AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

EV

EV

 

 

Vətənilk növbədə ata ocağıdır, ana hərarətilə isinən, ərgən oğul­lar­la şenlənən doğma evdir. Türk oğlu üçün dunyada iki müqəddəs sınır var: ana yurdun sərhədləri ata evinin kandarı. Vətənin ruhu, gözəlliyi, bakirəliyi, səfası, xeyir-bərəkəti evdə cəmləşir; Vətən evdə sevilir dərk olunur, Vətən övladı evdə böyüyür tərbiyələnir. ev sadəcə insan sığınacağı, maddi güzəran yeri olmur. Evdə xalqın dünya duyumu, mifik təfəkkürü, əxlaqi dəyərləri, təsərrüfat özünəməxsusluğu həm yaradıcılıq dühası çulğaşır; ev xalqın maddi mədəniyyəti ilə bərabər, mənəvi aləminin ortaq məhsulu olur. Evin astanasından içəri adlayan, sanki vətən qapılarından keçir min illərlə təşəkkül tapmış hikmət işıq dünyasına düşür.

Axısqa mahalında evlər Qafqazın dağətəyi zonası uçün səciyyəvi olan prinsiplə tikilirmiş. XIX əsrin axırıXX  əsrin əvvəllərində  buradaqədim   türk yurdlarından nəş'ət edən butün Qafqazın dağlıq yerləri üçün səciyyəvi olan ev tipitaxtapuşlu evlər yayılıbmış.

Axısqa türkləri bu evlərin əsasən dəhlizli növünü tikirlərmiş. Bundan əlavə, yastı damlı, çardaqlı, dəhlizsiz evlərə rast gəlinirmiş.

Qübbəvari taxtapuşu olan evlər çox vaxt təpənin yalında tikilər evin arxa, 'zən yan divarları yarıyadək torpağa gömülərmiş. Belə evi tikərkən əvvəlcə yerə qıraqlardan dörd içəridən iki dayaq basdırar, taxtapuş örtüyü bu dayaqlar üzərində qurar, sonra divarları hörərlərmiş (yastı örtük çardaq isə divarlara dayanarmış).

Divarlar daşdan gillə hörülər, torpaq döşəmə şirələnərmiş. «Tül­külü» adlanan pəncərə qübbəvari tavanın ortasından, ya da qırağın­dan açılarmış.

Evin daxili avadanlığı əsasən sandıq, döşək-palaz, cecim, yastıq-mitəkkədən ibarət olarmış. Buxarı evin başındadivarda tikilər, ocaq isə otağın ortasında qurular, üstdən zənçirlə qazan asılarmış. Divarlarda dolablar, tərəkələr quraşdırılardı. 'zən bir, 'zən bütün otaqlarda divarboyu səkü (taxt) olarmış (səkü indi demək olar ki, bütün türk evlərində var). 'zən döşək-palazı yığmaq üçün taxtadan xüsusi yer (döşəklüx) düzəldilərmiş. Adamlar səküdə yatarlarmış.

Yeməyi səküdə, bardaşlama oturaraq, sufra adlanan kiçik miz üstündə yeyərlərmiş.

Evi işıqlandırmaq üçün əvvəllər şamdan, Bakı nefti yayıldıqdan sonra, 1880-ci illərdən başlayaraq, neftlə yanan şüşəsiz tənəkə lampalardan istifadə edilib (A.D. Andronikov. Opisanie 3-qo, Uravelğ­skoqo, poliüeyskoqo uçastka Axalüixskoqo uezda Tiflisskoy qubernii // Zapiski Kavkazskoqo Otdela Russkoqo Qeoqrafiçeskoqo Obhestva, Tiflis, 1894, k. XVI, s. 280-281).

XIX əsrin axırlarından türklərin evtikmə mədəniyyətində böyük ­yişikliklər baş verib: evlər yerüstü ikimərtəbəli olub, yaşayış otaqla­rının sayı artıb, təsərrüfat tikililəri azalıb qırağa çıxarılıb, pəncərələr divarlarda açılıb, taxta döşəmə tavan, kirəmit dam, eyvanlar yaranıb.

Son illərdə Axısqa türklərinin tikdiyi evlər müasir tiplidir.

Ən'ənəvi cəhətlər isəevdə ağsaqqala ən hörmətli yer ayrılması, müasir otaqlarla bərabər, əski üslubda bəzədilmiş (döşəkçələr, mindər, mitəkkə, xalı-palaz) səkülü otağın olması, evin şərti olaraq kişi-qadın hissələrinə ayrılması sairədir.

Axısqa türklərinin əski dövrdə indi işlətdikləri əsas ev ava­dan­lığı  bunlardır: mindər, oturqax mindəri, yastux, zanduk, yorğan, ­şək, boyaynasi, söbə, buxari, xali, kilim, sufra, peşkir (dəsmal), səkü, ce­cim, palas, xasır, məndil, dolap, tərək, alaça (palaz), sapli, ibrıx taliki, çay taliki, ləngər, furun, sac, tandur, kersan, ustura, maxas, anaxtar, ­­, dolab, mitəkkə, döşəklux, peşkun, kaşuxbiçaq, küp, səbət, maşa, ləm­, darax, çatal, kilim

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol