BALIQÇILIQ

BALIQÇILIQ

 

Bir yanı Ağrı dağına, bir yanı Başkeçid yaylalarına söykənən bu qədim diyardan Kür, Posxov, Anaxatır kimi ulu çaylar axır. Türklər bu çaylardan canar, loko, mursa adlandırdıqları qiymətli balıqlar tutarlarmış. Balıqçılıqda tor qırmaqdan istifadə edilərmiş. Qırmaqla balığı iki üsulla tutarlarmış. Birincisi, qanca adlanan qırmağı nazik ipə bağlayıb, ucuna soxulcan (ciya, ciyaqalə) ya başqa bir şey taxar, qırmaqdan 20-30 sm. aralı saman çöpü bağlayıb qırmağı suya atar gözləyərdilər.

İkinci üsul olta adlanırmış.  

Bu üsulla balıq tutan zaman on metrə qədərlik qalın kəndirə, ucunda qırmaqlar olan çoxlu iplər bağlayar, kəndirin bir ucunu sahilə bərkidər, digərinə daş bağlayıb suya atarlarmış. Olta gecə səhərəcən qalar, səhər gəlib onu yoxlayarlarmış...

 

 

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19776 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=