliz

Haqdan-həqiqətdən agahi-diliz.

Tərəqi-əsrara həmrahi-diliz.

İrşad olsax da bir, olmasax da bir.

 

 

EYVAZ

 

106. YA BƏNƏ BİR SABUR...

 

Ağir camilərə sararlar xali,

Bən dəli dəgüldüm, sən etdin dəli,

Mövləmin aslani, Həzrəti Ali,

Ya bənə bir sabur, ya da səvduğum.

 

Başına örtünmüş cağali qəmbər,

Qonunda qoxiyer miskinən ənbər,

Mədiyədə yatan Xəlil peyğəmdər,

Ya bənə bir sabur, ya da səvduğum.

 

Aşıq Eyvaz, dur seç aği qaradan,

Siyah zülfi mah yüzünə daradan,

Arşi-kürşi, yeri-kövi yaradan,

Ya bənə bir sabur, ya da səvduğum.

 

 

MƏXSUDİ

 

     107. DÜNYANIN

 

Hey ağalar, bizə qürbət göründi,

Şen olsun atmagi-aşi dünyanın,

Bizə qismət qürbət eldə verildi,

Sürmələnsin qaşi-gözi dünyanın.

 

Biz gedərux da, yenilərin gəlsin,

Kimisi şad olsun, kimisi gülsün,

Daha biz iştəməzux, həp sizin olsun,

Tükənməz dövləti, vari dunyanın.

 

Məxsüdüm der, bu dərt bəni əridür,

Didam yaşi mahramalar çürüdür,

Kimsə bilməz zamandan bəridür,

Bilinmaz tarixi, yaşi dünyanın.

 

     108. AYRILMAZ

 

Bəndən salam olsun saçi leylaya,

Ölənəcan gönül yardan ayrılmaz,

İlindi sularım, qazıldi qəbrim,

Yuymayınca könül yardan ayrılmaz.

 

Götürdilər müsənnəhə qoydilər,

Yıxılibən birər-birər gəldilər,

Tək bir alıb cənəzəmi qıldılər,

Qılmayınça könül yardan ayrılmaz.

 

Der Məxsudi, bunca cəfalar yetər,

Ayrilux görmişim, ölümdən betər,

Məzərim üstündə  bayquşlar ötər,

Ötməyincə könül yardan ayrılmaz.

 

 

            GÜLŞƏNİ

 

     109. QARDAŞIM

 

Genə bəni aldi bu dərt fiqani

Hani, ana, bənim qərib qardaşım,

Qardaşımın ahu-zarın çəkərsin.

Hani, ana, bənim qərib qardaşım.

 

Kimlər iyindi, kitmlər koydi suyuni,

Kimilər soydi onun səlvi boyuni,

Sağluğinən tutamaduğ toyuni

Hani, ana, bənim qərib qardaşım.

 

Gülşəni der, qərib düşmiş düşmən içində,

Gölməgini gördum al qan içində,

Xəbər gətürəni qansın hicran içində,

Hani, ana, bənim qərib qardaşım.

 

ŞAMİLİ

 

110. TALAŞİ VAR

 

Yığılın, yərənlər, ögüt verənlər,

Ariflər əlindən cəm talaşim var,

Nuş etsəm dəryay illəç kər etməz,

On dəgül, dərdimin yüz talaşi var.

 

Bu çan amanatdur mülki qəfəsdə,

Tolanur pərvanə hər bir nəfəsdə,

Dinləiyn, ağalar, xastayim xasta,

Yüz dəgül, dərdimin bin talaşi var.

 

Vallahi xilafim yoxdur sözümdə,

Tolaşur pərvanə eşgin gözündə,

Dünyay versələr, yoxdur gözümdə,

Beyçarə Şamilin can talaşi var.

 

     YULDUZ

 

     111. OLA

 

Bir gözəl gördüm yanaği güldən,

Kimin zəmhəridə solmamiş ola,

kimsə taniya, kimsə bilə,

Misli bu cahana gəlməmiş ola.

 

Əlində yazma ikən, belində xizmə,

Sər vurub cahana sallanıb gəzmə,

Nəslin huri zadəş pəridən azma,

Yanağına yad əl dəgməmiş ola.

 

Yulduz, yatarsın şamaya qarşi,

Bu sövdə yandurur fərman ataşi,

On üç, on dörtlərdə az ola yaşi,

Hələ gendi-gendini bulmamiş ola.

 

 

ƏFRUZ  XANIM

 

112. DANIŞ

 

Yüzi qönçə, ləbi şəkər-mənəmşə,

Ala gözli mehribanım, de tanı,

Sən tapışsan namərdlərə ha olmaz,

Hər ki istərsən sən bəninən de-danış.

 

Bulbuləm, gəldim mehman oldum sənə, yar.

Hürümisən, pərimisən, söylə, yar.

Tək sən çor de, bən can diyem sənə, yar,

Hər ki istərsən sən bəninən de-danış.

 

Əfruz xanım sənə der ki, hey aşa,

Sən ki öldun, kimlər edər canaşi,

Dilda giryan abu çeşmimin,

Çürüdürsün girabanım, de-danış.

 

 

ABDULLAH

 

113. HAZƏ ŞİKƏSTƏ

 

Nəbid bəxtim ayyarab, fələkdən yüz cəfə gördüm,

Anadan oldum olmadım, başımda bin bəla gördüm.

Düşüb tağlara məcnun oldum, qəzib gün ilə səhraya,     

Tolandim hər yerə getdim, fiğan fəryad edər gördüm.

Tamam yar ilə yoldaşlar, əhəti içərməsər canım,

Kimi kəndimə dost bildim, axır andan iftirə gördüm.

Namunislə bir həmdəm, verdim hava dərhəm,

bir ana südini əmdim, ruhi ata gördüm.

şadluxda günüm keçdi, bir rahat yüzi gördüm,

ömür başa yetişdi, zövqu səfə gördüm.

Hər kimsəyə dedimsə, qayam aldim cavabında,

Hər kimə iltica etdim, cafa taşın atar gördüm.

Hər kimə sirimi açdım, bilirüm ki, sədiğdur,

Axır ol vəfasızdan başımda çox xəta gördüm.

Düşüb böhtanlara hər dəm, dedim, ya rabbi, sən saxla,

Sənin lütfi kərəmin var, dəruhdumca şifa gördüm,

İrax oldi təndə cənim, itdi əldə qəmu qardaş,

Firği qəmi nuş etdim, didəm işimi sız gördüm.

Kəraz bildim bu dah içrə, yoxdur Abdullaha insaf,

Şikəstə xətrimə billah, bu dünyayi diya gördüm

Xali sən əlindən qöqürlər veran, küfərə sadıqdur içində turan.

Oxuyan bulunmaz bir arşın quran, dildən-dilə düşər xublisaqımız

Dinləyin sözümi eyləyin qeyrət, tokax malımızi eyləyin hicrət,

Bunda tururisə bütün cəhalət, bozulur hər yana hər dövranımız.

Qedəndə şu urusə edər işarət, cam olax bir yerə edax mişvərəd.

Bunda qalan edə feli hanət, Osmana çıxar əl tamanımız

..Əli kamil olan bu yerdən köçər, barği xatifi kimi siratdan keçər.

Uçmax qapilarim muhacir açar, təvləmə buğa qalişə döndüm

Fursət buldi kafir tutdi cahani, heç ərəmaz urus yaxşi-yamani,

Şəriyata nətbin etdi zakoni, kamusuna vardur meyyəmin sənin.

Urus aramadi yaxşı yamani, ən iptidə təlim etdi zakoni,

Candaraya koysa bu tatli cani, şəriyata vardur meyyalım bənim.

Xəkisər əlində düşmə cəfaya, bulurum ki, getdi ələ səfaya,

Bu xəbər gedərsə ol Axısxaya, nəş tənin gedib artar qiryanin sənin

Dilərim sultanım sən turman açar, əl Osman dəvləti həsrətin çəkər,

Bəlki dəhşətindən aslanlar qaçar, vardur nəçəatdə mihdarın sənin.

Dinlə bu sözi, ey əhli kamil, bul cənabin der ilminən ali,

Şəvkətli sultanım taxdında adil, əlbətdə çəkər qeyrətim bənim

Bu sənin sözlərin ağyarə oxdur, yarın dünyada tuzi çoxdur,

Düşərsin dustağa sönən yoxdur, bir zaman məskin olur hicranın sənin

Sənin üçün Sultan Həmid nan, yeməz, içməz, gülməz sinəsi puran,

Şeyxi İslam sədri azim can, yeddi dərya olmiş ummənin sənin.

Başıma güldürdüz sənki lətifə, Sultan Həmid yer üzündə xəlifə,

Əlbət sahib olur adına zəhifə, zül kamal Sultanim bənim

Şeytandan qorxmisin sənə toxunmaz, həqiqət söyləsəm zahir oxunmaz,

Tak incə əqirdin bezin toxunmaz, dilənən var bu xoş lisanın sənin.

Şeytana hağili üçün ixlas oxurdun, teli əqirmədə qəyat yoruldum,

Salatu-salam ilə bezi toxudum, bir qili qırx yarmaq sarada benim.

Bildim anca olub göqə uçarsın, kəmənt atıb yıldızları tutarsın,

Şahan pəncəsindən nerə qaçarsın, sərçə tək bir quri ətvarın sənin.

 

 

 

AŞIQ MUXADİDİ

  114. YAVAŞ-YAVAŞ

 

Xəbər edin siz yarıma, dostuma,

Xəstə duşdum yığılsınlar üstumə,

Zalım fələk ğarışdi qəstimə,

Çəkilur cəsətim, can yavaş-yavaş.

 

Rəhmət mələykəsi qəldi oturdi,

Şadikən qövlumi ğəmə baturdi,

Hax amanət can vermişdi, aldi qöturdi,

Otur kəpənimi biç yavaş-yavaş.

 

Göturdilər məzəlluqə koydilər,

Yığıldilər cənəzəmi kildilər,

Yeddi yerdə komşi haxi sordilər

Söylə cavabini, ver yavaş-yavaş.

 

Bu dünya hənədur, duşdum xəzərə,

Yiqid odur, yiyar halal kazana,

Akibəti endirurlər mazara,

Ustumə torpaği tök yavaş-yavaş.

 

Gözəl komşilərim gör ki, netdilər,

Ustumə torpaği örtub getdilər,

Suval mələykəsi ğəlib, suval etdilər,

Kəlməy şahadəti ver yavaş-yavaş.

 

Aşıx Muxadidi der, bu dunyadan köçərim,

Pir əlindən exş badəsin içərim,

Ruhsət olsa, sırat körpusundən geçərim,

Cənnəti olmaya get yavaş-yavaş.

 

 

QARIV AĞA

 

            Aspinzanın Panaket kəndindəndir, XIX-XX əsrlərin el şairi.

 

115. AĞLASIN                       

 

Qarıv ataşına yananlar,

Mənim halımı xəbər alsın ağlasın,

Tamam yığdım zərraf loğman, həkimi,

Dərmansız dərdimi bilsin ağlasın.

 

Məlum oldum Ahıskanın elinə,

Dastan oldum aşıqların dilinə,

Pərim əl yaylığını alsın əlinə,

Gözdən axan yaşı silsin ağlasın.

 

Daha yoxdur bu yaramı saranlar,

İmdada yerisin qırxlar, ərənlər,

Məni istəyənlər, qədir bilənlər,

Məzarım üstünə gəlsin ağlasın.

 

Qanlı fələk məni vermədi başa,

Dar gələndə Şöfkət bənzər qardaşa,

Levistə Xuliskər, Xanədər paşa,

Hər axşam, hər səhər qalxsın ağlasın.

 

Fələk məni salıb pərişan hala,

Bəzəkli, düzəkli əlvan otağım,

Cahanla Xani, Şaşeylə Lala,

Bahar gülü kimi solsun ağlasın.

 

Kim deyərdi məlul qalsın ağlasın,

Xəlilə tapşırın külli varımı,

Ağapaşa yad etməsin yerimi,

Taxtında bir divan qursun ağlasın.

 

Deməginən ki, Şoşil məni unutdu,

Bu acastan canım ondan da getdi,

Qurdu, dəyirmanı zil düzən etdi,

Bu dərdimi yarı bölsün ağlasın.

 

Əhmədim, deyər qoharım var mədəndə,

Ziyaratdı türvəliyinə gedəndə,

Molla Bədəl gəlib təfsil edəndə,

Bayram namazını qılsın ağlasın.

 

AŞIQ ƏMRAHİ

 

Axısqanın Varnet kəndindəndir. XIX əsrdə yaşayıb. İşıği təxəllüsü ilə tanınıb, ustad aşıq olan Əmrahinin Xırtızlı Topçubaşı Ağzıaçıq Məhəmməd ağanın kirvəsi olması tarixi mənbələrdən bəlli olur.

 

116. BİR ÇİFT SONA

 

Bir çift sona bizim yerdə dövr edər,

Başi yeşil, barmaxlari qırmızi,

Şəkər əzmiş dudağına - dilinə,

Alma təki yanaxlari qırmızi.

 

Bənim yarım həm sultandur, həm xandur,

Malım yoxdur, yara qurban bu candur,

İnci-sədəf dəgül, lalə - mərcandur,

biləkdə qolbağilər qırmızi.

 

Əmrahi der gəl-gəl yanıma,

Yardaki qadalar gəlsin canıma,

Öldür bəni, dəstin batır qanıma,

Qoy desinlər əlləri qırmızi.

 

 

     117. DEDİM

 

Dedim pambux nəyin, dedi yüzümdür,

Dedim şəkər nəyin, dedi sözümdür,

Dedim üzüm nəyin, dedə gözümdür,

Dedim genə varmi, söylədi yox-yox.

 

Dedim qələm nəyin, dedi qaşımdur,

Dedim inci nəyin, dedi dişimdür,

Dedim on beş nəyin, dadi yaşımdur,

Dedim genə varmi, söylədi yox-yox.

 

Dedim qəmiş nəyin, dedi barmağum,

Dedim sədəf nəyin, dedi dırnağum,

Dedim qaymax nəyin, dedi dudağum,

Dedim genə varmi, söylədi yox-yox.

 

Dedim Ərzrum nəyin, dedi elimdür,

Dedim gedərmisin, dedi yolumdur,

Dedim Əmrah nəyin, dedə qulumdur,

Dedim satarmısın, söylədi yox-yox.

 

118. GENƏ BAHAR OLDİ

 

Genə bahar oldi, sökün eylədi,

Axar boz bulanuq qanli dərələr,

Yari bənə xəstə xəbər verdülər,

Genə təzələndi əski yaralar.

 

Başım qurban olsun qədirbilənə,

Əhdibar yox imiş yüzə gülənə,

Kəfən nəsib olmaz qərib ölənə,

Bəlkə yarin yayluğina sarunar.

 

Çıxaram baxaram vətən görünür,

Qara bağrum dəlük-dəlük dəlünür,

Hər kəşin səvdüği geymiş sallanur

Bənə derlər, Əmrah, yarın geymiş qaralar.

 

 

     119. ƏSKİ YARALAR

 

Əzəl bahar, yaz aylari gələndə

Gənə sökün eylədi kanni dərələr.

Yari bənə xəstə xəbər verdilər,

Gənə təzələndi əski yaralar.

 

Canım qurban olsun qədir bilənə,

Əhtivar etməyin üzə gülənə,

Kəfən nəsib deyil qərib ölənə,

Bəlkə yarın çövrəsinə saralar.

 

Hər yani baxsan, qarli dağlar görünür,

Qara bağrım dəlük-dəlük dəlükdür;

Hər kəs səvdüğüni almiş, səvinür,

Əmrah, sənin səvdügin geymiş qaralar.

120. İNCİYİR

 

Bir nazənin bənə gəl-gəl eylədi,

Varmasam inciyer, varsam inciyer.

Bəyaz gərdənindən, incə belindən

Sarmasam inciyer, sarsam inciyer.

    

Qaşına çəkilmiş qüdrət qələmi,

Görməmiş dünyada dərdü ələmi,

Hər sabax, hər axşam verür salami,

Almasam inciyer, alsam inciyer.

    

Görünür gözümə yarın elləri,

Başımda əsən sevda yelləri.

Yarın bağçasında qönçə gülləri

Dərməsəm inciyer, dərsəm inciyer.

 

Bir qiya baxmaği coşdurur qanı.

Atəşi qoymayır, yaxır dünyanı.

Aşıq Əmrah sevər belə bir canı.

Sevməsəm inciyer, sevsəm inciyer.

 

     121. GETDİ

 

Çağırdım-çağırdım gəlmədi bağdan,

Xeyrət dost bağından gül aldi getdi,

Yüz bin möhnətinən bir bağ bəslədim,

Baği bən bəslədim, el aldi getdi.

 

Yüz bin möhnət çəkdim, bindaği gərək,

Atdi dərgahından, kül etdi fələk,

Yarvardim-yaxardım etmədi dilək,

Axıtdim ceşmim yaşi sel oldi-getdi.

 

Səlvi xanım ğəm xəbəri gəlibdur,

Saralibsan gül bənzləri solibdur,

Deyerlər ki, səfil Əmrah ölübdür,

Kimi qazma - kürək, bel aldi getdi.

 

 

     122. AĞLASIN

 

Məşəqətdən qalmaz belali başım,

Gündən-günə gedər, oldi hər işim,

İstanbulda tuyulunmaz qardaşım,

Xəbər olsun, yanmış anam ağlasın.

 

Bən gedəndə gözüm qaldi geridə,

Bir ah çekem taği-taşi əridə,

Bir yapi yapdurdum, qaldi yaridə,

Bu bənim yurduma qalan ağlasın.

 

Səfil Əmrah der, yürəgimdə qəm qaldi,

Düzüli furunum yaridə qaldi,

Ağla anacan, ağla, vədələr toldi,

Bənim yalquz atlarıma binən ağlasın.

 

 

123. ЗЦЛФЦН

 

 


Gəl mələyi kərəm eylə,

Qoy bir yannan asa zülfün,

Enər qara bulut kimi

Kölgə vərür qaşa zülfün.

 

Xub açıldi, girdi bağa,

Bir canım var yar sadağa,

Al yanaqdan bir buxağa,

Xoş eylədi tamaşa zülfün.

 

Ağlatma Səfil Əmrahi,

Səvərim səni, billahi,

Səvərsin qədir allahi,

Göstərmə günəşə zülfün.


 

 

AŞIQ SÜLEYMANİ

 

Yuxarı Posxovun Hevat kəndindəndir. XVIII-XIX əsrlərin məşhur aşığı Usta Üzeyir Fəqirinin nəvəsi, şair Fərhad Fəryadinin oğludur. Saz şairi dastançı kimi tanınıb.

 

1891 – tarixdə bir xoryel İrandan başlamış, Bakiya gəlmiş, Bakidən Tiflizə getmiş, Tflizdən Axisxaya, ondan Posxova, Posxovdan Badava, ondan İrana, İrandan Vana, Vanda toxdadi. Bu sözləri söyliyan aşıx Süleymani.

1891 – tarixdə

Bir zəndələ düşmiş dəvri cavhana,

………

Yıxdi yisali saldi hər yana.

…….

……

Ən ifdida anın ünki İrana,

İranda hükm edər kür dərgahana,

Bir arzi hal yazdım əcəm şahına,

Bir başa burc gedem bir yana.

Kimdədir bir yana, qətilə yazdım Urusa.

Dağçalub yürəgin bağrın əzərlər,

İlk təməldən kanin üzərlər,

Küfüristan hakkına yol verməsən,

Küfüristan hakkıni kandurmasan,

Dünyayi ataşa yandurmasan,

Krali taxdından öndürməsəm,

O zaman eyləyin minnəti bənə.

Minnəti deyincə sinirdən aşdi,

Tavun tərlətmənin təbdili məşdi.

Yıldırım mislai Bakiya düşdi.

Qırx səkkiz saatda qoydi virana,

Eylədi virana kurdi qarali,

Tuccərlər buraqdi kari zərəli,

Yeddi yüz kirani binali xaki turali,

Bir onda eylədi xoli yeksənə.

Hal hidudim Bakiya qalurum divana,

Dünyada çox ölkə alurum deyu.

Bu xəbər yetişdi Təbrizdə xana,

Tiflisdə xan girdi dəmür qəfəsə,

Gəlincə gizlənin, əmr edər kəsə,

Başında bitdi bu urusa, başuna birdur yoxu,

O da arzu etdi Həmid sultana,

Sultan Həmid qullarına buyurdi,

Şeyxul İslam sərəskəri duyurdi.

Millət bu biləyi hakdan bulurdi,

Kanun diyu zirraxi çəxdilər ümmənə.

Rızq çekilib ümmənə etmədi tələb,

Xuv elə Tiflizi eylədi xarab.

Allahi çağırdi, yarəbb,

Tavarixi tarixlərə döndi zamana.

Döndi zaman qeyri düşmən çəmincə,

Şərindən titrəşur mürqəş qərincə,

İgirmi dörd şəhər tamam olunca,

Bir az Axısxada qəldi imana.

Axısxada imaninən ulaşdi.

İbdi zaman cufutlara bulaşdi.

Bulan məhləsində höküm tolaşdi,

Neçə yiqitləri saldi şivana.

Şivan etdim deyu yazdım qazetə,

Dahi təlləl çıxmaz oldi senata.

Əhli iman yüz tutdilər həcətə,

Ağlayur, hay çəkər çariş fiğana.

Çarşi fiğan edər tökərlər bağli,

Neçə müştərinin yürəqi tağli.

Bu xəbəri tüyüncə kralın oğli,

Çağurıb qoymayın afisər bənə,

Çağurub koymayın imdad gələm.

Beş bin əskəri var qülləsi halal,

Xur ilə gizlincə yolladi sələm,

Ey şəm oğli, döndəremmi bir ona.

Uyran etdi deydi cümlə peşimdən,

Bir doxtor ulaşdi doxsan yaşında.

Kaxdin qurdilər kubri başında,

Hər gələn-keçəni qoydi isyana.

Eylədi isyan neçə qanlari yaxdi,

üçün xoryelə insafla da baxdi.

Döndi Zisxadan Posxova çıxdi,

Vardi bad eylədi etdi dövrana.

Eylədi dövrani, kuruldi basa,

Gördi gözəlləri, gəldi havasa.

Andan arz eylədi Aprahan Karsa,

Döndi bən gedərim Arzuma, Vana.

