ATABƏYLİK VƏ PAŞALIQ
ATABƏYLİK VƏ PAŞALIQ
Axısqa – Çıldır mahalı Nuh əfsanələrinin beşiyi olan tarixi ərazilərdə yerləşir. Bu ulu torpaqlarda çox erkən çağlardan xatt, urart, hurit, kask, mosx, daha sonralar xett, nesit, yunan qəbilələri iz qoyub keçmişlər.
Türklərin cənubi-qərbi Qafqazda ciddi qüvvəyə çevrilməsi tarixi də miladdan əvvəllərə düşür.
Miladdan öncə II minillikdən Qara dənizin cənub-şərq sahillərində yaşamış mosxlar (mo-sak, moşk) min ildən çox Axısqadan Frikiyaya qədər böyük bir ərazidə fatehlik etmişlər. Haqlarında Herodot və Strabonun yazdığı mesxlərin etnik mənşəyi haqqında müxtəlif fikirlər var.
A.Zəki Vəlidi Toğan mesxləri «Nuh Nəbi oğlu Yafəsin oğlu və Oğuzun pederi Mesekdən» törəyən massagetlərə bağlayır (A.Zəki Vəlidi Toğan. Ümumi türk tarixinə giriş. İstanbul, 1981, s.410). F.Kırzıoğlunun Gogarlı-iskit və Turani xalq hesab etdiyi mesxlər (F.Kırzıoğlu. Yuxarı Kür və Çoruk Boylarında Kıpçaklar. Ankara, 1992, s.113), dəyərli araşdırıcı Yunus Zeyreyin fikrincə, «gürcü olmamaqla bərabər, Qıpçaq xatirəsi olan bugünkü Axısqa türklüyünü də ifadə etməməkdədir və hitit, asur, şumer kimi qeyb olmuş əski bir qövm olmalıdır» (Y.Zeyrek. Ahıska bölgesi və Ahıska türkleri. Ankara, 2001, s.9).
Qafqaz ərazisindəki, o cümlədən Gürcüstandakı xalqların dilini, tarixini və etnoqrafiyasını mükəmməl tədqiq etmiş akademik N.Y.Marr da «mesx»lərin gürcülərin «etnoqrafik növü» deyil, qədimdən müstəqil xalq olduğunu təsdiqləyir (N.Ə.Marr. O əzıke i istorii abxazov. M.-L., 1938, s.51) və Samsxenin mesxlər ölkəsi, Msxet şəhərinin də mesx şəhərini bildirdiyini qeyd edir. N.Marr «bas» etnoniminin ilkin variantının «mas» olduğunu (m-b əvəzlənməsi) və cəm suffiksi ilə mas-q sözünün üç variantda: tubalkaynca mos+o-q, svanca (gürcü dilindən mənimsəmə) mes-q, arilərəqədərki ermənicə mas+e-q (mas-q) şəklində işləndiyini göstərir. Sonuncu arxaik variantla (mas-q) qədimdə ermənilərin hay dilində Ağrı (Ararat) dağının Masq adlandırıldığını qeyd edir və bunu, həmin dağın yerləşdiyi ərazinin mosoxlar (mas+ı-q) ölkəsi olması ilə bağlayır (N.Ə.Marr. O əzıke i istorii abxazov. M.-L., 1938, s.49-50).
N.Marr mənbələrdə maskutlar variantının da işləndiyini, Aqafangelin bu xalqın «Alan qapıları» yaxınlığında yaşaması, Xorenli Moiseyin isə maskutlarla müharibədə Kirin məğlub olması, bu xalqın Xəzərin şimal-qərbində məskunlaşması haqda məlumat verdiyini qeyd edir (Yenə orada, s.49-51). Bu məlumatlar «bas – mas», yəni baslar (basillər) və maslar arasında terminoloji yaxınlığın etnik-coğrafi əlaqələrə əsaslandığını ehtimal etməyə əsas verir.
Miladdan əvvəl VIII-VII əsrlərdə buralarda iskitlər hökmran olur. «Avesta»da sakların bir ulusu olan «yeyin atlı turlar»ın buradan uzaq şərqə köç etmələri söylənilir, onların getdiyi yer, köçəlgələri Turan adlandırılır. Sak, iskitlərdən başqa, Axısqa-Çıldır yörəsində hunlar, bulqarlar, suvarlar, avarlar, oğuzlar, göytürklər, xəzərlər, türkmənlər hegemonluq edirlər.
Daxili çəkişmələr bu ulu türk boylarının çoxunu tarixdən silir…
Və Çıldır-Axısqa bölgəsi mütəmadi olaraq Midiya, İran, Makedoniya, Bizans, ərəb dövlətlərinin əlinə keçir. Ancaq heç bir dövrdə Axısqa-Axılkələyin türklüyü və türk aləmi ilə bağlılığı zəifləmir.
Qədim yunan, Roma, bizans, ərəb, gürcü, erməni mənbələri türklərin cənubi Qafqazda, o cümlədən Çıldır-Axısqa bölgəsində ən azı iki-üç min illik tarixini təsbitləyir. Miladdan öncə iskitlər, saklar, turlar, kimərlər və digər soyların məskunlaşdığı cənubi Qafqaza miladın əvvəllərindən başlayaraq özəyi oğuzlar olan hunların həm şimaldan, həm cənubdan axını başlayır. 354-cü ilə aid anonim mənbədə bütöv Qafqazı fəth etmiş hun birliyinə daxil bulqarlar lazlarla birlikdə cənubi-qərbi Qafqazın qədim xalqı kimi göstərilir (A.V.Qadlo. Gtniçeskaə istoriə Severnoqo Kavkaza (V-X vv.). Leninqrad, 1979, s.56-57 ). Sasanilər ordusunun əsasını təşkil edən ağ hunlar (eftalitlər, abdallar) IV əsrin sonlarında iber-gürcü çarlıqlarının taleyini həll edir (İberiya – türk münasibətləri haqqında əlavə olaraq bax: K.Qan. Qədim yunan və Roma yazıçılarının Qafqaz haqqında məlumatları. II hissə. Bizans yazıçıları // Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza (SMOMPK), 1890, 9-cu buraxılış, s.1-215). Panili Prisk, Mirineyli Aqafi, Feofilat Simokatta, Zaxari Ritor, Xorenli Moisey, Sebeos, Favstos Buzand, Qeysəriyyəli Prokopi, Kalankatlı Musa, Leonti Mroveli, Əl-Balazuri, Əl-Məsudi kimi tarixçilərin salnamələrindən məlum olur ki, miladdan sonrakı ilk yüzillərdən buralarda türklər hegemonluq etmişlər. Tarixi mənbələr, Axısqa-Axılkələkdəki, Gürcüstan və indiki Ermənistandakı yer adları bu ərazilərin ən qədim çağlardan oğuz-qıpçaq birliyinə daxil olan onoqur (onoğuz), sarı (sarıqur, saraqur), uqur (oqur, oğuz), kutriqur (kuturqur), utiqur (udi), suvar (sabir), avar, göytürk, türküt, xəzər, basil (bozal), tuba, tolos, türkmən, gəncək, kəngər, kulas (kol), az, macar, qayı, adıgün, salar, kəmərli, qarapapaq kimi tayfa və qəbilələrin yurdu olduğunu göstərir. Bu türk soylarına bağlı məskən, qala, orman, dağ adları Axısqa-Axılkələk yörəsində günümüzə qədər qalır.
Cənubi-qərbi Qafqazda daha dərin iz qoyan və Axısqa türklərinin əcdadları sayılan türk soyu isə buntürklərdir. Gürcü mənbələrində buntürklər haqqında ən qədim məlumata VII əsrin ortalarında yazılmış «Moksevay Kartlisay»da rast gəlinir. Mənbədə buntürklərin («bun» – xas, öz, soy, nəsil, yerli anlamında) 28.000 ailə olduğu və onların Msxetdən qərbdə Kür boyu saldıqları Sarkine, Kaspi, Odzrax və Urbnisi şəhərlərində və ətraflarda yaşadığı, Gürcüstanda hökmranlıq etdikləri, hətta ölkəyə gəlmiş döyüşkən hunların da yalnız buntürklərin razılığı ilə, vergi ödəmək şərti ilə Zanavda yerləşdiyi bildirilir (İstoçniki qruzinskix letopisey. Tri xroniki // SMOMPK. Tiflis, 1900, 28-ci buraxılış, s.1-5, 44; Eləcə də bax: Leonti Mroveli. Jiznğ kartliyskix üarey. M., 1979).
Salnaməçi Gürcüstanın məsihiliyə qədərki dövründən danışaraq belə bir maraqlı məlumat verir ki, ölkənin əsas xalqlarından olan kartvellər (gürcülər) bura köçmüş qədim soyların törəmələridir, əvəllər isə burada «buntürklər və xonlar (hunlar)» yaşamışlar (Yenə orada, s.1-4, 9-10).
Leonti Mroveli Kartlinin ilk çarı Farnavazın İsgəndərin Kartliyə gəlişi zamanı Msxet sahibi olmuş Uplos (Msxetosun oğlu) nəslindən Samarın qardaşı oğlu olduğunu, öz oğlunun Saurmaq adlandığını bildirir. Eqris hökmdarı Kuci əsil-nəslinə görə Farnavaza tabe olur. Azona qalib gələn Farnavaz bütün Karlini birləşdirir, müxtəlif yerlərə, o cümlədən Xunan qalasına eristavlar təyin edir. Sonradan Kartli eristavları Saurmaqa qarşı çıxır, lakin Saurmaq aznaurların, ovsların, durdzukuların köməyilə kartlilərə qalib gəlir. Mroveli «xəzər əsirliyi dövründə ölkənin möhkəmliyi sayəsində hamının sülh içində olduğunu, durdzukların çoxaldığını» yazır. Salnaməçi xristianlığın Gürcüstanda təzə yayıldığı dövrdə, eramızın I əsrinin ortalarında İberiya və ermənilər arasında müharibəni təsvir edərkən Kartli çarları Azork və Armazelin ovs və lekləri köməyə çağırdığını, ovs çarları iki qardaş Bazuk və Anbazukun ovs ordusu ilə birlikdə paçanik və cikləri, leklərin isə durdzuk və didoları gətirdiyini bildirir, bu qüvvələrin ermənilərlə döyüşdüyünü, Samshi və Klarcet əhalisinin ermənilərə qarşı mübarizəsini, xəzərlərlə münasibətlərini təsvir edir (Leonti Mroveli, s.29-39).
Makedoniyalı İskəndərin Qafqaza gəldiyi zaman buntürklərlə qarşılaşdığı da mənbələrdə qeyd olunur (M.Brosset. Histoire de
Axısqa türkləri haqqında dəyərli tədqiqlər müəllifi Yunus Zeyrek qədim mənbələri nəzərdə tutaraq yazır: «bu qaynaqlarda keçən Qıpçaq və Bun-türklər Ahıska Türklərinin atalarıdır» (Y.Zeyrek, s.11). Tədqiqatçı Arif Yunusov gürcü mənbələrindəki faktların buntürklərin Gürcüstan tarixində və Axısqada mühüm rolunu təsbitlədiyini göstərir (A.Önusov. Mesxetinskie turki: dvajdı deportirovannıy narod. B., 2000, s.17-18).
Buntürklərlə yanaşı, digər türk soyları da Gürcüstan və indiki Ermənistan ərazilərində həlledici tarixi rol oynamışlar. Bu torpaqlarda ən əski çağlardan mənbələrdə Bersula, Barşaliya, Basen, Onoqoriya, Vanand, Kox (Kola), Artaan, Tao (Tarın, Tayk), Macar (Macak), Bazalet, Kanqark adlanan və digər qədim dövlətlər türklər tərəfindən yaradılmış və türk soylarının, türk qəhrəmanlarının adlarını yaşatmışdır.
«Kitabi Dədə Qorqud»da Akska qalasından, Qan Abqaz elindən, «dokkuz tümən Gürcüstan»dan danışılır.
Tarixin müxtəlif dönəmlərində türklər gürcü dövlətçiliyinin, müstəqilliyinin təminatçısı olmuş, Gürcüstanı basqılardan qorumuş, gürcü knyazları və çarlarının xahişi və dəvəti ilə ölkəni xilas etmişlər. Dediyimiz kimi, hələ V əsrin lap əvvəllərində hunlar qonşuları iberlərə (gürcülərə) xanədan qurmağa kömək etmişlər (N.Piqulevskaə. Siriyskie istoçniki po istorii narodov SSSR. M.-L., 1941, s.37).
V əsr tarixçisi Xorenli Musa bulqar Vundun mərkəzi Qarsda olan Basen vilayətində (Vanand), azman Torkun isə qərbdə hökmranlıq etdiyini, bir çox erməni əsilzadələrinin, o cümlədən Mamikonyanların türklərdən törədiyini göstərir (Moisey Xorenskiy. İstoriə Armenii. M., 1893).
V əsrin axırlarında Kartli çarı Vaxtanq Qorqasalın İranla müharibələrində əsas qüvvəsi hun birliyinə daxil sabirlər olub. Sonrakı dövrlərdə də sabirlər və sabirlərin yaxın soydaşları gürcülərin əsas müttəfiqi olmuşlar. 575-ci ildə türkütlər Kartlidə Quram Baqratidi hakimiyyətə gətirərək gürcü dövlətçiliyini möhkəmləndirmiş və İran ordularından qorumuşlar. VI-VII əsrlər Bizans (Mirineyli Aqafi, Qeysəriyyəli Prokopi, Feofilat Simokatta) və gürcü (Leonti Mroveli) mənbələri gürcü əsilzadələri və sadə xalqın türk dilini (hun, xəzər-xazaruli) bildiyini dönə-dönə qeyd edirlər. VII-VIII əsrlərdə xəzərlər Gürcüstan uğrunda iranlılar və ərəblərlə təxminən iki yüz il müharibələr aparmış, 628-ci ildə Tiflisi iranlılardan almışlar. 655-ci ildə ərəblər xəzərlərə qalib gəlsə də, burada türk nüfuzu azalmamış, əksinə artmışdır. Getdikcə zəifləyən ərəblər VIII əsrin əvvəllərində Dağıstandan bələncər türklərini Cənubi Gürcüstana köçürməyə məcbur olmuşlar. Gürcü mənbələri xəzər xaqanının sərkərdəsi Bluçanın VIII əsrin ortalarında (ehtimal ki, 764-cü ildə) Kartliyə ərəblərə qarşı hücumu, Kaxeti, Kartlini, Tiflisi alması, ərəb-xəzər qarşıdurmaları haqqında məlumat verir (Letopisğ Kartli. Per. Q.V.Üulaə. Tbilisi, 1982, s.47-50). Elə bu mənbədə ərəblər tərəfindən də Əmir-əl Mömünün qoşunlarının başında Bağdaddan gəlmiş qüdrətli sərkərdə türk Buqanın bütün Gürcüstan və Ermənistanı fəth etməsi, Ovsetə-alan ölkəsinə yürüşü, «Daruband qapılarını açıb üç yüz xəzər ailəsini Şamkora yerləşdirməsi» bildirilir (Yenə orada, s.49-50). Əl-Balazuri də Mərvanın VIII əsrin ortalarında xəzərlərin torpaqlarında yaşayan saklablara hücumu, oradan 20.000 əsir (söhbət alanlardan və xəzərlərdən gedir) götürərək Xaxitdə (Kaxetdə) yerləşdirməsi barədə məlumat verir (A.Ə.Qarkavi, s.38). VIII əsrin axırlarında xəzərlər Qərbi Gürcüstanı Bizanslılardan azad etmiş və müstəqil dövlət quraraq abxaz knyazı Leonu çar elan etmişlər.
Ərəblərdən sonra Axısqa yörəsi IX-X əsrlərdə yarımüstəqil Samshi bəyliyinə çevrilir. X əsr ərəb coğrafiyaşünası Əl-Mə'sudi bu torpağı Samshi adlandırır, onun Curziya ilə qonşu olduğunu, burada xaçpərəst və bütpərəstlərin yaşadığını göstərir (N.M.Vəlixanlı. X-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. B., 1974, s.61). Axısqa-Axılkələk bütün bu dövrlərdə türk yurdu, türk soyunun üstün olduğu məskən olub. Hətta XI əsrin əvvəllərində Gürcüstanın müstəqil knyazlıqları vahid Kartli çarlığında birləşsə də, Əl-Mə'sudinin yazdığı kimi, «Gürcüstanla qonşu olan» Samshi faktiki müstəqilliyini saxlayır.
XI əsrdən Gürcüstana türklərin ikinci böyük axını başlayır və Samshinin mövqeyi daha da güclənir. Türklər Qərbə doğru iki istiqamətdən – qıpçaqlar şimal, oğuzlar cənubdan hərəkət edirlər. Hələ əvvəllər, VIII əsrdə, rusların peçeneq və uz adlandırdıqları oğuzların fəth etdiyi, Quziya kimi tanınmış geniş Avrasiya çöllərinə, eləcə də Şimali Qafqaza qıpçaqlar hakim olur və bu ərazilərə XI əsrin ortalarından Dəşti-Qıpçaq adı verilir. Səlcuqların başçılıq etdiyi yeni oğuz axını isə cənubdan irəliləyir və oğuzlar XI əsrin 70-ci illərində Yaxın Şərqi, Cənubi Qafqaz və Anadolunu fəth edirlər.
Təbii ki, oğuz və qıpçaqlar bu ərazilərdə yaşayan yerli türklərlə (Marrın «avtoxton» adlandırdığı, yunan, gürcü, ərəb, erməni mənbələrinin yerli, «bizim» türklər hesab etdiyi türklər) qohum idilər. Gürcü mənbələri də yeni axınla gəlmiş türkləri yerli türklərdən fərqləndirərək, «yeni qıpçaqlar» («kivçakni axalni») adlandırırdı. Buna görə də XI əsrdə Qafqaza köç etmiş yeni qıpçaq birlikləri çox tezliklə yerli türklərlə qovuşaraq bölgənin, o cümlədən Axısqanın siyasi həyatında həlledici rol oynadılar. Oğuzların da mövqeyinin güclənməsi nəticəsində 1065-ci ildə Axısqa-Axılkələk ərazilərinə yürüş edən səlcuqlar Sultan Alparslan dövründə, 1068-ci ildə buranı Səlcuq məmləkətinə qatdılar.
Gürcü knyazları daxili və xarici məsələlərini həll etmək üçün yenə də qıpçaqlarla ənənəvi münasibətlərindən istifadə etməyə, yeni türk toplumları ilə əlaqələr qurmağa, oğuz-qıpçaq ziddiyyətlərindən yararlanmağa çalışdılar. 1118-ci ildə nəinki «şəhər və qalaları qorumaq, hətta öz drujinası» üçün də qoşunu olmayan çar Qurucu David hakimiyyətini möhkəmlətmək üçün qıpçaqları köməyə çağırdı. Yeni gəlmiş «açıq bənizli, sarı saçlı, mavi gözlü» qıpçaqların (rus mənbələrində «polovslar», kumanlar) Qafqazdakı hökmdarı Artık xan (Atrak xan) Qurucu Davidin qaynatası idi və onun dəvətini qəbul edib 50 minlik ordu, ümumilikdə 300 minə qədər adamla gələrək Gürcüstanın cənubunda, o cümlədən Axısqa-Axılkələkdə yerləşdi. Qeyd edək ki, Başkeçid, Bolnis, Qaraçöp, Qarayazıda indiyədək qıpçaq etnik komponenti aydın hiss olunmaqdadır. Ölkənin qorunmasını öz üzərinə götürən qıpçaqlar Atrak Saruxanın başçılığıyla səlcuq-oğuzları məğlub edərək 1121-ci ildə Tiflisi alıb, Gürcüstanın paytaxtına, xristian mərkəzlərindən birinə çevirdilər və kökü qıpçaq sülaləsindən gələn Baqratlılara, Qurucu Davidə bağışladılar. Qıpçaqlar nəinki gürcü dövlətini qoruyub saxladılar, hətta Qurucu Davidin fəal xarici ekspansiyalarının da təminatçısı oldular. XII əsr gürcü mənbəsi qıpçaqları xilaskar kimi göstərir və Davidin «onların əli ilə İranın bütün qüvvələrini məhv etdiyini, bütün çarları vahiməyə saldığını və onların köməyi ilə ağlasığmaz işlər gördüyünü» göstərir (Jizneopisanie üarə üarey Davida. Svedeniə ob Azerbaydjane i törkax-selğdjukax. Srednevekovıy Vostok: istoriə i kulğtura. B., 1990, s.134-135; Kartlis Üxovreba (İstoriə Qruzii). Tbilisi, 1955, t.1, s.211-212, 336).
Qurucu David dövründə türklərin, müsəlmanların nüfuzu, dövlətdə hakim mövqeyi elə güclənir ki, onlar xüsusi imtiyaz sahibi olurlar: «Gürcüstan dövlətində müsəlmanlara bir çox böyük imtiyazlar verilmişdi. Bu, özünü bəzi məsələlərdə xüsusilə qabarıq göstərirdi; müsəlmanlar yaşayan məhəllələrdə donuz kəsilməsi qadağan edilmişdi. Müsəlmanlara tam dini azadlıq verilmişdi, şəhərin hamamlarından biri onlar üçün ayrılmışdı və özgə dinlilərin oraya daxil olması qadağan edilmişdi» (M.Lordkipanidze. İstoriə Qruzii. XI – naçalo XIII veka. Tbilisi, 1974, s. 115). Bu imtiyazlar vergilərə də aid idi: gürcülər adambaşına 5 dinar, ermənilər 4 dinar, müsəlmanlar 2 dinar ödəyirdi.
III Georginin (1156-1184), qıpçaq kökləri olan Tamarın (1184-1213) hakimiyyəti dövründə də on minlərlə «yeni qıpçaq» Gürcüstana dəvət olunmuş, istədikləri yerlərdə yerləşdirilmiş, hərbi, siyasi, maliyyə işlərinin rəhbəri olaraq ölkəni idarə etmişlər. Və əslində XII əsr gürcü intibahının təminatçısı məhz qıpçaq türkləridir. Gürcüstanın ən parlaq çağlarının böyük baş komandanları Kubasar, bir qədər sonra Qutluq Arslan, Tamarın dövründə Sevinc Savalt qıpçaq olmuşlar. Sevinc Savaltın başçılığıyla «köhnə və yeni» qıpçaqlardan ibarət dəstə Tamarın qvardiyasını təşkil etmişdir (Kartlis Üxovreba, t.1, s.275). Bu dövrdə Gürcüstanda türk-qıpçaq dili geniş istifadə olunmuş, gürcü dövlətçilik, hərb terminləri əsasən qıpçaq sözlərindən yaranmışdır. Xristian qıpçaqlar Gürcüstanda öz dini ibadətgahlarını, o cümlədən məşhur qıpçaq monastırı «Qıfçax-avank» (A.E. Krımskiy. Nizami i eqo sovremenniki.B.1981, s.173). monastırını qurmuşlar. Axısqa-Axılkələkdə indiyədək qalan Safara, Vardzia, Zarzma monastırları da əsasən xristian qıpçaqların məskunlaşdığı yerlərdədir. Qeyd edək ki, Avropada kumanlar deyilən qıpçaqlar Gürcüstandan başqa Rusiya, Bolqarıstan, Rumıniya, Macarıstanda da dövlətçiliyin yaranmasında həlledici rol oynamışlar.
Təbii ki, XI-XII əsrlərdə qıpçaqların Gürcüstana belə həvəslə dəvət olunması təsadüfi deyildi və qədim əlaqələr, eləcə də qohumluq bağlılığı, xüsusən hakim sülalələrin və əsilzadələrin damarlarında axan qıpçaq qanı, tarixi müttəfiqlik münasibətləri və ən əsası – türklərin bu torpaqlarda ən qədim çağlardan yerli xalq kimi yaşaması ilə izah olunurdu. A.Krımskinin yazdığı kimi, «XII əsrdə bu qıpçaqsevərlik gürcü çarlığının irsi ən'ənəsi olmuşdur» (A.E.Krımskiy, s.173). Həmin dövrdə gürcülərin dəvəti ilə şimaldan gəlmiş «yeni» qıpçaqların və cənubdan köç etmiş «yeni» oğuzların yerləşdiyi torpaqlar – Axısqa, Axılkələk, Borçalı, Qaraçöp əraziləri bu yeni axından çox əvvəllər artıq yerli türklərin hakim olduğu əzəli türk yurdu idi.
Türklərin cənubi-qərbi Qafqazda hegemonluğunu belə bir maraqlı fakt da təsdiq edir: həmin dövrlərə aid tarixi gürcü mənbələrində indiki Gürcüstan ərazisi «Kartveloba (Gürcüstan») və «Didi Turkoba» («Böyük Türküstan») adlı iki hissəyə bölünür! (Bax: Kartlis Üxovreba (İstoriə Qruzii). Tbilisi, 1955, T.1, s. 320; Ş.A.Mesxia. Diqorskaə bitva. Tbilisi, 1974, s. 25; N.N.Şenqeliə. Selğdjuki i Qruziə v XI veke. Tbilisi, 1968, s. 301; A. Önusov. Mesxetinskie turki: dvajdı deportirovannıy narod. B., 2000, s. 34).
Əsas mərkəzi Axısqa-Axılkələk və Borçalı olan «Didi Turkoba»nın hərbi-siyasi qüdrəti XIII əsrdə elə güclənir ki, İlxanlılar dövründə, 1267-ci ildə, İlxan xaqanı Abaka xanın (1265-1282) dəstəyi ilə türklər Axısqanın Gürcüstandan asılılığına son qoyur və paytaxtı Posxov yaxınlığında Caksu qəsəbəsi olan Samshi qıpçaq bəyliklərini elan edirlər. Hülakilər dönəmində Axısqanın qıpçaq bəyləri, xüsusən Sərkis Caklı və 1285-ci ildə onun ölümündən sonra oğlu Beka öz bəyliklərinin müstəqilliyini gücləndirir. Beka dövründə Samshi bəyliyinə Trapezundun şərqindən başlayaraq Çanet, Klarcet, Taşiskardan yuxarıdakı torpaqlar daxil edilir. Caklı sülasəsinin davamçıları, xüsusən Ağbuğa bəyin hakimiyyəti (1444-1451) dövründə atabəylik möhkəmlənir (bax: Vaxuşti Baqrationi. İstoriə Üarstva Qruzinskoqo. Per. N.T.Nakaşidze. Tbilisi, 1976, s.190-191). Caklılar (Altunqala bəyləri) sülaləsi Axısqada həmişə böyük nüfuz sahibi olur, bu sülalənin nümayəndəsi Osman Sərvər Atabəy XX əsrin əvvələrində milli qurtuluş savaşına öndərlik edir. Bu dövrlərdə qıpçaqların xristian qismi də islamı qəbul edir və bəzi tarixçilərin yazdığının əksinə olaraq qeyd etməliyik ki, bu zamanlar və sonralar türklər heç bir gürcüyə zorla islamı qəbul etdirmirlər, xristianlıqdan islama keçənlər məhz şimaldan gəlmiş qıpçaqlar olur.
XII yüzildən bu obaya qıpçaqların öz köməyi ilə güclənmiş gürcü monarxiyasının təsiri artsa da Axısqanın türk-islam mədəniyyəti ilə bağlılığı zəifləmir. XIII yüzildə cənubi-qərbi Qafqaz Çingiz xan və İlxanlılar dövlətinə qatılır. XIV əsr isə buralarda Çobanlıların, Calayirlilərin, Qaraqoyunluların hökmranlığı dövrüdür. XV əsrdə Axısqanı bir müddət Qaraqoyunlu və Ağqoyunlular idarə edir.
Axısqa-Axılkələk Teymurləngin, Çobanlıların, Calayirlilərin, Ağqoyunlu və Qaraqoyunluların təsir dairəsində olduğu dövrdə türk etnosunun nüfuzu daha da artmışdır. Əsası 1267-1268-ci illərdə qoyulmuş Samshi bəyliyi müəyyən dövrlərdə zəifləsə də 1578-ci ildə Osmanlı fəthinə qədər faktiki müstəqilliyini və türklüyünü saxlamış, Axısqa bəyliyi, gürcü mənbələrində isə Saataqo, Samshi Saatabaqo (Atabəylər yurdu, Samshi Atabəyliyi) kimi tanınmışdır.
Beləliklə, Axısqa XIII-XVI əsrlərdə 310 il özünü idarə etmiş, geniş ərazilərə hökm edən, xaricə ekspansiya gücü və islam-türk mədəniyyəti olan müstəqil bəylik kimi tarixə düşmüşdür.
Mübariz və qürurlu Axısqa əhalisinin daxili özünüidarəsi, dövlətçilik ənənəsi və türk-islam mədəniyyəti Osmanlı fəthindən sonra daha da inkişaf etmişdir.
Artıq XV əsrin ortalarından Osmanlı ordusu şimal-şərqdə, Axısqa istiqamətində irəliləməyə başlayır. Axısqanın Osmanlı məmləkəti ilə ilgiləri hələ 1461-ci lidə osmanlıların Çolok çayı vadisindəki Trapezund yunan dövlətini əzməsindən sonra xüsusilə güclənmişdi. Qara dəniz sahillərindəki bir çox məntəqələri alan osmanlılar 1508-ci ildə Yavuz Səlimin səfərində Acarıstan və İmereti də tabe etdilər.
XVI əsrdə Samshi atabəyliyi iki türk xanədanı – Osmanlı və Səfəvilər arasında mübarizə meydanına çevrilir. 1512-ci ildə Samshi atabəyi Mirzə Çabuk osmanlılar qarşısında təəhhüd götürsə də, 1516-cı ildə buralar Səfəvilərin əlinə keçir və 1555-ci ildə Səfəvi-Osmanlı arasında bağlanmış müqavilədə bu vəziyyət təsbit olunur. III Sultan Murad dönəmində, Sərdar Lələ Mustafa Paşanın Gürcüstana səfəri zamanı Osmanlı və Səfəvilər arasında 1578-ci ilin avqustunda Çıldır döyüşündən sonra Axısqa atabəyliyi Osmanlı dövlətinə birləşdirilir, paytaxtı Axısqa olan Çıldır əyaləti qurulur.
Qeyd edək ki, əvvəlki türk orduları kimi, Osmanlı ordusu da Gürcüstana gürcü hökmdarının – Səfəvi şahlarının devirmək və yerinə qardaşı Simonu taxta gətirmək istədikləri Kartli çarı Davidin rəsmi dəvəti ilə gəlmişdi. Osmanlılar Tiflisi də tutaraq Tiflis əyaləti yaradır, ölkəni daxili müharibədən xilas edirlər.
Osmanlı sultanlığı və Səfəvi şahlığı arasında çarpışmalar yüz ildən çox davam etsə də XVI yüzilin axırlarında Axısqa Osmanlı məmləkəti ilə tam qovuşur. 1590-cı ildə Osmanlılar və Səfəvilər arasında bağlanan sülh sazişi Axısqanın sultanlıqda yerini möhkəmlədir. 1595-ci ildə sultan məmurları Gürcüstanın və Axısqanın əhalisini siyahıya alırlar. Osmanlı dövrünə aid bu kimi sənədlər cənub-qərbi Gürcüstan ərazilərində, Axısqa və Borçalıda türklərin qədimliyini və say çoxluğunu, eyni zamanda Osmanlı dövlətinin bütün xalqlara ədalətli münasibətini təsdiqləyir.
Hər yerdə olduğu kimi, Osmanlı dövləti Axısqada və Gürcüstanda da bütün əhaliyə eyni ədalətli münasibət bəsləmiş, türklərin və gürcülərin əmin-amanlığı, firavanlığı qayğısına qalmış, dağlıq şəraiti nəzərə alaraq vergiləri xeyli azaltmış, vətəndaşların qanun içində rahat yaşamaları üçün kamil hüquqi sənədlər hazırlanmışdır. Qüdrətli dövlət olan Osmanlı hakimiyyəti 1578-ci ildə fəth etdiyi Axısqa üçün artıq 1595-ci ildə vergilərin azaldılmasını, ədalətli vətəndaş münasibətlərini, sadə xalqla insani davranmağı nəzərdə tutan Qanunnamə təsdiqləmişdir. «Dəftər-i Müfəssəl-i Vilayət-i Ahıska»nın girişində verilmiş, 21 fəsildən ibarət bu qanunnamə dövrünün mükəmməl və demokratik hüquqi sənədidir. Tiflisdə 1947-ci ildə S.Cikiya tərəfindən «Ahıska» adı çıxarılaraq «Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan» adıyla nəşr edilmiş bu qanunun orijinal mətnini və bugünki türkcəyə tərcüməsini Ankarada 2001-ci ildə Yunus Zeyrek dərc etdirmiş və bu mətni 1570-ci ilin «Gürcüstan Qanunnaməsi»ndəki əlavə ifadələr və qeydlərlə tamamlamışdır. Y.Zeyreyin yazdığı kimi, mətndə Gürcüstan adı coğrafi və gürcülərin də yaşadığı bəzi ərazilər mənasında işlədilir. İnzibati baxımdan Osmanlıda Gürcüstan vilayəti olmamışdır. Qafqazda Osmanlıların həmin dövrdə qurduğu inzibati vilayətlər bunlardır: Kartli (Tiflis), Kaxeti (Telavi), Çıldır (Ahıska), Şirvan (Ərəş), Abxaziya (Sohumqala), Qori (Qori).
Bu qanunnamənin mətninin çağdaş türkcəsini Yunus bəyə minnətdarlıqla veririk (Y.Zeyrek, s.171-181):
KANUNNÂME
(Bugünkü Türkçeyle)
Gürcistan Vilâyeti taşlık olup, toprakları az olduğundan, Defter-i 'Atîk (eski defter) gereğince, her kişi başına kullandıkları yerleriyle, yirmi beşer akça ispenç kaydolundu. Bunu ödedikderi takdirde, mülklerinden çift vergisi, dönüm vergisi ve yarım vergi alınmasın. Gürcistan Vilâyeti kâfirleri, beşte bir vergiye tâbidir. Bu vergiye tâbi yerlerde sâlâriya vergisi alınmaz. Kadın, sahip olduğu yeri ham ve boş bırakmayıp, Defter-i Cedîd-i Hakanî' de kaydolunduğu gibi hissesini ve vergisini verdikten sonra elinden alınması uygun değildir. Halktan biri ölürse, toprağı oğluna intikal eder. Miras mülk gibidir. Oğlu olmasa kardeşine intikal etmez. Tapuya hak kazanmış olur. Lâkin gerekli tapu vergisini kardeşi verirse, başkasına verilmesin. Dedesinin yeri toruna intikal etmez. Defterde kayıtlı olan halk başka yerlere gitmişse, göçürüp geri yerlerine getirmek, kanunun kesin emridir. Ama on yıl ve daha fazla zaman geçmişse, geri getirilemez. Oturdukları yerlerinde, vergileri alınır. Tamamıyla vergiye tabidir. Başkasına kaydolunmadığı hâlde, ziraat vergisine tâbi olanlar, kendi yerlerini ekip biçmeyip, gidip başka sipahi toprağında bir yeri ekip biçerse uyarıldıktan sonra onun gibilerden iki öşür alınması, kanun gereğidir. Ama kendi toprağını ekip biçtikten sonra, başka sipahi toprağında da yer ekip biçerse iki öşür alınması yasaktır.
2. Dışardan bir vergi mükellefi gelip, sipahi toprağında tapuyla yer ekip biçerse, hissesini verdikten sonra verimli bir yerden, iki dönüme bir akça ve bayağı yerden, üç dönüme bir akça alınır. Dönüm, normal adımlarla enine ve uzununa kırk adım yerdir. Eksik ve fazla alınmasın.
3. Halkın ziraate uyğun yerlerinden, üç yıl aralıksız ve mazeretsiz ekilmemiş ve boş bıraktığı yerler alınıp, başkasına tapuya verilmesi kanun gereğidir.
4. Eskiden şehirlinin, kale halkının ve köylerin davar otlağı olan mer'alarının ekilip biçilmesi ve korunması yasaktır. Bağ ve bahçeden kaydolunduğu üzere hisse alınması kanuna uyğundur. Defter-i 'Âtîk ve Defter-i Cedîd' de olduğu gibi götürü kaydolan bağ ve bahçelerden kaydolunan götürü alınsın, başka bir şey alınmasın.
5. Halk, sipahilerinin öşürlerini en yakın pazara iletmelidir. Dışarıdan gelerek ekip biçenlerin köylerinde olan ambara iletmeleri kanun gereğidir.
6. Harman zamanı halkın tahılının, onda biri alınacağı sırada sâlâr olanlar, beklemeden, derhâl hazır olan harmanı ölçüp halkı sıkıştırmasınlar.
7. Değirmen vergisi de defterde kaydolunduğu kadar alınıp fazla bir şey alınmasın. Vilâyet sayımından sonra yeni bir geğirmen yapılırsa civarında olan değirmenlerden ne alınıyorsa, timar sahibi onlara göre vergi alsın, fazla alınmasın.
8. Bir kimse dışarıdan gelip sipahinin timarında kışlasa ve evli olsa, ondan kışla vergisi olarak altı akça alınsın. Eğer bekârsa ve evi varsa hâne vergisi olarak üç akça alınsın. Yer ekip biçerse toprak vergisi verip kışla vergisi vermesin. Kışlacı olan kimseler, üç yıl kışla vergisi verip üç yıldan fazla oturursa sipahisine on sekkiz akça gelir vergisi versin. Dışarıdan gelen halk başka yere yazılmış olmayıp, gelip sipahi timarında oturursa, geleneksel vergileri timar sahibine versin, dışarıdan kimse karışmasın.
9. Koyun ve keçi vergisi, iki koyuna bir akçadır. Kanuna göre, koyunla kuzu bir sayılır. Bu koyun ve keçi vergisinin nisan ayında alınması kanun gereğidir. Vilâyet yazımından sonra, dışarıdan gelen başkaları, buralarda bulunan ve insan yaşamayan bazı boş köyleri şenlendirip koyun edinseler, koyun ve keçilerinin miktarı başka bir yere yazılmış değilse, o vilâyetin koyun ve keçi sayısı kimlere yazılmış ise yazıldığı kadar alınsın. İki koyuna bir akça aldıktan sonra, her sürüden on koyuna bir akça da çubuk akçası ve şişlik diye bir koyun alınması meşru değildir, alınmasın.
10. Ağıl vergisi, koyunlar kışladığı takdirde, yürülükteki kanun gereğince, her sürüden orta halli bir koyun alınsın. Sürüden az ise, on koyun bir akça alınsın, fazla alınmasın. Petek vergisi, bal ‘öşründen bedel olarak her kovandan ikişer akça alınır. Petek, koyun ve bağ-bahçe ki, vâilyet yazımından sonra meydana çıxarsa, öşür ve vergileri timar sahibine aittir.
11. ‘Arûsiye (gelin vergisi), beylerbeyi arazilerinde, sancakbeyi arazilerinde ve böyük timar sahiplerinin arazileri ve diğer serbest timarlarda, bâkire kızlardan altmışar ve dul hanımlardan otuz akça alınır. Diğer timar sahiplerinin gelin vergisi, yarım kaydolan yerlerden sipahileri; ve başka yarımını sancakbeyine kaydolan yerlerden sancak zabitleri alsınlar. Bâkire kızın gelin vergisi her nereden göçerse, atası kimin vergi mükellefi ise ona verir. Dul hanımlar her kimin toprağında yaşıyorsa, gelin vergisini timar sahibine verir. Yörük ve yüzdeci tayfasının belirli yerleri olmadığından, atasına tâbi olduğu için bâkire ile dul aynıdır. Büyük timar sahipleri, avcı kızları, kale muhafızları ve bekârların gelin vergileri padişaha kaydolundu. Bu vergiyi hazine arazilerinin memurları alsınlar.
12. Adı geçen vilâyette tutulan firarî köle ve küçük câriye ile yük ve binek hayvanlarından her kim tutarsa, götürüp devlet hesabına kaydolunanı hazine arazisi emînlerine ve sancakbeyine kaydolunan sancak zabitlerine – kanun gereği kadar müjde bahşişini alıp – teslîm etsinler. Bilinen belli vakitleri tamam olduktan sonra vilâyet kadıları aracılığıyla artırma ile satıp değerini saklasınlar. Köle ve câriye saklamanın müddeti üç aydır. Dört ayaklı hayvan cinsi, bir ay saklanır. Diğer sebepler, kumaş, halı ve bunun emsalı nesneleri bulsalar, saklamasınlar, kadı aracılığıyla mutemetlere teslîm etsinler. Eğer saklarlar ise suçlu olurlar.
13. Hayvanlarla ilgili suçlarda halkın atı veya sığırı bütün dörd ayaklı hayvan cinsi, birbirinin ekinlerine zarar verseler, zararları ödettirildikden sonra hayvan sahibine beş değnek vurulup, hayvan başına beş akça olmak üzere, timar sahibi, para cezası alsın. Koruyup tutulan hayvandan zikrolunduğu üzere alıp kır bekçisi vergisi olarak her hâneden götürü adıyla bir şey almasınlar.
14. Kara damğa (vergisi olarak), at pazarında at satılırsa, on iki akça alınsın. Kasabhânede koyun satılırsa iki koyuna bir akça ve su sığırı (manda) satılırsa dört akça ve kara sığır satılırsa iki akça alınsın. Başka vilâyetten yük ile bez ve pamuk gelip satılsa yüzde iki akça alınsın. Ceviz, incir ve diğer kuru meyve yükünden, at yükünden iki akça, deve yükünden dört akça, eşek yükünden bir akça alınsın. Eğer meyve satılmazsa bir şey alınmasın. Yaş meyvenin iki yükünden bir akça alınsın.
15. Gürcistan vilâyetinde kilise vakıflarına ve piskoposlara ait arazilerde, kişi başına ikişer akça alınırmış. Halkın yükünü hafiflemek için Defter-i Cedîd-i Hakanî' de kaydolunduğu üzere her hâneden ikişer akça alınsın, fazla alınmasın.
16. Pazar vergisi, zahire, buğday ve arpa, şehre getirilip satılsa her müdden yarım ölçek alınsın ve diğer hububat da böyledir. Çok az gelip her yük altı ölçek olduğu takdirde satanda dört ölçeğine bir akça alınsın ve müddün miktarı da İstanbul'un yirmi ölçeğidir.
17. Ölçü ve tartılar kanununa göre, şehirlerde eksik tartılarak satıldığı zaman dirhem başına bir akça para cezası alınsın. Fiyat tespitleri kadı arıcılığıyla yapılsın. Eksik satandan dirhem başına bar akça para cezası; dirhem ile satılan kıymetli nesnelerden, dirhem ile satılan on akça on bir üzere (yüzde on kâr payıyla) fiyat verilip fazla verilmesin. Yapılmış olan yarım okka iki yüz dirhem; batman ise on iki yarım okkadır.
18. Bir kimse cinayet işlerse, idam edilmezse, zengin olursa dörd yüz akça ve orta halli olursa iki yüz akça, yoxsul hâldeyse yüz akça para cezası alınsın. Bunun gibilerden idam bedeli olarak para alınması, eski kanuna aykırıdır, alınmasın. Zina eden kimse zengin olursa üç yüz akça, orta halli olursa iki yüz elli ve düşkünlerden iki yüz akça alınsın. Zina eden erkek bekâr olursa bu itibar üzere iki yüz elli ve yüz akça alınsın. Göz çıkaran ve el keçen kimseden suç
19. ve baş yarıp kemik çıksa, diş çıksa, kılıc ve çomak ile ve diger savaş aletleriyle yaralanıp döşeğe düşse, yüz akça ve bunlardan hafif para cezası – ki azarlama ve cezalandırma – lâzım olursa, otuz akça ve rahiplerden on akça para cezası alınması bilinen bir gelenektir. Suçlu olan kimse araştırılmadan fenalığı açıkça belli olmadan, sancakbeyi subaşıları ve adamlarının, o kimseyi hapsedip bir nesnelerini alıp salıvermek yasaktır. Her suçlunun suçu, vilâyet kadısı huzurunda ispat olunmadan tutup idam etmek, şeriata ve kanuna muhaliftir. Ama suçlu ve zanlı olan kimse inat ederek direnip mahkemeye gelmekte mesele çıkarırsa, zorla mahkemeye götürmek meşrudur. Azılılar, şirretler, halka bazı töhmet isnat ederse, kadı huzuruna getirmeden, sancakbeyi subaşılarının halkı zincire vurup köy köy gezdirmeleri yasaktır. Onun gibi olanı, kadı mehkemesine götürüp şer'le ispat etmeyince zincire vurulmasın. Sancakbeyi (ve) subaşıları, memleket içinde çok adamla gezmesinler ve parasını ödemeden (hayvanlarına) yem ve (kendilerine) yemek almasınlar.
20. Dışardan gelen halk, hangi köyde oturursa, kimsenin kayıtlısı olmayıp, üç yıl oturduktan sonra, timar sahibinin diğer halkı gibi olur. Dışarıdan gelmiştir diye, emînler/mutemetler ve başkalarından kimse karışıp vergi istemesinler. Buralar sınır boyudur, bayındır olması gereklidir.
21. Bazı köylerin ürünleri sonunda, bazı kimselerin bağ ve bahçereli ile topraklarına öşür, kira, vergi ve hissesini verirler diye Defter-i Mufassal' da kaydolunmuştur. Kayda geçirilmiş olan köylerin ürünlerine mahsup edilmiştir (geçirilmiştir). Ürünlerinden hâriçtir diye karışılmasın.
Peygamberimizin (ona salat ve selam olsun) hicretinin 1003. yılı (H.1003/M.1595 yılı) Ağustos ayının ilk günlerinde yazıldı».
III Sultan Muradın tuğrası ilə təsdiqlənmiş «Loru vilayətinin Dirlik (gəlir) dəftəri» (1587-1590) də Borçalının (Axtala, Uzunlar, Kolagirən, Taşır, Pənbək, Arpalı oymaqları-sancaqları) qarapapaqlar yaşayan köklü türk yurdu olduğunu təsdiqləyir (bax: Z.Bünyadov. Qarapapaqlar // «Borçalı» jurnalı, 1993, № 1).
Ümumiyyətlə, Borçalının Tiflisə tabeçiliyi təsadüf olmuşdur. Mirzə Yusif Qarabağinin «Tarixi-Safi», Mirzə Adıgözəl bəyin «Qarabağnamə» əsərlərində də qeyd olunduğu kimi Borçalı, Səfəvilər sülaləsindən olan Gəncə bəyləri Ziyadoğullarının ona tabe olmaq istəməməsindən qəzəblənmiş Nadir şah tərəfindən 1736-cı ildə Gəncə xanlarına tabeçilikdən çıxarılıb Gürcüstan valisinə verilib. «Dəftəri-müfəssəli-əyaləti-Tiflis» (1728) adlı sənəddə də cənubi-qərbi Gürcüstanda türklərin və türk yer adlarının üstünlüyü təsdiqlənir (bax: H.Məmmədov. «Dəftəri-müfəssəli-əyaləti-Tiflis»də yer adları. // Azərbaycan filologiyası məsələləri. II buraxılış, B., 1984). Bu faktı gürcü alimi N.Şengeliya da təsdiq etməyə məcbur olmuşdur. Bu siyahıdan Çıldır (Axısqa) vilayətində 711 kənd olduğu məlum olur.
1628-ci ilə qədər Axısqada atabəylik forması saxlanır, sonra isə paşalıq yaradılır. Şahzadə Vaxuşti Baqrationinin yazdığı kimi, osmanlılar heç kimdən xristianlıqdan imtina tələb etmir (Vaxuşti Baqrationi. İstoriə üarstva Qruzinskoqo. Tbilisi, 1976, s.208), əksinə katoliklərə və yəhudilərə də sığınacaq verirlər. Lakin bu bölgə uğrunda iki türk xanədanı – Osmanlı və Səfəvi dövlətləri arasında çəkişmələr bir müddət çəkir və nəhayət 1639-cu ildə Zəhab müqaviləsi bu çarpışmalara son qoyur, Axısqa Osmanlı əraziləri kimi rəsmən qəti təsbitlənir.
Beləliklə, Osmanlı dövlətinin şimal-şərqində yeni paşalıq – iki yüz əlli il düşmənləri lərzəyə salmış əzəmətli Axısqa paşalığı yaranır…
1628-ci ildən rəsmən Axısqa paşalığı və ya Çıldır bəylərbəyliyi adlanan bu obaya həmin dövrdə Səfər paşa (1625-1635) başçılıq edir. Sonrakı dövrlərdə paşalıq xeyli güclənir, Çıldır gölündən Borjoma qədər 14 sancaqdan ibarət, 15 şəhəri olan qüdrətli vilayətə çevrilir. Paşalıq dövründə burada güclü qalalar tikilir, məscidlər ucaldılır, mədrəsələr, kitabxanalar açılır. Axısqanın yüksəlişi XIX əsrə qədər davam edir, paşalıq sultanlığın mühüm mədəniyyət mərkəzinə və zəhmli şimal gözətçisinə çevrilir…