AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Sevil Piriyeva

Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı). Bakı, «Elm», 2005

 Deportasiya olunmuş xalqın mədəniyyətinin qorunması onun ictimai təşkilatlanması ilə sıx bağlıdır. Ahıska türklərinin mədəniyyətini tədqiq edən müəlliflərdən biri prof. Asif Hacılı «Qəribəm bu vətəndə» əsərində bu problemin araşdırılmasına mühüm yer vermişdir. O, yazır ki, XX əsrin 60-cı illərində ahıskalıların vətənə dönmə uğrunda məşğul olan xüsusi təşkilat–Türklərin Vətənə Qaytarılması üzrə Müvəqqəti Təşkilat Komitəsi (TVQMTK) yaranır. Müəllif Ahıska xalqının tarixi keçmişinə və mədəni irsinə aydınlıq gətirərək Səfəvilər dövründə ahıskalıların tarixi mədəni vəziyyətini geniş açıqlayır. XVI-XVIII yüzillikdə Osmanlı- Rusiya münasibətləri zamanı ahıskalıların müharibədə göstərdikləri qəhramanlığı təsvir edir, Ahıska meydan müharibəsinə xüsusi yer ayırır. Müəllif bütün bu hadisələrin gedişində onların öz tarixi dəyərlərinə sadiq qaldığını obyektiv olaraq açıqlayır. Önəmli cəhət budur ki, müəllif ahıskalıların tarix boyu öz milli varlıqlarının özünəməxsusluğunu qoruyub saxlamasını, bu xalqın folklorunun nümunəsində göstərir. Adı çəkilən əsərində tədqiqatçı xalqın maddi mədəniyyəti, mənəviyyatı, xalq sənəti kimi məsələləri araşdırmış, qədim tarixi qaynaqlarını təhlil etmişdir.

 

 

 

 

 


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol