TÜRKÜLƏR

TÜRKÜLƏR

 

Axısqa türklərinin həyatında musiqi böyük yer tutur. Müxtəlif yerlərə səpələnmiş türklərin sevdiyi davulçu Mərdalı, zurnaçı Mehri, zurnaçı Əmirşah, davulçu Şahbaz, zurnaçı Şahmərdan, müğənnilərdən Müdir, Nurəddin, Mikayıl, Yunis, Zülfüqar, Lətif, Osman kimi ustadlar var. Axısqa elinin toylarında ən çox səslənən musiqi alətləri – saz, zurna, davul, tulum (tuluq), mey (ney), qaval (qara ney) və sairədir. Əfsuslar ki, son illərdə milli musiqidə əski cəhətlər, saflıq və özgürlük azalır. Buna görə də Faiq Məhəmmədoğlu Azqurlu, Yunis kimi istedadlı cavan sənətçilər türk folklor musiqisinin itməməsi və yabançılaşmaması üçün çalışırlar. «Adıgün», «Ümid» ansambllarının əməyini xüsusi qeyd etmək lazımdır.

Təkayaq, Üçayaq, Dizqırma, Qoçalı kimi halay-bar növləri, Topali, Əcərəxorumi, Tirilgə adlanan fərdi rəqslər də Axısqa elinin mədəni sərvətlərindəndir.

Vətəndən uzaqlarda Axısqa türklərinin ağrılı həyatını bəzəmiş, onlara həyan olmuş bəzi türküləri sizə təqdim edirik.

 

 

            1. BƏN  BİR  TÜRKÜM

 

Bən bir türküm, adım-sanım ulidür,

Bənim içim həsrətinən dolidür,

Bənim yolum zəhmətlərin yolidür.

 

Nəqərat:

Ey insanlar, eylüklərə alışun,

Hər bir işə umudinən çalışun,

Umud yaşadur bizi, coşdurur qəlbimizi.

 

Bər bir türküm, sülhi-dostlux ararum,

Səvdügümün boynuna qol sararum,

Bən ki varım, el-günümə yararım.

 

Nəqərat.

Bən bir türküm, əkib-biçən əlim var,

Qüvvətim var, ədətim var, dilim var,

Hax yolunda həp çalışan elim var.

 

Nəqərat.

 

    2. BƏNİ ŞAD ET VƏTƏNİM İÇİN

 

Gedə-gedə getməz oldi dizlərim,

Ağlamaxdan görməz oldi gözlərim,

Yabanciyim, gecməz oldi sözlərim.

Bəni şad et, şad et vətənim için.

 

Biz quş idux uçaridux havada,

Avçi  vurdu düşürtdilər yuvadan,

vaxt kurtulacavux bu bəladan?

Bəni şad et, şad et vətənim için.

 

Zalım fələk həsrət qoydi Vətənə,

Çox əlləşdim, yetəmədim mətləbə,

Bu dərdimi bən söyliyem kimlərə?

Bəni şad et, şad et vətənim için.

 

 

            3. QƏRİB AĞLAR

 

Qürbət eldə başi gəlsə yastuğa

İşi nerədə olur qəribin,

Gələn olmaz, gedən olmaz yanına,

Axar gözlərinin yaşi qəribin.

 

Nəqərat:

 Qərib çekər of ağlar,

Həm sızlar, həm ağlar,

Qəribin nəmli gözləri

Qaxar hər sabax ağlar.

 

Qərib nerə varsa qaradur yüzi,

Nəmlidür yaxasi, yaşlidur gözi

Aşkar edəməz, gizlidür sözi,

Bir yerə gəlincə başi qəribin.

 

Nəqərat.

Aşıq Qərib gözlərinnən yaş tökə,

Anam yox ki dizlərinə saç tökə,

Nişanlım yok, məzarıma taş tökə,

Bir çalidur məzar taşi qəribin.

 

Nəqərat.

4. AĞLASA, ANAM AĞLAR

 

Dərdə düşsəm, aci çəksəm,

Xasta olsam, inləsəm,

Bən dərdimə çarə bulsam,

Dəva nədür bilməsəm.

 

Nəqərat:

Ağlasa, anam ağlar,

Birisi yalan ağlar,

Sən ağlama anacıyım,

Səsin yürəgim dağlar.

 

Aşıq olsam, yola düşsəm,

Gecə-gündüz yol getsəm,

Qürbət eldə qərib qalsam,

Dəva nədür bilməsəm.

 

Nəqərat.

 

 

5. ÇƏVÜR YOLUMUZİ VƏTƏNƏ, ALLAH

 

Gündə işlədüğümiz bir litrə ayran,

Oni da bulsax, zanarux bayram,

Vallah, bu sözümdə heç yoxdur yalan,

Çəvür yolumuzi vətənə, allah!

 

Allahın əmri belə olacax,

Sağ olanlar vətənini görəcax,

Ölənlərin qəbri burda qalacax,

Çəvür yolumuzi vətənə, allah!

 

Ermənilər geyər yəməni

Biri saz çaliyer, biri kəməni,

Bizi vətəndən qalduran - yoxdur imani,

Çəvür yolumuzi vətənə, allah!

 

 

 

6. QƏRİB   MƏZARİ

 

Karalar geymişin, karadır kaşın,

Qüdrətdən çəkilmiş, yasdadur başın,

Bilməm baban ölmiş, yoxsa qardaşın,

Ahu gözlüm, dönərsin məzari?

 

Nəqərat:

  Ana yox ki, yaxa yırta, yaş tökə,

Baci yox ki, dal gərdəna saç tökə.

Qardaş yox ki, məzarıni daş tikə,

Bir çalidür məzər daşi qəribin.

 

Karalar geyimişim, karadur  kaşım,

Qüdrətdən çəkilib, yasdadur başım,

babam ölmüşdür, kardaşim,

Yar aşkına dolanurum məzari.

 

Nəqərat.

Çayir-çəmən dört yanini bürümiş,

Samyel vurmiş, yaprağini kurutmiş,

Yetdi yıl olmişsə, yengi çürümiş,

Ahu gözlüm, dönərsin məzari.

 

 

7. TÜRK  MARŞI

 

Arş irəli, marş irəli,

Arş irəli, süngüm irəli,

Osmanlının türk əsgəri,

Alarıq düşməndən əsgi yerləri!

 

Nəqərat:

Buyruğunuz - əmruz ilə silahıma sarıldım.

Bən kövümdən, firovuni vurmax için ayrıldım.

 

Silah bənim namusumdur, çalikdəndür biləgim,

Gəndim toğri, qəlbim pakdur, poladdandur yürəgim.

 

 

Mislimanım, dinim haqdur, kitabımız bir Quran.

Peyğəmbərim Mühəmməddür, padişahım, bin yaşa.

 

Gözəl allah, türk oğluni dünya şahi yaratdın,

Təslim etdin bu sancaği, ay-yıldıza bağlatdın.

 

Anam bəni yetişdürdi, bu yerlərə yolladi,

Təslim etdi bu sancaği, allaha ismarladi.

 

Boş oturma, çalış dedi, xizmət eylə vətənə,

Södöm sənə halal olmaz. saldurmasan düşmənə.

 

Osmianlıyıq, hey qardaşlar, vətən bizim yurdumuz

Can verməkdür, çalışmaqdur vətən üçün borcumuz.

 

 

8. SULTAN ƏZİZ TÜRKÜSİ

 

Bəni taxtdan endirdülər,

Çift taxtaya bindirdülər.

 

Nəqərat:

 

Oyan, Sultan Əziz, oyan,

Şimdi qan ağliyer cahan.

 

Yeşil başli quş olaydım

Uçub taxtima konaydım,

Ölməzdən Yusufimi görəydim.

 

Nəqərat.

 

 Qolumda xançar yarasi,

Bulunmaz dərdim çarasi,

Yusufim canlar parasi.

 

Nəqərat.

 

Qılıncımi vurdum daşa,

Daşi kəsdi başdan-başa,

Kor  olasın, dəmir paşa.

       Nəqərat.

 

Pəncərəsi asma pərdə,

Bən düşmüşəm yaman dərdə,

Yusufimi bilməm nerdə

 

Nəqərat.

 

Pəncərədən qar gəlЎiyer,

Dünya bənə dar gəliyer,

Yeşil daşdan qan gəliyer.

 

Nəqərat.

 

Səhər bəgim, sənə noldi,

Noldi isə, bənə oldi,

Saraya moskovalar doldi.

 

Nəqərat.

 

minara meydanında,

İp asılmış gördüm onda,

Çərkəz Hasan can verəndə.

 

Nəqərat.

 

Pəncərədən qan gəliyer,

Bən zənn etdim can gəliyer,

Pəncərədən baxdım gördüm,

Çərkəz Hasan can veriyer.

 

Yengi cami minarasi,

Yıxıldi cihan qalasi,

Sağ yanımdan qurşun degdi,

Sol yanım süngi yarasi.

 

Olurmi, bəglər, olurmi,

Övlad babayi vururmi,

Padişahın xainləri,

Bu cihan sizə qalurmi?

 

 

 

 

 

9.SƏNƏLƏR

 

Açıldı dəftərim ismim yazıldi,

Ərzrumun üstünə əsgər düzüldi,

Din kardaşlar getdi, məktub kəsildi.

 

Nəqərat:

Sənələr, sənələr, zalım sənələr,

Getsin gəlməsin belə sənələr,

xoşmiş məgər keçən sənələr.

 

Ərzurumun üstündə çift puvar axar,

Anam ağlar, bacım yollara baxar,

Küçük xanım duysa, saray yıxar.

 

Nəqərat.

Ərzurumun üstüni qar-duman basdi,

Anam da, babam da məktubi kəsdi,

Qavuşmağımız bizim məhşərə qaldi

 

Nəqərat.

Bir oda yapdurdum, bən turacağum,

Ruyada gördüm ki, vurulacağum,

Vədəm tamam olmiş, bən öləcağum.

 

Nəqərat.

 

Atıma binərim, atım yürüməz,

Geriyə dönərim, Vətən görünməz,

Bizə heç kimsədən imdad olunmaz.

 

Nəqarət.

Atıma binərim, konduram kaldi,

İpəkli poşimi yüzgərlər aldi,

Vətənə kavuşmax məhşərə kaldi.

 

Nəqərat.

 

 

     10. ÇANAKKALA

 

Çanakkala içində aynali çarşi,

Ana bən gediyerim düşmana karşi,

Anam gözi yaşli, bacım talaşli.

 

Nəqərat:

Ox, gəncluğum  ey vax,

Gəncluğuma yanmiyerim,

Nişanlım kaldi,

Ox, gəncluğum ey vax!

 

Çanakkala yolunda bir top atıldı,

Onun da şiddətindən ay-gün tutuldi,

Anamın-babamın beli büküldi.

 

Nəqərat.

Çanakkala içində sıra sögütlər,

Əsgərə gediyer baba yigitlər,

Yüzbaşi, binbaşi verür ögüdlər.

 

Nəqərat.

Çanakkala içində vurdilar bəni,

Ölməzdən qəbirə qoydular bəni,

Su yox torpağınan yudilər bəni.

 

Nəqərat.

 

 

11. İSTAMBULUN DÖRD BİR YANİ

 

İstambulun dört bir yani yeşil taş

anam var, babam var, kardaş,

Şimdi gəldi beş tüfəkli arkadaş.

 

Nəqərat:

Ay əsgərlux şimdi bükdi belimi,

Yaşım on dörd, bən qəbul etməm ölümi,

Əvdə qoydum alli pulli gəlini.

 

İstanbulun dörd bir yani mütəriz,

Mütərisdən telli qurşun atarız,

Biz üç qardaş bir ordiya yetəriz.

 

Nəqərat.

İstanbulun dört bir yani iskala,

aylux var, illux var əsgərə,

Səfərbərlux bizə verməz təzkirə.

 

Nəqərat.

 

 

 

12. YOL VER, BAŞİ DUMANLİ DAĞLAR

 

Yüskək minaradan atdım kəndimi,

Çox aradım, bulamadım fəndini,

Kırmızi güllərdən aldım bəyaz rəngimi,

 

Nəqərat:

Yol ver, yol ver başi dumanlı dağlar,

Əlliri koynunda bir gəlin ağlar.

 

Yüskək minaradan atdım bən bir taş,

babam var, abam var, kardaş,

Yol ver şimdi bən gedim, arkadaş.

 

Nəqərat.

 

 

13. ŞƏN  DƏGÜL

 

Bülbül, ötərsin çuxurovada,

Eşin arar səni, bulmaz yuvada.

Gəndim qürbət eldə, kövlüm silada

Ötmə bülbül, ötmə, gövlüm şən dəgül.

 

Bülbül, ötərsin, bahar təzədür,

Mor mənəmşə, qızıl güli bəzədür,

Silada sövdügüm yolumi gözədür,

Ötmə bülbül, ötmə, gövlüm şən dəgül.

 

Bülbül ötərsin, bahar yetişdi,

Mor mənəmşə qızıl gülə qatışdi,

Silada səvdügüm yadıma düşdi,

Ötmə bülbül, ötmə, gövlüm şen dəgül.

 

Bülbül ötərsin bahar-yaz gəldi,

Bizim göllərə ördəginən  qaz gəldi.

Silada səvdügim bəndən vaz gəldi.

Ötmə bülbül, ötmə, kövlüm şen dəgül.

 

Qədir mövləm qərincəsin qoruyur,

Gökdə şahin yavrusini doyurur,

Fələk beni səndən gözi yaşli ayırur,

Ötmə bülbül, ötmə, gövlüm şen dəgül.

 

Bülbülün yataği çali bucaği,

Yigitlər yataği, dilbər qucaği,

Bən öləndə sönər babam ocaği

Ötmə, bülbül, ötmə, gövlüm şen dəgül.

 

 

     14. DURNAM

 

 


Durnamın kanadi sari

Bən ağlarım zari-zari,

Yütürmüşim nazli yari;

Durnam yara sələm söylə.

 

Durnam uçar düzüm-düzüm,

Boyni kanadınnan uzun,

Yara vardur bənim sözüm

Durnam yara sələm yöylə.

 

Durnam gedər naşa-naşa

Qanli dağlar aşa-aşa,

Həm qayına, həm qardaşa,

Durnam yara sələm söylə.


 

 

     15. BÜLBÜLÜN GEYDUĞİ

 

Bülbülün geyduği sari

Bən ağlarım zari-zari,

Yütürmüşüm nazli yari,

Sən ağlama, bülbül, bən ağlarım.

 

Bülbülün geyduği yeşil,

Qırmızi gülə dolaşur,

Ağlamax bənə yaxışur,

Sən ağlama, bülbül, bən ağtlarım.

 

Bülbülün geyduği atlas,

Atlasa ignələr batmas,

O yar olsa, bəni atmaz,

Sən ağlama, bülbül, bən ağlarım.

 

 

16. SƏVDİM BİR VƏFASIZİ

 

 


Sevdim bir vəfasızi

Açdi qəlbimdə sızi,

Ölüm var, ayrılık yok,

Ayıramazlar bizi.

 

Nəqərat:

Gəl-gəl, qaçma, sevmişim,

Sana könül vərmişəm,

Sən benim kaderimsin,

Bən ruyamda görmüşüm.

 

Yüzün görənə kurban,

Saçın hörənə kurban,

Səndəki gözəlluği

Sənə verənə kurban.

 

 

Nəqərat.


 

 

     17. KONYALİ

 

Hani bənim əlimdə dirhəm bibərim,

Alıb başım bu yerlərdən gedərim.

 

Nəqərat:

Yüri yavrum, yüri, Almasyarım, yüri,

Aldi getdi bəni xuvardanın biri.

 

Hani bənim əlimdə dirhəm pırasam,

Mumlar yaxıb konyalımi arasam.

 

Nəqərat.

Hani bənim əlimdə dirhəm şəkərim,

Konyalımın dərdin bən hey çəkərim.

 

Nəqərat.

 

 

     18. ZEYNƏBİM

 

Nəqərat:

 

Zeynəbim-Zeynəbim, şalli Zeynəbim,

Üç gövlər içində varmi Zeynəbim,

Bir gömlək içində öldi Zeynəbim,

Çiçəklar içində soldi Zeynəbim!

 

Zeynaba yapdurdum altunnan sini,

Üstünə yazdurdum Zeynəbi-ismi,

 

Nəqərat.

 Zeynada yapdurdum altunnan qaşux

Üstünə yazdurdum Zeynəbi - aşux.

 

Nəqərat.

 

 

            19. KÜL OLDUM

 

İki bülbül bir budağa qonarmi,

Bülbül qonan o budax da solarmi,

Hər keş yanduğuna belə yanarmi?

 

Nəqərat:

Eşit bülbül, bən o yardan ayruldum,

Od tutuban yana-yana kül oldum.

 

Necə oldi dağlar başi dumansız,

Bənə mərhəmət et, dinsiz-imansız,

Yarım buralardan kesər salamsız.

 

Nəqərat.

 

 

    

 

20. FİNCANIM

 

 


Fincani daşdan oyarlar,

İçinə mərcan qoyarlar,

Sən bir gəlmə, duyarlar,

Qız, genə doldur fincani,

Sən kimin canısın, cani.

 

Fincanın dibi düz olur,

Bir tənə badə az olur.

Sən bizə gəlmə, söz olur,

Qız, gənə doldur fincani,

Sən kimin canısın, cani.


 

 

21. AĞAC

 

 


Adıma ağac dedilər,

Türli meyvəmi yedilər,

Mühəmmətə beşik oldum,

Sufralara qaşux oldum,

Daha mənim nəyim qaldi?

 

Al bayrağa dirək oldum,

Furunlara kürək oldum,

Dəryalara gemi oldum,

Pətəklərə qoğa oldum,

Mislimana came oldum -

Daha mənim nəyim qaldi?


 

 

     22. QADAX TÜRKÜSİ

 

 


İstakanım olsun,

İçən dostlar sağ olsun.

Əski yarım ölüpdür,

Taza yarım sağ olsun.

 

Nəqərat:

Ağlama-ağlama qaragöz,

Bən sənininm şirin söz.

 

Dərya səndən kim keçdi,

Kim dolandi, kim keçdi,

Axıduram yaşımi,

Xayalından kim keçdi?

 

Nəqərat.

Dəryalar adələndi,

Saqilər badələndi,

İçdim  dərdim az olsun,

Artdi ziyadələndi.

 

Nəqərat.


 

 

23. YOSMAM

 

Gediyerim gedalmam da, Yosmam,

Köpür salladi bəni, aman-aman,

Bu yavurun balasi da, Yosmam

İpsiz bağladi bəni.

Çox doldurma, içalmam, Yosmam,

Əlindəki fincannan.

Bən cəni çoxdan seviyorum, Yosmam,

Həp yürəkdən, həp candan,

Aman-aman, Yosmam.

 

     24. TELQİRAFIN TELLƏRİ

 

Telqirafın tellərindən assınlar bəni,

Nazli da yarim yorğanına salsınlar bəni

 

Nəqərat:

Ol yanıma, sol yanıma, gəl otur yanıma,

Nazik de nazik qolçukların sarçi boynuma.

 

Telqirafın tellərini arşinnamali,

Yar üstünə yar sevəni qurşunnamali.

 

Nəqərat.

Telqirafın tellərini oymalamali,

Yar üstünə yar sevəni oxlamalı.

 

Nəqərat.

 

 

25. KƏMƏRİM

 

 


Kəmərim yan, küpəm yan,

Əgil-əgil öpüm yar,

Uzaq yoldan gəlmisin,

Sərin sular səpim yar.

 

Kəmərimin taxtalari,

Sayarım bən haftalari,

Dedilər yarım gəliyer,

Qırarım bən taxtalari.

Kəmər ağır qaxmiyer,

Yar yüzümə baxmiyer

Yar üstünə yar sevmiş

Heç allahdan qorxmiyer.

Kəmərim şax-şax edər,

Yarım qürbətə gedər,

Yarım qürbətdən gələndə

Kəmər mücdəyə gedər.


 

 

 

     26. XOROZUM

 

 


Xorozumi qaçurdilər,

Baca-baca uçurdilər,

Pirincliplavda büşürdilər,

Hani bənim çil xorozum.

 

Nəqərat:

Bili-bili qah-qah

Küfəli xoruz,

Ax, qayib oldi, vax, bulamadım.

 

Xorozum da ətli idi,

Yiyacaği datli idi,

On beş qızdan qiymət idi.

 

Nəqərat.

Xorozumi satacağım,

Bir qız alıb yatacağım,

Döşəgimə salacağım.

 

Nəqərat.

 

Xorozumin beş pəncəsi,

Xanımların əgləncəsi,

Beş liradur bir gecəsi.

 

Nəqərat.


 

     27. XƏBƏRİN VARMİ?

 

 


Sən ki gəlin oldun bizə,

Arsuzluği aldın yüzə,

Zibilin çıxmuşdi dizə,

Külündən xəbərin varmi?

 

Sən ki bizə gəlin oldun,

Qaburğasi qalin oldun,

Qaynanana zalım oldun,

Dilindən xəbərin varmi?


 

28. SEVGİM AYRILMAZ

 

Kətan gömlək geymiş, yaxa dizində,

Arzumanım qaldi ala gözündə,

Üç beşində, bir üzündə

Bən o yardan ayrılsam, sevgim ayrılmaz.

 

Kətan kömlək geymiş, yaxasi nəzük,

Qoluna qondurmuş altın bilərzük,

Sevməyə qıymadım, getməyə yazux,

Bən o yardan ayrılsam, sevgim ayrılmaz.

 

 

     29. İKİ   BÜLBÜL

 

İki bülbül bir budağa qonarmi,

Bülbül qonan o budaq da solarmi?

Hər geş yanduğuna belə yanarmi?

Eşit, bülbül, bən o yardan ayrıldım.

Od tutuban yana-yana kül oldum.

 

Necə oldi dağlar başi dumansız,

Bənə mərhəmət et, dinsiz, imansız,

Yarım buralardan keçər salamsız.

Eşit bülbül, bən o yardan ayrıldım,

Od tutuban yana-yana kül oldum.

 

          30. Əlvida     günüdür.

 

Ana:

Anan ölsün, oğul, yaran çoxmidür?

Sən murad almadın, bu haxmidür?

Qara günündə qardaşın yoxmidür?

Yavri, bən səninçün yanar ağlarım

 

Oğul

Anama deyin, gəlsin yanıma

Qaldursun başımi qoysun dizinə

Xocaya deyin kəfənim yetürsun özümə

Əlvida günidür, yanar ağlarım.

 

Ana:

Duman çöksün gözlərini bürüsün

Tətik tutan parmaxlari çürüsün

Dostların ağlasın, düşmənin gülsün,

Yavri, bən səninçün yanar yağlaram.

 

Oğul:

Zalım fələk nasıl qıydın cavan başımi

Yigirmidə  dəvürdilər yaşımi

 Bir sərəcəyə  bindürdilər quri leşimi

 Həsrət qiyamata qaldilər, yanar ağlarım,

 

Ana:

Məscid qalasına  çəkimliş bədən

Anan qurban olsun o gözəl adan

Yasiya pərkəmi dinliyerim qayadan

Əlvida günidür, yanar ağlarım.

 

Oğul:                                           

Götürsələr masalaya qoysalar

Canli libasımi, dərim soysalar

Bən vuruldum, qardaşlarım tuysalar

Anami çağırın, yanar ağlaram

 

 

 

 

 

31. TÜRKÜ

 

Oğlan:

Elə dön bəri-dön bəri yüzün görəyim,

Ala gözlərindən həsrətluğun alayım,

Bir amanatım var, sənə verəyim,

Varem qürbət eldə gezem bir zaman.

 

Qız:

Elə dönmərəm, oğlan, dönmərəm yüzümi örəsin,

Ala gözlərimdən həsrətluğun alasın,

Sən bir qərib, nəyin var bənə verəsin,

Var, qəribim, sağluğinən gələsin.

Oğlan:

Elə  dön bəri-dön bəri dinim-imanım,

Ala göz üstünə oldum qaşi-kamanım,

Yeddi ilə kesdux əhdi-amani,

Varem qürbət eldə gezem bir zaman.

 

Qız:

Elə pəncərədən baxdım yollar çamurdur,

Yar, sənin yürəgin daşdur, yoxsa dəmürdür,

Yeddi il deduğun xeyli ömürdür,

Var, qəribim, sağluğinən gələsin.

 

Oğlan:

Aşığ Qərib söylər əzəli,

Güz olanda ağaclar tökər qəzəli,

Urum elində diyanda, yoxdur səndən gözəli,

Varem qürbət eldə gezem bir zaman.

 

Qız:

Qürbət eldür Qəriblərin yataği,

Aramazlar qürbət eldə yatani,

Qızıl gül yerinə basdım bağrıma qara tikani

Var, qəribim, sağluğinən gələsin.

                                                                                 

 

 

 

 

32. CAMİ

 

Bismillaynan layini əzdilər,

Taşlarinı birar-birar tuvarina duzdilar.

Beş peyqambar adını qullasina yazdilar.

Nəqərat.      Bizdən iraq oldu o gözəl cami,

Gözdən uzax duşdu o şirin cami.

 

xoş idi bizim yerin yapraqi da meşasi,

Qiblaya qarşiydı dörd da köşəsi

Məgər az gunluq idi onun yaşası.

Nəqərat.

 

Cənnəta oxşardı onun yapisi

Sakkiz pəncərəydi onun həppisi

Bismiiaynan açilurdi qapisi.

Nəqərat.

 

Həftədə bir dəfə cuma olurdi.

Təmiz abdastla camaat da galurdi

Alimlardan vayz-nəsixat alurdi.

Nəqərat.

 

Vətəndan dərbədər oldux 44- sənədən,

Ayrı duşdux qardaşdan, ana-bacidan,

Dərdim çoxdur, tamam olmaz demadan,

İraq duşdux odalardan, obadan.

Nəqərat.

* * *

 

33. TÜRKÜ

 

 


Sabah namazi idi əzrum sazında,

Əvlə namazi qalsın düzündə,

İkindi namazi kojor başında,

Xıdırın atına bindim gəldim.

 

                        Nəqərat:

Hoppala, yavrum-çiçəgim,

Sən doldur, bən içəgim,

Sənə basma yaxışmaz,

Qədifədən biçərim.

Axşam namazında endim xanama,

Exşin xancarini vurdum sinəmə,

Türli yaralarımi dəşdim gəldim.

 

                        Nəqərat:

Hoppala, yavrum-çiçəgim,

Sən doldur, bən içəgim,

Sənə basma yaxışmaz,

Qədifədən biçərim.


                                              

                               

34. ƏSMƏRİ QIZ

(Türkü)

 

Əsmər deduğum bir incə qızdur,

Babasi bezirgan, geyduği bezdur,

Bin manatlux kəmər belinə azdur,

Hayde-hayde, yandi canım, əsməri qız.

 

Əsməri qız gəzər sallanur,

Alma dəyib, al yanaxlar hallanur,

Hər öpdükcə pal taxılar yalanur.

Hayde-hayde, yandi canım, əsməri qız.

 

Toldur-toldur istikani təzələ,

Tağdaki gülün dönmüş xəzələ,

Öz əlinnən məni qoydun məzərə,

Hayde-hayde, yandi canım, əsməri qız.

 

 

35. TOY ÜSTÜNDƏ OXUNAN TÜRKÜ

 

 


Hekiya tamam olanda,

Məclis xitabi bulanda,

Buyurub toya gələndə

Yüz davar qurbanim ola.

Kurbanuğa kəsem oni,

Eyliyem toyi-dügüni,

Qırx çuvala qoyim uni,

Şəkər-halva nanim ola.

Nani yesin qoca-gənci,

Toy eylərəm bir inci,

Tamam ola put pirinci,

Yüz batman da yağim ola.

 

Yüz batman yağ yetər,

Toya arçi qazannari qoya,

Faxir-fuxara həp toya,

Aləmdə bir şanim ola.

 

Şanim yayilsin alama,

Sağduci gəlsin salama,

Katiblər alsin qalama,

Güvəgi bir yanim ola.

 

Bir yandan turular qibliya

Çərəz tökələr tablaya,

Tağılsın yoxsul abaya,

Beyla bir divanim ola.

 

Divanda tuplanur çox para,

Kimsa baxmaz simizara,

Güvəgi yetişsin yara,

Beyla bir əziz qonağım ola.

 

Qonax xanaya gələndə,

Buyux burub oturanda,

Namaz qılıb turanda

Der ki, dünya bənim ola.

 

Dünyada der azalam,

Titrar tökər xazalam,

Qabağa gələndə gözələm,

Bir qaşi kamanim ola.

 

Qaş kamanim gəlsin mana,

Qalmiş idim yana-yana,

Gəl sarilax cani-cana,

Təbib luğmanim ola.

 

Luğmansin dərdimə şifa,

köskün gəl insafa,

Gəl eyliyax sövqü-safa,

Limon-portakalim ola.

 

Limon-portakal koxanda,

Aşiğ aşiqinə baxanda,

Müşgü-ənbər koxanda,

Axtatan gəl söz etmə,

Tuvağ altinda göz etmə.

Əgər gözəl xanimisan,

Əgər gözəl canimisan.


 

 

36. BİR QIZIN MANİSİ

(türkü)

 

 


Birində gördüm birda gül

Qəpəsdə ötər bülbül.

Mən açılmamış bir təmiz gül.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

İkisinda gördüm ikkisini,

Savdum ancaq birisini,

Yürəgə almam ayrisini.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Uçunda gördüm uçuni,

Bilmadim bastim hayçini,

Mən qızların laçıni.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Dördündə gördüm oyanda,

Sən o yanda, bən bu yanda,

Ceyran tək boynun buranda.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Beşinda gördüm beş yaşda,

Ufak kalağayim başta,

Qara kaşim, surmasiz gözüm yaşta.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Altida gördüm ahdini,

Sən bilmədin yar kadrini,

Qaşim qabağim kadrini.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Yedida gördüm yetilib,

Yeşil ifak kimi eşilib,

Qara gözlərim daşilib.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Sakizinda gördüm saharda,

Güllər açılur baharda,

Heç olmasa bax har kahrda,

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Doxuzunda gördüm tolub,

Avdan çixarsin tulanib,

Saçim belimdə sallanib,

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Onunda gördüm oturub,

İstəkan verem çay toldurub,

Gül rəngimi soldurub.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.

 

Qal dedim, qalmadin,

Mən istədim, sən bilmədin,

Aşiğam, yazuğun qalmadin.

Yar, nayçün zar etdin məni,

Kimlara tərk etdin məni.


* * *

 

                                                37. TÜRKÜ

 

 


Talladan gəl, talladan,

Tallalari maşallah,

Bizim əvdə gəlin yox,

Sən olursun, inşallah.

 

Ört başına bəyazi,

Versin sənə sərinlux.

Qız, zaman edəcan,

Bizim evdə gəlinlux.

 

Əlində süt güləgi,

Polat kimi biləgi,

Bu ayda qəbul olsun,

İkimizin diləgi.


 

 

 

38. TÜRKMƏNİY

                                                                          


Savuxdur bu yerlərin suyi içilməz,

Gözəlləri bir-birindən seçilməz,

Yari görməyincaz gövlüm açılmaz,

Xanım, nerdən aşar yoli yaylanın?

 

Bizim tağlar sizin tağdan ötədür,

Qohum dəgül, qardaş dəgül, atadur,

Uzax yerdə gözəl səvmax xətadur,

Xanım, nerdən aşar yoli yaylanın?

 

Seyran edib yaylalari gəzməli,

Qələm alıb qaş-kiprigin yazmali,

Qaşın xal-xal olmiş, gözün süzməli,

Xanım, nerdən aşar yoli yaylanın?

 

Güz olanda bağlar tökər ğəzəlin,

Yaylam, nerə getdi bənim gözəlim?

Eli gedib, verən qalan yaylalar,

Xanım, nerdən aşar yoli yaylanın?

 

Türkmən qızi qınalasın əlini,

Kəmərə qondurmuş incə belini,

Bən cəhilim, bilməm yəmən yoluni,

Xanım, nerdən aşar yoli yaylanın?



VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6594 ziyaretçi (23898 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=