TƏBİİ ŞƏRAİT VƏ İQLİM

TƏBİİ  ŞƏRAİT    İQLİM

 

Axısqa mahalının etnoqrafik-mədəni özünəməxsusluğunu təyin edən əsas amillərdən biri təbii şərait iqlim, ekoloji mühit olmuşdur.

Axısqa-Cavaxet mahalı ulu dağlar, sıx meşələr, dərin dərələr, bərəkətli vadilər, ovalar diyarıdır. Bu qədim mahal Kiçik Qafqazın iki dağ silsiləsinəMesxet Cavaxet sıra dağlarına sığınır. Uzunluğu 150 km.-ə çatan, ən uca yüksəkliyi 2850 metr olan Mesxet ( ya Axısqa-Əcərə) dağları yuxarı Kür, Posxov, Çorox çayları hövzəsi boyunca uzanır. Cavaxet silsiləsi isə (uzunluğu 50 km, yüksəkliyi 3300 metrə qədər) qərbdə  Mesxetə, şərqdə Borçalı çökəyinə söykənir. Bu başı qarlı dağlar «yeşil meşələri», «mor mənəmşəli» yaylaları, «zarxoş puvarları», büllur buzxanaları, mamırlı qayaları ilə məşhurdur.

Axısqa dərəsi nisbətən geniş açıq sahədir. Bu dərənin ətrafları meyvə bağları meşəliklərdir. Axısqa dərəsi özü dəniz səviyyəsindən 800-1200 m. yüksəklikdə yerləşir. Eruşet, Arsian, Mesxet sıra dağlarının ətəklərinin qəhvəyi meşə torpaqlarında palıd, vələs, fısdıq ağacları bitir. Dəniz səviyyəsindən 1500 m.-dən yuxarılarda isə enliyarpaqlı ağaclar şam şam meşələri ilə əvəzlənir. Daha yüksəklikdə, 1900-2200 m.- geniş zəngin alp çəmənlikləri başlayır. Yüksək hündürlüyə baxmayaraq, burada əbədi qar buzlaqlar yoxdur, yayda qar əriyir, gur subalp alp çəmənliyi hər yanı tutur. Axısqa bölgəsinin iqlimi mülayim dəniz iqlimidir. Orta illik yağıntı 500-650 mm., yanvarın orta temperaturu mənfi 5-60-dir, bəzənsə 20-260- çatır. Axısqa dərəsində yay isti keçir, orta temperatur 20-210 olur.

Cavaxetin isə sərt kontinental iqlimi var, qış çox soyuq, yay sərindir. İlin 4-5 ayı orta temperatur müsbət 100-dən artıq, ən isti ay olan avqustda temperatur 170 olur. Qışda orta temperatur mənfi 80, bəzən 25-350- çatır. İllik orta yağıntı 550-650 mm-dir. Cavaxet ərazisi gənc vulkanik dağlardan ibarətdir, burada vulkanik fəaliyyət 15-20 min il əvvəl bitib. Buralar bəzən yeraltı təkanların 8 bala çatdığı yüksək seysmik aktivliklə seçilir. Qeyd edək ki, eyni adlı çayın üzərində yerləşən Axılkələk şəhəri 1899-cu il 19 dekabr zəlzələsindən böyük dağıntılara məruz qalıb. 1700-2000 m. yüksəklikdə yerləşən Cavaxetə ecazkar dağ çəmənləri, çayırlar, dibindən iti çaylar axan dərin dərələr, şəffaf göllər, vulkanik qayalar, zirvələrdə əriməz qar örtüyü, mavi göllər xüsusi gözəllik verir. İlin çox hissəsi torpaq qalın sıx qarla örtülür. Zirvələri 3000 m-dən çox olan bir çox dağların, xüsusən Böyük Abul (3304 m.), Samsar (3285 m.) dağlarının ətəklərinə donmuş lavadan ibarət əcaib qayalar qəribə mənzərə verir. Gürcüstanın ən iri gölləri olan Pərvanə (2074 m. yüksəklikdə, səthi 37 kv. km., maks. dərinliyi 3,3 m.), Saqam (1998 m., 5 kv. km., 2,5 m.), Xançala (1928 m., 13,7  kv. km., 1 m.), Tabaskur (1990 m., 14,2 kv. km., 40,2 m.),  Xozapin (1799 m., 26,9 kv. km., 3 m.), Madatana (2113 m., 8,9 kv. km., 1,2 m.) bir çox başqa göllər forel, xramuli, karp başqa qiymətli balıqlarla boldur.

Qafqaz təbiətinə uyğun olaraq, Axısqa mahalının iqliminin şaquli istiqamətdə, yəni yuxarı qalxdıqca dəyişməsi, sərtləşməsi həyat tərzinə təsir etmişdir. Dağ aləminin yaşayış üçün çətinliyi, iqlimin sərtliyi türklərin xarakterini müəyyənləşdirmiş, onlara əsl kəndli dəyanəti inadı, zəhmətsevərlik, yorulmazlıq, özünə inam, müstəqillik, sülhsevərlik aşılamışdır. Axısqa türklərinin təbii müdrikliyi, təmkinli qüruru, mərdliyi, ləyaqəti, müsafirsevərliyi əsil dağlı xarakterinin təməl daşlarıdır.

Təbii mühit iqlim Axısqa türklərinin təsərrüfat sistemində, məişətində, inanış tapınclarında, ictimai durumlarında da dərindən əks olunmuşdur. Bu etnoqrafik örnəklərdə coğrafi şəraitdən gələn yerli çalarlar haqqında yeri gəldikcə danışacağıq

İndi isə türklərin folklorunda ana yurdun təbii mənzərəsi, coğrafi şəraiti ilə bağlı estetik hissləri, qəriblik ağrılarını açıqlayan, sürgün acısını korşaldan, yaralı qəlbləri oxşayan təbiət motivlərini incələmək istərdik.

Təbiət həmişə türk xalq sənətinin əsas ilham mənbələrindən mövzu qaynaqlarından biri olmuşdur. Yel kimi keçdikləri intəhasız çöllər, şaman ağacları bitən sirli ormanlar, tanrılar sığınacağı ulu dağlar ən qədim dövrlərdən türklərin qəlbini sonsuz vəcd sevinclə doldurmuş, riqqətə gətirmişdir. Doğma təbiətin, məskənlərin doğurduğu bu emosional ovqat öz ifadəsini müxtəlif deyimlərdə, söyləmələrdə, nəğmələrdə, rəsmlərdə tapmışdır. Doğma peyzaj landşaftdan doğan bu emosional hisslər zaman keçdikcə estetikləşmiş, sinəsi yanğılı ozanlar, aşıqlar ana yurdun təbiətinə söz qoşmuşlar. Getdikcə ana yurdun təbiəti haqqında qəlibləşmiş təsəvvürlər ifadələr, alleqoriya məcazlar, rəmzlər formalaşmışdır: «bahar fəsli, yaz ayları», «qarşı yatan qarlı dağlar», «xarı bülbül», «bulaq başı» beləcə ruhumuza işləmişdir.

Dünyanın bir çox əbədi həqiqətlərini bizə təbiət açmışdır; ülvi duyğuların, sevgi yaşarılığın, şəfqət mərhəmətin, mərdlik ucalığın, saflıq ululuğun qaynağı simvolu ana təbiət olmuşdur. Türk oğlu daxilində qövr edən ağrıların-acıların, kədər həsrətin, nifrət qəzəbin məlhəmini təbiətdə tapmışdır.

«Fərman padşahın, dağlar bizimdir» deyən türkün ədalətsizliyə, sıxıntıya, dünyanın faniliyinə qarşı hiddət e'tirazının, Koroğlu üsyanının, ədalətin, azadlığın, bərabərliyin simvolu da təbiət olmuşdur. Ana təbiət türkün şaqraq çılğınlığının da, tüğyan edən 'nəvi-cismani qiyamının da, əbədi kədər xiffətinin ideal ifadəçisidir.

Axısqa türklərinin folklorunda ana yurdun təbiəti ilə bağlı örnəklər geniş yer almışdır. Surgün illərində doğma təbiət xüsusilə ülviləşmişdir.

B i r h a ş i y ə: - Məşhur «Adıgün» kolxozunun rəhbərlərindən olan Yusif müəllim görüşlərimizdən birində kolxoz yolları boyu əkilmiş solğun şamları göstərib dedi ki, üçüncu dəfədir basdırırıq, tutmur. Mənim «buralarda ki şam bitmir, niyə başqa ağac əkmirsiniz» sualıma dilucu «şam yaxşı ağaç­dır» deyib söhbəti dəyişdi... Sonradan öyrəndim ki, şam ağacı türklərə, sinəsi başdan-başa ulu şamlarla örtülmüş doğma dağların yadigarı kimi əzizdir. Və hər bir türk öz həyətində şam yetişdirməyə çalışır; sıcaq Mildə, Muğanda, Qaraqumda ulu dağları xatırladan «yeşil çam»...

Türklərin sürgün folklorunda doğma təbiətlə bağlı ən'ənəvi motivlər (bit­ki, heyvan, səma, su, yer...) içində ən çox işlənəni «dağ» və «dərə»dir.

Sürgün illərində dağlar yeni məzmunda mə'nalandırılmış, vətənlə bağlı çeşidli hissləri, duyğuları, istəkləri ifadə edən çoxmə'nalı anlayışa çevrilmişdir. Dağlar türklərin anlamında ululuq, gözəllik, sadiqlik, saflıq, doğmalıq, azadlıq simvoludur. Vətən deyəndə türklərin ağlına ilk növbədə çal başlı dağlar, çənli bellər, ulu zirvələr, dibsiz dərələr gəlir. Vətən həsrəti qoca dağların həsrəti kimi yaşanır. Azərbaycanın Araz dərdiAxısqa elinin dağlar dərdidir. Qürbət sıxıntısı ulu dağlardan ayrılıq sıxıntısıdır; Vətənə qovuşmaq dağlara qovuşmaqdır...

 

 


Dağlari qarladilər,

Yollari bağladilər, 

Bu yeri xalta kimi

Boynuma bağladilər.

 

Dar gündür dedim, dağlar

Hər dərdi yedim, dağlar,

Vətəndən  xəbər verin,

Bənə rəhm edin, dağlar.

 

Dağlar-dağlar, sona dağlar

Qar yağaydi sana, dağlar,

Tuteydim yar əlindən

Çıxeydim sana, dağlar.

 

Bu dağın ardi xaş-xaş,

Dili bülbülli kardaş,

Bu dağ aradan qaxsın,

Görüşax baci-kardaş.

 

Bu dağda maral gezər,

Zülfini darar gezər,

Dağ bizim, maral bizim,

Yad avcilər gezər?


 

Mesxet-Cavaxet obaları adətən dağ ətəklərində, külək, sel tutmayan çökəklərdə, çay vadilərində yerləşdiyindən, dağlarla yanaşı, dərə turklər üçün elə Vətən deməkdir. Ana yurdu bildirmək üçün türklərin çoxu adətən «bizim dərə» deyir. Dərə anlayışı şifahi söz sənətində, türkülərdə, el şairlərinin əsərlərində xüsusi məhəbbətlə vəsf olunur:

 

 


Dərtliyim, dərəliyim,

Yürəkdən paraliyim,

Ağaclar çiçək açdi,

Genə bən yaraliyim.

 

Bu dərə holuxlidür,

Holuği baluxlidür,

Neynarım elə yari,

Ayaği çaruxlidür.

 

Bu dərənin yovşani,

Yügrəg olur tavşani,

Gözəl ona diyərim,

Çalınmasın kirşani.


Türklər üçün Axısqa dərələri çökəklik demək deyil, uca Vətəndir, ümumiləşmiş anlayışdır, zirvələrə sığınan, buludları yalayan ana torpaqdır. Yovşan ətirli doğma dərələr türklər üçün dünyanın ən uca yüksəkliyidir, dağlar qoynundakı yurddur buna görə «dərədən enmək» mümkündür dərədən  enmək Vətəndən   enməkdiryurddan  uzaqlaşmaqdır

 

 


Dərədən endim düzə,

Su bağladım nərgizə,

Yeddi il xizmət etdim

Bir ala gözli qıza.

 

Dərədən endim ancax,

Başımda yeşil sancax,

qız oldum, gəlin,

Odlara yandım ancax.

 

Dərədən eniyerdim,

Çarx kimi döniyerdim,

Yar haxlıma gələndə,

Buz kimi əriyerdim.


 

Axısqa türklərinin 'nəviyyatında söz dünyasında doğma təbiətin ətrini, ruhunu yaşadan başqa motivlər bulaq (puvar), çay, ulduzlar, ay işığı, buludlar, şam (çam), sərv, gilas (kirəz), şabalıd (kəstənə), mor-mənəmşə, qərənfil, reyhan sairədir:

 

 


Puvar, zarxoş axarsın,

Mor-mənəmşə qoxarsın,

Bəxtülli puvar sana

Yar yüzünə baxarsın.

 

Aya bax, yıldıza bax,

Suya gedən kıza bax,

Kız, allahı səvərsin,

Çəvür yüzün biza bax.

 

Qərəfil qoxi neynar,

Taxtalar muxi neynar,

Yarım gələn gecəsi

Gözlərim yuxi neynar?

 

Reyhan əkdim bitdimi,

Yara xəbər getdimi,

Eşitdim yar əvlənmiş,

Muradına yetdimi?

 

Dağ başında kəstənə,

Tökülür tənə-tənə,

Dünya doli kız olsa,

Bənə düşər bir tənə.


 

Axısqa elindəki coğrafi adlar da tarixin yadigarı kimi qiymətlidir. Bu torpaqda tarix coğrafiya sanki bir-birinə qovuşmuşdur. Etnik şüur tarixi öyrənmək üçün çox əhəmiyyətli olan bu əski coğrafi adların 'zi nümunələri bunlardır:

D a ğXoros, Persat, Abioğli, Bolacul, Fındıqli, Çekilli, Didimağa, Askilli, Qanli, Çobanköprüli, Artnal, Dersel, Əcərə, Hundun, Qoders, Boselet, Naomar, Saxan, Sosola, Sirit, Yalbuz, Yiləsatan, Alazana, Baxacax, Madatana, SamsarAbul, Qayadağ, Cebil, Saburtağ...

D ə r əDersel, Zediban, Sabiyet, Derin, Dörtdaş degirman, Dovşandərə, Sabzara, Çaxi, Uzun, Küknəlli

T ə p ə:   Böyük sırt, Naomar sırti, Sekirə sırti, Dorux tepesi, Moydoğlu, Gültəpə, Kəllətəpə, PuvarınbaşıCuvallar sırtı, Satarınbaşi...

M e ş ə: Zediban, Qusxana, Qarasu, Melislər, Qostama, Hamzula, Nakal, Qavaxli, Nadqur

B u l a q: Savuk, Zanduxli, İncə, Qara, Taxtali, Daşlı, Qumlu, Yapılı, Port, Coç, Çift, Ramazan, Bəyaz, Gügümpatladan, Süd, Çəmi, Qındıs, Toxuz gözəl, Qərincəri, Qun, Almanın suyi, Xeveşen suyi, Məmmədali, Rəşidağa, Məhrəmdədə, Hüseyndədə, Paşa, Piri, Hasan, Kupra, Quvana, Məhəmməddədə puvarları

Q a y a:    Yaruk, Qüzeyli, Qalabayri, Böyük, İsitmə, Qalacıq, Yetim, Qılınclıdaş, Qız qayası

Y a y l a: Abastuman, Sarıqaze, Saxan, Xarcam, Varxan, Qarasu, Uravel, Kikinet, Əski, Çoban, Persat, Anbarqaya, Qaxgilinyaylasi, Xorasan ətəyi, Öküz koxi, Çeçla….

Q ı ş l a:    Çillər qışlasi, Xurşudun yataği, Daşlı qışla, Quzu pəyi

T a r l a: Qaramanoğli, Zaden, Qara, Böyük, Uzun, Selasu, Tört, Axaşen, Qostama, Qırıxlar, Nariya, Cami, Varazan, Qıraçlar, Çololar, Sukuletlər, Cuvarlar, Cumatar, Meydanlar, Qəssabxana, Xerek, Pisara, Gürgənə, Dərə, Qusxal, Cuhut, Bağbanlar, Nanuzar, Acartuba, Banbanlar, Orpillər, Naxipellər tarlaları

Ç a y ı r - ç ə m ə n: Cırknal çayıri, Başaberet çayıri, Acartuba çalasi, Xəlid çayıri, Hokançala çayıri, Düz çayır, Sabadur çayıri, Uzun çayır, Sulu çayır, Quru çayır, Meşəbaşı, Cinclebiyan, Kirəzli çayıri, Dərvişin çayıri

B a ğGülbaxça (Axısqada tarixi gülbaxçalar çoxdur, Varxan Gülbaxçasından, deyilənlərə görə, Kərəm gəlib keçmişdir), Qamabaxça, Ardmulbaxça, Çəyürməbaxça, Kirəzlibaxça, Ömərəfəndibaxçasi, Qavaxlibaxça, Pantnar...

G ö l: Cazi, Dibsiz, Pərvanə, Qotur, Sabiet, Qara, Hozan, Saqam, Garaskun, Madatana, Xançala, Tuman, Hundun

Ç a y: Kür, Pərvanə, Posxov, Çorox, Axılkələk, Caksu, Oşorasu, Xeveşen, Abastuman, Xarcam, Laşe, Arzine, Koblıyan...

Ç a y   q o v ş a ğ ı:    Çatalsu,   Köprülü   çatal

Ç ə r m ü k (mineral su);  Abastuman, Sabiyet, Uravel, Xeveşen, Pulate, Axaşen, Arazinda, Küknəlli, Aqobil

B u z x a n a:   Naçikev ...

M a ğ a r a: Samser, Vardzia Axılkələk yaxınlığındakı bir və iki mərtəbəli Samser mağaraları təbiət möcüzələrindən hesab olunub (bax: İ.Sinakoyev. Samser mağaraları // SMOMPK 1892, 13-cü buraxılış, s.128-130). Axısqada, Qoqaşen yaxınlığındakı möhtəşəm Vardzia mağara-şəhərində isə 600 otaq, zal, dəhliz, anbar, kitabxana və s.varmış. Burada 20.000 adam sığınacaq tapa bilirmiş.  

Axısqa-Axılkələkdəki coğrafi adların böyük əksəriyyəti sırf türk mənşəlidir və onların çoxu ən qədim türk uluslarının adlarını, qədim türk sözlərini yaşadır. Bütün Qafqazda olduğu kimi, burada da yüzlərlə dağ, çay, göl, qaya, meşə, kənd adı qədim hunların, avarların, tubaların, sabirlərin, basillərin (barsil, bozal), bulqarların, oqur, onoqur, saraqur, utuqur, kutuqur qövmlərinin, xəzərlərin, tolosların və onlarla digər türk toplumlarının xatirələridir. Axısqa-Axılkələkdəki, cənubi Gürcüstandakı türk etnotoponimlərindən bəzi nümunələr bunlardır:

hun etnonimi: Hundun dağı və Hundun gölü (Aspindza), Xunan qalası (Tiflisə tərəf), Xona kəndi (Adıgün), Xoni kəndi (Kutaisə tərəf); basil etnonimi: qədim Basiane vilayəti (Axısqa-Çıldır bölgəsində), müasir Basileti, Bazaleti, Bozaliani kəndləri, Bozaleti gölü; abdal (ağ hun) etnonimi: Abdallı kəndləri (Borçalı); avar, avar-hun (var-hon) etnonimi: Varxan kəndləri (Adıgün və Aspindza rayonları), Abari kəndi (Ambrolauri rayonu); onoqur (qeyd edək ki, onoğuz-onoqur-onqar-unqar-hunqari etnonimlərində 10 rəqəminin işlənməsi adətən 10 oğuz qəbiləsinin birliyi kimi izah edilir, lakin N.Marrın bir müşahidəsi bunun həm də erkən təsəvvürlərlə bağlı olduğunu ehtimal etməyə əsas verir. Görkəmli alim qeyd edir ki, 1 və 10 rəqəmləri insanı və qəbiləni bildirir, çünki «vahid» və «on» münasibətlərində olan «insan» və «qəbilə» eyni bir ad daşıyır: bir halda – bütün «qəbilə» və «qəbilənin hər bir adamı», digər halda – «əl» (həm «bir», həm də barmaqların sayına görə «on») mənasında; bax: N.Ə.Marr. Voprosı əzıka v osvehenii əfetiçeskoy teorii. L..,1933, s. 468-469) etnonimi:  Onqor (Aspindza rayonu), Unaqira (Xon rayonu) kəndləri; saraqur (sarı, ağ oqur) etnonimi: Sarkine şəhəri  (xəzərlərin Don yaxınlığında da saldıqları Sarkel şəhərinin adının türk mənşəli olduğunu N.Marr təsdiq etmişdir: Çuvaşi-əfetidı na Volqe. Çeboksarı, 1926, s.67, 71; N.Marr. Əzık i obhestvo. M.-L., 1934, s.323-324), Sarı kəndi (Aspindza rayonu); tuba (tobol, tuva, tofalar) etnonimi: Toba, Qurtuban (Axısqa), Qaratuban, Qortuban (Adıgün), Tobaxçı (Axısqadan şimalda) kəndləri; kəmər (qəmər, qimir, komar, kamaritlər) etnonimi: Böyük və Kiçik Kəmərli və Qomareti (Borçalı), Qomar (Adıgün) kəndləri; macar etnonimi: Macar-sxali (Xaşur rayonu), Macar gölü, Aşağı və Yuxarı Macar kəndləri (Suxumi yaxınlı­ğında); udi (utiqur, udon, uti) etnonimi: Ude kəndi (Adıgün rayonu); kul (kol) etnonimi: tarixi Kola vilayəti (Axısqadan cənubda), Qullar (Borçalı) və Kolaki (Sıqnax yaxınlığında) kəndləri, kuyvar (xubair) etnonimi: Xubiar kəndi (Borçalı); sam (samar)  etnonimi: Samqur (Adıgün) və Samqori (Borçalı) kəndləri; Samser mağarası (Axılkələk); az (uz) etno­nimi: Azqur (Axısqa rayonu), Azman (Axılkələk), Azgüdə (Aspindza) kəndləri; sal etnonimi: Salieti və Saloğlu kəndləri (Borçalı); moxe (moqe, mukri, muqri) etnonimi: Muğanlı, Muğançı Əhməd, Muqlian (Borçalı), Muqaret (Axısqa), Moxe (Adıgün) kəndləri; tolos (tulus, teles, tules) etnonimi: Toloş kəndi (Aspindza); kuzan (quzan) etnonimi: Quzanlı (Er­mənistan); adıgün etnonimi: Adıgün rayonu; qobu (kobu) etnonimi: Kobu­leti şəhəri (Acarıstan), Kobi (Kazbek rayonu), Qobieti (Aspindza), Kobı­xevi və Kobaze (Axısqa) kəndləri; gəncək etnonimi: Qandza (Boqda­novka, Ninosminda); bələncər etnonimi: Balacur (Adıgün), Balacauri kəndləri (Tiflis); kun etnonimi: Kuna kəndi (Aspindza); anca (incə, onca, ança, onça) etnonimi: Edincə, İncqola, İncebla (Axısqa rayonu), İnca, İncədərə, İncədağ (Borçalı) kəndləri; tuğ (tuk, tok) etnonimi: Tuğ (Boqdanovka); çala etnonimi: Çala (Axısqa) və Çela (Adıgün) kəndləri; basar (bazar) etnonimi: Bazarxana (Aspindza) kəndi; çicil (çigil) etnonimi: Çigil (Adıgün) kəndi;  salar etnonimi: Salardağ (Axısqa); oral (aral) etnonimi: Oral (Axısqa) və Aral (Adıgün) kəndləri; ovat (abat) etnonimi: Abatxevi (Axısqa) kəndi; kergil (qurqul) etnonimi: Qorqul (Adıgün) kəndi; balta (boltalı) etnonimi: Balta (Laqodex və Znaur) kəndləri; xançal etnonimi: Xançala kəndi (Boqdanovka) və Xançala gölü (Axılkələk); xasbəy etnonimi: Xasbəy (Boqdanovka) kəndi; orucoğlu etnonimi: Orucalar (Axılkələk) kəndi;  damğa etnonimi: Damğalı (Axılkələk) kəndi; zilan və zaza etnonimi: Zilan (Axısqa), Zazançı, Zilan (indiki Ermənistanın Axılkələklə sərhəd şimal-qərbi), Zazalı (Adıgün) kəndləri; tele etnonimi: Təhlə (Borçalı) kəndi  (Cənubi-qərbi Qafqazda türk etnotoponimləri haqqında bax: D.D.Paqirev Alfa­vitnıy ukazatelğ k pətiverstnoy karte Kavkazskoqo kraə. Tiflis, 1913; Üareviç Vaxuşti. Qeoqrafiə Qruzii. Tiflis, 1904; A.M.Doğru. Yukarı Kür Boylarının Yeradları Üzerinde Bir Araştırma //  Türk Dünyası Araştırmaları. İstanbul, 1985, №39; H.Məmmədov. «Dəftəri-müfəs­sə­lati-Tiflis»də yaşayış məntəqələri // Azərbaycan filologiyası məsələləri. B., 1984; A.Önusov. Mesxetinskie turki: dvajdı deportirovannıy narod. B., 2000, s.11-40; eyni zamanda V.V.Bartold, M.F.Kırzıoğlu, L.N.Qumilyov, B.A.Budaqov, Q.A.Qeybul­layev və b. əsərləri). 

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19798 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=