AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

MANİLƏR

MANİLƏR

 

 

 

 

Türk maniləri-bayatıları dünya söz sənətinin nadir incilə­rin­dən­dir. Məzmunu bədii siqləti son dərəcə dərin olan manilərdə ani insani his­slər əbədi fəlsəfi məsələlər çulğaşır. Buna görə manilər həyatın hər dolayında insana yardım olurməhəbbət , kədər , sevinc öz ifadəsini manilərdə tapa bilir. Axısqa manilərinin çoxu da beləcə fərdi ümummilli duyğuları, müəmma, ümid inamları açıqlayır. Vətən dərdi, yurd dərdi, qəriblik, həsrət, nakam sevgi, eyni zamanda gələcəyə inam, qürur, ləyaqətbu manilərin əsas motivləridir.

 

  1. Əlimdə səkkiz para,

Dördi , dördi kara,

Açem yürəgimi, bax -

Alti qan, üsti yara.

 

 2. Bu dağlar olmasaydi,

Çiçəklər solmasaydi,

Bir ayrulux, bir ölüm.

Heç biri olmasaydi.

 

3. Vətənimdə bir quş ar,

Qanadında gümüş var,

Yarım getdi, gəlmədi,

Həlbət bunda bir var.

 

 4. Bu dağlar, dağlarsın,

Qardan kəmər bağlarsın,

Gül səndə, çiçək səndə,

dərdin var ağlarsın?

 

 5. Gedirəm bu dağ ilən,

Əlimdə çırağ ilən.

Bizi eldən sürdilər

Əllərdə yarax ilən.

 

6. Dağdan hürkütdüm qurdi,

Atım pərlədi durdi,

Çıxdım, Vətən görünməz,

Yıxarım belə yerdi.

 7. Sari çit, sari yaxa,

Yoruldum qaxa-qaxa,

Qaş-kiprigim ağardi,

Yollara baxa-baxa

 

8. Sari ipək sararım,

    Yütürmüşöm, ararım,

    Zənn etdiz ki, unutdum,

    Hər gələnnən sorarım.

 

 9. Dağ başında gəzərim,

Dağlarda gül düzərim,

Bən bir ağa qıziyim,

Qürbət eldə gəzərim.

 

10. Anqaranın işinə bax,

Gözlərimin yaşinə bax,

Vətənə yesir qaldux,

Yaradanın işinə bax.

 

11. Bu bağların ardi var,

Kövlümün muradi var,

Gözlərindən ağnadım,

Səndə Vətən dərdi var.

 

12. Təknə doli yumurta,

Vətən, bəni unutma,

Unutsan da gec unut.

Gözdə yaşi qurutma.

 

13. Mən aşıx Ərzuruma,

 Yol gedir Ərzuruma,

 Qəribəm, kimsənəm yox,

 Dözürəm hər zuluma.

 

 14. Dağlara doli düşdi,

Dolandi yoli düşdi,

Fələk bir balta vurdi,

Qəribin qoli düşdi.

 

15. Bir at bindim başi yox,

      Bir çay keçdim taşi yox,

      Onda bir qərib ölmiş

      Yaninda yoldaşi yox.

 

16. Sari urus gəmisi,

 Həp irəli, həp geri,

 Nikolay, gözün çıxsın,

 Dul qoydun gəlinləri.

 

17. Aşıx der günə düşdüm,

 Gölgədən günə düşdüm.

 Gözün kor olsun, düşman

 Dediğün günə düşdüm.

 

18. Su gəlir bənd oyanur,

 Dağlar yeşil boyanur,

 Bu bənim qərib başım

 Hər dərdlərə dayanur.

 

19. Qoy gedem yurda bəni,

 Tapşurma qurda bəni,

 Gözi yolda qalan var,

 Öldürmə burda bəni.

 

20. Su gəlür taşa dəgər

 Kipriklər qaşa dəgər

 Gün gəlür dövran dönür

 Həlbət baş-başa dəgər.

 

21. Ağ qoyun mələr gəlür,

 Dağlari dələr gəlür,

 Vətən qapsi açılsa,

 Kövlümə nələr gəlür.

 

22. Gəmi gəlir baş-başa,

 İçində Xəlid paşa.

 Paşaların paşasi,

 Mustafa Kamal paşa.

 

23. Qədifə yastux yüzi,

 Kim bilür dərdimizi,

 Yeri-göki yaradan,

 Qovuşdur həpimizi.

 

24. Dəgirman üsti çiçək,

 Orax gətür gəl biçək,

 Bən yarımi tanurum

 Bəstə boyli mor çiçək.

 

25. Məniciyim mənici,

 Boynan düzərim inci,

 Canım qurban edərim,

 Səvsən bəni birinci.

 

26. Dəgirman üç tolanur

 Suyi zarxoş tolanur

 Yardan gələn foşilər

 Belimə beş tolanur.

 

27. Furun üstünə furun,

 Əngəllər geri durun,

 Bu gecə yar gələcax,

 Altun iskamlar qurun.

 

28. Al foşilər, foşilər,

 Əl dəgməmiş, foşilər,

 Yeddi yildır yar sevdim,

 Yeni duydi komşilər.

 

29. Pəncərədə üzüm var,

 Ana, sənə sözüm var,

 İki emi kızının,

 Küçügündə gözüm var,

 

30. Puvara kazlar gəlür,

 Kanadi sızlar gəlür,

 Bəxtülli puvar sana

 Nişanlı kızlar gəlür.

 

31. Pəncərəsi tək çamnan,

 Şarab içdim fincannan,

 Bən yarumi səvərim,

 Həp  yürəkdən, həp cannan.

 

32. Dəgirmanın bəndinə

 Dönür kəndi - kəndinə

 Şimdiki cəyil qızlar

 Gəlür kəndi-kəndinə.

 

33. Endim dərə irmağa,

 Fundux tali qırmağa,

 Altun yüzik yapdurdum,

 O xınali barmağa.

 

34. Məni, məni, mət məni,

 Üşümüşəm, ört bəni,

 Yorğanda üşümüşüm,

 Qoynunda isit bəni.

 

35. Pəncərədən baxiyer,

 Almış məndil toxiyer,

 Kız, sənin gözəllüüün

 Bunda bəni yaxiyer.

 

36. Güvəz içində bəkməz,

 Bu bəkməz bizə yetməz,

 Bu Varxanın qızlari

 Davulsuz ərə getməz.

 

37. Göydə yıldız əllidür,

 Əllisi də bəllidür,

 Bən yarımi tanurum,

 Gəzişindən bəllidür.

 

38. Göydə yıldız yüz altmış,

 Qaşları qələm dartmiş,

 Qurban olem allaha,

 Səni bənə yaratmış.

 

39. Qarşidə qara ərük,

 Yaprağı dəlük-dəlük,

 Elə bir yar səvmişim -

 Koçori yandan bölük.

 

40. Baxçaya quzi girdi,

 Dişimə sızi girdi,

 Anasının yanında

 Qoynuma qızi girdi.

 

41. Qərənfilim, bibərim,

 Bən həpizdən gözəlim,

 Yüz-gözüzi əşgitmən,

 Misəfirim, gedərim.

 

42. Qala qalaya qarşi,

 Qalanın ögi çarşi,

 Açılmamış gül olem,

 Açılsam yara qarşi.

 

43. Gökdə yıldız əllidür,

 Əllisi də bəllidür,

 Sövdə çəkən qızların

 Gözlərindən bəllüdür.

 

44. Aşlamayi aşladım

 Yengi sövdə başladım

 Bir gözəlin ucundan

 İşi-gücü boşladım.

 

45. Endim dərədə durdum

 Bir çift göyərçin vurdum

 Bir gözəlin uğruna

 Onbeş altun bozdurdum.

 

46. Yeşilli çit səndədir,

 Bir üci də bəndədir,

 Cənnətdən huri çıxsa,

 Gənə meylim səndədir.

 

47. Ağ alma, qızıl alma,

 Gəl yola düzül alma,

 Yar qapidən keçəndə,

 Cefünə süzül alma.

 

48. Degirman üsti çinar

 Yapraği dinar-dinar

 Yarım hələ çocuxdur

 Söz deməm kəlbi sınar.

 

49. Aşıx der nasıl edax,

 Saz gətir fasıl edax,

 Çox da gözəl dəgülsün,

 Səvdədür, nasıl edax.

 

50. Naçar ağlama,

 Gündür keçə, ağlama,

 Biri bağlıyan qapiy,

 Biri açar, ağlama.

 

51. Məni-məni mən kimdür,

 Məni bilmiyan kimdür,

 Yığılun məni diyax,

 Görağın, dərdli kimdür?

 

52. Bülbülüm, dağ gəzərim,

 Ceyranım, bağ gəzərim,

 Doğsan dokkuz yaram var,

 El zanar sağ gəzərim.

 

53. Ağlarım ağlar kimi.

 Dərdim var dağlar kimi,

 Bən güzün xəzəl oldum,

 Saralmış bağlar kimi.

 

54. Yeşildir başin, ördək,

 Qaradur qaşin, ördək,

 Çift gəlirdün bu gölə

 Hani bir eşin ördək.

 

55. Qarşida quş oturur,

 Quş-quşa yem götürür,

 Bildir kövlüm şad idi

 Şimdi bayquş oturur.

 

56. Aşıx der yandi canım,

 Qana bulandi canım,

 Desəm el qınar bəni,

 Deməsəm, yandi canım.

 

57. Qapilərim, dolaşun,

 Zanduğuma ulaşun.

 Ana, canım davdadur,

 İmdadıma ulaşun.

 

58. Bən öldüm ağlamaxdan,

 Qəlbimi dağlamaxdan,

 Bağda yaprax qalmadi,

 Yarama bağlamaxdan.

 

59. Furun üstünə kürək,

 Yandi yaxıldi yürək,

 Hər dərdlərə dayandun,

 Buna da dayan görək.

 

60. Çəpərlər, ay çəpərlər,

 Yıxılanda yaparlar,

 İçərdən yaniyerim,

 Dişərdən su səpərlər.

 

61. İncə çubux işdə gəl,

 İncə yola düş də gəl,

 Əgər yoli bulmasan,

 Karvana karış da gəl.

 

62. Bayram gəldi güz idi,

 Yürəklər göz-göz idi,

 Kardaşım can deyəndə,

 Gövdəsi bumbuz idi.

 

63. Ağacdan at yapdilər,

 Üstünə al örtdilər,

 Uzaq-uzaq səfərə,

 Atlandurup getdilər.

 

64. Kərəfili kavurdum,

 Çıxardım da savurdum,

 Duydum anam gəliyer,

 Koçi kurban dövürdüm.

 

65. almanın dördüni,

 Çəvür pesin ardıni,

 Bən anamın biriyim,

 Çəkəməsin dərdimi.

 

66. Sallandım girdim bağa,

 Başım degdi yaprağa,

 Dedim ki, murad alem,

 Cavan girdi torpağa.

 

67. Qarşidə çəvürmələr,

 İçində tavar mələr,

 Quzusuni qurt qapmış,

 Onunçün yanğun mələr.

 

68. Anam bəni ağlasın

 Boxçami tərs bağlasın,

 Yaz gəldi, bən gəlmədim

 Çiçək görsün ağlasın.

 

69. Yaraliyim yanımdan,

 Quşlar toymaz qanımdan,

 Bu xəncərim, bu kəndim,

 Vur, bezmişim canımdan.

 

70. Günümi qara yazem,

 Yoxmi bir çara yazem,

 Yürək dəftərim doldi,

 Dərdimi nerə yazem?

 

71. Gökdə yıldız xoş keçdi,

 Cavan ömrüm boş keçdi,

 Fələk gəl gendin söylə,

 Hangi günüm xoş keçdi?

 

72. Gecə uzun, ay batmaz,

 Dərdlilər gecə, yatmaz,

 Bənim kimi dərdliyi

 Fələk bir də yaratmaz.

 

73. Qaradur qaşım bənim

 Axıdem yaşım səni,

 Alem nerə götürem,

 Gülməmiş başim səni?

 

74. Ay çıxar bədir, Allah,

 Bu nə səvdədür, Allah,

 Ya bənə sevdügimi,

 Ya bənə sabur, Allah,

 

75. Bu dərə başdan-başa,

 Adlarım taştan-taşa,

 Yar, bəni çox incitmə,

 Səvərim səndən başqa.

 

76. Ay çıxar, isca gedər,

 Dolanur, gecə gedər,

 Komşida yar sevənin,

 Əməgi puça gedər.

 

77. Məndilimin yeşili,

 Bən yütürdüm eşimi;

 Məndilim səndə qalsın,

 Yolla bənim eşimi.

 

78. Baxçaların barıni,

 Süpürsünlər qarıni,

 Orda misliman yoxmi,

 Yollasınlar yarımi?

 

79. Qamanın üsti yalbuz,

 Nerdən gəlirsin, balduz,

 Tez ol get, geri yolla,

 Yatamiyerim yalğuz.

 

80. Gediyerdim yamacdan,

 Ləçəgim düşdi başdan,

 Andır qalsın bu səvdəy,

 Ayırdi arkadaşdan.  

 

81. İncə çubux üç oğlan,

 Gəl qapımdan keç, oğlan.

 Babam sana kız verməz,

 Al bəni də qaç, oğlan.

 

82. Tut ağaci mərdivan,

 Ardına qurdum divan

 Bəni yardan edəni

 Nə din bulsun, iman.

 

83. Bağ başında kirazlar,

 Nəçün meyvə vermazlar?

 Şimdiki zaman kızlari,

 Söz verip də gəlməzlər.

 

84. Uzun-uzun soxaxlar,

 Yarım çəkər ufaxlar.

 Pul-pul olsun tökülsün,

 Yari öpən dudaxlar.

 

85. Su gəlür axmağinən,

 Dərələr yaxmağinən,

 Yar-yardan nasıl toyar,

 Uzaxdan baxmağinən?

 

86. Göydə yıldız olaydım,

 Tərəkdə düz olaydı,

 Yar kapidən keçəndə

 Əvdə yalquz olaydım,

 

87. Çay aşaği buz gedər,

 Bir kınali kız gedər,

 Yarım yolun şaşurmiş,

      İnşallah, bizə gedər.

