AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

UŞAQ FOLKLORU

UŞAQ FOLKLORU

 

Adamı ən çox valeh edən və həm də qəhərləndirən Axısqa çocuqlarıdır. Bu çocuqlar heç vaxt ana yurdlarını görməyiblər, qayalarına dırmaşmayıblar, sularından içməyiblər. Bu körpələr uzaqlarda doğulmuş, uzaqlarda böyümüşlər. Lakin Vətən arzusuyla yaşayan bu türk balaları bəlkə də böyüklərin də tam edə bilmədiyi bir qəhrəmanlıq etmişlər – onlar ana vətənin, xalq ruhunun əsas, bəlkə də ən əsas, xalqı yaradan və yaşadan qatını – çocuq folklorunu qoruyub saxlamışlar. Və bununla da türklüklərini itirməmişlər.

 

1. NƏNNİLƏR VƏ OXŞAMALAR

 

 


Nənni dedim yuxlasın,

Gül götürem koxlasın

Dostlara arxa olsun,

Düşmənləri oxlasın.

 

Nanay-nanay, nastana,

Gül əkərim bostana.

 

Nənni beşigim nənni

Əvim eşigim nənni,

Nənni deyim yatasın,

Qızıl gülə batasın,

Qızıl gülün içində,

Şirin yuxu tapasın.

 

Nənni dedim, yat dedim,

Yastuxa baş at dedim,

Nənni quzum, a nənni,

Nənni yavrum, a nənni.

 

Nənni dedim o başdan,

Üstün örtem qumaşdan,

Nənni balam, a nənni

Nənni yavrum, a nənni.

 

Oğul yurekdir,

Əvə gərəkdir,

Böyüdün saxlayın,

Qıza gərəkdir.

 

Kızdur - nazdur,

Bin kuruş azdur,

Bin daha gətirin,

Bindürün götürün.

 

Atem-tutem bən səni

Şəkərə qatem bən səni

Axşam baban gələndə

Ögünə qatem bən səni.


 

2.ÇOCUQ OYUNLARI

 

"Alaca", "Beşkeçili", "Yorğanaltı", "Kuk", "Gizlinpuç", "Aka-baka tünbül-dika", "Qala", "Dağ", "Qayışım yağlı", "Dara", "Dirədögmə", "Tingildönmax", "Beşdaş", "Çilingağac", "Tandur", "Lal oyuni", "Bəsləşmax", "Dana".

 

 

3. SANAMALAR OYUNLAR

 

 


Bacadan baxdım - pitnagöz

Biri şahan, biri boz,

Bindim bozun boynuna,

Endim Hələp yoluna,

Hələp yolu cin-bazar,

 

İçində avi gezər,

Avi bəni korxutdi,

Sinəklərim sorxutdi,

Happal-huppal,

Yarıl-yartıl,

Su , qurtul.

 

Saracın oğli

Səni kim dögdi?

Dögdi, dögmedi,

El üstündə kimin eli?

Eger yanlış olsa,

Kaldırın vurun, yalandur!

 

Bir-birligim,

İki-ikligim,

Üç-üçlügüm,

Dört-dördlügüm,

Beş-beşligim,

Altun - elek,

Demir selek,

Salla buni,

Çək şuni.

 

 

Baş barmax,

Başara barmax,

Uzun haci

Zolha baci,

Mehle bici

Kül başşan,

Küçük baci!

 

Getdi gül,

Gəldi bülbül,

İşter ağla,

İşter gül.

 

Ətnə-pətnə kokona,

Yosma, Ali, Cəmilə,

Ğit-bit, qara it.


 

 

4. ŞAŞIRTMALAR

 

- Toxmaxliyersin, toxmaxla, toxmaxlamiyersin, ver toxmaxliyem.

- Gülə güləni gülə-gülə güldürürsün, gülməginden gül gülər, gülər gülər.  

- El bir bazlamaynan bazlamalanur da, biz bir qırıx baxlamaynan bazlamalanamazmuyux?

- Qırx küp, qulpu qırıx küp.

 

5. HERSLATMALAR

 


Çiçak baci nerede?

Su doldurur deredə,

İnci boncuk boynunda,

Bir oğlanın koynunda.

 

Niyaz daday nerede?

Su doldurur derede,

İnci tasbeh elində,

Bir tana kızın koynunda.

Kamil bənim dayımdır.

Kulaxlari kayındır,

Suya geder yıkılır,

Burnu taşa tıxılır.

 

Yağma yağış,

Bitmə kamış,

Bən anamın ilkiyəm

Dağda kezen tilkiyəm

 

Elində xiyar,

Soymazdan yiyar,

Her fite uyar,

Güldestə xanım.

 

Emim oğli Musacux,

Qoli-budi qısacux,

Ata binər ox kimi,

Yerə düşər top kimi,

Yayulur yay-ox kimi,

Dökülür tavux kimi,

Büzüler porsux kimi.

 

Cigit qazanda qaynar,

Qənbər ocaxda oynar,

Qənbər-Qənbər qəmişdir,

Beş barmaği gümişdir,

Qənbər gedər oduna,

Qarğa vurar buduna.

 

 

Balli gedər dügünə,

Xingəl tökər gügümə,

Yansilanur yan köşəyə,

Kəndi bənzər gül şişəyə,

Qaftani uzun qasduracam

Bən Şabani küsdiracam.

Qekösi (hülqumu) çıxmiş kəsdürəcəm.

 

Əlində maşa

Gedər ataşa

Hər kəsdən alaşa

Ruqiyyə xanım.

 

Ələndə şişi

Çəvürür bişi

Çox görür işi

Fatimə xanım.

 

Əminə xatun -

Barmaği altun,

Ləgəni gümüş,

Eşşəgə binmiş,

Dağluxdan ənmiş.

 

Əhmədi pat-pat,

Kölməgi qat-qat,

Torbada duz yox,

Əhmədə qız yox.


 

 

6. BULMACALAR

 

Kapıya ıxdım əlül-məlül,

Yakına getdim - kitli dəmür,

Vur başına, otur gəmür.

                                       Ceviz

Beş öküzüm var,

Dördi yatiyer,

Biri işdiyer.

                         Corab toxumaqcun çağlar

 

Bar ağac başında bir tana dəmür

                                   Ustura (ülgüc)

 

Sabağinən kalkdım, çatal kuyuya düşdüm.

                                    Şalvari geymax

 

Bir balaca taxça, içi doli mixça

Kibrit

 

Məmət-mətəl mənimki,

Oğul-uşağı oniki,

Mətəl begin arvadi,

Bəni gördi ağladi

Qurux (kürd toyuq)

 

Ərməndi-mərməndi

Qız duvara dırmandi

Oğlan evə gəlməmiş

Qız duvardan ənmədi.

                                   Anaxtar (açar)

 

Uzun-uzun qəmişlər,

Axşam bizə gəlmişlər,

Oynamışlar-gülmişlər,

Genə çıxıb getmişlər.

                                   Şimşək

 

Cik-cik hamam, qübbəsi tamam, bir gəlin götürdüm, babası imam.                                                

Təsbeh

 

Oyanısi dağ, bu yanısi dağ, içi doli yağ

                                    

Ceviz

 

Gedər-gedər edər,

Yeddi bin yıldız edər

Al Osmanda cəngi var,

Quyruğunda bəngi var.

                                   İynə

 

 

Gəlin-xanım oyanmış,

Pəncərəyə yansılanmış,

Cəm qırılmış,

Al-qana boyanmiş.

                                   Nar

 

Hap dedim. hup dedim, get qapıda yat dedim.

                                                                           Süpürgə

 

Tınqılı-mınqılı

Birin qaldır, birini bas

Əhməd oğli xastadır

Yeddi il qəfəsdədir

Tanrı bilür yaxşısini

Dəmir açar qapısıni

                                Arı pətəyi

 

Gün çıxmazdan ay doğar,

Aşıq-aşıği boğar,

Anasının qarnında

Balası cocuq doğar.

                                Qabaq (boranı)

 

Zurnası yox, zurna çalar,

Davulu yox, davul çalar;

Qanadi yox, uçiyer,

Ayağı yox, qaçiyer.

                                Yüzgər (külək)

 

İlim-ilim ignası, ilim xatun dügməsi, kim bu masali çaramasa, beş paradur cəriməsi.

                                                                                      Qızılcuq (zoğal)

 

Bir öküzüm var, yatdığı yerində ot bitməz.

                                                         Ataş

 

Ax, saraylar-saraylar,

Səni kim yapdi saraylar,

Əl dəgmədi, kesər kəsmədi, rəndə yonmadi,

Səni kim yapdi saraylar?

                                       Yer, göy, dünya

 

Zar xali, altun xali,

Kaldurem desam, ağır xali

                                         Yer

 

Bizim gəlin atlanur, ətəkləri katlanur

                                          Laxana (kələm)

 

 

 

 

 

 

O nədür ki, tayanmişdür tayaxsız,

O nədür ki, boyanmişdür boyaxsız,

O nədür ki, olur əlsiz-ayaxsız,

Üç ay qeçər ayaği var, əli var.

 

            Cavabı:

Gög bircədür tayanmişdür tayaxsız,

Aynan-gündür boyanmişdür boyaxsız,

Qurbağadur olur əlsiz-ayaxsız,

Üç ay qeçər ayaği var, əli var.

 

 

-          Dəvə tabani, zinqir zabani,

Gəzər əvləri, bilməz yabani

                                              İt

 

-          Atdur bey muratdur, dişi yox dişləğandur.

Cincar (gicitkan)

 

-          Min-min mara, dibi qara,

Yüz bin çiçək, bir yaprax.

Ay ulduzlar

 

 

7. MƏZƏLİ BULMACALAR

 

Yan durur otlar, tik durur saplar - Nədür?

                                                  Otlar, saplar (sünbül)

 

Qan qırmızı, süd bəyaz, qaz yumurtasından böyük - Nədür?

                                                                       Qan, süd, qaz.

 

 

8. BİZİM SİÇAN

 

Bu məzəli söyləməni Saxanlı məşhur  zurnaçı

İsfəndi Sələhov ifa edirmiş.

 

 


Bizim siçan əvlənəcək,

Parasi yox, yağ alacax,

Yengələrin evinə düşmüş,

Toya dəvət edəcax

Dəvətcidür bizim siçan.

 

Siçan gəlür tanxur-tanxur,

Bən zanarım qaytan toxur

İncil kitabıni oxur,

Keşiş olmuş bizim siçan.

 

Siçanımın səsi var,

Allı-pulli kisəsi var,

Anbarlarla hissasi (payı) var,

Hisascıdur bizim siçan.

 

Bizim siçan əvdən qaçar,

Zanduğ qapağini açar,

Qumaş qaftanlari biçar,

Tərzi olmiş bizim siçan.

 

Siçan gəlür harma ilən,

Başi-gözi torba ilən,

Səksən atli zorba ilən,

Zorbacidir bizim siçan.

 

Bizim siçan özün ögər,

Sahabi çatani dögər,

Yoxarıdan küskülər dəgər,

Hay-hay edər bizim siçan.

 

Bizim siçan tərəkdən baxar,

Enər qab-qaşuğu yaxar.

Morbed olmiş bizim siçan.



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol