AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

AŞIQ YARADICILIĞI

AŞIQ YARADICILIĞI

 

Qədim AxısqaAdıgün obalarında ulu Qorqud sənətiaşıq yaradıcılığı da geniş yayılıbmış. Göyçə, Borçalı ilə bərabər, AxısqaÇıldır mahalı da ozan-aşıq sənətinin ən ulu ocaqlarından olmuşdur. Bu torpaqlarda türk aşıq sənəti o qədər güclü olub ki, gürcülər, urumlar, yəhudilər aşıqlıq etmiş, türk sazı çalıb, türk gözəlləmələri oxumuşlar. Axısqa elində son dərəcə maraqlı yeni variant dastanlar – «Beg Bökrək», «ArzuQənbər », «Yaralı Mahmud», «İbrahim Aslan şah», «Alıxan Pəri», «Dərviş Ələmi», «Lətifşah», «Öməri» kimi onlarla ozan boyları söylənmişdir. Buralarda «Koroğlu», «Əsli-Kərəm», «Aşıq Qərib», «Şah İsmayıl», «Qurbani» kimi ümumtürk dastanları da dillər əzbəri olmuş, bəzi boylar, qollar variantlaşmış, bəzi motivlər isə yalnız Axısqada qorunub saxlanmışdır. İxtiyarların dediyinə görə, bu yurdda adı dillər əzbəri olan yerli ustad aşıqlarXasta Hasan, Şenlik, Dərviş Ələmi, Məhəmməd Səfili, Rəğibi, Əmrahi, Firaği, Urbani, Ülfəni, Topçioğli, Səfil Kamil, Öməri, Murad, Nəcəf, Nəcib, Şavqi, Bayram başqaları imiş.

Axısqa qocaları indiyədək İmrə, Qaracaoğlan, Qurbani, Şenlik, Sümmani, Ələsgərin söyləmələrini yaddaşlarında yaşatmışlar. Ən əsası, ağlasığmaz soyqırımı, təqiblər içində Axısqa elinin aşıq sənəti özü indiyədək yaşaya bilmişdir! Ulu aşıq sənətini Axısqa elində bizim günlərədək yaşatmış nurlu qocalardan bizim tanıdıqlarımızel ağsaqqalları, sinələri sözlə dolu Mürtəz dədə, Məlik dədə, Kibar dədə, Abdulmöhsün dədə, Səkinə nənə, Əhməd dədə, Ömər dədə, Bayram dədə, Qafur dayı, Nəcihə Əhməd qızı, Həcər Dədəyeva kimi müdrik insanlardır. Ulu sözləri, havaları yaşatmış bu müdriklər ozan ruhunu, aşıq sənətinə məhəbbəti cavanlara aşılaya bilmişlər.

Yazıya aldığımız dastanların bütöv çapını gələcəyə saxlayaraq, onlardan bəzi parçaları veririk. Bəzi nümunələr isə Axısqa elində geniş yayılmış qısa rəvayət şerdən ibarət dəstənə (dastança) adlanan janra aiddir.

    

 

 

"Əsli  Kərəmdastanından

 

1. HAX  AŞUĞİ  KƏRƏM

 

Kim ki, qırxlar əlindən badə içdi, o hax aşuği oliyer. Qırxlar əvli­ya­lar­dır, eyilərdəndir, onlar gözəgörünməzdir. Onlar hər kimə ki, badə içir­di, həmən adam oler hax aşuği, düşiyer qara səvdəyə. Badə içmiş adam qırx gün ağzi köpürmüş halda üzüqoyli yatiyer. Hax aşuği olan adama dün­yada qaranlux bir elm olmiyer.

Rəvayətə görə, Kərəm hax aşuği olmuş. Bunun hax aşuği ol­du­ğu­ni sınamadan ötəri köv adamları iştiyerlər bir gün Kərəmi masxaraya qoy­sun­lar, görsünlər ki, Kərəm gerçəkdən hax aşuğidir, yoxsa cəməəti yaldadıb gəziyer divanə.

Cəməət bir cəyili yalannan tabuta qoyiyer, adamların içinnən ağsaqqal bir kəs Kərəmə diyer ki, biz molla bulamadux da, bu cənazəyi sən qalduracan.

Kərəm cəəmətə yüzini tutub diyer ki, bu cənazəyi öli niyatlami, diri niyatlami qaldurax?

Onda həmən ağsaqqal acuqlanub Kərəmə sillə vuriyer, üstünə qışqıriyer ki, heç öliyə diri niyyətlə namaz olurmi?

Kərəm lal-dinməz yüzini qibləyə çəvirüb cənazə duvası oxuyer. Dua qurtulandan sonra cəməət Kərəmə gülüb hül-hiləyə əliyer. Kərəm bu vaxt diyer:

- Siz bənə gülməyin, gedin o yazıq cəyili gömləyin.

Cəməət gəlib tabutun üstini açanda göriyer ki, o cəyil oğlan gerçəkdən ölmiş.

Cəməət tutduği işdən çox peşman oler, Kərəmnən onların günəhinnən keçməsini istiyer. Kərəm sükutla çıxer gediyer.

Bunnan sonra cəməət biliyer ki, Kərəm hax aşuğidir.

 

 

 

 

     2. DƏRD BƏNİ

 


Alçaxli - yüksəkli duran təbiblər,

Yoxmudir illəciz, aldi dörd bəni.

Bilməzlik eylədim, vardım səmtinə,

Tılısım misali çaldi dərd bəni.

 

Gedən günim gəldi keçdi düş kimi,

Buralardan keçdi getdi qış kimi,

Aslan pəncəsində yavru quş kimi,

Əvirdü-çəvirdü, yordi dərd bəni.

 

Dərdli Kərəm girmiş qaflan postuna,

Fələk, düşmüşsin şirin canım qəsdinə,

Hicran qılıc çəkib gəldi üstümə,

Vurub birər-birər dəldi dərd bəni.


 

 

     3. OLMADİ

 

Ey ağalar, qanli dərdə yanayım,

Ütürdüm Əslimi, görən olmadi,

Pərvanələr kimi yandum - tutuşdum,

Yandım, alavımı alan olmadi.

 

Ağa qızi gərək bəglərin dəngi,

Şah İsmayılın yari Ərəbi-zəngi,

Leyli bir zaman Məcnunun dəngi,

Onlara da bir imdad edən olmadi.

 

Kimlər bilür Fərhad ilən Şirini,

Onlar da səviyerdi bir-birini,

Atdi külüngüni, verdi sərini,

Belə yar yoluna ölən olmadi.

 

Xurşud da Mahının dizinə yatdi,

Qəmdər Arzunun yoluna getdi,

Şahsənəm muradına yetmədi

Aşıq Qərib kimi gülən olmadi.

 

Dərdli Kərəm der dağ başında ötürdüm,

Dərdli əlli ikən yüzə yetirdüm,

Loğmani - həkimdən dərman gətirdüm,

Bu bənim dərdimdən bilən olmadi.

 

 

            4.OLA

 


Nola sevdicigim, nola,

Sər qolun boynuma dola,

Bir çift gözəl enmiş yola,

Yollar al-qırmızi ola.

 

Ögün, sevdicigim, ögün,

Yürəgimə qoydun dügün.

Bir çift gözəl çimmiş bu gün

Göllər al-qırmızi ola.

 

Yeməzəm namərd aşıni

Səvdəyə saldım başımi

Kərəm çəkdürmiş dişini

Dillər al-qırmızi ola.


 

 

     5. AĞLARMİ OLA

 


Karşi yatan karli dağlar,

Əcəb bizim dağlarmi ola?

bürçəkli bənim anam,

Yavrım deyib ağlarmi ola?

 

Kəbədən gəlür hacilər,

Yürəgimdə var acilər,

Kardaşi ölən bacilər -

Kardaş deyib ağlarmi ola?

 

Kərəm diyar qəmə batem,

Bir dərdimə bin dərd qatem,

saxalli bənim atam

Oğul deyib ağlarmi ola?


 

 

     6. GEDƏRSİN

 


Mal sahibi, nəsil gördün halını,

Fələk pəncəsinə düşüb gedərsin,

Bəgənməzdin turli libas geyimi,

Şimdi üryan çəsəd olmiş gedərsin.

 

Tutmaz idin bir fəxirin əlindən,

Sormaz idin bir yetimin halından,

Halal-haram qazanduğun malından,

Şu fani dünyada tökmiş gedərsin,

 

Malın vardur deyu, belə keçərdin,

Sufalar qurubən badə biçərdin,

Heyvanları məhbub saçıb içərdin,

Şimdi qara yerə keçmiş gedərsin.

 

Dərtli Kərəm der, olur halım,

Bənə səndən oldi al qanli zalım,

Heç vədəya baxmaz, ulaşur ölüm.

Şimdi əcəl şarbatini içib gedərsin.


 

     7. BƏN

 

Arif olan eşidəsin biləsin,

Ğəmli hicranım dərdyasıyim bən,

Hər yerimdə dürli-dürli yaram var,

Sağalmaz dərtlərim, binasibim bən.

 

Yürəgim dəryadur gövlum bir ədə,

Dərdim oldi güni-gündən ziyada,

Hər zamanda Kərəm düşəndə yada,

Alışıb odalara yanasiyəm bən.

 

Hey ağalar, yalan gəlməz dilimdən,

Bir bülbül uçurmişim gülümdən,

Yüzi qara bir kişinin əlindən,

Gül olmamiş Kərəmin anasiyim bən.

 

 

     8. GEDƏRİM

 


Şeyx lələm, sən məvləmi sevirsin,

Bir yol göstər bən o yara gedərim,

Elimdən-günümdən oldum avara,

Toğrasalar da parça-parça, gedərim.

 

Bir ovçunun ovi getsə arali,

Gecə gündüz gəlməz səbri qərari,

Yüturmişim bu səhrada marali,

Ovçisiyam peşin sıra gedərim.

 

Yigid odur öz adıni saxliya,

Məcnun kimi taği taşi səsliya,

Bən Kərəmim, kirəçiyim Əsliya,

Yüküm cəmdur, qəmişkəra gedirim.


 

 

       9. «ƏSLİ-KƏRƏM»DƏN

 

      Sular axmaz oldu, heç dostum bilməz,

      Süsən ağlar, sünbül ağlar, gül ağlar,

      Sarılaydım yeddi yerdən belinə,

      Kəmər ağlar, qaftan ağlar, bel ağlar,

      Gedəydim ulaşaydım köçünə,

      İlək olub karışaydım saçına,

     Varmam kilisaya, taxmam xaçına,

     Əslim, misliman ol, qalma erməni.

     Söyliyən Senibanlı

 

 

 

 

 

       "QURBANİ" DASTANINDAN

 

                        10. BƏNİM

 

Şahim, səni ərz edibən gəlmişəm,

Yetər gör halimdən, gözəl şah bənim.

Gövlümün idraki, gözümün nuri,

Agah ol halimdən, gözəl şah bənim.

 

Yigit olan kavğa dilər, kan dilər,

Zərraf olan yaqut ilə ləl bilər,

Gəncəlilər tağa-taşa saldilər,

Əlimdə varikən toğri rah bənim.

 

Kurbani der: sultanımi, xanımi,

Yaş yerinə axırıdım kanımi,

Şaha peşkəş gətirmişim canımi,

Yoxdur ondan özgə bir matah bənim.

 

 

     11. bəni

 

Ala gözlərinə qurban olduğum,

Arş edib aləmə bildirmə bəni,

Açma bayaz gösgün, turma qarşımda,

Əcəlim yetməzdən öldürmə bəni.

 

Ay qız, sən bilsən var aynımda,

Dola bayaz qollarıni boynuma,

Bir gecə misəfir eylə göynümdə,

Sabax oldi deyib, qaldurma bəni.

 

Qarşımda görünən yarım oleydi,

Dərdlilər halıni soran oleydi,

Hərkeşin səvdüğuni verən oleydi,

Bən aşix olmişim, öldürmə bəni.

 

Qurbani der, bən olsam el kibi,

Axıtsam gözümdən yaşi sel kibi

Baxçada açılan təzə gül kibi,

Ver al yanağından, soldurma bəni.

 

 

            12.GƏLDİ

 


Kiyan edin, dostlar, qalxın ayağa,

Ədalət şahının fərmani gəldi.

İstixar eyləyin, tutun sələmə,

Sərçə sarayların xubani gəldi.

 

Zinnətlənsin məclis, şamlar da yansın,

Əhli xizmət etsin, qullar oyansin,

Saqilər tolansin, gədəf bulansin,

Ğəmi dəf etmənin zamani gəldi.

 

Qurbani, ğussədən qaxmiyer başın,

Dərk vurub dəryada qayniyer leşin,

Xəyali yarinən görünməz işim,

Bu dərtli gövlümün dərmani gəldi.


 

 

     13. SİLAİ

 


Dər xandan çıxdi bir çuvt gəmimiz,

At dənizə əsir teməyə gedərsiz,

Tükəndi suyumuz, gəldi əngimiz.

Yaradan, sən nəsib et eyi Silai.

 

Gəmimizin beli taşdur, tayanmaz,

Yatmiş oyar, baxdım daha oyanmaz,

Əcəl gəlməmiş dəli könül inanmaz.

Yaradan, sən nəsib eteyi Silai.

 

Dərya kənarında sümbüli tağlar,

Qurbani, gözlərin daimə ağlar,

On bir buçux, onda göründi tağlar,

Yarabbim, sən nəsib eteyi Silai.


 

 

            14. BƏNİM

 


Başına döndüğüm ədalət kani,

Uzaxda qalmişdur ellərim bənim,

Özüm sərqərdəim, yoxdur pənahım,

Üzülmüşdür yarımdan əllərim bənim.

 

Dastan olub düşdüm dildən-dillərə,

Sürgün olub düşdüm çöldən-çöllərə,

Dünyani kəşf etdim faqğur-fağrurə

Türkə Misirə düşdi yollarım bənim.

 

Şahrizar hakimi ol  Abdul Kibar,

Fərman verib etdi bəni tarimar,

Cəlladın əlində bən oldum əsir,

Lal oldi söyliyan dillərim bənim.

 

Yütürmüşim əxrəbimi elimi,

Bina əzəldən fələk bükdi belimi,

Əlimdən aldurdum qözəl gülümi,

Xara qismət oldi güllərim bənim.


 

 

 

     15. SABAXDAN

 


Yığılın, yərənlər, dəftər tutağın,

Bir nəmə yazağın yara sabaxdan,

Naməm gedib dost kövündə oxunsun,

Varem dost kövünə, qalem sabaxdan.

 

Aləmi almişdür çənqur çürəsi,

Puçdur bu dünyanın yoxdur binasi,

Qəfəsdən görünür yarın simasi,

Bənzər təzə yağmiş qara sabaxdan.

 

Şükür ki, yetişdux bahara-yaza.

Göllərdə bölənmiş ördəgə-qaza,

Bir yigid sitqinən tursa namaza,

Çənnət libaslarıni geyar sabaxdan.

 

Çənnət bağında güllər bitər,

Güllərin üstündə bülbüllər ötər,

Qədir mövləm qəni aləmə yetər,

Hər gülün rısqıni verur sabaxdan.

 

Çox gəzmişim Arabistan elini,

Farsiçadur, ögrənmədim dilini,

Qurbani der, xas baxçanın gülüni,

Umarim səvgüllüm dərə sabaxdan.


 

 

     16. GÖZLƏRİ

 


Sallandi İramdan bir gözə çıxdi.

Döndi qiya-qiya baxdi gözləri,

"zi təhnələrdən eylər işarət

Ömrümün burçuni yıxdi gözləri.

 

Qurban olem səni yaradan haxa,

Qoynun çənnət baği, miskinlər qoxa,

Qurbani yarına toyunça baxa,

Adlamişdur çaği vaxti gözləri.

 

Neçə odlanmiyem, neçə yanmiyem,

Dəli könül bir səvdəya bağlanrmış,

Özi gözəl, sözi şirin, xoş nəzən,

Qəmzəsi çox, qaşi yaya bağlansın.

 

Bir dilbər oturmuş özi-özünə,

Taramiş zülfüni bədir yüzünə,

Canmi tayanürdi şirin sözünə?

Zanarsin bulutdur, aya bağlanmış.


 

     17. SABAXDAN

 


Ey ağalar sizə tərif eyliyem,

Bir namə yazdurem yara sabaxdan

Qədir Allah muradımi verürsə,

Qavuşayım nazli yara sabaxdan.

 

Yarımın əlində kənkür çərüsi,

Puçdur, bu dünyanın yoxdur binasi,

Qəfəsdən görünür yarın simasi,

Təza yağmiş qara bənzər sabaxdan.

 

Çox gezmişim Arabistan elini,

Hayıf ögrənmədim bən dilini,

Qurbani der xas baxçanın gülini

Omarım səvgülüm  dərə sabaxdan.


 

 

 

 

    "AŞIQ   QƏRİB"DƏN

 

 

     18. BƏNİ

 


Bir sözilə bən tuzağa tutuldum,

Bu qərib yerlərdə yaxdın yar bəni,

Həsrətin narından gül olub yandım,

Ahu gözlüm, haldayım, gör bəni.

 

səbri qərar var, dildə iqrar,

Könül Məcnun olmiş Leylasın arar.

Vaz keçsəm səvdədən ellər hey qınar,

Gəl əfəndim, al əfəndim, sar bəni.

 

Aşıx Qərib, kövüllərin uğrusi,

Gerçəkmidür bu səvdənin ağrisi.

Gəl sənə söyliyem sözün doğrisi,

Gəl əfəndim, al əfəndim, sar bəni.


 

 

     19. GÖRÜNDİ

 


Gözlər seyrana çıxmiş,

Gözə bir dilbər göründi.

El vurub fərdən qaldurdi,

Bir acayib can göründi.

 

Hani tağların qari sən,

Hani bağların bari sən,

Dilbər sən kimin yarisən?

Qoynundaki nar göründi.

 

Aşıx Qərib der fidani,

Zulfin kəsturur gərdəni,

Təprətmə nazik bədəni,

Gümüş kəmərlər göründi.


 

 

     20. GƏLSİN

 


Xoça bir sirrim var desəm ayıpdur,

Bənim yarım yeddi yildur qayıpdur.

İsmini sörarsaz Aşıx Qəribdur,

Xocam de Qəribə, turmasın gəlsin.

 

Xoca sənsin xocaların xocasi.

Başına örtünmiş altun küçəsi,

Şəxsənəm bacısi, bən nişanlımi,

Xocam de Qəribə, turmasın gəlsin.


 

     21. NİYƏ SÖYLƏTDİN?

 


Bu xəbəridi gəldi götürdi,

Şadikənd gövlümi ğəmə batürdi.

Şəxsənəmi beymurada yeturdi,

Nənə, bən lal idim, niya söylətdin?

Xəbər gətürənin beli bükülsün,

Yüzünün qəvhari yerə tökülsün,

Dilərim mövladan çani çəkilsin,

Nənə, bən lal idim, niyə söylətdin?

 

Xəbər gəldi axıl başdan tağıldi,

Ala gözdən qanli yaşlar söküldi,

Kəribin boyuna kəfən biçildi,

Nənə, bən lal idim, niya söylətdin?

 

İştər bundan belə dünya durulsun,

Qərib olmuş, məzarına nur ensin,

Şəhvələtin iki gözi kor olsun,

Nənə, bən lal idim, niya söylətdin?


 

 

     22. NEYLİYEM?

 

Hey ağalar fələginən oynadım,

Oynadım da fələk bəni yengdi, neyliyem?

Bən canimi dirəşinən döşürdüm,

Fələk qan-tərinən tartdi, neyliyem?

 

Kim oynar fələginən, oda yutulmaz,

Hakim yazısına hiyla qatılmaz,

Can deduğun tuti quşi tutulmaz,

Fələk bir fəndinən tutdi, neyliyem?

 

Yıxılın ayağıma, qohum-qardaşlar,

Axıtdım didamdan qanilə yaşlar,

Aşıx Qərib bir bağ tikimş, qardaşlar,

Fələk öfkəynən yıxdi, neyliyem?

 

 

     23. HƏLƏB ŞƏHRİ

 


Hələb kimi yerim olsa,

İçi doli malım olsa,

Hələb qızi yarım olsa,

Durmaq olmaz, Hələb şəhri.

 

Hələbin dörd yani dağdur,

İçi mor sünbülli bağdur,

Namə gəldi, Sənəm sağdur,

Durmaq olmaz, Hələb şəhri.

 

Hələbin dört yani quyi,

Quyidən çəkərlər suyi,

Şahsənəmin fidan boyi

Durmağ olmaz, Hələb şəhri.


 

 

     24.TƏVRİZİN

 

Dinləyin, ağalar, "rif eyliyem,

Açılur səhərdə güli Təvrizin,

Dügündə-bayramda geyarlar atlaz,

Bozulmaz yeşili-ali Təvrizin.

 

Təvrizin ədrəfi dağdur - meşədür,

İçində oturan begdür - paşadur,

Səksən bin məhlədür, yüz bin köşədür,

Çarşısi-bazari, yoli Təvrizin.

 

İpligi Hintdən bükülür gəlür,

Buğdasi, birinci əkilür gəlür,

Qoyini Muğandan çəkilür gəlür,

Gürcistandan gəlür şali Təvrizin.

 

Aşix Qərib sevlər yaradan ani

Bu fani dünyada sən saxla bəni,

Acəmin sultani, Tiflizin xani,

Onarinən idi işi Təvrizin

 

"İBRAHİM ASLAN ŞAH" DASTANINDAN

 

 

     25. MƏZAR SANDUĞİ

 

Alçaqdan-yuca çəkilmiş başin,

Məzar sanduği, İbrahimi neynədin?

Atılsın kərpicin, qalmasın daşın,

Məzar sanduği, İbrahimi neynədin?

 

Qalalar içində yaman qalasan,

Yigidlər başına dərdsən, bəlasan,

Qarğayaram səni, veran qalarsan,

Məzar sanduği, İbrahimi neynədin?

 

Belə bir gün gülsəm, yüz gün gülmərəm.

Özüm öz dərdimi çəkə bilmərəm,

Ölüm istəyirəm, indi ölmərəm,

Məzar sanduği, İbrahimi neynədin?

 

 

 

"YUSİF ZÜLEYXA" DASTANINDAN

 

 

     26. DEYU

 

Bən bir Yaqub idim kəndi halımda,

Allahın kəlami oxur dilimdə,

Yusifi yütürdüm Kanan elində,

Ağlar Yaqub, ağlar, Yusufum deyu.

Getdi gəlmədi, ey vax deyu.

 

Qardaş-qardaşa beləmi qıyar.

Şeytanin sözünə adammi uyar,

Yusufun kömləgin al qana boyar,

Ağlar Yaqub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

Yaqubun axar gözünün yaşı,

Hər axduqca tökülər dəmüri-taşi,

Yusufi quyuya buraxdi qardaşi,

Ağlar Yakub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

Yusufun gölməgin al qan etdilər,

Qurtlara quşlara böhtan etdilər,

Yusifi Misirə sultan etdilər,

Ağlar Yaqub, ağlar:, Yusufum döyu,

Getdi gəlmədi, ey vax deyu.

 

Yusufi göndərdilər ölüm qəsdinə,

Quyuya buraxdilər ölum qəsrinə,

Cəbrayıl yetişdi haqqın dostuna,

Ağlar Yakub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

Bir bəzirgən gəldi üç aylux yoldan,

Yusufi qurtardi quyu gölundən,

Mövləm rəva verdi Misirə sultan,

Ağlar Yaqub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

Bu haqq kömləgi Misirə gəldi.

Anam tuymazdan babasi tuydi,

Həzrəti Yaqubun açıldi gözi,

Ağlar Yaqub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

Mövləm izin versə tağlara varsam,

Qurtlardan-quşlardan xəbərin alsam,

Gül yuzli Yusufum çamalın görsəm

Ağlar Yaqub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

       Bir bəzirgən gəldi quyulara qöndi,

Bismillah oxudi quyuya saldi,

O quçaynan dünyaya gəldi,

Ağlar Yaqub, ağlar, Yusufum deyu,

Getdi gəlmədi, ey vax deyu.

 

 

27. "ARZU-QƏNBƏR" DASTANINDAN

 

İbrığın uci burğun,

Üç yigit bənə vurğun,

İkisi elə-belə,

Biri kövlümə uyğun.

 

İbrığ susuz olurmi?

Dibi kumsuz olurmi?

Gedin deyin müftiyə,

Yigit yarsız olurmu?

 

İbrıği suya daldurdum,

Doli deyi kaldurdum,

Bən-bənim dinim Kənbər

Bən bilərzik çaldurdum.

 

 

 

 

    "YARALİ   MAHMUD" DASTANINDAN

 

     28. YAR

 

Elimnən, yurdumdan oldum dərbədər

Hani bənim məmləkətim, elim, yar,

Səvgi səvgisinə beləmi yanar,

El bilməsə, sən bülürsün halım, yar.

 

Havalanmış könül quşi dövr eylər,

Təbib gəlmiş yaralarım əmr eylər

Bir tərəfdən qohum-qardaş cövr eylər,

Bir tərəfdən sən bükərsin belim, yar.

 

Bülbül ağlar, gül yerinə xar bitər,

Bu sinimdə ox degməmiş nerəm var?

Bən Mahmudam, Məhbuba intizarım var,

Qoyma çöldə gözi yaşli qalem, yar.

 

     29. BƏNİ

 

Ayrılux naməsi gəldi yetişdi

Çarxi fələk yardan etdi, yar bəni.

Gedişimdür, şimdi bəlki gəlmiyem,

Düşmən işdər, qalem beymurat bəni.

 

Şah əmr edər, Mirzə gəlür, xan gedər,

Gözlərimdən yaş yerinə qan gedər.

Sənsiz bunda qəral olmaz, can gedər

Aldi bülbül təki, bu fəryad bəni.

 

Dilim söylər yara yetişməz əlim,

Yardım bənim daim fikri xəyalım,

Ben Mahmudam, nəxsinadur diyarım,

Yazmadi müqəddəs olem şad bəni.

 

     30. Bu gecə

 

Genə bahar oldi, ötər bülbüllər,

Firaqi axlimi aldi bu gecə.

Yarından ayrılan çığli yatar,

Alişdi döşəgim, yandi bu gecə.

 

Yar əlində toli-toli qədəhlər,

Bəni küt eylədi dərtlər-mərəqlər.

Baş ucumda yanar şamdan çiraxlar.

Fələk qanat çaldi, söndi bu gecə.

 

Ğəm libasi geymiş qarali kimi

Sinəm xancarlanmış parali kimi

Ox dəgmiş Mahmuda yarali kimi

Yatmadi, bir yana döndi bu gecə.

 

     31. QARDAŞIM

 

Səhər səməndini bürüdi duman,

Eşkin zavraqini ğərk etdi ümman,

Daha sağluğuma gəlmiyer güman,

Gündə gün əksinə gedər var işim.

 

Bən bu dünyay belə xəin bilməzdim,

Rəhmə gəlib didam yaşi silməzdim,

Meydan olsa, belə qola gəlməzdim,

Kim eyləsin fələginən təşvişi.

 

Öldürün Mahmudi degməyin xana,

Qoli bağli, ölüm düşməz canıma,

Qanli kömləgimi yolla anama.

Tuysa qanli yaş tökər Əhməd qardaşım.

 

 

     32. OLDİ

 

Bən bildim çazidəndur bu felim,

Nəsil qiydi qırılacax bu əlim,

Sarmadi can-cani, büküldi belim,

Bilmədim dünyada bir tənəm oldi.

 

Əcəb silinürmi yardaki yara,

Canim qurban edərim ola bir çara,

Bəxdim siyah oldi, tuvağım qara,

Gülmədim dünyada begzədəm oldi.

 

Canim çıxsın, yar qədrini bilmədim,

Məndil alıb göz yaşıni silmədim,

Məhbubiyam, Mahmut qədrin bilmədim,

Gülmədim dünyada, Mahmudum öldi.

 

     33. GƏNCƏNİN

 

Əglən, Mahmud, əglən iltimasım var,

Bizdən yada düşdi yoli Gənçənin,

Gözlərim ariyer gezduğum yollari,

Eşi, dosti, həm yarəni Gənçənin.

 

Sabax-sabax gəlür şeydanin səsi,

Gözəllər geyarlar türli libasi,

Varidi babamın ağır xəznəsi,

İncisi-mərcəni, ləli Gənçənin.

 

Gəncənin ətrafi turli bağ ola,

O gün məmələrin altun tağ ola,

Məhbub diyar, Mahmut yarım sağ ola,

Billahi, çəkmərəm ərzumani Gənçənin.

 

 

     34. SIRA

 

Könül, beklərsin veran xoş güni,

Can getdi, sən varardın sıra,

Bu eşgin ataşi neylədi bəni,

Göy dəmür çaruğun talardi sıra.

 

Üç gün əvvəl məskəninə varmalı,

Alayların bölük-ölük bölməli,

Düşmənindən intiqami almali,

Əl eylə qılıncı talardi sıra.

 

Xəyal-xəyal oldi, Mahmud, işlərin,

Didamdan axıtdım qanli yaşlari,

Məhbub getdi, qaldi bunda yeşləri,

Əl eylə yağluğa, silərdi sıra.

35. Aşıx  mahmudun  hekayəsi

 

Günlərin bir güni aşıx Mahmud təpədən enmədə əmədəni oliyersə ayağıni ağırdiyer.

Əvinə topalliya-topaliya gəlir, qarısı diyer ki, oldi ayağan?

Mahmud diyer ki, oldisə, əmədəni dizim ağırdi. Mahmud çox həkimlərə göstəriyer, ama bir şifa olmiyer. Bu diyer ki, gedəm əvə qarımınan görüşem , çıxıb qürbətə qedem, ayağımi eylədem gəlem.

Əvinə gəliyer, qarısinən qorüşiyer  çıxıb gediyer.

Günlər keçiyer, aylaryillər  keçiyer, aradan iyirmi beş yil ötüb  keçiyer.

Mahmudun ayaği eyləniyer. Aşıx Mahmud fikirləşiryer ki, indi bən nəsil ayniyem ki, bənim qarım köçmişmidür, yoxsa beklərdimi bəni. Aşıx fikirləşiryer ki, təzə gəlin bekləməzdi.

Mahmud geyinyer dərviş üstüni gəliyer.

Gəliyer, baxiyer ki, bəzəkli düzəkli bir qız balkonda turiyer.

Aşığın yoluni iyirmi beş  yildur bekliyor, gecə , gündüz .

Aşıx diyer ki, əgər beni içəri alsa, demax bu hər yoldan keçəni içəri aliyerBuni bir sıniyem.

Binaya yaxınlaşiyer diyer:

Böyük qapının gəlini,

Kəmər incitmiş belini,

Qondur bəni telli gəlin.

Gəlin:

Ev sahibim əvdə yoxdur,

Dostumdan düşmənim çoxdur,

Qonduramam, yolçi səni.

Aşıx:

İstanbuldan çıxan tatar,

Qamçisini gökə atar,

Qərib oğlan nerdə yatar,

Qondur bəni, telli gəlin.

Gəlin:

İstanbuldan çıxar tatar,

Qəmçisini gögə atar

Qərib oğlan xanda yatar,

Qonduramam, yolçi səni.

Aşıx inanmiyer, gecə çıxiyer baçaya, baçadan xəpənqisi oliyer, oradan baxiyer. Baxsa ki, qarının yanında bir çavagir yatiyer.

Bu qürbət gedəndə qarısının karnında gümənə çocuği oliyer.

Sabax erdən Aşıx kapının önüni göstəriyer diyer.

Aşıx:

Sabağın tandur gəlin,

Odların yandur gəlin,

Qoynunda yatan yigit,

Sənin nəyindur gəlin?

Gəlin:

Sabaği tandurmişim,

Odlari yandurmişim,

Qoynumda yatan yigidə

məmə əmdurmişim.

Aşıx:

 İstanbulda çıxar farman,

Dizingə olayin dərman,

Aşıx Mahmud sənə qurban,

Qondur bəni, telli gəlin.

 

Gəlin:

İstanbulda çıxar farman,

Dizinə olayin dərman,

Məməm yastux, saçım yorğan,

Qondururum, yolçi səni.

 

Sora 40 gün 40 gecə toy-bayram ediyerlər. Oğluni əvəriyer. Həyati təzədən şənlədiyer.

 

36. MAHMUD MƏHBUB

 

Padşahın Mahmut adli oğli oliyer, on beş yaşında rüvəsində Gəncə xanının qızı Məhbuba buta veriler, atasından izin alıb Gəncəyə gəler. Parası tükəner, bir nəfərin yanında körük çəkiyer. Sicaqdan-sovuqdan, acından xəstələniyer, bədəninə yara düşüyer. Gəncə xanının qızı da eyvanda Mahmudi göriyer kimsin, edirsin soriyer. Oğlan kişiden ogrənibmiş ki, qız Məhbubdur. Mahmut:

 

Bən Mahmutum, bir qış bunda qışladım,

Yaralarım göz-göz oldi işlədim,

Qan kurudi, can çıxmaya başladi,

Ölənəcan Məhbub diyem, yar diyem.

 

 Sonra Məhbub oğlana para atiyer ki, kendini müalicə etsin. Müalicədən sonra Mahmut qızi aparmağa gəler. Bir gecə qızi qaravaşlarıni götürüb çıxerlər.

Bir xeylax gələndən sonra Mahmut diyer ki, siz bunda dayanın, bənim dostum var, gedem ona deyim, atama xəbər versin, bizi eyi qarşılasınlar. Mahmud gediyer, dönəndə yoli aziyer, qarannuğa düşiyer, yol bulamiyer. Şaşurmiş diyer:

 

Qədir Allah, qaranuğa bənd oldum,

Ağlarım, sızlarım yol deyu-deyu.

Yitirdüm ceyrani bu fələkətdə

Həbeş tolanuram çöl deyu-deyu.

 

Yürəgim başıni bürümüş yara,

Əflətün gəlsə edəməz çərə,

Yarabbım, sən qoyma bəni bu tara,

Gözlərim vay çəkər yol deyu-deyu.

 

Çağırın Xıdıri olayım tabi,

Yürəgimə saldi ataşi, abi,

Yetiş imdadıma, ey Xıdır Nəbi,

Qurtar bu Mahmudi qul deyu-deyu.

 

Mahmud gedəndən sonra gəlmədiyini görüb qızın yoldaşları diyer ki, oğlan səni aldatdi, qaçdi, daha səni götürməz, gəl gedax geri, baban səni bizlərdən birinə verir , yaşarıq. Tək qız imiş. Qız xəyala gedib diyer:

Əglən, Mahmut, əglən, iltimasım var,

Birdən yada düşdi, yoli Gəncənin,

Gözlərim ariyer gəzduğin yeri,

Eşi, dosti, həm yarəni Gəncənin.

 

Sabax-sabax gəlürdi şeydanın səsi,

Gözəllər geyardi türli libasi,

Vardi babamın ağır xəznəsi.

İncisi, mərcani, ləli Gəncənin.

 

Gəncənin ədrəfi türlü bağ ola,

Nari-heyvasi, müri çox ola,

Məhbub diyer, Mahmut yarım sağ ola,

Billahi, çəkmərəm ərzumani Gəncənin.

 

Əzəlki ixrarım yoxmidür bəndə,

Bu bənim ataşım yoxmidur səndə?

Zalim kalbi kara, bir əglən, sən ,

Dəxi qalmadi ərzumani Gəncənin.

 

Sonra Mahmut gəler, qızi aparer, evlənerlər.

 

"LƏTİFŞAH" DASTANINDAN

 

 

     37. günüdür

 

Xoca lələm, sənə şikayətə gəlmiş,

Bu gün əhvalımın yaman günidür,

Dünyanın tədbili tağiyir olmiş,

Əgər bu sərimin yamen günidür.

 

Hani şah babamın taci-taxti,

Fələk bozdi tərkidiyar buraxdi,

Firagi haxlımın tağayir vaxti,

Əsər bu sərimin yaman günidür.

 

Lətifşahım, açma ğəmli sinəmi,

Fələk bozdi zavrağımi, binəmi,

Tülək tərlan kimi cəngə saldi sonami,

Dondi dövran, axır zaman günidür.

 

     38. BƏNİ

 

Başina döndügüm gözəllər xani

Salibdür dərmansız azara bəni.

Yusuf tək düşmüşəm misri cahana,

Satmağa götürür bazara bəni.

 

Dad eylərəm çərxü-fələk əlindən,

Kurtulmadım müxənnətin felindən,

Cida saldi zalim bülbül gülündən,

Məcnun tək etdi avara bəni.

 

Lətifşah der, hökmü rəvan eylədi,

Harama cənginə qurban eylədi,

Dinsizin qətlinə fərman eylədi,

Visalimdən atdi kənara bəni.

 

 

39. LƏTİFŞAHLA  İSFƏNDİYARIN  DEYİŞMƏSİ

 

İsfəndiyar:

Öz raziliğimlə özüm gəldim meydana,

Bən bu çəngi Nuh-tufana tapşurdum,

Cövlan edib qiymətimi ararkən,

Sən tək şikar əvgəhimdə bulmadim.

 

Lətifşah:

Hüsnüm dəgül qoçum, bu gün qayrat günümdür,

Bən bu cəngə girən günüm ölüm günümdür,

Mehribanın xayalında uçarkən,

Pərvanə tək kəndimi nara tapşurdum.

 

İsfəndiyar:

Alaylar dağıdıb saflar bozarım,

Bin düşməni bir cudəyə düzərim,

Qavğa etməgən güni məlul gəzərim,

Bən bir can alıci cəllad olmişim.

 

Lətifşah:

Gəl, qoçum, girmə el-günün ahına,

Vallah batururlar ğəm dərgahına

Bən sığınmişim  şahlar şahına,

Yaradan mövləmi safar almişim.

 

İsfəndiyar:

İsmim İsfəndiyar, cismim namudur,

Qurşatmişim Hindistani, edim tar-mar.

Peşkeş üçün Fes şahına bir gözəl,

Mehriban sultani sıfar almişim.

 

Lətifşah:

Lətifşah da der can aluci ariyam,

Hicran möhnətiyəm, ğəm tarimariyam,

Mehriban Sultanın qurbanluğiyam,

Yar yolunda bu gün ölüm günümdür.

 

 

     40. NİYAZ ETSİN

 

Al bu naməy o yara yetür,

O Şahlar şahına bir niyaz yetur,

Yüz sürsün lələmin hagi payına,

O şahlar-şahına bir niyaz etsin.

 

Lətif şah müşküli qaldi dəryada,

Üçlər-beşlər yetişsinlər fəryada,

Keçən günlər bizə gəldi rüvədə,

O şahlar-şahına bir niyaz etsin.

 

Mehriban xanımın ixral imani,

Yaradan hər kimsənin güməni,

Çansıza can verən ol gövli çəni,

O həzir nəzirə bir niyaz etsin.

 

     41. BƏNİ

 

Bən səni görmişdim aslan tonunda,

Əlimdə idi şah babamın fərmani,

Lal idim, xaç idim gendi yerimdə,

Bəxşiş eyləmədin bir ricaya bəni.

 

Bəklərdim yolların müdət çağında,

Artdi əfqarım ğəm mərəqımdan

Ən bahar fəslində əlvən bağında,

Qızıl güləm, bülbül təki sor bəni.

 

Bən Mehriban, xan dəgülüm ol qəlbi qara,

Sit ilə bel bağla bən xülüskara,

Əgər gəlməsəydin bizim diyara,

Yandururdi Kərəm təki nar bəni.

 

 

     42. EYLƏDİM

 

Endim Hindistana əglənib qaldım,

Təbdil tona girib bezirgən oldum,

Mehriban xanımi baxçada buldum,

Bir zamanda fəs elinən eylədim qavğa.

 

Bir zalım da bizdən istədi yari,

Qurşatdi Hindistani, eylədi qari,

Bir çılında kəsdim Əsvəndiyari,

Bir zamanda fəs elikən eylədim qavğa.

 

Lətifşaham, onlari heylədim,

Ağam əmr eylədi, divanında söylədim,

Mehriban xanıma dügün eylədim,

Bir zamanda yarilə yetdilər murada.

 

43. EYLƏ

 

Murli quşi, sən mövləni sevirsən,

Qanad çal qırağa bir xəbər eylə,

Gögdə quşlar rəhm etməz halımdan,

Yetiş hər diyara bir xəbər eylə.

 

gəhından taldım xirtab bəhrinə,

Yunus möhnətinə, Yusuf qəhrinə,

İxtiyar lələmə Yaman şəhrinə,

İntizarli yara bir xəbər eylə.

 

Bən Lətifim qaşi kəmani,

Aramızdan getdi muddət zamani,

Kesin məhşərə bəndən gümani,

İxtiyar pədərə bir xəbər eylə.

 

     44. GÖZLƏRİM

 

Kəsildi nimanım yad oldi Vətən,

Gözdən irax düşdi bizim erin tağlari,

Leyli intizari genə bu çanda.

Fələk bizdən cida saldi sağlari.

 

Yaxın mənzilimiz art taşidür,

Cismimi yanduran eşk ataşidur,

Yari yardan ayıran hakim işidur

Fələk bizdən uzax saldi sizləri.

 

Lətif şah vətənindən cidədur,

Murat verən allah bəri xudadur,

Fələk bəni hicran taxtasiylə buddur,

Həsrət qaldi, görməz daha gözlərim.

 

45. GEDƏRİM

 

Xub içində yatan beyxəbər oğlan,

Bir od düşdi şirin cana, gedərim,

Yaxam bir kəsildi sabri-qərari

Ataş alıb yana-yana gedərim.

 

Geymədim aynıma yaşıli - ali,

Qara geyib gözlərim gözlər yoli,

Öz əlimnən yazem sənə bu arzuvali,

Sənə verib bir nişana gedərim.

 

Mehriban sultan da sənə müftala qaldi,

Gözüm görüb gövlüm şadu ğəm qaldi,

Məkandan mənzilə üç aylux yoldur,

Sorsan məhvərimi, Hindistana gedərim.

 

     46. GÜLÜMƏ

 

Qəni dərya, heç insafın yoxmidur,

Mərhəmət qıl məlum- müşkül halıma,

Yar yolunda çox çafalar çəkmişim,

Bən bülbüli həsrət qoyma gülümə.

 

Səfil özün ğərğ eylədi coşkuna,

Yütürdüm haxlımi döndüm şaşğuna,

Bir fərəh ver rəsülüllah eşkinə,

Hər tərəfdən hisar çəkmə yoluma.

 

Lətif  şah der, hak yazısi silinməz.

Başa gələn beş gün əvvəl bilinməz,

Dünyanın tədbili taqair olmaz,

Xəyal-xəyal təşvüşlərim gəldi dilimə.

 

     47. DƏRMANINİ

 

Lələm, üçün sorarsın gövlümün cafasıni,

Ehtibarsiz puç dünyanın kim sürər səfasıni,

Bir tağair gözəl gördüm, atdi hicran oxuni,

Xişmilə tarimar etdi gövlümün qəfəsini.

 

Çəngilə haqa gətürdüm ğəniməti cafadan,

Səksən bir havcat içində endurdum kecivadan,

Tədbir-tağair gördüm, haxlım getdi havadan,

Ələm çərah olsa, bilməz dərdimin dərmanını.

 

Lətifşah da bu dərdimə ğəmdən fərəh bulmadi,

Təxtiri əmri xudadan gedər yerin olmadi,

Türbəmi ziyarət edən şuği tərlan gəlmədi,

Aləm təbib olsa, bulamaz dərdimin dərmanıni.

 

     48. YAR, SƏNİ

 

Bir görüşdə bəni eylədi zərxoş,

Keşkə görməsəydim, zülümkar, səni,

Tağair zəmmişim xişim varimiş,

Bu qibalda görməsəydim, yar, səni.

 

İhral versən ihralında turardum,

Gəndi rüxsətindən murad alurdum,

Bin canımi bir gününə verürüm,

Çani bildən bilsəm xüliskar səni.

    

Sərgəndə Lətifi sən etdin boylə,

Vucudi məhrinə saldın vəl-vələ,

Hüridan xoş camalın, qılmandan ə"la,

Mələkdən möhtəbər gördüm, yar, səni.

 

 

 

 

"Şah  İsmayıl" dastanından

 

 

     49. NEYLİYEM

 

Yatmışdım bən xuba qəflətdə,

Dərunum aşkinən toldi, neyliyem?

Sirli ərənlərin dastan bağında

Sövdəsin sərimə saldi, neyliyem?

 

Bilməm mələkmidür yaxud huri,

Arayıb bulmali o nazli yari.

Ay kibi vurmişdür yüzümə nuri.

Gülizar haxlima düşdi, neyliyem?

 

Şah İsmayıl bülür bülbül dilindən,

Vədə nuş eylədim kırxlar əlindən,

Ayırdılar bəni gülizarimdən,

Yolumuz qürbətə düşdi, neyliyem?

 

"Tahir    Zöhrədastanından

 

     50. GƏLMƏDİ

 

Yeddi yildur görmədim bən yavrumun böyuni,

Sağluğunda tutamadım dügününü toyuni,

Kim su tökdi, kimlər yuydu boyuni,

Ağla Sənəm, qərib balan gəlmədi.

 

Qürbətdə bən  görəmədim yavrum yüzüni,

Kim söylətdi, kim dinlədi sözüni,

Kim bağladi çəngəsini, yumdu gözüni,

Ağla Sənəm, qərib balan gəlmədi.

 

Bən Zöhrəyam ağladım  çox, gülmədim,

Yeddi yildur yavri yüzün görmədim,

Sənəm, sən bir murada yetmədin,

Ağla Sənəm, qərib balam gəlmədi.

 

 

 

51. «TAHİR ZÖHRƏ» dən

                           


Aldı Tahir:

Ol bənim məstanə göglüm,

Dillərə dəstanə göglüm,

İstərəm şan ola,

Qurulmaz kahında göglüm.

 

Aldı Zöhrə:

Gül əkdim əkin-əkin,

Aldurma əlindəkin,

Hər gələn halım sorar,

Heç bilməz göglümdəkin.

              

Aldı Tahir:

Şəhrimiz alti əkin,

Aldurdum əlimdəkin,

Şu qarşında turan canım,

Bilməzmisin, qəlbimdəkin.                   

Aldı Zöhrə:

Sevdigim bir dənədir,

Sədəfdən dürdanədir,

Taldım əşq dəryasına,

Çıqardım bir tanədir.

 

Aldı Tahir:

Qaynar qazan taşmazmi,

Qarşudan yanaşmazmi,

Tağ-tağa qovuşur,

İki həsrət qovuşmazmi?            

Aldı Zöhrə:

Qaynar qazan taşa gəl,

Qarşudan yol aşa gəl,

İki həsrət qovuşur,

Gəl, bənim əfəndim, gəl.


 

 

52. ŞENLİKLƏ  SÜMMANİNİN  DEYİŞMƏSİ

 

Aşıx Şenlik Çildırdandur, Aşıx Sümmani Suxaralidür. Aşıx Sümmani eşidiyer ki, Çildırda bir aşıx çıxmış, fikirləşiyer ki, iki qoçun başi bir qazanda qaynamaz. Ona görə on beş il sonra günlərin bir günündə gəndi sazını alıb Çildıra gəliyer. Çildıra gələndə Aşıx Şenliyin əvini xəbər aliyer. Aşıx Şenliyin əvini xəbər veriyer camaat, diyer ki, əyə, bu adam, vallah, xam adamdur ki, Aşıx Şenliyin əvinə gəliyer, bu heş bir şeydən xəbəri yoxdur. Gəlin bizdə bunun arxasınca gedax, orda bir yaxşi deyişmə olur, onu dinniyax.

Aşıx Şenlik öz həyətində odun yariyermiş. Bir baxiyer göriyer ki, əyə, bir adam gəliyer, vallah, omuzunda da bunun, deyəsən, sazi var. Tez arvadına diyer ki, ay arvad, get o sazi gətür, birdən gələr o bənnən imtahan olmaya gələr, bən söz tapammam da, yengilləm .

Odur ki, tez əvdən sazıni gətirder, həm oduni yariyer. Gələn kimi Summani diyer salam, əleykum salam. Aşıx Şenlik arif adamıydi, baxdi gördi ki, bu adam bu ətrafın adamına oxşamiyer. Geyimindən dedi ki, , bu olsa da, olsa da, Osmanli tərəfdən gəlmiş adamdu. Odur ki, aldı sazıni, görax Sümmaniya dedi:

 

Osmanli yurdunnan əzmurax etdin

səbəbdən bizim elə gəlmişsin,

Fikrin söylə mənzilinə yetəyin,

səbəbdən bizim kana gəlmişsin.

 

Aldi Sümmani:

Əzmürax etdirən ol abi bənə

Nəsib qisməti üçün nana gəlmişim,

Ön dörd yıldır oldum oda parvana

Sizin için yana-yana gəlmişim.

 

Aldi Şenlik:

Bən bilürüm, aşıq ahli-halından,

Aşıxlar qaldurur qovli-qalından,

Eşitməmişdin bizim yerin qalmaqalından,

Sərdar geyib qızıl qana gəlmişsin.

 

Aldi Sümmani:

Səni aşıxlara arif dedilər,

Səni konuşmaya xoş misafir dedilər.

Səni aşıxlara sərraf dedilər

Qiymət için gövhər-kana gəlmişim.

 

Aldi Şenlik:

Aşıq Şenlik eşitmişdir aduni,

Qaçınci babdadır qalbin qoşadi

Bizim ilən ülfətlidir muradın,

Yoxsakim sən imtahana gəlmişsin?

 

Aldi Sümmani:

Sümmani pay umar şövkəti-şandan,

Gövül müraciəti ol şahi - Mərdan,

"vət etsən lakin dönməm meydannan,

Vəhdətiçin bir tufana gəlmişim.

 

Bundan sonra Aşıx Şenliklə Aşıx Sümmani keçiyerlər içəri.

 

Aliyer Aşıx Şenlik:

Darıxma san qonaq, bir cavabım var,

Baxalım ağıri üsuli ərkanda misin,

Gövhərin gizlimi, yoxsa aşikar,

Əcəb zahiri, yoxsa pünhandamisin?

 

Aldi Sümmani:

Mürşüdi kamilə eylərsəm xidmət,

Zanarım ağırü üsulu ərkan bizdə var,

Ərənlər payımızdan gəlirsə himmət.

Gahi-zahir, kahi-pünhan bizdə var.

 

Buni diyanda Aşıx Şenlik baxdi ki, ola, bu əgümə çıxdi!

Aldı Aşıx Şenlik, baxaq diyacax:

 

tarixdə eşgin oldi aşikar,

Sən kimin rahına olmişsin təyyar,

Ya kimin maliylə olmişsin tüccar,

Nuni ali şanni meydandamisin?

 

Buni diyanda aldi Sümmani:

Sənə səksən, sənə dokkuz eşgim oldi aşikar,

Gəndi əşqim rahına olmişim təyyar,

Gəndi malimlə olmişim həddincə tüccar,

Sayənizdə üç-beş yərəm (dost) bizdə var.

 

Buna baxdi Aşıx Şenlik ki, ola, gənə qarşima çıxdi, aldi aqallısini, yani axırıni:

 

Aşıx Şenlik der, səni çoxdan bulacaq,

Arayıb yurdunda bən qalacax,

Xəslində xəsmin halın biləcax,

Əcəb dəryayi ümmandamisin?

 

Aldi Sümmani:

Cümlədən ədnadır gədayi Sümmani,

Əlimdən gəlür - mövladan ehsan,

Qətrədə qətrəyim, dəgüləm ümman,

Gahi olub cüzmi ümman bizdə var.

Buni deyib sazlari dayatdilər. Başladılar papiros içməyə. Aşıx Şenlik dedi ki, ayə bunun ögünə qayalari atiyerim, çöp kimi üzümə vuriyer. Bu ögümə düşsə, bəni yengildər, bağliyar. Papirosi içdilər, gənə Aşıx Şenlik ögə düşdi, aldi Aşıx Şenlik:

 

Dərdim ondur, doqquzuni deməm əğyara bən,

Səkkizə ərzim var, yeddiyə əvarə bən,

Beş bənim kəsbi karım, dördünə eylədim təmənni,

İkiyə möhübbətim var, yalvarıram birə bən.

 

Aldi Sümmani:

Ərəstü bəzmindən gəldim haqqa iqrara bən,

Həmd olsun hana, düşmədim kənarə bən,

Adəmi adəm eyliyən ariflər ürfani,

Nəçün can qurban etmədim eylə bir tüccarə bən.

 

Aldi Şenlik:

Otuz iki dərdim var, qırx səkkiz dəvaynan,

On iki bürci çıxdım, üç yüz altmış altı səhraynan,

Oxudum əzbər etdim ilminə imlaynan,

Əzəldən bənd olmuşum eylə bir hünkara bən.

 

Aldi Sümmani:

Otuz iki fərzi bəyan etdtn qırx səkkiz cümaynan,

Üç yüz altmış altı gündür, bir sənə vəda ilən,

Çahar kitab, çahar könül, çahar məzhəb sövdə ilən.

Təsdiqi iqrar etdim, getmədim kənara bən.

 

Aldi Şenlik aqallısini:

Əlli dörd bab içində dəmim var, dəvranım var,

Yetmiş bir hicab içində bir şahi-xubanım var.

Altı bin altı yüz altmış aldı dərdimin dərmani var.

Şenliyəm, şeş hesabi yar oldum öylə bir yara bən.

 

Aldi Sümmani:

Əlli dörd frəzi bəyan etdim qayatda-qayat.

Yetmiş bir hicab içində ol Muri Əhməd,

Altı bin altı yüz altmış altı ayat beyinnən,

Sümmaniyəm, xunam oldum eylə bir xəznadara bən.

 

53. MƏHƏMMƏD QIZXATUN

 

Bir türk oğli Məhəmməd erməni qızi Qızxatuna aşiq olur. Ardanuç adli erməni qızıni türkə vermer. Götürür Durağ adinda erməni oğlanına verer. Toydaki davul-zurna səsinə dözməyən Məzəmməd Ardahan çayına geder. Qız da diyer ki, ana, qoy toyuma suyi özüm gətirem. Qız üç xana türki yazer, sənəyin qulpina bağliyer özüni çaya ater. Məhəmməd yazıni tapıb oxuyer. Diyer ki, zənən ki belə edib eşq yolunda bən? O da üç xana yazer sənəyə bağliyer özünü çaya ater:

 

Məhəmməd:

 

Sənə qurban ölem Ardahan çayi.

Aparursan hangi diyara bəni,

Ruhumi qəbz eylə bu göl içində,

Boğmayıncaz atma qırağa bəni.

 

Qızxatun:

Özümi qayadan atanda qərq et,

Əlimnən daşlari tutanda qərq et,

İsmini cismimə qatanda qərq et,

Götür get bu yerdən uzağa bəni

 

Məhəmməd:

Əlvida, qardaşlarım, əlvida,

Bən murad almadım fani dünyada,

Heç ömür istəməm yardan ziyada,

Verin yar yoluna sadağa bəni.

 

Qızxatun:

Kafir Ardanuçli durdi bir yani,

Onlarda and qıldi İncil firqani.

Əzrayil-cəlladi gəl al bu cani,

Qoymadi yarinən yatağa bəni.

 

 

 

Məhəmməd:

Məhəmməd doymadi yar didarından,

Ah etduxca tütün çıxar sərindən,

Öləndə qəbrimi qazi dərindən

Ya sağa dəfn et, ya sola bəni.

 

Qızxatun:

Bən Qızxatunam, almanam ibrət,

Bizə səbəb olanlari bulmasın cənnət,

Bir zaman yasımi çəksin Məhəmmət,

Qaldurdi verdilər Durağa bəni.

 

 

54. QARA SƏVDƏ

 

Bir oğlan bir qızi sevər. Qız puş olur, başxasına gedar. - Buna diyərlər qara səvdəyə düşmax. - Oğlan qara səvdəyə düşüb öliyer, can ve­rəndə diyer ki, qızi gətirin, qapıda dursun, söz deyim getsin, onsuz da bən öliyerim.

Qızi gətirerlər. Oğlan ona bir qaç xana diyer, bediva eliyer. Alır diyer:

İntizar edərim səvdigim sənə,

Məhşərəcən yana-yana qalasın

Əvvəl ki vermişdün bəs iqrar bənə,

Məhşərəcən yana-yana qalasın.

 

Yatasın, yatasın yanın çürüsün,

Əcəl dərdə şirin canın bürüsün,

Ağzınnan-burnunnan qan-icran yersün,

Məhşərəcan yana-yana qalasın.

 

Yatasın, yatasın leşlərin koxsun,

Səvgülli qomşilər uzaxdan baxsun,

öləsin bu dünyada, qalasun

Məhşərəcən yana-yana qalasın.

 

Məmən doli qalsın, beşigin veran,

Tənəşür üstünə saçların taran,

Anannan-baban gəlməsin yanan,

Məhşərəcən yana-yana qalasın.

 

Məhəmmət der söyləmişəm özi-özimnən,

Qanni yaş axutdim ala gözümnən,

Xeyir-gün görmədim ibrət yüzünnən,

Məhşərəcən yana-yana qalasın.

 

 

55. TÜRKMƏN QIZİ

 

Türkmən qızi bir oğlana aşiq oliyer, ama oğlan qızi iştəmiyer. Qız evdən çıxıb gəliyer ki, oğlanla qaçsın, amma oğlan getmiyer. Bayatı diyerlər, axırda qız kəndini çaya atiyer.

 


Qız:

Bu dağların əzəliyəm,

Təzə gülün ğəzəliyəm,

Türkmənlərin gözəliyəm,

Haydi gedax, ağam oğlan.

 

Oğlan:

Bu dağlarla əzəl olmaz,

Təzə güldə ğəzəl olmaz,

Türkmənlərdə gözəl olmaz

Get, gələməm, türkmən qızı.

 

Qız:

Babamın əvindən çıxdım,

Babamın əvini yıxdım,

Oğlan sənə yar deyi baxdım,

Haydi gedax, ağam oğlan.

 

Oğlan:

Ana-baban bizi duyar,

Peşimizi atli kovar,

Leşimizi qurtlar yiyar,

Get, gələməm, türkmən qızi.

Qız:

Çigdi çubuğun kurusun,

Toxumun quşlar döşürsün,

Boz öküzün qurtlar yesin,

Heydi gedax, ağam oğlan.


 

Gediyer , kəndin suya atiyer , o axmax oğlan qızla getmiyer.

 

 

56. YAVRUM, SƏNDƏN DOYAMADIM

 

Adamın biri kəndi cocuğini dəvəynən götüriyer yol gediyer. Yol gedəndə ağacli bir yerdən keçərlər. Cocuğun beşigi dəvənin üstdən küknarın talına (budağına) ilişib qaliyer. Karvanbaşının bundan xəbəri olmur. Mənzil başan çatanda görerlər ki, cocux dəvənin üstündə yoxdur. Anasi nalə çəkib ağliyer bu ağıni söyliyer:

 


Dəvəni yüklədim getdim,

Əcəb bən yavrımi netdim,

Qaynatamnan hicab etdim,

Nənnidə balam, nənni.

 

Dəvəmi yüklədim gecə,

Dəvəm getdi ucdan-uca,

Bilmiyerim hali necə,

Nənnidə balam, nənni.

 

Küknar, talın quriyeydi,

Dibən balta veruleydi,

Yavrım bunda bulineydi,

Nənnidə balam, nənni.

 

Sənə nənni diyamadım,

Ala beşik quramadım,

 

Yavrım, səndən toyamadım,

Nənnidə balam, nənni.

 

Dərədə qurtlar uluşur,

Qarğa-quzğun leş bölüşür,

Duşmanlar duysa gülüşür,

Nənnidə balam, nənni.

 

Cocuğumin beşgi çamdan,

Yuvallandi düşdi daldan,

Balam öldi ilk axşamdan

Nənnidə balam, nənni.

 

Pəncərəsi gül şişəsi,

Yandi bağrımın köşəsi,

Yeddi yılın mənəmşəsi

Nənnidə balam, nənni.

 


 


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol