AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

MALDARLIQ

MALDARLIQ

 

Bir çox türk bölgələrində olduğu kimi, Axısqada da baharın axırlarında naxırlar, sürülər yaylaqlara çıxarılar, payızda qaytarılarmış. Qışlalarda mal-heyvan ümumi kənd naxırına qatılarmış. Kənd naxırını otaran daimi naxırçı (naxırci) ilə haqq-hesabı pul, buğda, meyvə, mal-qoyun, başqa məhsulla çürüdərlərmiş.

Müasir dövrdə elin naxırını kənd camaatı növbə ilə (nobat) otarır.

Axısqa türklərinin istehsal etdikləri süd məhsulları türk dünyasının hər yerində rast gəlinən ağartılarla eynidiryağ, yoğurt, qaymaq, pendir, ayran, qurud, dələmə... Yerli əlamətdar cəhətlər əsasən müxtəlif pendir növləri, xüsusən çeçil pendiridir. Saçaq-saçaq olan bu pendirin ən yaxşısı Saxan kəndində kəsilərmiş. Bundan başqa təpmə, çuma, atma, davar pendirləri məşhurmuş. Əksər evlərdəyayuk (nehrə)” olarmış.


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol