RƏVAYƏT VƏ NAĞILLAR

RƏVAYƏT   NAĞILLAR

 

 

 

     Təqdim etdiyimiz rəvayətlər nağıllar Axısqa elində söylənən bizim yazıya aldığımız qədim hekayətlərin az bir qismidir. Bu hekayətlər arasında qədim anatürk dövrünə, şaman əsatirlərinə, islam mifologiyasına sonrakı tarixi-mənəvi mərhələlərə bağlana biləcək nümunələr var. Nurani ixtiyarların cavanların söylədiyi hekayətlərin bəzisi müəyyən ümumtürk süjetləri ilə ortaqdır, bəziləri isə orijinal olduqca maraqlı folklor əsərləridir.

 

 

1. DÜNYANIN YARANMASI

 

Allah birinci dəryayi yaratdi, bahali daşlar yaradi dəryada. Sonra cinləri yaratdı ki, o daşları çıxartsın. Sonra göyi yaratdı, peşkun kimi. Dəryadaki daşlardan ay-ulduzları yapdi. Sonra pəriştah - məleykələri yaratdı ki, göyi qaldırsınlar. Qaldıramadılar. Allah dedi: Yasin oxuyun. Oxuyandan sonra qaldırdılar, indi göyün hər tərəfi pəriştah omuzunda saxlanır.

Sonra allah Adəmi yaratdi çamurdan - periştahlar boğazacan yoğurdular, yuxarini bacarmadılar. Yuxarini allah yaratmış, ona görə boğazdan yuxarıya söymək olmaz. Adəmnən sonra şeytan gəldi, insanın ağzından girdi, dedi bunda can durmaz, savuq çamurdur, sonra yenə Yasin oxudular, can verdilər. Həzrəti Adəm axsırdı, ayıldı. Cəmüyündən Havva ananı aləmi yaratdı. Sonra Həzrəti Adəmnən altmış adam törədi, camaat törədi. Şeytan dedi ki, bən, bəndən olani alacam, Adəm qoymadi, lənət oldi şeytana. Onnan da şeytan itdi gözdən.

 

2. XIZIR     MUSA

 

Musa peyğəmbər Xızır möcüzələrinnən çox eşidib oni görmax istiyer. Həzrət ona diyer ki, bir zənbilə bişmiş baluxlar qoy, puvara get, baluxlar dirilib puvara atılsa, Xızırı orada görərsən. Musa qardaşı Harunla puvara çatır, ama yuxlayır. Ayılanda görür ki, baluxlar zənbildə yoxdur. Burada Xızıri göriyer, diyer ki, səninlə gəzmax istiyerim. Xızır diyer gözəmməzsən bənlə. Musa çox istiyer, axır Xızır razılaşır, ikisi yola düşiyer.

Gedirlər - gedirlər, bir çəmənə çatiyerlər, görürlər cocuxlar oyniyer, Xızır yanaşiyer bir cocuğu yumruxla vuriyer öldirer. Musa sükutla baxiyer, şərtə görə heç demir.

Dənizə çatiyerlər, bir gəmiyə miniyerlər. Yer olmur, ona görə gəminin opçusunda (anbarında) oturerlər. Xızır gəmini dəlməyə başliyer, gəmini zay eliyer. Musa gənə sükutla baxer.

Sonra olar bir kövə çaterlər, heç kim olari içəri almer. Bir duvari uçmuş baxçaya gəlerlər. Xızır Musaya diyer duvarlari yap. Musa yaper. Axır dözmiyer, Xızıra diyer:

- Xızır, o cocuğun, o gəminin günahı vardi, onlari elə etdin, bu köv bizi almadi, ama duvari yapdurdin?

Xızır cavab veriyer:

- O cocux çok ziyankar, qaniçən adam olacaxdi, çox əvlər yıxacaxdi. O gəmini bir az sonra padişah bəgənib zorla alacaxdi, zay etdim ki, xoşlayıb almasın. Baxça iki yetim cocuğundi. İçində altun basurulub. Duvarlari yapdurdum ki, altun o cocuxlara qalsın.

 

3. ADAM  YEYİCİ

 

Qədimdə bir gəlin oluyer. Qaynənəsı hər kilidin anaxtarıni-veriyer gəlinə, amma birini vermiyer.

Qaynanasi yatanda bu qız həmən anaxtari  götüriyer  otaği açiyer, görür küvəc var. Küvəcin qapağini açiyer, içində insan əli, qoli görüniyer. Demə qaynanasigil adamyeyiciymişlər.

Qız qorxiyer, çıxıb cocuğuni götiriyer, qaçıyer. Körpüdən keçəndə qaynanası əvdən çıxiyer, cocuği için qışqıriyer:

- Südən çək, südən çək.

Yəni uruğuna (nəslinə) çək, adamyeyici ol. Südəmər cocuq da uruğuna çəkiyer, anasının döşündən yapışıb dişliyer. Ana uşaği körpüdən çaya atiyer, kəndi də dəli oliyer.

 

4. EYİLƏRDƏN  OLAN  GƏLİN

 

Bir kişi su kənarında bir qıza rast gəliyer də, evinə gətirib kəndinə arvad eliyer. Sükutluxla dolaniyerlər.

Kişi bir dəfə çölə gedəndə qaynanasi göriyer ki, arvad uşaği yanar təndirə atıb çıxıb getdi. Oğli qayıdanda ona diyer. Oğli əvə giriyer, görür ki, arvad əvdə uşaği əmizdirir. Təndiri soranda arvad güliyer.

İkinci kərə gəlin uşaği quyiya, sonra dərəyə atiyer. Həmən cür əhvalat təzədən oliyer. Axırda qaynanasi buna dözməyib öliyer. Dəfndə ölüni aparan vaxt hami ağliyer, əmədəni (qəfil) gəlin güliyer. Əvdə qocası arvadın üstə gəliyer, diyer ki, cocuği təndirə atdın, quyiya atdın, dərəyə atdın, sonra da güldin. Bən dözdim. Şimdi anam öldi, onda da hami ağladi, sən güldin. Nədən güldin, səbəbin de! Arvad xamur yoğiriyerdi. Dedi ki, qoy səbəbin deməyim. Qocasi diyer ki, deməsən, sənlə yaşamam. Qarisi çox yalvarer, kişisi razilaşmer. Axırda arvad sirrini açiyer. Demə, arvad eyilərdənmiş, pəriymiş. Hər ölinin dalınca dəfndə ömri boyi etdiyi eyiliklər gedər. Qaynananın dalınca bircə süpürgə gedirmiş. Nə vaxtsa kiməsə süpürgə veribmiş. Eyilərdən olan gəlin bunu görmiş və buna gülmiş.

Bü sirrini açandan sonra eyilərdən olan qız yox oliyer. Gəlinin yoğurdiği xəmir daşiyer, qurtarmiyer, nə qədər üstdən götiriyerlərsə də, qurtarmiyer. Kişi su qırağına gedib qızı axtariyer, tapiyer, xəmirin daşdığını diyer. Eyilərdən olan gəlin diyer ki, qara tavuğun dırnağını batır, xəmir daşmaz.

Belə də eliyerlər, xəmir dayaniyer, amma bir də daha eyilərdən olan bu gəlini heç kim görmiyer.

 

5. NƏNƏNİN  ƏBƏLUĞİ

 

Bir gün bir dədə bir nənəynən yol gediyermiş. Birdən bunların ögünə qurbağalar çıxiyer. Nənə diyer ki, bu qurbağanın əbəsi (mamaçası) bən olsam nə eyi olurdi.

Günün birində qurbağa cocuğa yatanda cinlər gəliyer nənəyi götürməyə. Nənəyə diyerlər ki, gəl, hayte, getdux. Nənəy soriyer neraya. O da diyer ki, filan meşada ki qurbağanın əbəsi oluram dedin ki, indi o cocuğa yatiyer, vədəsidür, doğacax da, gəldux götürax oraya. Gəl də əbəluğüni et.

Qari da gediyer, əbəluği edandan sonra cinlər buna bir ətək kömür götürüb veriyerlər. Qari da diyer ki, bən bu kömüri nedacam? Kömüri gizlincə qurbağanın döşəginin altına tökiyer.

Əvə gələndən sonra oxçurini (belbağı) açanda əmədəni (qəfil) oxçurundan altun düşiyer. Nənəy başliyer ah-tuh etməyə ki, o kömüri niyə tökdüm. Sonra fikirləşiyer ki, bişe etməz, qurbağanın balasıni beşiga qaldurmaya gedəndə altuni alurum.

Yeddisi guni cinlər gəliyerlər, nənəyi götüriyerlər. Nənə oriya çatan kimi döşəgin altını ariyer. Baxiyer ki, burada heç bir şey yoxdur. Altunlar gezar?

Cocuği beşige qalduriyer, onnan da geri dönüb korpeşman gəliyer əvə.

 

6. AXIL SATAN

 

Padşah vəziriynən seyra çıxmiş, gəziyerdi. Bazarda göriyerlər ki, bir kişi qışqırıyer ki, axıl satiyerim. Şah diyer, gəl alax. Vəziri söyliyer ki, bunun axılı olsa, heç axıl satarmı? Gediyerlər, əmədəni şah diyer gəl dönax, alax. Yanaşiyerlər kişiyə, şah soruşiyer:

- Baba, axıl satiyersən?

Kişi diyer:

- Əvvəl qiymətini ver, yüz altun, sonra sor.

Şah yül altun sayer kişinin ətəyinə.

Kişi bu sözləri diyer: Kim edəcaxsa, önini yox, sonuni düşünsün. Padişah bu sözləri yəhərin qaşına yazdirer, evə gələndən sonra taxtın üstə yazdıriyer aser.

Gəndi nədən deyem, bu padişahın duşmani vardi, heç edə bilmiyerdi. Padşahın qan tutmasi oliyerdi. Qan tutanda ustasini çaxiriyerdi, qan aliyerdi. Duşman şahın ustasını çağırıb on bin altun ağuli nəştər veriyer, diyer bununla qan al.

Padişahın qani tutanda ustani çağıriyerlər, usta gəliyer, cefinnən ağuli nəştəri çıxarer, qan almaq istəyəndə gözi həmən yazıya dəyer. Düşüner ki, sonra bilib bəni öldürəcəklər, altunları kim yiyacax? Ağuli nəştəri təzədən cefinə qoyer, o birini çıxarer. Şah ustanın əlindən tuter, diyer, bu işdir, səbəbini deməsən öldürəcəm. Usta məsələni padişaha açer.

Şah vəziri çağırıb diyer ki, gördünmi, vəzir, o axıl ki yüz, lap yüz bin dinara da degər.

 

 

7. KÖTİ   KAYNANA

 

Keçmişdə bir karının kızi ikicanni oliyer. O gəlib anasından taux istiyer. Kari kızına bir taux kəsib büşüriyer. Çorpanın həppisini kazana yığıb kızına götürüyer. Əvdə gəlini ikicanni oliyer. O baxa-baxa galiyer, kaynanasi ona bir tikə vermiyer. Gəlin gedib zibilluxdan tauxun kanadını, ayaklarıni, bir başıni yığıb gətürüb büşürüb yiyer. Gəlinin iki-üç aydan sonra cocuği oliyer. Cocux tauxa oxşiyer. Kanadi, ayaği taux ayaği oliyer. Yazux gəlin ağliyib kəndini öldüriyer ki, bənim günahım nədir ki, cocuğum belə oldi? Allahın ona yazuği gəliyer. Cocix düzəliyer, ayaxlari bizim kimi oliyer. Kanadlarının yerinə əllər gəliyer. Gəlinin kaynanasının əlləri yoxa çıxiyer, yerinə kanatlar gəliyer, ayaklari da tavux ayağına çevriler.

 

8. KÖTİ   GƏLİN

 

Keçmişdə bir gəlin oliyer. Kaynanasi xəstə oliyer. Kaynanasi diyer ki, gəlin, gəlin, bənə bir taux kəs çorba yap. Gəlin çox köti oliyer, taux yerinə pişik kəsib büşüriyer. Kaynanasi xəstədür. Bilmiyer, çorbay həp yiyer. Yıllar keçiyer. Gəlin kocaliyer. Onun da gəlini oliyer. Kaynana gəlinə diyer ki, gəlin, gəlin, xəstəyəm, olur, bənə taux kəs çorpa büşür, xəstəyim, yiyem. Gəlin çox ey gəlindür. Taux kəsib çorba yapiyer. Kazani endürəndə baxiyer ki, taux dönüb pişik olmiş. Gəlin şaşuriyer. Təzədən taux kəsiyer, çorpa yapiyer. Genə baxiyer ki, pişik oldi. Gəlib kaynanasına olani söyliyer. Kaynanasi bir əz düşüniyer. Diyer ki, gəlin, bən gəlin olanda kaynanama pişik yedürmişdim. Şindi odur bənim ögümə gəliyer. Sən taux bişürəndə pişik oliyer.

 

 

 

9. PAĞAÇA

 

Bu çocuxlari yatırtmax için söylənən yalançi nağıldur.

Var imiş , yox imiş, bir dədəynən bir nənə var imiş. Onların da bir toruni varmış. Bir gün dədə torununa der ki, qızım, gəl meşəyə oduna gedax. Pağaça (çörək növü) alıyerlər, meşəyə oduna gediyerlər. Oduni yığıyerlər. Sora oturur, iştiyerlər pağaça qırıb yesinlər. Pağaça birdən yuvalaniyer dərəyə düşüyer. Dədə torununa diyer ki, qızımcan, get pağaça gətür. Toruni geder pağaça gətürməyə, dönüb gəliyer ki, dədə yox. Dədə gizləniyer. Qız arıyer, bulamiyer, baxiyer ki, bir ağacda dədənin çoxasi asılıdur. Sora səsliyer ki, dədə-dədə, nərdəsin? Dədə-dədə, yox oldun da, çoxami oldun, çoxa oldun da yoxmi oldun, yox oldun...

 

10. Məxsud   padişah

 

Biri var oliyer biri yox oliyer, bir Məxsüd padişah oliyer. Bir gün Məxsüd padişah rüvədə göriyer ki, "ya Məxsüd padişah, sənə bir bəla gələcax, gənc vaxtındami gəlsin, yoxsa ixtiyar vaxtında". Məxsüd padişah oturub fikirləşiryer, səlavət çəvüriyer, gena yatıb yuxliyer. O rüvə genə rüvəsinə qırişiyer diyer: "Ya Məxsüd padişah, sənə bir bəla gələcax, gənc vaxtındami gəlsin, yoxsa ixtiyar vaxtında".

Məxsüd padişah oyaniyer qarısına rüvəsini söyliyer. Qarısi diyer:

- bəla gəlürsə gəlsin, gənc vaxtında gəlsin.

Məxsüd padişah o rüvəy genə göriyer - "Ya Məxsüd padişah, sənə bir bəla gələcax, gənc vaxtında gəlsin, yoxsa ixtiyar vaxtında?". Məxsüd padişah cavab veriyer - " bəla gəlürsə gəlsin, gənc vaxtında gəlsin".

Sabaxdan qaxiyer ki, var var, dövlət, yel vurmuş, yüzgər götürmüş, bir küçük çaylada qalmişlər.

Bunlar diyerlər ki, oki belə oldi, şimdi qaxax da biz kövdən başxa kövə köçüb gedax. Bunlar qaxiyerlər baxşa kövə köçüb gediyerlər, o kövdə Məxsüdi naxırçı seçiyerlər, naxırçı qoyyerlər.

Bir gün Məxsüd mal otaranda gecənin birində dangur-dungur birdə bəzirgənlər gəldi çıxdi. O kövə dəvə, qutni-qumaş satiyerlər.

Bu bəzirgənlər kövdə soruşiyerlər ki, bizim üstümüz kirləndi, yaxiyan varmi. Kövün camahati ögrədiyerlər ki, fələn naxırçının qarısina yaxadın, fuxaradurlar. Verdilər yaxamaya, yaxadi, qatladi, elə qatladi ki, indi açamiyerlər. Bəzirgənlər qatli üstibaşi geri gətürdilər ki, buni da ver, qapının kırıçasından aliyer açiyer veriyer. Bu bəzirgənlər diyerlər ki, belə çobana belə qari nəyinə lazım, buni alax da qaçurax. Bu bəzirgənlər aliyer  qaçuriyerlər. Məxsüd əvə gəlsə ki, qari əvdə yox, çoçuqlar yatiyerlər, dad fəryad ediyer. Məxsüd iki çoçuğini aler də başxa kövə gediyer. Yolda getmədə baxsa ki  bir köpri var, şimdi çocuxların ikisini alsın köçürsün, göçürəmiyer, birini aliyer o bur keçəya qoyub gəlir, sora gəliyer ki, bu keçədəki cocuği alsın. Çocuği aliyer köpriyə ki, yari geçiyer, baxsa ki, ö bür çocuği qurt qapmiş gediyer, ona hay küy etmədə arxasındakı çocux çaya düşiyer.

O çocuği qurdun ağzından bir çoban aliyer, o bür çocuği çay alıb axıdiyer degirmanın ğoluğuna gəlib gapaniyer, buni degirmançi ­ri­yer aliyer. Bu degirmançiynən çoban iki oğuli on iki yaşına böyüdiyerlər.

Bu Məxsüd çoban gediyer bir kövə çıxiyer. O kövün camahati Məx­sudi götüriyerlər. Diyerlər ki, bu gecə dövlət quşi qoyrulacaq şah se­çi­lacax, Məxsüd gediyerdə dibin birində oturiyer. Dövlət quşini buraxiyerlər. Bu dövlət quşi tolaniyer-tolaniyer, gəliyer genə öz yuvasına qoniyer. İkinci dəfə ki, qoyeriyerlər, bu dövlət quşi tolaniyer-tolaniyer gəliyer Məxsüdün başına qoniyer. Bu kimdür, nerdən gətürdü, deyu, büni qapiya atiyerlər. Bu Məxsüd gediyer dibin bir köşəsində oturiyer, ağliyer sızliyer.

Dövlət quşini üçüncü dəfə ki qoyeriyerlər, bu quş qapının arasından keçiyer gedib Məxsüdün başına qoniyer.

Ağsaxallar diyerlər ki, bunda bir kərmət var ki, bu quş o adamın başına qoniyer, gedin oni alın gətürün. Gediyerlər Məxsüdi gətüriyerlər diyerlər ki, indidən oyani padişah bu adam olacax.

Məxsüd padişah diyer bənə iki vəzir lazım ki, bəni, bir bu sarayi qorusun, ama ikisi bir almanın kesuği olsun.

Bu padişahın adamlari diyer ki, bir çobanda, bir dəgimançidə iki oğul var, ikisi elə bil ki, bir almanın kesuği, gediyerlər yolub qoparıb alıb gətüriyerlər. Padişah bunlari yaxşicamasına yedüriyer, içirüyer, ey ipək libaslardan geydüriyer, silahlanduriyer , diyer: şimdi bu sarayi qoriyacaxsız.

Padişah bu iki vəziri o qədər seviyer ki, özünən yüduriyer, içüriyer, sora hərəsi öz işinə.

Bir gün xoroz ötümündən dangur-dungur bir bəzirgənlər gəldi çıxdı. Bu bəzirgənlər padişahın hüzüruna giriyerlər yeddi yerdə təmənnə, səkkizinci əl bağlayıb diyer:

- Padişah sağ olsun, bizə iki vəzir lazım ki, qutni-qumaşi, bir çadıri qorusun.

Padişah özünün iki vəzirini yolliyer.

Bəzirgənlər çıxıb gediyerlər qutni-qumaş satmaya. Axşam oliyer, bu vəziri yuxi çəkiyer.

Vəzirin biri diyer ki, ola, heçmi hekiya bilməzsin, söylə bir az.

O bür vəzir diyer ki, ola, hekiya bilməm, bir oni bülürüm ki, bənim anam-babam varidi, anami qaçurdilər, babam da biz iki qardaş alıb kövdən getdi, getmədi bir köpriya rast gəldux, babam bəni alıb öbür geçaya göçürdi, getdi ki, öbür qardaşımi göçürsün, bəni qurt qaçurdi. Babam hay küy etmədə, öbür qardaşım da çaya düşdi.

Bəni bir çoban qurdun ağzından aldi, sora çoban bəni on iki yaşınacan böyütdi, sora padişahın adamlari gəlib bəni çobanın əlindən zorinən alıb bu saraya götürdilər.

Birinci vəzir söylədi ki, ola, biz xoş qardaşlar dəgülux?! - Deyu fizzahlananda, bir çadırdan anaları fizzahlanıb diyer:

- Oğullarım, sizin anaz bənim, ancax bən.

Bunlari analari aliyer birin sol tərəifnə, birini sağ tərəfinə yaturiyer.

Bir zamandan sonra bəzirgənlər gəliyer. Baxiyerlər ki, iki vəzir qarının yanında yatiyerlər.

Bəzirgənlər tez padişayın hüzuruna qaçiyerlər, yeddi yerdə təmənnə, səkkizinci əl bağliyer diyer:

- Padişayım sağ olsun, sənin vəzirlərin bizim qaırının yanında yatmişlər.

Padişah əmür ediyer ki, o iki vəziri büriya gətürün.

Padişah cəllad-cəllad deyib cəlladi çağıriyer diyer ki, bunların başıni bədənindən ayır.

Padişah fikirləşiyer diyer ki, soruşem baxem səbəpdən, səbəbə.

Məxsüd padişah iki vəzirin suval cavab ediyer, etduxdan sora diyer: gedin qariy gətürün.

Qariy götüriyerlər. Məxsud padişah qariy suval cavab edəndə qari açıliyer qara bəxtindən xəbər veriyer:

- Bu kafir bəzirgənlər bəni yeddi yildur gəzdüriyerlər, bəndə bunlara rəm olmiyerim. Bənim qocam padişah idi, sora elə oldi ki, varımızi dövlətimizi  yel vurdi yuzgar götürdi, sora biz o ölkədən getdux da, gəlib bir kövə çıxduq, o kövdə qocami çoban qoydilər. Bir gün   mal yitmişdi, qocam oni aramaya getmişdi. bəzirgənlər üst başlarıni gətürdilər ki, yaxam. Bən yaxadım, ütülədim, qatladım verdim. Sora bünlar üstibaşın qatıni açamamişdilər gətürdilər ki, da ver, bən açıb verdim. Sora bunlar bəni qaçurdilər, bənim iki oğlum varidi onlari buldum.

Məxsüd padişah şaşdi içində diyer:

- Gördün sən işi, bu iki vəzir bənim oğullarımdur, bu qari bənim qarımdur.

Padişah əmür veriyer ki, bu bezirgənlərin qutni - qumaşdarıni faxır-fuxaraya paylayın, dəvələri tövləyə bağlansın, bəzirgənlər cəlladın əlinə verilsin.

 

11. İLANİNƏN  ANA

 

Bir qarının heç çocuği olmiyer. Bü qari gediyer də baxıçıya özüni baxturiyer. Baxıcı diyer ki, sənin çocuğun olacax, amma o çocux süddən boğulacax.

Doqquz aydan sonra qarının çocuğu oliyer. Qari hər gün pəncərənin  ögünə stakanan süd qoyyer, axşamdan qoyyer, sabaxdan baxiyer ki, stakanın içi boşalmiş. İki gün qoyyer, iki gündə stakanın içi baxsa ki, boşaliyer.

Bu qari diyer ki, bu günki yuxumi haram edəgəm baxacam ki, bu stakanın içində süd neçə  oliyer?

Gecə yari baxsa ki, yanına bir yilan gəldi uzandi ki, südi içsin, bu qari vuriyer də quyruğuni kəsiyer.

Sora o quyruq gəliyer də körpay boğiyer. Qari şiddətləniyer. Yilan diyer ki, səndə ki, bala acısi var, ya bəndə  də quyruğ acısi var.

 

12. KƏL  OĞLAN

 

Biri var oliyer, biri yox oliyer, bir Kəl oğlan oliyer. Bu Kəl oğlan hər gün tayısıninən talla qoşmaya gediyerlər.

Bir güni kütənin dəmirini əvdə unidiyerlər. Tallaya getmə Kəl oğlan baxiyer ki, kütənin dəmüri yox. Tayısına diyer ki, tayi-tayi, kütənin dəmürüni unutmişux.

Tayısi diyer ki,

- Ola, Kəl oğlan - can, get kütənin dəmürüni al da gətür, eşigin ardındadur,

Kəl oğlan gediyer, gedib baxsa ki ablasi kuro gətürmiş. Kəl oğlan gediyer qapının arasından bunların söz-söhbətlərini dinliyer.

Ablasi kurosuna diyer:

- Adam can, bögün nerdə işliyacan, nerdə talla qoşacan, de bən sənə yemək, ətmək gətürem.

Kəl oğlan buni eşidiyer , kütənin dəmürini aliyer tallaya gediyer , tayısına bişe demiyer.

Ablasi qocasıninın Kəl oğlana küfli ətməkləri sarıb bağliyer, kurosuna bişilər büşüriyer gediyer. Getsə ki, qocasıninan Kəl oğlan onda. Bişiləri Kəl oğlan gediyer iki boxçayda ablasının əlindən, “nəsilsin, abla” deyu əlindən aliyer , bunlar yeməyə başliyerlər, yemədə Kəl oğlan ablasına diyer ki, ola gəlsənə, bir əl vursana.

Ablasi diyer ki, yox, ükəm, bən əvə gedəm, sizlər yeyin, bən əvdə yiyarım.

Sabağısı gün bu Kəl oğlan kütənin dəmürüni acığa unidiyer ki, genə baxsın ki, bunlar söyliyacaxlar.

Kəl oğlan tayısına diyer:

- Tayi-tayi, kütənin dəmürünin gönə unutmişux. Dayısi diyer:

- Ola, Kəl oğlan can, canıma yetürdün, hər gün-hər gün dəmür yox diyersin, get dəmüri al da gətür.

Kəl oğlan tayısına diyer:

- Tayi-tay tur-tur sorasıni tuyarsan, - dep yitiyer gediyer. Kəl oğlan gəlsə ablasının kurosi genə əvdə. Bu Kəl oğlan turiyerdə qapının arasında dinliyer.

Ablasi diyer:

- Adam can, bögün nerdə işliyacan, nerdə talla qoşacan, sənə dünən ətmək gətürəmədim.

Adam diyer:

- Nerdə başi bayaz öküz görsən, oriya gəl.

Kəl oğlan bu sözləri eşidiyer , kütənin dəmürini aliyer yitiyer gediyer. Kəl oğlan tallaya gəliyer, tayısına diyer ki, tayi-tayi saruği ver. Bu Kəl oğlan saruği aliyer öküzün başına sariyer.

Bir əvlə çaği baxsa ki, ablasi iki boxçay almiş sallana-sallana bayaz baş öküzə tərəf gəliyer, qari gəlsə ki, olə-olə, qocasıninən  Kəl oğlan. Kəl oğlan ablasına tərəf qaçiyer diyer:

- O-o-o, abla canım, ulaşdur ki, acımdan bağursaxlarım bişdi. Deep  ablasının əlindən boxça ətməgi aliyer yiyerlər.

Sabağısi gün Kəl oğlan kütənin dəmürüni genə acığa unidiyer, tayısına diyer:

- Tayi-tayi, kütənin dəmürüni genə unutmişim.

Tayısı döniyer diyer:

- Yegənim can, yetürdün canıma, qaç al da gətür.

Bu Kəl oğlan gəlsə ki, ablasi genə kurosuninən, o adam genə gəlmişKəl oğlan turiyerdə bunların sözüni dinliyer.

Ablasi diyer:

- Adam-can, dünənə sənin yanan gələmədim , bögün nerdə işliyacaxsan.

Adam diyer: - Nerdə ceyran öküz görürsən, oriya gəl.

Kəl oğlan dəmüri aliyer , qaçiyer gediyer. Gediyer tayısına diyer ki, tayi-tayi, saruği ver.

Bu kəl oğlan saruği aliyer öküzün belindən sariyer.

Bir əvlə vaxtidür, baxsa ki ablasi sallana-sallana gəliyer, boxçani almiş ceyran öküzə tərəf gəliyer. Qari baxsa ki, ola-ola qocasıninən, Kəl oğlan.

Bu oğlan başliyer taş yığa-yığa o adamın üstünə tərəf qaça-qaça gediyer. Oyandan adam baxiyer ki, bu taş yığa-yığa üstümə gəliyer , adam qaçiyer.

Oturiyerlər tayıli yegənli əvlülük yiyerlər, yemədə Kəl oğlan tayısına diyer:

- Tayi, bögün şimdi bən sənə bütün əlamətləri söyliyacam, göstərəcam. tayi, bən söyliyem sən eşit.

Bögün gedax əvə, ablaya bir ətmək büşürtürax, sora diyax ki, bögün biz tallay qurtardux, şəhərə gedəcayux. Deyip əvdən çıxax.

Tayısi diyer:

- Sora,sora-sora ola.

Kəl oğlan diyer: - Sorasıni sora görürsün.

Bunlar bir ətmək büşürtüriyerlər çıxıb yani şəhərə gediyerlər. Yolda Kəl oğlan diyer ki,

- Şimdi peşimə gəl.

Əvə gəlib baxsalar ki, olə, bir adam oturmiş, qaridə qarşısında oyniyer. Bunlar biri pəncərədən, o biri qapidən giriyerlər ikisini qapiyerlər, toğram-toğram toğriyerlər, bir xənərə tolduriyerlər götürüb bir dövrəya atiyerlər.

Getmədə Kəl oğlan tayısına diyer:

- Gördün, tayi, bən bu ələmətləri hər gün göriyerdim, - dep əl ələ veriyerlər yitib ediyerlər.

 

 

13. PİSİGİNƏN   SİÇAN

 

Biri var oliyer, biri yox oliyer. Bir pisiginən, bir siçan oliyer. Pisik bir siçani qorliyer. Pisik baxiyer ki, siçan oturiyer. Siçan baxiyer ki, pisik qorliyer. Pisik qorliyer ki, siçan çıxsın. Siçan bekliyer ki, pisik getsin.

Bu oni qorliyer, o buni bekliyer.

Pisigin çanına degiyer diyer: - Ola, siçan qardaş, ondan çıx bir boyun görem.

Siçan diyer:

- Bənim boyumi bən görəmiyerim , sən nerdən görəcan bəndən küçük canli yoxdur.

- Çıx bir ayaxların görem.

- Bənim ayaxlarımi bən görəmiyerim , sən nerdən görəcan?

Diyer ki ola, işə düşdux, ola siçan, haşdo dəşükdən çıx, öbür dəşügə gir, sənə bin altun verem.

Siçan diyer:

- Ola, siçan altuna nedəcax, o altuna götür zərgərlərə ver.

Pisik baxiyer ki, buninən tutmiyacax da, tutiyer siçanlar padşahına diyer bir namə yaziyer. Yaziyer ki, padişah sağ olsun, bən haca gedəcəm da   pisik xalqi siz siçan xalqına çox ziyan verduxda, gəlin halal aşax.

Padişah bu naməy oxuyan daqqadan işə başla.

Padişay oxiyer, vəzirlərinə əmür ediyer ki, bütün siçan xalqıni yığın onlara bir müracayatım var. Vəzirlər bütün siçan xalqıni yığıyerlər. Siçanlar padişahi diyer:

- Ey siçan xalqi, bizim pisik qardaş haca gedəcax da, o bir nama yazmiş ki, gəlin halallaşax ki, hacım qabul olmaz.

Pisik iki dəşük arasına oturiyer, iki yanında qazan qoyyer.

Siçanlara  əmür ediyer ki, gedin pisiginən halallaşın.

Bu pisik sağdan gələn siçanlari sağ tərəfindəki qazana qoyyer, sol dəşükdən çıxan siçanlari sol tərəfindəki qazana qoyyer, de şimdi aliyer qapağıni örtiyer.

Bu pisiginən qarşiləşən siçan baxiyer ki, olə, siçan xalqının köki kəsiləcək, siçan diyer: - Ey siçan xalqi, ey siçanlar padişahi, gözdəki pisik haca gedərmi? Sizə xalq diyanın, səni padişah seçənın gözi çıxsın.

 

14. ÜÇ  USTA

 

Padişah əv yapdurmax iştiyer, elə əv yapdurmax iştiyer ki, ölkədə bir tənə olsun. Bu padişah usta ariyer.

Ustanın biri gəliyer diyer ki, bən yaparım, bir şərtinən ki, qızını versə. Elə əv yaparım ki, ölkədə bir tənə olsun. Bu usta gediyer genə bir usta arxataşıni aliyer gəliyer. Əvin yarısıni yapandan sora padişahın qızına usta diyer:

- Bən səni səviyerim, bənə köçərmisin? Bən sənə elə əv yaparım ki, ölkədə bir tənə olsun.

Qız buna razilux veriyer: - Köçərim.

Sora ikinci usta qızi səmtli yerdə tutuyer diyer:

- Bən səni seviyerim, mənə köçərmisin, bən bizə elə əv yaparım ki, ölkədə bir tənə olsun.

Qız buna razilux veriyer:

- Köçərim, ama heç kimsə tuymasın, bir sən bil, bir bən.

Şimdi üçünci usta qızi səmtləşdüriyer diyer:

- Bən səni aşıx olmişim, bənə köçərmisin, bən sizə elə əv yaparım ki, ölkədə bir tənə olsun.

Qız bu ustaya da söz veriyer ki, köçərim, ama bir sən bil bir bən.

Bu üç usta da səvgiya düşüb biri-birindən ey işləməyə girişiyerlər. Əv üç günə qurtaracaysa bir günə qurtariyerlər.

Böyük usta padişahın hüzüruna gəlib dil açıb söz söyliyer dərdini antiyer.

- Padişahım sağ olsun, bən sizin qızıza sövdələnmişim, qızız da razilux vermiş ki, əvi yap qurtar, köçərim, şimdi bu əv yapılıb qurtardi.

Padişah diyer ki:

- Yaxşi, sabax gəl, cavabıni söylərim.

İkinci usta padişahın hüzuruna gəliyer dil açıb dərdni padişaha anlatiyer.

- Padişahım sağ olsun, bən sizin qıza aşik olmişim, qızız da buna razidir, dedi ki, əvi yap qurtar, köçərim, şimdi bu əv yapılıb qurtardi.

Padişah diyer:

- Yaxşi, sabax gəl, cavabıni söylərim.

Şimdi üçünci usta padişahın hüzuruna gəliyer dil açıb dərdini padişaha anlatiyer.

- Padişahım sağ olsun, bən sizin qıza vurulmişim, qız da buna razidür, dedi ki, əvi yap qurtar köçərim.

Padişah diyer:

- Yaxşi, get sabax gəl, cavabıni söylərim.

Günün sabağısi gün bir üs ustada birdən içəri girdilər. Diyerlər ki, padişahımız sağ olsun, gəldux.

Padişah diyer ki, elçilər, bir turun qızi çağırem, baxem bu demaxdur, üçüzədə söz vermiş.

Padişah qızıni çağıriyer diyer:

- Qızım, bu üç ustaya da ki, söz vermişin, bu demaxdur, bu hak-hesabdur.

Qız döniyer diyer ki:

- Düzdür, baba, bən bu üç ustaya da söz verdim ki, əvi yapın qurtarın bən sənə köçərim. Şimdi özün bülürsün şimdidən oyani.

Padişah vəzirini çağıriyer məsləhətləşiyer , başa saliyer ki vəziyyət budur.

Vəzir diyer:

- Padişahım sağ olsun, bu üç ustaya da de ki, gedib elə bişe gətürsinlər ki, sənin ölkəndə olmasın.

Padişahın vəzirin bu məsləhəti xoşuna gəliyer razi oliyer.

Bu üç usta da gediyer, gediyerlər baxsalar ki, bazarda at satıliyer.

Bu üçüncü usta baxiyer ki, elə at satıliyer ki, tağ qüdrətli. Bu usta bir ixtiyar dədəynən məsləhətləşiyer ki, bu ati alemmi, diyarsın. Dədəy diyer ki:

- Oğul, o atın qüdrətinə, gününə baxma gəl bu zayıf ati al, pişman ol­maz­san.

Bu usta da ixtiyar dədənin məsləhətindən çıxmiyer zayıf ati ali­yer.

Bu ikinci usta baxiyer ki, elə bir şey satıliyer ki, uzaği yaxın gös­­ri­yer. Bu usta buni aliyer.

Sora baş usta baxiyer ki, alma satıliyer. Baxsa ki, bir alma satıliyer üs­tündə şəklin görüniyer. Bu baş usta bir ixtiyar dedəynən məs­­hət­­şi­yer ki, almay alemmi diyarsın?

Dədəy buna məsləhət göriyer ki, o almay alma, bu zayıf, çörüşmiş almadan al, peşman olmazsın. Bu baş usta dədənin sözündən çıxmiyer o çörüşmüş almadan aliyer.

Bu üç usta gəliyerlər bir yuskək təpənin başına çıxiyerlər, diyerlər ki, bir baxak ki, bizim ölkədə var, yox. Baxiyerlər ki, hərkeş qara geymiş, diyerlər ki, ya padişah xastalanmişdur, ya da ki, qızi.

Bunlar aliyerlər alduxlarıni da biniyerlər ata da gediyerlər. Getsələr ki, padişahın qızı xasta. Padişaha xəbər yetiyer  ki, ustaların gəldilər.

Padişah diyer ki, buyursunlar, içəri buyursunlar.

Bunlar içəri giriyerlər. Bu baş usta almay aliyer qıza veriyer. Qız almay yier, haman da eylaniyer.

Bu ustalar diyerlər ki, padişahımız sağ olsun, bizlər gəldüx.

Padişah diyer ki, sən gətürdün, üçünci usta diyer ki, bən at gətürdüm. İkinci ustaya diyer ki, sən gətürdün, bu usta diyer ki, bən uzaği yaxın göstərəni götürdüm. Padişah baş ustaya diyer ki, sən gətürdün, bu baş usta diyer ki, bən alma gətürdüm.

Padişah diyer ki, şimdi qızi hangi birizə verax.

Orta usta diyer ki, bənim uzaği yaxın göstərənim olmasaydi biz biləmiyacaydux ki, bizim ölkədə oliyermiş, axırki  usta diyer ki, bənim atım olmasaydi vaxtında gəlib çatamiyacaxdux. Baş usta sükut turiyer, çünki onun almasi yeyildi.

Padişah fikirləşiyer ki, şimdi qız hangısına düşiyer. Padişah vəzirini çağıriyer ki, bax hak-hesab budur.

Vəzir diyer ki, ola axırki usta, sənin atın səndəmi?

Axırki usta diyer ki, bəndə.

Vəzir ortancı ustaya diyer ki:

- Sənin alduğun səndəmi?

Ortancı usta diyer ki:

- , bəndə.

Vəzir baş ustaya diyer ki, sənin alman səndəmi?

Baş usta diyer ki:

- Yox, bən gəlür-gəlməz almami qıza verdim, yedi.

Vəzir diyer:

- Padişahım sağ olsun, qız baş ustaya düşiyer.

Padişah qızına qırx gün, qırx gecə toy ediyer, yeyirlər içiyerlər, yer altına keçirlər.

 

15. AĞSAXALLAR

 

Bir gün vəzir fikirləşiyer ki, bəndən bilikli adam olmaz. Bu vəzir padişaha məsləhət ediyer ki, ölkədə ki ixtiyar var, həppisini vurdursun.

Padişah da tutiyer ölkədə nəki ağsaxallar var, bütününün başıni vurduriyer.

Bir cavan oğlan babasıni çox seviyer , babasıni tutiyer zanduğa gizliyer. Bu oğlan hər gün padişahın bağından işə gediyer. Bir gün işə gedəndə buni padişahın adamlari tutiyerlər. Diyerlər ki, sən bilmiyersin ki, bu bağdan gezmax olmaz.

Oğlan döniyer diyer:

- Bən on yildür bağdan işə gediyerim, bənə kimsə deməmiş ki, niya bundan geziyersin. Sabax gedərim, axşam gəlürüm, bir şeyi  əl vurmam.

Padişahın adamlari oğlani aliyerlər padişahın yanına gətüriyerlər.

- Padişahım sağ olsun, bu oğlan on yildür ki, işə sizin bağdan geziyermiş, kimsə təgib tolaşmiyermiş.

Padişah hirsləniyer diyer:

- Niya, nəsil yani on yildür geziyermiş , bir dəfə də heç kimsə deməmiş ki, kimsin, nəsin, nerə gediyen?

Padişah oğlana diyer, niya geziyermişin? Padişah fikirləşiyer diyer:

- Eləysə, bən sənə iki suval verəcam, buldisən, yaşiyacan, bulamadisən başın bədənindən ayıracam.

Oğlan diyer ki:

- Padişahım buyursun, qulağım sizdə, suvalızi eşidiyerim.

Padişah suval veriyer diyer:

- Bən sənə üç ağac verəcim, üçi bir xıl. Sən bənə göstərəcaxsın ki, ağacın nerəsi dibki hissəsi, neresi ortaki hissəsi, neresi axırki hissəsi.

Oğlan diyerkipadişahım sağ olsun, bənə bir gün möhlət ver.

Padişah razi oliyer diyer:

- Yaxşi, sənə bir gün möhlət.

Oğlan əvinə gəliyer, babasıni zanduxdan çıxardiyer, azşamlux yemədə baba baxiyer ki, oğlunun keyfi saz dəgül.

Babasi oğluna diyer ki:

- Niyə belə fənə fikirlisin, oğlum?

Oğlan başına geçduxların həppisini babasına söyliyer. Babasi bir güliyer diyer:

- Keyfin bozma oğul, ətməgin ye.

Axşamlux ki, yiyerlər, babasi oğluna başa saliyer.  

Oğlan sabağinən padişahın hüzuruna gediyer də diyer:

- Padişhım sağ olsun cavabım hazır.

Padişah diyer:

- Aha, sənə ağaclar, cavab ver baxem.

Oğlan diyer:

 - Padişahım sağ olsun, şimdi əmür edin bu ağacları yıxsınlar, faytona qoysunlar, bizdə gedax suvalıza orda cavab verürüm.

Bunlar qaxiyerlər gediyerlər bir dəryanın kənarına, oğlan diyer:

- Padişahım sağ olsun, əmür edin o ağaclari dəryaya atsınlar.

Padişahım sağ olsun, o batan hissəsini görəyenmi, orasi dibki hissəsidür, o ortada turan orta hissəsidür, o ən üstə turan, orasi axırki hissəsidür.

Padişah diyer:

- Buldun, sənə genə bir ikinci suval: sənə üç at buraxacam, üçi bir qıbalda, sən göstərəcan ki, onda hangısi balasidur, cavandur, hangısi ixtiyaridur.

Oğlan diyer:

- Padişahım sağ olsun, bənə bir gün möhlət ver.

Padişah razi oliyer.

Bu oğlan qaxiyer əvinə gəliyer. Axşamlux yemədə genə baxiyer ki, oğlunun kefi genə yoxdur isə fikirlidur.

Babasi diyer:

- Genə fikirlisin, oğul.

Oğlan genə başına gələn işləri babasına söyliyer, babasi diyer ki, heç keyfin bozma oğul. Babasi oğluna suvala nasıl cavab veracağını başa saliyer.

Sabaxdan oğlan qaxiyer genə padişahın hüzüruna gediyer.

Diyer: padişahım sal oğsun, suvalan cavab vermaya hazırım.

Padişah diyer:

- Aha, sən atları göstər, baxem.

Oğlan diyer:

- Padişahım sağ olsun, o ayaği ayağına ilişəni göriyersin, hama o ­çü­gidür, balasidur, padişahım sağ olsun, o başi yoxarda gələni göri­yer­sin, ha­ma o cəhilidür, padişahım sağ olsun, o arxada gələn ati göriyersin, ha­ma qocasidür, ixtiyari.

Padişah diyer:

- Buldun, sənə genə bir suval, cavab versən yaşiyacan, yoxsə yox. Bu suvalla cavabi nasıl buldun?

Oğlan diyer: - Padişahım sağ olsun, dedisəm, öldirmiyacan, incitmiyacan.

Padişah diyer:

- Yox, de baxem.

Oğlan diyer:

- Padişahım sağ olsun, əmür edin faytoni götürsünlər. Faytoni götü­ri­yer­lər, oğlan biniyer faytonada, gediyer babasıni aliyer gəliyer.

Oğlan diyer:

- Padişahım sağ olsun, bütün bu suvallara cavab verən bu bənim ağsaxxal babam idi

Padişah diyer:

 - Tez vəziri buriya götürün. Vəziri gətüriyerlər.

Padişah diyer:

- Vəzir, sənin fikrin nəyidi.

Vəzir cavab veriyer diyer:

- Padişahım sağ olsunbən elə fikirləşmişdim ki, sənin ölkəndə ən bilikli, ən axılli bənim, bəndən başxa olamaz.

Padişah vəzirin sözüni yaridə kesiryer diyer:

- Allah bizləri babasız, ağsaxalsız qoymasın.

Padişah hirsləniyer diyer:

- Cəllad, vəzirin başıni bədənindən ayırın.

Oğlanın babasıni özünə vəzir qoyyer.

Padişah oğlani , oğlanın babasıni qucaliyer genə bir diyer:

- Allah bizi ağsaxalsız qoymasın.

Yiyerlər içiyerlər, yer altına keçiyerlər.

 

 

16. Xorozinən   pitik

 

Bir ağanın bir xorozi, bir pitiki (köpək) oliyer. Bu ağa bunlara baxmiyer, bunlar həp ac qaliyerlər.

Xorozinən pitik narazi oliyerlər. Bunlar öz fikirlərini bir birindən gizliyerlər. Bunlar diyerlər ki, bu sahabımız ki, bizə sahablux etmiyer, sahabsız qalmadan ölmax yaxşidür.

Bir gün xoroz açıliyer pitikə dərdini, fikrini anlatiyer.

Xoroz diyer:

- Ola, pitik.

Pitik diyer:

- Ey, ?

- Gəl biz bundan çıxax da gedax?

- Nerə gedax, ola?

- Ba ağa ki, bizə baxmiyer, sahaplux ki, etmiyer, sahapsız qalmadan ölmax yaxşüdür.

- ola xoroz, bən o fikirdəydim deməyə qıyışamiyerdim.

- Bən sənə deməyə qıyışamiyerdim.

- Ola, xoroz.

- diyen ola?

- Aha gedax, nerə gedax, biz edax?

- Ola, sən kimsəy görürsən çəngürürsün, vaxti gəlür bən ötərim, axıri bir kimsə ras gəlür bizə sahaplux edər, sora allah kərimizdür.

Bunlar bu uzun söz-söhbətdən sora ağanın əvindən qaçiyerlər gediyerlər.

Axşamacan yol gediyerlər. Axşam namazi yaxınlaşiyer, xoroz uzaxdan bir bozux əv göriyer.

- Ola, pitik, axşam namazi çökiyer, uzaxda bir bozux əv var, gəl oriya gedax.

- gedax, - deyu pitik dərindən of çəkiyer, məgər pitik yorulmuş, bu sözi bir gündür ki, bekliyermiş.

Bunlar əvə tərəf gediyerlər, yolda pitik çox yoruliyer deyir:

- Ola, xoroz, noolursun gəl abunda bir az rahatlanax, elə fənə yoruldum ki.

Xoroz diyer:

- Aha, ola, aha, azbişey qaldi.

Bunlar əvə gəlib çıxiyerlər.

Xoroz diyer:

- Ola, pitik, bən çıxem bacanın üstünə , sən aşşağidə yat. Bən yerdə sənninən olsam, işdür, tülki, qurt şeytan işidür, alur qapar, yitər gedər.

Bunlar yeni yuxiya getmişdilər, bir tilki uzaxdan xoroz qoxusuni tuydi , qoxiya yoxari gəldi. Baxsa ki, ola, gerçəkdən bacanın üstündə xoroz, oyani baxiyer, biyani baxiyer, baxsa ki, bacaya çıxmaya yer yox.

Pitik nəsil ki, yatmiş, elə qalmiş.

Tilki diyer:

- Ey xoroz  qardaş, xorozlar xorozi.

Xoroz nəsil siçriyersə bacadan düşəcax oliyer diyer:

- diyersin, ola, tilki, tilkilər tilkisi?

- Ola, xoroz qardaş, onda sən arasın?

- Bənim nəslim-cinsim bunda yaşamişdür , gəldim ki, babamın yurduni yenidən şenlədem.

Tilki diyer:

- Yaxşi əvləd babasınin tütününi tütdürür, xoroz, kimsən varmi?

- Yox, tilki qardaş, heç kimsəm yoxdur.

Tilki diyer:

- Ey xoroz qardaş, xorozların piri, düş aşşaği, bəndə çox ey ustayım, gəl baban tütününi ikimiz tütdürax, yenidən şenlədax.

Xoroz diyer:

- Yaxşi, tilki qardaş. Ola, tilki, əbilə gəl altıma tur ki, əmədəni atulurum da, yıxılıb qol-qanadımı qıraram, sora babamın tütününi kim tütdürür?

Xoroz tilkiy sağa yolliyer, sola yolliyer, xorozun dərdi pitiki oyartmax.

Tilki oyan-buyan furlanmada, pitikin ayağına nasıl basdisə, pitik siçriyerdə tilkinin quyruğundan yapuşiyer.

Tilki irali çekiyer, pitik geri çəkmədə, tilkinin quyruği qopiyer tilki ürkiyer.

Tilki ki, eyca aralaniyer diyer:

    -  Hər gələnin quyruğuni qoparsaz buray yenidən şenlədürsüz.

 


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6116 ziyaretçi (22587 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=