Arzumdan oyani işləməz atım,

Uçmah vadəmnən toldi biletim,

Bundan belə daha gəldi şəvkətim,

Bir keçə  Misir kənana.

Misirdə komandar keçurdi ələ,

Poladdan bukaği vurdi hurbilə.

Verdğun ziyanın neçə bin qula,

Yüz bin yeddi bedi bir cana.

Bir zaman var olsun Komanda paşa,

Tutdi xoryeli yaxdi ataşa,

Zora fatih etdi bu cangi başa,

Heç olsun dillərdə məclisi ufa.

 

 

AŞIQ ABBAS

 

XIX əsrXX əsrin əvvəllərində yaşamış aşıq Axısqanın Sefilər boyundandır. Oğlanları nəvələri aşıqlıq, musiqiçilik edib. Əsərləri Borçalıda da yayılıb.

 

125. YANİ ?

 

Dəli gönül, sultan olma, xan olma,

Öz başına sultan olmax yani ,

Bu kəs ki səninən xoşlux olmasa,

Sən ona ha can-can demax yani ?

 

Varıb suyi binasından  bağlarlar,

Çigər çügüm eşk odüna bağlarlar,

Yaman işə əzəl başdan ağlarlar,

Sonra dönüb pişman olmax yani ?

 

Çağır Abbas oğlum, şahların şahi,

Bizə yardımçidur o qiblədahi

Ya birdən qəni ol, ya da isvahi

Ara yerdə sərvəri gezmax, yani ?

 

 

TALİBİ

 

XIX əsrin sonuXX əsrin əvvələrində yaşayıb, Borçalı Axısqa mühitinin el şairidir.

 

     126. OLMAZ

 


Günəş kimi əhdim olsa,

Dövlət kimi taxtım olsa,

Şahlar kimi baxtım olsa,

Genə bəni alan olmaz.

 

Güllər açsam bağlar kimi,

Dürlər saçsam cağlar kimi,

Altun olsam dağlar kimi,

Qiymətimi bilən olmaz.

 

Bir xəzinə axçam olsa,

Dürli qumaş boxçam olsa,

Yalan dünya bağçam olsa,

Baş endirüb gələn olmaz.

 

Talibi der ki, nolarum,

Məkani nerdə bularum?

Qorxiyerim karib ölürüm,

Namazımi kılan olmaz.


 

 

AŞIQ NƏCİB

 

     127. QƏMLƏNMƏ

 

Qaraquşun kögdə uçar,

Köksün gərər, qanad açar,

Qara günlər gəlib keçər,

Qəmlənmə, kövlüm, qəmlənmə,

 

Körpə şahinin baz olar,

Qanadları bəyaz olar,

Pis günün ömri az olar,

Qəmlənmə, kömlüm, qəmlənmə.

 

Dəvə dəvəni ötərmi,

Dəvə sərpə gedərmi,

Bin qayği, bir borc ödərmi?

Qəmlənmə, kövlüm, qəmlənmə.

 

Qoyun mələr, quzu mələr,

Sular gələr arxa dolar,

Atlayan kəs bir gün gülər,

Qəmlənmə, kövlüm, qəmlənmə.

 

 

128. NOVRUZ NƏCİBİN DEYİŞMƏSİ

                 Novruz:

Bizdən sələm olsun Nəcib qardaşa,

Qanad bağlab, uça bilməm, bu nədur?

Qurşab turqan yazan dilim əcəbdür,

Gözüm görüb qaça bilməm, bu nədür?

 

Няъиб:

Novruz ağa, pirdən rüsxət almişin,

Qanadin gen yazib uça bilməzsin,

Yolun paylab turqən yavaş əcəldə,

Gözün görüb ondan qaça bilməzsin.

 

Новруз:

camaldur, şölədür, tabdur,

qələdur bir ləkzədə qalıbdur,

dəryadur, ümmandur, abdur,

Qətrəsindən içə bilməm, bu nədir?

 

Няъиб:

Xaqin camaldur, şölədür, tabdur,

Bir dil incitsən gəlib xarabdur,

Həqiqət ümmandur, təriqət abdur,

Şərnən şərmində keçə bilməzsin.

 

Новруз:

Ayıq Cəbrayil tutar qayli dünyada,

Onun ilə kimlər taldi iradə,

Bir tilsim, bir köqtə, bir ağada,

Mənasıni aça bilməm, bu nədur?

 

Няъиб:

Cəbrayilin çayi haqqın yolidur,

Dörd periştah vardur onqu solunda,

Üç yüz altinin kitab pirlər qaladi,

Oqumay mənasini aça bilməzsin.

 

 

AŞIQ ƏRTUN

 

XIX-XX əsrlərdə yaşamış, əsərləri Axısqa Borçalıda yaşamışdır.

 

 

 

129. GETDİ

                  

Hökümdar Züxxak, ol Rəstəmi Zal,

Oxun qara taşa çaldi getdi,

Yüzi qara iblis xəyal eylədi,

Tarix qəzəbini aldi getdi.

 

Yetmiş iki dili eylədi əzbər,

Paluxlardan xaraç aldi simizar,

Hani zil geyinur yigit İskəndər,

Əlindən qəmçiy saldi getdi.

 

Kimdur ki, bu dünyadan getmiya ğəm,

Hani Fərxat, Şirin, Mehri, Güləndəm,

Çəmşət şah, padişah dilbəri Bəhram,

Axır qara torpaq öldi getdi.

 

Ayınən gün bir biriynən ötüşür,

Müşkül duvainən bitişur,

Ərtun diyar şimdi növbə bizə ötüşür,

Çoxlari dünyaya gəldi   getdi.

 

 

MÜASİR AŞIQLAR  EL ŞAİRLƏRİ

 

AŞIQ VEYSƏL

 

130. QARDAŞIM

 


Bəni xor görmə, qardaşım,

Sən altunsun, bən tuncmuyum?

Eyni vardan var olmuşux,

Sən gümüşsün, bən sacmiyim?

 

var isə səndə, bəndə,

Eyni varlux hər bədəndə,

Sabax məzara gedəndə,

Sən toxsun da, bən acmiyim?

 

Kimi molla, kimi dərviş,

Allah bizə nələr vermiş,

Kimi arı çiçək dərmiş,

Sən balsan, bən acimiyim?

 

Topraxdandur cümlə bədən,

Nəfsini öldür ölmədən

Belə əmr etmiş yaradan,

Sən qələmsin, bən ucmiyim?

 

Təbiyətə Veysal aşıx

Topraxdan oldux, qardaşux,

Eyni yoldayux, yoldaşux,

Sən yolçisin, bən bacmiyim?


 

    

131. BƏLLİ  DƏGÜL

 


Bu qoca dünyanın sonuna qaldux

Gəlin bəlli dəgül, qız bəlli dəgül.

nəsihət duydux, ögüd verdux,

Söhbət-bəlli dəgül, söz bəlli dəgül.

 

Dünya gözəlləndi, dadi qalmadi

Abur, ədəb getdi, adi qalmadi.

Cümənin bir, səbəbi qalmadi

Həqiqətə gedən iz bəlli dəgül.

 

Aylarca yol çəkən dəvələr, atlar

Sinari qurtari bu fərasətlər.

İnsanlar yol üçün taxti qanadlar,

Yoxuş bəlli dəgül, yol bəlli dəgül.

 

Könlümün məşhəri dərmana qaldi;

Gizli söz qalmadi, aşikar oldi.

Rənglər çoxaldi, boya pozuldi,

Qumaş bəlli dəgül, bez bəlli dəgül.

 

Veysəl, belə gəldi dünyanın hali

Kimi həsir toxur, kimisi xali.

Tam çalğiya qaruşdurdux qavali,

Davul bəlli dəgül, saz bəlli dəgül.


 

 

 

132. DÜNYA TƏBDİL OLDU

 

 

Dünya təbdil oldi, durum dəgişdi,

Kimi aya gedər, kimi cənnətə,

Dünya gözəlləndi etibar düşdi,

Ata-ana yoxsul qaldi hörmətə.

 

Bin doqquz yüz yetmiş yilində,

Yasaq sözlər gəzər xalqın dilində,

Ar-ədəb qalmadi qızda-gəlində,

Böyüklər küçügə gəlür minnətə.

 

Adam var, söz verib sözündə durmaz,

Həqiqəti, doğri sözi buyurmaz,

Etduği günahın fərginə varmaz,

yüzinən gedərux biz axirətə.

 

Yaman işlər məmləkətdə kök saldi,

Fitnə-fəsad güni-gündən çoxaldi,

Bu işin islahi allaha qaldi,

Uli tanrım yardım etsin millətə.

 

Dağılmaz könlümün kədəri, yasi,

Doğri söyliyani sayarlar asi,

Bitmədi dünyanın quri davasi,

Çəkil, Veysəl, bir güşeyi vəhdətə.


 

133. QARA TOPRAQ

 

 

Dost-dost diye neçəsinə sarıldım

Bənim sadiq yarım qara topraxdur.

Bihudə dolandım, boşa yoruldum,

Bənim sadiq yarım qara topraxdur.

 

Neçə gözəllərə sarıldım qaldım,

bir vəfa gördüm, fayda buldum.

Hər dəxü işdəki topraxdan aldım,

Bənim sadiq yarım qara topraxdur.

 

Qoyun verdi, quzi verdi, sud verdi,

Yemək verdi, çörək verdi, ət verdi,

Qazmainən tökməyincə qıt verdi,

Bənim sadiq yarım qara topraxdur.

 

Aləmdən bu yana nəsil götürdi,

Bənə dürli-dürli meyvə yetürdi,

Hər gün bəni başi üstə gətürdi,

Bənim sadiq yarım qara topraxdur.

 

Qarın yardım qazmainən belinən,

Yüzüni yırtdım dırnağinən əlinən.

Genə bəni qarşilədi gülinən,

Bənim sadiq yarım qara topraxdur.

 

İşgəncə verduxca bənə gülərdi,

Bunda yalan yoxdur, hər keş gördi,

Bir ciyərdən əkdim, dərd bostan verdi,

Bənim sadiq yarım qara topraxdur.

 

Havaya baxarsam hava alurdum,

Toprağa baxarsam dua alurdum.

Topraxdan ayrılsam nerde qalurdum,

Bənim sadiq yarım qara topraxdur.

 

Diləgin varisə işdə allahdan,

Almaq üçün uzax getmə topraxdan,

Comərdlux verilmiş toprağa haqdan,

Bənim sadiq yarım qara topraxdur.

 

Həqiqət arasan uçux bir kökdə,

Allah qulda yaşar, qul da allahda,

Haxın gizli xəzinəsi topraxda,

Bənim sadiq yarım qara topraxdur.

 

Bütün qusurumi toprax gizlədür,

Məlhəm çalıb yaralarımı dizlədür.

Qolini açmış, yollarımi gözliyer,

Bənim sadiq yarım qara topraxdur.

 

Hər kim ki olursa bu sirrə məzhər,

Dünyada iz qoyar ölməz bir əsər,

Gün gəlür Veysəli bağrına basar,

Bənim sadiq yarım qara topraxdur.


 

 

USTA MÜRTƏZ

 

Özbəkistandan köçdükdən sonra Saatlının Adıgün kəndində yaşamış ustad şair. Əslən Axısqanın Rabat bölgəsinə aid Arzne köyün­ən; hacılar nəslindəndir. Lirik, dini-fəlsəfi satirik şerlər müəllifi.

 

 

134. YETİŞDİ

 

    1944, 14 noyabr

 

Tarixin min üç yüz altmış üçündə

Məzlum dünya bir şivana yetişdi,

Sürgün oldux bir gecənin içində,

Fiğan düşdi, əl-əşana yetişdi.

 

Əl-əsmana düşdi gəlinlər, qızlar,

Ağlaşur camahat, cümləsi sızlar,

Əlvida etdux o vaxıt bizlər,

O sədamiz hər cahana yetişdi.

 

Voyennilər gəlib «bıstre-bıstre» dedilər,

Malımızı xaçpərəstlər yedilər,

Pərişan oldilər qəlblər, gəldilər,

Uluşmalari arsimana yetişdi.

 

Zanduxlarda qaldi neçə geyimlər,

Başımıza gəldi neçə oyunlar,

Mələşur quzulər, o mübarək qoyunlar,

Ayan oldi hər heyvana yetişdi.

 

Sabax-sabax bizi yola saldilər,

Bir ox vurub bağrımızi dəldilər,

Malımızi əlimizdən aldılar,

Dövran dönüb bu zamana yetişdi

 

Zavallilər veşlərini bağladi,

Sibiri tuyanların cani dağladi,

Ölilər dirildi, ruhlar ağladi,

O zizinlər bir sübhana yetişdi.

 

Voyennilər avtomatin göturdi,

Alıb bizi Kıldeyacan gəturdi,

Bir gün orda millət oturdi,

Poyez qalxıb yol ərgana yetişdi.

 

Gəturdi vaqonlar, qoymadi bizi,

Vətənə baxanlar arturdi sızi,

Dedilər Taşkentə suriyerux sizi,

On bir gündə Həştərxana yetişdi.

 

Ural tağlarında savux zorladi,

Döşəqi olan bəlalarını korlədi,

Qəhbə fələk tündə-tünə turladi,

On beş gündə Alma-Ataya yetişdi.

 

Belasini tez bulur kotlux edənlər,

Çəkdi əzabini kirli bədənlər,

Tökülmüş vaqondan əvvəl gedənlər,

Bir bölügi Kazaxistana yetişdi.

 

Biz iki şalon düşdux Kata-Kurqana,

Qar ki yağdi, həp sarıldux yorğana,

Saraldux savuxdan, dondux soğana,

Gör camaat üsyana yetişdi.

 

Belində topança gəldi bir kişi,

Ağzına qoymişdi gümüşdən dişi.

Əmir etdi bizə, bağlayın veşi,

Hazetdux ki, həp külxana yetişdi.

 

Gəturub tokdilər Kızıl-Əskərə,

Qapiləri açux ələm-əşkərə,

Gördüm bir sədiri bənzər hünkərə,

Dedilər ki, Kərim xana yetişdi.

 

Dörd il oturdum bən o qışlaxda,

Bulunduği kədər rızqım qaynar ocaxda,

Camahatin hər biri bir bucaxda,

Dostların məktubi bənə yetişdi.

     

Sordum əhvallarini, xəbər verdilər,

Çox kimsənin «yox» xəbərin verdilər,

Soruşdu ki, necoldilər, netdilər,

Ömrüm gəlib bu dövrana yetişdi.

 

Bizlər ki, gördux bu dövrani,

Dərdimizə kimsə qılmaz dərmani,

Köç-köçə bağlandi məftə kərvani,

Bir uci qəbristana yetişdi.

 

Çox kimsənin güci yetməz kəfinə,

Bəziləri uydi iblis lafinə,

Qiymət verilməz Quranin heç bir hərfinə,

Ox kəsilib o şeytana yetişdi.

 

Həp söylədim, bəyan etdim təməli,

Baxax hər kimin varmı kamali,

Hər kimin ki, yaxşı isə əməli,

Axır güni ol Qurana yetişdi.

 

Ölən oldi, yerlərini toldurdi,

Pərvaz edib yelkənini qaldurdi.

Sağ qalanlar balalarıni güldürdi,

Qədir-qismət bu məkana yetişdi.

 

Bu məkəndə yoxdur baxça-bağımız,

Qıl qarışdı sağalıma, çoxdur ağımız,

Əlli dörd, əlli beş olur canımız,

Sanki gövlum o doxsana yetişdi.

 

Usta baba çaxırdi gələnləri,

Tez qocaldın diyerlər görənləri,

Bənə bada verdi qırxlar-ərənlər,

Şimdi gövlüm bəhri ümmənə yetişdi.

 

O ki, bəhr tapdım  qaynab çaşarım,

Bəhər seli kimi coşar tamarım,

Bir ğəm üz versə heyva kimi düşərim,

Bazi çiçaklənib o gül bənə yetişdi.

 

Çox şükür allaha, həmdu sənələr,

Könül bir bağçadur, ötər sonalar,

Haçan ki, yadıma düşər ata-analar,

Aşıx gövlüm bir zindana yetişdi.

 

Qəlb deduğun dəryaların köşəsi,

Təmuz yürək bu canımın şuşasi,

Bu dastanlar elimizin peşəsi,

Bir şah olur, o sultana yetişdi.

 

Ey vallah edərim bu elimdən bilənə,

Yazdım bir sutkada, aldım qələmə,

Allah, yol ver ki, namaz qılana,

Səbəb gedib ol yazdana yetişdi.

 

Bu dastan ki, bunda buldi nəhayət,

Allahdan qullara olsun inayət,

Ol Məhəmməd Mustafaya sələvət,

Gətürənlər hüri-qılmana yetişdi.

 

Mərkəzim Axısxa, rayonum Rabat,

Laşe selsoveti olmadi abad,

Arzne qəriyəsində oldum bən icad,

Pirlər dedi bu niyana yetişdi.

 

Atam Türən şahdur, anamız Nigar,

Sözlərim qovhərdur, bir xəznəya deqər,

Bu Usta Murtazdan qalsın yadıgar,

Həmən elim bu dövrana yetişdi.

Gəldux bizdə bu günlərə yetişdux,

Buni bizə deyan Rəhimə xanum.

 

135. СЮЙЛИЙЕМ

 

Xuda ki yaratdi cümlə aləmi,

Bu qurulmuş kainatdan söyliyem,

Qüdrətindən yaratdi ki, ol mubarək qələmi,

O yazduği xub ayatdan söyliyem.

 

Qələmə əmr etdi şahlarin şahi

Titrədi qələm, turmadi dahi,

Beş yüz yilə yazdi bir bismillahi,

O yazduği xub ayatdan söyliyem.

 

Ondan sonra yaratdi iki nuruni,

Qəndillə ziyaladi biri-birini,

İki tağ xəlq eylədi, ərvahların yerini,

O görülən ziyarətdən söyliyem.

 

Çox adamlar o nurpari görmədi,

Hər adama Allah sənət vermədi,

İblis «la» dedi, «illa» deyib səcdəyə varmadi.

Ona gələn bin naletdən söyliyem.

 

O ki nalet xaltasi keçdi şaytanın başına,

İki ərvah heç gəlmədi xoşuna,

Ondan düşdi Həzrət Adamın peşinə,

Gəturduği ədavətdən söyliyem.

 

Həzrəti Adam uydi Havvanın sözunə,

Düşmənlüx etdilər özi-özünə,

Aqibət çıxdilər dünya yüzünə,

Törətdüği o millətdən söyliyem.

 

Şeytan ədavətinən girdi davaya,

Cənnətin qəpisində çox yalvardi xudaya,

Axır buğday yedürdi Həzrət Havaya

Nəx olunmuş xəcələtdən söyliyem.

 

Yetmiş iki çivt bala toğdi Havva Anadan,

Həp soyliyem bayan edem binadan,

Olub-olub həp çəkdilər fənadən,

Türli-türli o millətdən söyliyem.

 

Kimi urus oldi, kimisi gürci.

Kimisi oldi cəhənnəm xərci,

Şitdən əmələ gəldi islamın burci,

Şitdan kalan mohumatdan söyliyem.

 

Mohumat Şitdan Nuha yetişdi,

Nuh peyğəmbər bir tufana qarişdi,

Musa peyğəmbərə ehsan yerişdi,

Oxuduği ol Tavratdan söyliyem.

 

Tavrati oxudi Həzrəti Musa,

İncilin hikmətin işlədi İsa,

Zabur da Davuta verildi isa,

Məhəmmədə gələn nübuvədən söyliyem.

 

Məhəmməd döşəgində yatarkən gecə,

Cəbrail gəturdi oni mehraca

Ümməti üçün Haqqa eylədi rica!

Yüzi qara bu millətdən söyliyem.

 

Bizim üçün ağladi orada Rəsul,

Namazi, oroci eylədi qəbul,

Quraninən sübut, bu yalan dəğül,

Oxuduği ayətbeyinətdan söyliyem.

 

Namazi, oroci gətürdi bizlərə,

Bir-bir tərif edem, qardaş, sizlərə,

Oniki yaş oğlanlara, doqquz yaş qızlara,

Boynumuzdə olan fərz sünnətdən söyliyem.

 

Peyğəmbərin vayizi əshaplara xoş gəldi,

Allahdan qorxanın gözlərindən yaş gəldi,

O vaxtdan gövdəsi yox, kəsük baş qaldi,

Peyğəmbərə şikayətdən söyliyem.

 

İsmini sorarsın, Abdullah adi,

İnayət eylə, ya Rəsul, dedi,

Oğluminən gövdəmi dəv yedi,

Yesir gedən ol avratdan söyliyem.

 

Qırx qulaçdur quyusunun dərini,

Ali kəsdi kafir dəvin sərini,

Genə kesüx başa verdi halal yarıni,

O vaxtki ədalətdan söyliyem.

 

Divin cümlə əşyasın aldilər,

Sağ-salamat Mədinyəyə gəldilər.

Altun-gümüşini miskinlərə böldilər,

O verilən sadağatdan söyliyem.

 

Yüz min möhnətinən qazanıldı Məhəmməd ol!

Baxın bu tarixdə hörmət hani,

1373 oldi dünyanın sini,

Hazır gedən siyasətdən söyliyem.

 

Cahillər aqillərə hörmət bilmədi,

Tərk oldi namaz, kimsə qılmadi,

Əski oxumişlərdən kimsə qalmadi,

Yesir qalan salavatdan söyliyem.

 

Gündən-günə cahillər çox törərlər,

İncidür adami, yürək yararlar,

Yəhudilər su kənarında ararlar,

Zühur edən salavatdan söyliyem.

 

Tövbə qılın, qardaşlar, günahdan çıxın,

Həp, gücüz çatduxca, salavat oxun,

Əcəlin çıxmasi gəlmişdür yaxın,

Bir gözi kor bed sifatdan söyliyem.

 

Dacal  çıxıb: – Dünya bənimdiyacax.

Yetmiş min yəhudi ona uyacax,

İslamlari çox əzaba qoyacax,

Eyləduği həqarətdən söyliyem.

 

Dacal vilayətlərə yayacax namə,

Eşidən möminlər dalacax qəmə,

Toplanıb mislimanlar dolacax Şama,

O vaxtdaki kəramətdən söyliyem.

 

Dacal Şamil bir məhləsinə qonacax,

Əhli-islam cəmi-ümmiyaya dolacax

minarətdən Mehdi enəcax,

Baş kesici o cəlladdan söyliyem.

 

Orada axacaq Dacalin qani,

Cəhənnəmə gedacax o murdar qani,

İslamlar sürəcax gözəl dövrani,

Şöhrət bulan şərəfətdən söyliyem.

 

İsa müəzzin olacax, Mehdi Ali-imam

Geçəcax üstlərindən xeyli zaman,

Qırx yıl xəlifəlik edəcək Mehdi

Kitab içrə rəvayətdən söyliyem.

 

Bu sözümdən anan kişilər qanacax,

Günəş əvlə yerindən geri dönəcax,

Varıb gedib, o, məşrixdən enəcax,

Bir qaranlux zülmətdən söyliyem.

 

Dəryadan bir duman gəlsə gərəkdür,

Dünyayi bir zükəm alsa gərəkdür.

Adamlar onda-bunda ölsə gərəkdür.

Bu olacax hekayətdən söyliyem.

 

O zaman üfürəcax İsrafil süri,

Titrədib dağlari, yıxacax yeri,

Dağlar para-para olub tökəcax bari,

Qalur qabba salavatdan söyliyem

 

Bir mömini yetmiş hüri azından,

Doymax olmaz hürilərin nazından,

Nurlar şölə verür peyğəmbərin yüzündən,

İsmi pak bir səhadatdan söyliyem.

                                        

Burda tamam oldi dünyanın sözi,

Törəmiyacax camahatın oğul-qızi.

Ağaçlar meyvə vermiyacax, qoyunlar quzi,

Tamam oldi, nihayətdən söyliyem.

 

Cənnətdən qulağıma gəldi bir sadə,

Çağırın Usta Mürtəzi, qalmasin yada,

Ərənlər əlindən nuş etdim badə,

Bəndə olan kərəmətdən söyliyem.

 

 

136. PİLLƏ (İPƏK QURDU)

 

Qədir mavləm, budur səndən diləgim,

İstərim yaz olsun qışi dünyanın,

Üç ay yazdur, üç ay qış, üç ay güz,

Əzəli bahardur başi dünyanın.

 

Bahar olur çəməni basar çölləri,

Adamlari düzəldürlər yolları,

Açülür ağacların kızıl gülləri,

Sürmələnür göz-qaşi dünyanın.

 

Adamlar toprğları qoşanda,

Səvünürlər nurli yağmur düşəndə,

Vaxt gəlür qavun-qarpuz bişəndə,

Orta yazda gəlur xoşi dünyanın.

 

Ey yərənlər, qulax qoyun kəlaə,

Yazın sözlərimi, alın qələmə,

Gün toğanda sicax verur aləmə,

Şövlə verur ay-günəşi dünyanin.

 

Boş ötürmə vaxti, yuri tarlaya,

Baxşa şai muradilə, dur gəl tilləya,

Var, tutlardan bargi gətur pilləyə,

İpəkdəndur al qumaşi dünyanın.

 

İşlərisən, qardaş, işin görünür,

Hər bir günən üç kilodan verilur,

Yerişur ki, arpa-buğda verilur,

Bol olur ətməgi, aşi dünyanın.

 

Göhi böyük olur kövümün göhi maydasi,

Çox kolaydur bu kövün qaydasi,

İşləməsən bir-bir az da, yox faydasi,

Bari gövhər oldi taşi dünyanın.

 

Usta Mürtəz diyar, dünyanın çənidür,

Dövlət adamların yari canidur,

Heç kim bilməz zamandan bəridur,

Hesab olunurmi yaşi dünyanın?

 

137. ОЛМАЗ

 

Beşiqin tuluxdan darsa əgər,

Ölənəçan könül zati şad olmaz.

Dünyada əvlənmax adətdür məgər,

Düşər bir soysuz, onda ləzzət-dad olmaz.

 

Soysuzda çox olur dilsiz hünərlər,

Çox kimsələr bu ataşa yanarlar.

İnanmazlar, hər tərəfdən qınarlar,

Götürür əllərin, bir imdad olmaz.

 

Ağlamaxdan getdi çeşmim qarasi,

Heç sağalmaz belə oxlar yarasi,

Bin təbib cəm olsa, yoxdur çarəsi,

Olmaz dərdə, qəm-hicrana düşərsin.

 

138. ЙАХШИДЦР

 

Zati-könül,bəndən sənə nəsihət,

Demə dövlətim var, malım yaxşidür.

Asılsız adamla qılma ünsiyyət

Zanma bu dünyada zalım yaxşidür.

 

Məclisə varanda uzunçu olma,

İncidib qonşini, kimsəyi sögmə,

Gücüm vardur deyib yetimi dögmə,

Ögünüb demə ki qolum yaxşidür.

 

Usta Mürtəz Haqqdan iştər dərdini,

Hər adam görə çox ölüm dadıni.

Bir kişi ki, yaman qılur adıni,

Yaman addan ona ölüm yaxşidür.

 

139. SÖYLƏN, ANAM AĞLAMASIN

      (haqdan gəldi əmir bizə)

 


Haqdan gəldi əmir bizə,

Söylən, anam ağlamasın,

Amanatım budur sizə,

Söylən, anam ağlamasın.

 

Ağlayıb yaxmasın bəni,

Davaçiyim məhşər güni,

Əgər sorarsa oğluni,

Söylən, anam ağlamasın.

 

Qarışmasın haq işinə,

Ağular qatmasın aşına,

Ağlarsa kəndi başına,

Söylən, anam ağlamasın.

 

Mələklər yanıma gəldi,

Göz yaşından suval sordi,

Anam ağladuxça vurdi,

Söylən, anam ağlamasın.

 

Çünki anam bəni səvdi,

Gecə-gündüz neçin ağlar,

Əzəb olsun döyu əvər,

Söylən, anam ağlamasın.

 

Anamdan olsun dərman,

Əzab olur sabah-axşam,

Haqdan verildi bu fərman,

Söylən, anam ağlamasın.

 

Cəhənnəmdan məlik çıxar,

İlan-əqrab bəni sancar,

Anam ağlar, qəbrim sıxar,

Söylən, anam ağlamasın.

 

Dilim bulbul kimi şaqqır,

Haq ismini gözəl oxur,

Əzab edər münkir-nəkir,

Söylən, anam ağlamasın.

 

Failətun-fəilətun failət

Ver Mühəmməd Mustafaya sələvət.


 

140. DUL QOYMAYİN İXTİYARI

(1983, Koç ay)

 

Qocalux çağında tul qalmiyasın,

Tavran ki, olsun qarın, ixtiyar,

Gözlərin yumulub da kor olmiyasın,

Hazır imliyerkən zorun, ixtiyar.

 

Səsləsən haz etməz gəlinlər səsin,

Artar qəsəvətin, çoxlanur yasın,

Temal pəstilinə oxşiyer fəsin,

Yaxamaz heç kimsə kirin, ixtiyar.

 

Doxsan yaşına çıxsan, al bir nənəyi,

Görmədinmi keçən ata-anayi,

Yoxsa çəvürülər təzmim tanayi,

Axar burçax-burçax tərin, ixtiyar.

 

Varım tanış çox qulluği çəkənə,

Tipi əssə göndərirlər tükənə,

Bahar olur qatarlar quzi-tikana,

Başlar gerin vırt-vırt, ixtiyar.

 

Düşündüğcə olursan arvad aşığı,

Morbet kimi otardurlar eşegi,

Gəlinlər buyurur yügür beşigi,

Kəm biçərlər, soyarux dərin, ixtiyar.

 

Yaxşi dədə olursun sözüni tutsan,

ətmək verurlər ey xidmət etsən,

Buraxıb beşiqi qomşiyə getsən,

Deyərlər açılmasın qorun, ixtiyar.

 

Bu qədər nəsiyət verdim, tutarsan yetər,

Arvadın olsa tərəfin tutar,

Axşam olanda barabar yatar,

Onsuz qandurursan qorun, ixtiyar.

 

Səndən əvvəl gələn qocalar hani,

Yolum iyidir deyi ögünmə yani,

Xastalanursun, qapiya atarlar səni,

Vallah peşman olursun yarın, ixtiyar.

 

El qızıdur umutlanma gəlinə,

Tez-tez düzərlər ölüm yolunə,

Amma bir fındiq keçsə qarın əlinə,

Artar iftixarın oninən, ixtiyar.

 

Nəğədər yaşasın əzab olar canına,

Görməmiş olursun heç ömründə, günündə,

Gözdən düşərsin gəlinlərin yanında,

Daha olmaz ehtibarın, ixtiyar,

 

Bəxti qara, bir yaxşı gün bulmadın,

Oğul tərəfindən zati gülmədin,

Der gəlinlər, genə sağsın, ölmədin,

Göstərürlər türbəluxdə yer, ixtiyar.

 

Usta Mürtəz, eşq dəryaya talanda,

Gəlin gözi uğurluxda tolanda,

Malın təqsim edərlər bir gün öləndə,

Bölüşürlər külli varın, ixtiyar.

                       

 

141. QARİ  VAR

 

Başım qurban olsun qədir bilənə,

Çox var faxır evi var edən qari.

O qari kismət olsun əqrəb-ilana,

Ataş salıb əvi nar edən qari.

 

Qari var qomşusuni başına güldürür,

Qari var qocasıni qəmə taldurur,

Qari var vuruşur, bağlar öldürür,

Axşami-sabaği zor edən qari.

 

Qari var sabaxdan bir fəsil yuxlar,

Əgər ki, oyartsan dilinən oxlar,

Yağlar ətməklərdən kuroya saxlar,

Var qomşidən yad edən qari.

 

Qari var sabağınan döşəqə soxar başıni,

Qari var ki saymiş qocasının dişini,

Qari var ki, yaridə buraxur evin işini,

Bari el qapısında sırıdan qari.

 

Qari var sözümdən hissa qanamaz,

Qari var toğri yoli tanimaz,

Qari var ki, yağ peynili yapamaz,

Sağduği sütləri çürüdən qari.

 

Qari var ki, evdə böyük-böyük bağırur,

Qari var ki, vaxti başi axurur,

Qari var ki, qısır inəqə kəbə çağırur,

Çox var bu yaxında inəqi qurudan qari.

 

Qari var ki, tutmaz qocasının sözüni,

Qari var ki, nəməhrəmdən çəkməz üzüni,

Qari var ki, küllər əv-külfətin gözüni,

Gizlin uğrun yaği əridən qari.

 

Usta Mürtəz, bu sözlər yadigər səndən,

Barısi toğridur heç dəgül yandan,

Axli olan insan incinmas bəndən,

Bizim evdə sözümi yeridən qari.

 

 

142. MÜRTƏZİN  MOVLÜDƏ  ƏRİZƏSİ

 

Bir riça qıldım sənə,

Qoyma bəni yana-yana,

Bir az taş lazım oldi,

Sən bülürsün, Mövlud tayi.

 

Əl-ayağın öpəçağım,

Biraz hisa qalaçağım,

Xax anbari yapacağım,

Sən bülürsün, Mövlud tayi.

 

Oxudum da əmir bayi,

Sənsin xəzinələr tayi,

Çox yalvardım, həzim tayi,

Sən bülürsün, Mövlud tayi.

 

Yaşa, Mövlud tayi, yaşa,

Hər niyatın dönsün xoşa,

Taxıli yedurdux quşa,

Yazuğun  qəlsin, Mövlud tayi.

 

Usta Mürtəz gəldi sizə,

Tez olsun qalmasın qüzə,

Bir maşin olsa, yetər bizə,

Sən bülürsün, Mövlud tayi.

 

143. AĞLASIN

 

63-ci tarixdə düşdüm cəzaya,

Sürdüğün ömürə günün olmasın,

Heç kim qarışmaz haqdan gələn qəzaya,

Zuxum pabedaya binən ağlasın.

 

Gəlmədi yardıma Allahın, Xızrın hacisi,

Unudulmaz üç məftənin acısi,

Qardaşımdan əvvəl can verdi bacım,

Eşidib yürəgi yanan ağlasın.

 

Yetişdi bizlərə Allahın qəza-bəlasi,

Çalüşdüx qurtulax, yoxdur çərasi,

Can verdi qucağında cavan balasi,

Yaş toksun yanğun anam ağlasin.

 

Yanıldılar hökümətlər, əmirlər,

Getdi əldən sürdüğümüz ömürlər,

Hər tərəfdən bizi sıxdı dəmurlər,

Şivanda gəmüklər nəzik sinən ağlasın.

 

Halal edin axirət haqqın verənlər,

Nəsib olmadi bizə əzaz quranlar,

Yanıb yaxıldı bu halda bizi görənlər,

Can çəkilib getmiş tənən ağlasın.

 

Nəbican, yox idi cıhanda tayin,

Can verdi tənəşürdə o səlvi boyun,

Qazınur məzarin, isinür suyun,

Mərtək taxtamıza yanan ağlasin.

 

Qohum-qardaş əhvalini tutdilar,

Qanli cəsədini tənəşürdə yüydilər,

Üç məftəyi bir gündə qəbrə qoydilər,

 O qara toprağa enən ağlasın.

 

Nəbi der, tağlar inglər ahu zarımdan,

Ğəm dəgül ayrıldım külli varımdan,

Bən murad almadım nazli yarımdan,

Gələndə haxlıma bənə canan ağlasın.

 

Günlərim keça-keça başıma çıxar,

Bizi hər kim görsə canıni yaxar,

Bulunğur yolunda sel olmiş axar,

Gəlib keçən qızıl qala ağlasın.

 

Usta Mürtəz cənnət istər Şahlar-Şahından,

Beş vaxt kəsilməz dərgahından,

Baş qaçurmaz olmaz əcəlgahından,

Bozub haqq əmrini dönən ağlasin.

 

 

144. DASTANİ  BALABEK

 

Ərvohu əzəldən, lovhu qələmdən,

Sənmi çıxdın bəni qara, anacan,

Bu hekayət söylənsin cümlə aləmə,

Xəbər getsin hər diyara, anacan.

 

Eşidən dostların tökülür yaşi,

Diyarlar təqdir Allahın işi,

Qoy qədər düşmənlərin gəlürsə xoşi,

Tez gəlür onlara sıra, anacan.

 

Başa gələn qəzələr heç bilinmaz,

Əzəldən yazılmış yazi silinməz,

Dünyada ölüminən hayıf alınmaz,

Başlasınlar iltifatə, anacan.

 

Bən biqaf gedeydim yoluma,

Can gərək tayana belə zülümə,

Kim qiyardi Balabeki olumə,

Əl gəlməz arxadan çarə, anacan.

 

Buni haqdan yazılmışdi başıma,

Arxadan üstümə çökdi maşina,

Xülüsdan Xanzadə gəldi peşinə,

Rəhmət olsun eylə yara, anacan.

 

Dəmurbayılıbdur canımdan,

İki çival əskük oldi yanından,

Məhşərə bu oğri çıxmaz canından,

Yandın ataşlara, nara, anacan.

 

Bir haxlan gələndə biziçün ağla,

Qoyma ahımıziyoxla,

Qanli əsbablari zanduxda saxla,

Qalıb məhşəcən saxla, anacan.

 

Bu təqdiri şennik haqdan bülürsə,

Düşünüb bizlərdən ibrət alursa,

Qaynanam həsrətlənib əgər gəlursa,

Açıb baxçalari görə, anacan.

 

Sağ qalanlar bu dünyada yürüsün,

Çəyir-çimən türbəmizi bürüsün,

Bedva edənlərin çənqələri çürüsün,

Biz oğradux intizara, anacan.

 

Bilməm günahımi, nədur xətamız,

İki cavan qəbristanda yatamız,

Qırx altıncı tarixdə suyə düşdi atamız,

Günümüz yazıldı qara, anacan.

 

Yıxılsın Özbəkistan, bizə xeyr gəlmədi,

Dünyada Balabek mürid olmadi,

Qırıldux-tükəndüx, kimsə qalmadi,

Yox ölümə heç bir çarə, anacan.

 

Adım Usta Mürtəz, nəslim Hacilər,

Eşidən ağlasın ana-bacilər,

Unudulmaz bəndə əvvəlki acılar,

Genə düşdüm bir ahuzara, anacan.

 

145. QAPISINDAN

 

Söz dedüğün yetmiş iki  türlidür,

Oxi həl etməli dil qapısında,

Aynaya bax, sənin yüzün kirlidür,

 Şenniqə şer qoşma yol qapısında.

 

Qurullanıb gəzmə yüksək taxınən,

Dünyay yaramasın o, öz çəqinən,

Bülbül ömür sürər gülşən bağınən,

Hər vaxt otiyer gül qapısında.

 

Dünyadan götürdi piru pədərin,

Düşük açab sinəndə varmi,

Əzəldən yazılmış risqu-qədərin,

Nəfilə tolanma qul qapısında.

 

Bişe anlaşılmaz dünya varından,

Qəmlənib oturma ahi-zarındən,

Uzax tolan gecələrin şərindən,

Oturub qalma, gəl qapısından.

 

Bu sözümdən əgər hisa almasan,

Aşna olub sözləyibən gülməsən,

İşmarından-işərətdən bilməsən,

İraq turma, qal qapısında.

 

Əşnələrin sənə yigit diyarlar,

Laflar-kuflər pulun yiyarlar,

Axırında namsuz ad qoyarlar,

Varıb lax-lax etmə tul qapısında.

 

Yemə namərdinən töhlib taşıni,

İnanma düşmənə, içmə aşıni,

Tuy yastıği versə, qoyma başıni,

Ara qardaş, adam, qal qapısında.

 

Zalımlar məzlumun halıni sormaz,

Nankor inkar edər eyluğ qörməz,

Nəpəz cana dərman verməz,

İştnaninən bekləmə nal qapısında.

 

Bir adam ki, mükür olsa suçuna,

Nahax yerə ip atmazlar qınına,

Əgər qirəssən məscid içinə,

Qabuldur namazın, qıl qapısında.

 

İstərsən dünyada olsun üzün,

İnanma gəlinan, tərbiyə et özün,

Bir qələn elçiyə sən vermə qızın,

Tanışisə mal qapısında.

 

Usta Mürtəz çox seviyer hənəgi,

Küdə öküz ürküdəməz inəgi,

Qatıx gərək isə, saxla inəgi,

Dilənmə ayrani el qapısında.

 

 

146. KÖNÜL

 


O ki yurdun tərk etdin,

Gəl qəflətdən oyan, könül,

Ğəmi üstən kürk eylədin,

Yoxsulluğa tayan, könül.

 

Dəli zəməblərə baxdım,

Satıb-sovub yola çıxdım,

Duzuli ocaği yığdın,

Sənin yoxdur miyan, könül.

 

Əcəb olacax halın,

Çöldən-çölə düşdi yolun,

Əlində gəlmədin malın,

El fitindən saxın, könül.

 

Heç saxlamasın canımi,

Bu rıqdur gətur nanıni,

Pərəndəki dəstərxanımi,

Qolan qırmağa yiyan, könül.

 

Bizi tapşurdun düşmənə,

Qəyrət etdin, hələ şaşma,

Niya olmiyersin pişmana,

Eyvax-eyvax diyan, könül.

 

Ləin şeytan məkkəra,

Mürtəzi saldi əfxara,

Düşmanlar çıxdi əşkara,

Bügün oldi bayan könül.


 

147. ONUN

 

Bibala əsla əvi virana olur,

Bayquşlar ötər yerində onun,

Paxıllıx sataşur taş taşınıt görənə,

Çox kimsənin gözi olur varında onun.

 

Bir yigit dünyada murad almasa,

Əvlədinən səvünüb gülməsə,

Qısır olsa, törəməsi qonmasa,

Böyük bir ğəmi olur onun.

 

Usta Mürtəz deyir ən çoxunun bilinur,

Şu yürəgim bölük-bölük bölünür,

Çıxar yaddan, həm fikirdən silinur,

Kim quran oni yıxacax quranda onun.

 

 

148. BƏNİM

 

Keşkə ölə idim səbi vaxtından,

Niya yazılurdi boynuma günahım bənim,

Bir yaxşı gün görmədim bən bu ömurdan,

Bütün əngiməndur tələhim bənim.

 

Ağaç tikdim, meyvəsi yox bağımda,

Əski çoxo, yırtıx şalvar içində,

Hörmətim yox bu ixtiyar çağımda,

Kömək et hərvaxt, ilahım bənim.

         

 

149. AĞLARIM

 

Qocaldi bu könül, tez oldi nur,

Getdi gəclux bəndən, yanar ağlarım,

Taqavüt adamlarinən şimdi birdibir,

Yox əlimdə bir hünər ağlarım.

 

Birdən coşa gəlib qaynar axarım,

Dosta səbə çixar, dünyan yaxarım,

Ariyer gözlərim hər yan baxarım,

Kor olan adam dönər ağlarım.

 

üçün duş oldum bu benavaya,

Kim yiqitdur qeyrət qıla davaya,

Könül pəvaz edər, çıxar havaya,

Bir pişman olub, enər ağlarım.

 

Usta Mürtəz düşdüx verən çöllərə,

Dastan oldum dildən dillərə,

Bulbul kimi tolanurux güllərə,

Bir quri şaxına qonar ağlarım.

 

 

150. GEDƏR

 

Bir uşaq anadan dünyay gələndə,

Beş aylux oturur, böyüyür gedər,

Yekələşib xub novcahan olanda,

Allah muradına oni yeturur gedər.

 

Zalım olub canlar yaxdısə,

Fitə uyub el sözunə baxdisə,

İnsafsizlər bir qulluqa çıxdisə,

Şubhasiz dünyay o bətur gedər.

 

Sözlərim məhşurdur, dəgül həvaya,

Nəsiyətim dəgül, at elinən qovğaya,

Bir mərd adam yetişsə davaya,

Şirin dilinən davay yaturur gedər.

 

Usta Mürtəz der, ibrət alub yaya baxsan,

Yetər bir dövlətə səhərdən qaxsan,

Aqibət tolliyaçax əzrail yaxan,

Çekər əcəl bir gün götürər gedər.

 

 

151. HANİ ?

 

Unudulmaz aci vardur canımda,

Görüb söyləduğum ərənlər hani?

Qohum-qardaşdan kimsə yoxdur yanımda,

Sağımda-solumda turanlar hani?

 

Çox ağladım, yaşlar axdu sinəmə,

Qədir-ismət yetişdi bu dəmə,

Bir kamil yox, ğəyrət verə adama,

Gövül təsəllisi verənlər hani?

 

Usta Mürtəz, çatamadux murada,

Beyhuda ömrümüz geçdi arada,

molla var, kəfin var burada,

Üstümüzə oxuyan Quranlar hani?

(Biçarə yaşadux bizlər burada,

Gəlib əhvalimi soranlar hani?)

 

 

 

152. KÖNÜL

(Sürgün günlərindən xatirə)
                                                                

Əmr olunub, bir səbi toğsa anadan,

Səvilür beş yaşinaçan haç olur könül,

Yüz verib ağlama oni binadan,

Çar on yaşına tuc olur könül.

 

Aqibət yetişur on beş yaşına,

Heç al verməz ata-ana işinə,

Uyar ifritlərə, gəzər peşinə,

Sevda qatarından tac olur, könül.

 

Qulax verməz ata-ana sözünə,

Yanar eşq oduna özi-özinə,

Aşıq olur bir murdarın qızına,

O ğəm ölkəsində puç olur, könül.

 

Yigirmi yaşında da tolar yoli ər,

Axtarur döşəktə yorğanım hani,

Yigirmi beş yaşaçan artar qubarım bənim,

Ottuz üç yaşaçan ucalur könül.

 

Ottuz beş yaşında qayət mərd olur,

Dərib döşurməyiçün bir qurt olur,

Qırx yaşında yoruluban mərd olur,

Bir təqəvüt olub qocalur könül.

 

Qırx beş işdən çəkər əlini,

Kimi qarın tutar, kimi belini,

Gözdən atar əvdə oğli, qızı, gəlini,

Əllisində halın heç olur, könül.

 

Dostlar iraq, gəlib görməzlər,

Qari açıb əhvalıni sormazlar,

Qırıx ətmək, bir içim su verməzlər,

Qorxem axırında ac olur könül.

 

Ustə Mürtəz, nəsiyətim tutmazlar,

Çox adamlar muradına yetməzlər,

Qazanıb saxlama, sənə qatmazlar,

Boşuna əməgin puç olur, könül.

 

 

ASLAN ŞAİR

 

Adıgünün Zarzma kəndindəndir, bir çox dəyərli şerlər müəllifidir.

 

153. VƏTƏNSİZİM

 

Ey ərənlər, getdi əldən sərvinazım gəlmədi,

Sel oldi gözlərim yaşı, məndil alıb silmədi,

Göz-göz oldi yaralarım, təbib məlhəm vurmadi,

Nələr çəkdim bu dünyada kimsə dərdim bilmədi.

 

Gedər oldum bu aləmdən, kimsə qədrim bilmədi,

Büküldi kəddi-qəmətim, Xızır nerdə, gəlmədi,

Nerə getsəm yoxdur yerim, kimsə qabul etmədi,

Bu aləmdə Vətənsizim, qərib yüzüm gülmədi.

 

Bahar olsa lalə-sümbül açar vətən gülləri,

Qərib yerdə lal olmuşdur söyləməz bülbülləri,

Moskvada türk xalqının yaprax oldi dilləri,

Adələtsizlux dövridur, qəbul etməz bizləri.

 

Adım sörsən, Aslan, gözəl Zarzima elim,

Ah çəkərəm Vətən üçün yanar ağzımda dilim,

Keçdi ömrüm qərib yerdə, indi büküldi belim,

Vətənsizim, açmaz oldi, saralıb-soldi gülüm.

 

 

154. AĞLARIM

 

Vətəndən ayrılıb düşdux çöllərə,

Dastan olub düşdux dillərə,

Çanim iştər gedem bizim yerlərə,

Qoymaz zalım fələk, həlbət ağlarım.

 

Vətən, səni məlul qoyub getdilər,

Düşmənlər mal-mülkmüzi talan etdilər,

Bizi soyub bir zindana tadilər,

Ya bən ağlamiyem, kimlar ağlasin?

 

Özbəkistan çöli yol oldi bizə,

Əsgilin tikani gül oldi bizə,

Vətənə qovuşmax yad oldi bizə,

Ya bən ağlamiyem, kimlar ağlasin?

 

Adım sorsan, Arslan, kövüm Zarzma,

Çox çalışdım, yetəmədim arzuma,

Vətən, sənsiz yuxu gəlməz gözümə,

Özgə yurta qərib düşüb ağlarım.

 

Bir yanın meşədür, bir yanın dərə,

Xasta yürəgimə vurdun sən yara,

Tağunux qərib xalqan eylə bir çərə,

Can-cigərdən ayri düşdüm ağlarım.

 

 

155. YANĞUN İZAHAR

 

Fələk, nələr çəkdux sənin əlindən,

Bir dastan yazadım dosta dilimnən,

Bülbüli uçurdu xonça gülündən,

Qanli fələk, İzahari neylədin?

 

Hər gün gedər idi  kövun işinə,

O gün gələcək bilməz başına,

Fələk ağu qətdi onun aşına,

Qanli fələk, sən dostumi neylədin?

 

Fələk, sən qarışdın insan işinə,

Bir yigidi yağdın tok ataşına,

Həsrət koydun bəni dost, qardaşıma,

Qanli fələk, sən İzahari neylədin?

 

Haq buyurdi doğri yolda gedərdi,

Namaz, oroçuni əda edərdi,

Keçməzdi cüməsi, daim gedərdi,

Qanli fələk, ol insani neylədin?

 

Fələk, nələr saldın insan üstünə,

Bir aman vermədin bənim dostuma,

Niyə düşdün insanların qəsdinə,

Qanli fələk, sən İzahari neylədin?

 

Fələk, yıxdın neçə çarxu binayi,

Namərd düşmən, qoy əlinə qınayi,

Ağlar qoydun baçi-qardaş-anayi,

Qanli fələk, sən İzahari neylədin?

 

Ramazan ayında tufan eylədin,

Fələk, çıxdin taxta fərman eylədin,

Yaxdın bir yıgıdi, giryan eylədin,

Qanli fələk, sən dostumi neylədin?

 

Aslan der, fələk, səndən şikayətim var,

Geniş dünyani bizlər üçün etdin tar,

Əldən getdi arxataşım İzahar,

Qanli fələk, sən dostumi neylədin?

 

156. VƏTƏN

 


Yüksək-yüksək tağların vardur,

Gül-çiçəkli bağların vardur,

Vətən, sənə həsrətləndux,

Quculacax çağların vardur.

 

Tağ diyanə tağın vardur,

Bağ diyanə bağın vardur,

Gözəl yürdümüz Kavkazın,

Ögüləcək çaği vardur.

 

Bağlar, səndən nar iştərim,

Süsən-sünbül bar iştərim,

Düşmən, səni kor olasun,

Vətəndə gəlməx iştədim.        

                                  

Belə tağında gəzəydim,

Sərin çayinda üzəydim,

Vətən, sənin gül bağında,

Gözəl dastan yazaydım.

 

Yazda tağlaran keçəydim,

Savux suyundan içəydim,

Vətən, genə bağran alsan,

İştasan candan keçərdim.

 

Tağda otlar qoyun-quzi,

Yürəgimə vurdun közi,

Vətən, bizi oda yaxdın,

Etdin bizi çox nərəzi.

 

Yaşın sənin çox çoxlidur,

Gələk desax, yol bağlidur,

Vətən, sənin əsrətindən,

Yürək bağrımız dağlidur.

 

Vətən, səndən gözüm qaldi,

Gül-çiçəkli yazım qaldi,

Yürək tutmiyer ki, diyem,

Neçə kəlmə sözum qaldi.

 

Kavkazın gözəl tağısın,

Seyran göylər turağisin,

Sanki Cənnət bağisin,

Gözəl Kavkaz, gözəl Vətən.

 

Heyf gözümi açmamışdım,

Aği-qarayi seçməmişdim,

Qanad çalıb uçmamışdım,

Bizi atdin yada, Vətən.

 

Səfil Aslan dilə gəlür,

Bülbül uçub gülə gəlür,

Vətən, sənin gül torpağın,

Bir gün geçər ələ gəlür.


 

157. VƏTƏNDƏDÜR             

 

 

Qurbat eldə bən işlədim,

Gönül əgləyib xoşlədim,

Ev yapıb həm naxışladım,

Genə gönül Vətəndədur.

 

Gecə-gündüz işliyerux,

Möhnətinən yaşiyerux,

Çox qazanıb coşiyerux,

Genə gönül Vətəndədur.

 

Sabağinən qaxiyerux,

Pəncərədən baxiyerux,

Namaz qılıb oxiyerux,

Genə gönül Vətəndədur.

 

Qırx il tam bunda qaldux,

Özbək-qazağa dost oldux,

Çox işlədux, çox varlandux,

Genə gönül Vətəndədur.

 

Gül-çiçəkdən dərman əzdim,

Söz topladım, dastan yazdım,

Gözəl məmləkətlər gəzdim,

Genə gönül Vətəndədur.

 

Pambuxda işləyib pul tapdux,

Gözəl-gözəl bina yapdux,

Maşın alıb qaraj yapdux,

Genə gönül Vətəndədur.

 

Uçaxda uçiyerux,

Yer arayıb saçiyerux,

Çöldən-çölə keçiyerux,

Genə gönül Vətəndədur.

 

Yaşamaya heç söz yoxdur,

Qazanci həm bunda çoxdur,

Özbəkistan, sözün haxdur,

Amma gönül Vətəndədur.

 

Özbəkistan, içdux çayin,

Qırx yıl tama çekdux payın,

Çox yeturdux pambux mayin,

Genə gönül Vətəndədur.

 

Bayazdur sənin yerin,

Yoxdur bir yeşil ormanın,

Çox zərəl veriyer dərmanin,

Həlbət gönül Vətəndədur.

 

Özbəkistan, söz yox özən,

Tayanmax olmiyer tozan,

Xasta idi buni yazan,

Aşqi onun Vətəndədir.

 

Özbəkistan, etmə minnət,

Çox işladux, çekdux zəhmət,

Genə sənə diyax rəhmət,

Amma gönül Vətəndədur.

 

Aslan ağlar zari-zari,

Getməz gönülün qubari,

Çox qəm çəkdux oldux yari,

Həlbət gönül Vətəndədur.


 

 

 

158. EY GÖZƏL VƏTƏN!

 

Bir zamanlar gezər idim dərədə,

Qismət etsin səni bizə yaradan,

Yıxılsın o tağlar qaxsın aradan,

Bəlki görax səni, ey gözəl Vətən!

 

Bir zamanlar gəzər idim meşədə,

Yar sevibən göz vurardim köşədən,

İndi bənim gönlüm oldi şuşadan,

Degmən, qırılur, ey gözəl Vətən!

 

Bir zamanlar gezər idim tağında,

Alma-armut dərər idim bağında,

Yiyar idim qaymax-quymaxi yağından,

İndi kimlər yiyer, ey gözəl Vətən!

 

Beş günlüx dünyada açdım gözümi,

Qəmgin yazdım, dinləməzlər sözümi,

Eşgin dəryəsinə atdım özümi,

Dut alımdan, çıxart, sən gözəl Vətən!

 

Günahım idi, atdin çöllərə,

Niya azar verdin səfil dillərə,

Həsrət qoydun bəni bizim yerlərə,

Gəlsəm bulurmiyim, ey gözəl Vətən!

 

Vətən deyu gözi yaşli qalmişam,

Qələm əldə qəm-quləyə talmişam,

Vətən, sənə iltimosa gəlmişəm,

Gözi yaşli qoyma, sən gözəl Vətən!

 

Vətən, ataş düşdi bənim canıma,

Xəstə oldum, kimsə gəlməz yanıma,

Özün bir illəç et, girmə qanıma,

Səndən şifa bulem, ey gözəl Vətən!

 

Bir zamanda bunda qərib gəzərim,

Göz yaşından məndilimi süzərim,

Dərtli Kərəm kimi deyib yazarım,

Dərdə dərman eylə, ey gözəl Vətən!

 

Arz edərim ulu şahlar-şahına,

Arzum yetər ol Sultan dərgahına!

Bir qulax sal bənim ğəmgin ahıma,

Ahu-nalə alma sən, ey gözəl Vətən!

 

Qardaşım var idi dünyaya dəgər,

Yox idi bir yigit qoluni əgər,

Vətən deyi, cəngə gedib gəlmədi,

Hani səndən mürvət, ey gözəl Vətən!

 

Vətən deyu neçə yıqitlər getdi,

Nemes vuruşundan can fida etdi,

Analar fiğani dünyayi tutdi,

Hani səndə insaf, ey gözəl Vətən!

 

Aslanam, ağlayıb yazdım yazımi,

Ğəm-aləmdən yüyürdüm özümi,

O torpağdan sarem yüzi-gözümi,

Yetər, insafa gəl, ey gözəl Vətən!

 

 

159. İLYAS ƏFƏNDİNİN DASTANİ

 

İlim yatağıdi Zazola kəndi,

Onda yaşamişdi Bəşət Əfəndi,

Ondan sonra gəldi İlyas Əfəndi,

Onun üçün dastan yazıb ağlaram.

 

Dualarımızi qəbul eyləsin,

Ol xocaya allah rəhmət eyləsin,

Aslan bu dastani belə söyləsin,

Xocasından ayrı düşən ağlasın.

 

İlimsiz Aslanam eşqə gəlmişim,

Ol xocalar məclisində olmişim,

İlmu vaizlərin yad eyləmişim,

Onlardan ayrılıb həlbət ağlaram.

 

Xoca idi, xocaların piriydi,

Daimə kövündə allah var idi,

Çəkdi kərvanini bivaxda yürdi,

Anan üçün bütün yillər ağlaram.

 

İlyas Əfəndi başların taci,

Bivəfa dünyadur, yoxdur əlaci,

Getdi əldən Xocam, deyib ağlaram.

 

Onunçun tağ-taşlar ağladi,

Eşidənlər yürəgini dağladi,

Bivəfa fanidur belə çağladi,

Ayrıldım Xocamdan, həlbət ağlaram.

 

Bir kasa süd verdi içdim əlindən,

Heç toymax olurmi tatli dilindən,

İlimin oldi oğli qədər yolundan,

Ayrıldım Xocamdan, həlbət ağlaram.

 

Aslanam, Xocaya qonaq olmişam,

Sufrasında ətməqini yemişəm,

Allahın rəhmətini demişəm,

Ol Xocaya dua edib ağlaram.

 

 

160. İXTİYARLUX

 

İxtiyarlux, səndən şikayətim var,

O gəclüx taxtıni etdin tarimar,

Ya rabbım, sən özün eylə bəxtiyar,

Özün imdad et el aman-aman.

 

Gəncluği üçürdüm getdi əlimdən,

İndi eşit ixtiyarın halından,

Dizdə qüvvət yoxdur, gözümə işıx,

Yuturmiş yoluni el aman-aman.

 

Bən bir quş idim erkin uçardım,

Zərraflar talından zərlər seçərdim,

Gözəllər əlindən badə içərdim,

İndi qocalmişim, el aman-aman.

 

Bən bir gül idim gülşən bağında,

Getdi dövrən, qaldı qəm otağında,

Ya rabbım, sən imdad et bu çağımda,

İmdada yeriş gəl, el aman-aman.

 

Bulbul idim taldan-tala qonardım,

Aşıx idim eşq oduna yanardım,

Fani dünya belə keçər zanardım,

Qocalux var imiş, el aman-aman.

 

Kəklik idim qayalarda səkərdim,

Bir şah kimi zövqu-səfa çəkərdim,

Heç                        belin bükərdim,

Büküldü öz belim, el aman-aman.

 

Gəncluxda dəvrü-dövran edərdim,

Böz bülüt, coşxun çay tək axardım,

Hərdəm ara verib, seyrə çıxardım,

Getdi dövran əldən, el aman-aman.

 

Buluda sər çəkib, çıxardım arşa,

Özümi vurardum tağınan-taşa,

Toğalux varimiş, gəldi bu başa,

Getdi əldən gəclux, el aman-aman.

 

Gənclux bir quş idi, tuta bilmədim,

İrdi ixtiyarlux sata bilmədim,

Ağırur qol, qıç, bədən, yata bilmədim,

Özün bir illac et, el aman-aman.

 

Ey ərənlər, -qarayi seçmişəm,

O gəcluğun şərbətindən içmişəm,

Qocalanda şirin söhbət etmişəm,

Əqibət pir oldum, el aman-aman.

 

Əvvəl işi atar idim talımdan,

Şimdi bir gəlmiyer əlimdən,

Qorxum vardur oğul, qızu-gəlindən,

Təqdir belə imiş, el aman-aman.

 

Bən bir gənc idim, taşi əzərdim,

Gögdə uçan quşdan hillə səzərdim,

Eşqa gəlib xoş dastanlar yazardım,

Getdi o dəvranlar, el aman-aman.

 

Aslanım, ağlarım, o gənclux hani,

Əbədi dünyada yaşayan hani,

O Rüstəm Zali, o Süleymani,

Neyladin, ey fələk, el aman-aman.

 

 

SƏKİNƏ ZANAVLI

 

Bayraqdarlar nəslindəndir, vətən haqqında dəyərli şerlər müəllifidir.

 

161. KOBLİYAN

 

Mərkəzim Axısxa, rayonum Adıgün,

Zanav kövündə anadan oldum,

Kobliyan eşitmişdim əzəl binadan,

Ana vətənim, elim Kobliyan.

 

Kobliyani bən görmişdim gözünən,

Tolanmışdım odağınan, dizinən,

Dedim yazem qələminən yazinən,

Verməm səni heç dünyaya, Kobliyan.

 

Bilməm tərifin dağdan başliyem,

Bilməm bağçadan, bağdan başliyem,

Bilməm xastadan, saxdan başliyem,

Yox idi çürügün, çorün, Kobliyan.

 

Əvvəl tərifin edem bizim bağlari,

Batmaninan yapardılar yağlari,

Doxsan yüzlərdə gördüm çağlari,

Ağırmaz belin yox idi, yelin Kobliyan.

 

Sən bir uli dağsın, çox böyük sərvət,

Çəkər üstünə mal-tavar kərvan,

Gül-çiçəgin dərdlərə dərman,

Gedər loğmana, həkimə gülün, Kobliyan.

 

Üç ay olursün cənnət misali,

Sən tək tağım hani?

Gün vuranda yanaqların çisali,

Parlar çinavın, çolun, Kobliyan.

 

qədər etsəm tərifin, azdur hələ,

Südün qaymağın bənzər pala,

Pendir quymağın tursun bir yana,

Yaparlar qurudun, lorun, Kobliyan.

 

Tağ ətəgində meşə yerləşur,

Dəsində maral, ceyran oynaşur,

Güzeyində Osman-pələng güləşür,

Bənzər idin pəhlivana, Kobliyan.

 

Sənə derəm, ey Qara meşə,

Bütün ədrəfin mor-mənəmşə,

Məskən salmışdur qartala-quşa,

Gedər çivçivin hər yana, Kobliyan.

 

Həm yazda həm qışda geyərsin yeşil,

Sərçələr göglərə çinarli başım,

Hər yandan gəlür əlvanli quşun,

Bənzər idin murğızara, Kobliyan.

 

Meşə ətəginə kövlər düzülür,

Axar sulari tağdan süzülür,

Altı ay qış, altı ay yaz,

Batarsın bağça-bağa, Kobliyan.

 

Bağça-bağın dərin-dərin yiyərlər,

Yari dilim gürcü dili diyarlar,

Qara yünkdən çoxa-şalvar geyərlər,

Geyin şindi qara, Kobliyan.

 

Kobliyan deduğun yayali, tağli,

Yüksək mənzərəli, uzax baxışli,

Gedər yollari eniş-yoxişli,

Daha düşməz yolum sənə, Kobliyan.

 

1941-ci ildə qulağıma gəldi bir sadə,

Qırıldi kövüklər, vermədi şada,

Bir müharibə oldi dünyada,

Dedi yigidləri verə, Kobliyan.

 

Daha bən etməm sənin mətini,

Get-gedə işimiz həm oldi çətin,

Qız gəlin tul qaldi, balalar yetim,

Durmadın bir icrara, Kobliyan.

 

Yüz yetmiş yigid getdi kövümdən,

Onlardan dördi bənim əvimdən,

Ayırdi qardaşi qoni-qomşidən,

Qoydun bizi bir əfqara, Kobliyan.

 

Getdi oğullar, ağlar analar,

Tarlada tarpanlar qaldi, tıxda yabalar,

Söndi oçağlar, yanmaz söbələr,

Qoydi bizi intizara, Kobliyan.

 

Gəldi Stalinin, Beriyanın fərmani,

Daha yoxdur dərdimizin dərməni,

Sürün muslimani, qalsın gürcü, ermani,

Boyun sındi o pərişan, Kobliyan.

 

Gürci gəldi toldi Vətənə,

xastaya baxdi, yatana,

Gözüni tikdi anvarinən çətənə,

Sıra budur tolan şindi, Kobliyan.

 

Biz əvimizdə oturmuşdux yesir,

Bir gecəynən etdilər əsir,

bir çeçim verdi, bir xasır,

Oldux şimdi olacax, Kobliyan.

 

Allah, bu başımıza işdur,

Çıxılmaz qapiya, ögümüz qışdur,

Vermədi bir şey, alımız boşdur,

Ac-çılpax töküldi yola Kobliyan.

 

Bindurdi şalona, şalon tavarni,

Qırıxdur taxtalar, açuxdur yani,

Gör hala qaldi Kobliyan mislimani,

Düzüldi gedər yola Kobliyan.

 

Dedilər keçərux şindi Urali,

Verdi qari, tipi, borani,

Yetdi imdada ey Kərəm qani,

Qaldi mislimanlar tara, Kobliyan.

 

Bu nasıl tağdur, ucadan uca,

yayla görünür, ki, baca,

Qaldux orada üç gün, üç gecə,

Ayağın basmadı yerə Kobliyan.

 

Kirdən, bitdən gəldux amana,

ataş gördux, düşdüx hamama,

Çox qəst eylədüx bu şirin cana,

Qaldi müsliman tara, Kobliyan.

 

Qadir allah, sən yaratdın qulları,

Sənə məlumdum müşgül hallari,

Yolla Xıdıri, açsın yollari,

Bəlkə gedə-gedə vara Kobliyan.

 

Allahdan bizə inaat gəldi,

Hava açıldı, qərib yerlər bilindi,

Uzaqdan şəhri Taşkent göründi,

Ölmişikən gəldi cana Kobliyan.

 

Şükür olsun, çətin yollar qeçildi,

Şalonlar oblas-oblas seçildi,

Hava isindi əl-ayaq açıldi,

Onda