 

88. Dağda oturan oğlan,

 Buyux bəzədən oğlan,

 İgnənin kunculundan

 Qıza göz edən oğlan.

 

89. Sini doli mor-fişnə,

 Olan, peşimə düşmə

 Babam sana qız verməz

 Nə filə-dilə düşmə.

 

90. Uzun boyli laz oğlan,

 Gəl odami gəz oğlan,

 Bən dərdimi söyliyem,

 Sən dəftərə yaz oğlan.

 

91. Bən bir incə qəmişim,

 Ataşına yanmişim,

 İştər al, iştər alma,

 Başına yazilmişim.

 

92. İstanbul əyrüləsin,

 Çarx kimi cəvrüləsin,

 Yarım içindən çıxsın,

 Dibindən dəvrüləsin.

 

93. İstanbul minarasi

 Yeşildir kənarasi,

 Qız məniyi seviyer,

 Verməz kafir anasi.

 

94. Əzinqani sel aldi,

 Bir yar səvdim el aldi,

 Keşkə sevməz olaydım

 Əlim qoynumda qaldi.

 

95. Yilana bax-yilana,

 Gül dibini tolana,

 Bəni yardan edəni,

 Torba taxta dilənə.

 

96. Puvar başi potorax,

 Gəl bərabər oturax,

 Bir sən söylə, bir də bən

 Bu səvdədən kurtulax.

 

97. Dəgirmanın savaği,

 Qısa kəsdim qavaği,

 Bən səvdim ellər aldi,

 Qara gəlsin duvaği.

 

98. Uzun çubux uzadem,

 Uzun yolun gözədem

 Sənin siman burda yox,

 Səni kimə bənzədem.

 

99. Atım qaşqa qabaxdur,

 Yüküm təknə tabaxdur,

 Xoroz, dilin çürüsün,

 Niyə dedin sabaxdur.

 

100. Qutida yağ tükəndi,

 Nə köti vaxt tükəndi,

 Nə öndan gəlmax-getmax,

 Nə bəndə ax tükəndi.

 

101.  Kara dəniz akmam  diyor,

 Ədrafimi yıkmam diyor.

 Adi gözəl Osman paşa

 Axıskadan çıxmam diyor.

 

102. Kara dəniz akar gedər,

Ədrafıni yıxar gedər.

Adi gözəl Osman paşa

Axıskadan çıxar gedər.

 

103. Al xiyar, yeşil xiyar,

Boyun boyuma uyar,

Yaxın gəlmə, uzax dur,

El oğlidur, tez duyar.

 

104. İki taxta çaxarım

Citdigindən baxarım,

Məndilin kirləndisə,

Yar, yolla, bən yaxarım.

 

105. Puvar başi təknəli,

İçinə gül əkməli,

Nazli yarin qəhrini

Ölənəcən çəkməli.

 

106. Sari qovun dilimi,

Bən yütürdüm gülümi,

Çıxem dağlar başina,

Ariyem sevgüllimi.

 

107. Sari çitim sənə ,

Qurban olem gələnə,

Dörd kitab qənim olsun

İxralından dönənə.

 

108. İki saat yan-yana,

Bən iştəməm qaynana,

Qaynananın dilləri

Öldürər gəlinləri.

 

109. Bu dağın ardi tandur,

Yandur, Allahım, yandur,

Yarım küsmüş gediyer,

Döndür, Allahım, döndür.

 

110. Puvar başi nargilə,

Su doldurur gülə-gülə,

Elə hersim çıxdi ki,

Varem gedem yar gilə.

 

111. Təkligin gözi ola.

Açdın başıma bela,

Yigit ona diyarım,

Səvduğuni tez ala.

 

112. Su gəlür düzə gedər.

Yapraği yüzə gedər,

O qız yoli şaşurmiş,

İnşallah, bizə gedər.

 

113. Alma atdım qapiya

Getdi degdi yapiya,

Bəni iştiyan oğlan

Genə çıxdi qapiya.

 

114. Qavax ustündə mindər,

Qız, kövlün bənə döndər,

Dördərməsən döndərmə,

Bir quri salam göndər.

 

115. Məndilimdə qara var,

Yürəgimdə yara var,

öldüm ki, qurtulem,

dərdimə çarə var.

 

116. Odun kəsdim boyun-boyun,

Qız, bu gecə sənin toyun,

Uca-uca ucalasun,

Bir yastuxda qocalasun.

 

117. Ay aydındur, işıxdur,

Sufra doli qaşıxdur,

Ablasi yan-yan gezər,

Qayni bizə ıxdur.

 

118. Qarşidə üzüm dali,

Dibində yeşil xali,

Bən bir gözəl səvmişim,

Ya Məhəmməd, Ya Ali.

 

119. Qarşıda kilim yandi,

Bir dəstə gülüm yandi,

Varın söylen o yara, -

Ağzımda dilim yandi.

 

120. Məni deməyə gəldim,

Qaymaq yeməyə gəldim,

Qaymaq məramım dəgül,

Yari görməyə gəldim.

 

121. Gedənə bax, gedənə,

Boyi bənzər fidana,

Həm sənə qurban olem,

Həm səninən gedənə.

 

122. Bu gələn abilidur,

Köski mərhabalidur,

Elinən söylər-gülər,

Bəninən tövbəlidür.

 

123. Gedirsən yolun olem,

Getmə qurbanın olem,

Hər biyani gedərsən,

Ağzında dilin olem.

 

124. Dağdan endürdüm ari,

Tabağa düzdüm nari,

Küsdürdüm yola vurdum,

Sırma buyuxli yari.

 

125. Meşələr əndəm-əndəm,

Yeddi il meylim səndə,

Cefdə heyva çürüdi,

Heç insaf yoxmi səndə?

 

126. Anbarın birisinə,

Gün vurmuş yarısına,

Bən qurban, başum qurban,

İgidin eyisinə.

 

127. Endim çayır biçməyə,

Savux sular içməyə,

Dedilər yar gəliyer,

Qanadlandım uçmaya.

 

128. Endim dərədə durdum,

Biçağıma qın buldum,

Bən bir sancaq içində

Bir igidə vuruldum.

 

129. Dəgirman helli-helli,

Qapusi altun əlli,

Gireydim yar qoynuna,

Çıxeydim tərli-mərli.

 

130. Meşədən endim düzə,

Əlimdə yeşil küzə,

Yazinan küz arasi,

Ayrilux düşdi bizə.

 

131. Sevgili yar, al bəni,

Hamayilə sal bəni,

Əgər bəni almasan,

Hamayil vursun səni.

 

132. Qapiləri qalindür,

O qız bənim yarimdür,

İştərim alem gedəm,

Qariləri zalimdür.

 

133. Oğlan, adın Alidür,

Boyun səlvi talidür,

Oğlan gəl gir əvimə,

Qoy desinlər yaridür.

 

134. Oğlan, adın Aslandur,

Gəl zırzayi səsləndür,

Babam sənə qız verməz,

Yüz onluği səsləndür.

 

135. Anamın qızi bənim,

Dibəkdə tuzi bənim,

Üç bacının içində

Gülməmiş qızi bənim.

 

136. Əzrail əzmə dedim,

Bacamda gəzmə dedim,

Bənim canım cəyildir,

Dəftərən yazma dedim.

 

137. Əzrailim əzəcəm,

Bacanda da gəzəcəm,

Vaxıt, saat yetişdi,

Dəftərə yazacam.

 

138. Gəmidəyim gəmidə,

Ayağım yəmənidə,

Gəmici, qurban olem,

Yarım qaldi geridə.

 

139. Daği duman olanın,

Hali yaman olanın.

Gecə yuxusu gəlməz,

Yari çoban olanın.

 

140. Dağlari gəzdim gəldim,

Əlimi üzdüm gəldim,

Bir bevafa yar üçün,

Yalağuz gəzdim gəldim.

 

141. Karşidə qala yeri ,

Yıxılsın belə yeri,

səndə dərd tükəndi,

bəndə yara yeri.

 

142. Puarın taşi qara,

Dibinin daşi qara.

Bən yarumi tanurum,

Orta boy, qaşi qara.

 

143. Yazi yazdım oduna,

Kapının kanadına,

Əcəm qızi gətürdi,

Vədinin inadına.

 

144. Uzun-uzun qəmişlər,

Ucuni boyamişlər,

Bənim gözəl yarımi

Əsgərə yollamişlər.

 

145. Kara qoyun ətli olur,

Kaurmasi tatli olur,

Qul yerinə gedən qızlar,

Ölməz, ama dərtli olur.

 

146. Ay çıxar bədir, Allah,

Bu sövdədür, Allah,

Səvdəyi sən yaratdın,

Dərməni nədür, Allah?

 

147. Bu fəsi tikən ölsün,

Tərsinə bükən ölsün,

Bənim yarım bir tənə,

Ona göz tikən ölsün.

 

148. Qaşları mildür yarım,

Gəl bəni güldür, yarım,

Üç gündür görməmişəm,

Zanarım ildür, yarım.

 

149. Kartopiy soyamadım,

Qazana qoyamadım,

Düşmənin gözi çıxsın,

Vətəndən doyamadım.

 

150. qoyun, qara qoyun,

Məməsi toli qoyun,

Bəni yardan edənin

Adıni dəli qoydum.

 

151. Su gəlür harx oyanur,

Dağlar yeşil boyanur,

Bu bənim qərib başım,

çox dərdə dayanur.

 

152. Aşıx der sari canım,

Saraldi sari canım,

Xastalux bişe dəgül,

Qalmadi yari canım.

 

153. Yağmur yağar yaş kimi,

Qayalar qumaş kimi,

Sən ondan bax, bən bundan,

Yanarux ataş kimi.

 

154. Əzrumun əvələri,

Düzülmiş dəvələri,

Oturmuş qoylar sağar,

Tərləmiş məmələri.

 

155. Aşıx der nasıl edax,

Saz götür fasıl edax,

Dedilər keç o yardan,

Keçilməz, nasıl edax?

 

156. Poşusi poşusina.

Oturmuş qarşısına,

Nasıl meylin gəliyer,

Qapibir qonşusuna?

 

157. Çubuğun gıreyimmi,

Qız, səni aleyimmi,

Arxataşlar gediyer,

Bən bunda qaleyimmi?

 

158. Çubuğum birdir bənim,

Bir ki, birdür bənim,

Yeddi məhlə içində,

Səvdügüm birdür bənim.

 

159. Odaya sardım xali,

Boyun kərənfil tali,

Görən maşallah desin,

Kimin  var belə yari?

 

160. Odaya sardım kilim,

Gəl otur, bənim gülüm,

dedim bəndən küsdün,

Lal olsun bənim dilim.

 

161. Odaya sardım keçə,

Neçə bir ömrüm keçə,

Əcəb o gün olurmi,

Əlin əlimə keçə?

 

162. Qardaş, atın yoxmidür,

Binib gəlsən çoxmidür,

Yana-yana kül oldum,

Səndə insaf yoxmidur?

 

163. Qardaş, atın beş olsun,

Üzəngin gümüş olsun,

Əgər bizi ərz etsən,

Eşin Xıdrəlləz olsun.

 

164. Bu gələn Alimidür,

Sallanan qolimidür,

Səvdi-səvdi almadi,

Bu yigit dəlimidür?

 

165. Bağçamızda balqabax,

Toğranur tabax-tabax,

Oğlan, bəni almadın,

Alduğun yilana bax.

 

166. Bacasi yaxın yarım,

Sövdədən saxın yarım,

Gözəl boyan göz dəgər,

Hamayıl taxın yarım.

 

167. Dağlarda, meşələrdə,

Gül süyi şüşələrdə,

Hər keş yarıni almiş,

Bən qaldim köşələrdə.

 

168. Bağa başi yumuşax,

En aşaği konuşax,

Dua edin, komşilər,

Həsrət yara kovuşax.

 

169. Sini doli şəkərim,

Yol üstünə əkərim,

Vəfalı yar qəhrini,

Ölənəcən çəkərim.

 

170. Dağlar, sən dağlarsın,

Qardan kəmər bağlarsın,

Gül səndə, çiçək səndə,

dərdin var, ağlansın.

 

171. Qərənfilim, budama,

Safa gəldin odama,

Əgər gözün bəndəysə,

Elçi göndər babama.

 

172. Ay alçalar-alçalar,

Ayağında nalçalar,

Gecə gəlmə, gündüz gəl,

İtlər səni parçalar.

 

173. Gedərdim ellərizdən,

Qurtulem dillərizdən.

Yeşilbaş ördək olsam,

Su içməm göllərizdən.

 

174. İstanbuldan çıx da gəl,

Puvar kimi ax da gəl,

Bən burda ax çəkəndə

Sən allahdan qorx da gəl.

 

175. İstanbuldan çıx da gəl,

Çaylar kimi ax da gəl,

Çaylar kimi axmasan,

Karvana qarış da gəl.

 

176. Məndilim çeşdi-meşdi,

Məndilim çölə düşdi,

Ağlama dedim, kövül,

Ayrilux bizə düşdi.

 

177. Ayrilux yaman oldi,

Savrulub saman oldi,

Biz ayrulix bilməzdux,

Ayrilux nədən oldi?

 

178. Bu gecə nişan gecə,

Haxıl pərişan gecə,

Yeddi dəstə mum yaxem,

Yara kovuşan gecə.

 

179. İstikanın üstidür,

Əvim çayın üstidür,

Gecə gəlmə, gündüz gəl,

Zansınlar ki, dostidür.

 

180. Altun üzük qaşiyim,

Bən qızların başiyim,

Benim baham bulunmaz,

Hindistan qumaşiyim.

 

181. Bu gələn naxırmidür,

Səslənən paxırmidür,

Bu gecə yar gələcək,

İkindi yaxınmidür?

 

182. Bu gələn atlimidür,

Sorun bağdatlimidür,

Hər gələn yari sordi,

Əcəb yar tatlimidür?

 

183. Dağda gəzərsin, oğlan,

Bağrın əzərsin, oğlan.

Fəs nədür, füskül nədür,

Zati gözəlsin, oğlan.

 

184. Bu dağın başındayım,

On iki yaşındayım,

On iki yaşdan biyani,

Qız, sənin peşindəyim.

 

 185. Dağda xarman olurmi,

Aya fərman olurmi,

Yana-yana kül oldum,

Küldən dərman olurmi?

 

186. Dağlari tökən bilür,

Sünbüli sökən bilür,

Şən olsun buralari,

Sevdayi çəkən bilür.

 

187. Bu yazi dəgül,

Kövlüm tərəzi dəgül.

Yıxılsın Muğan çöli.

Heç kövlüm razi dəgül.

 

188. Qərənfil talda qaldi,

Gözlərim yolda qaldi,

Keşkə sevməz olaydım.

Əlim qoynumda qaldi.

 

189. Dağ başında gəzərsin,

Qələm olub yazarsin,

Sən ki belə gözəlsin,

Niya yarsız gəzərsin?

 

190. Baba, baği neynərsin,

Keçmiş çaği neynərsin.

Gül bitməz, bülbül ötməz,

Veran baği neynərsin?

 

191. Çaya endim-çay susuz,

Çali dibi çalisiz,

Hərkeşin yari gəldi,

Hani bizim çəlimsiz?

 

192. Qərənfil dən-dən, yarım,

Səvərdim candan, yarım,

Padişah yarım olsa,

Vaz keçməm səndən, yarım.

 

193. Yağmur yağar iz edər,

Qız oğlana göz edər,

Oğlanın bir suçi yox,

Nəki edər qız edər.

 

194. Alti puar, üsti nar,

Bən dedim küsdi yar,

Küsdüğini ğəm etməm,

Sələmini kəsdi yar.

 

195. Pəncərəyə taş qoydum,

Bir yanıni boş qoydum,

Yar içəri girməzdən

Adıni zərxoş qoydum.

 

196. Qapidən keçdi yarım,

Yarami deşdi yarım,

Ellərə sələm verdi,

Bəndən yan keçdi yarım.

 

197. Bu gələn haralidür,

Dağların maralidür,

Bənə dəgib dolaşman,

Yürəgim yaralidür.

 

198. Baxçada durma, yigit,

Boynuni burma, yigit,

Bəni sənə verməzlər,

Ax edib durma, yigit,

 

199. Bir at bindim başi yox,

Bir çay keçdim taşi yox,

Orda bir qərib ölmiş,

Yanında yoldaşi yox.

 

200. Gəmi gəlür yan verür,

İstanbula şam verür,

Qız oğlani görəndə

Ayaq üstə can verür.

 

201. Bağça bar verəndə gəl,

Heyva-nar verəndə gəl,

Bir gəldün xasta gördün,

Bir can verəndə gəl.

 

202. Ay axşamlar işıxdur,

Yüküm şimşir kaşuxdur,

Qonşi qızın zaft eylə

Bizim oğlan aşıxdur.

 

203. Ay axşamdan da gəl,

Toprax yola düş də gəl,

Ana-baban qoymasa,

Qax peşimə düş də gəl.

 

204. Koprünün alti yalbuz,

Nerdən gəliyen balduz,

Sən get ablan gəlsin.

Duramiyerim yalquz.

 

205. Məni dedim, beş dedim,

Gəl qapidən keş dedim,

Bu aralux kövlüm yox.

Gəl gövlimi dedim.

 

206. Qara qoyun qədəmi,

Sultan qoyun adımi.

Elə gedem içizdən

Unudasız adımi.

 

207. Bu dağ dağın nasidür,

Gül almanın xasidür,

Bən bu dağa gəlməzdim,

Yarimin yaylasidür.

 

208. Endim dərədə durdum,

Biçağıma qın buldum,

Çox çallanma səvgüllüm,

Səndən gözəl yar buldum.

 

209. Qərənfil əgri-bügri,

Tallari yerə dəgdi,

Bən sevdim ellər aldi,

Zərəlim kimə dəgdi.

 

210. Qarşidə üzüm tali,

Dibində yeşil xali,

Ya Məhəmməd, ya Əli,

Yara qovuşdur bəni.

 

211. Qərənfil olacaxsın,

Saralıb solacaxsın,

Bən müftiyə danışdım,

Sən bənim olacaxsın.

 

212. Aldur yeləgin, oğlan,

Nədür diləgin, oğlan,

Üstümə yar səvərsin,

Yansın yürəgin, oğlan,

 

213. Pətəgində baldur, yar,

Səvdə bəni aldi, yar,

İkimizin səvdəsi,

Qiyamətə qaldi, yar.

 

214. Dağda kəkliyim ötər,

İncitmə, yüngün tökər,

İki gözüm, səvdügüm,

Ağzın bal, dilin kəşər.

 

215. Qala başi, daş başi,

Hilaldur yarın qaşi,

Çirkin ilə bal yemə,

Gözəl ilə daş daşi.

 

216. Kövdə yıldız şah gedər,

Gah dolanur, gah gedər,

Bəgim ata binəndə,

Bən zanarım şah gedər.

 

217. Gedərsin yol uzuni,

Çəpərə gül düzümi,

Elə bir of çəkərim.

Ağlarım yol uzuni.

 

218. İki taxta çaxarım,

Arasından baxarım,

Əgər üstün kirliysə,

Yolla, yar, ben yaxarım.

 

219. Gəmi gəlür Arazdan,

Taxtalari kirazdan,

Yara bir çift sözüm var,

Hələ degil, bir azdan.

 

220.  Ax  pambuğum, pambuğum,

 Sarıb sarmaladuğum,

 Səvdim, səvdimalmadum,

 Odur benim yanduğum.

 

221. Al yaylux, qızıl yaylux.

Nişanlum, sənə sağlux,

Ramazani tam tutax.

Hani bizə bayramlux.

 

222. Bən qərib, işim qərib,

Eşim, yoldaşım qərib,

Öldüyümə yanmiyorum,

Məzarda taşim qərib.

 

223. Qara basma iz olar,

Gözəllərdə naz olar.

Gündüz gəlmə, gecə gəl,

Ellər tuyar, söz olar.

 

224. Qara basma tovarsın,

Sən bənimlə uyarsın,

Əsgər olduğum zaman,

Günlərimi sanarsin.

 

225. Küsdürdün barışamam,

Ayrıldım kovuşamam,

Elə qırdın gövlümü,

Daha bən barışamam.

 

226. Dərd bəndə, çara səndə,

Eylanmaz yara bəndə,

Yuvasız quşlar kimi.

Qalmuşum pərakəndə.

 

227. Sular niyə axmiyer,

Yar üzümə baxmiyer,

Bir dəstə gül qoxladım,

Yarım kimi qoxmiyer.

 

228. Yollar uzax, gəlmədin,

Muradıma yetmədin.

Tutucaq talım səndin.

Qiymətini bilmədin.

 

229. çox geydim, xaba,

Yarım gəldi, mərhaba.

Bən gördüm aşiq oldum.

Suçum yox, məhçi baba.

 

230. Cami yapdım bən yapdım,

Pəncərəsin yan yapdım,

Tal vermiş, budax vermiş,

Kölgəsində bən yatdım.

 

231. Cami yapdım, bən yapdım,

Mehrabıni yan yapdım,

Tallandım, budaqlandım,

Gölgəsində yan yatdım.

 

232. Cami yapdım degirmi,

Pəncərəsi yigirmi,

Bu kövdə bir yigit var,

O da bənim dəgülmi?

 

233. Cami yapdım tucinən,

Tucinən kərpicinən,

Ayrılmazdım yarımdan,

Ayırdilər, gücinən.

 

234. Gəmi gəlür yanaşur.

İçi doli camaşur,

Yarım geymiş qurşali,

Görən gözlər qamaşur.

 

235. Məniyim üzülmişim,

Səfərə düzülmişim,

İştər al, iştər alma,

Arnına yazılmişim.

 

236. Qərənfili budama,

Səfa gəldin odama,

Əgər bəni iştəsən,

Elçi göndər babama.

237. almayi dişlədim,

Dişlədim, gümüşlədim,

Qardaş gəldi, qıymadım,

Yar gəldi bağışladım.

 

238. Bir talda iki fişnə,

Birin al, birin dişlə,

Əzrayıl, qadan alem,

Bəni yara bağişlə.

 

239. Əzrayıl əzdi bəni,

Bacamda gəzdi bənim,

Bən murad almamişdən,

Dəftərən yazdi bəni.

 

240. Ax biçağım, biçağım,

Tütün doğriyacağım,

Dayım tütün iştəmiş,

Ona yolliyacağım.

 

241. Bu dağın ardi qəmiş,

Yarım sələm yollamiş,

Sələmi baş üstə,

Kendi niyə gəlməmiş?

 

242. Əzrayıl azan gecə,

Bağçamda gəzən gecə,

Can qəfəsdə titriyer,

Əl-ələ verən gecə.

 

243. Tut ağacı tutiynən

Altun qoydum qutiynən,

Anam-bacım müxənnət,

Bəni verdi kötiyə,

 

244. Çadır atdım düzlərə,

Dikan oldum gözlərə,

Bən baxıb gedər oldum,

Yurdim qalsın sizlərə,

 

245. Qara-qara qayalar,

Qara yazi yazanlar,

İman cənnət bulmasin.

Aramızi pozanlar.

 

246. Qarpuz kəsdim yesənə

Adıni bənə desənə,

On beş yaşda yar sevdim,

Göz aydıni versənə.

 

247. Puvar milinən olur,

Səvdə sirinən olur,

Gözdür aləmə baxan,

Yürək birinən olur.

 

248. Armud dibi ağırşax,

Bənim yarım pək uşax,

Uşax olsun, sağ olsun,

Dilək edin qovuşax.

 

249. Aşıx der dindirəydim,

Dərdimi bildirəydim,

Bizə yazi yazanda,

Qələmin sındıraydim.

 

250. Anamın qızi bənim,

Dibəkdə duzi bənim,

Hər qızınin içində

Gülməmiş qızi bənim.

 

251. Armudi dalda döşür,

Endür dibində bişür,

Qurban olduğum yara

geydürsən yaxışur.

 

252. Bir talda iki kiraz,

Biri al, biri bəyaz,

Çox sallandın bənə sən,

Bir küçük məktubca yaz.

 

253. Poşumun kunculuna,

Gül bağlanmış ucuna,

Yar, Allahi sevərsin

Gəl odamın ucuna.

 

254. Armud dalda sallanur,

Yerə düşsə pallanur,

Oğlan padişah olsa,

Genə qıza yalvarur.

 

255. Bu dağda ot bitməzmi,

İçində yar gəzməzmi,

Səvdügimin qazancı

On beş qıza yetməzmi?

 

256. Bögün bazar oldi gəl.

Baxta nazar oldi gəl

Yollaran baxa-baxa

Canım bezar oldi, gəl.

 

257. Bögün bazar ertəsi,

Sufraya qoydum tasi.

Omdum, omdum gəlmədi,

Bögün oldi haftası.

 

258. Bögün bazara bənzər

Yarım ayvaza bənzər

Geyinmiş mavi palto

Zanarım begə bənzər.

 

259. Qərənfil əkiləndə,

Talından töküləndə,

Çıxmali gülə bənzər

Al yanax öpüləndə.

 

260. Qərənfilim, budama,

Buyur gedax odama,

Bən cəhil, yarım cəhil

Elçi yolla babama.

 

261. Bögün girdim bağa,

Başım dəgdi budağa,

Bən cəhil, yarım cəhil,

Nasıl girim toprağa.

 

262. Portağalın sarisi

Yedim qaldi yarisi.

Oğlan bir qapek etməz.

gözəldür qarisi.

 

263. Sari qavun saçaği

Qında durmaz biçaği

Səvdi-səvdi almadi

Yigitlərin alçaği.

 

264. Baxçaya girdim bayax

Yapraği tabax-tabax

Bəni də bəgənmədin

Alduğun pintiyə bax.

 

265. İki taxta çaxarım

Arasından baxarım.

Əgər bulusun kiliysə.

Yolla bənə yaxarım.

 

266. İki saat yan-yana,

Bən iştəməm qaynana.

Qaynananın dilləri

Öldürür gəlinləri.

 

267. Furun yaxdım kül oldi.

Yar yoli Bağdad oldi.

Neynarım elə yari

Boş üstümə ad oldi.

 

268. Məndilimdə kül oya

Gülmədim toya-toya

Dərtlərim sariyerim

Günləri saya-saya.

 

269. Dağlari dağlasınlar,

Görənlər ağlasınlar,

Yarımın məndilinnən

Yarami bağlasınlar.

 

270. Bu tağı böləmədim,

Yanına gələmədim,

İzin bən alamadım,

İzinsiz gələmədim.

 

271. Bu tağı oyununa,

Quşlar qonar talına.

Heç kimsə yanmaz daha

Yetimlərin halına.

 

272. Sıra sıra qazanlar,

Qara yazi yazanlar,

Cənnət yüzi görməsin

Aramızi pozanlar.

 

273. Sular niya axmiyer,

Yar gözümə baxmiyer,

Bir dəstə gül qoxladım,

Yarım kimi qoxmiyer.

 

274. Məni deməyə gəldim,

Qaymaq yeməyə gəldim,

Məni mərəmimdə yox,

Səni görməyə gəldim.

 

275. Gögdə ulduz əllidür,

Əllisi də bəllidür,

Səvdə çəkən qızların

Gözlərindən bəllidür.

 

276. O dağ bu dağa baxar,

Arasından çay axar;

Çıxsın bənim gözlərim,

Sənsiz dünyaya baxar.

 

277. İstanbulda tikmə daş,

Gəliyer iki qardaş,

Küçügi yarim olsa,

Böyügi qayın qardaş

 

278. Puvar başi poturax,

Yarım gəlsin oturax

Bir o desin bir bən diyem,

Bu sövdədən qurtulax.

 

279. Ay çıxar sini kimi,

Dolanar səlvi kimi,

Yar qoxusi gəliyer

İstanbul güli kimi.

 

280. Bu dağın ardi xaş-xaş,

Dili bülbülli qardaş,

Bu Dağ aradan qaxsın,

Qovuşax baci-qardaş

 

281. Bu dağlar ulu dağlar,

Çiçəkli suli tağlar,

Burda bir qərib ölmiş,

Gök kürlar, bulut ağlar.

 

282. Bu dağlar bucax-bucax,

Ot biçdim qucax-qucax,

Aləmin yari gəldi,

Hani bizim batacax.

 

283. Bu tağın ardi tandur,

Yandur, Allahım, yandur,

Yarım küsmiş gediyer,

Döndür, Allahım, döndür.

 

284. Bu dağın ardi furun,

Ərgənlər geri turun,

Bu gecə yar gələcax,

Altun iskamlar qurun.

 

285. Aşqa düşdüm görüncə,

Gözlərimə gülüncə,

Dünyam cənnət oluyor,   

Sən yanıma gəlincə.

 

286. Sini doli mor-vişnə,

Oğlan, peşimə düşmə,

Babam sənə  qız verməz,

Nəfilə xarca düşmə.

 

286. İncə çubux üç oğlan,

Gəl qapidən keç oğlan.

Babam sənə qız verməz,

Tut əlimdən qaç, oğlan.

 

287. Oğlan, adın Aslandur.

Get qapiya, yaslan, tur.

Babam sənə qız verməz,

Qırx macari səsləndür.

 

288. Qarpuz kesdim yiyan yox,

Niya kesdin diyan yox.

Bən yarıma qavuşdum.

Göz aydini verən yox.

 

289. Zibil atdım qapiya,

Getdi degdi yapiya.

Bəni iştiyan oğlan,

Gənə çıxdi qapiya.

 

290. Ay alçalar, alçalar,

Ayağında nalçalar.

Gecə gəlmə, günüz gəl,

İtlər səni parçalar.

 

291. Gecə uzun ay batmaz,  

Dərdlilər gecə yatmaz.

Bənim kimi dərtliyi

Allah birdə yaratmaz.

 

292. Yaraliyim yanımdan,

Quşlar toymaz qanımdan.

Bu xəncərim, bu gəndim,

Vur, bezmişim canımdan.

 

293. Çəpərlər, ay çəpərlər,

Yıxılanda yaparlar,

İçərdən yaniyerim,

Dişərdən su səpərlər.

 

294. Dərdim nədür biliyerim,

Göz yaşimi siliyerim,

Bir yandan bu ayrılıx,  

Bir yandan can veriyerim.

 

295. Anama deyin gəlsin,

At binsin, yegin gəlsin.

Əcəl gəldi, can çıxdı,

Daha nəyimə gəlsin.

 

296. İstanbul ellərində,  

Gezəydim çöllərində,

İlik dügmə olaydım

Yarın əllərində 

 

297. Uzun-uzun qəmişlər,

Ucuni boyamişlər.

Bənim gözəl yarimi

Əsgərə yollamişlər.

 

298. Qara qavun aşimi,

Bən yütürdüm eşimi.

Çıxem tağlar başına,

Ariyem yoldaşimi.

 

299. Altun yüzük boladi,

Koçorun kim taradi.

İki gövün arasi,

Gözüm səni aradi.

 

300. Bulut gəlmiş gediyer,

Yara sələm ediyer.

Yarım orda, bən bunda,

Yara canım gediyer.

 

301. İstanbulda bir quş var,  

Qanadında gümüş var.

Yarım getdi gəlmədi,

Həlbət onda bir var.

 

302. Reyhan əkdim bitdimi,

Xəbər yara getdimi,

Eşitdim yar əvlənmiş

Muradına yetdimi?

 

303. Tut ağaci mərdivan,

Dibində qurdum divan.

Bəni yardan edəni,

din bulsun, iman.

 

304. Qəhvə qoydum bişməyə,

Əl vurmayın, daşmaya.

Ağlama, qara gözlüm,

Az qaldi qavuşmaya.

 

305. Gövdə yıldız zərnişan

Çətindür aşqa düşən,

Ya hüridür, ya mələk

Sövdügünə qavuşan.

 

306. Qərənvili qavurdum,

Çıxdım tağda savurdum.

Eşitdim yar gəliyer,

Qoçi qurban dövürdüm.

 

307. Degirman üç tolanur,

Suyi sərxoş tolanur.

Yardan gələn poşilər

Belimə üç tolanur.

 

308. Aşığın işinə bax,  

Tağların qışına bax,

Gec sevdim, tez ayrıldım,

Fələgin işinə bax.

 

309. Məniyəm mərbabiyəm,

Qumaşlar zərbabiyəm,

Bəni dullar almasın,

Ərgənlər əl babiyəm.

 

310. Qara ərük çarxala,  

Həngi yaram sağala,

Həngi kitab buyurmuş,

Bən səvəm ellər ala.

 

311. Yeşil çiti sararım,

Yütürmişim ararım.

Sən zanetdin unutdum,

Hər gələndən sorarım.

 

312. Balkonda oturiyerim,

Al məndil toxiyerim,

Yardan bir alma gəlmiş,

Yemiyer, qoxliyerim.

 

313. Bu bənim mənilərim,

Qarğ olmiş gəmilərim.

İçərdən anam ağlar,

Dişardan emilərim.

 

314. Qarşidə görünürsün,  

Al kürkə burunursün,

İsitmən bənə gəlsin,

məlül görünürsün.

 

315. Sari qavun dilimi,

Bən yütürdüm gülümi.

Çıxem dağlar başına,

Ariyem səvgüllimi.

 

316. Sari çitim sənə ,

Qurban olem gələnə.

Dört kitab qənim olsun

İxrarından dönənə.

 

317. Sari çitim səndədir,

Bir uci bəndədür.

Dünya gözələ dönsə,

Bənim kövlüm səndədir.

 

318. Ay işıği işıxdur,

Sufra toli qaşuxdur

Anasi bənə yan baxmaz,

Qızi bənə aşıxdur.

 

319. Stol üstündə bişi,

Kimə yapdurem dişi.

Andır qalsın bu sövdəyi,

Ələm tuydi bu işi.

 

320. Stol üstündə biçax,

Sapından tutulacax,

Bu qızların günahi

Oğlanlardan sorlacaq.

 

321. Stol üstə maz nədir,

Maz nədir, kağız nədir.

Əgər bəni səviyersən,

Yanındakı qız nədir?

 

322. Ğədifə yastux yüzi,

Qədəmi basti bizi.

Əcəl oxi oxlasın

Yarinən yatan qızi.

 

323. Yeşildə quzi mələr,

Quzi mələr, çoban gülər.

Yaxan dügmələ-dügmələ

Sənin kimi yosma dilbər.

 

324. Aşıq der belə bağlar,

Kəməri belə bağlar,  

Bar verib yüzi gülməz,

Yıxılsın belə bağlar.

 

325. Babam bir bağ eylədi,

Sudan irağ eylədi.

Bağda bağa dönmədi,

Yıxdi verən eylədi.

 

326. Bağa girdim üzümə,

Tikan batdi dizimə,

Əkildim ki, çıxarem,

Yar sataşdi gözümə.

 

327. Məni dedim bən şaşdım,

Məni kitabıni açdım,

Diliminən diyamadım,

Qəlbimdə halallaşdım.

 

328. dərə holixlidür,

Holiği paluxlidür,

Neynarım elə yari,

Ayaği çaruxlidür.

 

329. Dərədən endim düzə,

Su bağladım nərgizə,

Yeddi yil xizmət etdim.

Bir ala gözli qıza.

 

330. Dərədən eniyerdim,

Çarx kimi döniyerdim,

Yar axlıma gələndə

Buz kimi əriyerdim.

 

331. Bu dərənin yovşani,

Yügrək olur davşani,

Gözəl ona diyarım, 

Çalınmasın kirşani.

 

332. Dərədən endim ancax,  

Başımda yeşil sancax,

Nə qız oldum, nə gəlin,  

Odlara yandım ancax

 

333. Yilana bax, yilana,

Quy dibini tolana.

Bəni yardan edəni

Torba taxa dilənə.

 

334. Ay işığı süd kimi,

Bulus geydin  çit kimi,  

Bən sənə göcmiyacam,

Çox atılma it kimi.

 

335. Ay çıxar sini kimi,

Tolanur səlvi kimi.

Yar qoxusi gəliyer.

İstanbul güli kimi.

 

336. Ay çıxar bədir, Allah.

Bu sövdədür, Allah.

Ya yarıma insaf ver,

Ya bənə sabur, Allah.

 

337. Ay çıxar çini kimi,  

Öpem ağzın içini.

Dün gecə nerdeydin,  

Kövlümün gögərçini.

 

338. Ay çıxar yerli-yerli,  

Tolanur telli-telli.

Girəydim yar qoynuna,

Çıxeydim tərli-tərli.

 

339. Ay çıxar Ayistandan,

Gün çıxar Gürcüstandan,  

Gövlüm bir qarpuz ister

Yüz bin iki bostandan.

 

340. Ağliyasız ağlar kimi,  

Dərdsiz olun tağlar kimi,  

Qəzəl olub töküləsiz

Verana bağlar kimi.

 

341. Tağların ardındayux,

Suların bağrındayux,  

Hər keş gendi Vətənində,  

Biz Vətən dərdindəyux.

 

342. Bu tağların ardi var,

Gövlümün müradi var.

Gözlərindən ağnadım,

Səndə Vətən dərdi var.

 

343. Bu tağlar uca tağlar,  

Ardini duman bağlar,  

Biz sürgünə düşmişux,

Bu hali görən ağlar.

 

344. Xali kilim saramadux,  

Biz bir murad alamadux,  

Çəpər quşi yuva yapdi,  

Quş qədər olamadux.

 

345. Tağlardan eniyerdim,

Çarx kimi döniyerdim,

Vətən haxlıma düşəndə,

Mum kimi eriyerdim.

 

346. Baxçalarda bar tatli,

Meyvəlardan nar tatli.

Anam-babam sağ olsun,  

Həppisindən yar tatli.

 

347. Dəgirmannın salaği,

Qısa kesdim qavaği,

Bən sövdim ellər aldi,  

Qara gəlsin tuvaği.

 

348. Yastux üstə gəzərsin,

Yastuğa gül düzərsin,

Sən ki belə gözəlsin,

Niya yarsiz gəzərsən?

 

349. Gədifə yastux yüzi,

Biz tanurdux sizi,

Səvdəsiz gəziyerkən,

Sövdəyə saldın bizi.

 

350. Qədifədən kisəsi,

Qəhvədən gəlür səsi.

Oturmuş nərd oyniyer,

Yürəgimin göşəsi.

 

351. Qarpuzi piçaxladım,

Dörd yerə saçaxladım,

Anasının yanında

Qızıni qucaxladım.

 

352. Bu dərənin uzuni,  

Xəzəl ərmiş yüzüni.

Açın dumanı tağlar,  

Görəm yarın yüzüni.

 

353. Bu dünyanın ələmi,  

Qaşlar qüdrət qələmi,  

Çünki doktor dəgüldün,

Niyə açdın yarami?

 

354. İncə çubux uzadem,

Uzax yolun gözədem,

Sənin siman burda yox,

Səni kimə bənzədem.

 

355. İncə çubux uçda gəl,

Uzax yola düşdə gəl,

Əgər yoli bulmasan

Qax peşimə düşdə gəl.

 

356. Məndilimin çıncıği,

Ədrəfinin boncuği.

Bir öpdüm beş dişlədim,  

Yardan aldım acıği.

 

357. Qavuni saçaxladım,

Saçağıni poçaxladım,

Vətənimiz ola-ola,

Vətənsiz bən yaşadım.

 

358. Ənciri əzəmədim,

Telləri düzəmədim,

Vətənimin bağlarında

Toyunca gəzəmədim.

 

359. Sini doli şəkərim,

Yol uzuni əkərim,

Neçə ki, canım sağdur,

Ahuzarın çəkərim.

 

360. Sari çiçək dizəcan,

Sallan gedax bizəcan,  

Sarılıb da yataydux,  

İlk bahardan güzəcan.

 

361. Su gəlür daşa dəgər,

Kipriklər qaşa dəgər.

Elə bir yar səvmişim

Yeddi qardaşa dəgər.

 

362. Su gəlir axmayinən,  

Dəryalar yaxmayinən,

Yar-yardan heç doyarmi,

Uzaxdan baxmayinən.

 

363. Su gətür harxi-marxi,

Qaşların misir çarxi,

Səni bənə versələr,

Neynarım evi-barxi.

 

364. Məniyəm məni dildən,

Səvərim cani dildən,

İştərim yaxın gələm,

Qorxarım aci dildən.

 

365. Aşıx der gülən az,

Gül deşürüb gülən az.

Bu necə müşküldür ki,

Ağliyan çox, gülən az.

 

366. Al şalım, yeşil şalım,

Düşməndən savuşalım.

Uzax düşdux edax,

Məktubinən qavuşalım.

 

367. Alma atdım nar gəldi,

Dar soxaxdan yar gəldi.

Bir öpdüm, bir dişlədim,

Al yanaxdan qan gəldi.

 

368. Endim dərələrinən,

Bilməm ki, nerələrinən?

Bən qurban, canım qurban

O gül məmələrinən.

 

369. Endim dərə aşaği,  

Gedişümdür, gedişim, 

Qız sənin al yanağında

Qırıldı fındıx dişim.

 

370. Gəmidəyim gəmidə,

Ayağım yemənidə,

Gəmiçi, qurban olem,

Yarım qaldı geridə.

 

371. Qaladan endim düzə,

Əlimdə yeşil küzə.

Qırx ayaxlı mərdivan

Qızi endurdum bizə.

 

372. Qarşidə cirax yanar,

Baxdukca irax yanar,

Bu köti sövdəydi,

Getduxca yürək yanar.

 

373. Ərzrumun çarşısında,  

Su axar karşısında,

Boynumi buruk qoydum,

El-günün karşısında .

 

374. Qaşların qarasına,

Gül qoyam arasına,  

Səni məlhəm dedilər

Sinəmin yarasına.

 

375. Qaladan endim düzə,

Su baüladım nərqizə.

Yeddi yil xizmət etdim

Bar ala gözli qıza.

 

376. Qalanın bədənləri,  

Çövürün gedənləri.

Cənnət yüzi görməsin.

Kötülük edənləri.

 

377. Gəmi gəlür baş-başa,  

İçində Nuri paşa.

Paşaların paşası,

Yaşasın Ənvər paşa.

 

378. Əlində maşa,  

Gedər ataşa,

Qızlara paşa.

Mənsurə xanım.

 

379. Əlində boya,  

Gedər atoya,

Uca bir boya.

Mənsurə xanım.

 

380. Əlində teli,  

İncədür beli,  

Məhlənin güli

Mənsurə xanım.

 

381. Gəmi gəlür arali,

İçi doli yarali,  

İçində bir yigit var,  

Axisxanın marali.

 

382. Gəmi gəlür, neyliyem,

Gedib anama söyliyem,

Kavkazi türklər almış,  

Canım qurban eyliyem.

 

383. Gəmi gəlür arali,

İçi doli yarali,

Elə bir yar sevmişim,

Abastuman marali.

 

384. Xalburum dalda kaldi,

Çözüm yollarda kaldi,

Andır qalsin Axiskayi

Nişanlım yolda kaldi.

 

385. Altı tütün Sabzara,

Yem tökərim qazlara,

Qazlar yemi yemədə,

Mən baxarım qızlara.

 

386. Bu dərənin uzuni,

Kıramadım buzuni,

Aldım Azqur qızıni,

Çekəmədim nazıni.

 

387. Dağıstan dağ yeridür,

Gürcüstan bağ yeridür,

Adıgönün qızlari

Xormanın bol yeridür.

 

388. Gəmi gəlür yanaşur,

İnsan sorup tanışur

Adıgönün qızların

Görən gözlər qamaşır.

 

389. dəvə düzdə kaldi,

Yüki Təvrizdə kaldi,

Oğlani sanci tutdi,

Dərməni kızda kaldi.

 

390. Ay çıxar ayıstandan,

Gün çıxar Gürcistandan,

Gövlüm bir qarpuz iştər

Yüz bin iki bostandan.

 

391. Paravozun tüstüsi,

Almarım bən pis kızı,

Alurum gürci qızi

Yanaxları kırmızi

 

392. Dağlari qarladilər,

Yollari bağladilər,

Bu yeri xəltə kimi

Boynuma bağladilər.

 

393. Dar gündür dedim dağlar,

Hər dərdi yedim dağlar,

Vətəndən xəbər verin,

Bənə rəhm edin dağlar.

 

394. Dağlar-dağlar sona dağlar,

Qar yağaydi sana dağlar,

Tuteydim yar əlindən,  

Çıxeydim sana dağlar.

 

395. Qəribəm bu vətəndə,

Qərib quşlar ötəndə.

Gövlüm göyərçin oldi,

Durmiyer yad vətəndə.

 

396. Bu dağın ardi xaş-xaş,

Dili bülbülli kardaş,

Bu dağ aradan qaxsın,

Görüşax baci-kardaş.

 

397. Bu dağda maral gezər,

Zülfüni darar gezər,

Dağ bizim, maral bizim,

Yad avcilər gezər?

 

398. Dərtliyim, dərəliyim,

Yürəkdən paraliyim,

Ağaclar çiçək açdi,

Genə bən yaraliyim.

 

399.  Bu dərə holuxlidür,

Holuği baluxlidür,

Neynarim elə yari,

Ayaği çaruxlidür

 

400. Dərədən endim düzə,

Su bağladım nərgizə,

Yeddi il xizmət etdim

Bir ala gözli qıza.

 

401. Dərədən endim ancax,

Başımda yeşil sancax,

qız oldum, gəlin,

Odlara yandım ancax.

 

402. Dərədən eniyerdim,

Çarx kimi döniyerdim,

Yar haxlıma gələndə,

Buz kimi əriyerdim.

 

403.  Puvar, zarxoş axarsın,

Mor-mənəmşə qoxarsın,

Bəxtülli puvar sana

Yar yüzünə baxarsın.

 

404. Aya bax, yıldıza bax,

Suya gedən kıza bax,

Kız, allahı sevərsin,

Çəvür yüzün bizə bax.

 

405. Qərənfil qoxi neynar,

Taxtalar muxi neynar,

Yarım gələn gecəsi

Gözlərim yuxi neynar?

 

406. Reyhan əkdim bitdimi,

Yara xəbər getdimi,

Eşitdim yar əvlənmiş,

Muradına yetdimi?

 

407. Pəncərədən baxiyer,

Almış məndil toxiyer,

Kız, sənin gözəllüğin

Bunda bəni yaxiyer.

 

408. Su gəlür lülə-lülə,

Yar gəlir gülə-gülə,

Əlində ipək məndil,

Tərini silə-silə.

 

409. Furun üstündə furun,

Doyun, komşular, döyun,

Yar üstə yar səvmişim

Bənə bir çarə bulun.

 

410. Kiraz dalın əgməli,

Meyvəsindən yeməli,

Komşi qızi varikən

Kimə boyun əgməli?

 

411.Tağ başında kəstənə,

Tökülür tənə-tənə,

Dünya doli kız olsa,

Bənə düşər bir tənə.

 

412. Qəhvə qoydum bişmağa,

qapağın taşmağa,

Ağlama, kömür gözlüm,

Az qaldi qovuşmağa.

 

413. Armud dalda, dal yerdə,

Bülbül ötməz hər yerdə,

Fələgin qaydasidür,

Hər birimiz bir yerdə.

 

414. Bir kuş çıxdi dəryadan,

Xəbər  aldi dünyadan,

Dedi ölüm varimiş,

Niyə doğdux anadan?!

 

415. Dağların qari bənəm,

Gün yoxdur ərimənəm,

Qəbrimi dayaz qazın,

Cayılam, çürümənəm.

 

416. Bögün girdim bağa,

Başım dəgdi toprağa,

Bən cəhil, yarım cəhil,

Nasıl girim toprağa?

 

417. Əzrayıl, azma dedim,

Bacamda gəzmə dedim.

Bən cəhil, yarım cəhil,

Dəftərən yazma dedim.

 

418. Bəni dünyaya gətürdin

Hangi murada yetürdün

Arada kendin yütürdün

Bənim anam, bənim anam.

 

419. Sənsiz bəni ağladilər

Yarama duz bağladilər

Bəni sənsiz ovutdilər

Bənim anam, bənim anam.

 

420. Bəni niyə yetim qoydun,

Tatli candan tez toydun?

Gözlərimi yaşli qoydun,

Bənim anam, bənim anam.

 

421. Çox sızladım çox ağladım

Dərdimi gizli saxladım

Yürəgimdə yer saxladım

Bənim anam, bənim anam.

 

422. Ağlasa, anam ağlar,

Birisi yalan ağlar,

Sən ağlama, anacıyım,

Səsin yürəgim dağlar.

 

423. Bu dərdi qanan ağlar,

Odlara yanan ağlar

Birisinə umud yox,

Bəni öz anam ağlar.

 

424. Bu qışlar qış olmadi,

Yürəglər xoş olmadi,

Gözəl Tasin qardaşdan

Ayrılmaq heç olmadi.

 

425. Məniyə xoşum gəlür,

Ağlatman yaşım gəlür,

Çıxem gedem qapiyə

Bəlkə qardaşım gəlür.

 

426. Qara çadır düzdədir,

Saç ziliflər dizdədür,

On iki gəlin səvdim

Gənə sevgim qızdadur.

 

427. Yazi yazdım oduna,

Kapının qanadına,

Əçəm qızı götürdi,

Vədinin inadina.

 

428. Kərənfil əkiləndə,

Əl vurub töküləndə,

Çisali gülə bənzər,

Al yanax öruləndə.

 

429. Çay aşaği çəkilim,

Gül dəgülüm egilem,

Sən bəgəndin, sən aldın,

Bən günahkar dəgülim.

 

430. Çaya endim çay taşi,

Çayda buldum sal taşi,

Adın versən tanurum,

Mamed beqin qardaşi.

 

431. Sabaxdan gedər burça,

Başini goyar saça,

Əvi süpürməz bir gecə,

Fidi gəlin, fidi gəlin.

 

432. Al yaxa, yeşil yaxa,

Yoruldum qoxa-qoxa

Qaş kirpigim qurudi,

Yollara baxa-baxa,

 

433. Uça tağ başında,

İpəkdən yorğani,

İçində yatiyer,

Səvduğum oğlan.

 

434. Qara-qara qayalar,

Qara yazı yazanlar,

İman, cənnət bulmasın,

Aramızı pozanlar.

 

435. Baxçada qabax-qabax,

Açılür tabax-tabax.

Ay bəni sevən oğlan,

Yanındakı qıza bax.

 

436. Zeytun yarpaği tökməz,

Aradan sevgi getməz,

Uzax düşdüm, əlim yetməz,

Qonuşaydux məktubinən.

 

437. Dağlara çıxaydım bən,

Yollara baxaydım bən,

Baş qoyub, yüz sürtərdim,

Yar gəzən yollara bən.

 

438. Bu tağın ardi meşə,

Gün vura kölgə düşə,

Bəni səndən edənin,

Əvinə şivan düşə.

 

439. Bu gələn atlimidur,

Sorun bağdadlimidur,

Hər gələn yari sordi,

Əcəb yar tatlimidur.

 

440. Getdi qara qaş oğlan,

Gəlmədi sərxoş oğlan,

Getdi unutdi bəni,

yürəgi boş oğlan.

 

441. Aşıx der gülə-gülə,

Gül əkdim gülə-gülə,

Düşmən əvimi yıxdi,

Üzümə gülə-gülə.

 

442. İstikanin fəndinə,

Dönər kəndi-kəndinə,

Bən ahil, yarım çəhil,

Uydurmişim kəndimə.

 

443. Bir dalda iki fişnə,

Birin al, birin dişlə,

Əzrayil, qadan alem,

Bəni yara bağışla.

 

 

444. Qarşıda qalayçilər,

Qıratımi çəkdilər,

Dedilər yarın gəliyer,

Hani o yalançilər.

 

445. Dağlari gəzdim gəldim,

Əlimi üzdüm gəldim,

Bir bevafa yar için,

Yalaquz gəzdim gəldim.

 

446. Ay uşa-uşa,

Can şuşa-şuşa,

Bən qurban olem,

Üç altun dişə,

 

447. Ay çıxıb aya artar

Xatami parmaği tutar

Elə bir yar səvmişim

Gördüxca ömrüm artar.

 

448. Əv yeridur sədir ana,

Əzan gəldi yana-yana,

Elə huri mələgi,

Toğmamışdi bir ana.

 

449. Ay çıxar kənarından,

Əl atdım kəmərindən,

Dişiminan çan alem,

leyman daşlarından.

 

450. Gögdə yaldız sap-sari.

Qoynumda zandim yari.

Oyandım ki, yanğılmışim,

Ağladım zari-zari.

 

451. Gedərsin yol uzuni

Çəpərə gül düzüli

Elə bir of çəkərim

Atlarsın yol uzuni.

 

452. Yağızi bağladım çaya,

Ö günə qeçdi kaya,

Sədir kaldi yana-yana,

Canım yağız, gözüm yağiz.

 

453. Eşiq altını oydum,

Qoluma kına koydum,

Ata anamdan bezdim,

Arama bina gurdum.

 

454. Poşusu-poşusuna,

Oturmuş qarşısına.

Nəsil meylin gəliyer,

Qapi bir qonşusuna.

 

455. Bindurdilər yağız ata,

Yedürdilər yağli kətə,

Dörğ gün dört gecə endi Rabata,

Canım yaüız, gözüm yaqız.

 

456. Altunum var beş bucuq,

Nişanlım var pek küçük,

Küçükdür-avuturum,

Köynümda böyütürüm.

 

457. Sinəm üstündə yağlar,

Qövlum səninçün ağlar,

İki sövdə bir idi,

Araya keçdi tağlar.

 

458. Qara herqin içində,

Sari zankal içində,

Elə bir qız səvmişim,

Saçulur köv içində.

 

459. Kaşların alxi-malxi,

Gözləri misir çarxi,

Səni bənə versələr,

Neynarim əvi barxi.

460. Karşida qoyun-quzi,

Çobana verin qızi.

Çoxların vəfası yox,

Yigidə verin qızı.

 

461. Gecələr ay gecələr,

Qurum sarmiş bağalar,

Heç axlan gəlmiyermi,

Qonuşduğmuz gecələr,

 

462. Gedərsin getmə dedim,

Bəni tərk etmə dedim,

Əgər tərk edərsən,

Muradan yetmə dedim.

 

463. taşi qaldursalar,

Yilani öldürsələr,

Yilan inçədən ötər,

İnçir bağində bitər,

Çox nazlanma, səvgülüm,  

Bən çəyil, axlım yetər.

 

464. Oxlaviyam söziyam,

Ağ gərdənə raziyam,

Səni bənə versələr,

Dilənməyə raziyam.

 

465. Aşıx der ya baltadur,

Ya baltadur ya çanax,  

Yana-yana gül oldum,

Qenə derlər yanacax.

 

466. Pəncərədə iki fərdə,  

Fərdənin biri yerdə,

Yürək oynar can titrər,

Səni gördüğum yerdə.

 

467. Salıncaxlar sallansın,

Yara xəbər yollansın,  

Yarın incə totaxlari,  

Şəkərlənsin pallansın.

468. Otaqın arxasında,  

Yandım yarın səsinə,

Yarım maral, bən ovçi

Düşmişim yar peşinə.

 

469. Çayır incə biçilməz,

Su kirlidür içilməz,

Bənə derlər yardan gec,

Yarım paldur keçilməz.

 

470. Pəncərəyi açarım,

Gül yüzünə baxarım,

Əgər anan verməsə,

Səni alıb qaçarım.

 

471. Ona elə deməzlər,  

Peynil ətmək yeməzlər,  

Bən səni almasam,

Bənə erkək deməzlər.

 

472. Başının uci gülgəz,

O əvə gəlin gəlməz.

Allah alsın qaynanay,

O əvdə gəlin gülməz.

 

473. Aldur ələgin oğlan,

Nədir diləgin oğlan,

Üstümə yar sevərsən,

Yansın yürəgin oğlan.

 

474. Dağlara çıxaçağım,

Dağları yıxaçağım,

Çirkinlər geri tursun,

Gözələ baxacağım.

 

475. Qədifədən yələgi,

Bən səvdim o mələgi,

Məktuf yazem yolliyem,

Rahat qalsın yürəgi.

 

476. Məndilimin yeşili,

Qəyib etdim eşimi,  

Almayi soy, tur, yarım,  

Sil gözünün yaşıni

 

477. Qarpuzi biçaxladım,

Dörd yerə saçaxladım,

Anasının yanında

Qızıni qucaxladım.

 

478. Bağçamızda pal-qabax,

Toğranur tabax-tabax.

Oğlan, bəni almadın,  

Alduğun yilana bax.

 

479. Heyvanın irisinə,

Bən yandım birisinə,  

Sürüsündən fayda yox,

Qurbanım birisinə.

 

480. Al taşi qalduracam,

İlani öldürəcəm,

İlan ötən çöllərdən,

Qövlumi qalduracam.

 

481. Dərt bəndə, dərman səndə,

Dərdimə dərman səndə,

Bəklədim bən yoluni,

Sən bənə dönməsən .

 

482. Məktüf yazdım biləsin,  

Oxiyasın güləsin,

Bu məktüfi alanda,  

Turmiyasın gələsin.

 

483. Karşidən ilan ötər,

Bağdadta xurma bitər,

Çox sallanma səvduğum,

Baxtuxca haxlım itər.

 

484. Əvləri köçdi, neynim,

Köprüyi keçdi neynim?

Yüzdə dost, qəlbdə xayın,  

Bən belə dostu neynim?

 

485. Əvlərində var kilim,

Lal olsun bənim dilim,

Biz böyügüni əvərdüx,

Küçügünə allah kərim.

 

486. Kalanın bədənləri,

Çəvürün qedənləri,

Ah desin, kan tüfürsün,

Vətəndən edənləri.

 

487. Qara tökülür qanlar,  

Buna tayanmaz canlar,  

Navaxıtdur toyumuz,

Sayılmazmi haftalar.

 

488. Qarşidə çırax yanar,

Üfürsən irax yanar,  

aci şərbətidi,

İçduxca yürək yanar.

 

489. Çay aşaği çim tutar,

İki baçi mum tutar,

Kuçuguni bən alsam,

Böyügüni qan tutar.

 

490. Bu tağın üstundəyim,

Al gərdən üstündəyim,

Çox sallanma, səvdögöm,

Bən mürad üstündəyim.

 

491. Əzizim vətən yeri,

Əzizdur vətən yeri,

Cənnətdən şirindur,

Hər kəsə  vətən yeri.

 

492. Bulud bulud üstünə,

Bulud kilid üstünə,

Yavaş gedin buludlar,

Yağma yarın üstünə.

 

493. Əzizinəm Vətəndə,

İgid gərək Vətəndə,

Elin sözü bir olsa,

Yaği qoymaz Vətəndə.

 

494. Kürd əvində yedim bişi,

çətinmiş kürdün işi,

Arxasında kürtbin işi,

Xoş gəlmişin, kürd ağaçan.

 

495. Kürd əvində yedim yuxa,

Məvləm kürdün evin yıxa,

Arxasında kirli çoxa,

Xoş gəlmişin, kürd ağaçan.

 

496. Çadir atdım düzlərə,

Tikan oldum sizlərə,

Bən baxıb gedər oldum,

Vətən galsin sizlərə.

 

497. Gedirsən getmə dedim,

Bəni tərk etmə dedim,

Əgərki tərk edirsən,

Murada yetmə dedim.

 

498. Pətəgində baldur yar,  

Sevda bəni aldi yar,

İkimizin sevdasi,

Qiyamata qaldi yar.

 

499. O boya bən şal deməm,

Bəkməzə bən bal deməm,

Qalursan səvünürüm,

Gedərsənsə, qal deməm.

 

500. Sini üsti şəkərim,

Üstünə pal tökərim,

Qaynanamın gəhrini,

Oğlu üçün çəkərim.

 

501. Bağçaya girdim,

Almadan aldım,

Yar xəbərini

Molladan aldım.

 

502. Camının üstündəyim,

Minarə qəsdindəyim,

Eşidən amin desin,

Bən murad ustundəyim.

 

503. Qarşıdan gəl, qarşıdan,

Səviyerim qardaşımdan,

Üç gün ki görməsəydim,

Haxlım gedər başımdan.

 

504. Finçan taşun oyarlar,

İnçinə marcan qoyarlar.

Qız, səni sevsəm tuyarlar,

Can genə toldur mərçəni.

 

505. Qaranfil əydi bəni,

Yarami soydi bəni,

Getdi gözəl kərvani,

Yalquzağ qoydi bəni.

 

506. Şal qatfanın asıli,

Qoltuxlari qasıli,

Bən dedim o yara,

Hafta keçdi küsüli.

 

507. Yazi yazdım xaradan,

Dağlar qaxsın aradan,

Səninən bəni,

Görüşdürsün yaradan.

 

508. Çinar ağaçi çinar,

Çinara quşlar qonar,

Minaraboyli yarım,

Gözumi yolda qoyar.

 

509. Bu tağlar oymax-oymax,

Kimidi yardan toymax,

Hangi namərd işiydi,

Qız alıb esir qoymax.

 

510. Gəlinnən qurdum əşnə,

Tolandım qızın başna,

Gəlin Təvrüz kumaşınə,

Qız pətəkdə pala bənzər.  

 

511. Tağda xirman olurmi,

Aya fərman olurmi,

Yana-yana kül oldum,

Küldən dərmən olurmi?

 

512. Saraya çıxdım bu gün,

Əlimdə çiftər gülüm,

Səni xəstə dedilər.

Nasil oldun səvgülüm?

 

513. Qız, ikimiz ikimiz,

Gilabdanda yükümüz,

Sən yağmur ol, bən bulud,

Axax-qedax ikimiz.

 

514. Baxçayızda gül varmi,

Gül dibindən yol varmi,

Bu gecə buraliyim,  

Yatağında yer varmi?

 

515. Bu keçə bizim keçə,

Köşəyə sardım keçə,

Hax yoluna can qurban,  

Yar gəlib bundan geçə.

 

516. Şu tağlar qışdan ağlar,

Kəbaplar şişdən ağlar,

İncə bel qol altında,

Yanaxlar dişdən ağlar.

 

517. Axısxanın qızlari,

Çəkilmiyer nazlari,

Kimisi candan sevər,

Yalançi bazilari.

 

518. Adigünün alti təpə.

Yağış yağar səpə-səpə

Zalım düşmən təslim oldi

Qılıncımi öpə-öpə.

 

519. Əkduğum dari,

Biçduğum dari,

Bən nedem, Allah,

Səvduğun sari.

 

520. Çıxdım tagın üstünə,

Baxdım yarın üstünə

Yarım papaği örtmiş,

Siyah koçor üstünə.

 

521. Qarşıda quzi gördüm,

Tuyi qırmızi gördüm,

Yıxılaçax sarayda,

Səvdügüm qızi gördüm.

 

522. Baxçalar yaxın yarım,

Sevdədən sakın yarım,

Gözəl boyan göz degər,

Hamayıl taxın yarım.

 

523. Çay aşağı buzmisin,

Gəlinmisin, qızmısin,

Bu gecə gələcəğım,

Yar, əvdə yalağuzmisin.

 

524. Dağ başında dənək-dənək,

Qollaridur dönək-dönək,

Yar, sənin qadan alem,

Təhnələrdə olur tənək.

 

525. Tağ başında beş tənəy,

Dənəsindən əynənəy,

Bənim balam birtənə,

Balasından əynələy.

 

526. Gökdə göyərçin oynar,

Havada laçın oynar,

Arxa tirmə sən gəlsən,

Talımda saçım oynar.

 

527. Bu dərə dərin dərə,

Gölgəsi sərin dərə,

Yatem bunda yuxliyem,

Bəlkə yarım gələ.

 

528. Bu dağlar mavili qaldi,

Quş uçdi yavri qaldi.

Ana axtar yar qoynunda,

Kövlum buxavi qaldi.

 

529. Fürün atdim od oldi,

Yar yoli Bağdad oldi,

Yarıminən görüşmax,

Birdən-birə yad oldi.

 

530. Hoppala yavrüm gəldi,

Bazara kiraz gəldi,

Beş-on kilo almişdim,

O da yara az gəldi.

 

531. Küstürdün soruşamam,

Ayıldüx qovuşamam,

Elə qırdın yürəgimi,

Daha bən barışamam.

 

532. Dəryada gəm günidür,  

Gövlümün ğəm günidür,  

Gəlin, yavrilər, görüşax,

Bugün ayrilux günidür.

 

533. Xınayi gətur, ana,

Sağ əlin batur, ana,

İş işdən çıxanaçan.

Mollayi gətur, ana.

 

534. Pəncərədən gün düşdi,

Gün duşdi bağrım bişdi,

Ağlama qərib anam,

Yavrun da  qərib duşdi.

 

535. Qapiya çıxdım ayaz,

Əvə girdim qız bayaz,

Kəsəyə baxdım puli az,

Məvləm, o qızi mənə yaz.

 

536. Gəl poşun uzadayım,

Gülinən bəzədəyim,

Gedişin görəmədim,

Gəlişin gözədəyim.

 

537. Bu tağın o yüzündə,

Ceyran otlar düzündə,

Bən səvdügüm gözəlin,   

Qara xal var yüzündə.

 

538. Dağda gəzərsin, sona,

Boyun süzərsin, sona,

Tor nədür, üçdüm nədur

Zati gözəlsin, sona,

 

539. Qərənfil quyi neynar,

Yeşillix suyi neynar,

Bu gecə yar gələcax,  

Gözlərim yuxi neynar.

 

540. Pəncərəsi aralux,

söz dedin analux,

Bu gecə oğlun yoxdur,

Dünya olmuş karanux.

 

541. Qapidən keçdi yarım,  

Yarami deşdi yarım.

Ellərə sələm verdi,  

Bəndən yan keçdi yarım.

 

542. Yük üstündə fərdə bən,

Hayif döşdöm dərdə bən,

Açılmamış gül idim,

Nəsil yatem yerdə bən.

 

543. Qala qalaya qarşı,

Qaladan atman taşi,

Gəl oturax səvinax,

Dosta düşmənə qarşı.

 

544. Əl qoyun quzusuna,

Qan qaynar bazasına,  

diyem söyliyem,

Arnımın yazısına.

 

545. Gögdə yıldız yüz altmış,

Qaşların qələm tartmiş,  

Ələmi topraxdan,  

Səni nurdan xalq etmiş.

 

546. Baxçaya girdim,

 Kişmişdən aldım,

 Yar xəbərini

         Keşişdən aldım.

 

547. Məniyə mərəz dedilər,

       Çil ördəyə qaz dedilər,

       Bizi vətənə qoymadilər,

       Yana-yana gəz dedilər.

 

548.  Reyhan əkdim puvara,

Kimsəm yox ki, suvara,

Bən cəhil, yarım cəhil,

Bəlkə məvləm suvara.

 

549.  Dağ ayri, duman ayri,

Saz ayri, keman ayri,

El duydi, ələm duydi,

Gəzək bir zaman ayri.

 

550.  Su doldurdum səhəngdən,

Qolum sındi biləkdən,

Bizə belə imiş,

Çarxi dönər fələkdən.

 

551.   Aşıx der yar içərdən,

Kəs bağrım yar içərdən,

Gözüm qapidə qaldi,

Çıxmadi yar içərdən.

 

552.   Əv süpürüb toz edər,

Altdan-altdan göz edər,

Əl-ayaği kir içində,

Yaxmam deyə naz edər.

 

553.   Ağ topun olsun, oğlum,

Gül topun olsun, oğlum,

Sırali qovax dibində

Dügünün olsun, oğlum.

 

554.   Qarşidə gül biçərlər,

Gül suyündən içərlər.

Qırılacax barmaqlar

Yara kəfən biçərlər.

 

555.Eşigə çıxdım bögün,

 Eşikdə buldum dügün,

 Canım çıxsın, səvdügüm,

 Nə dün gördüm, nə bögün.

 

 


556.  Oğlan, oğlan, can oğlan,

Oğlan, çəpərdən boylan,

Qızlar səni görsünlər,

Dərdindən ölsünlər.

 

557.  Qarşidə tut ağaci,

Bir əvdə yeddi baci,

İçində biri gözəl,

Onun da dili aci.

 

558.  Dağ yolunda gəzər oldum,

Zəhər olsa, içər oldum,

Anam ağlar, yanar ağlar,

Babam ağlar, yanıb ağlar.

 

559. Üç quş olub uçiyerdux havada,

        Qiya gəldi, bozdilər yuvada,

        Anam ağlar, yanar ağlar,

        Babam ağlar, yanıb ağlar.

 

560.  Yük üstündə piroza,

Xabar edin xoroza,

Vaxti-vaxtinda ötsin,

Yar gəldi məhləmizə.

 

561.  Bən xorozum, ötərim,

Cani-cana çatarım,

Siz tarılın, siz yatın,

Bən vaxtında ötərim.

 

652.  Yazi yazdim qaradan,

Dağlar qaxsın aradan,

Səvdücəgim bunda yox,

Qavuşdursun yaradan.

 

563.  Yazi yazdım biləsin,

Oxuyasın, güləsin,

Bu yazi sənə dəgsin,

Durmiyasın gələsin.

 

564.  Bostanda yeşil xiyar,

Boyun boyuma uyar,

Əlin ver bizə gedax,

Qaranluxda kim duyar.

 

565.  Bostana su bağladım,

Endim-çıxdım ağladım;

Umdum-umdum gəlmədin,

Bağrıma daş bağladım.

 

655.  Yeşil leçek başında,

Qələm oynar qaşında,

Allah muradın versin,

Gələn ayın beşındə.

 

567.  Qara bulud gəliyer,

Qarmi yağacax?

Gözlərim yol çəkiyer,

Yarmi gələcax?


568.  Qərənfilim, qərənfil,

Boyan düzem birəbir,

İnsafın yoxmi, yarım,

Haxlan götür hərdənbir.

 

569.   Suvar suvara gəldi,

Atli suvara gəldi,

qılıcı var, qamçi,

Atli suvara gəldi.

570.  Qərənfil dalın əgmiş,

Əgmiş yerə dəgmiş

Qomşidan bir yar səvdim

Zərəli kimə dəgmiş?

 

571.  Qərənfil əkərmisin,

Balinən şəkərmisin,

Bu gözüm səndə qaldi,

Əxrətdə çekərmisin?

 

572.  Qəhvə qoydum furuna,

Əlvurmazdan durula,

Bəni yardan edəni

Cuma güni vurula.

 

573.  Qərənfiləm qələmsiz,

Qərarım yoxdur sənsiz,

Yorğanına od düşsün,

Nasıl yatırsın bənsiz.

 

574.   Qəmişə bax, qəmişə,

Su neyləsin yanmişə,

Böyük sabırlar lazım

Yarından ayrılmişə.

 

575.  Qatır biçində gezər

Nali içində gezər

Qurban olem, köv sənə

Yarım içində gezər

 

576.  Qarşidə qoyun-quzi

Qoyuna verin duzi,

Çox vara yanğılman,

Yigidə verin qızi.

 

576.  Qarşuda qoyun-quzi,

Qoyuna verin duzi,

Bir allaha ayandur,

Yigidə verin qızi.

 

577.  Qara bulud gəliyer,

Qarmi yağacax;

Gözüm yol çəkiyer,

Yarmi gələcax?

 

578.  Qurumiş ağacım bən,

Küçücə toxacım bən,

Yarım gələn yollara

Hər gün baxacağım bən.

 

579.  Qarşidə quzi-muzi

İkimiz emi qızi

Çıxaq dağın başına

Söyliyax dərdimizi.

 

580.  Qaladan endim ancax,

Əlimdə yeşil sancax,

qız oldum, gəlin,

Odlara yandım ancax.

 

581.  Qərənfil oylum-oylum

Gəl bənim səlvi boylum

Səlvi boylum gəlməsə

Şen olmaz dəli gönlüm.

 

582.  Qara qoç boyanurmi,

Səsləsəm oyanurmi,

Yarım onda, bən bunda,

Buna can dayanurmi?

 

583.  Qara ötük dizəcan,

Buyur gedax bizəcan,

Gəl oturax səvgilim,

İlk bahardan güzəcan.

 

584.  Qara quş boyanurmi,

Səsləsəm oyanurmi,

Sən ondan bax, bən bundan,

Buna can dayanurmi.

 

585.  Cefimdə ufax boncux,

Baxmasın çəli-cocux,

Baxarsa yigid baxsın,

Bari baxmaya dəgsin.

 

586.  Cami yapdım degirmi,

Pəncərəsi yigirmi,

Sən ondan bax, bən bundan,

Bənə yazux dəgülmi?

 

587.   Eşigizdə gül-havuz,

Gül dərməyə gəlməniz,

Güli mahana edib

Yar görməyə gələriz.

 

588.   Ellərə, yar, ellərə,

Bülbül qonar güllərə,

Neçə ki, bu canım sağ,

Verməm səni ellərə.

 

589.   Tabax doli mor-fişnə,

Oğlan, peşimə düşmə,

Babam sana qız verməz,

Nahaxdan borca düşmə.

 

590.   Tut ağaci, tut gətür,

Yarımdan umud gətür,

Yarım küsmiş gediyer,

Tut biləgindən gətür.

 

591.  Tut dibində tutiya,

Yığdim qoydim qutiya,

Anam-babam müxənnət,

Bəni verdi kötüyə.

 

592.  Furun üstündə furun,

Əngəllər geri durun.

Yarım çıxmış gediyer,

Altun iskamlar kurun.

 

593.  Yoğurt qoydum dolaba,

Bögün başım qalaba,

Yarım küsmüş gediyer,

Günüm qaldi şaraba.

 

594.   Yük üstündə pasturma,

Qız, saçların kəsdörmə,

Kəsdürsən az kəsdür,

Sən bəni küsdürmə.

 

595.  Çıxdım dağın başına,

Arxa verdim taşına,

Sələm verdim almadi,

Toprax onun başına.

 

596.   Puvar başında durma,

Puvari bulandurma.

Anam sana qız verməz,

Çox qaş-göz dolandurma.

 

597.  Əzizim buda bəni,

Xəncər al, buda bəni,

Gör günə qalmişim,

Bəgənməz bu da bəni.

 

598.   İsitmə dutdi bəni,

Dutdi qurutdi bəni.

Getdi yarım gəlmədi,

Bəlki unutdi bəni.

 

599.   İçin-için , oğlan

Gəl qapidən geç, oğlan

Babam sana qız verməz,

Bu sevdadan geç oğlan.

 

600.   İki eşik arasi,

Bulud atlas parasi,

Küçükdən bir yar səvdüm,

Nədür onun çərəsi?

 

601.   Ambarın bərəsinə,

Gün vurmiş yarısına,

Bən qurban, başım qurban,

İgidin eyisinə.

 

602.   Al qaftanım asıli,

Qoltux dibi basıli,

Bən dedim o yara,

Həftə gəzdi küsüli.

 

603.   Armudun talındayım,

Çərmügün yolundayım,

O yar getdi gəlmədi,

Bən onun dərdindəyim.

 

604.  Armud talda tallanur,

Yerə düşər ballanur,

Oğlan ki, begdən ola,

Gənə qıza yalvarur.

 

605.   Degirmanın taşına bax,

O qələm-qaşına bax,

Bən səvdim ellər aldi,

Fələgin işinə bax.

 

606.   Dəryada kum qayniyer,

Qaynadıxca oyniyer,

Neçə gözəllər  sevdim,

Səni kimi uymiyer.

 

607.   Dərə buzsuz neyləsin,

Yarım bənsiz neyləsin?

Gedin deyin o yara,

Səvdügüni söyləsin.

 

608.  Qarpuzi dilim-dilim,

Bıçaği gülə sildim,

taydi o günlərə

Yar söylədi bən güldüm.

 

609.  Dağda oturuyerdim,

Mahraba toxuyerdim,

Yardan gələn meyvəyi

Yemiyer, qoxliyerdim.

 

610.   Bağlamam fərdə-fərdə,

Düşürtdün bəni dərdə,

Ayaq üstə duramam,

Səni gördigim yerdə.

 

611.  Bu dağın almasi var,

Saralıb solmasi var,

Yarım aci dillidir,

Əqrəb tək çalmasi var.

 

612.   Bu dərənin arduci,

Qınali barmaq uci,

Öpülməmiş qızların

Qabul olmaz oruci.

 

613.  Bağçada yatan oğlan,

Poykasi kətan oğlan,

Səvgülün əldən getdi,

Xəbərsiz yatan oğlan.

 

614.  Bağçada təzə kiraz,

Biri al, biri bayaz,

Qurban olem, yaradan,

Səvdügimi bənə yaz.

 

615.  Qaşların mildür yarım,

Gəl bəni güldir yarım,

Üç gündür görməmişəm,

Zanarım yildir yarım.

 

616.  Bu gün yigirmi gündir,

Zülfün dügün-dügündür,

Əsmə rüzgər, savurma,

Yavrular gələn gündür.

 

617.   Baxçaya girdim bayax,

Almaya vurdum ayax,

Dedilər yar gəliyer,

Səyirtdim yalın ayax.

 

618.   Qərənfiləm bir sini,

Küçükdən səvdim səni,

Padişah yarım olsa,

Genə unutmam səni.

 

619.  Qarşidə gördüm səni,

Gülünən ögdüm səni,

Gözümə qıymaz idim,

Duşmana qıydım səni.

 

620.  Qardaşım qaladadur,

Məktubi baladadur,

Gedin deyin qardaşa,

Bacisi dar haldadur.

 

621.  Şarkılar yazdım sana,

Sazlar səni qısqandi,

İçimdəki səvgilər

Azlar səni qısqandi.

 

622.   Bu ayın altısıdur,

Köprünün alti sudur,

Yari xəlvətdə görmax

Gövlümün arzusudur.

 

623.  Bu gün bazar ertəsi,

Peşkuna vurdum tasi,

Allah muradın versin

Gələn bazar ertəsi.

 

624.  Qardaş, bana qar gətür,

Mahramani sar gətür,

Mahraman tar qoxsa,

Altun tasa qoy gətür.

 

625.   Qırat biçində gəzər,

Nali qıçında gəzər,

Qurban olem o kövə,

Beglər içində gəzər.

 

626.   Biçinçilər biçində,

Bənim yarım içində,

Tərlük tikem yolliyem,

Yandi təri içində.

 

627.   Aşıx der yar içərdən,

Kes bağrım yar içərdən,

Gözüm qaldi qapidə,

Çıxmaz o yar içərdən.

 

628.  Gedərim bəndə-bəndə,

Bir arzum qaldi səndə,

Heyva kimi saraldım,

Din-iman yoxdi səndə.

 

629.  Su gəlür mili-mildən,

Səvərdim cani-dildən,

İstərim yanan gəlem,

Qorxurum aci dildən.

 

630.  Sabağın bur səsinə

Oyandım yar səsinə,

Yarım şahan, bən kəklik,

Qonaydım baxçasına.

 

631.  Məni məniyi açar,

Məniyi beglər seçar,

Məni yari gətürməz,

Bir o ki, gövül açar.

 

632.   Məniyə məst edərim,

Canıma qəsd edərim,

Sənin kimi məniciyi

Altıma post edərim.

 

633.   Məniya mərəz dedilər,

Çil ördəgə qaz dedilər,

Bəni sənə vermazlar,

Yana-yana gəz dedilər.

 

634.   Məniyə məni derlər,

Kürdə erməni derlər,

Babam sana qız verməz,

 Yana-yana gəz derlər.

 

635.   Məni diyem məndildən,

Şami yaxem qəndildən,

Gəl ikimiz bir diyax,

Sən totaxdan, bən dildən.

 

636.  Məndilim məndə-məndə,

Məndilim qaldi səndə,

Yeddi yaylux çürütdüm,

Adamlux yoxdi səndə.

 

637.  Məndilim dönək-dönək,

Ortasi çarxi-fələk,

Yazi bərabər yazladım

Qışın ayırdi fələk.

 

638.  Gəmi gəlür Arazdan,

Taxtalari kirazdan,

Yar, sənə söz diyacam,

Hələ deməm, birazdan.

 

639.  Göyərçin havadadur,

Yavrusi yuvadadur,

Bir əlim yar qoynunda,

Bir əlim duvadadur.

 

640.  Göydə yıldız gediyer

Acab yarım nediyer,

Yarım onda, bən bunda

Yara canım gediyer.

 

641. Göydə ayax maşinə,

Ulaşaydım peşinə,

Bən qurban, başım qurban,

Qaynımın qardaşına.

 

642. Kömleyi yeşil oğlan,

Geyin, yaxaşır oğlan,

Qapimizdə dolanma,

Anam dalaşır oğlan.

 

643.  Gəl bəri, yar, gəl bəri,

Sən könlümün dilbəri,

Gözlərim yuxi görməz,

desən səv bəni.

 

644.  Gedərsən bizə oğra,

Kəbəbi közə toğra,

Bəni qoyub gedərsən,

Dərmənsiz dərdə oğra.

 

645.  Oğlan, adın əcəmi,

gəziyen bacami;

Qolların eylə tabut,

Gəl götür sələcəmi.

 

646.  Məndilim çeşdi-meşdi,

Məndilim suya düşdi;

Ağlasana, səvgülüm,

Ayrulux bizə düşdi.

 

647.   Məni məniçi məni,

Nerda buldun sən bəni;

Bən səvdayi bilməzdim,

Sevdaya saldın bəni.

 

648.  Qapını ara yeri,

Sızliyer yara yeri;

Binki ablam olsa da

Tutmiyer ana yeri.

 

649.   Of dedim dilim yandi,

Tüfürdüm kilim yandi,

Kilimə yazuğum gəlməz,

Baxçada gülüm yandi.

 

650.   Bu dağın ardındayım,

Qəriblər yurdundayım,

Bənə degib dolaşman

Bən qardaş dərdindəyim.

 

651.   Derselin iraxluği,

Cefimdə daraxluği,

canıma kər etdi,

Derselin iraxluği.

 

652. O daldan bu dala atılamazdım,

   Tərəzim qırıldi tartılamazdım,

   Zülüm zəncirləri keçdi boynuma,

   Bu qürbət ellərdən qurtulamazdım.

 

653. Puvarın başindayım,

On iki yaşındayım,

On iki yaşdan bəri

Bən vətən eşxindəyim.

 

654.  Puvarin başi bənim,

Dibinin daşi bənim;

Qurumaz vətən üçün

Gözümün yaşi bənim.

 

655.   Bu dağın ardındayım,

Qəriblər yurdundayım,

Sən zanma ki, unutdum,

Həp sənin dərdindəyim.

 

656.   Aşıx der sizə gəlem,

Sürmə çək gözə gəlem.

Yüz bin möhnət çəkdirsən,

Aqibət sizə gəlem.

 

657.   Bu gün bazar oldi gəl,

Haxdan nazar oldi gəl,

Yollara baxa-baxa

Canım bezar oldi gəl.

 

658.   Aşıx der nədən yana,

Pervana nədən yana,

Yaxşi hökmət yaman gündə

Çəküldi nədən yana.

 

 

659.   Ay qayıxlar-qayıxlar,

Suda oynar baluxlar,

Vətən yada düşəndə,

Həp bədənim sayıxlar.

 

660.  Kara tavux qaçiyer,

Kanadıni açiyer,

Baba, bəni tez əvər,

Kızlar əldən kaçiyer.

 

661.  Karpuz kəsdim yiyan yox,

Niya kəsdin diyan yox,

vaxtdan bəkliyerim,

Səni səvdim diyan yox.

 

662.  Qarpuzi dilim-dilim,

Biçaği gülə sildim,

Ne taydi o günlərə,

Yar söylədi, bən güldüm.

 

663.  Məniyəm mənəykəyəm,

Yara yolladım sələm,

İncinməsin, gülməsin,

Bəlkə tolanem gələm.

 

664.  Yilana bax yilana,

Başi yerdən tolana,

Bəni yardan edəni,

Torba taxa dilənə.

 

665.   Yilan, gəl qaymax üçün,

Yüzüklər parmax üçün,

Analar qız böyütmüş,

Ərgən yigitlər üçün.

 

666.   Oğlan-oğlan beç oğlan,

Gəl bacamdan keç oğlan,

Babam sana qız verməz,

Vaz geç bəndən beç oğlan.

 

667.   Ay dağlar, fənə dağlar,

Qar yağmış sənə dağlar.

Tutaydım yar əlindən,

Gəzəydim səni dağlar.

 

668.  Gögdə bulud olanda

Vay sarının gününə,

Ambarda taxıl tükənəndə

Vay qaranın gününə.

 

669.   Altun üzügüm var bənim,

Parmağıma tar bənim,

Adigünün içində,

Orta böyli yar bənim.

 

670.   Puvara atlar gəlör,

Nallari çatlar qəlör,

Bəxtölli puvar sənə,

Ərgən yigitlər gəlür.

 

671.  Hegiya ağır olanda,

Yığılıb toya gələndə,

Məclis xitama bulanda,

Yüz dəvə kurbanın olem.

 

672.   Kurbanluğa kestim oni,

Qırx çuvalda kırdım uni,

Şəkər halva nanin olem,

 

673.   Nanın yayılsın aləmə,

Katiblər alsın qələmə,

Guvaüi qəlsin sələmə,

Sağduçu bir nanın olem.

 

674.  Qərəfil, oydun bəni,

Yarali soydun bəni,

Bu yalançi dünyada,

Gözü yaşli qoydun bəni.

 

675.  Bu dağların barıni,

Süpürsünlər qarıni,

Onda misliman yoxmi,

Yollasınlər yarımi

 

676.   Qaladan endim atli,

Bir alma soydum tatli,

Sən ondan bax, bən bundan,

İkimiz muratli.

 

677.   İstol üstündə yazi,

incədür bu yazi,

Bən yarıma gedəcam,

Qoymadi iki cazi.

 

678.   Dağlari geçən bülür,

Sümbüli sökən bülür,

Yıxılacax yerlərdə

Səvdəyi çəkən bülür.

 

679.   Səvdə çəkən mərd olur,

Səvdə yaman dərd olur,

Səvdəya meyil versən,

Yürəginə dərd olur.

 

680.   Çıxdım dağ başına,

Gördüm inək sağiyer,

Yarım bəni səvmiyer ,

Danasi bənə niyə baxiyer.

 

681.   Oğlan sən oylimisin,

Minare boylimisin,

Səvdin, səvdin almadın

Sən eşəg soylimisin?

 

682.   Aşıx der vətən qari,

Kömləgi kətən qari,

Adamın əvün yıxar

Axşamdan yatan qari.

 

683.   Aşıx der vətən qari,

Kömləgi kətən qari,

Adamın əvün yıxar

Çuvaldan un satan qari.

 

684.   Ay işıği süd kimi,

Arxaluği çit kimi,

baxiyen bağçadan

Emigilin it kimi.

 

685.  Qar yağar kəpək kimi,

Qız-gəlin ipək kimi,

bacadan baxarsın

Yal yemiş köpək kimi.

 

686.  Puvar başi nargilə,

Su doldurur gülə-gülə,

Elə hersim çıxdi ki,

Qaxem gedem yar gilə.

 

687.   Oğlan, adın Aslandur,

Get qapiya yaslan dur,

Babam sana qız verməz

Qırx macari səsləndur.

 

688.  Ocax başında maşa,

Yigit, gəl bəni boşa,

Boşasan şindi boşa,

Buraxma qara qışa.

 

689.   İşim aşmadi başdan,

Gözüm toymadi yaşdan,

Fələk bənə qıysaydi,

Verürdü əzəl başdan.

 

690.   İştəmədim yad olsun,

Nişan verdim ad olsun,

Yardan bir xəbər gətür,

Məlul qəlbim şad olsun.

 

691.   İkimiz əmi qızi,

Sən qoyun ol, bən quzi,

Çıxax dağlar başına,

Soyliyax dərdimizi.

 

692.   İstambul əgmələri,

Bəgənməm dəgmələri,

Yarım geymiş qurşali,

Olaydım dügmələri.

 

693.  İgnəyi atdım sögüdə,

         Yengi düşdüm ögüdə,

Bənim gövlüm düşmüşdür

Uzun boyli yigidə.

 

694.  İncə çubux işdə gəl,

İncə yola düşdə gəl,

Əgər yöni bulmasan,

Karvana karış da gəl.

 

695.   Bən aşıx yara sızlar,

Vurduğun yara sızlar,

Yaralilər çekiyer,

bülür yarasızlar.

 

696.  Qurumuş ağacım bən,

Küçücə toxacım bən,

Yarım gələn yollari

Hər gün baxacağım bən.

 

697.  Qəmişlər, ay qəmişlər,

Axşam bizə gəlmişlər,

Oynamişlər-gülmişlər

Genə əvə getmişlər.

 

698.  Gül əkdim gül bitürdüm,

Gül xarmana gətürdüm,

          Yazınan güz arasi,

 Mən yarimi yütürdüm.

 

699.   Bögün bir gözəl gördüm,

Baxar cənnətə sarayından,

Qəməşdi gözümün nuri,

Onun hüsni camalından.

 

700.  Bostanda yeşil xiyar,

Boyun boyuma uyar,

İkimiz bir boyda

Ayırmaya kim kıyar.

 

701.  Bostanda sari kabax,

Ədrəfi tabax-tabax,

Səvdi-səvdi almadi,

Alduği yilana bax.

 

702. Endim dərə irmağa,

          Zeytun tali qırmağa,

         Qorxdum ki, tal qırılur,

Yarım qalur ellərə.

 

703. Puvar başi potorax,

Gəl bərabər oturax,

Bir sən söylə, bir bən,

Bu sevdadan qurtulax.

 

704.   İki taxta çaxarım,

Arasından baxarım,

Əgər bulusun killiysə,

Yolla bənə, yaxarım.

 

705.  Sari qovun dilimi,

Bən yütürdüm gülümi,

Çıxem tağlar başına,

Ariyem səvgüllimi.

 

706. Cefimdə payna düşdi,

Qarışdi xəzəllərə.

Küçükdən meylim geçdi,

Cilvəli gözəllərə.

707.  Portağalin sarisi,

Yedim, qaldi yarisi,

Oğlan bir kapek etməz,

gözəldür karısi.

 

708. Qara qovun aşimi,

Bən yütürdüm eşimi,

Çıxem dağlar başına,

Ariyem qardaşımi.

 

709.Qovun kesdim saçaği,

Saçamadım poçaği,

Səvdi-səvdi almadi,

Yigitlərin alçaği.

 

710.Qarpuz kesdim qan çıxdi,

Dörd bir yandan yar çıxdi,

Geri turun, oğlanlar,

Bənim acığım çıxdi.

 

711. Qar kimi oydun bəni,

Öldürdün soydun bəni,

kölgədə bəslədin,

günə qoydun bəni.

 

712. Qərib çəkər of ağlar,

Həp sızlar, həp ağlar,

Qəribin nəmli gözləri

Baxar hər sabax ağlar.

 

713. Qara yergin içində,

Qara zanqal qıçında,

Bən yarumi tanurum,

İgidlərin içində.

 

714.  Qala qalaya qarşi

Qalanın ögi çarşi,

Adını desəm tanursuz

Ülfət begin qardaşi.

 

715. Qaladan endim atli,

Bir alma soydum tatli,

Sən ordan bax, bən burdan,

İkimiz muratli.

 

716. Qara-qara qazanlar,

Qara yazi yazanlar,

Cənnət yüzi görməsin,

Aramızi pozanlar.

 

717.  Qaladan eniyerdim,

Qaz kimi döniyerdim,

Yar yadıma düşəndə

Buz kimi əriyerdim.

 

718.Dünyaya bir nəzər etdim

Dünyanın işinə dünya da ağlar

Haxlilər irəldə, haxsız geridə,

Haxsızın işinə haxlilər ağlar.

 

719.Gökdə göyərçin uçar,

Havada laçın uçar,

Vətən qapısi açılsa,

Dalımda saçım uçar.

 

720. Qərənfil dalın əgər,

Əgər yerə dəgər,

Vətəndən ayri düşdux,

Hər gələn bizi dögər.

 

721.  Armudum bir üstünə,

Sal dəgdi il üstünə,

Bən kəndimi saxlarım

İgidin eyisinə.

 

722.  Gökdə yıldız top durur,

Oğlan ati qopdurur,

On beş yaşındakı qız,

Al yanaxdan öpdürür.

 

723. Gökdə yıldız bir tənə,

Saralmişuğ mor birtənə,

Sənin kimi qul layıx,

Bəni kimi sultana.

 

724.  Məktub, səni ad edərim

Poçtaya amanat edərim,

Əgər yara çatmasa,

Gör qiyamət edərim.

 

725. Puvar milinən olur,

Səvdə sirinən olur,

Gözdür aləmə baxan,

Yürək birinən olur.

 

726. Su gəlür gümbül-gümbül,

Ətəgi doli güldür,

Gökdə üçan boş quşlar,

Dərdimi yara bildür.

 

727. Armud dibi ağırşax,

Bənim yarım pek uşax,

Uşax olsun sağ olsun,

Dilək edin qovuşax.

 

728.  Limon kimi soyma bəni,

Cefinə qoyma bəni,

Biz vətən əvləduyux,

Vətənsiz qoyma bəni.

 

729. Mən aşıx yad ağlar,

Ulu dağlar yad ağlar,

Sağlığımda qədrim bil,

Öləndə yad da ağlar.

 

730. Biçinçi xara bağlar,

Dərz biçər xara bağlar,

Yad gəlür yalan ağlar,

Anam gəlib gerçəy ağlar.

 

731.  Vaqona bax vaqona,

Bir gün bindim bən ona,

Fit çaldi yola düşdi,

Yolum düşdi uzağa.

 

732.   Məni məni məs məni,

Gəl məndildən as bəni,

Əgər səni sevməsəm

Gəl dilimdən kes bəni.

 

733.   Aya bax necə gedər,

Dolanur gecə gedər

Argan qızın mamasi

Yuxusi gecə gedər.

 

734.   Altuna bax altuna,

Bax bu qızın xaltina,

Elə hersim qaliyer,

Alem takmuğ altına.

 

735.   Altunumi aridurum,

Xaltunumi baridurum,

Sani kimi itlari

Ustuma uradurum.

 

736.  Qələm kuş kaxti nedem,

Bağdada axti nedem,

Biz burali doüuldux,

Kismatlar kaxti nedem.

 

737.   Qələm quşam qalxaram,

Gökdə qanad çalxaram.

Desalar savduğun geliyer,

Meyit olsam qalxaram.

 

738.  Gəl mənim ağa yarim,

Sallan gir bağa yarim,

Koçum yox qurban edem,

Başım sadağa yarim.

 

739.   Bacadan gəzmə, iz olur,

Kara poykan toz olur,

Gecə gəl, gündüz gəlmə,

Komşi tuyar, söz olur.

 

740.  Bağçada əzələ bax,

Dibində xəzələ bax,

Öz yaruni buraxmış,

Behuda gəzənə bax.

 

741.   Bağçada bəyaz ərük,

Yaprağı dəlük-dəlük,

Elə bir yar səvmişim,

Koçoru bölük-bölük.

 

742.  Bağça çəpərinən aşdım,

Zanarım cənnətə düşdüm,

Yarinan təhnə dilləşdim,

Bir gül aldım yanağından.

 

743.   Ax biçağım, biçağım,

Tütün doğriyacağım,

Dayım tütün iştəmiş,

Ona yolliyacağım.

 

744.   Kəklik, taştan ot gətür,

Gəl yardan məktup gətür,

Əgər məktup verməsə,

Tut biləkdən al gətür.

 

745.  Tavar gəlür izinən,

Ayağının tozinən,

O yar bəndən vaz geçdi,

Düşmənnərin sözinən.

 

746.  Ah çəpərlər-çəpərlər,

Bozulanda yaparlar,

İçərdən ataş almiş,

Dişərdən su səpərlər.

 

747.  Dağdan endim aşaği,

Pişnəluğa başaği,

Bən elə bir yar sevdim.

İncə beldən aşaği.

 

748.  İstol üstdə yumurta,

Qardaş, bəni unutma,

Əgər bəni unutsan,

Vətənmizi unutma.

 

749.  Mindim kirəz dalına,

Baxdım Azqur yoluna,

Cikirdəkli quş kimi

Qonem yarın qoluna.

 

750.   Azqur bənim durağım,

Bən yarımnan irağım,

Aləm yar-yar deyincə,

Yanar bənim yürəgim.

 

751.  Dağlar, himmət eylə,

Bunda qalmiyem,

Qalursam da

Qürbət eldə ölmiyem.

 

752.  Manqal maşasız olmaz,

Axısxa paşasız olmaz,

Qəribluxda qalanın,

Gözləri yaşsız olmaz.

 

 

753.   Çarşidə vardi xarman,

El köçdü, qaldi xarman,

Qəribin xəstə gövlün

Sağaltmaz dava-dərman.

 

754.  Qərənfil qətmər oldi,

Qəriblux yetər oldi,

Vətəndən ayrılmamız

Ölümdən betər oldi.


 

 

 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol