AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Şurəddin Qarapapaq

Şurəddin Qarapapaq 

(“Gürcüstan” qəzeti, 17 sentyabr 1993)

 

“Qəribəm bu vətəndə”

       Bakının “Gənclik” nəşriyyatı Asif Hacılının “Qəribəm bu vətəndə...” kitabını çapdan buraxıb. Zəngin folklor materialları və etnoqrafik örnəklər, nadir arxiv sənədləri əsasında yazılmış bu kitabda Axısqa türklərinin özünəməxsus etnik mədəniyyəti, tarixi, milli siması, adət və mərasimləri təsvir, şərh olunur, xalq sənətindən nümunələr verilr.

         Əzizimiz Asif! Kitabını görəndə qəlbimi qürur hissi və belə bir qeyrət işinə girişdiyin üçün sənə minnətdarlıq duyğuları bürüdü.

         Hey düşünürdüm ki, dünyada ən böyük dərd vətənin ola-ola vətənsiz qalmaq dərdidir. Axısqa türklərinin taleyinə məhz belə bir ağır dərd yazılıb. Və bir sual məni həmişə narahat edirdi ki, görəsən onların bu dərdini qələmə alan tapılacaqmı? Sən buna ürək qızdırıbsan.

         Kitabını bir soluğa oxudum və axıra çıxanda sənin öz əziyyətlərindən sonra keçirdiyin sevinc hisslərini mən də yaşadım.

         Açığını deyim ki, bu türk soylarının tarixi, taleyi, kimliyi barədə ilk dəfə bu kitabda ağıllı, məntiqli mülahizələrə rast gəldim.

         Kitabın “Tarixin yaddaşı” adlı fəslini heyrətsiz oxumaq olmur. Burada bu yerlərin son dövr taleyini, yurdun coğrafi durumunu, etnoqrafiyasını, maddi  mədəniyyətini, mənəviyyatını, xalq sənətini danılmaz sənədlər, faktlar, dəyərli örnəklər əsasında tədqiq edib bizlərə çatdırırsan.

         Sən yazdığın kimi, erməni tələsinə, şovinist qüvvələrinin təzyiqlərinə tuş olmuş, taleyin bütün acılarını dadmış bu zavallıların ölçülməz dərdi, xatirələri, söhbətləri dünyanın ən qəmli əsərlərindən də qəmlidir, onların taleyini düşünəndə adamın bağrının başı göynəyir. Eləcə də kitabdakı:

 

 

Qəribəm bu vətəndə,

Qərib quşlar ötəndə,

Gövlüm göyərçin oldi,

Durmiyer yad vətəndə, –  

  

kimi qürbət, həsrət mahnılarını ciyərlərimizə çəkdikcə də qovruluruq. Və təsəllimiz o olur ki, dərdimiz tarixləşir, sabaha görk üçün.

 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol