AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

AVRASİYADA VƏ QAFQAZDA TÜRKLÜYÜN TARİXİNDƏN

AVRASİYADA QAFQAZDA TÜRKLÜYÜN TARİXİNDƏN

           

Minilliklər boyu Avrasiyanın hegemon toplumu olmuş türklərin kimliyi təmasda olduqları xalqları daim düşündürmüşdür. Türklər kimdir? – sualına çeşidli cavablar olsa da hər yerdə həmişə onların mərdliyi şücaəti, ərdəmliyi adilliyi təsdiqlənmişdir. Gerçəyə göz yummayanlar türklərin sahib olduqları sonsuz ərazilərə abadlıq, hökm etdikləri xalqlara əminlik, cəmiyyətə rifah, insanlara ləyaqət gətirən millət olduğunu qəbul etmişlər. Basılmaz qüdrəti, sönməz azadlıq duyğusu, alicənablığı sədaqəti ilə türklər çinliləri, ərəbləri, farsları, yunanları, slavyanları heyrətlən­dirmiş, tanrı tərəfindən seçilmiş toplum adlandırılmışlar. Dünyanın ən böyük səltənətlərini qurmuş, özündən sayca dəfələrlə çox xalqları barış ədalətdə birləşdirmiş, tarixi yaratmış türk qüdrətinin mənbəyinin türk insanının ruhunda, qəlbindəki ilahi yanğıda, saf xislətində olduğu heç kimə sirr olmamışdır. Buna görə bu güdrəti qavramaq istəyənlər türk fəlsəfəsini əxlaqını, türk mənəviyyatını təfəkkürünü, türk psixologiyasını anlamağa çalışmışlar. Ölümü şərəfsizlikdən üstün tutan, alçalmayan alçaltmayan, dünyanı hiylə qaba zorla yox, daxili gücüylə fəth edən türklərin böyüklüyü düşmənləri şaşırtmışdır. Türklər tarixdə, fəth olunanların sevinc çiçəklə qarşıladığı yeganə fateh xalq olmuşlar. Basdıqlarını kəsməmiş, kiçikləri ucaltmış, didişənləri barışdırmış, bölünmüşləri bütövləşdirmiş, dağıl­mışları dövlətə çevirmişlər.

Ancaq Avrasiya taleyində həlledici roluna baxmayaraq, türklərin etnik şüurunu, milli simasını mədəniyyətini səciyyələndirən keyfiyyətlər indiyədək yetərli öyrənilmə­yib. Ortaq mənşədən gələn türk birliyinin, türk tərəqqisinin, türk gələcəyinin təməli olan etno­psi­xoloji özgürlük haqqında bəzi ümumi mülahizələr, ötəri araş­dır­ma­lar olsa da məqsədyönlü sistemli tədqiqlər yox dərəcəsindədir. Bu­na görə türk psixolo­giyasının təfəkkürünün etnik müəyyənliyi, türk həyat tərzi mədəniyyətinin genetik kodu haqqında mövcud mülahi­­lərin, ­su­sən qeyri-türk müşahidəçilərin alimlərin fikirlərinin toplanaraq öyrənil­məsi vacib məsələlərdəndir.

Türklər Avropa Asiyanın, o cümlədən Qafqazın tarixində ən qədim çağlardan müstəsna rol oynamış, sonsuz ərazilərdə nəhəng imperiyalar qurmuş, böyük mədəniyyətə sahib olmuş, bir çox digər xalqların dövlətçilik ənənəsini yaratmışlar. Tədqiqatçıların göstərdiyi kimi, Baykal gölündən Baltik dənizinə qədərki ərazilərdə türklərin özəyini təşkil etdiyi Ural-Altay dil ailəsinə mənsub xalqların əcdadları artıq buz dövrünün sona yetməsindən sümükdən alətlər balıqçı-ovçu həyat tərzi ilə seçilən mədəniyyət yaratdılar. Əmək alətlərinin təsərrüfatın inkişafı ilə müxtəlif mərhələlərdən keçən bu mədəniyyət totemizm şamanizmlə zənginləşmiş bir çox qövmlərdən çox əvvəl tək Tanrıya, Göy Tanrısına tapınan yüksək səviyyəyə çatmışdır. Görkəmli macar türkoloqu Laslo Rasonyinin yazdığı kimi, bununla «nomadizmin yüksək dərəcəsi olan at bəsləyən atlı köçəbə ondan savaşçı çoban bozkır kültürü gəlişdi. Eyni zamanda bu kültürün bəzi əsaslı ünsürlərini İndogermanlar Sami qövmləri almaqla bərabər, ən tipik şəkli Altaylı qövmlər arasında təşəkkül etmişdir» (Laszlo Rasonyi. Tarihte türklük. Ankara, 1988, s.4).

V.V.Radlov, N.Trubetskoy, O.Mengin, N.Koppers, P.V.Şmidt, A.Toynbi, L.Qumilyov digər alimlər Ural-Altay xalqlarının, türklərin ənənəvi həyat tərzindən qaynaqlanan mənəvi xüsusiyyətlərini səciyyələndirərkən, fövqəladə dövlət qurma qabiliyyəti, görüş dairəsi genişliyi, cəsarət, oymağa bağlılıq şüuru, hökmetmə qüruru, təşkilatçılıq qabiliyyəti, digər mədəniyyətlərə tolerantlıq, xülasə, mükəmməl dövlət qurmaq üçün bütün xüsusiyyətlərə sahibliyi qeyd etmişlər. Köçəbəliyi bir çox baxımlardan ciftçilikdən üstün sayan məşhur etnoloq-tarixçi A.Toynbi irəliyi görüş, sorumluluq duyğusu, fiziki əxlaqi dayanıqlıqla seçilən «köçəbənin həyatı, heç şübhəsiz, insan məharətinin bir zəfəridir» yazır. N.Koppers atlı nomad mədəniyyətinin yaranmasını «atı ilk əhliləşdirən» prototürklər ya pretürklərlə bağlayır indogermanların bu kültürün yaradıcısı olmayıb, ancaq ilk alıcısı olduqlarını təsdiqləyir. Türk mədəniyyəti, türk dili, türk elmi tarix boyu ən öncül mövqedə olmuş, bir çox xalqların mədəniyyətinə təsir edərək dərin iz buraxmışdır.

Türk qövmlərinin Yaxın Şərq, Şərqi Avropa, Balkanlar, antik mədəniyyətlə ən azı iki-üç min illik təmaslarını təsdiq edən faktlar çoxdur. Türk-yunan əlaqələri üzrə sanballı tədqiqatlar müəllifi görkəmli türkoloq G.Moravçik qədim yunan mənbələrində Apollonun rahibi kimi verilən Abaris adının avar-abar qovmü, yəni qədim türklərlə bağlılığını, eləcə oxa minərək Altay dağlarından Yunanıstana gələn qutsal quğular oxuyan quşlar haqda əfsanənin türk şamanlığı ilə əlaqəsini, «Ripey dağları»nın Altay dağları olmasını təsdiq edir. Bu faktların ən azı 2600 il əvvəl türk-yunan əlaqələrini təsbitlədiyinə diqqəti cəlb edir.

Laufer, Nemet, Riçtofen, Noldeks, Rasonyi, Veysner kimi görkəmli alimlər iskitlərin (skiflərin) türklərə aidliyini, Turani, Ural-Altay xalqı ol­0du­ğunu təsdiqləyir. Herodotun Skifiyanın şimalında yerləşdirdiyi, qızıl ­hafizə edən qrifonların qonşuları olub qızıl təmin etməyə çalışan tək gözlü Arimasp qövmü moqollardakı eyni əfsanə äram-däk (tək gözlü) anlamı ilə əlaqələnir. Eləcə , Herodota görə iskitcə askü (yabanı albalı ­kisi) karthasis (iskit kralının qardaşı) adlarını tədqiqatçılar türk dili ilə bağlayır.

Qədim iskitləri 3 qrupa (çar iskitlər, köçəbə iskitlər, çiftçi iskitlər) bəzi xırda qəbilələrə, o cümlədən alazonlara bölən Herodotun məlu­matına əsaslanan (bax: A.A.Neyxardt. Skifskiy rasskaz Qero­dota v oteçestvennoy istorioqrafii. L., 1982) bir çox alimlər, o cüm­lədən L.Niderle bunların heç hamısının İran kökənli olmadığını təs­diqləyir. Hippokratın iskit təsvirinə əsaslanan (bu təsvir, L.Niderlenin dediyi kimi, asanlıqla müasir qırğızlara kalmıklara aid edilə bilər) bir çox tədqiqatçılar iskitləri türk-moqol qövmü hesab edir. Eləcə iskitlərdən əvvəl bu ərazilərdə yaşayan qimirlərin (Gimirrai), budinlərin (Boυδîvoı), androfaqların (Avδroφáγa) mənşəyi mübahisəlidir.

Budinlərin, gelonların, melanxlenlərin Volqa, Don, Dnepr boyu yaşadığı barədə ehtimallar olsa da, Qərbi Qafqaz ya Xəzər sahillərində yaşadıqları barədə mənbələrə əsaslanan fikirlər daha çox yayılıb (L.A.Elğniükiy. Skifskie leqendı kak kulğturno-istoriçeskiy material. // SA, 1970, № 2, s.70; A.A.Neyxardt, s.124, 135; P.D.Liberov. Problema budinov i qelonov v svete novıx arxeoloqiçeskix dannıx. // MİA, 1969, № 151, s.261; Ö.S.Qaqloyti. Alanı i voprosı gtnoqeneza osetin. Tbilisi, 1966, s.236…).

Herodotun təsvir etdiyi melanxlen, androfaq, aqafirs, savromat, alizon, tissaget qəbilələrinin etno-coğrafi mənsubluğu mübahisəli qalmaqdadır. İlk hökmdarları Tarqitaydan törəmiş skiflər, Herodotun məlumatına görə, Asiyadan massagetlər hunlar tərəfindən sıxışdırılaraq Arazı keçmiş qimirlərin ölkəsini tutmuşlar; qimirlərin skiflərdən qaçarkən dəniz boyu getdiyi, skiflər onları təqib edərkən Qafqazın sağda olduğu yolu azaraq Midiyaya girdikləri bildirilir.

İskit mədəniyyəti parlaq çağına miladdan öncə VII yüzildə Qafqazda Qara dənizin şimal bölgələrində çatır. Türk etnomədəni tipologiyasına uyğun olan iskit mədəniyyəti cənubi Qafqaz, Axısqa-Axılkələk ərazisində iz buraxmışdır. İskitləri təqib edən sarmat, massaget, hun, avar, sabir, onoqur, bulqar qövmləri, orta çağların türk soyları da eyni mədəni ənənənin daşıyıcıları olmuşlar.

Bu bir çox digər faktlar türklərin antik dövrlərdən Yaxın Şərq, Anadolu Qafqazda məskunlaşdığını zəmanələrinin üstün mədəniyyətə sahib xalqlarından olduğunu təsbitləyir. Macar tədqiqatçısı yazır: «Avropanın böyük ulusları daha ortada yöxkən Slavların tarixsiz məchul yığınları arasında, Ruslar daxil, tək bir qövm daha sivrilməmiş ikən, Türk uluslarının çox əski çağlardan etibarən has isimlərini təqib etmək mümkündür. İngilis, rus s. zəkası daha ortaya heç bir əsər vermədiyi bu millətlərin kəndilərinə gələrək şüurlarına sahib olmadıqları bir çağda, Türk əsilli Mahmud əl-Qaşqari ensiklopedi dəyəri daşıyan müəzzəm bir sözlük meydana gətirmişdir. Mahmud Qaşqari milli elmin, Türkolojinin qurucusu sayıla bilər» (L.Rasonyi, c.13-14).

Sonsuz Avrasiya çöllərinə hökm edən türk uluslarının mədəniyyə­tin­ daim əlaqədə olduqları Çin, Hind, Mesopotamiya, Yunan mədəniy­yətləri ünsürləri çulğaşmışdı. Lakin türk qövmlərini təmasda olduqları xalqlardan seçdirən əsas xüsusiyyət yüksək mənəvi dəyərlərlə, mənəvi mədəniyyət nümunələri ilə müstəsna dövlətçilik iradəsi qabiliyyəti, savaş mədəniyyəti, döyüş sənətinin birləşməsi idi. Məhz buna görə az saylı türklər özlərindən yüz dəfələrlə çox xalqlara hökm edə, intəhasız coğrafi ərazilərdə mükəmməl, nizamlı dövlət qurub idarə edə bilirdilər.

Türklərin hərb sənəti, əsgəri qüdrəti, dövlətçilik əzmi, böyük ərazi­lərə ahəng barış, tərəqqi gətirməsi, milli xarakterlərindəki ali mənəvi keyfiyyətlər, ləyaqət, mərdlik, ərdəmlik haqqında tarix boyu çinlilərdən tutmuş, farslara, ərəblərə, yunanlara, slavyanlara, gürcülərə, qərbi avro­palılara qədər bir çox xalqların nümayəndələri böyük heyranlıq pərəs­tişlə yazmışlar.

Macar alimi L.Rasonyinin türklərin mənəvi-əsgəri qüdrəti haqda təq­dim etdiyi aşağıdakı xülasəni toxunmadan veririk: «Onlarda, milli tesanüd duygusu, milli gurur ve milli gururun icabı kahramanlık çok erken gelişti. Bütün bunları Gök-Türk yazıtları çok iyi aksettirir. Bu kavimlerin olağan üstü başarılarının sırrını anlayabilmek için, çok eski veya nisbeten yeni ve bir birinden dil, coğrafi saha, zaman bakımlarından ayrı kaynakların yu­kardaki görüşü teyit eden haberlerini zikretmeden geçemeyiz.

Türk kavimlerini fatih yapan bu kahramanlık ve askerlik ruhu Hiunq-nu'lara müteallik Çin kaynaklarında da inikas eder. M.Ö. 36 da savaşta ölen Hun hükümdarı Çi-çi'nin muazzam ve kendisini imha edecek Çin hücumunu beklerken aşağıdaki hitabede bulunduğu rivayet edilir:

Boyun eğmeyeceğiz. Zira ötedenberi Hiunq-nu'lar kuvveti takdir eder, tabi olmayı hakir görürler. Savaşçı süvari hayatımız sayesinde adı yabancıları titreten bir ulus olduk. Zira bilirler ki, savaşta muhariplerinin kaderi ölümdür. Biz ölsek de, kahramanlığımızın şöhreti kalacak, çocuklarımız ve torunlarımız diğer kavimlerin efendisi olacaklardır”.

Daha sonrakı Çin kronika'ları Gök-Türkler hakkında şunları yazarlar: „Savaşta ölmeyi şeref sayarlar, hastalanarak ölmekten utanırlar”.

Türklerin mukavimliği, kanaatkârlığı ve savaş araçlarını kullanmaktaki maharet ve idmanlı bulunuşları çok eski çağlardan itibaren batılı komşuları arasında da ün salmıştır. Bizans' P r o k o p i o s  V. yüzyılda Sabir'ler hakkında şunları söyler: „Yerin sırtında insanlar yaşamaya başlayalıdan beri ne Yunan'ların ve ne de İran'lıların kafasından, Sabir'lerin kullandığı silâhlar çıkmadıder.

Müasir Arap ve Farslar, Türklerin gittikçe artan tarihî rolleri kendilerini gölgelendirmesine rağmen, onların bir çok üstünlüklerini tanımaya mecbur oldular. Basralı C â h i z (vefatı 864) IX. yüzyıl ortalarında kaleme aldığı meşhur Risale'sinde Türklerden sitayişle bahseder. Bundan birkaç cümleyi zikredelim:

Eğer üstünde dayanmaya gelince, sınır eri, postacı, muhafiz, mutaassip bir harici (mezhep mensubu) bütün meziyetlerini bir araya getirseler bile alelâde bir Türk ile boy ölçüşemezler.

Ahlâki vasıfları ise maddî değerlerini de aşar: enerjik, canlı, fâal ve zekidirler, kanaati miskinlik, savaştan feragati tereddi sayarlar.

Yer yüzünde, harpte sorumluluk lâ'netine uğramayan tek kavimdirler. Yurtseverlik, her kavmin takdir ettiği, bütün insanlığa şamil bir meziyettir. Bilhassa bu duygu Türk'lerde çok kuvvetlidir”.

XI. yüzyılda diğer bir Arap müellif İ b n  H a s s u l  Türk'ler hakkında ay­ bir risale yazmıştır. Diğer konular arasında aşağıdaki satırlara rastlanır:

Bütün kavimler arasında şecaat, cesaret bakımından Türk'lerden üstün, büyük hedeflere ulaşmak için onlardan daha dirayetli hiç biri yoktur. Cenab-ı Hak onları arslan sıfatında yarattı.

Onlar bozkırlara, otsuz ve ocaksız çöllere de alışıktırlar. Zaruret halin­de, pek aza kanaat getirerek gün geçirecek derecede dayanıklıdırlar. ­beği kesildiği andan itibaren Türk, askerin başbuğu, bölgenin emiri ol­mak­tan ve kendini zahmetli duruma sokmaktan başka bir şey düşünmez”.

Bir Fars yazarından da iktibas etmeden geçemeyiz: 1206'da yazılan Tarih-i Mübarekşaha göre, yabancı bir ülkeye giden garibi fena akibet bekler. Bunun aksine Türkler: ”Müslüman bir ülkeye ulaştıkları zaman, orada saygı ve takdir görürler. Emir ve orduya kumandan olurlar.

Hazreti Adem'den beri bugüne kadar, para ile satın alınan esirlerin sultan olduğu hiç bir yerde görülmemiştir. Türk'ler müstesna.

Türk'ler denizin derinliğinde midye kabuğu içinde saklı inciye benzerler. Değerinin takdir edilmesi için denizi birakarak kralların tacını, gelinlerin kulağını süslemesi gerekir”» (L.Rasonyi, s.62-64).

Türklərin tarixi yaradan qüvvə kimi varlığını təsbitləyən təfərrüatlı xəbər miladdan öncə VIII yüzilə aid olsa da, hələ yazılı məlumatlardan çox əvvəl, min illərlə öncə böyük türk soyunun qüdrətini bildirən faktlar, qaynaqlar mövcuddur.

İlk gerçək Çin sülaləsi Çouların (m.ö. 1150-259) tarixini araşdıran tədqiqatçı R. Vilhelm, böyük filosof Menq-tseyə əsaslanaraq, Çin bütün şərqi üç min ildən bəri ideal olaraq vahid dövlətdə ehtiva edən bu sülaləni quranların türklər olduğunu beləliklə, türklərin məlum siyasi tarixinin ən azı miladdan öncə XXIV-XII əsrlərdən başladığını təsbitləyir (R.Wilhelm. Histoire de la civilisation Chiroise. Paris, 1931, s. 101). Çində, Hindistanda, Mesopotamiyada, Anadoluda Orta Avropada minlərcə il əvvəllərə aid tapıntılar bozkır mədəniyyətinə, yəni türklərin hakim olduğu mədəniyyətə aiddir.

Mənbələrdə adı keçən ən qədim türk qövmü hunlardır (çin qaynaqlarında Hiunq-nu, eləcə Tik, Conq şəklində). Moqol, tunqus digər oymaqlara da öndərlik edən hunların hərbi qüdrəti, döyüş qabi­liy­­ti elə bir səviyyədə olur ki, Çin hökmdarları onlara qarşı artıq m.ö. IV əsr­dən nəhəng müdafiə sədləri qurur, türk hərb sənətini öyrənməyə çalı­şır­lar. Silahları yay, ox, mizraq, qılınc olan hun süvariləri uzaq doğudan başlayaraq bütün Asiyaya min illərlə hökm etmiş, m.ö. son yüzillərdəneramızın ilk yüzilindən Avropaya, o cümlədən Qafqaza yürüşlər etmişlər. Artıq Ptolomey qərbdəki hunlardan danışır. III əsrdə cənubi Rusiyada qotların spal (rus dilində «ispolin» - nəhəng sözü bundandır) qəbiləsi ilə qarşılaşması barədə məlumat var; (L.Niderle. Slavənskie drev­nosti. Moskva, 2001, s.141; V.V.Mavro­din. Obrazovanie drevne­rus­skoqo qosudarstva L.1945,s.38,50). Bu dövrlərdən hunların əsas qüv­­si qərbdə cəmləşir, Mər­­zi Avropaya, Anadolu Qafqaza yürüşləri güc­lənir. Xorenli Musa 376- ildə hunların həmlə etdiyi qotların 25 slavyan qəbiləsini Dakiyadan Dunayın digər sahilinə sıxışdırdığını bildirir. 359-373- illərdə Anadolunu fəth edən hunların misilsiz şücaətini Edessalı (indiki Urfa) Efraim belə təsvir edib: „atlarının üstündə fırtına kimi uçarlar, onlara heç bir kimsə qarşı qoyamaz”.

IV əsrdə Xəzər dənizi Volqa çevrəsinə hökm edən hunlar Qafqazı da nüfuzlarına alırlar. Elə bu dövrdə Germanarixi yenərək, qot, slavyan, litov digər xalqları tabe edirlər. Bu çağda hunların hökmdarı şərqdə Karaton, qərbdə isə Uldin idi. Sonralar hun hegemonluğu altında 30-a qədər qövmə (türk, german, frakiyalı, iranlı) başçılıq edən Atilla dövründə türk qüdrəti Danimarkadan Altaylara Çinə qədər bütün Avrasiyanı sarır, bütün qitəyə sabitlik gətirir.

Dahi sərkərdə dövlət adamı, müttəfiqlərinə, andına daim sadiq qalan, sənətə, mədəniyyətə sevgisiylə seçilən Atilla Romanın önündən papa Leonun xahişi ilə alicənablıqla geri çəkilir, müqəddəs şəhərə toxunmur.

Bu dövrdə türk dili mədəniyyəti bütün Avropaya yayılır. Ritor Prisk 448-ci ildə imperator Feodosi tərəfindən Maksiminin başçılığı ilə Macarıstana, Atillaya göndərilən elçilikdən danışarkən, yolda elçilərin rastlaşdığı, hun, qot, latın (auzon) dilində danışan, onları buğda çörəyinə bal içkisinə qonaq edən iskitlərdən söz açır. Digər salnaməçi İordan Atillanın qədim türk yuğlarına uyğun gələn dəfn mərasimini təsvir edir.

Sonradan digər türk uluslarına qarışan, başqa adlarla ortaya çıxan hunlar bütün Avrasiyada dərin izlər, xatirələr qoymuşlar. Min illərlə qüdrətli dövlətlər qurmuş hunlar bir çox sülalələri tarix səhnəsinə çıxarıb: Dunay bulqarlarının hakim sülaləsi, Tuğrul oymağından, Atillanın oğlu İrnikdən törəyən Arpad macar milli sülaləsi...

Hunların böyük qrupu olan hunların (eftalitlər, abdallar) əsas qüvvələri Hyonlar (latın mənbələrində khionita, bizanslılarda Leükoy Hunnoy) Uarlar (avarlar, varlar) olmuşdur. Avarlar hunlar bizanslıların Uarhon (varhon) adlandırdıqları Uar-hyon (varhon, avar-hun) birliyini əmələ gətirmişdir. 563- ildə göy-türklər hunların dövlətini yıxsalar da, yüz il sonra da eftalitlər qüdrətli hərbi güc olmuş, ərəblərə qarşı döyüşmüş, yeni sülalələr qurmuşlar.

V əsr Suriya mənbəsinə görə, hunlar Gürcüstanda da qədimdən güclü hərbi-siyasi amil olmuşlar. Bizans imperatoru Arkadinin (395-408) sarayında qulluq edən iver Farsman vətəninə gələrək «iverlərin qonşusu olan hunların» köməyilə hakimiyyəti alıb (N. Piqulevskaə. Si­riyskie istoçniki po istorii narodov SSSR. M.-L., 1941, s. 37).

VI əsr müəllifi Zaxari Ritor isə gürcülərin qonşusu olan türk qövm­­rin­dən hunların, sirurqurların (saraqur), avqarların (oqur), kurtaqurların (ku­turqur), sabirlərin, xəzərlərin, dilmarların, kulasların b. adını çəkir (Ye­ orada, s. 165). 481-ci ildə Kartli çarı Vaxtanq Qorqasal İrana qarşı üs­yan edəndə ilk növbədə hun birliyinə daxil olan sabirlərin köməyinə arxa­lanıb.

Yustinian dövründə (527-ci ildən) hunların Avropa yürüşləri haqqında ­­lumat verilir (Prokopiy Kesariyskiy. Qotskaə voyna // Vestnik drev­­ney istorii, t.V. M., 1941, s.236, 241; İordan, Efesli İoan, Menandr da hunlardan söz açır).

Hətta hunların əsas qüvvələrinin qərbdə mərkəzləşdiyi dövrlərdə belə türklüyün Ana Yurdunda Hiunq-nuların, yəni həmin hunların yardımçı əskəri qüvvə saxlayan bəzi oymaqları Böyük Çin səddini aşaraq Şimali Çində II əsrin sonlarından hökmranlıq edirlər. 304- ildə hun mənşəli Liu-yu  qüdrətli Tsien Çao sülaləsini qurur, 311-ci ildə Liu-yunun oğlu Liu- tsinq Çinin paytaxtı Loyanqı alır. Bir qədər sonra türk mənşəli imperator Fu-kien bütün şimali Çini birləşdirir, ölkədə böyük mədəni yüksəliş başlayır, türklərin sayəsində buralarda daha mutərəqqi din olan buddizm yayılır.

IV əsrin sonlarından hun yurdlarında To-palar ulusu güclənir böyük iqtidar sahibi olur. Müxtəlif qövmləri birləşdirən To-palar son­ra­dan türkcə Tabğaç, yunanca Tauqast adıyla məşhurlaşır. 386- ildən xüsusilə qüvvətlənən To-palar 534- ilə qədər şimali Çinin ətraf bölgələrin hakimi olurlar.

Dövrlərinin böyük buddist mədəniyyətini sənətini yaratmaqla yanaşı, To-palar ticarətin, geniş xarici əlaqələrin inkişafına, yəni həm mədəni təmaslara şərait yaratmışlar. Digər türklər kimi dövlətçilik, başçılıq, hökmetmə liderlik istedadı olan To-palar Çində uzun illər hökmranlıq etmiş Su (580-618) T'anq (618-907) sülalələrinin əsasını qoymuşlar (V. Eberhard).

Bütün Qafqazda olduğu kimi, Axısqa-Axılkələkdə rast gəlinən Toba, Tobaxçı, Qurutuban (Axısqa rayonu), Qaratuban, Qortuban kəndlərinin (Adıgün rayonu) adları da qədim To-palarla bağlı (toba, tuba, tubo, tuva, tofalar) türk etnotoponimləridir.

Bu dövrlərdə, V əsrin ortalarında Turfan vahəsindən hun birliyinə daxil digər bir türk qövmüsabirlərin qərbə yürüşü başlayır. Yüksək əsgəri bacarıqları olan sabirlər, oqur onoqur türklərini, macarları sıxışdırıb çıxarırlar. Beləliklə, həmin qövmlər Uralı keçərək batıya doğru hərəkət edirlər. Sabirlərin hərbi şücaəti günümüzə qədər Altay, Sibir, Ural qəhrəmanlıq dastanlarında, Sibirin digər məskənlərin adında yaşamaqdadır. V əsrin axırları VI əsrin əvvəllərindən sabirlər Uralı keçərək Volqa-Don-Qafqaz çevrəsində yerləşir fəal siyasi-hərbi amilə çevrilirlər.

Dediyimiz kimi, Kartli çarı Vaxtanq Qarqasal hələ 481-ci ildə İrana qarşı döyüşlərdə sabirlərin köməyinə arxalanıb.

Sabirlər elə bu dövrlərdən Qafqazdan Anadoluya yürüş edirlər. 527-ci ildə Bizans imperatoru I Yustinian şimali Qafqazda yüz minlik orduya hökm edən sabir hökmdarı Voa (Boa, Boariks) ilə müqavilə bağlayaraq, sabirlərlə birlikdə farslara qarşı çıxır. VI əsr Bizans mənbələri Qərbi Gürcüstanda Boas çayının hökmdar xanım Voanın adını daşıdığını qeyd edir. 558-ci ilə qədər sabirlər Bizans-Fars müharibəsində iştirak edirlər. Bu dövrdə batıya yürüş edən digər türk qövmü avarlar, sabirlərin iqtidarına son qoyur, sabirlər əvvəl onlara tabe olmuş macarlara eləcə avarlara, xəzərlərə qarışırlar.

N.Y.Marr savirləri «sav», «sev», «se» - qara bildirən, hələ iskit dilindən gələn relikt sözə görə qara bulqarlara bağlayır (qədim kabar, avar­lara qohum olan müasir balkarların da «savr», «sav» adını daşıdığını göstərir, qeyd edək ki, Konstantin Baqryanarodnı kabarların Macarıstanda «savartiasfal» adlandığını bildirir), prof. V.V.Mavrodin «qara bulqarlar»ın qədimdə sabirlər, indi isə balkarlar olduğunu güman edir (V.V.Mavrodin, s.186). Tasitin «Germaniya» əsərində «svevlər ölkəsi»ndən danışılır (Taüit. Qermaniə. M., 1941, s.230).

Sabirlərin adı, bu qüdrətli ulusdan qalmış bir çox sözlər (İliger, Akkağan, Bağhan, Boğarık, Balak s.) müxtəlif örnəklərdə, o cümlədən uzun müddət hegemon olduqları cənubi Qafqazda, Axısqa-Axılkələkdə, Borçalıda günümüzə qədər qalmaqdadır.

Bu sıradan bütün Avropada, o cümlədən Qafqazda yeni tarixi proseslərə təkan vermiş türk soyu avarların batıya doğru böyük hərəkatı 552-ci ildə Tümən xaqanın başçılığı ilə digər türk qövmü tukyuların (göy-türklər, türklər, çincə tu-kin) Juan-juan dövlətini yıxmasından sonra başlayır. Avarlar bundan çox əvvəl Avropada olmuşdular, Konstantin Boqryanorodnı avarların 449-cu ildə Salona hücumunu qeyd edir. 463- ildə avarların əsas kütləsi türk soyu hesab edilən juan-juanların həmləsi ilə Şərqdən çıxaraq indiki Alma-Ata İssık-kul bölgəsindəki sabirləri sıxışdırmış, sabirlər oqurların qərbə hərəkətinə təkan vermişdilər. N.Qumilyova görə, əsasən oqurlardan, varhon (Uar-Hun) toplumundan ibarət olan avarların böyük köçləri bir çox digər qövmləri, o cümlədən moqolları macarları da öz axınına aldı. Artıq 558-ci ildə Qafqaza çatan avarlar burada ixtiyar sahibi olur, həmin ildə Bayan xaqanın elçiləri Konstantinopolda Bizans imperatoru Yustinianla görüşür. Bizanslılar da avarları Uar Hunni zümrəsinə bölürlər. Bizanslılardan hər il xərac alan avarlar bir qədər sonra şərqdən onları sıxışdıran digər türklərin (tukyu) təsiri ilə bulqarları, oqurları macarları da öz birliklərinə qataraq VI əsrin ortalarında antları digər qövmləri əzirlər. Mənbələrdə antların səfiri Mejamir İdar oğlunun avarlara elçiliyi, burada həm avarlara qohum olan kuturqurlarla görüşdüyü, avar hökmdarı Macaka bütün slavyanların digər çarların tabe olması haqqında məlumat verilir (Menandr. İstoriə // Vestnik drevney istorii, t.1, M., 1941, s.247; Povestğ vremennıx let po Lavrentğevskomu spisku. SPb, 1910, s.11; A.Ə.Qarkavi. Skazaniə musulğmanskix pisateley o slavənax i russkix // Problemı istorii. dokapitalistiçeskix obhestv. M., 1935, №9-10, s.127-138). 562-ci illərdə avarlar aşağı Dunayda yerləşərək onlara xəyanət etmiş bizanslılara (avarlarla müttəfiqlik edən imperator Yustinian onlara qarşı slavyan antları dəvət etmişdi) qonşu olurlar. Avarlar 568-ci ildə mərkəzi Pannoniyada olan dövlət qururlar. II Yustinian (565-578), Tiberi (578-582), Mavriki (582-602), Foka (602-610), İrakli (610-641) dövrlərində avarlar Balkanların xeyli hissəsini fəth edir, Roma imperiyasını daim vahimədə saxlayırlar. Lakin bütün tarix boyu olduğu kimi, indi düşmən hiyləsi ilə türk qüdrətini türk sarsıdır – 635-641-ci illərdə bulqar hökmdarı Kubrat avarlara ilk zərbə endirir…. Lakin bundan xeyli sonralar da Balkan yarımadası, eləcə Karpatlar, Pannoniya, Dunay Tissa arası, Vyana meşələri Blaton gölü çevrələri avar-hun nüfuzu altında qalır. Qalliyaya, şimali İtaliyaya qədər yürüşlər edən avarlar az bir müddətdə Macarıstanı, Pannoniyanı alır, frankları əzir, Bizansın şimal şəhərlərini tutur beləliklə Dondan Qalliyaya, uzaq şimaldan İtaliyaya qədər böyük əraziyə, əslində bütün Avropaya sahib olan iki yüz illik dövlət qururlar. Avarlar 250 ildən çox itaətdə saxladıqları slavyanların tarixində, onların hərb sənətinə yiyələnməsində, qərbdəki ərazilərdə məskunlaşmasında, tarix səhnəsinə çıxmasında da müstəsna rol oynadılar. IV əsrə qədər qotlara, sonra hunlara tabe olan balıqçı ovçu slavyanlar ciftçiliyi qotlardan oqurlardan öyrənmiş, təkmil heyvandarlığı da türklərdən götürmüşdülər. Slavyanlarda işlənən boər, bolvan (büt) sözlərinin (buna uyğun olaraq, macarlarda vali bildirən ban, slavyanlarda jupan, pan sözləri avarca boğan, göytürkcə boğa, bulqarca boğan sözündəndir. Ümumən Avropada avarlarla bağlı yer adları, titullar, abidələr s. çoxdur, tək Macarıstanda 20.000 avar məzarı incələnmişdir) avar mənşəli olması dövlətçilik ünsürlərinin dini şüurun da türklərdən təsirləndiyini göstərir. Hərb sənətini slavyanlar ilk dəfə türklərdənavarlardan (slavyanlarda obor) öyrəndilər. K.Yireçek 584- ildə Efes yepiskopu Suriyalı Yohannesin belə bir qeydini verir: «əskidən ormanların içindən çıxmağa cəsarət edəməyən slavlar artıq avarlarla birlikdə savaşa qatılırlar, altunları, gümüşləri at sürüləri var». Qeyd edək ki, Bizans imperatoru Heraklios da VII əsrdə ordusunu avar nümunəsi üzərində qurmuşdu.

Avar xaqanlığı VIII əsrin axırlarında zəifləyir yenə digər türk qövmü, bulqar xanı Kurum (Krum) avar hakimiyyətinə son verir. Lakin avar izləri bütün Asiya Avropada günümüzədək qalmaqdadır. VII-VIII əsrlərdə Mərkəzi Avropanın geniş əraziləri Avaria, terra Avarorum (eləcə Hunnia, regnum Hunnorum) adlandırılıb. Avarların qüdrəti slavyanları elə təsirləndirib ki, indiyədək slavyan dillərində «obra» - güclü fövqəlinsan sözü qalıb. 791-799-cu illərdə Böyük Karlın ordusu Kurumun bulqar qoşunu birləşərək avar dövlətini sarsıtdıqdan, avarların bir qismi başqa yerlərə çəkildikdən sonra da, hətta IX-X əsrlərdə bu yerlərə avarların xatirəsiylə solitudines Avarorumavar səhrası deyilib. Avropada avarların rəsmi elçiliyi son dəfə 822-ci ildə Frankfurtda seymdə iştirak edib, 873- ildə Aşağı Pannoniyada avar məskənləri qalıb, sonradan avarlar digər türk soylarına, macarlara, slavyanlara başqa xalqlara qarışıblar. Avar köklü sülalələr isə Avropanın bir çox ölkələrində yüz illərlə hakim olub.

Daxili toqquşmalara baxmayaraq, türklər Avropanın siyasi xəritəsini çəkməkdə, dövlətlər qurmaqda, millətlər yaratmaqda, inkişafa təkan verməkdə davam edirlər. Bulqarlar (ərəb mənbələrində burcanlar) da hun avarlar kimi belə böyük türk qövmü oldu. Hun-oqur mənşəli bulqarlar oqur, onoqur, saraqur, uturqur, kuturqur hun birliyinə daxil qövmlərin birləşməsi (bulqamaq sözündən) nəticəsində tarix səhnəsinə çıxan türk toplumu idi. V əsrin ortalarında İdil sahillərindən Mərkəzi Avropaya gəlmiş bulqarları 482-ci ildə imperator Zenon qotlara qarşı yardım üçün dəvət etmişdi.

Artıq 499-cu ildə bulqarlar Balkanlara yürüş edirlər. Bu dairədə güclü amilə çevrilən bulqarlar 626- ildə Konstantinopola həmlə edir, 635-641-ci illərdə isə, deyildiyi kimi, Kubrat xanın başçılığı ilə avarlara zərbə endirirlər. VII əsrin axırıncı qərinəsində Asparux xaqanın başçılığıyla cənuba hərəkət edir, 679-cu ildə Dunayı keçərək qədim Meziyanı fəth edir, indiki Dobruca çevrəsində mərkəzləşirlər. Yeni bir dövlətinBolqar dövlətinin əsasını qoyan bu fəth müqavimətsiz baş verdi, fateh bulqarları xilaskar kimi qarşılayan slavyanların (Feofanın məlumatına görə, 7 slavyan qəbiləsi) böyük sevinci razılığı ilə müşayiət olundu. Qəhrəman türk-bulqarlar çox tezliklə Balkanlarda müstəqil güclü dövlət yaratdılar, bulqar hökmdarları Kurum (803-814), Presiam (845-852), Boris (855-888), Simeon (893-927) dövründə Alban sahillərindən Fessaliyaya, Mərkəzi Macarıstana qədər böyük ərazini özlərinə tabe etdilər. Öz adları altında dağınıq slavyan qəbilələrini birləşdirib millətə çevirdilər. Sonradan slavyanlaşan qədim bulqarların izləri Dəliorman qocalları qaqauzlar arasında, eləcə Balkanlara sonralar gəlmiş peçeneq, poloves, uzların törəmələrində qalmışdır. Bulqarların Balkanlardan şimalda qalmış digər hissələri isə IX əsrin axırına X əsrin əvvəllərinə qədər həmin ərazilərdə hökmran olmuş, sonralar türk qövmlərinə digər xalqlara qarışmışlar. Xəzərlərin təzyiqiylə qərbə hərəkət edən bulqarların bir hissəsi isə cənubi İdildən şimala dönərək, Kama üzərində mərkəzi indiki Kazan yaxınlığındakı Bulqar şəhəri olan Gümüş Bulqar dövlətini yaratdılar. 922-ci ildə islamı qəbul edən İdil-Volqa bulqarları Rusa dəstək olur, aclıq vaxtı taxılla təmin edirlər.

Tarixin gedişatı bu böyük türk ulusunu parçalasa da fitri qüdrət bulqarlara eyni zamanda iki böyük dövlət yaratmağa imkan verdi.

Qafqazda xüsusi iz qoymuş qədim türk ulusu xəzərlər artıq VI əsrdən Avropada (Pannoniya) görünməyə başlayır. Göy-türk dövlətinin bir hissəsini təşkil etmiş xəzərlər sabirlərin xələfləri olaraq etnik cəhətdən xəzərlərin üstünlüyü ilə oqur, onoqur, kabar, kaliz, macarların birliyi kimi ortaya çıxmışlar. 627-628-ci illərdə farslara qalib gələn xəzərlər Qafqazı alır, Tiflisi tuturlar. Şimali Qafqaz, Volqa, Don sahilləri, Krım (Krımdakı məlum son xəzər xristian hökmdarı GeorgiosÇur rütbəsi daşıyıb) uzun müddət xəzərlərdə olur. İlk paytaxtları Bələncər, sonra Sarışın ( şəhər) olan xəzərlər Səməndər kimi böyük şəhərlərə sahib olur, 837-ci ildə peçeneqlərdən qorunmaq üçün Sarkel qalasını tikirlər. Məsihiliyi, yəhudiliyi qəbul etmiş xəzərlərdə sonradan müsəlmanlıq yayılmışdır. X əsrə qədər Şərqi slavyanlar xəzərlərə xərac vermişlər. Rusların, şərqi slavyanların formalaşmasında xəzərlərin böyük rolu olub. Qafqazla sıx əlaqələri olan xəzərlər peçeneqlərin zərbələri altında zəifləyərək XI əsrdən süqut etsələr , qüvvələrini uzun müddət saxlayırlar. Bu dövrlərdə Cənubi Qafqazda xəzərlərə qarşı dayana bilən qüvvə məhz türklər olur. 1170-ci ildə şimaldakı xəzərlər ruslarla birlikdə qurudan dənizdən Şirvana hücum edir, lakin şirvanşah Axsitan onları saxlayır, donanmalarını dağıdır Xaqaninin yazdığı kimi, şirvanşah Rusu dəhşətə salır. Səlcuqlu tarixçi Rəvəndi Rus (eləcə , Ərəbistan, Əcəm, Rum) üzərində qılıncın türklərin əlində olduğunu yazır (A.E.Krımskiy. Nizami i eqo sovremenniki. B., 1981, s.168-169).

Artıq IX əsrdən qərbə yürüşə başlayan peçeneqlər haqqında 915-ci ildə Kiyev salnaməsi məlumat verir. X əsr Şərqi Avropada peçeneq hökmranlığı dövrüdür. Sonradan peçeneqlər onlara qohum olan digər türk qövmü uzlar (torklar) tərəfindən həmləyə məruz qalır. Qədim qövm olan torklar haqqında Plini, Pomponi, Mela, VI əsrdə Efesli Yan məlumat verir, 985-ci ildə Kiyev knyazı Vladimir torklarla birlikdə bulqarlara hücum edir. X əsrin axırları, XI əsrin əvvəllərində torkların-uzların Şərqi Mərkəzi Avropaya böyük axını baş verir, bu böyük ərazi onların adıyla Quziya adlanır. Lakin peçeneqləri sıxışdıran, 1036- ildə Kiyev yaxın­lığında onları böyük məğlubiyyətə uğradan torklar özləri kuman­ların-polovsların (sarışın olduqlarına görə slavyan dillərində saman bildirən «po­lova» sözündən) zərbələri altında cənub-qərbə yönəlir 1064- ildə onların xeyli hissəsi peçeneqlər kimi Balkanlara, Bolqa­rıstana keçir. Tork-uzların bir hissəsi olan qaraqalpaqlar (qarapa­paqlar, «çornıe klo­bu­ki») isə polovslar-kumanlarla Avrasiya çöl­­rində qalır. XI-XII əsrlər kəsiyi Avrasiyada, Avropanın xeyli his­səsində kumanların (qıpçaq­la­rın) hegemonluq dövrü olur bu çöllərin Quziya adı dəyişərək Dəşti Qıpçaqa çevrilir.

XII əsrdən başlayaraq yeni türk qövmünün, Çingizxanın yetişdirdiyi tatar-moqol ordularının ulduzu parlayır, bu toplum bir-neçə əsr Mərkəzi Avropadan Uzaq Şərqə qədər böyük ərazilərdə, demək olar ki, bütün Asiyada, Avropanın yarısında hökmranlıq edir tatarların Qızıl Ordası da türk qüvvəsiTeymurləngin həmlələri ilə süqut edir.

Elə təxminən tatar-moqollar dövrlərində, bir qədər əvvəldən Türküstanda, Qafqazda, İranda, Anadoluda əvvəlcə səlcuqların bir neçə yüzillik hökmranlığı sürür tədricən böyük türk sülaləsininosmanlıların 650 illik parlaq dövrü başlayırBütün bu dövrlərdə Qafqaz, o cümlədən Axısqa-Çıldır əraziləri böyük türk dünyası içində, türk nüfuzu altında olur

Avropa ərazilərində türklərin min illərlə xüsusilə təmasda olduqları indiyədək əlaqəli yaşadıqları xalqlardan başlıcası slavyanlardır. Buna görə bir çox çağdaş prosesləri anlamaqçün türk-slavyan, xüsusən türk-rus əlaqələrinə ayrıca diqqət yetirmək lazımdır.

Qeyd edək ki, hələ Atilladan xeyli əvvəllər iskitlər hunlar digər xalqlarsarmatlar (azıqlar), daklar, illiriyalılar slavyanlarla təmasda idilər. Görkəmli çex slavyanşünası L.Niderle Avropada slavyanların türklərlə əlaqələrinin tarixini avarlardan-hunlardan çox öncə başlayır: «neolit dövründə, eramızdan bir-neçə min il əvvəl Orta Asiyadan çıxmış qarabuğdayı braxisefalların Avropaya dolması çağlarından. Ancaq həmin zamanda slavyanlar hələ yox idi: prahindavropa xalqı hardasa Mərkəzi Avropada təzə formalaşmışdı bu kütlədən ayrılmamışdı» (L.Niderle. Slavənskie drevnosti. Moskva, 2001, s.33). Məşhur tədqiqatçılar Y.Peysker F.Korş da eramızdan minlərcə il əvvəl türklərin Avropada məskunlaşdığını, inkişaf etmiş təsərrüfata, heyvandarlığa əkinçiliyə sahib olduqlarını təsdiq edirlər (Yenə orada, s. 472-475). Bu alimlər slavyanların hələ ana yurdlarında miladdan öncə ən qədim çağlardan eramızın XI əsrinə qədər türklərin ya germanların sərt əsarətində olduğunu, bu əsarətin onların gələcək həyatlarına inkişafına xüsusi cizgilər verdiyini, primitiv səviyyədə olan slavyanların atlardan, mal-qaradan müvafiq təsərrüfatdan məhrum olduqlarını, qədim slavyan dilində mühüm təsərrüfat, ərzaq anlamları bildirən bıkğ, volğ, koza, tvoroqğ kimi sözlərin türklərdən, mleko, skotğ, nuta (skot) s. isə germanlardan götürüldüyünü qeyd edirlər. Y.Peysker slavyanların əsarətə düşməsi səbəbkarının e.ə. VIII əsrdə iskitlər olduğunu hesab edir.

Slavyanşünasların göstərdiyi kimi, «hun birliyi slavyanlığın birləşməsinə kömək etdi» (V.V.Mavrodin, s.25).

Qeyd etməliyik ki, bütün tarixləri boyu türklərlə birlikdə yaşamış rusların etnik kökü – «norman» «slavyan» mənşəyi haqda mübahisələr günümüzədək qalmaqdadır. Hətta slavyanpərəst alim L.Niderle rusların istənilən halda qeyri-slavyan mənşəli olmasını, german-varyaq kökənli olaraq üç nəsil sonra slavyanlaşdığını düşünür (bax: L.Niderle, s.158-164). Bununla bağlı, türk-german əlaqələrinin qədimliyini 839-cu ildə imperator Feofilin Lüdoviq Blaqoçestiviyə göndərdiyi elçiliyin tərkibində rus «xaqan»ı tərəfindən bir-neçə rosun olmasını bunun türklərdən (bolqar-xəzər) qaynaqlandığı barədə fikirləri xatırlatmaq istərdik. L.Qumilyov da «Kiyev xaqanlığı», «Norman xaqanı», V.V.Mavrodin «Rus xaqanı» anlayışlarını qeyd edir. 882-ci ildə Oleqin o dövrdə Sambatas adlanan Kiyevdə yerləşərək qurduğu vahid rus dövləti, sonrakı Moskva dövləti xaqanlıq tipində idi. Qeyd edək ki, Samkel, Səməndər kimi, Kiyevin qədim adı Sambatas (Samvatas, Samvat) da türk-xəzər mənşəli olub: «sam» - məskən, «bat» - bərk sözlərindən yaranıb; Sambatda xəzər qarnizonu da yerləşib (V.V.Mavrodin, s.148-149,191). Ümumən, xəzərlərin əmin-amanlıq gətirdikləri Rusun tarixində, mədəni, iqitsadi inkişafında, Şərqin nailiyyətlərinə yiyələn­­sin­ müstəsna rolunu bir çox alimlər təsdiqləyir (V.V.Mavrodin, s.177-179). İbn Xordadbeh, Əl-İstəhri, İbn Haukal, Əl-Bəlxi, Məsudi, İbn Rust, Qar­dizi, Müqəddəsi kimi ərəb tarixçiləri rusların məhz xəzərlər sayəsində Şərqlə əlaqələr qurduğunu, türklərlə, Yaxın Şərqlə sərbəst tica­rət etdiklərini qeyd etmişlər.

Türk-rus, türk-slavyan əlaqələrinin tədqiqi baxımından keçən əsrin 20-ci illərində rus mühacirət mühitində formalaşmış avrasiyaçılıq olduqca diqqətəlayiq dəyərli təlimdir.

Şərqi Avropa, Sibir Türküstan ərazilərində Turan (türk, monqol, uqro-fin) slavyan etnoslarının yaratdıqları özünəməxsus mədəni sistemin nüvəsinin məhz türk etnosu, Turan psixoloji tipi olduğunu təsbitləyən avrasiyaçılar bu etnosun tarixi çarpışmalardan sarsılan Avrasiyaya ahəng sabitlik, sülh tərəqqi gətirmək siqlətini təsdiqləmişlər. Daxili tamlıq səbat, idraki aydınlıq simmetriya, ruhsal-psixoloji tarazlıq, xüsusi «şüuraltı fəlsəfi sistem» seçilən türk insanının Avrasiya tarixində həlledici rol oynadığını, rus dövlətçiliyinin, rus milli şüurunun etnik simasının yaradıcısı olduğunu, türk təsirinin slavyan-rusların qanına, etnik yaddaşına keçdiyini Turan qardaşlarıyla ortaqlığın dərkinin hər bir rus üçün zəruriliyini, bununla fəxr etməyin gərəkliyini söyləmişlər. Avrasiyaçılığın görkəmli nümayəndəsi N.Trubetskoy yazır: «Müasir Rusiyanın, demək olar ki, bütün ərazisinin bir dövlətin hakimiyyəti altında birləşdirilməsi ilk dəfə rus-slavyanlar deyil, turanlılar-monqollar tərəfindən həyata keçirilmişdiRusların turanlılarla birgə yaşayışı bütün rus tarixindən qırmızı xətlə keçir. Əgər şərqi slavyanların turanlılarla bağlılığı rus tarixinin əsas faktıdırsa, əgər damarlarında Turan qanı axmayan velikoros tapmaq çətindirsə, əgər həmin Turan qanı (qədim çöl köçərilərindən gələn) əhəmiyyətli dərəcədə malorosların da damarlarında axırsa, - onda tamamilə aydındır ki, gerçək milli özünüdərk üçün bizə, ruslara, özümüzdə Turan elementinin varlığını nəzərə almaq, öz turanlı qardaşlarımızı öyrənmək lazımdırTuran psixikası millətə mədəni səbat güc aşılayır, mədəni-tarixi varisliyi təsbitləyir milli qüvvənin qənaətinə, bununla da istənilən quruculuğa münbit şərait yaradırMoskva dövləti tatar əsarəti sayəsində yarandıRus çarı monqol xanının varisi oldu. Rus dövlətçiliyinin qaynaqlarından biri tatar dövlətçiliyi oldu buna göz yuman ya əhəmiyyətini azaltmaq istəyən tarixçilər haqlı deyillər» (Avrasiyaçılıq N.Trubetskoyun «Rus mədəniyyətində Turan elementi haqqında» adlı məqaləsinə bax: A.Hacılı. Avrasiyaçılıqda türklər; N.Trubetskoy. Rus mədəniyyətində Turan elementi haqqında (tərc. A.Hacılı) «Mütərcim» jurnalı, № 1-2, 2004).

Görkəmli çex alimi L.Niderle slavyan dövlətlərinin türk-tatar nümunəsi əsasında, əslində türklər tərəfindən yaradıldığını təsdiqləyir (L.Niderle, s.340).

Ümumən, slavyanların, rusların, Avropanın bir çox digər xalqlarının qədim tarixi (eləcə yeni dövrləri) türklərdən ayrılmazdır. Qeyd etdiyimiz kimi, qədim çağların prototürklərindən türk-moqol qövmlərini ehtiva edən iskitlərdən, hunlardan, to-palardan, sabirlərdən sonra Rusiyaya, bütövlükdə Avropaya avarlar, bulqarlar, xəzərlər, peçeneqlər, uzlar (oğuzlar), torklar, qaraqalpaqlar, polovslar (kumanlar, qıpçaqlar), tatarlar, türkmənlər digər türk ulusları yürüş etmiş, Rusiyanın Şərqi Avropada bir çox dövlətlərinxüsusən Polşa, Litva, Ukrayna s. yaranmasında inkişafında böyük rol oynamışlar.

Türklər Litvaya hələ hun dövründən gəlsələr , 1263- ildəki yürüşləri haqqında «Litov jmoyt salnaməsi»ndə dəqiq məlumat verilir. Batının nəvəsi, İdil tatarlarının xanı Qaytanın baskakları həmin ildə Litvaya gələrək xərac tələb etmişlər. Sonradan Belarusda bu xanın xatirəsi Mozır yaxınlığında Qoytanovo məntəqəsinin adında qalmışdır. XIII əsrdə türklərin Litvaya yürüşləri kütləviləşir. XIV-XV əsrlərin qovşağında iki böyük türk ordası Litva Polşada yerləşir bu dövlətlərin güclənməsində böyük rol oynayır. Burada tatarların mövqeyi xeyli artır, 1395-ci ildə Teymurun Qızıl Ordaya həmləsindən qaçmış Toxtamış 1396-1399-cu illərdə öz ulanları mirzələriylə Litvada Lidsk qəsrində qalır. Böyük knyaz Vitovt tatarların köməyilə bir çox qələbələr qazanır hətta onlara arxalanaraq Fateh Teymura qalib gəlmək istəyir. Lakin tatar-litov orduları Vorskl yaxınlığında Teymurun sərkərdəsi Yedigey tərəfindən darmadağın edilir. Yedigey Kiyevə, ordan qərbə həmlə edir, ancaq Teymurləngin ölümüylə geri dönür. Digər tatar xanı, Krımın Gəraylar sülaləsinin banisi Dövlət Hacı Gəray da 1434-1443- illərdə Litvada Lidsk qəsrində yerləşib. İndiyədək Litvada milli varlıqlarını saxlayan tatarlar bütün orta əsrlərdə ordunun başında durmuş, sarayları, qəsrləri qorumuş, sadiq döyüşçülər kimi dövlətə xidmət etmiş, səlibçilərə qarşı Qrünvald döyüşündə məhz tatar süvariləri qələbəni təmin edərək Litvanı xilas etmişlər. Böyük rus yazıçısı F.M.Dostoyevskinin 1389-cu ildə otuz atlı ilə Qızıl Ordadan Moskvaya köçmüş tatar əsilzadəsi Aslan Çələbi Mirzədən törəyən ulu babası Danilo İvanoviç Rtişevin sahib olduğu Dostoyevo kəndindən Dostoyevski famili yaranıb. Sonradan onun nəvəsi Fyodr tatarların çox olduğu Volına köçüb yazıçı F.Dostoyevski Aslan Çələbidən gələn bu nəslin birbaşa nümayəndəsidir (Alesğ Kojedub. Litva i tatarı // «Literaturnaə qazeta», 26 ənvarə – 1 fevralə 2005 q.).

Artıq 600 ildir Polşada məskunlaşmış indiyədək milli varlıqlarını qorumuş tatarlar müasir dövrdə Polşa Respublikasının Müsəlman Dini İttifaqında birləşmiş müharibədən sonra beş ildə bir öz qurultaylarını keçirirlər. Polşa Litva tatarlarının nümayəndələri general Matsey Sulkeviç Krım tatarları dövlətinin rəhbərliyində, Olqerd Leon Mayman Mirzə Krıçinskilər Krım Azərbaycan rəhbərliyində, qədim tatar nəslindən Kuxarski Türküstan dövlətinin, digər Polşa tatarları İdel-Ural respublikasının başçılarından olmuşlar. Polşa tatarı Aleksandr Axmatoviç 1918-1939-cu illərdə Polşa Xalq Məclisinin deputatı seçilmiş, 1918- Krım-tatar Respublikasının Ədliyyə Naziri işləmişdir. Axısqa türklərinə bəziləri tərəfindən qərəzli olaraq «müsəlman gürcülər» deyildiyi kimi, Polşa tatarlarını da sosialist dönəmində «polyak müsəlmanları», «tatar mənşəli polyaklar» adlandırmış, onların nəsil gerblərini (damğalar) yasaqlamışlar. Lakin axısqalılar kimi, Polşa tatarları da nəinki milli-dini mənliklərini qorumuşlar, həm islam-türk birliyini əsas məqsəd kimi irəli sürmüşlər (bax: Selim Mirza Xazbieviç. Edinstvennıy şansvozrojdenie kulğturı // jurnal «İdel», 1991, № 4, s.56-57 ).

Türklərin çox dərin iz qoyduğu Rumıniya ərazilərindəki bir çox örnəklərə toxunmayaraq, yalnız bir maraqlı faktı qeyd edək: Tök-Temir nəslindən şahzadə Basarabın (Basar-Aba, Basar oğlu, İl-Basar) adından Rumın milli sülaləsi Basaraba Bessarabiya toponimi qalmışdır.

Ukraynada da sadə xalq türkləri müttəfiq olaraq qəbul etmişdir. Ukrayna xalqının, xüsusən kazakların, Zaporojye Seçinin təşəkkülündə türk etnosu böyük rol oynamış bu, xüsusən türk köklü kazakların milli-genetik yaddaşından silinməmişdir. Görkəmli slavyanşünas alim M.İ.Kostomarov kazakların türklərlə yaxınlığı, Krım xanlığına səmimi meyli rəğbəti, əsas düşmən hesab etdikləri «moskallara» (Moskva dövlətinə; qeyd edək ki, Moskoviya dövlət adı kimi XVI-XVII əsrdən ortaya çıxıb) qarşı Krım türklərini müttəfiq gördükləri barədə olduqca maraqlı faktlar gətirir. Malorossiyanın kazak folklorundan malorusların həvəslə Krım xanına qulluq etdikləri məlum olur. Kazaklar türklərlə elə yaxınlaşır ki, Zaporojye Seçinin süqutundan sonra türklərə üz tuturlar:

                       Stali naşi zaporojüi pid turka vtikati,
                            Pidpisalosğ sorok tisəç pid turçinom jiti,
                            Prisəqali turçinovi, ək moskalə biti!



«Bizim zaporojyelilər türkə qaçdılarqırx min adam türk tabeliyində yaşamağa yazıldımoskalları vurmağa türkə and içdilər». 

 (M.İ.Kostomarov. Ob istoriçeskom znaçenii russkoy narodnoy pogzii // M.İ.Kostomarov. Slov' ənsğka mıfoloqıə. Kiiv, 1994, s.181-182).

Avrasiyanın ən qədim hegemon xalqlarından olan türklərin Axısqa-Axılkələk bölgəsində məskunlaşması, qonşularıyla müttəfiqlik münasibətləri tarixi minlərcə il öncəyə gedib çıxır. Türk dünyasının bir hissəsi olan Axısqa türklüyünün tarixini şərti olaraq qədim dövr, atabəylik paşalıq, rus istilası paşalığın süqutu, oyanış, sürgün, yurda dönüş mücadiləsi mərhələlərinə bölə bilərik.

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol