AHISKA TÜRKLƏRİNİN TARİXİ COĞRAFİYASI

COĞRAFİYA 

 

 

 

                                                                                           

Qarşı yatan qarlı dağlar,

Dağlar, səndə qarım qaldı.

Əlim çatmaz, ünüm yetməz,

Dal-budaqda narım qaldı.

«Koroğlu»dan

 

 

Xalqı xalq edən əsas amillərdən biri coğrafi-təbii mühitdir. Hər bir xalqın varlığı, etnik siması bir çox cəhətdən mühitlə təyin olunur; təbii şərait xalqın şüurunu mədəniyyətini özünəməxsus çalarlarla zənginləşdirir, etnos daxilində müxtəlif etnoqrafik qrupların yaranmasında başlıca zəmin olur.

Coğrafi mühitlə etnosun bağlılığı çoxcəhətli prosesdir: mühit etnosa, etnos da öz mühitinə təsir edir. Bu qarşılıqlı təsir nəticəsində təbii mühit mədəni mühitə, yəni yurda çevrilir. Müxtəlif xalqlarda mifik, dini, estetik təsəvvürlərin, tarixi amillərin təsiri ilə ana yurdun ideal coğrafi mənzərəsi, özünəməxsus yaxınuzaq, dişarı, aşağıyuxarı, sağsol, genişdar, düzqırımlı kimi qarşıqoymalar formalaşır. Bundan başqa, coğrafi yurd mənzərəsi daha gerçək anlayışlarınkənd, şəhər, məhəllə, hətta müxtəlif tikililərin, yol, miqrasiya axınları istiqamətinin, qonşu mühitin təsirinə məruz qalır.

Vətənin coğrafiyası ilə bağlı təsəvvürlər milli şüur psixologiyada həkk olunur yer adlarında, etnik frazemlərdə, folklorda, xalq mənəviyyatında məişətdə, təsərrüfat formalarında təsbitlənir.

Axısqa türklərində Vətən məfhumu, Vətənin coğrafi mənzərəsi, ana yurd obrazı xüsusilə müqəddəs rəmzi, ən əsas mənəvi anlamdır. Sürgün illərində, qürbətdə Vətən sözü, vətənin coğrafiyası ilə bağlı örnəklər ən ülvi dəruni hisslərlə bağlanmış, türkləri bir xalq kimi qoruyan, yaşadan, gələcəyə yönəldən ideala çevrilmişdir.

Heç bir türk adi danışıqda doğma yerlərin adlarını konkretləşdirmirVətən, bizim dərə  deyir. – Doğma yurdu nəzərə gətirməmək istəyindən doğan bu kövrək yasaq qədər mifik əskilərə gedib çıxır! – Demək olar ki, hər bir türk çocuğu nağıla çevrilmiş o yerlərinAzqur, Adıgün, Axısqa, Varxan, Abastuman, Axılkələk, Zediban, Dersel, eləcə onlara qardaş olan Ağbaba, Göyçə, Ağbulaq, Borçalı, Başkeçid, Qarayazı, Qaraçöp, Batum, Qars, Ərdəhan, Bayazid, Ərzurum obalarının doğma­­ğını, nadir təbiətinin gözəlliyini bütün ruhuyla hiss edir

Ana yurdun coğrafi mənzərəsini yaradan təşkil edən əsas ünsürlər bunlardır: yurdun sınırları ərazisi; təbii şərait iqlim; məskənlər; mahalın dünyası; dişarı aləmlə əlaqələr


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6320 ziyaretçi (23106 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=