AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

MÜHİTLƏ ƏLAQƏLƏR

MÜHİTLƏ  ƏLAQƏLƏR

 

 

Axısqa mahalında türklər digər xalqlarla – gürcülər, acarlar, urumlar (türkcə danışan yunanlar), romeylər (yunanca danışan yunanlar), kürdlər, ruslar, molokanlar, yəhudilər, aysorlar, həmşinlərlə çiyin-çiyinə yaşamış, onlara mehriban qonşu olmuşlar. Türklərlə gürcülərin tarixi qonşuluğu bu xalqların hər ikisinin məişətinə, dilinə təsir etməyə bilməzdi (Axısqa yörəsində türk-gürcü etnoqrafik-mədəni təsirləri haqqında bax: Q. Veşapeli. Tureükaə Qruziə, Lazistan, Trapezund i Çoroxskiy kray. M., 1916; P. Uvarova. Kavkaz. Abxaziə, Adjariə, Şavşetiə, Posxovskiy uçastok. Putevıe zametki. M., 1891).

Axısqa türklərinin öz yurdlarını qonşu torpaqlar arasında necə təsəvvür etmələri, yaxın-uzaq ellərə necə yanaşmaları üzərində dayanmaq istərdik.

Dərkedilməz daxili bir hiss Axısqa türklərini doğma tarixi-mədəni çevrədə saxlamış, axısqalıların coğrafi-mədəni dünya duyumunu İstambul, Qars, Ərzurum, Ərdəhan, Bayazid, Gəncə, Boçalı, Təbriz tərəflərə səmtləndirmişdir. Türkiyənin yer adları Axısqanın şifahi söz sənətində geniş yer almışdır:

 


İstambulda tikmə daş,

Gəliyer iki kardaş,

Küçügi yarım olsa,

Böyügi qayın-kardaş.

 

İstambuldan çıx da gəl,

Puvar kimi ax da gəl,

Bən burda ah çəkəndə

Sən allahdan qorx da gəl.

 

Ay çıxar sini kimi,

Tolanur səlvi kimi,

Yar qoxusi gəliyer

İstambul güli kimi.

 

İstambul ellərində

Gezəydim çöllərində,

İlik dügmə oleydim

Yarın əllərində.

 

Ərzrumun çarşısında,

Su axar karşısında,

Boynumi buruk koydum

El-günün karşısında.


 

            Axısqa türkləri özündən razı adama «İstambul çələbisi» ( ya əfəndisi) deyərlər; «Çanakkala içində», «Konyalı» ən çox sevilən türkülərdəndir.

            Ümumiyyətlə, türk folklorunun coğrafi çevrəsi genişdir. Burada ənənəvi şərq mərkəzləriEndim Hələb yoluna…», «Sora-sora Bağdad bulunur»…), Azərbaycan, Qafqaz, Gürcüstanla bağlı motivlər mühüm yer tutur:

 


dəvə düzdə kaldi,

Yüki Təvrizdə kaldi,

Oğlani sanci tutdi,

Dərməni kızda kaldi.

 

Ay çıxar ayıstandan,

Gün çıxar Gürcüstandan,

Gövlüm bir qarpuz iştər

Yüz bin iki bostandan.        

 

Paravozun tüstüsi,

Almarım bən pis kızi,

Alurum gürci kızi

Yanaxlari kırmızi.


 

Coğrafi yurd, vətən mənzərəsi tarixi anlayışdırəlaqələr, münasibətlər, mühit genişləndikcə, bu mənzərə dəyişilir. bu, təbii prosesdir. Lakin Axısqa türklərinin taleyinə düşmüş sürgün faciəsi tarixi, təbii, ağlasığan oldu. Bu milli faciə Vətən haqqında təsəvvürləri şiddətləndirdi, dərinləşdirdi. Vətən hissi ürəklərdə daim qövr edən sönməz ağrıya çevrildi, vətənlə, onun torpağıyla, daşıyla bağlı hər bir söz, ad, rəvayət müqəddəs xatirəyə döndü.

1944- ildən bəri Axısqa türkləri dünya söz sənətinin ən faciəvi səhifələrindən birinimilli sürgün, qürbət, vətənsizlik nəğmələri yaratmışlar. Türküstanda, qüzey Qafqazda, Azərbaycanda yaşayan Axısqa türkləri bu qardaş torpaqları da vətən hesab etsələr , Ana Yurdu unutmurlar, Vətənə dönəcəklərinə inanırlar; vətən adlandırdıqları bu türk torpaqlarını ürəkdən sevirlər, lakin qəriblik hissi, yurd dərdi onların qəlbini tərk etmir, özlərini «vətəndə qərib» sayırlar:

                                              

Qəribəm bu vətəndə,

Qərib quşlar ötəndə,

Gövlüm göyərçin oldi,

Durmiyer yad vətəndə.

 

Vətəndə qərib olmaqinsan üçün böyük dərddir. Vətənsizlikxalq üçün dəhşətli faciədir. Türklər bu dərdin, faciənin bütün sınaqlarından mərdanə çıxmışlar. Bu faciə türkləri daha da birləşdirmiş, saflaşdırmış, yurda daha möhkəm bağlamışdır. Vətəndən uzaqlarda da türklər sanki Vətəni özləri ilə daşıyırlar. – Mil-Muğan düzündə Axısxa, Varxan, Adıgün, Pulate, Sivri, Smada obaları belə yaranmışdır. – Lakin hər bir türk əvvəl-axır əsl Axısqaya, əsl Adıgünə, əsl Varxana qayıdacağına bütün varlığıyla inanır.

Qürbətdə Axısqa-türk folkloruna yeni yerlərlə, qardaş xalqların taleyi ilə bağlı təzə motivlər daxil olmuşdur.

Türk elləri, ulusları arasında heç bir fərq, ayrılıq görməyən Axısqa türkləri azəri türklərinin, başqa qardaş xalqların da ağrı-acılarına şərik olmuş, dərdlərini öz dərdlərinə qatmışlar:

                                              

Arazi ayırdilər,

Kumuni savurdilər,

Bən səndən ayrılmazdım,

Cəbrnən ayırdilər.

 

Azərbaycanın son dövrdəki müsibətləri, xüsusən Yanvar faciəsi, Xocalı qırğını, Qarabağ itgiləri axısqalıların qəlbinə ağır yaralar vurmuşdur. Yanvar faciəsinin, Qarabağ dərdinin doğurduğu qüssə-kədər, qardaşlıq, birlik ideyası Cabir Xalidov, Zeynul Yektay, Fəhlül, Mehyar Əhmədoğlu, , İlim Şahzadayev, Şimşək Kaxaretli, Güləhməd Şahin, Müsəddin Seyfəddinoğlu, İlyas İdrisov kimi el şairlərinin əsərlərində əks olunub.

Dediklərimiz bir daha belə bir əbədi həqiqəti təsdiqləyir ki, vətənsiz xalq ola bilməz, doğma yurdsuz, torpaqsız xalq məhv olar. Vətən hissiheç bir iqtisadi, siyasi, demoqrafik, dini ölçülərə sığmayan, xalqı yaşadan ülvi, fövqəl, hər şeydən uca bir duyğudur.

Vətəni xalqdanAxısqanı Axısqa türklərindən, Krımı Krım tatarlarından, Göyçəni göyçəlilərdən, Borçalını borçalılardan, Qarabağı qarabağlılardan oğurlamaq olmazTanrıya, insanlığa zidd olan belə cinayətlər heç kimə səadət gətirməz

Əvvəl-axır tarix öz yoluna düşəcək, «vətəndə qərib» olan bu ellər öz ocağına dönəcək! – Koroğlu xiffəti ilə başladığımız yurd sözünü Dadaloğlu inamı ilə bitirmək istərdik:

 

Belimizdə qılıncımız kirmani,

Daşi dələr mızrağımın təmrəni

Haqqımızda dövlət vermiş fərmani,

Fərman padşahındı, dağlar bizimdür


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol