AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

BSU-da görüş - 2

BSU-da Ahıska türkləri ilə görüş
                                                                             5 aprel 2016

* ATV: Ahıska türkləri ilə görüş olub

* AzerTac: Ahıska türkləri BSU-da vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndiriblər


Video
* Kulturaplus: Axısqa türkləri Azərbaycan ordusuna dəstək olublar // https://www.youtube.com/watch?v=74d0lNdlrPI

Ahıska türkləri ilə görüş olub - Bakı Slavyan Universitetində
Axısqa türkləri Azərbaycan ordusuna dəstək olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Mutikulturalizm ili” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) Axısqa türklərinin Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib. Tədbirin əvvəlində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan universitetin rektoru, professor Asif Hacıyev Ahıskatürkləribarədəməlumatverib. Soydaşlarımızın adət və ənənəsi, folkloru, mədəniyyəti barədə danışan rektor Ahıska türlərinin qədimlərə söykənəntarixindən söz açıb. Bildirilib ki, 1944-cü ildə Stalinin əmri ilə Ahıska türkləri öz vətənlərindən didərgin salınaraq sürgün ediliblər. Ana vətənlərindən amansızcasına qoparılan minlərlə Ahıska türkü sürgün zamanı həlak olub, bütün siyasi hüquqlardan məhrum olunub. Bu əməksevər, mərd xalq tarix qarşısında ağır sınaqlardan qəhrəmancasına çıxıb. Ahıska türkləri 50-ci illərin sonlarında Azərbaycanın bir sırabölgələrində məskunlaşıblar.A. Hacıyev vuğulayıb ki, Ulu öndər Heydər Əliyev hər zaman Ahıska türklərinə diqqət göstərib, onların Azərbaycanda ali təhsil almalarına ölkənin iqtisadi, mədəni həyatında iştiraklarına geniş şərait yaradıb. Ahıska türkləri həmin dövrdən etibarən öz qədim mədəniyyətini və folklorunu qoruyaraq inkişaf etdirib.

Tədbirdə çıxış edən Ahıska türkləri Yazarlar Birliyinin rəhbəri Fəzli Əşrəfov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Həmdi Eyvazov, Təzəgül Cavadova, Cabir Xalidov, Nurəddin Sasıyev və başqalarıAhıska türklərinin çətin günlərində onlara dayaq olan Ümummilli lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və bütövlükdə Azərbaycan xalqına minnətdarlıq ediblər. Çıxışçılar Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı veriblər. Erməni qəsbkarlarını ifşa edən şeirlər, Ahıska şivəsində vətənpərvərlik ruhlu mahnılar səsləndirən şairlər Azərbaycan ordusuna uğurlar arzu edərək hər zaman onlarla birlikdə düşmənə qarşı döyüşə hazır olduqlarını deyiblər.

Sonra tələbələrin sualları cavablandırılıb, Bakı Slavyan Universiteti tərəfindən qonaqlara sertifikatlar təqdim olunub.

Görüş çərçivəsində qonaqlar BSU-nun Türkiyə araşdırmaları mərkəzi ilə tanış olub. Mərkəzin fəaliyyətini əks etdirən video-çarx nümayiş edilib.




















 
 








 
 


 
 









 
 








 
 




 
 
 
 



 
 
 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol