GEYİM

GEYİM

 

XIX əsrdə XX əsrin əvvəllərində Axısqa türklərinin geyimi ən'ənəvi türk-Qafqaz geyimi tipologiyasına daxil imiş. Kişilər yaxası qaytanla bağlanan köynək, şalvar, arxalıq, yapıncı, kürk geyər, gümüş (yun, ipək, dəri) kəmər bağlar, başa dəri papaq, başlıq, fəs qoyarlarmış. Fəsə çox vaxt qırmızı ya yaşıl çalma dolanarmış. Çoxa, arxalıq əsasən göy, boz rəngdə olarmış. Acar Kobulet türklərinin yuxarıdan enli, büzmə şalvarlarından fərqli olaraq, Axısqa türklərində dar şalvar dəb imiş müasirlər bunu Azərbaycan türklərinin geyiminə oxşadırlarmış (Bax: A.D.Andro­nikov. Opisanie 3-qo, Uravelğskoqo, poliüeyskoqo uçastka Axalüixskoqo uezda Tiflisskoy qubernii // ZKORQO, Tif­lis, 1894; k. XVI, s. 90-91; S. Makalatiya. Mesxet-Cavaxeti. Tbilisi, 1938, s. 89-91). Turk kişilərinin ən'ənəvi geyiminin əsas bir ünsurü yelək ( ya zubon) adlandırılan canlıq jilet olmuşdur. Yelək muasir pencəklərin altından da geyilir.

Qadınlar nəbati naxışlarla bəzənmiş al don, göy rəngli önlük geyər, gümüş belbağı bağlayardılar. Qızlar başını şal, tavşalı, ləçəkli şal, ərli qadınlar isə həm  qatxa (altun  pullarla  bəzənmiş araqçın növü) ilə ör­tərmiş. Qadınlar bu libasın üstundən Axısqa  türklərinin ehram adlan­dır­dıqları bəyaz çadraya burunərmiş. Mesxet-Cavaxet bölgələ­rin­, eləcə Acarıstan, Kobulet, ŞəvşətKaxet, Kartli, İmereti, Quriya, Meqreliya adlandırılan yerlərdə nəinki türk, hətta gürcü, digər xaçpərəst qadınları da uzun müddət çadrada gəziblər. Ümumiyyətlə, başqa etnoqrafik örnək­lərdə olduğu kimi, gürcü geyiminin çox hissəsi turklərdən götürülüb. Kaxet  çarları aznaurlar (gürcü zadəganları) «qızılbaş üslubunda» gödəkçə geyər, çalma bağlarmış. İmeretdə, digər yerlərdə türk qaf­tan­ları, «qızılbaş qiyafəsi» gurcülərin əsas libası imiş (Bax: N.Q.Volkova. Sta­­teynıe spiski russkix posolğstv XVI–XVII vv. kak gtnoq­ra­fi­çeskiy istoçnik // Kavkazskiy  gtnoqrafiçeskiy sbornik, VI, M., 1976, s. 279-281). Gürcü geyiminə orta əsrlərdə xüsusilə güclənən türk 'siri son günlərə qədər öz nüfuzunu saxlayıb.

XX əsrin  əvvəllərində yuxarı  kəndlərdə kişilər qara satindən, qolla­ yarıqlı üst paltarı, çoxa, arxalıq geyir, qadınlar əsasən ən'ənəvi libasda qalırlarmış.  20-ci   illərdən  türklərin  geyimində  əsaslı dəyişikliklər baş verir ilk növbədə Axısqa, Adıgün, AzqurdaAzqur ağaları palto geyinmiş...») qalife şalvar, frenc, gimnastyorka, furajka ortaya çıxır. Qadınlar uzun, düz, ensiz qollu paltarlara keçir. Ən'ənəvi bəzəklər (qatxa, majar, mahmudiyə, pipanur, urubiya, küfə, belbax) isə saxlanır.

1926- ildə Valedə toxuculuq sexinin açılması ilə ən'ənəvi yun, ipək keçə materiallarına yeni çit parçalar, təzə ipək növləri, satin sairə əlavə olunur. 30-cu illərdən fabrik məhsulları yayılır. Axısqada  emalatxanaların, peşəkar ustaların, müxtəlif millətlərin nümayən­­­rin­dən olan sənətkarların  sayı artır:

 

                       

Altun yüzük barmaq üçün

                                                           ver ləzgiyə yapıla,

                        Bir qat urba bayram üçün

                                                           ver tərziyə tikilə.

 

Təbii ki, Axısqa türklərinin geyimində sosial-sinfi fərqlər də nəzərə çarpırmış. Bu fərqlərə istehzalı işarə, onların parodiyası da folklorda  geniş yer alıb:

 

Şarvari – şaldan,

Oxçuri* – qıldan,

Saxınin* yoldan

Ağa gəliyer.

 

Axısqa türklərinin geyiminə aid əsas terminlər: kondura, çarux, şarvar,  gömlək, çoxa, arxalux, yelək (zubon), ehram, qaftan, don, xələt, ətək, kürk, yapıncı, qurşaq, kəmər, belbağı, şal, tavşali, ləçək, peştamal, tuman, dizdon, başmaq, qatxa, çalma, fəs, papax, küfə, pirpirə, majar,  mahmudiyə, pipanur,  urubiya...



* Кямяр явязиня баьланан гайтан.

* Сахинын (сагынын) – чякилин.


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5714 ziyaretçi (21391 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=