AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

DUALAR

DUALAR

 

Axısqa elində əski şaman dualarından gələn bir çox sirli haqq kəlmələri qorunub saxlanıb. Axısqalılar bu duaların gücünə inanırlar. Xalq arasında belə bir etiqad var ki, duanı başqasına söyləsən, daha özün ondan istifadə edə bilməzsən, sənin üçün dua öz sehrli gücünü itirər. Buna görə hər adam bu son dərəcə maraqlı duaları başqasına söyləmək istəmir. aşağıdakı duaları bizə bağışlamış Sabirabad Saatlı obalarının sakinləri Soxdeli Hədiyyə Abdulla qızına, Çiçolu Xeyransa Mirzə qızına, Saxanlı Nəcihə Əhməd qızına Saxanlı Rəhimə xalaya minnətdarlığımı bildirmək istəyirəm.

 

 

 

 

                                  1. SUFRA   DUALARİ

 

 


Salxum-salxum Şəhəmmət,

Bir səvdügim Məhəmmət,

Yazi yazar əlləri,

Quran oxur dilləri.

Xasbaxçanın gülləri.

Ötüşür bülbülləri,

Cənnətdə bir qapi var.

Üstündə xancar - sapi var.

Cənnətdə bir quyi var,

İçində zəmzəm suyi var.

Oni içər dərvişlər,

Allah-allah demişlər,

Allah dedim oyandım,

Sufralara boyandım,

Əlif-Quran başidur.

Cümləmizin işidur.

Kim düayi oxusa,

Yarın cənnət quşidur.

 

     * * *

Başımıza - axıl,

Axura - naxır,

Anbara - taxıl,

Kalemkuşun yuvasi -

Budur sufra duasi.


 

                                 2. NAZAR DUASI

 

 


Ovsunladım nazari,

Əvvəl bənim başımi,

Qara göz, mavi göz,

Kor, topal, lal, sağır, kəl.

Hər kimin nazari dəgmişsə,

Yeddi çift qullanmamış ignə,

Yeddi çift qullanmamış mux,

Yeddi çift qullanmamış çuvalduz

Sancılsın onun bağrına, bağarsuğina,

Bacasıni yıldırım vursun,

Qapısına zindan kilidi asılsın!


 

 

3. ŞƏKİK (baş ağrısı) DUASI

 

 


Şəkiki alışmış

Alçaq çayırın başına,

Nasıl ki, tavar oti gəmirür,

Elə şəkik qaşımi gəmirür,

Şəkiki etməli? -

Uzaq dağlar ardina atmali,

Peşinə ataş yaxmali.


 

4. GÖZ AĞRISI DUALARİ

(Bu dua yumurta bəyazına

oxunur, sonra gözə tökülür).

 

 


Bazar güni kütən qoşdum,

Kütən qoşdum, daş qoşdum,

Qum səpdim dərinə düşdi,

Yüzə çıxmazmi?


 

* * *


Çocux oyniyerdi, atıldi,

Burti dəgdi gözünə,

Gözi döndi qan çanağına,

Nədür bunun dərməni? -

Üç sabax üfür,

Üç sabax tüfür, -

Budur onun dərməni.


 

5. SANCİ DUASI

 

 


Bən anamın ilkiyəm,

Dağda gəzən tilkiyəm,

Sançıya dərman olacax

Haman da işdə bən idim.


 

6. İSİTMƏ DUASİ

 

 


İsitmə dütdi bəni,

Dutdi qurutdi bəni

Neynarım elə yari,

Getdi unutdi bəni.


 

* * *


Qarşidə görünürsən,

Al kürkə bürünürsən,

İsitmən bənə gəlsin,

məlul görünürsən.


 

7. QURD AĞZI BAĞLAYAN DUA

 

 


Qurd-qurd kiş-kişi,

Bağladım qurdun dişi,

Qurd bənə afiyə,

Bən qurda safiyə,

Həzrəti Alının biçaği

Fatma anamızın saçaği.


 

 

8. İLAN DUASİ

 

 


İlan-yilan əfiya

Bən yilənnən səfiya,

Kəlpətinnən kiş-kişi

(Kələğayi kiş-kişi),

Bağladım yilan dişi,

Fatma ananın saçaği,

Həzrət Alının xancar-biçaği.


 

9. İT AĞZI BAĞLAYAN DUALAR

 

Bismillahi-rəhmani rəhim,

Ər vəsdəyü, bir vəsdə (üç dəfə deyilir)

 

* * *

Zərnişan - zəbərnişan, kəpər

Totarnısi, qıtmır, tfu!

 

10. AĞIZ BAĞLAYAN DUA

 

 


Allahım məyadut,

Ağzın bağla, dilin dut,

Ağzın gecə, dilin gecə.

Bənim sözüm sənə geçə,

Sənin sözün yerə keçə.


 

 

11. YANIQ DUASİ

 

 


Anzu-billahi, minə şeytani-rəcim,

Bismillahi rəhmani rəhim.

Sari keşiş aşaği tarla qoşar,

Yuxarı tarla qoşar,

Sari keşiş qum satmaz,

Yanıx dərinə getməz.


 

 

12. MEÇEÇ (ziyil) DUASİ

 

Təzə ay çıxanda ziyilə duz sürtə-sürtə, oynaya-oynaya bu duanı oxuyurlar:

Ay gördüm, xoş gördüm,

Meçeçimin dibini boş gördüm.

 

            13. YATANDA OXUNAN DUA

 

Yatdım sağıma, döndüm soluma, sığındım sübhanıma, məleykələr şahad olsun dinimə - imanıma. Allah, mənə xeyirli sabahlar , ilahi, sənin birligən şükür!

 


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol