AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

OYANIŞ

OYANIŞ


    XX
yüzilin əvvəllərində ağır zərbələr altında türklüyün böyük oyanışı başlayır. Ümumtürk idealları xalqı birləşdirir, siyasi dərnəklər, mətbuat təşəkkül tapır. Əsarətdə olan türk torpaqlarında milli oyanış, azadlıq hərəkatı xüsusilə vüsətlənir, başqa türk bölgələrinə təsir edir. – Krımda, Azərbaycanda yaranmış hürriyyət cəmiyyətləri, qəzetlər türk dünyasının milli oyanışında böyük rol oynayır.

Axısqa yörəsində azadlıq hərəkatı güclənir. 1905-ci ildə Posxovlu Yusif Zülali Əfəndi siyasi intibahnamələr hazırlayır QarsBatumAxısqa arasındakı məntəqələrdə yayır.

1906- ildə Qarsda Azərbaycandakı «Difai partiyası»nın bir qolu açılır. Məqsəderməni komitəçilərinə müqavimət göstərmək idi. Cəmiyyətin liderləri Cahangiroğlu İbrahim Hasanxan qardaşları, Səttar bəy, Hacı ağa idi.

1909-cu ildə mərkəzi Bakıda olan «İslam nəşrimaarif cəmiyyəti»nin Qars şöbəsi yaradılır.

1913- ildə Qarsda «Hilali Əhmər» xeyriyyə cəmiyyəti təşkil olunur. Təşkilatın qabaqcıllarını ruslar təqib etməyə başlayır. 1914- ildə I Dünya müharibəsi başlayanda isə türklərə önçülük edə biləcək 150-dən çox vətənpərvər Rusiyanın içərilərinə sürülür. Bu dövrlərdə Borçalıda Xeyriyyə cəmiyyəti yaradılır.

Türkiyə Rusiya arasında yeni toqquşmalar 1914-ün noyabrında başlayır. Bundan sonra türklərə qarşı repressiya şiddətlənir; 1915-ci ilin yanvarında Ərdəhanı almış Kazak-Sibir alayı üç ay ərzində Qars-Ərdəhanda ən azı 40 mindən çox türkü qətl edir. Bakıdakı «İslam cəmiyyəti xeyriyyəsi» çardan icazə alıb işə qarışır «22.000 hərbzədə» qarslını 1917-ci ilə qədər ölümdən xilas edir (M.F. Kırzıoğlu. Kars Tarihi. C. 1. İstanbul, 1953, s. 553-554). Ruslara arxalanan, müasir silahlarla yaxşı təchiz olunmuş, lakin heç vaxt Osmanlı Azərbaycanın nizami ordusu ilə qarşılışmağa cəsarət etməyən erməni qoşun hissələrinin dinc əhaliyə qarşı terroru xüsusilə şiddətlənir. Bir çox Avropa, Amerika, hətta Rusiya müşahidəçilərini dəhşətə gətirən bu şərəfsiz qətllər, zorakılıq haqqında S.A.Uimz yazır: «Ermənilər bu ərazini ələ keçirmək üçün bu tərəflərdə böyük əksəriyyət təşkil edən müsəlmanlara qarşı qətl, pozuculuq zorlama kampaniyasına dərhal başlamışlar. Ermənilər inanırdılar ki, bu ərazilərdə heç bir müsəlman olmayandan sonra həmin müsəlman torpaqlarında müstəqil erməni dövləti yaratmaq üçün bu vəhşiliklər onlara kömək edəcəkdir. Terror kampaniyası aparmağın səbəbi bu idi həmin siyasət bu gün Azərbaycanda da davam etdirilir. Öz millətçi hərəkatlarına başlayandan bəri terror qəddarlıq ermənilərin rəsmi siyasəti olmuşdur!..

Ermənilərin həyata keçirdiyi terrorun bariz nümunələrindən biri Ərzincandır: «Ərzincan faciə mənzərəsidir. Quyular müsəlman cəsədləri ilə doludur. Müxtəlif orqanları kəsilmiş bədənlər, əllər, ayaqlar, başlar evlərin yanındakı bağların hər tərəfinə səpələnib. Əsgərlər üç yüz iyirmi basdırılmış meyit tapmışdı, 606 meyit quyu xəndəklərə doldurulmuşdu; , əlbəttə bundan qat-qat çox adam öldürülmüşdü. Guya yol inşası üçün şəhərdən aparılmış 650 nəfər müsəlmanın taleyi məlum deyil. Ermənilər rus silahları avadanlığı ilə yaxşı təmin olsalar da, onlar rusları izləyən Osmanlı qoşunlarına bərabər deyildi. Erməni qüvvələrinə Osmanlı əsgərlərinin ilk hücumunda ermənilər dərhal geri çəkilməyə başladı. Sonrakı illərdə erməni qüvvələrinin dönə-dönə təkrar edəcəyi məsələ budur. Onlar ilk dəfə olaraq qarşılarında həqiqi qoşunları görən kimi silahlarını atıb pərən-pərən düşməyə başladılar». (S.A. Uimz, s.60, 88).

Erməni dəstələrinin terror fəaliyyəti Axısqada da şiddətlənir. Türkiyəyə qaçqın axını artır. Ömər Faiq Axısqa qaçqınlarına yardım üçün 1916- ildə ianə təşkil edir.

Rusiyada hakimiyyəti ələ almış bolşeviklərin 1918-ci ilin 3 martında imzaladığı BrestLitovsk müqaviləsinə görə Sovet qoşunu «Elviyeyi-selase» (Üç sancaq) kimi tanınan Qars, Batum, Ərdəhan bölgələrində dincliyi təmin etməli oranı boşaltmalı idi. Lakin daha əvvəl çar, sonra sovet-rus qoşunları bu torpaqlarda türk əhalisinə qarşı erməni dəstələrinin törətdiyi müdhiş cinayətlərə seyrçi kimi baxır. Sovet qoşunlarının gözü önündə 1918-ci ildə canilər Andranikin, Kantarçıyev Aqanikin, Areşovun, Pyotr Marabaşvilinin quldur dəstələri Qars-Axısqa yörəsində on minlərlə türkü ən müdhiş, tükürpədici üsullarla qırır.

Qırğınlar, məlumdur ki, Vandan Bakıya qədər bütün bölgələrdə, o cümlədən Axısqada şiddətlənir.

Türk hərbi qüvvələri bu cinayətlər qarşısında seyrçi qala bilməzdi. 1918-ci ilin fevralında türk ordusu şərqə tərəf hərəkətə başlayır, mart-aprel aylarında Ərzurum, Sarıqamış, Qars ermənilərdən qurtarılır. 3- Qafqaz Tümən komandanı Xalid Paşa yerli könüllülərin başçısı, Axısqa qəhrəmanı Osman Sərvər Atabəy 4 aprel 1918- ingilislərə arxalanan erməni dəstələrini yenərək Axısqanı azad edirlər. Sovetlərin elan etdiyi «xalqların öz müqəddəratını təyin etmək hüqu­qu»ndan ruhlanmış Axısqa-Axılkələk türkləri erməni dəstələrinin milli soyqırım təhlükəsindən qurtulmaq üçün 1918-ci ilin 13 aprelində Türkiyəyə birləşmək haqqında müraciət qəbul edirlər (Bax: A.Stavrovskiy. Zakavkazğe posle Oktəbrə. Vzaimootnoşeniə s Turüiey v pervoy polovine 1918 qoda. Qosizdat. M.-L., 1925, s. 84). Bu müraciət 13-16 aprel 1918- Batum konfransında səslənir, 11 mayda Türkiyə bu istəyin gerçəkləşməsini tələb edir 15 may 1918- Gürcüstan bu tələbi qəbul edir.

Xalqların öz müqəddəratını təyin etməsi hüququndan çıxış edərək, 1918-ci ilin 17 iyulunda Qars, Ərdəhan, Batumda referendum keçirilir. Bu üç sancaqda referendumda iştirak edən 87.048 nəfərdən 85.129-u Tyrkiyəyə birləşmək tərəfdarı, 1.693-ü isə əleyhinə olur. Beləliklə, üç vilayət, o cümlədən onların tərkibində Ağbaba, Şəvşət, Naxçıvan, Posxov, Çıldır, Axısqa, Axılkələk Osmanlı dövlətinə birləşmək qərarına gəlir. 14 iyul 1918- Elviyeyi Selase (Qars, Ərdəhan Batum) Türkiyəyə qatılır.

Ermənilər, gürcülər sovetlər referendumu kəskin tənqidlə qarşılayırlar. Bakı, Şamaxı, Naxçıvan, Zəngəzur, Göyçə, Axısqa, Qarabağ, Borçalıda dinc türk əhalisinə qarşı qırğınlar, soyğunlar görünməmiş dərəcədə şiddətlənir. Qırğınları Bakıdakı məlum bolşevik komissarları vüsətləndirir

Türk ordusu 1918-ci ilin payızında bu qırğınları kəsmək üçün irəliləyir, sentyabrın 15- Bakıya daxil olur, əhalini kütləvi qırğından qurtarır. Sentyabrın 20- Sovet dövləti buna qarşı Türkiyəyə kəskin nota verir. Lakin türklər öz qardaşlıq borcunu axıra qədər yerinə yetirir, həmin ilin 21 oktyabrında Əhməd İzzət Paşa Osmanlı ordularına Qafqazı azad etmək əmri verir.

Sovet dövləti zahirdə Türkiyə ilə həmrəy olduğunu desə , hələ 1918-ci ilin avqustunda Almaniya (türklərin müttəfiqi, Rusiyanın düşməni!) ilə Türkiyəyə qarşı gizli saziş bağlayır. Türkiyə meydanda təklənir, ingilis qoşunları İstambulu təhdid edir. Hər tərəfdən hərbi təzyiq, beynəlxalq intriqalar nəticəsində 1918-ci il oktyabrın 30-da Türkiyə çox ağır şərtlərlə Mondros sazişini imzalayır ordunu cənubi-qərbi Qafqazdan çıxarmağa boyun olur. Qars, Ərdəhan, Batum, Naxçıvan, Axısqa, Axılkələk, Göyçə, Ağbaba, Borçalının zavallı türkləri məkrli düşmən qarşısında təkbaşına qalırlar.

İngilis, fransız, rus yardımına arxalanan erməni hərbi dəstələri bu bölgələri həlqəyə alır.

bu ölüm-dirim məqamında yerli türk əhalisinin şanlı hürriyyət istiqlal mücadiləsi, azadlıq, şərəf, ləyaqət uğrunda qeyri-adi qəhrəman­lıqla mübarizəsi başlayır. Xalq birləşir, təşkilatlanır, siyasi tədbirlər görür. Bu amacla «Axısqa hökumətimüvəqqətəsi» (29 oktyabr 1918), «Araz Türk hökuməti» (3 noyabr 1918), «Qars İslam Şurası» (5 noyabr 1918), «Milli Şura hökuməti» (30 noyabr 1918) nəhayət, «Cənubi-Qərbi Qafqaz hökumətiMüvəqqətayiMilliyyəsi» adlanan cəngavər türk respublikaları qurulur.

Qars, Axısqa, Çıldır, Ərdəhan, İqdır, Naxçıvan, Posxov, Axılkələk bölgələrini düşmən istilasından, əhalini qırğından xilas etmiş bu respublikaların onların yaradıcılarının adı türk dünyası tarixinə qızıl hərflərlə yazılmağa layiqdir!

Cənubi-qərbi Qafqazda ilk müstəqil türk respublikası «Axısqa hökuməti-müvəqqətəsi» olmuşdur.

«Axısqa hökuməti-müvəqqətəsi» (29 oktyabr 1918 – 30 noyabr 1918) türk ordusu Axısqa-Axılkələkdən çıxarılacağı ərəfədə qurulmuşdu. Hökumət rəisi türk dünyasının «bayraq şəxslərin»dən olan Ömər Faiq bəy seçilmişdi. Ömər Faiq bəy hökumət başçısı olan kimi Axısqa bölgəsindəki qoşun hissələri komandanından qoşunu Axısqadan çıxarma­masını rica edir. 9-cu ordu komandanı Yaqub Şövqi paşa cava­bında yazır ki, əgər bu mümkün olsa idi, biz heç ricaya meydan belə verməzdik. Türk komandanı cavabını ürək ağrısıyla bitirir: «Ahıska Ahılkələk əhalisi heç bir şeydən qorxmasınlar. Kendi təşkilatlarını icra ikmal edərək sükunət rahatla əhvali-ümumiyyəyə intizar etsinlər. Siyasəti ümumiyyə hər gün bir qəlibə girməkdədir. Bir müddət sonra nələr zühur edəcəyi şimdidən kəsdiriləməz…» (A.E.Gökdemir. Cenübigarbi Kafkas hükumeti. Ankara, 1989, s. 39).

Doğrudan da, bir müddət sonra nələr zühur edəcəyini heç kimin ağlı kəsdirə bilməzdi!..

Axısqa liderləri Ömər Faiq bəy, Osman Sərvər Atabəy Dikanlı Hafiz bəy azsaylı könüllülərlə Axısqa Axılkələkdə düşmənlə üz-üzə qalır.

Axısqa respublikasının rəhbərləri vilayətin istiqlaliyyəti yolunda böyük işlər görür. 1918-ci ilin 30 noyabrında isə mərkəzi Qarsda olan, Naxçıvandan Batuma qədər türk əhalisini erməni-gürcü işğalına qarşı birləşdirmək istəyi ilə yaranmış «Milli Şura hökuməti» birliyinə qoşulur.

Az müddətdə çox işlər görmüş, milli oyanışda əvəzsiz rol oynamış «Araz Türk hökuməti» ya Araz cümhuriyyəti (3 noyabr 1918 – 30 noyabr 1918; başçısı Əmir bəy Əkbərzadə) noyabrın 30-da elan edilmiş Milli Şuraya birləşir.

Milli Şura hökuməti ya Milli İslam Şurası Qarsda yaranmışdı.

Türk ordusunun çıxarılacağı xəbəri, Naxçıvan Axısqada olduğu kimi, Qarsda da ciddi səda oyatmışdı. Erməni təcavüzünə qarşı həyatlarını, namus ləyaqətlərini qorumaq azadlıqlarını saxlamaq üçün, oktyabrın 29-da Axısqada, noyabrın 3- Naxçıvanda yaradılan respublikalar kimi, Qars türkləri 1918-ci il noyabrın 5- «Qars İslam Şurası» adlanan müstəqil milli hökumət qurmuşdu. Bu, əslində Ordubaddan Batuma qədər ərazidə yerləşən Cənubi-qərbi Qafqaz türk cümhuriyyətinin yaradılması demək idi.

Qars İslam Şurasının ilk rəisi (prezidenti) Borçalıdan Kəpənəkçili Emin ağa, müavini isə Piroğlu Fəxrəddin bəy seçilir. Qars Şurası böyük siyasi-hərbi fəaliyyətə başlayır, əhalini birləşdirmək müdafiə işinə girişir.

1918-ci ilin 30 noyabrında Qars İslam Şurasının dəvəti ilə Ordubad, Naxçıvan, Kəmərli, Sürməli (İqdır), Ağbaba, Sərdarabad, Şürəgəl, Şəvşət, Çıldır, Axısqa Axılkələk bölgələrindən 60-dan çox millət vəkili Qarsa gəlib böyük konqresə toplaşır. Konqresin qətnaməsində deyilirdi: «Batumdan Ordubada Ağrı dağından Azqura qədər, xalqının çoxu türk müsəlman olan yerlərdən orsmanlı ordusu çəkilincə, idarə yurd qorunması işlərinə baxmaq üzrə, Mərkəzi Qars olmaq üzrə «Milli Şura hökuməti» qurulması ittifaqla qərarlaşdırıldı». Konqres xalqı silahlı müdafiəyə hazırlamaq, xarici əlaqələri genişləndirmək qərarına gəlir.

Hökumət rəisliyinə Cahangiroğlu İbrahim bəy, müavinliyinə Kəpənəkçi Emin ağa seçilir.

Xarici fəaliyyət xüsusilə genişlənir, hətta yapon imperatoruna Kəpənəkçi Emin ağanın imzasıyla 8 dekabr 1918-də teleqrafla müraciət göndərilir, bir asiyalı rəhbər kimi respublikanı tanıması rica edilir (bu görkəmli xadimin fəaliyyəti haqqında bax: Ə. Kanevskiy. Gmin aqa Borçalinskiy. Tula, 1915).

Bu ara erməni təcavüzlərinin ən hərarətli zamanı başlayır. Erməni fitnələri o qədər şaxələnir ki, 1918-ci ilin axırı – 1919-cu ilin əvvəlində Axısqa-Axılkələkdə və xüsusən Borçalıda artıq Ermənistan – Gürcüstan savaşı başlayır. 1918-ci il dekabrın 17-də rəsmən müharibəyə başlayan erməni və gürcü tərəfləri artıq dekabrın 31-də atəşi dayandırsa da silahlı toqquşmalar davam edir.

Bu müharibənin səbəbkarı olan ermənilər Gürcüstan ərazilərinə Qafqaza ayaq qoyduqları ilk günlərdən iddia edirdilər. Hələ 1913-cü ildə Qafqaz canişini Vorontsov-Daşkov Borçalı və Axılkələk qəzalarını Tiflis quberniyasından alıb Gümrü quberniyasına birləşdirmək barədə ermənilərin tələbini müzakirə üçün xüsusi komissiya yaradır. 1914-cü ilin 24 yanvarında bu plan Tiflis Quberniya Şurasının yığıncağında müzakirə olunur, lakin komissiyanın mənfi rəyinə görə qəbul edilmir. 1917-ci ildə yenidən Gümrü (Aleksandropol) quberniyası yaradılması, Borçalının Loru nahiyəsinin bura daxil edilməsi məsələsi qoyulur, elə bu dövrlərdə «üç dəniz» arasında böyük əraziləri, o cümlədən Borçalı, Axısqa, Axılkələk, Tiflis və Batumu əhatə edən «Böyük Ermənistan» ideyası irəli sürülür (Borçalı, Axısqa-Axılkələkdə bu və digər erməni fitnələri haqqında bax: İ.Cavaxişvili. Torpaq çəkir. B., 1990; Ş.Məmmədli. Paralanmış Borçalı və ya 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinin acı nəticələri. B., 1991; Ş. Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətlər (XIX-XX əsrlər). B., 1997; S.Kiladze. Bir müharibə haqqında sənədli məlumatlar // «Axalqazrda İverieli» qəzeti, № 55,56,57,58; «Sabah» qəzeti, № 2(3), 1992).

Vəziyyətin gərginliyi türkləri və gürcüləri 1917-ci ilin yayında Tiflisdə kəndlilərin qurultayında ermənilərə qarşı gürcü-müsəlman İttifaqı yaratmağa məcbur edir (V. Qurko-Kryajin. Erməni məsələsi. B., 1990, s. 13). Həmin ilin oktyabrında isə həyasızlaşmış ermənilərin Gürcüstana ərazi iddialarını gerçəkləşdirmək üçün Tiflisin özündə erməni milli konqresi toplaşır, Erməni Milli Mərkəzi və Milli Şura yaradılır. Zaqafqaziya Seymi (15 noyabr 1917 – 10 aprel 1918) dağıldıqdan sonra ermənilərin torpaq iddiaları artıq üç müstəqil respublika arasında hərbi münaqişələrə səbəb olur. «1918-ci ildə Ermənistan cırtdan respublika kimi peyda olar-olmaz öz qonşularına – Gürcüstan, Osmanlı İmperiyası və Azərbaycana saxta torpaq iddiaları irəli sürdü. Ermənilər Gürcüstana müharibəni uduzduqdan sonra ikinci hücum üçün Azərbaycanı seçdilər. Bu müharibə ərzində xristian ermənilər 115 Azərbaycan kəndini xaraba qoydular. 7.000 nəfərdən çox adamı öldürdülər və 50.000-dən çox müsəlmanı ev-eşiyini ataraq qaçmağa məcbur etdilər. Lakin azərbaycanlılar döyüşə atılan kimi ermənilər qaçıb getdilər» (S.A. Uimz, s. 362, 363). Bütövlükdə cənubi Qafqaz türkləri və Azərbaycan Respublikası iki qonşu dövlətin, ilk növbədə cəmisi 400.000 əhalisi olan Ermənistanın təzyiqinə məruz qalır, sərhədlər, bölgələrin təhlükəsizliyi uğrunda çarpışma başlayır (bax: A.A.Topçibaşev. Diplomatiçeskie besedı v Stambule (1918-1919); M.Ə.Rəsulzadə. Azərbaycan cümhuriyyəti. B., 1990; N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990; Zaqafqaziya və Gürcüstanın xarici siyasətinə dair sənədlər və materiallar. Tiflis, 1919; Ş.Məmmədli. Paralanmış Borçalı…; Ş.Şamıoğlu. Borçalıda etnik…; A.Abbasoğlu. Qafqazda türk cüm­huriyyətləri // «Ədəbiyyat qəzeti», 4.01.1991).

1918-ci ilin dekabrında türk qoşunları beynəlxalq təəhhüdlərə görə Axısqa və Axılkələkdən çəkilməli olur. Həmin ayın 4-5-də ermənilər Axılkələyi işğal edir. Dekabrın 8-də isə ingilislər Batumu tutur, hərbi-siyasi qarşıdurma ifrat həddə çatır (bax: A.Stavrovskiy. Zakavkazğe posle Oktəbrə. Vzaimootnoşeniə s Turüiey v pervoy polovine 1918 qoda. M.–L., 1925).

Türk vətənpərvərləri ingilislərin diqtə etdiyi Mondros sazişinin bu ağır nəticələrinə dözməyərək, 1919-cu il yanvarın əvvəlində I və II Ərdəhan konqreslərinə toplaşırlar. Ərzurumda Vətənin xilası üçün «İstihlasi – Vətən cəmiyyəti» qurulur. 7-9 yanvarda keçirilən Ərdəhan konqresində Axısqanı Osman Sərvər Atabəy, Axılkələyi Məhəmməd Əli bəy və Afzal bəy, Ağbabanı Hacıabbasoğlu Kərbəlayi Məhəmməd bəy təmsil edirlər.

Bu konqreslər «Cənubi-qərbi Qafqaz hökuməti – Müvəqqətayi Milliyəsi»ni qurmaq üçün Qarsda böyük konqres çağırmaq, bir əldən idarə olunacaq milli ordu yaratmaq, Trabzonda nəşr edilən «İstiqbal» və «İqbal», Batumda «Sədayi Millət», Ərzurumda «Albayrak» adları ilə çıxacaq qəzetlər vasitəsilə milli azadlıq ideallarını yaymaq kimi mühüm qərarlar qəbul edir. İngilislər, ermənilər türklərin bu oyanışını yatırmaq, dövlət quruculuğunu sarsıtmaq üçün məkrli planlar hazırlayırlar. 1919-cu il yanvarın 13-də ingilis nümayəndələri ermənilərdən yaradılmış 60 nəfərlik oyuncaq hökumət heyəti ilə Qarsa gəlir, erməni Korqanovu Qars valisi təyin etmək istəyirlər. Milli İslam Şurası buna qəti etiraz edərək, göz görə-görə türkləri ermənilərin qırmasına yol verməyəcəyini, «Qars tarixini islam qanıyla yazdıraraq namusla öləcəklərini» bəyan edir. İngilislər erməni heyətini geri aparmağa məcbur olur, amma erməni terroru artır, bu işə görə 100.000-dən çox türk qətl edilir. Cahangiroğlu İbrahim bəyin imzaladığı müraciətdə deyilir ki, türk üzərində erməni hakimiyyəti qurularsa, bütün türklər silaha sarılacaq, 3 milyon türk şəhid olsa belə, «qana susamış vəhşi ermənilər aramıza girməyəcək» (Bax: R.Hovannisian. The Republik of Armenia. Vol. I. 1918-1919. Losangeles. 1971, p. 207).

1919-cu il 17-18 yanvar gecəsi doktor Esat Oktay bəyin başçılığı ilə Qarsda toplanan böyük konqresdə mərkəzi Qars olmaqla «Cənubi-qərbi Qafqaz hökuməti – Müvəqqətayi Milliyyəsi»nin və ya qısaca Cənubi-qərbi Qafqaz cümhuriyyətinin qurulduğu elan edilir!

Konqresdə 18 maddəlik Anayazı (konstitusiya) qəbul edilir, hökumətin cümhurbaşqanı yenə də Cahangiroğlu İbrahim bəy, parlament rəisi Çıldırlı Esat bəy seçilir; 9 nazir, 4 dövlət idarəsi müdiri təyin olunur.

Qafqaz hökumətinin konstitusiyasında türk dili dövlət dili elan edilir. Üç rəng (bəyaz, yaşıl, qara) zəmin üzərində ay-ulduz olan dövlət bayrağı seçilir. Dövlətin rəsmi mətbu orqanı «Sədayi millət» qəzeti olur.

İngilis əsgəri valisi Temperley, Azərbaycan Respublikası və Türkiyə yeni qurulan Cənubi-qərbi Qafqaz Respublikasını tanıyır.

Qısa bir zamanda 8.000-lik ordu yaradılır, çox pis silahlanmış bu qəhrəman ordu dinc xalqı qırğından qurtarır. Beləliklə, Ordubaddan Batuma, Ağrı dağından Axısqaya qədər 40.000 km2 bir ərazidə yerləşən, 34 vilayət və qəzası,1.773.148 nəfər əhalisi (1.535.824-ü türk və 237.324-ü qeyri-türk) olan müstəqil türk respublikası yaradılır və 6 aydan çox ömür sürür.

Yarandığı vaxtdan respublikaya qarşı hər tərəfdən təcavüz başlanır. Ermənistanın Türk respublikasına qarşı hərbi təcavüzləri nəticə vermədikdə, sınanmış fitnəkarlıq üsulları işə düşür. Qafqaz–Türk cümhuriyyətinin müttəfiqlərə düşmən mövqeyi barədə şayiələr yayılır, hərbi təcavüz şiddətlənir. Axısqa və Axılkələk bölgələri əldən-ələ keçir.

Qafqaz Respublikası təklənir, heç yerdən yadım ala bilmir, nəhayət, ingilislər Qarsı işğal edir. Qars parlamenti və hökuməti Qafqaz ingilis orduları komandanı general Tomsonun dekreti ilə buraxılır, hökumət üzvləri həbs olunur. Bu zaman ingilis əsgərləri və Milli məclisi qoruyan türk polisləri toqquşur, türk polisləri şəhid olur. Cümhurbaşkanı Cahangirzadə İbrahim bəy və 11 nazir Tiflisə, oradan Batum yolu ilə İstanbula aparılır və Maltaya sürülür.

Beləliklə 1919-cu ilin 12 aprelində Cənubi-qərbi Qafqaz Cümhuriyyəti ingilislər tərəfindən dağıdılır. Şəhərə ingilislərin arxasınca, 30 apreldə ermənilər daxil olur…

Cənubi-qərbi Qafqaz Cümhuriyyətini birinci tanımış Azərbaycan Demokratik Respublikası öz çətin vəziyyətinə baxmayaraq, bu cinayətlərə görə Gürcüstan və Ermənistan respublikalarına, Qafqazdakı ingilis korpusu rəhbərliyinə, nəhayət, 1919-cu ilin avqustunda Paris Sülh konfransının sədrinə öz kəskin etirazını bildirir, respublikanın təsfiyəsini rədd edir.

Parisdəki Azərbaycan nümayəndəliyi bu cinayətlərə qarşı münasibətini belə bəyan edir: «Qars vilayətinin belə acı taleyinə Azərbaycan cümhuriyyəti adicə seyrçi kimi biganə yanaşa bilməz və yanaşmamalıdır…» (Azərbaycan SSR EA Tarix, fəlsəfə, hüquq «Xəbərləri», 1989, № 4, s. 111-115).

Lakin əvvəllər Xan Xoylu kabinetinə, Qafqaz respublikasını Paris konfransına qədər qorumağa söz vermiş ingilislər sözlərinə xilaf çıxırlar…

Azərbaycan Cümhuriyyəti öz məhdud durumuna, bir neçə cəbhədə müdaxilə ilə üzləşdiyinə baxmayaraq, Qars, Axısqa, Axılkələk, İrəvan, Borçalı, Sürməli, Batum türklərinin, eləcə də kürdlərin ağır vəziyyətinə heç vaxt biganə qalmamış, hər vasitə ilə yardım göstərməyə çalışmış, bu əraziləri dövlət siyasətinin və bütövlükdə dövlətin tərkib hissəsi kimi götürmüşdür və bunu beynəlxalq səviyyədə bəyan etmişdir. Bu baxımdan Azərbaycanın Xarici İşlər Nazirliyinin məsul əməkdaşı A.Şepotyevin Xarici İşlər Nazirinə 28 yanvar 1919-cu il tarixli 164 saylı məktubu dövlətin siyasətini səciyyələndirən sənəd kimi maraqlıdır. A. Şepotyev məktubda ingilis generalı, mülki-siyasi missiyanın başçısı Biçin yanvarın 25-də onunla görüşündə Azərbaycanın xarici sərhədlərinin necə olacağı barədə verdiyi sualına rəsmi mövqeyə uyğun cavabını yazır: «Bizim dövlətin sərhədləri Dağıstandan(Samur çayından) başlanır.Amma onu deməliyəm ki, Dağıstan vilayətinin iki dairəsi – Kürə və Samur milli tərkibcə türk-tatarlardan ibarətdir, amma biz indi bu məsələni qaldırmırıq.Bu məsələ Dağıstan Respublikası ilə danışıqlar yolu ilə həll ediləcəkdir. Sərhəd xəttini mən Dağıstandan başlayaraq bütöv Zaqatala dairəsi, Sığnaq qəzasının bir hissəsi, əhalisi başdan-başa müsəlmanlardan olan Borçalının düzən hissəsi, Tiflisə qədər Tiflis qəzasının bir hissəsi, Eçmiədzinin kürd əhalisi, İrəvan da daxil olmaqla İrəvan qəzası, Sürməli qəzası, bütöv Qars vilayəti daxil olmaqla göstərdim. Qeyd etdim ki, Ərdəhan vilayəti, Axalsıx qəzası və Batum vilayətini də biz Azərbaycanın tərkib hissəsi hesab edirik. Amma uzaqbaşı həmin ərazilərin muxtar quruluşlar şəklində qurulmasına etiraz etmirik. Halbuki yenə həmin əraziləri Azərbaycan Respublikasının ayrılmaz hissəsi sayırıq» (Az. EA MDƏYTA. f . 970, s.1, iş 42, s. 3-4; Azərbaycan  SSR  EA Tarix, fəlsəfə,hüquq «Xəbərləri», 1990 , №2, s. 61-63; Ş. P. Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətləri (X1X-XX əsrlər). B., 1997, s. 93-94).

Qafqaz Respublikası yıxıldıqdan sonra cənubi-qərbi Qafqazda ingilislərin və rusların dəstəyi ilə türk qırğınları yenidən başlayır. Qarsa ermənilər sahib olmaq istəyir. Axısqa-Axılkələk və Borçalının Ermənistan və Gürcüstan arasında bölüşdürülməsi planlaşdırılır. Bu dövrdə türklərə qarşı erməni terroru elə şiddətlənir ki, hətta 1919-cu ildə Gürcüstan xristianları ermənilərin cinayətkar liderlərini müsəlmanlara qarşı öz terror əməllərinə son qoymağa çağırır. Min illərlə sülh şəraitində yaşadıqları gürcülərə müsəlmanlar da ən çətin məqamda kömək edirlər. Qırğınlar zamanı Axısqa türkləri katolik gürcülərə sığınacaq verir, qırğından qurtarırlar. Tək bir Ude kəndində 1919-cu ilin yanvarından martına qədər türk evlərində 180 katolik gizlənərək xilas olur (L. Barataşvili, K. Barataşvili. Mı, mesxi…// «Literaturnaə Qruziə», 1988, № 8, s. 115).

Ermənilərin ənənəvi şərəfsizliyi və həyasızlığı sonralar Qarabağ ha­di­sələrində olduğu kimi, bu dövrdə, Ermənistan-Gürcüstan müharibəsin­də də özünü göstərir, əvvəl osmanlıları, sonra rusları, sonra ingilisləri satmış ermənilər gürcüləri də çətin vəziyyətə salır, həyasız şantajlara başlayırlar. «Hətta Gürcüstanla müharibə başlayandan sonra da ermənilər gürcülərin dəmir yolunu işlətmək, bu yolla bütün dünyadan yalvarıb diləndiyi yardımları daşımaq istəyirdilər. Ermənilər gürcülərin dəmir yolu və avadanlıqlarını heç nə ödəmədən hazır görmək istəyir, hər dəfə gürcü limanına daxil olmuş yardımın daşınmasında üstünlük qazanmağa çalışırdı. Ermənilər hay-küy salırdı ki, onların camaatı acından qırılır. Əgər gürcülər də eyni çətinliklə üzləşibsə və acından ölürlərsə, dəxli yoxdur, üstünlük ermənilərə verilməlidir» (S.A. Uimz, s. 196).

Bütün dünyanın gözü önündə axıdılan günahsız qanlar, xalqın izti­rabları türk vətənpərvərlərini hərəkətə gətirir. 1919-cu ilin əvvəllərindən şiddətlənən gürcü-erməni basqınlarından xalqı xilas etmək məqsədilə Axısqada qədim qıpçaq atabəyləri sülaləsindən olan Osman Sərvər Ata­bəyin (1886-1962) başçılığı ilə yenidən qurtuluş savaşı başlayır. Osman Sərvər Atabəy 1919-cu ilin fevralında Axısqaya təcavüz etmiş çoxsaylı nizami gürcü ordusuna qarşı on gün qəhrəmancasına müqavimət göstərir.

Posxov yaxınlığındakı Caksu qalasının adıyla tarixə düşmüş qıpçaq əsilli Axısqa Caksu atabəyləri sülaləsinin nəslindən Feyzulla bəyin oğlu olan Osman Sərvər bəy 1886-cı ilin 20 avqustunda Axısqada anadan olmuşdur (anası dövrünün görkəmli ziyalısı, şərq dilləri mütəxəssisi Feyzixan oğlu Hüseyn Əfəndinin qızı Zeynəb xanımdır). Axısqalı Ömər Faiq Əfəndidən ilahiyyat və türk dili dərsi almış Osman Sərvər bəy 1904-cü ildə Tiflisdə real gimnaziyanı bitirmiş, Peterburqda, Almaniyanın Saksoniya vilayətində və Breslav universitetlərində mühəndislik, kənd təsərrüfatı və hüquq təhsili almışdır. 1917-ci ildə vətənə dönən Osman Sərvər bəy bütün həyatını milli mücadiləyə, siyasi və hərbi fəaliyyətə həsr etmişdir. Milli təşkilatlar, könüllülərdən ibarət özünümüdafiə qüvvələri təşkil edən Osman bəy qədim atabəy nəslindən qalan şəxsi əmlakını, bütün var-dövlətini də xalq yolunda sərf etmişdir. Məhz Osman bəyin şücaəti, sərkərdəlik istedadı və təşkilatçılığı sayəsində Axısqa-İqdır bölgəsinin türk əhalisi rus, bolşevik, erməni qırğınlarından xilas olmuşdur. Geniş miqyaslı şəxsiyyət olan Osman bəy Bakı, xüsusən «Bakı İslam Xeyriyyə Cəmiyyəti», Milli Hökumət və Türkiyə rəsmiləri ilə əlaqələr yaratmışdır. Onun az saylı qüvvələrlə düşmən nizami orduları və quldur dəstələri üzərində qələbələri də hərb sənətinin nailiyyətlərindən hesab oluna bilər. Axısqanı 1918-ci ilin aprelində erməni quldurlarından təmizləyən də Osman Sərvər Atabəy olmuşdur. Sonradan Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, 1924-cü ildə Ərdəhandan millət vəkili seçilmiş, mədən işlərində, elm sahəsində çalışmış Osman Sərvər bəy 1962-ci ildə nəvəsi Feyzulla ilə birlikdə yol qəzasında həlak olur. Bu qəhrəman və zəki insanın adı Axısqa türkləri və ümumən türk dünyası tarixinə qızıl hərflərlə yazılmağa layiqdir.

Osman Sərvər bəy Axısqa-Axılkələk Müsəlmanları Milli Şurası yaradır (Cənubi-qərbi Qafqaz əhalisinin haqlarını qoruma mərkəzi), Şura 25 dekabr 1919-cu ildə Axısqanın muxtariyyətini elan edir.

Məsələnin ciddiliyini görən gürcü parlamenti 1919-cu il 25 dekabrda Cənubi Gürcüstanın müsəlmanlar yaşayan hissəsinə rəsmi olaraq muxtariyyət statusu və geniş qanunvericilik, idarəçilik səlahiyyətləri verir.

Qeyd edək ki, ermənilər tərəfindən amansız təqib, qətliamlar, qarət və işgəncələr əlacsız qalan Borçalı türklərini də çıxılmaz vəziyyətə salmışdı və heç yerdən dəstək görməyən, genosid təhlükəsi ilə üzləşən borçalılar arasında da 1918-ci ilin yayından «Qarapapaq xanlığı» və «Borçalı-Qarapapaq Cümhuriyyəti» ideyası ortaya çıxmış, bu yönümdə addımlar atılmışdı. Yerli liderlərin müzakirəsindən sonra Azərbaycan Cümhuriyyəti Baş Nazirinə, Türkiyə sultanı və böyük vəzirinə xalqın xilası üçün 1337-ci (1918) il məhərrəmin 5-də Borçalının sünni təriqəti üzrə qazısı Allahyarzadə Yusif Əfəndi, Borçalının şiə təriqəti üzrə qazısı Məhəmməd Şeyx Məhəmməd Əli və Borçalı Xeyriyyə Cəmiyyətinin sədri və üzvləri, o cümlədən Qurban Əli Əfəndi Xəlilzadə və İsa tərəfindən imzalanmış məktub göndərilir. Məktubda Borçalıdakı gərgin durum, erməni və gürcü terroru haqqında məlumat verilir və xalqın əsas istəyi bildirilir: «Artıq çox kiçik xalqlar belə özlərinə müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olmağımız, habelə sayca çoxluğumuz və hər cür başqa göstəricilərimiz imkan verir deyək ki, burada hakim xalq olaq… Bununla əlaqədar olaraq biz mərkəzi idarəçilik Tiflisdə olmaqla «Qarapapaq» adlı yarımmüstəqil xanlıq kimi Türkiyənin protektoratlığı altında tanınmağımız barədə Türkiyə Sultanı və böyük vəzirə xahişlə müraciət edirik və yaxud Tiflis şəhəri ilə bir yerdə Azərbaycana birləşmək haqqında məsələ qaldırırıq…» (Azərbaycan MDƏYTA. f. 970, siy. 1, iş 24; Az. SSR EA Tarix, fəlsəfə, hüquq «Xəbərləri», 1990, № 2, s. 64-69; Ş. Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətlər (XIX-XX əsrlər). B., 1997, s. 92).

Qars hökuməti dağıldıqdan sonra xalqı qorumaq üçün Batumdan Ordubada qədərki ərazidə aşağıdakı başqa yerli hökumətlər də qurulur: Naxçıvan Şurası, Çingiz bəy hökuməti (Şahtaxtı mərkəz olmaqla Vedi, Eçmiyazın yörəsi, Zəngibasarın bəzi kəndləri), Qulp (Duzluca) Şurası, Oltu müvəqqəti hökuməti, Ağbaba Şurası, Çıldır milli Şurası, Batum İslam cəmiyyəti, Şəvşət milli Şurası, Əcərə və Çürüksu hökumətləri, Borçalı – Qarapapaq Şurası…

Bu hökumətlərin tarixi (necə ki, Azərbaycan Cümhuriyyətinin, Krım Respublikasının, İdel-Ural Respublikasının, Türküstan Respublikasının, Dağıstan Respublikasının) türk tarixinin ən şanlı səhifələrindəndir və ayrıca öyrənilməlidir!…

Türkiyənin, Anadolu və Qafqaz türklərinin milli fəlakət astanasında durduğu vaxtda Mustafa Kamal Paşa böyük azadlıq hərəkatına başlayır. 19 may 1919-dan Samsuna çıxaraq milli mücadiləyə başlayan Mustafa Kamal Paşa 1920-də Ankarada TBMM üzvləri ilə birlikdə Milli Misak üzərinə and içir və şimalda olan türk bölgələrinin azadlığı, ingilis-rus köməyi ilə azğınlaşmış erməni terroruna son vermək üçün Kazım Qarabəkir Paşanın komandanlığı ilə XV türk kolordusu 28 sentyabrda hərəkətə başlayır. Az bir vaxtda Sarıqamış, Gölə, 30 oktyabr 1920-də Qars, 7 noyabrda Gümrü, 12 noyabrda İqdır azad olunur, gürcülər Ərdəhan və Artvindən çəkilir. Türk torpaqları bir-bir əsarətdən qurtulur. 1921-ci ilin 7 martında Axısqa, 11 martda Batum, 14 martda Axılkələk Türk ordusu tərəfindən azad edilir. Lakin siyasi-hərbi vəziyyət elə gətirir ki, Türkiyə 1921-ci ilin 16 martında Moskva sazişini imzalamalı olur. Moskvada Yusif Kamal, Riza Nur və Fuad Paşadan ibarət nümayəndə heyətinin diplomatik uğursuzluğu nəticəsində bu «dostluq sazişi» ilə Batum, Axısqa, Axılkələk, Acar bölgələri ruslara verilir və sonradan Gürcüstan respublikasına qatılır… Türkiyə nümayəndə heyətindən bu «dostluq müqaviləsini» niyə imzaladıqlarını soruşduqda, Riza Nur belə cavab verir: «Ahıskada boyle yüzlerce türk köyü olduğunu maalesef bilmiyorduk! Elimizde neşredilmiş bir vesika bile yokdu. Keşke daha önce bu hisusta bilgi sahibi olsaydık!..» (Saadin Ahıska. Türk-rus savaşları ve Ahıska felaketi // «Ahıskalılar», oktyabr, 2003, sayı 4, s. 23).

Əvvəllər çar Rusiyasından, sonra ingilislərdən bəhrələnən ermənilər indi həm Denikinə arxalanır, həm də bolşeviklərdən istifadə edirlər. Müstəqil Gürcüstanı dağıtmaq üçün ermənilər bu dəfə də xəyanət edir. 1921-ci il fevralın əvvəllərində erməni İ.Lazyan başda olmaqla Loruda hərbi inqilab komitəsi yaradılır. İ.Lazyan, S.Yevonyan, S.Sarkisyan gürcü hökumətinə qarşı erməniləri üsyana qaldırır, fevralın 16-da Gürcüstan İnqilab Komitəsi yaradılır və bu komitə 20 fevralda «Gürcüstan fəhlə, kəndli və əsgərlərinə, bütün zəhmətkeşlərinə müraciətdə» belə bir saxta bəyanat verir: «Üsyana qalxmış Borçalının zəhmətkeş xalqına… imkan veriləcək ki, o, sərbəst olaraq könüllü surətdə Ermənistan, Azərbaycan, yaxud Gürcüstan sovet respublikalarının birinə ilhaq edilsin» («Bakinskiy raboçiy» qəzeti, 20 fevral, 1921, № 40). 1921-ci ilin mayında RK(b)P MK Qafqaz bürosu Zaqafqaziyada sərhəd məsələləri ilə bağlı komissiya yaradır, lakin ermənilərin istəkləri həyata keçir, Göyçə, Zəngəzur kimi, Dağ Borçalısı, Loru nahiyəsi iyulun 7-də bütövlükdə Ermənistana verilir, əhalisinin 93 % (36.615) azərbaycanlı olan Aran Borçalı, 88,8 % (7.419) azərbaycanlı ilə Qarayazı, 100 % (6.728) azərbaycanlı ilə Sığnaq qəzasının cənub-şərqi, yarıdan çoxu türk olan Axısqa qəzası, hələ də xeyli türk yaşayan Axılkələk, eləcə də Acarıstan Gürcüstana verilir. Müsəlmanların böyük kütləsini torpaqları ilə sərhədlərinə almış Gürcüstan rəhbərliyi, onlara diqqət yetirdiyini göstərmək üçün 1921-ci il avqustun 1-də müsəlman əhalisi üçün Şura təsis edir (sədri Ö.F.Nemanzadə, katibi H.Minasazov), lakin bu şuranın real fəaliyyəti olmur.

21 oktyabr 1921-ci il Qars müqaviləsi bu yeni sərhədləri təsdiqləyir. Beləliklə, qədim Çıldır əyalətinin mərkəzi olan Axısqa vilayətinin 21 sancağından 11-i Türkiyədə qalır, 9-u Gürcüstana düşür, Borçalı bütövlükdə Ermənistan və Gürcüstan arasında bölünür, Zəngəzur, Göyçə ermənilərə verilir, Dərbənd Rusiyada qalır.

Lakin sovet dövründə də ermənilərin bu əraziləri qoparmaq cəhdləri davam edir. Çar dövründə olduğu kimi, 1922-ci ildə ermənilər Axılkələk və Borçalı qəzalarını birləşdirərək yeni erməni inzibati vahidi yaratmaq planı irəli sürürlər. Və həmişəki tək Moskva ermənilərin bu həyasız təklifinə də xüsusi diqqətlə yanaşır, SSRİ Daxili İşlər Komissarlığı məsələni ətraflı öyrənir, lakin heç bir iqtisadi-coğrafi, tarixi əsas tapmır, ən əsası – yerli xalqın etirazı ilə üzləşir və komissarlıq 1923-cü il fevralın 26-da 291/1367 saylı təliqə ilə bu planın qəbuledilməzliyi barədə KP MK-ya qərar təqdim edir (N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990, s.47; Ş.Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətlər (XIX-XX əsrlər). B., 1997, s. 118). Bundan sonra ermənilər köçkünlər hesabına Axılkələk, Axısqa, Ağbulaq, Zalqa, Borçalı bölgələrini tədricən erməniləşdirmək, Gürcüstanda azərbaycanlı, türk, müsəlmanlara qarşı kütləvi siyasi repressiyalara rəvac vermək taktikasını davam etdirirlər.

Lakin bütün bu hadisələr belə Axısqa türklərinin milli oyanışını və tərəqqisini dayandıra bilmir! Qeyd edək ki, Axısqa türklərinin milli oyanışı, mədəni həyatı ən ağır irtica dövrlərində də sönməmişdi. «Əkinçi»dən başlamış «Molla Nəsrəddin»ə qədər və sonralar da həmişə Qafqaz türk mətbuatında Axısqa mühüm mədəni mərkəz kimi xatırlanmışdır. 

Hələ 1836-cı ildə Qazan universitetində çıxışında Mirzə Kazım bəy əsas yerli dil kimi türk dili tədrisinin vacib olduğu məntəqələr arasında Tiflis, Qazax, Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan, Lənkəranla yanaşı Axısqanın da adını xüsusi qeyd edir (Bax: M.Kazem-bek. İzbrannıe soçineniə. B., 1985, s. 346). Qeyd edək ki, Gürcüstanda əksər tarixi dövrlərdə, Borçalıda isə indiyədək türk dili əsas ünsiyyət vasitələrindən olub: «Keçmişdə geniş ərazidə (o cümlədən Gürcüstanın xeyli hissəsində) ünsiyyət dili funksiyasını yerinə yetirmiş Azərbaycan dilini çox vaxt azərbaycanlılarla qonşu olan gürcü əhali də bilib, azərbaycanlılara isə digər xalqlarla təsərrüfat ünsiyyətində gürcü dilini bilməyə böyük ehtiyac olmayıb» (N.S. Volkova. Gtniçeskie proüessı v truzinskoy SSR.// Gtniçeskie i kulğturno–bıtovie proüessı na Kavkaze. M., 1978, s. 17).

 Axısqa və Axılkələk qəzalarında ilk müasir türk məktəbləri 1900-cü ildə açılır.

XX yüzilliyin 20-30-cu illərində Axısqa yörəsinin mədəni-iqtisadi tərəqqisi sürətlənir.

Axısqa-Axılkələk obalarında yeni maarif-mədəniyyət ocaqları yaranır, milli kadrlar yetişir. Ömər Faiq Nemanzadə, Osman Sərvər bəy, Əhməd bəy Pepinov, Məmməd Zəki Dursunzadə, Məhəmməd Əli bəy, Afzal bəy, Məhəmməd Şeyxzadə kimi şəxsiyyətlər bütövlükdə Zaqafqaziya ictimai həyatında böyük rol oynayırlar. Axısqa elinin Azərbaycan, xüsusən Borçalıyla əlaqəsi güclənir. Bura Azərbaycandan çoxlu müəllim, sənətçi və inzibati işçi gəlir. Onların yardımı ilə texniki məktəblər, müəllim məktəbləri, siyasi kurslar açılır. Gürcüstanda türkcə çıxan «Tiflis əxbarı» (1842), «Ziya» (1879-1880), «Ziyayi Qafqaziyyə» (1880-1884), «Kəşkül» (1883) jurnalı, «Kəşkül» qəzeti (1884-1891), «Şərqi Rus» (1903-1905), «Molla Nəsrəddin» (1906-1918), 1918-1921-də müstəqillik dövründə çıxan «Gələcək», «Al bayraq», «Vətən», «Yeni dünya», sovet dövründə «Kommunist» (1921), «Yeni fikir» (1922-1927), «Yeni kənd» (1927-1938), «İşıqlı yol» (1924), «Dan ulduzu» (1926-1931), «Şərq kolxozçusu» (1931), «Qızıl Şəfəq» (1926-1930), «Yeni qüvvə» (1930-1939), Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Axısqada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanları türklərin ictimai həyatında mütərəqqi rol oynayır.

Bu obanın mədəni həyatına teatr tamaşaları ayrıca rövnəq vermişdir, xüsusən Tiflis türk teatrının qastrolları. 20-30-cu illərdə çoxlu həvəskar teatr dərnəkləri yaranır, nəhayət, Tiflis Azərbaycan Dram Teatrının köməyi ilə 1934-cü ildə böyük sənətkar İbrahim İsfahanlının başçılıq etdiyi Adıgün Səyyar Kolxoz-Sovxoz teatrı fəaliyyətə başlayır (Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. B., 1984, s. 138-141). Adıgün teatrında İ.İsfahanlıdan başqa, Əsəd Xəlilov, İsmayıl Ələkbərov, Sadıq Məmmədov, Qara Nəzərli, Yusif Ələkbərov, Məmməd Hüseyn Bəxtiyarlı, Məmmədbağır Məmmədov, Nadir Novruzov, Xasay Rüstəmli, İsrafil Qarayev, Nürəddin Rzayev, Rzabala Rzayev, Firidun Məmmədov, Ş.Ərdahanlı, Xədicə Əliyeva, Kübra Cəfərova kimi peşəkar sənətkarlar, yerli ziyalılardan Ömər Mamaxov, Ramiz bəy Qaplanov çalışırdı. Adıgün teatrı 1936-cı ildə yerli tamaşalarla yanaşı, Borçalı, Lüksemburq (indiki Bolnisi), Qarayazıya qastrola çıxır. 1936-cı ilin 7-20 oktyabrında Borçalıda tamaşalar verir. Teatrın repertuarına «Hamlet», «Otello», «Qaçaqlar», «Hind qızı», «Almas», «Sevil», «Altun-qala», «Yaşar», «Od gəlini», «Şeyx Sənan», «Hacı Qara», «Namus», «Sona», «Kef içində», «Platon Kreçet», «Volkovlar ailəsi» kimi əsərlər daxil idi. Tək Axısqa-Adıgündə deyil, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında böyük şöhrət qazanmış bu teatr gərgin işləyirdi («Yeni kənd» qəzeti, 1937, 21 mart). Teatr ancaq 1935-ci ilin mayına qədər «rayonun 30 böyük kəndində və mühüm nöqtələrində 70-dən ziyadə tamaşa vermiş, bədii çıxışlarda bulunmuşdu» («Qızıl rəncbər» qəzeti, 1935, 28 may). «Yeni kənd», «Qızıl rəncbər», «Adıgün kolxozçusu» qəzetləri Adıgün teatrının tamaşalarını təhlil edir, diqqətlə izləyirdilər. Aspindza və Qarayazıda, habelə Azərbaycanın bəzi rayonlarında uğurlu qastrolları olmuş, yalnız 1937-ci ildə Axısqada 12 tamaşa göstərilmişdi (bax: Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. B., 1984, s.141). Lakin repressiv rejim bu teatrın uğurlarına çox dözmür, 1937-ci ildə teatr Tiflisə köçürülür və Səyyar Kolxoz-Sovxoz teatrı adlandırılır və bir neçə tamaşadan sonra bağlanır. Qeyd edək ki, Tiflis Azərbaycan teatrının da Axısqa bölgəsində qastrol tamaşaları olur.

Axısqanın türk əhalisinin demoqrafik vəziyyətində də dirçəliş baş verir. Əvvəlki siyahıyaalmalarda da türklər bu obalarda çoxluq təşkil edirdi. Səyyahlar buranın türk eli olmasını aydın duyurdu (Bu haqda – A.Frenkelğ. Oçerki Çuruk-su i Batuma. Tiflis, 1879; V.M.Lisov­skiy. Çoroxskiy kray. Voenno-statistiçeskiy oçerk. Tiflis, 1887; N.Ə.Marr. İz quriyskix nablödeniy i vpeçatleniy. SPb., 1905 kitablarına, o cümlədən P.Uvarovanın, T.Veşapelinin, A.D.Andronikovun və başqalarının əvvəl göstərdiyimiz əsərlərinə bax). Lakin əvvəllərdə də və sovet dövründə də statistik göstəricilərdə türklərin sayı həmişə azaldılıb. 1870-ci ildə Tiflis qubernatoru K.L.Zissermanın redaktəsi ilə çıxmış «Tiflis quberniyasının təsvirinə aid materiallar»da (Sbornik materialov dlə opisaniə Tiflisskoy qubernii. Tiflis, 1870) Axısqa qəzasında 322 yaşayış məntəqəsində 63.322 nəfərin yaşadığı, 24.857 (39,3 %) nəfər müsəlman (20.855 – türk, 2.360 – tərəkəmə, 1.067 – kürd, 575 – tat), 3.841 nəfər pravoslav, 2.103 nəfər katolik gürcü, 24.376 nəfər qriqorian, 3.849 nəfər katolik erməni, 4.157 nəfər rus-duxobor, 134 nəfər yəhudi, 5 nəfər rus-pravoslav olduğu göstərilir.

Müsəlmanların sayının xeyli azaldılması bu statistikada 7.394 təsərrüfatdan 3.363-nün (45,5 %) adətən ailə üzvlərinin sayının çoxsaylı olması ilə səciyyələnən müsəlmanlara aid olmasından aydınlaşır.

Axısqa və Axılkələkdə çar və sovet dövründəki statistikanın qeyri-obyektivliyini belə bir müqayisə də təsdiqləyir. Brokhauz-Efronun «Ensiklopediya»sında (SPb., 1890, t.,II s.526) Axılkələkdə 1887-ci ildə 59.496 nəfər yaşadığı, bunlardan 5.617 rus, 3 polyak, 62 yunan, 689 kürd, 42.301 erməni, 3.690 gürcü, 52 kabardin, 6.082 tatar olduğu göstərilir. «Rus ensiklopediyası»nda (SPb., «Deətelğ», II t., s.127) 1910-cu ildə Axılkələkdə 83.000 əhali, bunlardan 65 mindən çox erməni, qalanların rus, tatar, gürcü olduğu, 7.000 duxobor (Boqdanovka, Spasskaya, Qorlovka, Yefremovka, Troitskoe, Tambovka, Rodionovka kəndlərində) yaşadığı bildirilir. Yəni bu məlumata görə 1887-də 59.496 nəfərlik əhalidən yalnız 17.195-i digər millətlər, qalanları ermənilər təşkil edib (42.301). 1910-cu ildə isə 83.000 əhalidən 65.000-i erməni, qalanları isə 18 min olmuşdur. 1887-dən 1910-a qədər isə qəzada əhali artımı 23.504 nəfər olmuşdur. Belə çıxır ki, 23 ildə 42 min erməni 22.699 nəfər, bütün qalan xalqlar (17.195) isə cəmi 805 nəfər artmışdır. Absurd göz qabağındadır.

1887-ci ildə Axılkələkdə əhalinin silklər üzrə tərkibi isə türklərin burada əsilli-köklü xalq olduğunu sübut edir: 59.496 nəfərdən dvoryanlar – 5, xan, bəy və ağalar – 253, ruhanilər – 1.053, meşanlar – 21, kəndlilər – 58.147, sahibkar kəndlilər – 116, istefada və ehtiyatda olan aşağı rütbəli məmurlar – 17 (Brokhauz-Efron, yenə orada).

1916 və 1917-ci illərdə hətta rus idarələrinin Cənubi-qərbi Qafqazda apardığı statistika belə buralarda türklərin üstün olmasını təsdiq edir. 1916-cı il statistikasına görə, Axısqada 52.027 türk, 27.568 erməni, 205 rus, 73 rumlu, 8.964 gürcü, 3.235 yəhudi; Axılkələyin A bölgəsində 7.000 türk, 1.500 erməni, 1.230 gürcü; Batumda 59.446 türk, 5.189 erməni, 5.482 rus, 1.747 rumlu, 3.978 gürcü, 110 alman, polyak, eston; Sürməlidə 55.735 türk, 31.718 erməni, 10.559 kürd yaşamışdır. 1916- ilin statistikasında (P.İnqorokva. O qraniüax territorii Qruzii. Konstantinopolğ. 1918, s.12) Axısqa Axırkələyin birlikdə əhalisinə aid göstəricilər isə belədir: 172.000 əhalidən 63.000 müsəlman (59.000 – türk, 3.000 – kürd, 1.000 - tərəkəmə), 80.000 erməni, 29.000 gürcü (16.000 – pravoslav, 13.000 – katolik).

1917-ci ildə, yenə rus statistikasına görə, Axısqada 57.920 türk, 27.977 erməni, 205 rus, 100 rumlu, 9.128 gürcü, 3.283 yəhudi; Axıl­­­yin A bölgəsində 8.560 türk, 1.533 erməni, 1.255 gürcü; Batumda 75.110 türk, 6.300 erməni, 5.950 rus, 2.056 rumlu, 4.580 gürcü yaşamışdır. Cəmi bir il sonra türklərin sayında Axısqada – 5.893 (11,3 %), Axılkələkdə – 1.560 (22,3 %), Batumda 15.664 (26,3 %) fərq olması bu statistikaların qərəzli olmasını, türklərin sayının azaldılmasını sübut edir.

1926- il siyahıyaalmasına görə Axılkələk uyezdində 78.847, Axısqada isə 96.973 nəfər adam yaşayırmış. Bunların yarıdan çoxu türk, cəmi 25 faizi gürcü imiş.

20-ci illərin sonunda bu qəzaların yerində beş rayonAdıgün, Axılkələk, Axısqa, Aspindza Boqdanovka rayonları yaradılır.

1939-cu il siyahıyaalmasında türkləri artıq azərbaycanlı kimi qeyd edirlər. Bu siyahıyaalma Axısqanın əhalisinin yarıdan çoxunu türklər (55.490-dan 28.480) təşkil etdiyini göstərir. Qeyd edək ki, bu statistik göstəricilər olduqca ziddiyyətli qeyri-obyektivdir, məlumatların hamısında Axısqa-Axılkələk Borçalı türklərinin sayı azaldılır. Məsələn, N.Cavaxaşvili adına Tarix, arxeologiya etnoqrafiya İns­titutunun 1939-cu ilə aid verdiyi məlumatda rəsmi statistik göstəricilər­dən fərqlənən reallığa qismən yaxın rəqəmlər açıqlanır: türklərin (siyahıda «azərbaycanlı» yazılıb) Adıgün rayonunda 80%, Boqdanovkada 70%, Aspindzada 66%, Axısqada 51% təşkil etdiyi bil­dirilir (K utoçneniö vajnoqo istoriçeskoqo fakta // Narodnoe obrazovanie, Tbilisi, 30 iölə 1989, s.10-11).

… 1944-ci ilin sürgün sənədlərində isə xalq yenə türk adlandırılır!

Acar vilayətində, Xula, Ked, Kobulet, Batum rayonlarında da xeyli türk yaşayırmış.

Beləliklə, II Dünya müharibəsi ərəfəsinə Axısqa türkləri iqtisadi-mədəni, demoqrafik cəhətdən yetkin bir xalq kimi çıxır


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol