Güllü Yoloğlu

Güllü Yoloğlu   

“Ədəbiyyat qəzeti”, 2 aprel 1993  

 

 

Sənələr, sənələr, zalım sənələr

 

         Dünya tarixində çox xalqların taleyinə sürgünlük hökmü yazılmışdır. Onların əksəriyyəti ya Rusiya imperiyasına qonşu, ya da ki, işğal edib “özünküləşdirdiyi” ərazilərdəki türklərdir. Rusiya imperiyası tək müharibə yolu ilə deyil, digər siyasət üsulları ilə də xalqları torpaqları işğal etmişdir. Bu alman zabitləri ilə əlaqədə günahlandırılan və 1944-cü ilin may ayının 13-də Orta Asiyaya, Urala və Volqa çayının yuxarı bölgələrinə sürgün edilən 200 minə yaxın Krım türkü 1943-cü ilin sonu 1944-cü ilin əvvəllərində “sisoalist qanunlarını pozduqlarına görə” Orta Asiya və Qazaxıstana sürgün olunan qaraçaylar və balkarlar, 1944-cü il noyabrın 14-də yenə də Orta Asiya və Qazaxıstana sürgün olunan 115 mindən çox Ahıska türküdür. “Satqın adlandırılan ahıska türk boyunun müharibədə 44 min oğlu döyüşürdü. Onlardan 26 mini həlak olmuş, 8 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, bir çoxları orden və medallarla təltif olunmuşdur.

         Təəssüflə deməliyəm ki, bir çox türk boyları haqqında, onların ağız ədəbiyyatı, mədəniyyəti, dünəni və bu günü haqqında oxucularımızın bildiyi olduqca azdır. İllər boyu Qriboyedov, Lermontov, Puşkin, Qorkidən... (mən heç də onların yaradıcılılarının rus ədəbiyyatı üçün əhəmiyyətini şübhə altına fikrində deyiləm) yüzlərlə dissertasiyalar, məqalələr yazaraq şair və yazıçılarımızın az qala hamısının onların yaradıcılığından bəhrələndiyini dönə-dönə şişirtmək əvəzinə, tuva, xakas, çuvaş, saxa və bir çox türk boylarının tarixini, folklorunu, maddi mədəniyyətini, indiki ədəbiyyatını öyrənmək xalqımızın öz kökünü, dilini dərk etməsində dəyərli iş olardı.

         Bu baxımdan tədqiqatçı-alim, Asif Hacılının bu günlərdə çapdan çıxan “Qəribəm bu vətəndə” (Ahısqa türklərinin etnik mədəniyyəti) kitabı (Gənclik, 1992) diqqətəlayiq əsərdir.

         Müəllif kitabı “türk olduqları üçün qətl edilənlərin müqəddəs xatirəsinə həsr” edir.

         “Gənclik” nəşriyyatının oxuculara təqdim etdiyi bu kitab doğrudan da gərgin əməyin, uzun axtarışların bəhrəsidir. A. Hacılı dəfələrlə respublikamızın Ahıska türkləri yaşayan bölgələrində olmuş, ahıl adamlarla, xalqının qeyrətini çəkən türklərlə görüşmüş, vətən həsrətilə ilə göynəyən qəlbləri dinləmiş, yaddaşların süzgəcindən bulaq kimi çağlayan xalq yaradıclığı nümunələrini səbir və səylə toplamış və incələmişdir. Onun əldə etdiyi ağız ədəbiyyatı nümunələri respublikamızın və Türkiyənin bir sıra qəzet və jurnallarında dərc edilmişdir.

         Ahıska türləri, onların etnik mədəniyyəti, adət-ənənəsi, ağrı və acıları haqqında indiyədək ayrıca bir əsər yazılmamışdır. Bu baxımdan A.Hacılının “Qəribəm bu vətəndə” kitabı Fərqanə hadisələrindən sonra respublikamıza pənah gətirən və artıq uzun illərdən bəri Azərbaycanın Sabirabad, Saatlı, Beyləqan, Quba və s. bölgələrində məskən salan bu türklərin ürəklərinə təskinlik, açılmış yaralarına məlhəm, gələcək nəsillərinə isə əvəzsiz yadigardır.

         Kitab zəngin folklor və etnoqrafiya materialları, nadir arxiv sənədləri əsasında yazılmışdır. Burada Ahıska türklərinin etnik mədəniyyəti, qədim və keşməkeşli tarixi, adət-ənənəsi geniş şərh olunur, ağız ədəbiyyatından və bu günümüzdə yazıb-yaradan Ahıska oğullarının yaradıcılığından nümunələr verilir. Bununla yanaşı, müəllif tədqiq etdiyi türk boyunun yaşadığı ərazinin təbiəti, mühiti, əsas məşğuliyyəti, geyimi, ailə və nəsil, mərasim və inanışları... haqqında da məlumat verməyi unutmur.

         Əsərin “Xalq sənəti” adlandırılan bölümündə toplanan atalar sözləri, dualar, hekayətlər, nənni və oxşamalar, sanama və oyunlar, bulmaca və manilər, lətifələr, türkülər, dastanlar həm oxucu üçün, həm də türk boylarının araşdırılması sahəsində çalışan tədqiqatçılar üçün maraqlıdır.

         Müəllifin olduğu kəndlərdə görüşdüyü və yaradıcılıqlarından öz kitabında nümunələr gətirdiyi Məhəmməd Paşaliyevin, Güləhməd Şahinin, İlim Şahzadayevin, İlyas İdrisovun, Cabir Xalidovun, Meyar Əhmədoğlunun, Müsəddinin və başqalarının yaradıcılığı Ahıska türklərinin çağdaş ədəbiyyatının yüksəlişindən xəbər verir.

 

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5276 ziyaretçi (19834 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=