Güləhməd Şahin: Asif müəllim!

Güləhməd Şahin


Asif müəllim!


Dözülməz əzablara, bu çətin sınaqlara
Mərdliklə sinə gərdi Asif müəllim.
Keçdi bütün sınaqdan, alnı açıq, üzü ağ,
Zəhmətin bəhrəsini gördü Asif müəllim. 

 

Baxmadı ki sonu nə keçilməz gədiklərin,
Önündə sipər oldu bütün çətinliklərin.
Oxuduqca tarixin Axısxa türklərinin,
Görünməz tərəflərini gördü Asif müəllim.

 

Sənə uğurlar olsun nurlu səyahət üçün,
Sənə təşəkkür olsun dosta sədaqət üçün,
Gördüyün bütün işlər bu qərib  millət üçün -
Dəryadan çıxarılmış dürdü Asif müəllim.

 

Alnımızda yazısı var yetmiş illik həsrətin,
Sonunda sabah olur hər qaranlıq zülmətin,
Nə qədər ki sənin təki dostu var bu millətin -
Bir gün sona çatacaq dərdi, Asif müəllim!

 

Darıxma, bu millətin suları durulacaq,
Bir gün bu millətin qandalları qırılacaq,
Zalımdan, zülümkardan haqq-hesab sorulacaq -
Oyanıb bu millətin mərdi, Asif müəllim!

 

Bu həyat başdan-başa tapmacadır, nağıldır,
Kiminə acı zəhər, kiminəsə noğuldur.
Axısxa türklərinə ən  şərəfli oğuldur,
Ərənlərin içində ərdi Asif müəllim!
                          28 may 2014-cü il

                                                   

                                                  

 


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5919 ziyaretçi (21920 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=