ƏKİNÇİLİK

ƏKİNÇİLİK

 

Qədim əkinçilik diyarı olan Axısqa mahalında dağətəyi əkinçilik daha çox inkişaf etmişdi. Sıldırım qayalar belində, sərt yamaclarda şırımlar salmış, arxlar açmış zəhmətsevər türklər dağ əkinçiliyinin bütün sirlərinə yiyələnmişdi. Türklərin vətəndə yetirdiyi bol taxıl, tərəvəz, meyvə nəinki yerli əhalinin tələbatını ödəyir, həm müəyyən ticarət əhəmiyyətinə malik olurmuş.

Taxıl məhsullarından ən çox buğda, arpa, qarğıdalı əkilib-becərilərmiş. Kətan, pərinc, mərci, noxud, darı da əsas məhsullardanmış.

Axısqa türklərinin qədim əkinçilər olduğunu ilk növbədə onların istifadə etdiyi əmək alətləri sübut edir. Bu alətlərin özü , adları da ümumtürk əkinçilik mədəniyyətinə tamamilə doğmadır.

AxısqaAxılkələk bölgələrində türk əkinçilərinin istifadə etdiyi əsas əmək alətlərisapan, tapan, cilğa, çapa, tırpan, kerendi, kəsər, burçak, kazma, tırmık, kılınc, dirgən, dönməcə, sürgü, oraq, sırma, kavrama, kafes, yaba, bel, kürək, kütən, dögen sairədir. Əkinçiliklə bağlı başqa terminlərciftçi, harman, herik, anbar, çuval, kuyi, xalbur, küleş, əleg, kotan, gəmi, sel kimi adlar da Anadolu Azərbaycanın hər yerində işlənən ümumtürk anlayışlarından xəbər verir. Bu anlayışların qədimliyi onların folklorda geniş yer alması ilə təsbitlənir (məsələn, «Sapanla çapa dünyayi bəslər»).

Dağ yamaclarının, sərt gədiklərin, çənli bellərin torpaq qatı nazik dözümsüz olduğundan Axısqada herik əkinçiliyindən istifadə edilərmiş. – Eyni sahədə taxıl əkinləri bostançılıqla növbələnərmiş. Darı, buğda, arpa torpağın şirəsini sorub taqətdən saldıqda həmin yerdə bostan bitkiləri əkilər, ya da heriyə buraxılmış sahədən otlaq kimi istifadə edilərmiş.

 Əkin sahələrini əsasən, ikiağızlı dəmir gavahınlı kotan növücilğa ilə şumlayarlarmış (arona, kütən adlanan kotan növləri varmış). Toxumu heybələrlə sinədə gəzdirib əllə səpərlərmiş. Səpindən sonra şırımları çapa-çırpıdan düzəldilmiş sapanla ya daha ağır mala növütapanla hamarlayar, toxumları örtərlərmiş.

Taxılı otu biçmək üçün işlədilən alətlər isəoraq, tırpan, kafesli tırpan, kerendi, sırma, kavrama adlanır. Torpağın səpinə hazırlanmasında, başqa işlərdə çapa (toxa növü), toxa, dırmıx, sürgü (dırmıq növü), kazma, burçak, kılıcdan istifadə edilərmiş.

Məhsul biçilib yığıldıqdan sonra dərzlər bağlanar döyülmək üçün sel adlanan ikitəkərli böyük arabayla tarladan xırmana daşınıb gətirilərmiş. Xırmanda taxılı ata qoşulmuş yüngül ağac vəl (dögen) ya altına daşlar düzülmüş ağır vəl (gəmi) ilə döyərlərmiş.

Taxıl, kartof, çuğundur, turp, meyvə xüsusi quyularda, anbarlarda, küplərdə, səbətlərdə saxlanılarmış.

Təbii şəraitə görə Axısqada tarixən çəltik (pirinc), üzüm yetişdirilməyib. Son dövrlərdə burada müəyyən aşağı yerlərdə üzüm yetişdirilir, 300 h. qədər üzümlük salınıb.

Sovetlər dövründə axısqalılar da kollektiv təsərrüfata keçmişlər, 30-cu illərin axırlarına kollektivləşmə 75 % başa çatmışdır. AxısqaAxılkələk sürgünə qədər Gürcüstanın əsas əkinçilik, heyvandarlıq, bağçı­lıq, balçılıq mərkəzi olmuşdur. Zəhmətsevər türklər sürgündən sonra düşdükləri yerlərdə kənd təsərrüfatının inkişafına böyük töhfələr vermişlər. Hətta Fərqanədən sonra türklərin köçməsiylə kənd təsərrüfa­tının xeyli gerilədiyini görən Özbəkistan Nazirlər Sovetinin sədri Qeyrət Qədirov «türkləri əvəz edən yoxdur» deyərək, pambıqçılığın məhz türklərin hesabına 600 min tondan 3 milyona çatdığını bildirmiş, türkləri qaytarmaq üçün 1989-cu ildə Özbəkistan rəhbərliyi nümayəndələri Azərbaycana gəlmiş, Şamaxıda türklərlə görüşmüşlər.

Azərbaycanda da M.Bayraqdarovun, M.Cəlilovun, R.Bayraq­daro­vun, A.Bayraqdarovun, G.Murtazovun b. başçılıq etdiyi kolxozlar, digər təsərrüfatlar həmişə ən qabaqcıl yerlərdə olmuş, türklər hətta şoran torpaqlarda ən yüksək məhsul götürmüşlər.


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6594 ziyaretçi (23902 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=