SƏNƏTKARLIQ

SƏNƏTKARLIQ

 

Axısqa mahalı hələ paşalıq dövründən öz kamil sənətkarları ilə şöhrət tapıbmış. XIX əsrdə Axısqada  zərgərlik   tikmə işləri xüsusilə inkişaf edirAxısqa zərkeşlərinin düzəltdiyi şəbəkəli qızıl gümüş bəzəklər, məxmər mahud üzərində tikmələr bütün Qafqazda məşhurlaşır. Axısqanın qızıl gümüş sinəbəndləri (majar), mahmudiyələr, pipanur, küfələr, kəmərlər, gəlinlərin başa qoyduğu zərli-bəzəkli qatxalar əsl sənət dəyəri olan əsərlər kimi hər yerə yayılır. Axısqa mahalında çoxlu çəkməçi, dərzi, dülgər, dəmirçi varmış. Axısqa gözəl kəmər ustaları ilə məşhur olub. Kəmərlərdə, ümumən xalq sənətində istifadə olunan naxışlar, rəmzlər bütün Qafqaza xas türk əlamətləri ilə seçilib (bax: İ.İ.Meşşaninov. Zaqafqaziyanın kəmər nişanları // SMOMPK, 1915, 44- buraxılış, s. 195-232). XIX əsrin ortalarında zərgərlik tikmə işi xüsusilə yüksək səviyyəyə qalxır, bu sənətlərlə yüzlərlə ailə məşğul olur. XIX yüzilin axırlarına doğru zadəganlar arasında Avropa dəbinin libasının yayılmağa başlaması ilə tədricən ən'ənəvi zərgərlik tikmə məhsuluna tələbat da azalır. Fabrik məhsullarının axını da el sənətini sarsıdır. Beləliklə, tədricən Axısqa sənətkarlarının bazarı kasadlaşır, köhnə peşələr aradan çıxır (Bax: SMOMPK, 1891, 11-ci buraxılış, s 211).

Müasir dövrdə tikmə sənəti xeyli dərəcədə bərpa olunmuşdur. Demək olar, hər türk evində toxumalar, tikmələr var. Bunlardan cehizlik, bəzək kimi məişətdə istifadə olunur, bir  çoxu sənət dəyərlidir.

 

 



VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6116 ziyaretçi (22582 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=