AHISKA TÜRKLƏRİNİN MADDİ MƏDƏNİYYƏTİ

 

 

Bostan əkili qaldi,

           Çəpər çəkili qaldi,

           Çox diləklər dilədim,

           O da töküli qaldi.

                        Türk manisi

 

Axısqa türklərinin maddi mədəniyyətinin öyrənilməsi böyük çətinliklərlə bağlıdırVətəndən uzaqlarda türklərin ənənəvi yaşayış tərzi, əmək vərdişləri xeyli dəyişilmişdir. Təbii ki, qürbətdə hər şeydən çətini xalqın təsərrüfat məişət özünəməxsusluğunu saxlamaq olmuşdur. Əzablı yollarda, vətəndən uzaqlarda, özgə mühitdə əski söz nəğmələri ürəyin dərinliklərində birtəhər saxlamaq olardı, – məişət təsərrüfat fərdiliyini qorumaq isə daha müşgül idi. Amma bunsuz xalq xalq olmazdı bəlkə şüurla qavranılması imkansız olan daxili bir hiss milli məişəti, bütövlükdə maddi mədəniyyəti qoruyub saxladı. Türklərin maddi mədəniyyəti qarşılaşdıqları xalqlardan çox şey qazansa da, heç itirmədi, silinmədiYeni təsərrüfat şəraitində türklər əski əmək vərdişlərini, doğma mətbəxi, ailədə əmək bölgüsünü, əməyə həyata ən'ənəvi  münasibətlərini etnik yaddaşlarında qoruyub saxlaya bildilər. Bu zəhmətkeş xalq nəinki yeni təsərrüfat üsullarını mənimsədi, hətta böyük əmək qəhrəmanlıqları göstərdi; şoran torpaqlara həyat verən Axısqa türklərindən çoxlu əmək qabaqcılları, səmərələşdiricilər yetişdi. Türklər indi yüksək səviyyədə bağçılıq, bostançılıq, maldarlıqla məşğuldurlar, tək Qazaxıstanda fermerlərin dörddə biri Axısqa türküdür.

 

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5502 ziyaretçi (20820 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=