AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

SÜQUT

SÜQUT


    XIX
əsrin əvvəllərindən Osmanlının tənəzzülə uğraması Axısqanın da taleyində faciəli rol oynayır. Məlumdur ki, XIX yüzildə Osmanlıya qarşı əsil səlib yürüşü başlayır. Bu yürüş 1815-ci ildə Vyana konqresində rəsmən ortaya atılmış qəsbkar «Şərq məsələsi»nin əsas həlqəsi idi türk dövlətini parçalayıb yox etmək, islam Şərqini istila məqsədi daşıyırdı. Rusiya da, Pyotrun vəsiyyətlərilə səsləşən bu hərəkatın əsas iştirakçılarından idi.

Erməni icması qəsbkar «Şərq siyasəti»ni öz mənafeyinə yönəltməyə nail olur. Başqa xalqları əzən imperiya siyasəti erməni icmasının mənafeyinə işləməyə başlayır, köhnə qonşularının əzəli himayədarlarının qanı bahasına ermənilərin «xoşbəxt əsri», «gözəl baharları» yaradılmağa başlanır. əslində Qafqaz döyüşlərində türklərin məğlubiyyətlərinin əsas səbəbi heç türk silahının zəifliyi deyil, ermənilərin xəyanətləri olur. Bu dönüklük getdikcə o dərəcədə qabarıqlaşır ki, hətta K.Marks F.Engels bu haqda ayrıca məqalələr yazırlarQarsın süqutu», «Asiyada müharibə», «Avropa müharibəsi»)…

1828-ci ilin aprelində imperator Nikolay Türkiyəyə müharibə elan edir. İyunun ortalarında əsas döyüşlər Qafqaz cəbhəsinə keçirilir. Axısqa Qafqaz müharibələrinin əsas düyün məntəqələrindən biri olur A.S.Puşkin, N.N.Rayevski, N.N. Muravyov, İ.F.Paskeviç kimi şəxslərin adları ilə bağlanır.

Qraf İ.F.Paskeviçin qoşunları iyunda Gümrü yaxınlığında Arpaçayı keçərək, iyulun 19-da Qarsa gəlirlər. Qars ətrafındakı ağır döyüşlər bir nəticə vermir. Rus hissələrinin Qarsdan geri çəkilməsi haqqında söhbətlərin getdiyi bir vaxtda şəhərdəki ermənilər gecə şəhər divarlarından rus qrenaderlərinə (seçmə əskər) kəndir nərdivanlar tullayır, içəri girən qrenaderlər darvazaları açıb qoşunları şəhərə buraxırlar (Bax: M.A.Zadonskiy. Jiznğ Muravğeva. Dokumentı i vospominaniə. M., 1989, s.240-246).

      …Qeyd edək əksər türk şəhərlərinin işğalında, dinc xalqın qətllərində erməni xəyanəti əsas amillərdən olub. Bir çox türk şəhərlərinin, o cümlədən Dərbəndin, Gəncənin, Təbrizin, İrəvanın ruslar tərəfindən tutulmasında daimi himayədarlarına, yerli əhaliyə qarşı satqınlıq edərək böyük qırğınlara səbəb olmuş erməni xəyanəti həlledici rol oynayır (Bax: K.Şulgin. İrəvanın alınması //SMOMPK, 1884, 4- buraxılış, s. 34-39; İrəvanın türk hökmdarları haqqında bax: P. Zelenski. İrəvan şəhəri // SMOMPK, 1881,1-ci buraxılış, s.1-54).

Bu nankor xəyanətin ermənilərin irsi xüsusiyyəti olmasını belə bir heyrətamiz fakt da təsdiqləyir. V.L.Veliçko yazır ki, iranlıların təqibindən qurtularaq II İrakliyə pənah gətirmiş, Borçalıda ermənilər üçün salınmış Şulaverdə yerləşmiş erməni məlikləri Abo Məcnun 1795-ci ildə İran şahı Qacar Tiflisə hücum edəndə, öz gürcü himayədarlarını, xristian dindaşlarını sataraq, ona bələdçilik etmişlər (V.L.Veliçko. Kavkaz. Russkoe delo i mejduplemennıe voprosı. B., 1990, s. 35-36).

Borçalı əhalisi isə Yadigar oğlanları nəslindən Sadıq bəy Xudu bəyin başçılığı ilə bu zaman əzəli türk mərdliyi ilə duz-çörək kəsdikləri II İraklinin tərəfində iranlılara qarşı vuruşmuş, həmin nəsildən Xeyransa xanım çarın arvadı Darecanı xilas edərək Duşetə müşayiət etmişdir.

Amerikalı müəllif S.A.Uimz yazır: «Çar Böyük Pyotr (1689-1725) Qafqazın işğalında erməni satqınlığından məharətlə səmərəli istifadə etdi. II Yekaterinanın dövründə ermənilər Rusiyaya köməkliyini davam edirdilər… 1796- ildə ruslar Dərkənd şəhərini mühasirəyə aldı. Özlərini Osmanlılara sadiq göstərən erməni sakinləri şəhərin su ilə təchizi haqqında məlumatı ruslara çatdırdılar məhz bunun nəticəsində ruslar döyüşdə qələbə çaldılar… 1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı casusluq fəaliyyətinə görə Erməni Kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif etdiRusiya-Osmanlı müharibələrinin hər birində Osmanlı erməniləri adi qaydalar əsasında döyüş xətlərini keçir xəbərçilik edərək düşmənəruslara hərbi məlumat çatdırırdılar» (Səmuel A.Uimz. Ermənistanterrorçu «xristian» ölkənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyalarıI cild. İngilis dilindən tərcümə edəni Z.Ağayev. B., 2004, s.34,75).

Bütün bunları müşahidə edən gürcü ziyalısı İ.Çavçavadze 1887-ci ildə yazırdı: «Azərbaycanlılar (türklər)… ürəyiaçıq, sakit, təmkinli vüqarlıdırlar. Azərbaycanlı bir adama hörmət edib inanarsa, heç vaxt ona xəyanət etməz. Azərbaycanlılar yalnız ağıllı mərd adama hörmət edirlərErmənilər adımızı ləkələməklə, milli ləyaqətimizi tapdalamaqla kifayətlənməyərək bizi yer üzündən birdəfəlik silmək üçün bütün tariximizin, salnamələrimizin üstündən qələm çəkir, tarixi yadigarlarımızı, abidələrimizibütün tarixi sərvətlərimizi müxtəlif hiylələrlə öz adlarına çıxırlar» (D. Əliyeva Ürək bir, dilək bir. B., 1981, s. 145)…

      …Qars tutulduqdan bir neçə saat sonra Məhəmməd Paşanın Mustafa Paşanın korpusu Ərzurumdan Qarsın köməyinə yetişir, amma artıq gec olur. Qarsa gecikmiş türk qoşunu Axısqaya yardıma tələsir

Qarsın fəthindən sonra Paskeviçin korpusu geri dönür Axılkələyi mühasirəyə alır. Güclü top atəşi ilə Axılkələk qalasını yerlə-yeksan edərək 23 iyulda buranı Xertvisi (Xırtız) ələ keçirirlər.Qeyd edək ki, 1807-ci ilin mayında Qudoviç, 1810-cu ilin noyabrında general Tormasov, 1811-ci ilin dekabrında polkovnik Kotlyarevski Axılkələyə uğursuz həmlə etmişdi.

 Avqustun 1- rus qoşunları əzəmətli Axısqa şəhərinəTürkiyənin şimal-şərq sınırlarının son ən qüdrətli qalasına doğru hərəkət edirlər

Rus qoşunları Axısqaya burdan əvvəl – 1810-cu ildə həmlə etmişdilər. 1810-cu ilin 16 noyabrında general Tormasovun 12 batareya 3.000 atlıdan ibarət dəstəsi Axısqanı mühasirəyə almış, lakin Şərif Paşanın başçılıq etdiyi türk korpusu qalanı qoruya bilmişdi (Bax: Voennaə gnüiklopediə, t. III, SPb, 1911, s. 281-283 ).

…1828-ci lin 5 avqustunda Paskeviçin korpusu Axısqaya gəlib çatır

Kürlə Posxov çaylarının qovşağında, Posxovun sol sahilində sal qayanın üstündə ucalan Axısqa qalası çoxdan düşmənlərə göz dağı idi. Deyilənə görə ətrafda belə bir söz gəzirmiş ki, göydən ayı endirmək olar, amma Axısqa minarəsinin altun ayparasını salmaq olmaz

Qala şəhərin daş divarları arasında imiş. Şəhər özü şəhərətrafı əkin, bağ sahələri, evlər isə 7 arşınlıq şam hasarla əhatə olunubmuş. Şəhərin ən uca tikilisi məşhur Əhmədiyyə camesi imiş. Şəhəri əhatə edən bürclər, xəndəklər, uzaqlardan görünən vüqarlı minarələr, Qayadağda dikələn qala çox zəhmli mənzərə yaradırmış. 50 minlik əha­lisi olan Axısqa şəhərini 5.000 nizami əsgər, 10.000 könüllü qoruyurmuş.

Qars, Axılkələk Axısqanın alınmasında iştirak etmiş general N.N.Muravyov xatirələrində yazır ki, Axısqa qalasının zəhmli görünü­şün­dən vahimələnmiş Rəvan (İrəvan) fatehi qraf Paskeviç əvvəlcə qələbəyə inanmır hətta geri çəkilmək fikrinə düşür. Qərargah rəisi general Saken general Muravyov təkid etdikdən sonra avqustun 9-da nəhayət şə­hər uğrunda döyüş başlayır.

Müasir toplarla silahlanmış, 3.000-i süvari olan 12.000-lik rus qoşunu əvvəlcə şəhər ətrafında yerləşən dəstələrə həmlə edir. Ağır döyüş başlanır, heç kim geri çəkilmək istəmir. Qraf Paskeviç heç bir nəticə əldə edə bilmir, ağır duruma düşür, lakin bu vaxt Kartlidən Borjom yoluyla general Popovun komandanlığı ilə əlavə qüvvələr köməyə gəlir. Qüvvələri artmış əlverişli mövqeləri ələ keçirmiş ruslar şəhərdən kənardakı türk qoşununu şəhəri toplardan şiddətli atəşə tutur sərəsgər Məhəmməd Paşanın Ərzurumdan Axısqaya köməyə gəlmiş korpusu məhv edilir

Misirdə Napoleona qarşı döyüşlərdə iştirak etmiş təcrübəli döyüşçü Məhəmməd Paşa qraf Paskeviçin təslim təklifinə belə cavab verir ki, bizim toqquşmamızı yalnız qılınc həll edə bilər.

Bundan sonra şəhərə birbaşa həmlə başlanır. Avqustun 15- günorta saat dörddə rus qoşunu güclü top atəşindən sonra şəhər ətrafındakı şam hasarı yarıb keçir. Şəhər ətrafında yaşayan əhali qeyri-adi qəhrəmanlıqla müdafiə olunur. General Muravyov xatırlayır ki, hər bir ev uğrunda döyüş gedir, heç bir türk aman istəmir, hətta qadınlar da son nəfəsədək xəncərlə müdafiə olunur, yaralılar belə dikəlib vuruşurdular. Bütün gecəni səhərəcən döyüş davam edir, dəhşətli yanğınlar başlayır, küçələr meyitlərlə dolur. Bir çox şahidlərin xatirələrində, hətta 1911-ci ildə çıxmış rus hərbi ensiklopediyasında da Axısqa türklərinin misilsiz qəhrəmanlığı, qadınların da döyüşdüyü bildirilir (Voennaə gnüiklo­pediə, SPb, 1911, t. III, s. 281-283).

Səhərə yaxın rus qoşunları darvazaları basıb şəhərə dolur qalanı ­hasirəyə alırlar. Bu zaman qalada cəmi dörd minlik türk qarnizonu qalıbmış.

General Muravyov general Saken elçi kimi qalaya daxil olub türk paşasına vəziyyətin çıxılmazlığını söyləyir təslim olmağı tələb edirlər. Muravyov bu danışıqların necə dramatik keçdiyini təsvir edir. – Vəziyyətin imkansızlığını görən Məhəmməd Paşa təslimə razılıq vermək istədikdə axısqalılar qəzəblənir qəti etiraz edirlər. Axısqalıların ağsaqqalı Fətullanın çılğın etirazı xüsusi qeyd olunur. Muravyov onu da əlavə edir ki, dağ əhalisi olan Axısqa türkləri heç vaxt heç kimə boyun əyməmişdilər indi təslim olmaq istəmirdilər. Həmişə azad olmuş bu paşalığın sultandan asılılığı da formal imiş indi onlar sultanın sərəsgərinə tabe olmaq istəmir, ölümü əsarətdən şərəfli sayırdılar.

Sərəsgər bu anlar əzablı hisslər keçirir, camaatdan aralanır, qala divarına qalxıb uzun müddət sükut içində rus qoşunlarını seyr edir uduzduqlarını bir daha anlayır

…1828-ci ilin 16 avqustunda Axısqa paşalığı belə süqut edir

Bundan sonra ətraf kəndlər qalalar, o cümlədən Borjom dərələri üzərində laçın kimi pərvazlanan Azqur qalası, Zanav qalası, Altun-qala, paşalığın digər məskənləri tutulur.

Beləliklə, qüdrətli Axısqa paşalığının tarixinə son qoyulur.

Qafqaza sürülmüş məşhur dekabrist M.S.Lunin yazırdı: «Siyasi baxımdan Axalsixin tutulması Parisin tutulmasından daha vacibdir» (M.S.Lunin. Pisğma iz Sibiri. M., 1987, s. 15). Qeyd edək ki, bir çox dekabristlər digər tanınmış şəxslər (E.S. Musin-Puşkin, A.A.Fok, M.İ.Puşin, P.A.Bestujev, A.A.Bestujev-Marlinski, V.S.Tolstoy, Z.Q.Çernışov, E.E.Laçınov, P.M.Leman, İ.Q.Burtsov b.) bu dövrdəki rus-türk müharibələrində iştirak etmişlər. Onların şəhadətləri, xatirələri türk nizami ordusu yerli əhalinin qəhrəmanlıq savaşını, dönməzliyini, texnika canlı qüvvədə üstünlüyü olan rusların döyüşləri necə çətinliklə aparmasını təsdiq edir, ümumən müharibənin bir çox detallarını aşkarlayır (bax:N.N.Muravğev-Karskiy. Zapiski // «Russkiy arxiv», 1885, kn.III; 1886, kn.I; E.Veydenbaum. Dekabristı na Kavkaze // «Russkaə starina», 1903, iönğ; P.Dolqorukiy. V rədax Nijeqorodskoqo draqunskoqo polka. 1826-1830 qq. // «Russkaə starina», 1882, kn.VIII; S.A.Fadeev. Dekabristı v Otdelğnom Kavkazskom korpuse // «Voprosı istorii», 1951, № 1; Stefanov Mixaylovskiy. Kre­postnoy batalğon na Kavkaze. M., 1906; ROMQ, kartoteka E. Veyden­baumaL.S.Puşkin», «Burüov»); «Russkaə starina», 1884, t.41; «Kavkazskiy sbornik», t. 1; Vospominaniə Bestujevıx, M., 1951). Axısqanın alınmasında iştirak etmiş qardaşları Pavel Pyotrun söhbətlərindən həvəslənmiş məşhur yazıçı Aleksandr Bestujev (Marlinski) 1834- ildə Axısqada qulluq edərkən yazmağa başladığı «Vadimov» romanında bu hadisələri rusların gözüylə təsvir etmişdir (A.Marlinskiy. Soçineniə, M., 1836, ç. 12).

Axısqanın süqutu ilə buranın zəngin mədəniyyəti tənəzzül edir. Bu mədəniyyət isə həqiqətən çox zəngin idi. Axısqa Osmanlı dövlətinin tək hərbi deyil, həm mədəni mərkəzlərindən biri kimi tanınırdı. Ta­le­yin oyunu elə gətirib ki, süqut dövründə Axısqa paşalığının mədəni həya­ haqqında təsəvvür yaradan ən maraqlı sənədlərdən birini xalqımızın oğlu Abbasqulu ağa Bakıxanov tərtib etmişdir. Qriboyedov, Puşkin başqa rus ədibləri ilə dostluq edən Bakıxanovun Qriboyedovla birlikdə ­­farətdə fəaliyyəti V.K.Kuxelbekerin 1823- ilə qədər yazdığı «Qəl­yan­­çı» («Səyyah») poemasında təsvir olunub (V.K.Köxelğbeker. Liri­ka i pogmı. M., 1939, t.I). Bu sənəd 1828-ci ilin sentyabr-oktyab­rında Ba­kıxanovun hazırladığı «Axısqa kitabxanasındakı əlyaz­maların təsviri»­dir (Bax: A.K.Bakıxanov. Soçineniə. Zapiski. Pisğma. B., 1983, s. 270-278).

Rus ordusu tutduğu ərazilərdəki mədəniyyət incilərini zəbt edirdi. Bunun üçün şərq dillərini bilən ziyalıların, o cümlədən A.A.Bakıxa­novun xidmətindən istifadə olunurdu. Axısqaya qədər, Bakıxanov Ərdəbil kitabxanasının müsadirəsində iştirak edibmiş.

1828-ci ilin sentyabr-oktyabrında rus imperiyasının eyni cinayəti Axısqada törədilir. Axısqa tutulduqdan sonra əlahiddə Qafqaz korpusunun baş komandanı qraf İ.F.Paskeviç öz tərcüməçisi A.A.Ba­­xa­nova Axısqa əməliyyatının digər iştirakçısı, türk dilini bilən N.N.Muravyova yerli kitabxana haqqında xüsusi əmr verir. Bu əmrlə onlara Əhmədiyyə camesi nəzdində olan məşhur mədrəsənin kitabxanasındakı bütün dəyərli əlyazmaları nəzərdən keçirib hərbi qənimət kimi müsadirə etmək tapşırılır.

A.Bakıxanovun tərtib etdiyi məlumatda bildirilir ki, Əhmədiyyə camesində ayrıca binada yerləşən mədrəsədə ərəb, türk fars dillərində müxtəlif elmlər tədris olunurmuş. Abbasqulu ağa bu güclü tədris ocağının Axısqada həmişə mövcud olduğunu ayrıca qeyd edir. Kitabxanadan tapılmış 300-dən çox nadir əlyazmaları çap kitabları əsasən dərsliklərdən elmi əsərlərdən ibarət imiş. Bakıxanov bunlardan 148 nömrə altında 153 cild kitab iki nadir Quran seçmiş onların həm ərəb, həm rus dillərində 14 səhifəlik təsvirini vermişdir.

Abbasqulu ağa qrammatika, ritorika, söz sənəti, riyaziyyat, astronomiya, fəlsəfə, ilahiyyat, hüquq, ədliyyə başqa sahələrə aid bu nadir əsərlərin Rusiyada yaradılacaq Asiya tədris müəssisəsi üçün çox gərəkli olacağını xüsusi göstərir.

Ərzurum, Ərdəbil, Bəyazit, Dərbənd, Qars, İrəvan, Təbriz, Gəncə, Ba­ əlyazmaları kimi, Axısqanın mənəvi sərvəti Peterburqa göndərilir

Beləliklə, Axısqa paşalığının türk mədəniyyəti məhv edilir… XIX yüzilliyin şairlərindən Qarslı Bəhri sanki şimal səltənətindən gələn bu təhlükəni duyaraq demişdi:

                      

Gəlmə, Moskof, gəlmə Karsa,

                       Cənnət küfrə mal olurmu?

 

Koblıyan (Altunqala) bölgəsindən olan Çərkəzoğlu (XVIII-XIX əsrin əvvəlləri) hələ Tiflis (1801) Şirvanın (1806) rus işğalına belə münasi­bət bildirmişdi:

Koca Gence, Şirvan alkan boyandı,

Ülema yatağı Şeki de yandı,

Tiflizden Azqura geldi dayandı,

Bunlar bize hitab: «uyan», değil mi?

 

Axısqanın süqutundan sonra Aşıq Gülali belə yazırdı:

 

                       Axısqa gül idi gitti,

                       Bir əhli dil idi gitti,

                                    Söyləyin Sultan Mahmuta

                       İstanbul kilidi gitti.

 

Axısqanın işğalı manilərə düşür:

 

Qara dəniz axmam diyor,

Ədrəfini yıxmam diyor.

Adı gözəl Osman Paşa

Axısqadan çıxmam diyor.

 

Qara dəniz axar gedər,

Ədrəfini yıxar gedər.

Adı gözəl Osman Paşa

Axısqadan çıxar gedər.

B i r  h a ş i y ə: Axısqa kitabxanasının müsadirəsi zamanı baş vermiş N.N. Muravyovun qələmə aldığı bir təsirli hadisə ibrətamizdir (Bax: Tiflisskie Vedomosti, № 4, 25 ənvarə, 1829 q.). Muravyov yazır ki, Əhmədiyyə camesindəki kitabxananı araşdırmaq üçün 70 yaşlı ağsaqqal olan Axısqa əfəndisini köməyə dəvət etdik. Əlyazmaları araşdırılan vaxt kitabxanada, bu müqəddəs elm məbədində, bir top mərmisi tapılır. Mərmi kitabxananın divarını deşib içəri düşmüş, amma partlamamışdı. Muravyov mərmini götürüb ixtiyar əfəndiyə yaxınlaşır gülümsəyərək soruşur:

 – Hörmətli əfəndi, bəs bu naməni hansı sıraya yazaq?

 Rus zabitinin bu sözləri qocaya çox təsir edir, sifəti tutulmuş əfəndi mərmini alıb əlində hərləyir, dərindən köks ötürüb deyir:

Bunu isə bu dünyanın faniliyi haqqında xatirələr cərgəsinə yazın

D a h a  b i r  h a ş i y ə: Əhmədiyyə camesi haqqında başqa bir rəvayət. Türklər bir tikintiyə başlamazdan əvvəl qurban kəsər, qanı tikilinin təməlinə axıdarlar (bu adət indiyədək saxlanıb). Əhmədiyyə camesinə qurban verilməliymiş. Əhməd Paşa heç bir canlıya qıya bilmir əmr edir ki, səhər tezdən kim came tərəfə birinci gəlsə, onu qurban versinlər. Lakin bundan sonra da Əhməd Paşa sübhə kimi yuxulamır, özünün başladığı onun adını yaşadacaq tikintiyə kiminsə başqasının qurban gedəcəyindən darılır. səhər açılan kimi öz oğlunu yanına çağırıb bir bəhanəylə cameyə göndərir. Oğlu cameyə çathaçatda bir it gəlib onu keçir. İti tutub kəsir qanını camenin təməlinə axıdırlar. Əhvalatı eşidən Əhməd Paşa qüssələnir, dərin kədərlə deyir ki, bu came axırda bizə yox, itə qalacaq

Əhmədiyyə camesinin taleyi xalq şerində belə ifadə olunub:

 

Əhmədiyyə camesi söküldi,

Arabayla Urusetə çəkildi,

O vaxt mislimanın beli büküldi,

Ağla, nənəm, ayrılacax zamandur.

 

Rusiyanın Türkiyəyə qarşı müharibəsinin təcavüzkar mahiyyətini, vətən yox, hökumət işi olmasını bir çox qabaqcıl rus ziyalıları, ədibləri, yazıçı şairləri öz əsərlərində ifşa etmişlər. Böyük rus şairi A.S.Puşkin bu müharibəyə son dərəcə mənfi, hətta ironik-satirik münasibət bəsləmişdir. 1828-1829-cu il rus-türk müharibəsinə birbaşa reaksiya olan «Hafizdən», «Dəlibaş», «Oleqin qalxanı» şerlərində, «Ərzuruma səyahət» rus hökumətinin, Paskeviçin cinayətkar əməlləri (1828-ci ildə qraf İrəvanın fəthinə görə Erivanski titulları verilmiş Paskeviçi Puşkin «Ərzuruma səyahət» ironik şəkildə «qraf Yerixonski» adlandırmışdır), müharibənin xarici dövlətə qarşı qəsbkar mahiyyəti, heç kimisə azad etmək üçün mütərəqqi xarakterli olmadığı açıq şəkildə ifadə olunur, rus qoşununun «hərbi cəhətdən gülməli hərəkətləri» tənqid edilir. Puşkin yaradıcılığının görkəmli tədqiqatçısı Y. Tınyanov şairin rus-türk müharibəsinə münasibətini səciyyələndirərək, onun «sülhə çağırış müharibəyə qarşı ironik etiraz» bildirdiyini qeyd edir (Ö.Tınənov. O «Puteşestvii v Arzurum» // «Vremennik puşkinskoy komissii», vıp.

2, M., 1936, s. 61), müharibənin təcavüzkar mahiyyətini görən, bunun vətən naminə deyil, «hökumət» işi, başqa torpaqların mənasız qəsbkarlığı olduğunu dərk edən şairin heç kimin «qəhrəmanlığını vəsf etmək fikrində olmadığını» yazır (Yenə orada, s. 58,67-68). Bir çox başqa rus mütəfəkkirləri ədibləri Puşkinin Rusiyanın Türkiyəyə təcavüzünə mənfi münasibətdə olduğunu bildirmişlər. Bu məsələyə kitab həsr etmiş İ.K.Yenikolopov göstərir ki, A.Puşkinin «Ərzuruma səyahət»i dərc etməsində həqiqi məqsədi şairin «məhz hərbi yürüşə (rus qoşunlarının) baş komandan Paskeviçə satira yazmaq niyyətindən ibarət olub», bu yürüş Puşkinə «qəhrəmanlıq xüsusən bəraəti, mənası olan » kimi görünməyib (İ.K.Enikolopov. Puşkin v Qruzii. M., 1950, s. 127). A.Puşkin özü senzorların münasibətini bilərək uzun müddət «Ərzuruma səyahət»i çap etdirməmişdir. I Nikolay, qraf Paskeviç, Benkendorf, Bulqarin kimi mürtəce şəxslər, mətbuat orqanları A. Puşkinin müharibə haqqında həqiqəti açmasından çox narazı qalmış ondan hərbi əməliyyatları vəsf edən əsərlər tələb etmişlər (bax: Vano Şaduri. Otnoşenie pogta k russko-tureükoy voyne. Puşkin i Paskeviç. // Vano Şaduri. Dekabristskaə literatura i qruzinskaə obhestvennostğ. Tbilisi, 1958, s. 389-406). Hətta Puşkinin müasiri, mürtəce ruhlu Bulqarin yazmışdır ki, «Ərzuruma səyahət» dahi şairdən, alovlu heyranlıqdan iz belə yoxdur, qələbələr yoxdur, bu əsər «soyuq qeydlər»dir şairə müharibəni vəsf etmək barədə «öhdəliyi» xatırlatmışdır (Vano Şaduri s. 395, 402).

Türk sultanları Axısqanı qaytarmağa bir neçə dəfə cəhd göstərirlər. 1829-cu ilin fevralında Acar bəylərbəyi Əhməd bəyin qoşunu, 1853- ilin oktyabr-noyabrında Əli Paşanın başçılıq etdiyi türk nizami dəstəsi Axısqaya həmlə edir. 25 ildən sonra Axısqada türk bayrağı dalğalanır. Koblıyan, Azqur Abastumana türk qüvvələri yerləşdirilir. Lakin bölgəni saxlamaq mümkün olmur (Bax: Voennaə gnüiklopediə, t. III, SPb., 1911; N.R.Dubrovin.İstoriə voynı i vladıçestva russkix na Kavkaze. T. I., kn.II, Zakavkazğe, SPb., 1871; Uşakov. İstoriə voennıx deystviy v aziatskoy Turüii 1828-29 qq.; Boqdanoviç. Vostoçnaə voyna 1853-54 qq.; Y.Zeyrek. s. 26-27 )…

Türkiyə ilə Rusiya arasında 25 avqust 1829-da başlayan danışıqlar nəticəsində 1829-cu ilin 14 sentyabrında bağlanmış 16 maddəlik Ədirnə müqaviləsindən sonra Axısqa paşalığı, eləcə Poti, Anapa rəsmi olaraq Rusiyaya keçir. Qriboyedov «Rusiya Zaqafqaziya Kompaniyası» yaradılması haqqında qatı müstəmləkəçi plan hazırlayır (bax: «Zapiska ob uçrejdenii Rossiyskoy Zakavkazskoy Kompanii» statskoqo sovetnika Qriboedova i kollejskoqo sovetnika Zaveleyskoqo, 7 sentəbrə 1828 q., Tiflis // Za stenoy Kavkaza, M., 1989, s.487-493).

Beləliklə, paşalıq süqut edir Axısqanın tarixində yeni dövr başlanır. Bu mahalda iki qəzaAxalsıx (Axısqa) Axılkələk uyezdləri yaradılır. Yerli türk əhalisinə qarşı mürtəce imperiya siyasəti yürüdülür: türklərin xeyli hissəsi Türkiyəyə köçürülür, Cavaxet tərəflər az qala tam boşalır. Bu torpaqların Qars, Bəyazid mühacirləri hesabına kütləvi şəkildə erməniləşdirilməsi başlanır. Qafqaz xalqlarının taleyilə oynayan Paşkeviçin əmri ilə ilk vaxtda 30 min, bir qədər sonra isə 100 mindən çox erməni Axısqaya yerləşdirilir. XIX əsrin ortalarında sonralar da kütləvi erməniləşdirmə siyasəti davam edir. Rusiyanın mərkəzindən 3.000 sektant-duxobor da buraya sürülür. 50 minlik Axısqa şəhərinin əhalisi işğaldan sonra 10-13 minə düşür, rus əsarətinin ilk illərində Cavaxetdə 29 kəndi rus hökuməti türklərdən cəmi 3.600 rubla alır, əhali Türkiyəyə köçür. Müharibədən sonra rusların əlinə keçmiş 10 sancağın əhalisi yarıdan çox azalır, 45 minə enir. Türklərin Axısqa Axılkələkdən 1828-ci ildən başlayan məcburi köçü çar Rusiyasının bütün dövrlərində sonralar da davam etmişdir. İşğaldan sonrakı ilk illərdə Paskeviç Türkiyədən təşviqlə gətirərək bu torpaqlarda yerləşdirdiyi 30.000-dən çox erməninin hər birinə 25 rubl kömək göstərmiş, onlar uzun müddət vergilərdən azad edilmişlər. Rus-türk münasibətlərinin kəskinləşdiyi vaxtlarda türklərin yurdlarından çıxarılması sürətlənmiş, yalnız 1878-ci ildə 22.743 türk Ərdəhandan Anadolunun içərilərinə köçməyə məcbur olmuşdur.

Amerikalı S.A.Uimz yazır: «1827 1878-ci ilər arasında ruslar zor gücünə təxminən 1,5 milyon müsəlmanı köçürmüşdür… 1880-ci illərdə indiki Qafqaz adlanan o vaxtkı cənubi Rusiyada Balkanlarda yaşayan əhalinin əksəri müsəlman idi. 1923- ilədək bütün bunlar dəyişdi əksər müsəlman bu yerləri tərk etdi. 1820-ci ildən 1923- il arasında milyonlarla müsəlman öz ev-eşiyindən torpaqlarından didərgin salındı. 5,5 milyondan artıq adam ya müharibələrdə öldürüldü, ya didərginlikdə, ya da sonralar aclıq xəstəlikdən dünyasını dəyişdiBu müharibələr ərzində Rus İmperiyasında yaşayan ermənilər İranda Osmanlı İmperiyasında yaşayan ermənilərlə birləşərək öz dostlarının qonşularının əleyhinə doyüşən ruslara kömək edirdilər. Bu bundan sonra olan müharibələrdə ruslar müsəlman torpaqlarını zəbt edəndə ermənilər həmişə rusların tərəfini saxlayırdı. Rusların işğal etdiyi ərazilərdəki çoxsaylı müsəlman əhalisi çoxlu adam itkisi bahasına öz ev-eşiyindən qovulur, onların arxasınca isə erməni xristianlar həmin ev-eşiklərə sahib dururdu. Bax, məhz bu üsulla indi Ermənistan Respublikası adlanan ərazidə erməni əhalisinin üstünlüyü əmələ gətirilmişdirbu üstünlük rusların hərbi gücü sayəsində yaradılmışdır. Beləliklə, onların «qədim» vətən adlandırdığı ölkənin tarixi 1850-ci illərin ortalarından başlayır» (S.A.Uimz. Ermənistanterrorçu «xristian» ölkənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyaları. I cild, B., 2004, s.35, 69, 81, 102).

Rus imperiyasının rəsmi hesabatlarında da saxtakarlıqlar edilir türklərin sayı azaldılır. 1864- il statistikasında Axısqa qəzasında 73,7 min, o cümlədən Axısqa şəhərində 15 min əhali, bunlardan cəmi 18,5 min müsəlman göstərilir (Sbornik statistiçeskix svedeniy o Kavkaze. Tiflis, 1869, t. 1., s. 16-19).

1868-1869-cu illərə aid göstəricilərdə elə ciddi fərq yoxdur. 1869-cu il məlumatına görə, Axısqa qəzasında 63,3 min əhalisi olan 322 yaşayış məntəqəsindən 208- 24,5 min müsəlman yaşayıb (Sbornik materialov dlə opisaniə Tiflisskoy qubernii. Tiflis, 1870, t. 1., vıp. 1., s. 66, 193-194; Yenə orada, əlavə, s. 1-34). 1882-ci ilin rəsmi məlumatına görə, 4 şəhər, 828 kənddən ibarət Qars vilayətində 163 minlik əhalinin 62 %-ni müsəlmanlar, böyük əksəriyyətlə türk soyları (türklər – 27 %, qarapapaqlar – 15 %, türkmənlər – 5% kürdlər – 15 %), 10,5 %-ni yəhudilər, 5,5 %-ni ruslar (sonuncular hərbçilər, müvəqqəti yaşayanlarla birlikdə), qalanlarını digər xalqlar təşkil edib (K.Sadovski. Qars vilayəti haqqında qısa qeydlər // SMOMPK, 1883, 3- buraxılış, s.315-350).

Rusiya imperiyasında 1897-ci ildə aparılmış ilk ümumi siyahıyaal­mada isə Axısqa Axılkələk qəzalarının 141,5 min əhalisindən «ana dili» üzrə 24,4 min (17 %) türk, 18,9 min (13 %) «tatar» (azərbaycanlı), 2,2 min (2,2 %) kürd, yəni 43,3 min türkdilli, 45,5 min müsəlman göstərilib. Axısqa qəzasında türklər birlikdə 53 %, Axılkələkdə 10 % təşkil edib. Gürcülər 18,7 min (13 %) olub (Pervaə Vseobhaə perepisğ naseleniə Rossiyskoy imperii, 1897, SPb., 1905, t. 69, s. 78-81).

1913- ildə isə rus statistikası Axısqa Axılkələyin 195,5 min əhalisindən 56,2 min (29 %) nəfərin türk olduğunu, o cümlədən Axısqa qəzasında 51 min ya 54 % türk yaşadığını qeyd edib (Kavkazskiy kalendarğ na 1913 q. Tiflis, 1913, s. 126-129; buradakı geniş statistik cədvələ bax: A.Önusov. Mesxetinskie turki: dvajdı deportirovan­nıy narod. B., 2000, s. 146-152).

Bu statistik göstəricilər türklərə qarşı qərəzli, qeyri-obyektiv olsa da, ümumilikdə erməniləşdirmə siyasətinin nəticələrini göstərir. Qafqazın məşhur tədqiqatçısı V.Veliçko Axısqa-Axılkələkdə müsəlmanların yerini tutmuş ermənilər haqqında yazırdı: «ermənilər orada XIX yüzilliyin birinci yarısında böyük miqdarda peyda oldular, özü Türkiyədən qaçqınlar kimi, yerli əhali kimi yox» (V.Veliçko. Kavkaz. Russkoe delo i mejduplemennıe voprosı. SPb., 1904, t.1, s.69).

Lakin heç bir əndazəyə sığmayan erməniləşdirmə siyasəti bir qədər sonra öz ağır nəticələrini verir. Əvvəl türklərə xəyanət etmiş ermənilər, ayaqları yer alan kimi indi rusların özü üçün bəlaya çevrilirlər. Axısqadakı erməni icması yerli türk gürcü abidələrini erməniləş­dir­məyə, pravoslav rusları sıxışdırmağa, dövlətə qarşı fitnələrə başlayır. Bu fitnəkarlıq A.S.PuşkininSən köləsən, sən qorxaqsan, sən ermənisən»), A.S.Qriboyedovun (Zapiski o pereselenii armən iz Persii v naşi oblasti // A.S.Qriboedov. Soçineniə v dvux tomax, t. 2., 1971,s.339-341), N.İ.Şavrovun (Novaə uqroza russkomu delu v Zakavkazğe: Predstoəhaə rasprodaja Muqani inorodüam. SPb., 1911, s. 59-61), V.L.Veliçkonun (Kavkaz. Russkoe delo i mejdup­lemen­nıe voprosı. B., 1990), İ.Çavçavadzenin (Armənskie uçenıe i vopiöhie kamni. Tiflis, 1902) əsərlərində, XIX-XX əsrin əvvəllərinin mətbuatında, lap son vaxtlarda amerikalı Səmyuel A.Uimzin (Samuel A.Weems) «Er­­nistanterrorçu «xristian» ölkənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyaları. I cild» (B., 2004, ingilis dilindən tərcümə edəni Zeydulla Ağa­yev) kitabında (qeyd edək ki, zəngin faktiki materiallar əsasında erməni xislətini aşkarlayan bu seriyanın I cildinin 2003- ilin aprelində ABŞ-da çapından az sonra, Arkanzas ştatının Hazen ərazisi üzrə hüquqşünasvəkil hakim, Arkanzas Universiteti Qanunçuluq fakultəsinin hüquq elmləri doktoru, şəhər şurasının üzvü ştatın Konstitusiyasını yenidən işləyən müəlliflər heyətinin üzvü olmuş Səmyuel A. Uimz öz ölkəsində müəmmalı şəkildə qəflətən vəfat etmişdir; müəllif öz əsərində hələ kitab çap olunmamışdan ermənilərdən min dəfədən çox (!) ölüm təhdidləri aldığını göstərmişdir) geniş şərh olunub. 1897-ci ildə «Qafqaz» dərgisində (№ 94) dərc olunmuş «Axaltsıx dözümsüzlüyü» adlı məqalədə erməni icmasının ruslara, gürcülərə türklərə qarşı törətdikləri fitnələr ətraflı təsvir olunur (Bu yazı Azərbaycan SSR EA Tarix, fəlsəfə hüquq «Xəbərləri»nin 1989-cu il 2-ci buraxılışında «Gənclik» jurnalının 1989-cu il noyabr nömrəsində dərc edilib).

Axısqa Cavaxetin çar Rusiyası tərəfindən 150 il əvvəl başlanmış erməniləşdirilməsi prosesinin Gürcüstan üçün acı nəticələri bu gün özünü daha kəskinliyi ilə göstərməkdədir. 1979 1989 cu illərdəki statistikaya görə ermənilər müvafiq olaraq Axılkələkdə 91,7 % 91,3 %, Boqdanovkada 88 % 89,6 %, Axısqada 47,7 % 42,8 %, Zalqada 28,4 % 28,5 %, Asnipdzada 21,3 % 19,1 %, Tetriskaroda (Ağbulaq) 14,3 % 12,4 % təşkil etmişlər (Sovet Gürcüstanı, 13 sentyabr 1990). Hazırda Cavaxet ərazisi erməni separatizminin növbəti qaynar mərkəzinə çevrilmişdir. Bu bölgədə «Cavaxk», «Virk» kimi terrorçu-separatçı təşkilatlar, «Daşnaksütyun»un, digər bu kimi partiyaların yerli özəyini yaratmış erməni separatçıları bütöv Samshe Cavaxet Kvemo Kartli (Borçalı) ərazilərində təxribat aparır, avtonomiya, son nəticədə isə Ermənistana birləşmək üçün çalışırlar. Cavaxetdə rəsmi sənədlər, hətta Gürcüstanın mərkəzi orqanlarına müraciətlər ermənicə yazılır, hətta milliyyətçi-separatçı «Virk» partiyası ölkənin Ədliyyə Nazirliyinə qeydiyyat sənədlərini ermənicə göndərir (http: // www. noev-kovcheg.ru). Gürcüstanın son parlament seçkilərində Samshe–Cavaxet Kvemo Kartli erməniləri normal vətəndaşlar kimi sərbəst deyil, bu regionların Erməni təşkilatları nümayəndələri şurasının tələbi ilə «vahid cəbhə»dən çıxış etmişlər (http: // www. souzarmyan.ru). Qeyd edək ki, Abxaziyada 70 minlik sayla abxazlardan (90 min) sonra ikinci xalq olan ermənilər buradakı hərbi-separatçı hərəkatın əsas iştirakçısı olmuşlar (burada da «Krunk», «Maştos» kimi millətçi erməni təşkilatları fəaliyyət göstərir). Hazırda Cavaxet əhalisinin 97 %, Axısqanın 40 % təşkil etdiklərini iddia edən ermənilər bu ərazilərin Gürcüstandan təcrid­lənməsi, azərbaycanlıların sıxışdırılması, türklərin yurdlarına buraxıl­ma­ması üçün intensiv aparırlar. Cavaxetin erməni əhalisinin 80 %-i Ermənistan ya Rusiya vətəndaşlığı alıb Gürcüstan qanunve­rici­liyinə görə bunlar avtomatik olaraq gürcü vətəndaşlığından müvafiq hüquqlardan məhrum edilmə­li­dirlər (bax: http: // www. scirs.orq.ge; http: // www. gazetasng.ru; http: // www. souzarmyan.ru; http: // www. noev-kovcheg.ru). Ermənilərin iddia etdiyi torpaqlar min illərlə türklərin yaşadığı tarixi türk əraziləri, Axısqa Borçalı türklərinin doğma yurdlarıdır.

Bu məqamda vaxtilə qaçqın səfil erməniləri ürək genişliyi ilə qarşılamış, əvəzində şairin otlağına yiyələnmiş təzə qonşuların həyasız nankorluğuyla üzləşmiş Xasta Hasanın söylədikləri yada düşür:

 

Çayırları düz gördülər,

Özlərini yüz gördülər,

Xəstəni yalnız gördülər,

Çalçahaldır Dırqınada,

Yersiz gəldi, yerli qaç.

 

Başqa xalqlara qarşı yönəlmiş erməni fitnələrini açıb göstərən «Axaltsıx dözümsüzlüyü» məqaləsi belə bir sualla bitir: «Ölkənin yerli əhalisi, türklər necə olmuşlar necə olub ki, onları erməni mühacirləri əvəz etmişlər?» - Əfsus ki, bu suala çox sonralar daGöyçədən, Ağbabadan, Zəngəzurdan, Qarabağdan sonra da cavab verilmədi. Amma yəqin ki, vaxtsa veriləcək!..

 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol