TOPLAYICILAR HAQQINDA MƏLUMAT

Toplayıcılar   haqqında   məlumaT

 

Asif Hacılı - 1960- ildə Borçalının Sarvan şəhərində (indiki Marneuli) anadan olmuş, orta təhsilini Bakıda almışdır. 1982-ci ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertisiyalarını müdafiə etmişdir. "Epik ən¢ənə müasir bədii nəsr" (1984), "Qəribəm bu vətəndə. Axısqa türklərinin etnik mədəniyyəti" (1992), "Müasir nəsrdə mifologizm folklorizm" (1993), "Müasir nəsrin poetikası. Mifoloji  folklor genezisi məsələləri" (1997), «Axısqa türk folkloru» (Bakı, 1998, Ankara, 2001), «Bayatı poetikası»(2000), «Mifoloji təfəkkür fəlsəfə­si»(2002), «Rus nəsri: XX əsrin ikinci yarısı. Mifopoetik təfsir təcrübəsi» (2003) adlı kitabların, onlarla elmi məqalənin və dərsliklərin müəllifidir. Bakı Slavyan Universitetinin professoru, Yazıçılar Birliyinin üzvüdür.

 

CABİR XALİD OĞLU XALİDOV1951-ci ildə Səmərqənddə anadan olmuş, 1959-ci ildə ailəsiylə Azərbaycana köçmüşdür. 1964-74- illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. 1974-1985-ci illərdə Saatlı rayon Oktyabrabad (Şirinbek) kənd orta məktəbində Azərbaycan dili ədəbiyyatından dərs demişdir. 1985-ci ildən kənd mədəniyyət evinin rəhbəri olmuşdur. İstedadlı şair, vətənpərvər ziyalı olan Cabir müəllim vətən mücadiləsinin fəal iştirakçısı, gözəl folklor bilicisidir.

 

HƏCƏR DƏDƏYEVATürk xalqının fədakar ziyalısı olan Həcər xanım bütün həyatını vətən eşqi, ulu türk sözünə sonsuz məhəbbətlə yaşamış türk folklorunun qorunması üçün cəfakeşcəsinə əlindən gələni etmişdir.

 

TAHİRCAN KUKULOV – 1960- ildə Özbəkistanda anadan olmuş, ailəsiylə Azərbaycana köçmüş, Saatlının Smada kəndinə yerləşmişlər. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Smada kənd orta məktəbində tarix müəllimi işləyir, «Axısqa türklərinin tarixinə bir nəzər» (B.1999) adlı kitabın müəllifidir.

 

Aydın Poladoğlu - 1975-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Orta məktəbi Özbəkistanın Buxara vilayətində bitirmiş 1992-ci Buxara Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1993-1998-ci illərdə M.F.Axundov adına APRDƏİ- təhsil almışdır. Axıska türk folklorunun toplanması ilə məşğuldur.


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19825 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=