AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

SÜRGÜN

SÜRGÜN

 

 

Sənədlərdən məlum olur ki, türklərin köçürülməsi planı çoxdan hazırlanırmış. Bu məqsədlə hələ müharibənin əvvəlindən Borjomdan Valeyə 70 kilometrlik dəmir yolu çəkilir. Yol çəkilişində fəhləlik edənlər elə ərləri müharibədə olan türk qadınları, çocuqlar olur sonradan onları bu yolla da sürürlər

B i r h a ş i y ə: Mərdalı Məmməd oğlu xatırlayır – «1941-1945-ci sənələr yaşı çatan əsgərə getdi, əsgərə yaşı çatmayan arxa cəbhədə çalışdı. Kimi kolxozda əkin-biçində, kimisi Borjomda dəmir yol çəkməyə getdi. Məni dəmir yola işə getməyə yazdılar. Ona mən çox sevindim. Sevindim ona görə ki, Ahıskaya dəmiryol çəkiləcək. Gələcəkdə biz rahat qatarla Tiflisə-Bakıya gedib gələcəyik. İkincisi sevindik ona görə ki, arxa cəbhədə biz belə bir böyük görürük. Ataların qələbəsinə qədər dəmir yol hazır olmalıdır. Onlar savaşdan qayıdanda bu yolla gələcək. Bu yolda işləyənlərin əksəriyyəti 15-16 yaşındakı yeniyetmələr qadınlar idik. Bir az qocalar da var idi. İş qədər ağır olsa da, biz ona dözürdük. Çünki qatara minmə günləri göz qabağımızda idi. Sevinirdik… 15 yaşımda dəmir yola işə getmişəm. Elə bil ki, millətimə xəyanət etmişəm. Bilsəydim dəmir yola işə getməzdim. Özüm-özümə dərd-bəla etməzdim. Səhər saat 8- işə gedirdik. Axşam saat 10-da işdən gəlirdik. Yorulmaq bilməzdik, sevinirdik-gülürdük. Arxa cəbhədə Vətənə xidmət edirdik. Lazut xəşili, yeməyin paşasıxörəyimiz, 400 qram gündə qara çörəyimizSevincimiz tərsinə oldu. Qatara öz xoşumuza, sevinə-sevinə yox, zorla, ağlaya-ağlaya mindik» (A.Piriyev, S.Piriyeva. Ata yurdumAhıska. B., 2001, s.90-91).

1944- ilin mayında hazırlanmış bir sənədə görə, əvvəlcə türkləri Gürcüstan SSR-in şərq rayonlarına köçürmək nəzərdə tutulurmuş. Çox güman ki, bu, baş qatmaq üçün olan saxta sənədmiş. Çünki artıq həmin ilin iyulunda yeni plan təsdiq olunur, əhalini respublikadan kənara çıxarmaq, Orta Asiya Qazaxıstana sürmək qərara alınır. Bu planda köçürüləcək xüsusi kontingentə kürdlər əlavə edilir.

İlk plana görə 86 min nəfərdən ibarət 16.630 ailənin köçürülməsi nəzərdə tutulubmuş. Lakin sonra bu rəqəm xeyli artırılır. Dəqiq olmayan məlumata görə, 120 minə qədər türk, 7.000 kürd Axısqa (64 kənd – 30.000 nəfər, 6.850 ev), Adıgün (72 kənd – 40.000 – 6.675), Aspindza (59 kənd – 35.000 – 5.917), Axılkələk (11 kənd – 5.000 - 910), Boqdanovka (2 kənd – 2.000 - 202) rayonlarından, bundan əlavə Acarıstandan da türklər 3.000 həmşin sürülür.

24 iyul 1944- ildə SSRİ Daxili İşlər Naziri L. Beriya Stalinə, guya Türkiyə ilə sərhədlərdə təhlükəsizliyi təmin etmək məqsədilə Cənubi Gürcüstandan «türk, kürd həmşinlərin» köçürülməsi üçün rəsmi müraciət edir. Təhlükəsizlik məsələsi uydurma əsassız bəhanə idi. Türklərin böyük əksəriyyəti müharibədə sovet ordusunun tərkibində almanlara qarşı qəhrəmancasına döyüşürdü. Əslində müharibənin axırlarında Türkiyə Sovetlər üçün deyil, SSRİ Türkiyə üçün təhlükə mənbəyinə çevrilmişdi. 1944- ilin yazında Moskva Türkiyəyə hücum planı hazırlamışdı. Zaqafqaziya hərbi dairəsi bununla bağlı Türkiyədə əhaliylə davranış haqqında «Sovet əskərinə yaddaş» tərtib etmiş, lazlara toxunmamaq, ağsaqqallarla ehtiyatlı davranmaq tapşırılmışdı. Bu plana görə ilk mərhələdə Qars, Artvin, Ərdəhan, Trabzon, sonra isə Ərzurum, Bayburt, Girəsun tutulmalı imiş. Yerlərdə hakimiyyətə gürcü, erməni, türk kommunistləri gətirilməliymiş.

Türklərin sürülməsi haqqında 6279 saylı qərar Sovet İttifaqı Dövlət Müdafiə Komitəsi tərəfindən 1944- ilin 31 iyulunda, XDİK-in (NKVD) 001176 saylı əmri isə həmin ilin 20 sentyabrında verilir

31 iyul tarixli qərarda Gürcüstan SSR-in Axısqa, Adıgün, Aspindza, Axılkələk, Boqdanovka rayonlarından Acarıstandan 16.700 təsərrüfat, 86.000 türk, kürd, həmşinin Qazaxıstana (40.000), Özbəkistana (30.000), Qırğızıstana (16.000) köçürülməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, bu cinayətkar qanunsuz qərarın 27 bəndindən 11-i sürgün edilən türklərə yox, onların hazır yurd-yuvasına köçürüləcək gürcülərə yaradılacaq şəraitə güzəştlərə həsr olunub.

Milli ayrı-seçkilik siyasətinə uyğun olaraq 1944- ilin iyulunda Axısqada gürcü ailələrinin qeydiyyatı aparılır, 67 kənddə yalnız 235 ailənin gürcü famili daşıdığı məlum olur (lakin bunların da əksəri özünü türk hesab edir).

Sürgün ərəfəsində türklər arasında təhqiredici təbliğat aparılır, onlara gürcülüyü qəbul etdirmək üçün bir çox cəhdlər edilir. Lakin hətta gürcü mənbələrində göstərildiyi kimi, əhali belə təhqiramiz təklifləri qəti rədd edir, hamı türk olduğunu qətiyyətlə təsdiqləyir (Bax: K utoçneniö vajnoqo istoriçeskoqo fakta. // Qazeta ÜK KP Qruzii «Narodnoe obrazovanie», 30 iölə 1989 q.; Ş.Badridze. «Turki-mesxetinüı»: kak voznikla problema? // Qazeta «Veçerniy Tbilisi», 25 iölə 1989 q.). Milli ayrı seçkilik, antitürk siyasətini belə bir fakt da səciyyələndirir. 1945-ci ilin martında acar yazıçısı Məhəmməd Vanlişi cəsarətlənərək L. Beriyaya Acarıstandan, xüsusən Sarpi kəndindən türklərlə birlikdə səhvən gürcü-lazların da köçürüldüyünü bildirmiş laz övladı olan Beriyadan onların qaytarılmalarını xahiş etmişdir. Beriya təcili bu məktuba reaksiya vermiş, araşdırmalar aparılmış, lazlar qaytarılmış, lakin Sarpi kəndinin əhalisi türk olduğundan sürgündə saxlanmışdır.

 Gürcüstan rəsmilərinin türklərin, eləcə kürdlərin həmşinlərin sürülməsi planından xəbərdar olmasını belə bir fakt da təsdiqləyir ki, 9 avqust 1944- ildə Gürcüstan KP MK Nazirlər Soveti tərəfindən xüsusi yaradılmış S.Xoştariyanın sədrlik etdiyi Köçürülmə komissiyası xeyli əvvəldən, iyuldan sürgünə hazırlıq aparırAxısqadan 5.260, Adıgündən – 5.627, Aspindzadan – 4.327, Acarıstandan – 1.197, cəmi 17.394 təsərrüfatın çıxarılması haqqında qərar qəbul edir artıqlamasıyla həyata keçirir. Həmin dövrlərdə Abxaz MSSR-dən müsəlmanlar, əslində türklər sürgün edilir. Müsəlmanların Gürcüstanın müxtəlif yerlərindən, o cümlədən Abxaziyadan Borçalıdan kütləvi deportasiyası 1949-1951-ci illərdə davam edir 1988-1992-ci illərdə yenidən həyata keçirilir.

1944- ilin 13 noyabrında «kommunist iməciliyi» keçirilir, yollar heç nədən xəbəri olmayan xalqa təmir etdirilir!

İməciliyin səhəri günü, 1944- ilin noyabrın 14- gecə başlayaraq bir neçə gündə böyük bir ərazidə yaşayan 116 minə qədər Axısqa türkü vəhşicəsinə, soldat süngüləriylə ocaqlarından qoparılır, maşınlarla Vale stansiyasına, oradan da xüsusi eşelonlarla uzaq Türküstana sürülür. Ümumilikdə 18 noyabra qədər başa çatan sürgünü 20.000-dən çox əsgər həyata keçirir. Acarıstanda isə sürgün 25-26 noyabra yekunlaşır. Artıq 15 noyabrda Gürcüstan Dövlət Təhlükəsizliyi xalq komissarı Raspava Beriyaya saat 18-ə 26.591 nəfərin eşelona «doldurulduğu» haqqında məlumat verir. 17 noyabr saat 16-ya isə 81.324 nəfər yola salınır. NKVD-nin məlumatına görə, 1944- il dekabrın ortalarına 92.307 nəfər sürülür (18.923 – kişi, yəni qocalar uşaqlar, 27.399 – qadın, 45.985 – 16 yaşa qədər uşaqbunlar sovet dövlətinə təhlükə törədirmiş!). Rəsmi məlumatlara görə, 1944- ilin noyabr-dekabrında 1945-ci ilin yanvarında Gürcüstandan ümumilikdə 95.699 nəfər sürülür. Ermənilər bu prosesdə fəal iştirak edir. 1937-ci ildə Ömər Faiqin qətlinə fərman vermiş erməni Kobulov 1944- ilin oktyabrında Beriyaya belə bir müraciət göndərir ki, Özbəkistan nəzərdə tutulan 30.000 əvəzinə 50.000 nəfər qəbul etməyə hazırdır.

Sürgünü həyata keçirmiş 20.000 NKVD NKQB işçisindən 417 nəfər göstərdikləri fəallığa görəqocaları, qadınları, uşaqları vəhşicəsinə yurdundan çıxardığına görə! – SSRİ orden medallarıyla təltif edilir. İnsanlığa qarşı cinayət cinayətkar rejimin rəsmi təntənəsi kimi qeyd olunur.

Sürgün eşelonları Daşkənd vilayətinə 9 dekabrda, 22 günə çatır. Cəmi üç günlük ərzaq götürmüş əhalinin sınıq-salxaq yük vaqonlarında çəkdiyi iztirabları sözlə bildirmək çətindir. Bu iztirabları Ş.Dursunov 1956- ildə N.A.Bulqaninə məktubunda təsvir edir. Dəhşətli sürgün əzabları haqqında şəhadətlər Allahverdi Piriyev Sevil Piriyevanın «Ata yurdum - Ahıska» (B., 2001) kitabında verilib.

Bu günlərin adamı sarsıdan acı xatirələri insan faciəsinin insanlığa qarşı cinayətin ağlasığmaz dərinliyini aşkarlayır.

SSRİ DİXK (NKVD) məlumatına görə 1948-ci ilin iyununa qədər 14.895 axısqalı həlak olur, lakin əslində həlak olanların sayı 30.000-dən çox, o cümlədən 17.000-i günahsız uşaqlardır (Çinqiz Neyman-zade. Traqediə dlinoö v 58 let // «Gxo plös», 1 iönə 2002 q.).

Ataları, ərləri, oğulları, qardaşları, nəvələri müharibədə döyüşən, məmləkəti qoruyan  anaların, bacıların, nənələrin, uşaqların soyuq qış günlərində, uzun sürgün yollarında nələr çəkdiyini təsvir etməkdə qələm acizdir

Yalnız bəzi faktları sadalayaq

Yola çıxmaq üçün cəmi 2 saat vaxt 3 günlük ərzaq götürülməsinə icazə verilir

Elə yoldaca, sınıq-sökük, soyuq vaqonlarda 17 mindən çox adam tələf olur, meyitləri soldatlar vaqonlardan yollara atırlar

Bəzi məlumatlara görə, yalnız 1945- sürgün yerində 6.902 nəfər ölüb (N.F.Buqay. Turki iz Mesxetii: dolqiy putğ k reabilitaüii. M., 1994, s. 61), ümumən yollarda, sürgündə körpələrin, çocuqların əzabları sürgünü düşməncəsinə, heç bir hazırlıq aparmadan icra etmiş sovet rejiminin cinayətlərindəndir.

65 yaşlı Paşa kişinin söhbətlərindən: «Anam, 8 yaşında mən, 3-5 yaşında iki bacım və bibim bir köhnə evdə yaşayırdıq. Atam 1941-ci sənənin əvvəllərində əsgər getmişdi. Bir-iki dəfə ondan məktub gəldi. Ondan bu günə kimi xəbər yoxdur. Bibim Balaxanım da yoldaşı əsgər getdiyinə görə tək qalıb bizə gəldi, anama kömək edirdi, bir yerdə mehriban yaşayırdıq. Günlərin bir günündə xoruzun banlaması evimizə bədbəxtlik gətirdi, xoruzun səsi ilə hay-haray bir-birinə qarışdı. Mən də yuxudan oyandım, heç nədən xəbərsiz idim. Evin içi qatma-qarışıq. Anam qab-qaşığı un anbarına doldurur. Bibim isə qışa hazırladığı taxılı un anbarının ikinci bir hissəsinə yerləşdirir. Qapı açıldı, 15-16 yaşında iki milliyətcə gürcü olan qonşumuz və bir dilbilməz rus içəri girdi.

 Xala, qorxmayın, mayor dedi ki, «manevr» olacaq. Bir həftəliyə sizin yerinizi dəyişəcəyik. İndi qorxmayın, yüngül yorğan, başpaltarlarınızı lazımlı şeylərinizi götürün, – deyə tələsik otaqdan çıxıb getdi. Xülasə gün qızarmamış qapımız heç vaxtqapı yox ki, köyümüz görməyən «Sudabeker» maşınının səsi dağı-daşı lərzəyə saldı. Kim əsgərdən gələrdisə, kəndin camaatı uşaqdan tutmuş böyüklərə kimi başına toplanardı. O isə alman faşistlərini nağıl edərdi. Mənim gözümə almanlar bir Əzrayıl kimi görünərdi. Budur o alman faşistləri «Davay-davay!», «Bistro-bistrosözüylə bərabər qarşısına keçən uşaqları maşının üstünə atırdı. Mən isə o rus əsgərlərini alman hesab edib, un anbarının altında gizləndim. Anam hay-haray salıb axtarır, bibim isə özündə deyildi. Əsgərlər məni axtarır. Nəhayət əsgərlərin biri məni görüb anbarın altından sürüyərək çıxartdı. Bu gözügöy əsgərin əlini dişlədim. Ancaq o, məni buraxmadı, ikinci qolumdan tutaraq maşının üstə atdı. Ayağım yalın, başım açıq, əynimdə tuman əski köynək. Anam ağlaya-ağlaya qucağına aldı. Bibim isə əlimdən bərk yapışdı. Maşının üstü açıq soyuq idi. Məni iki bacımla bir yerdə yorğana bükdülər. Paltar yox, gəldi geyərdik. Yorğan arasında 15 gündən sonra Qazaxıstana çatdıq. Ancaq iki bacım soyuqdan Əzrayılın qisməti oldu. Ağır əzab-əziyyətlə gəlib Qazaxıstana çatdıqBu ağır, əzablı günləri gözümlə görmüşəm, başımdan keçirmişəm. Ancaq nədənsə öz-özümə inanmıram ki, belə əzab-əziyyətdən sonra da insan sağ qalarmış. Çünki o illərdə mənim yaşımda, məndən böyük balaca çocuqların 95 % torpaq həmişəlik öz qucağına aldı» (A. Piriyev, S. Piriyev, s. 78-79).

Zedibanlı Fəzayir Sərdaroğlunun xatirələrindən: «O vaxtlar mənim cəmi 13 yaşım var idi. Hər şeyi də başa düşürdüm. Atam Böyük Vətən Müharibəsinə getmişdi. Atamın yoxluğunu bildirməməyə çalışırdım. Anam Şəfiqəyə kömək edirdim. İndi isə mənim 70 yaşım var, anamın isə 90 yaşı var… Ahıska türkləri sürgün olunan zaman, heç kəsin yadından çıxmadığı kimi, mənim də yadımdan çıxmamışdır. Bu gün olan hadisə kimi hələ də gözümün qabağındadır. Səhər tezdən Adıgün rayonunun Zediban kəndində vay-şüvən qopdu. Silahlı əsgərlər qapını kəsdilər. Hamını maşına doldurdular. Ağlayan analar, bacılar, uşaqlar, mələyən mal, ulayan itlərin səsi kəndi başına götürdü. Anam da ağlaya-ağlaya qardaşımın, bacımın əlindən tutub maşina mindi. Evdən cəmi bir yorğan, bir cecim, bir az da yolda yeməyə ərzaq götürdük. O günün axşamı bizə əmr etdilər ki, biz maşından düşək, yük qatarına minək. Necə ki, maşında oturmağa yer yox idi, elə də qatarda yer olmadı. Ona görə ki, bir vaqona 8-10 ailə mindirilmişdi. Bizim ailə də vaqonun bir küncünə əyləşdik. Mən vaqonun deşiyindən yollara baxırdım. Hava get-gedə soyumağa başladı. Yerə qar yağırdı. Uzaq yolu deşikdən baxırdım, ha istəyirdim ki, deşik bir az da böyük olsaydı, yola yaxşı baxardım. İndi isə soyuq olduğuna görə bilmirik deşiyi nəylə örtək. Anam bacımı, qardaşımı və məni yorğana bürüdü. Yorğan altından başımızı çıxarda bilmirdik. Anamız isə tez-tez bizim ətrafımızı yorğanla basdırırdı ki, bizə soyuq olmasın. Beləliklə biz bir neçə gün yorğanın altından çıxa bilmədik. Yemək, yemək harda? Yolda qatarın dayanacaq yerində verilən yeməyə kimin əli çatardı onlar gedib alardılar. Xəstə, qoca gəzə bilməyənlər ac qalardı. Ona görə ki, bir adam ikinci bir kimsə üçün ala bilməzdi. Hər kəsin öz əlinə verərdilər. Qardaşım xəstələndi. Xəstəliyin üçüncü günü səhər tezdən anamın acı səsinə göz açdım (o səs hələ bu günə kimi qulağımdan getmir). Anam cəsədi donmuş qardaşımı yorğanın altından çıxartdı. Mən də qardaşımı qucaqladım, elə bildim yatıb. Özüm də ağlayıram, bilmirəm niyə ağlayıram. Ancaq nə qədər qucaqlasam da, bağrıma bassam da, donmuş cəsəd yumşalmadı, gözünü açmadı. Əvvəlki kimi Fəko-Fəko demədi. Qatar dayananda əsgərlər qardaşımın soyuqdan donduğundan xəbər tutub, istədilər ki, başqa ölənlər kimi vaqondan tullasınlar. Bir tərəfdən anam, bir tərəfdən isə mən yapışıb vermədik. Qatar yoluna davam elədi. Biz əsgərə söz verdik ki, gələn dayanacaqda özümüz dəfn edəcəyik. Növbəti dayanacaqda mən vaqondan düşdüm. Vaqondakı qadınlar qardaşımın cəsədini arxama verdilər. Anam özündə deyildi. Mən qardaşım arxamda dəmir yolundan 2-3 arşın qabağa getmişdim, qara batdım. Bir qoca kişi qatardan enib mənə köməyə gəldi. O kişinin adı yadımda deyil. Qatar yoluna davam elədi. Mən hər dayanacaqda o yaşlı kişini axtarırdım, istəyirdim ki, onu görəm, ancaq görə bilmirdim, deyəsən o da şaxtalı qarın qisməti oldu. Mən qardaşımı arxamda aparanda – oğul, ver mənə sən apara bilməzsən – deyə qardaşımı qucağına aldı və 10-15 arşın qabağa getdi, mən gəzə bilmədim. Qoca əlində qardaşım, ayağıyla qarı o yan-bu yan edib ortasına qardaşımı qoydu. Üzünə, üstünə qar tökdü. Hələ qatar tərpənməmiş onun üstünü qarla basdırdı. Mən ağlaya-ağlaya qaldım. Gözümdən yaş yerinə buz damcıları düşürdü. Qoca əlimdən tutub məni qatara sarı sürüdü. «Oğul, bizi bu günə qoyanları sağ qalmasın», – dedi. Qatar yoluna davam eləməyə başladı. Qoca əlimdən yapışaraq zorla vaqona çatdırdı. Vaqonda gördüm ki, bütün qarılar anamın yanına yığışmış. Mən anamın gözüyumuq olduğunu görüb qorxumdan qışqırıb ağladım. Anam mənim səsimə gözünü açıb mənə belə dedi: «yavrumu nerə götürdün, kimə verdin, oğul?». Aradım qara torpağı bula bilmədim, anacan, qardaşımı qara tapşırdım. Beləliklə, qardaşımdan ayrıldım, həmişəlik ayrıldım. Qatar yoluna bir ay davam etdi. Bir aydan sonra biz Qazaxıstanın Çilik rayonuna çatdıq. Bizi orada düşürdülər. Kəndin klubuna yerləşdirdilər. 1945-ci sənədə atam müharibədən gəlib bizi tapdı. Ailəmizə yenə də sevinc gəldi. Keçmiş ağır günlər dalda qaldı. Ancaq qardaşımı unuda bilmədim. 1946-cı sənədə komendaturadan icazəsiz İssık rayonundakı qohumlarımızın yanına köçüb gəlmişdik. İcazəsiz gəldiyimizə görə, döyüşdən əlil olub gələn atama iki sənə iş kəsdilər. Yenə də ailəmizə qara gün gəldi. İki sənə ata həsrətiylə yaşadım. İki sənədən sonra atam evə gəldi. Çəkdiyi əzab-əziyyətə, əxlaqsızlığa dözə bilməyib dünyasını dəyişdi. Atamın mənə son nəsihəti bu oldu: «Oğul, bura bizə Vətən ola bilməz. İmkan daxilində dənizin o tayına keçməyə çalışın. Oranın hər bir qarış torpağı bizə vətəndir, oğul», – deyə atam da bizi tərk etdi. 1981-ci sənədə dənizi «Ya Allah» deyə bu yana keçdim. İndi Azərbaycanın Quba rayonunun Gədik köyündə məskunlaşdım. Qarabağ müharibəsində istədim ki, Vətənə dayaq olam, ancaq yaşım mənimlə hesablaşmadı. Oğlum Rəşidi özüm Quba rayonunun hərbi komissarlığına apardım. Oğul Vətən üçündür – dedim. Rəşid Ağdam, Murov döyüşlərində oldu. 1996-cı sənədə evə qayıtdı. Danışdıqlarım sürgünlükdə gördüyüm əziyyətlərin bir damcısıdır» (A. Piriyev, S. Piriyeva, s. 48-50).

…1944-1948-ci illərdə sürgündə dərddən, xəstəlikdən, acından ölən 37 mindən çox türkdən başqa, müharibədə döyüşən 46 mindən artıq Axısqa türkünün 25 mindən çoxu həlak olur. Qayıdanların xeyli hissəsi qohumlarını sağ tapmır. Müharibə qazilərini cinayəkar kimi sürgün yerlərinə göndərirlər.

B i r h a ş i y ə: El ağsaqqalı, Adıgün kolxozunda məktəb müəllimi işləyən Rza Bayraqdarov söyləyir ki, sürgündən sonra cəbhədə olan əmim Mövlud Bayraqdarova məktubla sügün xəbərini bildirdim, daha Vətənə yox, yeni ünvana gəlməsini yazdım. Sonradan cəbhə dostları söyləyib ki, məktubu axşamçağı almış Mövlud harasa yox olur, tənhalığa çəkilir, səhər açılanda isə görürlər ki, bu igid türk oğlunun dünənki zil qara saçları bəmbəyaz olub…

Axısqa türklərindən 8 nəfər Sovet İttifaqı Qəhrəmanı adını və yüzlərlə döyüşçü Şöhrət ordeni və digər orden və medallar alır

…Sürgün yerində türkləri canilər kimi komendantlığa təhvil verirlər, müxtəlif kolxozlara paylayırlar. On iki il (1944-1956) türklər «xüsusi köçkün» rejimində yaşayır. Bu illərdə türklər hər həftə komendantlıqda qeyd olunur. Ayrı-ayrı kəndlərə düşmüş qohumların bir-biriylə görüş­mə­si, başqa-başqa yerlərdə yaşayanların bir-birilə evlənməsi, sənədlərdə mil­liyyətin türk yazılması yasaq edilir…

 72 yaşlı Niyalalı İsrafil Alaman oğlunun xatirələrindən: «1937-ci sənənin qaraqış ayının 10-da, soyuq-sazaqlı günü evimizə iki milis işçisi gəlib, heç bir sorğu-sualsız atam Təhərov Alosman Ağa oğlunu atın qabağına qatıb Ahıska şəhərinə apardılar. Kimin nə həddi var idi ki, soruşsun, hara aparırsınız? O gedəndən heç bir xəbər bilmədik. Bir eşitdiyimiz o oldu ki, Ahıska qalasında güllələyiblər. Biz çox incidik, həyacan keçirdik, çarə bulamadıq. Nahaq yerə güllələnən yalnız mənim atam deyil ki, bu hadisə hər-bir Ahıska türk ailəsində baş verə bilərdi. Atam həbs olunandan sonra heç kim qapımızı açmırdı və hətta qohumlarımız belə qorxusundan qapımızı açmırdı. Bizə mollanın oğlu, düşmən oğlu, xain balası deyə ad qoydular. Biz boynubükülü qaldıq. İlahiyə şükür olsun ki, Allah verən ömrü əlimdən heç kəs ala bilmədi. 1947-ci sənədən sonra atam azad oldu, onun şad xəbərini eşitdik. Deməli atam həbs olunandan sonra, əvvəlcə Ahıskaya, sonra isə birbaşa Sibirə-Tayqaya sürgün olunubmuş. Atam həbsxanadan azad olunandan sonra çox böyük əzab-əziyyətlərlə Gürcüstana çatıb. Tiflisdən o yana Ahıskaya, sənələrlə arzuladığı doğma diyarına buraxmırlar ki, Orta Asiyaya getsin, qohumlarını axtarsın. Ona deyiblər ki, əgər ailən sağ-salamatdırsa, orada taparsan. Atam Orta Asiyaya yola düşür. Qaysaqlanmış yarası təzələnir. Dilənə-dilənə ac-susuz ay yarım müddətə Özbəkistana çatır. Soruşa-soruşa gəlib bizi tapır. Ailəsini tapsa da, hər şeydən əziz anasını tapa bilmədi. Bizi sürgün edəndə nənəm ayrı düşmüşdü. Eşitdiyimizə görə, Alma-Ataya sürgün olubmuş. Çünkü Ahıska türklərini sürgün edəndə onları səpəli halda Orta Asiyada yerləşdirmişdilər. Atam bizi tapdığına çox sevinirdi, ancaq anası üçün qəmgin-qəmgin fikirləşirdi. Bizdən gizli içindən köks ötürərdi. Gecə-gündüz fikirləşərdi ki, anasına necə çatsın. Arada cəmi 800 km var idi. Daşkənddən Alma-Ataya getmək böyük bir problem idi. Ona görə ki, komendant icazə vermirdi. Gizli yolla iki üç dəfə getmək istədi, hər dəfə onu tutub bir neçə ay türmədə saxladılar. Beləliklə, aradan iki sənə keçdi, nəhayət 1949-cu sənədə getməyə icazə aldı. Nənəmin yaşadığı yerə Qazaxıstan Respublikasına yola düşdü. Nənəm yaşayan rayona çatdı. Nənəmi görməyə tələsdi. Qatardan düşəndən sonra sevindiyindən nəqliyyat olmadığından 45 km yolu piyada getdi. Gözünün önündə hər an anasını gətirirdi, onu necə qarşılayacağını fikirləşirdi. Nəhayət, anası yaşayan evə gəlib çatır, ancaq özü təsəvvür etdiyi kimi anasını görə bilmədi. O, anasının qəbrini qucaqladı. Anasını görə bilməyən atam doğma diyarı, ana Vətəni Niyala köyünü görməyi arzulayır. Atamın hər iki sözündən biri: «Heç olmazsa, doğma diyarımı görsəm, bəlkə yanğım sönər» deyərdi. Ancaq o dövrdə Vətəni görmək qeyri mümkün  idi. Bizə deyərdi ki, – «Oğul, heç vaxt bura bizə yuva olmaz. Dənizi o yana keçməliyik», elə oldu. 1969-cu sənədə Xəzər dənizini keçib Azərbaycana gəldik. Dənizi keçdikdən sonra atam kənara çəkilib diz üstə yerə oturdu, əyilib torpağı öpdü, üz-gözünə sürtdü. Allaha şükür! – deyə namaz oxudu. Biz yığışıb ona baxırdıq. Ayağa durandan sonra bir ovuc torpağı alıb iylədi. «Allaha min şükür olsun ki, bizə buranı görmək qismət oldu» – dedi. Torpağı öpdü, ağzına aldıbundan şirin var? – dedi. Elə o gündən bəri GürcüstanaVətənə dönmək qismət olmasa da, Azərbaycan torpağı Vətənə yaxın milliyətcə eyni olduğuna görə bu torpağa ayaq basmağa çox sevindi. O gündən qohum-qardaş kimi azərbaycanlılarla bir yerdə mehriban yaşayırıq» (A. Piriyev, S. Piriyeva, s. 62-63).

Sürgündən sonra sovet rejimi türklüyə düşmən mahiyyətini daha bir şəkildə göstərir: türk olduğu üçün sürülmüş xalqın indi də türk adı dəyişdirilir!..

Onu da qeyd edək ki, sürgündə axısqalıların əzablarını az-çox yüngülləşdirən yalnız türk soydaşları qazaxların, özbəklərin, qırğızların qardaş münasibəti olur.

Gürcüstanın Aspinza rayonunun Niyala köyündə anadan olmuş, 93 yaşdan çox yaşamış Şuşa Çaxo qızı: «Sürgün edəndə bizi elə başa saldılar ki, burada «manevr», hərbi hazırlıq olacaq, 2-3 gün kənarda olmalısınız. Sonra qayıdacaqsınız. Mal-qaramız tövlədə bağlı qaldı. Yağ-pendir, taxıl olan otağın açarını kəndimizdəki milliyətcə gürcü olan mal həkimi qonşumuz Qolaya tapşırdıq. Evimizdən elə çıxdıq ki, heç nə götürmədik. Hələ üst-başımızı da qalın geyinmədik. 3-4 gündən sonra qayıtmaq fikrində olduq. Mən maşina minəndə bir rus əsgəri evdəki köhnə kürkü götürüb: «Sestra, beri, budet xolodno» – deyib mənə verdi. Həmin köhnə kürk yük vaqonunda təkcə məni yox, hətta ailəmizin canını da soyuqdan saxladı. 1944-cü sənənin qaraqış (dekabr) ayının soyuğunda Alma-Ata şəhərinin Çuy köyündə dörd ailə bir rus evində yerləşdik. Bizlər qazax dilini bilmirdik. Ancaq iki türk xalqı bir-birimizi tez başa düşürdük. Onlar da bizim kimi kasıb idi. Bizlərə qovrulmuş qarğıdalı verirdilər. Özləri də onu yeyirdilər. Bu köydə də heç bir əli iş tutan kişi qalmamışdı. Hamı əsgər getmişdi. Geridə qalan qız-gəlinlər bizimlə bir yerdə yer şumlayır, taxıl əkir, biçirdik. Hələ savaşa necə ki, Gürcüstanda olduğu kimi, eləcə də buradan kömək göndərirdik. Sən bilirsən qızım, millətimizin bir hissəsi yolda soyuq qatarda, bir hissəsi də 1944-1945-ci sənələrin isti iqliminə dözə bilməyib həlak oldular. Xəstəyə dava-dərman nə gəzir? Kim harada xəstələndisə, elə orada da ölürdü» (A. Piriyev, S. Piriyeva,   s. 92-93).

Dünya tarixində misli olmayan bu milli soyqırımı təkcə axısqalıların deyil, başqa türklərin də başına gətirilir – 1943-cü ilin dekabrında qaraçaylılar, 1944-cü ilin aprelində balkarlar, iyulunda Krım tatarları sürülür. Bu soyqırımı 1949 – 1951-ci illərdə və bir qədər başqa formalarda lap indilərə kimi davam etdirilir.

…Türklər sürülən günün səhəri onların evlərinə Borjom və Xaşur rayonlarından zorla gürcüləri köçürməyə başlayırlar. 1944-cü ilin 15 noyabrında səhər saat 6-7-də başlayan bu əməliyyat elə həmin günün axşamı başa çatdırılır. Beləliklə, ikiqat cinayət baş verir. Yalnız 15 noyabrda türklərin yurduna 2.503 nəfər adam, 345 ev köçürülür. L.Beriya 28 noyabrda Stalinə göndərdiyi hesabatda 91.095 nəfərin sürgün edildiyini, hələlik türklərin yurdunda 7 min gürcü yerləşdirildiyini bildirir. DMK-nin 31 iyul 1944-cü il qərarında türk kəndlərinə 7.000 təsərrüfat, 32 min gürcü köçürülməsi nəzərdə tutulurdu. Sonradan bu proses kütləvi şəkildə davam edir. Müharibə ərəfəsində, müharibə illərində və sonralar nəinki Axısqa-Axılkələyə, eləcə də Başkeçid, Borçalı, Bolnis, Qarayazı, Ağbulaq, Msxet rayonlarına da planlı şəkildə gürcülər və ermənilər yerləşdirilir. 

Müşahidəçilər sovet dövründə Mesxet-Cavaxetin (Axısqa, Adıgün, Aspinza, Axılkələk rayonları), Borçalının əsas miqrasiya axınlarının yönəldiyi yerlər olduğunu, 1944-cü ildən sonra İmeretidən, Borjom, hətta Boqdanovka və Axılkələk (bu iki rayondan ilk növbədə ermənilər) rayonlarından xeyli əhalinin Axısqa bölgəsinə köçdüyünü, məsələn Adıgünün Moxe kəndində Çiora kəndinin (Yuxarı Raça), Borçalıda yaradılmış Tamarisi kəndində 1960-1970-ci illərdən İmereti və Svaneti sakinlərinin yerləşdiyini göstərir, lakin bu miqşrasiyanın əsas səbəbini açıqlamırlar (N.T. Volkova. Gtniçeskie proüessı v Qruzinskoy SSR // Gtniçeskie i kulğturno-bıtovıe proüessı na Kavkaze. M., 1978, s. 10-12). Qeyd edək ki, Borçalıya istiqamətlənmiş miqrasiya prosesləri 1980-2000-ci illərdə xüsusilə intensivləşmişdir. Dövlət sərhədlərindən uzaqlarda olan rayonlardan müharibənin axırlarında və xeyli sonralar türklərin, müsəlmanların köçürülməsi sübut edir ki, səbəb heç də dövlətin təhlükəsizliyi deyil (bu təhlükəsizliyi 46 min Axısqa türkü, on minlərlə Borçalı türkü, eləcə də müsəlman kürdlər, abxazlar, acarlar cəbhədə fədakarcasına qoruyurdu), antitürk, antimüsəlman siyasəti idi. Türklərin dediyinə görə, indi onların evlərində yaşayan bu gürcülərin çoxu geri, ata-baba yurduna dönmək həsrətindədir. Və türklər gedəndən sonra xeyir-bərəkətin də getdiyini söyləyirlər…

D a h a  b i r  h a ş i y ə: Sürgündən bir neçə il sonra kim isə təsadüfən Vətənə, artıq gürcülər yaşayan Saxan kəndinə gedib çıxa bilir. Saxanda urumlu (türkləşmiş yunan) Şişə nənəylə görüşür. Şişə nənə türkü görüb ağlayır və bir əhvalat danışır. – Sürgündən bir-iki il sonra bir it nədənsə Şişə nənənin üstə gəlib hürür. İtin keçmiş sahibi türk imiş və Şişə nənə də qəfildən itə türkcə çığırır. Türk danışığını eşidən it Şişə nənənin üstünə cumub ona elə yalmanır, elə zingildəyir ki, bu dəhşətli mənzərəyə dözməyən Şişə nənə oturub hönkür-hönkür ağlayır…

…Türkləri Vətənin hətta həndəvərinə turist kimi belə buraxmamaq üçün dövlət sərhəddinin yasaq zolağı Axısqa–Axılkələkdə 5-dən 85 km-ə qədər artırılır.                             


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol