AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

OSMAN SƏRVƏR ATABƏYLƏ BAĞLI XATİRƏ


 258. Osman Sərvər Atabəyin bağbanı olmuş Şahmurad kişinin Bəylə bağlı xatirələri (söyləyəni Şahmurad kişinin qardaşı oğlu Kukulov Kazım Kukul oğlu (1915-1993), yazıya alanı Tahircan Kukulov)

 Osman Server Atabek (Atabey) hakkında hatireler

 

 Deyilənlərə görə Osman Səlvər Atabəyin atası Feyzulla bəy (Altun qala hakimi) o dövrün Axısxa bölgəsində yaşayan türk-müsəlman xalqının hakimi imiş çar hökumətinin hər bir fərmanının rəsmi icraçısı olmuşdur. Çar tərəfindən bu bölgəyə hakim təyin edilmişdi. Feyzulla bəy ilə çar II Nikolay arasında möhkəm dostluq əlaqələri yaranmışdı. Bölgədə yaşayan az saylı xristian xalqları bu əlaqələrin pozulması üçün müxtəlif üsullara əl atmışlar. Lakin onlar heç nəyə nail olmamışlar. Erməni dığaları bölgədə hakimiyyəti ələ almaq üçün müsəlman bəyləri arasında nifaq salmaq, onların arasında toqquşmalar yaratmaq istəsələr buna nail ola bilmirdilər.

Bir gün II Nikolay vərəm xəstəliyinə tutulmuş oğlunu Axısxa bölgəsinin hakimi (Altun qala) Feyzulla bəyin yanına göndərir. Xahiş edir ki, oğlunun Abasdumanda müalicəsinə yardımçı olsun. Hələ o zamanlar Abasduman vərəm xəstəliyinin mualicəsi ilə tanınmışdı kurort kimi məşhurlaşmışdı. Azərbaycanın neft milyonçusu, xeyriyyəçi maarifpərvər xadimi Hacı Zeynalabdin Tağıyev Abasdumanda bir neçə müalicə vannaları s. binalar inşa etdirmişdi. Eyni zamanda bu yerlərin abadlaşdırılması üçün xeyli vəsait qoymuşdu.

Çar II Nikolayın oğlunu Feyzulla bəyin ünvanına göndərməsi, xristian xalqları çox narahat edirdi. Bunu başa düşən Feyzulla bəy uşağın təhlükəsizliyini təmin etmək üçün xüsusi mühafizəçilər ayırmışdı II Nikolay ilə daima əlaqə saxlayırdı. Çar II Nikolay oğluna velosiped göndərir. Təəssüflər olsun ki, göndərmiş olduğu bu balaca  hədiyyə faciəyə səbəb olur. Nikolayın oğlu velosiped sürərkən uçuruma yuvarlanır həyata vəda edir. Xəbər çara çatdırılır. Çar II Nikolay əmr edir ki, oğlunun cənazəsini Feyzulla bəy özü Peterburqa gətirsin. Çar oğlunun ölümünə ürəkdən sevinən ermənilər elə güman edirdilər ki, çar Feyzulla bəyi cəzalandıracaq. Lakin tərsini gördükdə çox pərişan oldular.

Feyzulla bəy cənazəni Peterburqa aparmaq üçün xüsusi heyət hazırladı özü bu heyətə başçılıq edirdi. Heyət yola düşən anda erməni dığaları Feyzulla bəyin təvazökarlığından istifadə edərək qəddarcasına onu zəhərləyib öldürürlər. Belə halda cənazəni başqaları aparmalı olur. Bütün bunlara baxmayaraq çar II Nikolay Feyzulla bəyin ailəsinə çox böyük hörmət göstərmişdir. Səlvər bəyin təhsil almasına çox böyük kömək etmişdir.

II Xəlit  paşa, Yaqub Şövqü paşanın göstərişi ilə Axısxa bölgəsində ya­şayan müsəlman-türk əhalisinin hərbi quruculuq işinə yaxından kömək et­mək məqsədilə göndərilmişdi. Xəlit paşa Səlvər Osman Atabəy ilə bir­lik­ yerli əhalidən özünümüdafiə dəstələri yaratmağa başlayırlar. Burada onuda qeyd etmək lazımdır ki, bu bölgələr çar Rusiyasının ta­be­çi­liyinə keçəndən sonra müsəlmanlar çar ordusuna hərbi xidmətə çağ­rılmırdı. Əvəzində isə onlardan ildə 3 rubl alırdı. 18 yaşından 40 ya­şı­na kimi kişilərdən pul toplanırdı. Bununla çar hökuməti yerli müsəl­man­ları hərb işindən uzaqlaşdırmağa çalışırdı.

Bu bölgədə ordu quruculuğu çox ağır şəraitdə gedirdi. Silah hərbi sursat çatışmırdı. Hərbi təlim görməmiş bir xalqı təlim-məşq toplantısına cəlb etmək çox da asan deyildi. Ancaq buna baxmayaraq Xəlit paşa ruhdan düşmürdü. Bütün çətinliklərə dözərək, hərbi vətənpərvərlik təbligatı apararaq bütün bu işin öhdəsindən bacarıqla gəldi. Tez bir zaman içində ordu dəstələri yarada bildi.

Xəlit paşanın əsgəri olmuş Smadakəndin sakini İlyas Məmməd oğlu deyirdi ki, Xəlit paşa hərb işindən başı çıxan, dözümlü, qətiyyətli, vətənpərvər bir insan idi. Əsgərlər arasında böyük hörmətə malik bir şəxsiyyət idi. O, ortaboylu, iri gözlü, enlikürək bir adam idi. Xəlit paşa bizə öyrədirdi: «Yadınızda saxlayın ki, siz hərb paltarında, süvari dəstə ilə kəndlərə daxil olanda, ola bilsin ki, kimsə sizi tanıyar sizə nəsə deyə bilər. Siz özünüzü elə aparın ki, güya onu heç tanımırsınız. Üzünə gülməyin. Gözünüzü-gözünə zilləyib, hirsli-hirsli baxın. Onda siz onları ram etmiş olarsınız. Yoxsa tam əksi olar».

İlyas Məmməd oğlu bir epizodu da xatırlayr: gürcülər Axısxanı işğal etmişdi. Axısxada onların 4 batalyonu var idi kazarmalarda yerləşdirilmişdi. Bizim işə Xəlit paşa tərəfindən təşkil edilmiş cəmi 2 batalyona yaxın əsgərimiz var idi. Düşmən silahda da bizdən güclü idi. Ordumuz Axısxadan 3-4  km. aralı hündür təpəlikdə yerləşmişdi. Xəlit paşa Axısxaya birbaşa hücum etməkdən çəkinirdi. Çünki ordumuz sayca az, hərbi təchizat isə zəif idi. Eyni zamanda döyüş təcrübəmiz yox idi. Xəlit paşa çox götür-qoy etdikdən sonra gürcü ordusunun Axısxadakı komandanına belə bir məktub göndərdi: «Səhərə yaxın biz Axısxaya gələcəyik. Ordumuzun yerləşməsi üçün kazarmalar boşaldılsın». Sonra Xəlit paşa bizə əmr etdi ki, hər bir əsgər 4-6 ədəd ağacın ucunu neftli parça ilə bağlasın mən işarə edəndə onları yandırsın.

Səhərə yaxın, təxminən saat 3-dən sonra, əmr verildi ki, həmin parçalar yandırılsın lazımi yerlərə sancılsın. Hər bir əsgər ikisini öz əlində saxlasın. Deyilənlərə əməl edildi biz yürüşə başladıq. Atların yerşindən, nal səsindən qulaq tutulurdu. Deyilənlərə görə Axısxada nal səsindən qulaq tutulurmuş.

Ordumuz Axısxaya çatanda Xəlit paşa göstəriş verdi ki, Azqur boğazına gedən yol açıq qalsın ki, gürcülər bu yolla qaça bilsinlər. Doğrudan da Xəlit paşanın düşündüyü plan baş tutdu. Axısxa döyüşsüz düşməndən təmizləndi.

Bu dövrdə Axısxa bölgəsinə daxil olan torpaqlar xüsusi bəylərə məxsus idi qeyri-müsəlman əhali həmin bəylərlə hesablaşmalı idilər. Baxmayaraq ki, 1828-ci ildən çar hakimiyyəti bu ərazilərə erməniləri yerləşdirdi onlara xüsusi imtiyazlar verildi, yerli bəylər on­ların əl-qol atmasına imkan vermirdilər. Lakin ermənilər daima çalışır­­lar ki, yerli bəylər arasında nifaq salsın, onları bir-biriylə toqquş­dur­sunlar. Amma müsəlmanlar ermənilərin fitfasına uymurdular.

Feyzulla bəy vəfat edəndən sonra onun mülkünə oğlu Osman Səlvər Ağabəy sahib olur. Osman Səlvər Almaniyada təhsil alırdı. Mülklərini isə, o zamanlar, anası idarə edirdi. Osman bəyin anası çox bacarıqlı bir qadın idi. Yaşlı olduğundan mülklərindəki vəziyyətdən tez-tez xəbər ala bilmirmiş. Bundan istifadə edən qonşusu Bəxşi bəy adlı birisi, onların mülkündən 100 ədəd (sal) ağac oğurlayır. Bundan xəbər tutan ermənilər Osman bəyin anasına xəbər verirlər. Qadın deyilənlərin doğru olduğunu aydınlaşdırdıqdan sonra Tiflis məhkəməsinə müraciət edir. Ancaq məhkəmə nədənsə uzanır. Elə bu ərəfədə Osman Səlvər bəy Almaniyadan qayıdır. Hadisədən xəbər tutan kimi işin yerdə olduğunu başa düşür. Anasına deyir ki, anacan, bu 100 (sal) ağacı Bəxşi bəyə mən vermişdim. Təəssüflər olsun ki, sizə deyə bilməmişəm, yadımdan çıxıb. Buna görə sizdən üzr istəyirəm. Anası deyir ki, bala, mən bu işi məhkəməyə vermişəm. Bəs onda edək? Osman Səlvər bəy deyir ki, şikayətini götür bununla bu bitər. Anası deyilənlərə əməl edir bu işə xitam verilir. Məhkəmənin işə xitam verməsinə ən çox ermənilər məyus olurlar.

Osman Səlvər bəy sonradan anasına deyir ki, ağacı Bəxşi bəyə mən verməmişdim. Bağışla, mən yalan söylədim. Ona görə ki, əgər biz Bəxşi bəyi tutdursaydıq onlara düşmən kəsilərdik. Bundan isə düşmənlərimiz istifadə edərdilər bir-birimizi məhv etməyə çalışardılar.

Bu hadisədən bir qədər keçdikdən sonra, Bəxşi bəy 100 (sal) ağacı geri qaytarır. Osman Səlvər bəyin ailəsinə böyük qonaqlıq verir. Onlar dostlaşırlar. Düşmənlər isə bundan çox narahat olurlar.

1921-ci il martın 16-da Moskvada sovet-türk sülh müqaviləsinin şərtlərinə uyğun olaraq Axısxa bölgəsi Rusiyanın tabeçiliyinə keçirildi. Bu müqaviləyə əsasən sovet hökuməti yerli müsəlmanların mənafeyinin müdafiəsinə təminat vermiş, eyni zamanda Axısxa vilayətinə mədəni muxtariyyət statusu verməsini nəzərdə tuturdu. Düzdür, bu təklif 1923- ildə gerçəkləşmişdi. Amma təəssüflər olsun ki, bu qanun 1940- illərdə öz əhəmiyyətini itirdi.

Müsəlman əhali Axısxa diyarına Sovet hakimiyyətinin gəlişini «sevinclə» qarşıladı. Lakin bu hakimiyyət onların ümidini doğrultmadı. Bir-çox ailə Türkiyəyə köç etdi. Köç edənlərdən biri Osman Səlvər Atabəy idi.

Osman Səlvər bəyin meşə təsərrüfatının müdiri, eyni zamanda onun sirdaşı olmuş Şahmurad Məmməd oğlu xatırlayaraq deyirdi: Altun qala hakimi Osman Səlvər bəy, Vətəni tərk etməsinə bir neçə gün qalmış çox fikirli görünürdü. Bir yerdə qərar tuta bilmirdi. Ürəyindən keçəni heç kimə demirdi. Nəhayət, bir gün məni çağırıb dedi: «Şahmurad, haqqını ha­lal et». Mən heç anlamadım. Daha sonra Atabəy dedi ki, mənim üçün Vətən əvəzolunmazdır. Ancaq vəziyyəti sən görürsən. Belə yaşayıb təhqir olunmaqdansa getmək yaxşıdır. Türkiyədə duz mədənlərim var. Gedim orada işə rəhbərlik edim. Əgər istəsən qohumlarını da götürüb mənimlə gələ bilərsən. Get fikirləş mənə öz fikrini bildir. Amma bu söhbət aramızda qalsın, biz gedənə qədər heç kəs bilməsin. Onun bu sözlərindən sonra gözlərim yaşardı, heç deyə bilmədim. O gedəndən sonra özümə gəldim. Evə getdim. Axşam çağı qardaşlarımı, Kukulu, Salmanı İlyası bizə çağırdım bəyin dediklərini, təklifini onlara bildirdim. Səhərə qədər bu haqda fikirləşdik. Sonunda qardaşlarım belə qərara gəldilər ki, doğma torpaqdan, dədə-baba yurdundan ayrılmaq çox çətindir. Atabəyin Türkiyədə bir neçə mülkü var, onları idarə etmək üçün onun getməsi vacibdir. Digər tərəfdən, həm yeni hökumətin, həm erməni-gürcü düşmən qruplarının Atabəyə qarşı ədavətləri vardır. Onlar onu öldürmək istəyirlər. Bir neçə dəfə sui-qəsd etsələr buna nail ola bilməyiblər.

Səhərisi Atabəyin yanına getdim. O, məni görüb çox sevindi fikrimi soruşdu. Mən deyəcəyimi bilmirdim. Atabəy bir soruşdu ki, fikrə gəldin, qardaşların dedi? Mən vəziyyəti ona anlatdım. Atabəy fikrə daldı sonra dedi: «Sabah axşam biz yola düşürük. Səndən son olaraq bir xahişim var. Bağımızda olan meyvə gül ağaclarından orda əkmək üçün qələm kəsib mənə çatdır. Vətən həsrətimi həmin ağaclardan alım». Qardaşımla birlikdə ağacları (qələmləri) hazır etdik. Mən onları Osman Səlvər bəy deyən yerə apardım. Atabəy öz atlı dəstəsi ilə məni gözləyirdi. Əmanəti ona verdim. Görüşüb ayrılanla mən ağladım. Bəy dedi: « vaxt istəsən yanıma gələ bilərsən. Ola bilsin vaxtsa mən Vətənə qayıtdım».

Şahmurad kişi digər bir xatirəsində qeyd edirdi ki, hər il Atabəy meşədən ağac kəsdirirdi onları lazım olan yerlərə (Tiflisə s. şəhərlərə) göndərirdi. Həmin ağaclar göndərilən yerlərdə satılır pulu isə bəyə çatdırılırdı. Bəy pulu alırneçəyə satdığımı soruşur mükafatlandırırdı. Mən 10 ilə yaxın olardı Atabəin meşə bağ təsərrüfatını idarə edirdim. Ağacların ticarəti ilə məşğul olmazdım. Lakin bir gün Atabəy mənə dedi ki, get meşədə kağızda yazılan qədər ağac kəsdir. Onları Tiflisə özün aparacaqsan. Bəyin bu sərəncamı mənim üçün gözlənilməz olsa da çox sevindim. İşçi qüvvəsi götürüb meşəyə getdim qısa bir müddətdə ağacları hazır etdim. Bu haqda bəyə məlumat verdim. Atabəy məsləhət gördü ki, özünlə bir neçə adam götür yola düş. Mən özümə münasib kişilər seçib yola düşdüm. Nəhayət, ağacları deyilən ünvana gətirdik. Müəssisənin sahibi bizi gülərüzlə qarşıladı. O, bizə dedi ki, ağacların aşağı kök hissələrini 1 metr ölçüdə kəsin sonra təhvil alarıq. Deyilənləri yerinə yetirdik təhvil verdik. Yerdə qalan 1 m ağacları isə oradaca müştəri tapıb satdıq. Çoxlu qazanc əldə etdik. Bütün pulları, qəpiyinə qədər gətirib Atabəyə təhvil verdim. O, soruşdu: «Şahmurad, bu puldurMən vəziyyəti ona anlatdım. Bəy dedi ki, hələ heç kim mənə bu haqda məlumat verməmişdi. İlk dəfədir ki, kəsilən ağacların satılmasını ondan qazanc əldə edilməsini səndən öyrəndim. Sənin dürüst bir insan olmağını mən çox qiymətləndirirəm. Hədiyyə olaraq Saxan kəndində mənə məxsus olan mağazanı idarə et faydalan. Yavaş-yavaş sən varlanarsan. Atabəyə öz təşəkkürümü bildirdim. Evə gəlib qardaşlarıma olanları anlatdım. Onlar da çox sevindilər. Bu mağazanı 1944- ilə qədər işlətdik. Sonra isə lənətə gəlmiş sürgün bizi dədə-baba torpağından didərgin saldı. Bütün var-dövlətimiz, mülkümüz viran qaldı.

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

 

 


 

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol