AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

ƏYLƏNCƏLƏR

ƏYLƏNCƏLƏR

 

 

Axısqada ən gözəl el adətlərindən biri «yığnax» olmuşdur. – Yazda bir neçə yaxın kəndin adamı toplaşıb bir aylığa dağa «tamaşaya çıxardılar», «yığnax» vaxtı çalğı çalınar, cəng tutular, el-oba şənlənərdi. Da­ğa mayın 7-dən (Comuşqıran fırtınasından) sonra çıxar, bir aya qədər qa­lıb, biçin vaxtı kəndlərə enərdilər. Ən səfalı «yığnax» yerləri Persat, Xoroz, Abastuman yaylaqları imiş.

Uzun qış gecələri, işin az olduğu süst mövsümlərdə Axısqa türk­­ri həyatlarını şirin söhbətlər rəngarəng əyləncələrlə rövnəqlən­dir­miş­lər.

Türk qocaları adi qış söhbətlərindən əlavə, o dövrdə el arasında geniş yayılmış sıra türküsü, sıra oyunu, sıra masalı, deyişmələr, fincan-üzük, süpürgə seyri deyilən əyləncələri yaxşı xatırlayırlar.

Bu əyləncələri keçirmək üçün qadın kişilər, çocuqlar hər axşam bir evə yığılarmış. Çox vaxt yemək-içmək verilməzmiş, süfrədə adətən müxtəlif çərəzlərşirni, subörəgi olarmış.

Axısqa şəhərində əhali arasında yayılmış (uşaqlar böyüklər) müxtəlif oyunların (əqli, hərəkətli, topla, şarla, çubuqla, aşıqla, iplə s.) zənginliyi müşahidəçilərdə xüsusi maraq doğurmuşdur (bax: İ. Stepanov. Tiflis quberniyasının Axısqa şəhərində oyunlar // SMOMPK, 1886, 5-ci buraxılış, s. 209-229)


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol